Zoo

der; -s, -s heyvanat parkı, zoo-park, heyvan(lar) baxçası, heyvanxana
Zone
Zoologe
OBASTAN VİKİ
Me at the zoo
"Me at the zoo" (azərb. Mən zooparkda‎) — 23 aprel 2005-ci ildə "YouTube" platformasına yüklənilmiş ilk video. Videoda həmin vaxt 25 yaşında olan "YouTube"un həmqurucusu Caved Kərim Kaliforniyadakı San-Dieqo Zooparkındakı iki filin qarşısında dayanıb onların çox uzun xortumları olduğunu qeyd etmişdir. Videonu onun orta məktəb yoldaşı Yakov Lapitski çəkmişdir. Kərim videosunun təsvir hissəsi vasitəsilə dəfələrlə "YouTube"un biznes qərarlarını tənqid etmişdir. 2024-cü il etibarilə videoya 300 milyondan çox baxış sayı gəlib. Jurnalistlər "Me at the zoo" adlı videonu "YouTube"un həvəskar kontentinə nümunə kimi qəbul edirlər. Bir neçə nəşr onu veb-saytın tarixində ən vacib video kimi təqdim edir. == Arxa plan == "YouTube" platforması 2005-ci ildə 3 keçmiş PayPal işçisi – Çad Harli, Stiv Çen və Caved Kərim tərəfindən qurulub. Harli Pensilvaniya İndiana Universitetində dizayn təhsili almış, Kərim və Çen isə Urbana-Şampeyn İllinoys Universitetində kompüter elmləri üzrə təhsil almışdırlar.
Emiliya Abbasova (zooloq)
Emiliya Cəlil qızı Abbasova — Azərbaycan zooloqu. Biologiya elmləri namizədi (1972). == Elmi fəaliyyəti == E.C.Abbasova 1965-1991-ci illər ərzində Azərbaycanın fitoseiid gənələrini öyrənib. O, bu gənələrin 70-ə yaxın növünü aşkar edib və onlardan 9 növü elm üçün yeni kimi təsvir edib. == Təsnif etdiyi taksonlar == Amblyseius begljarovi Abbasova, 1970 Euseius apsheronica Abbasova & Mekhtieva, 1991 Neoseiulus muganicus (Abbasova, 1970) Neoseiulus sugonjaevi (Wainstein & Abbasova, 1974) Proprioseiopsis bregetovae (Abbasova, 1970) Typhlodromus caucasicus (Abbasova, 1970) Typhlodromus hadzhievi (Abbasova, 1970) Typhlodromus wainsteini (Abbasova, 1970) == Şərəfinə adlandırılmış taksonlar == Amblyseius abbasovae Wainstein & Beglyarov, 1971 == Elmi işləri == Аббасова Э.Д. Фитосейидные клещи (Parasitiformes, phytoseiidae) Азербайджана : диссертация ... кандидата биологических наук : 03.00.00. - Баку, 1971. - 337 с. : ил. Аббасова Э.Д., 1970 а.
Fauna (zoologiya)
Fauna (lat. Fauna — meşə və çöl ilahəsi, heyvanların himayədarı) — müəyyən ərazi, rayon, ekosistem və ya biosenozun heyvan növlərinin məcmusu. Süxurların və ya çöküntü qatlarının arasında olan orqanizm qalıqlarının kompleksi də fauna adlanır. Bu və ya digər rayonun faunası müxtəlif heyvan qruplarından (faunistik kompleksdən) ibarətdir. Tundra, meşə, çöl, yarımsəhra, səhra faunistik kompleksləri olur. fauna termini müxtəlif istematik kateqoriyadan olan heyvanlara müəyyən ərazidə (quşların faunası, böcəklərin faunası) aid edilə bilər. Yerin çoxəsrlik tarixində bir çox faunalar biri digərini əvəz etmişdir. Bu, bir tərəfdən yeni növlərin yayılmasına, digər tərəfdənsə sayın azalmasına və əvvəllər dominant olmuş bir sıra növlərin məhvinə səbəb olmuşdur. Fauna termini həm müxtəlif sistematik qruplara aid heyvanlara, həm həyat tərzi və yaşayış şəraitinin oxşar olmasına görə birləşdirilmiş heyvan qruplarına, həm də insan üçün əhəmiyyəti olan heyvanlara aid edilir. == Fauna analizi == Fauna analizi – hər hansı əraziyə və ya müəyyən biosenozun tərkibinə daxil olan heyvanların tam növ tərkibi.
Karaqanda zooparkı
Karaqanda zooparkı (qaz. Қарағанды хайуанаттар бағы) — Qazaxıstanın ən yaşlı zooparklarından biri. Zooloji park 1938-ci ildə təşkil edilmişdir. Parkın ərazisi 43,5 ha olsa da ondan yalnız 8 ha ərazi istifadə edilir. Zooparkın ən məşhur sakini Batır ləqəbli hindistan fili olmuşdur. == Tarixi == === Sovertlər dönəmi === 1989-cu il məlumatına görə zooparkda 700 baş canlı olmuşdur. Onlar 159 növdə birləşirdi (69 məməli, 25 növ quş, 14 növ sürünən, 3 növ suda-quruda yaşayan, 25 növ balıq). Burada xaslanan 15 növ Beynəlxalq, 14 növ SSRİ, 8 növ isə Qazaxıstan SSR Qırmızı kitabına salınmışdır. XX əsrin 80-ci illərində zooparkda 26 növ çoxaldıla bilmişdir. 80-ci illərin sonlarında zoopark Karaqanda Dövlət Universiteti, Karaqanda Dövlət Tibb Universiteti, Karaqanda Vilayət Tarix Diyarşunaslıq Muzeyi ilə əməkdaşlığa başlamışdır.
Kür silsilə su anbarlarının zooplanktonu
London Zooloji Parkı
London zooparkı (ing. London Zoo) — İngiltərənin paytaxtı London şəhərində yerləşən zooloji park. Dünyanın ilk və ən qədim zooparkı hesab olunur. == Haqqında == London zooparkı 27 aprel 1828-ci ildə açılmışdır. İlk açıldığında bura gətirilən növlərin elmi təcrübələrdə istifadə olunması planlaşdırılmışdı. Amma 1847-ci ildə xalqa açılmışdır. Hazırda 806 növdə olan 19.178 heyvanla Böyük Britaniyanın ən böyük zooparkıdır. London Zooloji Parkı 1980-ci illərdə maddi sıxıntı keçirməyə başlamışdır. 1991-ci ildə parkın bağlanması xəbəri yayılmışdır. Amma London Zooparkı vombat, Tasmaniya şeytanı kimi növlərin saxlandığı yeğanə zoopark idi.
London zooparkı
London zooparkı (ing. London Zoo) — İngiltərənin paytaxtı London şəhərində yerləşən zooloji park. Dünyanın ilk və ən qədim zooparkı hesab olunur. == Haqqında == London zooparkı 27 aprel 1828-ci ildə açılmışdır. İlk açıldığında bura gətirilən növlərin elmi təcrübələrdə istifadə olunması planlaşdırılmışdı. Amma 1847-ci ildə xalqa açılmışdır. Hazırda 806 növdə olan 19.178 heyvanla Böyük Britaniyanın ən böyük zooparkıdır. London Zooloji Parkı 1980-ci illərdə maddi sıxıntı keçirməyə başlamışdır. 1991-ci ildə parkın bağlanması xəbəri yayılmışdır. Amma London Zooparkı vombat, Tasmaniya şeytanı kimi növlərin saxlandığı yeğanə zoopark idi.
Mahir Hüseynov (zooloq)
Mikayıl Rəhimov (zootexnik)
Rəhimov Mikayıl İsmayıl oğlu (26 sentyabr 1930, Tumaslı, Naxçıvan MSSR – 31 oktyabr 2004) – zootexnik, kənd təsərrüfatı elmləri doktoru (1985), professor (1986), Azərbaycan Milli Elmlər Akademiyasının (2001) və Rusiya Kənd Təsərrüfatı Elmlər Akademiyasının (1991) müxbir üzvü. SSRİ Dövlət mükafatı laureatı (1985). Mikayıl Rəhimov 1930-cu ildə Naxçıvan MR Şərur rayonunun Tumaslı kəndində anadan olub. 1937-ci ildə valideynləri ilə birlikdə Qazaxıstana sürgün edilib. Ali təhsilini 1953-1958-ci illərdə Perm Kənd Təsərrüfatı İnstitutunun Zootexnika fakültəsində alıb. Mikayıl Rəhimov 1970-ci ilə kimi Tümen Kənd Təsərrüfatı İnstitutun­da dosent, ka­fed­ra müdiri və Zootexnika fakültəsində dekan vəzifəsini icra edib. 1970-ci ildən 1987-ci ilə kimi Sibir Elmi Tədqiqat Layihə Texnoloji Hey­van­darlıq İnstitu­tunun Ətlik-maldarlıq şöbəsində müdir vəzifəsində çalışıb. 1987-ci ildə akademik F.Ə.Məlikov adına Azərbaycan Elmi Tədqiqat Hey­van­darlıq İnstitutuna rəhbər təyin olunub. Mikayıl Rəhimov 1961-ci ildə Perm Kənd Təsərrüfatı İnstitutunun aspiranturasına daxil olub. Xüsusi zootexnika ixtisası üzrə 1964-cü ildə aspiranturanı qurtarmış və "Seksun malının südlük və ətlik keyfiyyətləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
Moskva zooparkı
Moskva zooparkı — Yaroslavl, Rostov-na-Don və Novosibirsk zooparklarından sonra Avropanın ən qədim və Rusiyanın dördüncü ən böyük zooparklarından biridir. 1864-cü ildə əsası qoyulub. İl ərzində sabit bir sayda- 3,5 milyona qədər insan ziyarətçi sayı var. İnsanların ziyarətinə görə dünya zooprklarınının ilk onluğuna daxildir. Zooparkın kolleksiyasında 1132 heyvan növü, canlı nümunələrin sayı 5000-dən çox fərddir. Rusiyanın əsas zooparkı statusunu daşıyır, həmçinin Avrasiya Zooparklar və Akvariumlar Assosiasiyasının qərargahıdır. Vahid növlərinin saxlanılması / öyrənilməsi (bərpası və reintroduksiya), nadir növ heyvanların əsirlikdə yetişdirilməsi üzrə beynəlxalq layihələrin fəal iştirakçıdır. Zoopark, Krasnaya Presnya, Bolşaya Gruzinskaya və Zoologicheskaya küçələri arasında Sadovoye Kolsonun yanında yerləşir. Əsas giriş, Barrikadnaya və Krasnopresnenskaya metro stansiyalarından uzaq olmayan Krasnaya Presnya və Bolşaya Gruzinskaya kəsişməsindədir. 2014-cü ilə qədər Moskva zooparkının simvolu bir yabanı tayqa pişiyi — manul idi.
Qütb zoocoğrafi vilayəti
Zoocoğrafi vilayət- Yer kürəsində heyvanların əsas coğrafi vilayətləridir. Antarktida zoocoğrafi vilayəti Antarktida materikinin sahil zonasını, 60° c.en. dairəsindən cənubda yerləşən adaları və arxipelaqları (Cən. Georgi, Cən. Şetland, Cən. Orkney, Cən. Sandviç, Buve, Kerqelen və s.), Dünya okeanında isə təxminən 40° c. en. dairəsinədək olan su akvatoriyasını əhatə edən zoocoğrafi və ya faunustik vilayətdir. Antarktidada quruda yaşayan məməlilər yoxdur, ancaq bəzi qurdlara, xərçənglərə, ilbizlərə və qanadsız həşəratlara təsadüf edilir.
Rauf Hacıyev (zooloq)
Rauf Hacıyev (tam adı: Rauf Vahid oğlu Hacıyev; 21 avqust 1958) — Azərbaycan zooloq alimi, ixtioloq, Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin "Onurğalılar zoologiyası kafedrası"nın professoru, biologiya elmləri doktoru. 21.08.1958-ci ildə anadan olmuşdur. 1965-1975 - Bakı şəhər 175 saylı orta məktəbdə təhsil almışdır. 1975-1980 – Azərbaycan Dövlət Universiteti Biologiya fakültəsi (ali təhsil) 1999-2003 – Bakı Dövlət Universiteti Hüquqşünaslıq fakültəsi (II ali təhsil) 1989- «Эколого-физиологические особенности развития лосося в раннем онтогенезе» (Erkən ontogenezdə Kür qızılbalığının inkişafının ekoloji-fizioloji xüsusiyyətləri) mövzusunda namizədlik dissertasiyasının müdafiəsi 2005- «Осетровые и лососевые Куринско-Каспийского региона, их биологические группы и эколого-физиологические особенности» (Kür-Xəzər regionu qızılbalığının və nərəkimilərin müxtəlif bioloji qruplarının ekoloji-fizioloji xüsusiyyətlərinin tədqiqi ) mövzusunda doktorluq dissertasiyasının müdafiəsi. 1989 – Biologiya elmləri namizədi, 1993 – Dosent, 2005 – Biologiya üzrə elmlər doktoru, 2008 – Professor. Su bioresurslarının mühafizəsi və idarə edilməsinin dövlət sistemi; Balıq populyasiyalarının dinamik nəzəriyyəsi; Balıqların davranışı və miqrasiyası; Balıqların akvakulturası; Su bioresurslarının idarə olunmasının əsasları. Zoologiya, İxtiologiya, balıqçılıq təsərrüfatı və akvakultura, balıqların və digər su bioresurslarının ekologiyası və mühafizəsi, Xəzər dənizinin ekologiyası. 2009 – Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında «"Tərəqqi" medalı» ilə təltif edilib. 2012 – Fransa Respublikası Hökümətinin kənd təsərrüfatı və balıqçılıq sahəsində Zabit dərəcəsində "Şöhrət" ordeni ilə təltif edilib. 2013 – BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) nəzdində “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində regional Komissiya”nın Azərbaycan üzrə milli əlaqələndiricisi təyin edilib.
Rostov zooparkı
Rostov Zooloji Parkı — Rusiya ərazisində mövcud olan ən iri (ərazisi 90 ha) və növ zənginliyi ilə seçilən zooparkdır. Zoopark Rostov-na-Donuda yerləşir. Rostov Zooloji Parkı nadir və nəsli kəsilmək üzrə olan heyvan növlərinin qorunması ilə əlaqəli 38 proqramın üzvüdür. Üstəlik zoopark ISIS — Xüsusi heyvanlar haqqında beynəlxalq informasiyası sisteminin üzvüdür. Geniş əraziyə malik olması onu xüsusi ilə şəhər əhalisi arasında məşhur edir. Zoopark iyun 1927-ci ildə Semyon Mixayloviç Budyonnı adına məktəbin təbii guşəsində yaradılmışdır. Bu guşə əsasən məktəbin şagird və müəllim heyətinin səyi sayəsində yaradılmışdır. 26 iyun 1927-ci ildə bu guşə geniş şəkildə istifadəçilərin ziyarəti üçün açıq elan edilir. 1929-ci ilin payızında kolleksiya şəhər kənarına köçürülür və beş şəhər bağı ona birləşdirilir. Zooparkın ilk direktoru Vladimir Vilhelmoviç Keqel olmuşdur.
Rusiya Elmlər Akademiyasının Zoologiya İnstitutunun Zoologiya Muzeyi
Rusiya Elmlər Akademiyasının Zoologiya İnstitutunun Zoologiya Muzeyi — Rusiya Elmlər Akademiyasının Zoologiya İnstitutunun zoologiyaya həsr edilmiş bölməsidir, Sankt-Peterburqda yerləşir.
Sahib Əhmədov (zooloq)
Əhmədov Sahib Bəylər oğlu (1 iyul 1949, Xələfli, Cəbrayıl rayonu – 2019, Bakı) — AMEA Zoologiya İnstitutu Herpetologiya laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, publisist. Əhmədov Sahib Bəylər oğlu 1 iyul 1949-cu ildə Azərbaycan SSR Cəbrayıl rayonunun Xələfli kəndində ziyalı ailəsində anadan olmuşdur. 1956-cı ildə Xələfli kənd səkkizillik məktəbbin birinci sinfinə daxil olmuş, 1964-cü ildə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir. 1964-cü ildə Cəbrayıl şəhərindəki M. Qorki adına orta məktəbin 9-cu sinfinə daxil olmuş və 1966-cı ildə həmin məktəbi bitirmişdir. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. 1971-ci ildə Azərbaycan Dövlət Universitetində keçirilən Ümumittifaq tələbə elmi məruzəsinə görə I dərəcəli diplom almışdır. O 1972-ci ildə "Azərbaycanda çöl turağaylarının ekologiyasına dair" mövzusunda yazmış olduğu diplom işində Azərbaycanda ilk dəfə ikixallı turağayın yayıldığını faktik materiallarla təsdiq edir və onun ekologiyasını dərindən tədqiq edir. 1972–1973-cü tədris ilində İmişli rayonunun Ağaməmmədli kənd orta məktəbində, 1973–1974-cü tədris ilində həmin rayonun Murquzallı kənd səkkizillik məktəbində kimya-biologiya müəllimi işləmişdir. 1974–1978-ci illərdə Cəbrayıl rayon Xələfli stansiyasındakı 8 illik məktəbində kimya-biologiya müəllimi işləmışdır. 1978-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyası Zoologiya İnstitutunun aspiranturasına qəbul olunmuşdur.
Saleh Əliyev (zooloq)
Saleh Əliyev (bioloq)
Sinqapur Zooloji Parkı
Sinqapur zooparkı (çin. 新加坡动物园; malay Taman Haiwan Singapura; tam. சிங்கப்பூர் விலங்குக் காட்சிச்சாலை), также как Manday zooparkı, adı ilə tanınan, 28 hektarlıq qoruyucu ərazi. Zoopark su anbarı sahilində yerləşib, ətraf ərazi sıx meşə ilə əhatə olunub. Zooparkın tikintisinə 9 milyon dollar pul xərclənib. Açılış 27 iyun 1973-cü ildə baş tutmuşdur. Zoparkda 315 heyvan növü, onlardan 16 % nəsli kəsilmək üzrədir. Zooparkı il ərzində 1,6 milyon əhali ziyarət edir. Zooparkı ilk fəaliyyəti zamanı ənənəvi hal gözə çarpırdı- heyvanları açıq qəfəslərdə və şüşə ara kəsmələrdə nümayiş etdirmək. 1977-ci ildə məşhur primatoloq Fransin Niqo on səkkiz oranqutan ilə qəfəsdə altı ay birgə yaşamışdı.
Mvog-Betsi zooparkı
Mvog-Betsi — Zooparkı Kamerunun Yaounde şəhərində yerləşən botanika və zooloji parkdır. Mvoq-Betsi zooparkı 1951-ci ildə Kamerunda müstəmləkə administrasiyasının rəhbəri cənab Pfayfer tərəfindən vəhşi heyvanları yaşatmaq üçün yaradılmışdır. 1956-cı ildən 1971-ci ilə qədər, bir neçə şəxs tərəfindən ardıcıl olaraq, xüsusilə ixrac üçün nəzərdə tutulmuş heyvanlar üçün karantin sahəsi kimi istifadə edilib. O, ölkənin Meşə və Fauna Nazirliyi (MİNFOF) (keçmiş Ətraf Mühit və Meşələr Nazirliyi (MINEF)) tərəfindən idarə olunur və zooparkda böyük pişiklər, sürünənlər və yırtıcı quşlar da daxil olmaqla geniş növlər mövcuddur. Ape Action Africa zooparkdakı primatların qayğısına qalmaq məsuliyyətini öz üzərinə götürüb. 2014-cü ildə zooparkda təqribən on növ primat, digər məməlilər, sürünənlər və quşlar yerləşdirilib və ümumilikdə 29 heyvan növü 4 təşkil edib. Çevik manqabey Babun De Brazza meymunu Qazma Boz yanaqlı manqabey Mandrill Tantal meymunu Patas meymunu Burunlu meymun Qırmızı papaqlı manqabey Aslan Botanika parkına meşə və bəzək ağacları, meyvə ağacları və “çiçəklər” daxildir ki, bunlardan 20 müxtəlif fəsilə aid 36 növü görmək olar. Bunlardan da Caesalpiniaceae ən yaxşılarındandır.
Skopye zooparkı
Skopye zooparkı (mak. Зоолошка градина Скопје; alb. Kopshti zoologjik Shkup) – Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində yerləşən zoopark. Şəhər parkının yaxınlığında yerləşir və 12 hektar sahəni əhatə edir. Zooparkda 85 növə mənsub olan 500-dən çox heyvan qorunur. Skopyke zooparkının əsası 1926-cı ildə üç nəfərdən ibarət olan, Stanko Karamanın rəhbərlik etdiyi komisiya tərəfindən qoyulmuşdur. Zoopark açılanda cəmi 4 hektar sahəni əhatə edirdi və burada sadəcə hədiyyə kimi təqdim olunmuş bir neçə heyvan sərgilənirdi. 1965-ci ildə Skopye şəhər şurasının qərarından və 1966-cı ildə şəhər ərazisinin genişləndirilməsindən sonra Skopye zooparkının sahəsi indiki vəziyyətə çatmışdır. Skopye zooparkı uzun illər burada saxlanılan heyvanlar üçün mövcud olan pis şəraitə görə tənqid olunmuşdur. Zooparkda saxlanılmış yeganə fil Belqrad zooparkından transfer edildikdən bir il sonra 23 yaşında ölmüşdür.
Zooarxeologiya
Zooarxeologiya — zoologiya (heyvanların öyrənilməsi) və arxeologiyanı (keçmiş insan mədəniyyətinin öyrənilməsi) birləşdirən hibrid bir elmdir. Arxeozooloqlar və fauna analitikləri də adlandırılan zooarxeoloqlar arxeoloji ərazilərdən heyvan qalıqlarını öyrənirlər.. Fauna qalıqları heyvan öldüyü zaman geridə qalan əşyalardır. Bunlara sümüklər, qabıqlar, saçlar, dərilər, zülallar və DNT daxildir. Sümüklər və qabıqlar arxeoloji ərazilərdə ən yaxşı şəkildə qorunur. Fauna qalıqları adətən sağ qalmır. Onlar müxtəlif şərtlərə görə parçalana və ya qıra bilər. Bu, qalıqları müəyyən etmək və onların əhəmiyyətini şərh etməkdə çətinliklər yarada bilər. Zooarxeologiya "hibrid" elm kimi xidmət edir: keçmiş insan mədəniyyətini öyrənən arxeologiya və heyvanların öyrənilməsi ilə məşğul olan zoologiya elmlərinin tədqiqatlarını birləşdirir. Buna görə də zooarxeoloqlar antropoloqlar, paleontoloqlar, arxeoloqlar, zooloqlar, ekoloqlar və s.
Zoosadizm
Zoosadizm — həzz almaq vasitəsi heyvanlara qarşı amansız rəftar olan sadizm növü. Termini Almaniya yazıçısı, rejissoru və mədəniyyətşünası Ernest Borneman təqdim etmişdir. 1971-ci ildə amerikalı sosial psixoloqlar "tipik" heyvan istismarçısını zorakılığa məruz qalmış, IQ-su 91 olan 9,5 yaşlı oğlan kimi təyin etmişdilər. Uşaq psixiatrı E. Vizard bunu belə şərh etmişdir: "Balaca dağsiçanları və ya adi siçanları ayaqlarının altında tapdalamışdılar, heyvanları diri-diri yandırmışdılar. Bu, heç bir bəraət qazana bilməyən mənasız qəddarlıqdır". E. Vizardın dediyinə görə, "... heyvanlara qarşı amansızlıq, onlara qarşı cinsi maraqla müşayiət olunması gələcək cinsi cinayətkarın şəxsiyyətinin formalaşma ehtimalının yüksək olmasının göstəricisidir". Birləşmiş Ştatlarda 2010-cu ildən bəri “ciddi bədən xəsarəti alan məməlilər, quşlar, sürünənlər, suda-quruda yaşayanlar" haqqında “ədəbsiz” şəkillərin yaradılması və ya yayılması federal cinayət hesab olunur.
Zoologiya muzeyi (dəqiqləşdirmə)
Zoologiya muzeyi
İsmayıl Sadıqov (zooloq)
İsmayıl Ələkbər oğlu Sadıqov (15 yanvar 1928, Gədəbəy — 29 dekabr 2008, Bakı) — ekoloq alim, biologiya elmləri doktoru (1974), professor (1989), AMEA-nın müxbir üzvü (2001). İsmayıl Sadıqov 15 yanvar 1928-ci ildə Gədəbəy rayonunun Soyuqbulaq kəndində anadan olub. 1945-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq fakültəsinə daxil olub, sonra təhsilini Moskva Zoobaytarlıq İnstitutunda və Moskva Baytarlıq Akademiyasında davam etdirib və oranı 1950-ci ildə bitirib. İsmayıl Sadıqov 1950–1974-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun Parazitologiya şöbəsində kiçik və böyük elmi işçi olub, daha sonra 1974–2008-ci illərdə Helmintologiya laboratoriyasına rəhbərlik edib. İsmayıl Sadıqov Moskvada K. İ. Skryabin adına Ümumiittifaq Helmintologiya İnstitutunun əmkədaşı, professor A. M. Petrovun rəhbərliyi altında 1956-cı ildə "Azərbaycanda xəzdərili vəhşi heyvanların helmint faunası" mövzusunda dissertasiya müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru, 1974-cü ildə isə akademik S. M. Əsədovun rəhbərliyi altında "Azərbaycanda xəzdərili sənaye heyvanlarının helmintləri" mövzusunda dissertasiya müdafiə edərək bilologiya elmləri doktoru elmi adını alıb. 1989-cu ildə "Helmintologiya" ixtisası üzrə professor elmi adına layiq görülən İsmayıl Sadıqov 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. İsmayıl Sadıqov vəhşi heyvanların helmint faunasını öyrənən alimdir. O, helmintoz törədicilərindən insan üçün xərçəng xəstəliyi kimi təhlükəli olan trixinella, exinokokk və yumru qurdların təbii ocaqlarını aşkar edib. Habelə İsmayıl Sadıqov belə ocaqların ləğv edilməsi yollarını müəyyən etmiş və aşkar edilmiş helmintləri təhlil edərəkən parazitlə sahib orqanizm arasında filogenetik bağlılıq prinsipini irəli sürmüşdür. Alim tərəfindən müəyyən edilib ki, Azərbaycanda vəhşi məməlilərdə aşkar edilən 76 növ helmint insan və heyvanların helmintləri ilə ümumilik təşkil edir.
Zooloji park
Zoopark — vəhşi heyvanları nümayiş etdirmək, öyrənmək və yetişdirmək məqsədilə onları bağlı və yarımbağlı şəraitdə saxlayan elmi-maarif müəssisəsi. Bəzi zoologiya parklarında ev heyvanları da saxlanır. Zoologiya parkı zoologiya bağından, adətən, ərazisinin böyüklüyü və heyvan kolleksiyasının müxtəlifliyi ilə fərqlənir. Zoologiya parkı təbiətə məhəbbət aşılayan, nadir və nəsli kəsilməkdə olan vəhşi heyvan növlərinin genetik fondunu saxlayan və təbiətin mühafizəsi ideyalarını təbliğ edən mərkəzdir. Zoologiya parklarında heyvanların iqlimə uyğunlaşdırılması, xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsi sahəsində elmi-tədqiqat işləri də aparılır. Məktəblilər üçün ekskursiya, zoologiya və biologiyaya dair mühazirələr, sərgilər və s. təşkil olunur. Tarixən zoologiya parklarından qabaq heyvanxanalar yaranmışdır. Eramızdan 1500 il əvvəl Misirdə böyük zoologiya parkı olmuşdur. Avropada ilk zoologiya parkı Vyanada (1752), Madriddə (1774), Parisdə (1793) yaradılmışdır.
Zoopark
Zoopark — vəhşi heyvanları nümayiş etdirmək, öyrənmək və yetişdirmək məqsədilə onları bağlı və yarımbağlı şəraitdə saxlayan elmi-maarif müəssisəsi. Bəzi zoologiya parklarında ev heyvanları da saxlanır. Zoologiya parkı zoologiya bağından, adətən, ərazisinin böyüklüyü və heyvan kolleksiyasının müxtəlifliyi ilə fərqlənir. Zoologiya parkı təbiətə məhəbbət aşılayan, nadir və nəsli kəsilməkdə olan vəhşi heyvan növlərinin genetik fondunu saxlayan və təbiətin mühafizəsi ideyalarını təbliğ edən mərkəzdir. Zoologiya parklarında heyvanların iqlimə uyğunlaşdırılması, xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsi sahəsində elmi-tədqiqat işləri də aparılır. Məktəblilər üçün ekskursiya, zoologiya və biologiyaya dair mühazirələr, sərgilər və s. təşkil olunur. Tarixən zoologiya parklarından qabaq heyvanxanalar yaranmışdır. Eramızdan 1500 il əvvəl Misirdə böyük zoologiya parkı olmuşdur. Avropada ilk zoologiya parkı Vyanada (1752), Madriddə (1774), Parisdə (1793) yaradılmışdır.

Digər lüğətlərdə