ZÖVZA
ZUD
OBASTAN VİKİ
Zu (departament)
Zu departamenti — Beninin 12 departamentindən biri. == Ərazisi == Zu departamentinin ərazisi 5 244 km2-dır. Zu departamentinə 9 şəhər daxilidir. == Əhalisi == 2013-cü ilə olan məlumatlara əsasən Zu departamentinin əhalisi 852 624 nəfərdir.
Zu departamenti
Zu departamenti — Beninin 12 departamentindən biri. == Ərazisi == Zu departamentinin ərazisi 5 244 km2-dır. Zu departamentinə 9 şəhər daxilidir. == Əhalisi == 2013-cü ilə olan məlumatlara əsasən Zu departamentinin əhalisi 852 624 nəfərdir.
Zu Çen
Zu Çen(çin 诸宸, pinyin Zhū Chén; 16 mart 1976, Vençjou[d], Çjetszyan) — Qətərli qrosmeyster. 2001-ci ildə o, Se Tszyundan sonra dünya çempionu olmuş ikinci çinli şahmatçı oldu. 2006-cı ildə o, Qətərin vətəndaşlığını qəbul etdi və beynəlxalq səviyyəli yarışlarda Qətəri təmsil edir.
Zu-n-Nun Misri
Zu-n-Nun Əbu Faid Savban ibn İbrahim Misri (ərəb. ذو النون المصري‎; 796, Ahmim[d], Misir, Abbasilər – 859, Qahirə, Misir, Abbasilər və ya Cizə) — Misir sufi alimi. == Həyatı == Onun həyatı haqqında çox da məlumat yoxdur. "Zu-n-Nun" ləqəbi "balıq sahibi" mənasındadır "Misri" nisbə onun əslən Misirdən olduğunu bildirir.Zu-n-Nun Suriya və Ərəbistanda çoxlu səyahətlər etmiş, bir çox sufi müdriklərinin, o cümlədən Səhl Tustərinin tələbəsi olmuşdur. 829-cu ildə bidət ittihamı ilə həbs edilmiş və Bağdad həbsxanasına göndərilmişdir, lakin sonra xəlifə Mütəvəkkilin müdaxiləsi sayəsində sərbəst buraxılmışdır. Azadlığa çıxandan sonra Qahirəyə getmiş və orada vəfat etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Dho'l-Nun al-Mesri. Muslim Saints and Mystics. London: Routledge & Kegan Paul. trans.
Zu-n-Nun Əyyub
Zu-n-Nun Əyyub (ərəb. ذو النون أيوب‎) (1908, Mosul – 1988, Avstriya) — İraq yazıçısı və publisisti. == Həyatı == Zu-n-Nun Əyyub 1908-ci ildə o vaxtlar Osmanlı imperiyasının bir hissəsi olan Mosulda, tacir ailəsində anadan olmuşdur. O, 1933-cü ildə nəşrə başlamışdır. Əyyub milli ədəbiyyatda realist hekayə janrının banilərindən biridir. O, "Dostum" (1937), "Babil qalası" (1939), "İbrahim həkim" (1940), "Əl, torpaq, su" (1948), "Unudulmuş adlar" (1959) romanlarının, eləcə də çoxlu ictimai-siyasi məqalələr, ədəbiyyat və incəsənətə aid əsərlərin müəllifidir. Əyyub 1939–1946-cı illərdə ərəb hekayələrinin inkişafında mühüm rol oynayan "əl-Məcəllə" jurnalını nəşr etdirmişdir. Onun əsərləri süjet sadəliyi, dəqiqliyi, dilin aforizmi ilə səciyyələnir, ərəb nəsrinə xas olan tərbiyəçilik meyli ilə birləşir. Əyyubun yaradıcı şəxsiyyəti Anton Çexovun, Maksim Qorkinin və Misir yazıçıları Mahmud Teymur və Taha Hüseynin təsiri altında formalaşmışdır. O, Nikolay Qoqolun, Fyodor Dostoyevskinin, İvan Turgenevin, Maksim Qorkinin əsərlərini ərəb dilinə tərcümə etmişdir.
Abdullah Zubir
Abdullah Zubir (fr. Abdellah Zoubir, ərəb. عبدالله زوبير‎; 5 dekabr 1991, Lill) — Mərakeş əsilli Fransa futbolçusu, "Qarabağ" klubunun yarımmüdafiəçisi. O, 20 yaşına qədər Fransa Milli Futzal Komandasında oynamışdır. == Karyera == === Futzal === Fransanın Lil şəhərində Mərakeş əsilli bir ailədə anadan olan Zubir 6 yaşında futzal oynamağa başlamışdır. === Qrenobl Fut 38 === O, 2011-ci ildə "Qrenobl Fut 38" FK ilə bir müqavilə imzalamışdır. Zubir bu dövrdə 14 oyun keçirmiş və 7 qol vurmuşdur. === İstr və Hibernian === Abdullah Zubir 2013-cü ildə "İstr" FK ilə bir müqavilə imzalamışdır. Zubir həmin ilin avqust ayında Şotlandiyanın "Hibernian" FK-na icarəyə verilmişdir. O, Şolandiya Liqa Kubokunda debütünü 24 sentyabrda "Stranraer" FK-a qarşı keçirmişdir.
Ageratina zunilana
Ageratina zunilana (lat. Ageratina zunilana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Anastasiya Zubkova
Anastasiya Zubkova (d. 3 fevral 1980) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Anastasiya Zubkova, Rusiya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Macarıstan yığmasını 12:11 hesabı ilə məğlub edən Rusiya yığması, Afina Olimpiadasını beşinci pillədə başa vurdu.
Anna Zubkova
Anna Zubkova (d. 3 fevral 1980) — Qazaxıstanı təmsil edən su poloçusu. == Karyerası == Anna Zubkova, Qazaxıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində üç görüşün üçündə də məğlub olan Qazaxıstan yığması, Afina Olimpiadasını 8-ci pillədə başa vurdu.
Avlipi Zurabaşvili
Avlipi Zurabaşvili (ing. Avlipi Zurabashvili; 2 (15) fevral 1902 – 15 avqust 1994, Tbilisi) — görkəmli gürcü psixiatrı və neyromorfoloq idi. Tibb elmləri doktoru (1937), professor (1942), Gürcüstan Elmlər Akademiyasının həqiqi üzvü (1955), SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü (1960) Tibbi elmlərin ontogenezini araşdıran ilk tədqiqatçılardan biridir. == Bioqrafiyası == Avlipi Zurabaşvili 15 fevral 1902-ci ildə Gürcüstanın Signagi bölgəsindəki Bodbisxevi kəndində anadan olmuşdur. 1920-ci ildə Tiflis Texnikumunu, 1927 -ci ildə Tiflis Dövlət Universitetinin tibb fakültəsini bitirib. 1927-1930-cu illərdə eyni universitetin psixiatriya kafedrasında stajçı, sonra isə assistant kimi çalışdı. 1930-1938-ci illərdə Zurabaşvili aspirant, sonra Fiziologiya İnstitutunda baş elmi işçi idi. . Zurabaşvili beynin incə quruluşu, sinir hüceyrələrinin zədələnməsinin geri çevrilməsi, beynəlxalq səviyyədə tanınan patopsixologiya, personologiya və patopersonologiya ilə bağlı fundamental tədqiqatların müəllifidir. Bu ölkədə və xaricdə geniş tanınan gürcü psixiatrlar məktəbinin qurucusudur. Zurabaşvili gürcü, rus, fransız, ingilis, alman, italyan və digər dillərdə nəşr olunan 22 tədqiqatı, o cümlədən 22 monoqrafiyanı tamamladı.
Aşağı Zurnabad
Zurnabad — Azərbaycan Respublikasının Göygöl rayonunun Zurnabad inzibati ərazi vahidində qəsəbə. == Tarixi == Burada 1929-cu ildə Azərbaycanda ilk SES-lərdən olan Zurnabad Su Elektrik Stansiyası tikilmişdır. Su elektrik stansiyası tikilərkən onun yanında qəsəbə salınmışdır. Qəsəbə Zurnabaddan Aşağıda yerləşdiyi üçün 1966-cı ildən belə adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Rayon mərkəzindən 9 km cənub-qərbdə, Gəncə çayının sol sahilində, Murovdağ silsiləsinin ətəyindədir.
Baccharis zumbadorensis
Baccharis zumbadorensis (lat. Baccharis zumbadorensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Berta fon Zutner
Berta fon Zutner (baronessa Berta fon Zutner, alm. Bertha Sophie Felicitas Freifrau von Suttner‎ qrafinya Kinski, alm. Kinsky‎; 9 iyun 1843, Praqa - 21 iyun 1914, Vyana) - Avstriya yazıçısı, beynəlxalq pasifizm hərəkatının fəalı,Nobel Sülh Mükafatı laureatı olan ilk qadın (1905) və Nobel mükafatını alan ikinci qadın (Mariya Küridən sonra). == Gənclik == Berta von Zutner 9 iyun 1843-cü ildə Praqada (o zaman Avstriya-Macarıstan imperiyası) Avstriya general qrafı Frans Josef Kinski fon Sinik und Tettaunun ailəsində anadan olmuşdur. Atası qızının dünyaya gəlməsindən qısa müddət əvvəl ölür və qızının tərbiyəsi, təhsili,böyüdülməsi ilə həm mühafizəçi, həm də Avstriya məhkəmə dairələrinin üzvü olan anası Sofiya Vilhelmina məşğul olur.Belə gətirir ki, Berta Kinski Avstriya aristokratik cəmiyyətinin militarist ənənələrində böyüyür,hansı ki,o, həyatının sonrakı illərində şüurlu şəkildə bu ənənələrə qarşı mübarizə aparmışdı. Onun 30 yaşı olanda anası,ailənin irsən gələn madiyyatı anası tərəfindən israf edilmişdi. Berta, Vyanada Zutner ailəsinin dörd qızının valisi kimi işə götürüldü və tezliklə üç oğlundan birinə - Baron Artur Qundakkar fon Zutnerə aşiq oldu. Arturun valideynlərinin razılığı olmadan evləndikdən sonra Zutnerlər şahzadə Dadianinin ailəsinin dəvətindən yararlanaraq Rusiyaya, Gürcüstana getməyə məcbur oldular. On il Tiflisdə yaşadılar. 1877-ci ildə Rusiya ilə Türkiyə arasında müharibə başlayanda Artur fon Zutner Vyana dövri nəşrlərinə,hərbi əməliyyatlar teatrlarından reportaj yazmağa başladı.
Ceykob Zuma
Ceykob Qedleyihlekisa Zuma (zulu Jacob Gedleyihlekisa Zuma; 12 aprel 1942[…], Nkandla[d], Kvazulu-Natal vilayəti) — Cənubi Afrika siyasətçisi, 9 may 2009-cu ildən 14 fevral 2018-ci ilədək Cənubi Afrika Respublikasının Prezidenti idi. 14 iyun 1999-cu ildən 14 iyun 2005-ci ilədək Cənubi Afrika Respublikasının vitse-prezidenti, 18 dekabr 2007-ci ildən 2017-ci il 18 dekabrınadək hakim Afrika Milli Konqresinin sədri vəzifəsində çalışmışdır == Həyatı == === Gənclik illəri === Ceykob Zuma, 12 aprel 1942-ci ildə Cənubi Afrikanın Kvazulu-Natal bölgəsindəki Incandla şəhərində anadan olmuşdur. Zulu qəbiləsinə mənsubdur. Atası polis idi və Zuma uşaq ikən dünyasını dəyişdi. Anası evdar qadın idi. Rəsmi məktəb təhsili almamışdı . Onun iki qardaşı var — Maykl və Cozef. 1959-cu ildə Afrika Milli Konqresinə, 1963-cü ildə — Cənubi Afrika Kommunist Partiyasına üzv oldu.. 1975–1990-cı illərdə, əksər AMK üzvləri kimi,Zumada Svazilend, Mozambik və Zambiyada sürgündə idi. AMK-yə qoyulan qadağa ləğv edildikdə ölkəyə ilk qayıdanlardan biri oldu.
Deyr əz-Zur mühafazlığı
Deyr əz-Zövr mühafəzəsi — Suriyanın 14 mühafəzəsindan biri. == Coğrafiyası == Mühafəzənin ərazisi 33.060 km², inzibati mərkəzi Deyr əz-Zövr şəhəridir. == Əhalisi == 2008-ci ilin yanvarın 1-nə olan rəsmi məlumata əsasən mühafəzənin əhalisi 1.511 milyon nəfərdir.
Emil Zukerkandl
Emil Zukerkandl (1 sentyabr 1849, Györ, Avstriya imperiyası — 28 may 1910, Vyana, Avstriya-Macarıstan) — Macar əsilli Avstriya anatomiyaçısı, antropoloqu və alimi. == İlk illəri və təhsili == Emil Zukerkandl, 1 sentyabr 1849-cu il tarixində Avstriya imperiyasının Györ şəhərində yəhudi bir ailədə anadan olmuşdur. Sənayeçi Viktor Zukerkandl və urologiya mütəxəssisi Otto Zukerkandl olmaqla iki qardaşı var idi. Tibb sahəsinə marağı səbəbiylə 1867-ci ildə Vyana Universitetinin tibb fakultəsinə qəbul edilmişdir. Sinifin ən yaxşı və ağıllı tələbəsi olmuşdur. Diqqət çəkici müşahidə və təhlil bacarıqları ilə Vyana Anatomiya Məktəbində anatomiyaçı və professor olan İosif Hırtlın ən sevimli tələbəsi olmuşdur. Zukerkandl, Hırtlın rəhbərliyində qabağa getdi və 1870-ci ilə qədər Hırtlın yanında laborant olaraq işləyirdi. 1874-cü ildə Tibb Fakültəsindən məzun oldu. Aspiranturasını eyni universitetdə Karl von Rokitanski və Karl Lanqerın nəzarətində tamamlamışdır. == Karyera == İosif Hırtlın karyerasını Amsterdamdakı Utrext Universitetində davam etdirməsi istiqamətində məsləhətinə riayət edərək Vyanadan ayrılmışdır.
Ez-Zubаyr
Zübeir-İraqın Bəsrə mühafəzəsində,Küveyt və BƏƏ ən yaxın şəhəri. == Haqqında == Əl-Zubeyr şəhəri İraqın cənubundakı Bəsrə şəhərinin cənub-qərbində yerləşir və şəhər Ərəbistan yarımadası ilə Ərəb körfəzi bölgəsi və İraq arasındakı səyahət mərkəzləri və Badia ilə yaxınlığı var.Onu Nəcd çöllərindən gələn İraq Bədiyyələri və onlarla ticarət mübadiləsi üçün gələn hər kəs bir bölgə etdi. Əl-Zubeyr, İraq şəhəri olaraq tarixi statusa sahibdir və yarandığı bir neçə əsr ərzində miras və hadisələrlə doludur. Ayrıca İraqın şimalından və şərqindən kənarda olan Allahın Müqəddəs Evi olan Həcc ziyarətinə gələn və gedənlər üçün bir yerdir. == Etimologiyası == E.ə 38–658-ci ildə orada dəfn olunmuş Əl-Zubeyr İbn Əvam ilə əlaqədar olaraq bu ad verildi və o, Məhəmməd Peyğəmbərin əmisi oğlu və Cənnətin on təbliğatçısından biridir. Əl-Mirbadın arxeoloji məkanı ilə xəlifə Ömər bin Əl-Xattabın dövründə Ataba Bin Qazvan tərəfindən qurulmuş qədim Bəsrə şəhəri arasında yerləşir.
Francisco de Zurbarán
Francisco de Zurbarán ( Fuente de Cantos, Badajoz, 7 noyabr 1598[…] – 27 avqust 1664[…], Madrid[…]) — İspan Qızıl Çağının bir rəssamı idi. Çağdaş və Velázquezin dostu olan Zurbarán, təsvirlərinin böyük vizual güc və dərin mistisizmi ortaya qoyduğu dini rəsm əsərləri ilə fərqləndi. Əks Reformasiyanın təmsilçi sənətkarı idi. İlk günlərində Caravaggio'dan təsirlənən tərzi, İtalyan Mannerist ustalarına yaxınlaşmaq üçün inkişaf etdi. Təmsilləri Velázquez realizmindən çox uzaqdır və kompozisiyaları daha çox turşu tonları ilə xiyarosuro modelləşdirmə ilə xarakterizə olunur.
Fəqarət-əz-Zua
Fəqarət-əz-Zua (ərəb. فقارة الزاوية‎) — Əlcəzairin cənub-mərkəz hissəsində, Tamanrasset vilayətində şəhər və kommuna. İn-Salah dairəsinə daxildir. == Coğrafi mövqe == Şəhər vilayətin şimalında, Böyük Səhranın mərkəzi hissəsində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 1030 kilometr cənubda yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 301 metrdir.Fəqarət-əz-Zua kommunası İn-Salah, Abalessa, İn-Amgel və İdles kommunaları, həmçinin Qardaya və İllizi vilayətlərinin əraziləri ilə həmsərhəddir. Sahəsi 61,313 km2-dir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı - 19 mm). Orta illik temperatur 25 °C-dir. Ən soyuq ayın (yanvarda) orta temperaturu 13,1°C, ən isti ayda (iyulda) 36,2°C-dir.
Gideon van Zul
Gideon van Zul (24 noyabr 1989) — CAR-lı cüdoçu. Gideon van Zul CAR-ı 2012-ci ildə XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Gideon van Zul birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Londonda baş tutan XXX Yay Olimpiya Oyunlarında kişilər 73 kq çəkidə, 1/16 final mərhələsində Azərbaycanın nümayəndəsi Rüstəm Orucov ilə üz-üzə gəldi. Həmin görüşdə Gideon van Zul rəqibinə 1:100 hesabı ilə uduzdu.
Hilliardia zuurbergensis
Hilliardia (lat. Hilliardia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Hilliardia zuurbergensis (Oliv.) B.Nord.SinonimMatricaria zuurbergensis Oliv.
Hordeum vulgare var. zuleichatae
Adi arpa (lat. Hordeum vulgare) — qırtıckimilər fəsiləsinin arpa cinsinə aid bitki növü. == Təbii yayılması == Arpanın vətəni Qədim Misir olmuşdur. Eramızdan əvvəl 5 min əvvəl mədəni surətdə misirlilər tərəfindən əkilib becərilirdi. == Botaniki təsviri == == Ekologiyası == == Azərbaycanda yayılması == Naxçıvan Muxtar Respublikasında arpa zəmiləri az yer tutsa da, pivə sənayesində ən vacib xammal kimi istifadə olunur. == İstifadəsi == Arpadan qədim insanlar ev heyvanlarını yemlənməsində istifadə edirlər. Arpa səmənisindən hazırlanan məlhəm və ya mayesi uşaqların qidasında müsbət rol oynayır. Xalq təbabətində qovrulmuş arpa ununun şəkərlə bişirilmişi uşaqlar üçün xeyirlidir. Arpa şirəsi ilə boğazı qarqara etməklə ağrısını və boğazdakı şişləri götürür.
Həlimə binti Əbu Zuayb
Həlimə binti Əbu Zuayb (ərəb. حليمة السعدية‎; VI əsr – 629, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin süd anası. 4 yaşına kimi ona süd vermişdir. Həlimə və əri Əl-Haris ibn Əbdül-Uzzanın ərəblərin Xavazin qəbiləsinin Səd ibn Bəkr qoluna mənsub idilər. == Bioqrafiyası == Məhəmmədin doğulduğu ildə Səd ibn Bəkrin ailəsi uşaqlara baxmaq üçün Məkkəyə gəlir. Süd anaları olanlar ataları sağ olan uşaqları götürməyə üstünlük verirdilər. Məhəmmədin atasının hələ doğulmamış ölməsinə baxmayaraq, Həlimə 8 günlük uşağı götürür. İslam ənənəsinə görə, quraqlıq və qıtlıq üzündən Həlimə öz uşağını yedizdirə bilmirdi, lakin Məhəmmədi götürdükdən sonra Məhəmmədə və öz oğluna kifayət qədər süd verə bilirdi. Sad ibn Bəkr Hüdeybiyyədə, sonra isə Mədinədə yaşayırdı. Məhəmməd iki yaşında olanda Həlimə uşağı anasına qaytarmaq istəyir, lakin Aminə binti Vəhb Həlimədən uşağı bir müddət daha saxlamasını istəyir.
Im Wartesaal zum großen Glück
Im Wartesaal zum großen Glück (azərb. Böyük xoşbəxtlik üçün gözləmə otağı‎) — Almaniyanın 1956-cı ildə Avroviziyada təmsil olunduğu mahnı. Valter Andreas Şvarç alman dilində ifa etmişdir. 1956 Avroviziya Mahnı Müsabiqəsinin səsvermə nəticələri açıqlanmadığı üçün bu mahnının topladığı xal və tutduğu yer məlum deyil.
Iphiseiodes zuluagai
Iphiseiodes zuluagai (lat. Iphiseiodes zuluagai) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin iphiseiodes cinsinə aid heyvan növü.
Kristian Zurita
Kristian David Zurita Vallexo (10 fevral 1998) — Ekvadorlu kişi ağır atlet. 62 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Ekvadoru təmsil edir. Kristian Zurita dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 2015 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Köhnə Zuvand
Köhnə Zuvand — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Güllütəpə kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Köhnə Zuvand kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Əhalisi == Əhalisi 625 nəfərdir.
Mark Zukerberq
Mark Elliot Zukerberq (14 may 1984, Uayt-Pleyns[d], Nyu-York ştatı) — ictimai paylaşma saytı, sosial şəbəkə olan Facebook-un qurucusu Amerikalı sahibkar. Zukerberq 2004-cü ildə Harvard Universitetindən olan yoldaşları Dastin Moskovits, Eduardo Sovarın və Kris Hyuces ilə birlikdə ictimai paylaşma saytı Facebooku quraraq dünyanın ən gənc milyarderi olmasıyla tanınır. == Həyatı == Mark Zukerberq 14 may 1984-cü ildə Nyu-York şəhərində doğulmuşdur. Atası Edvard diş həkimi, anası Karen psixiatr olmuşdur. Yəhudi olaraq böyüdülməsinə baxmayaraq ateist olduğunu demişdir. == Universitet illəri və Facebook == Liseydə oxuyarkən elm sahələrində bir çox mükafat alan Mark Zukerberq, ABŞ-nin ən nüfuzlu universitetlərindən biri olan Harvard Universitetinə daxil oldu. Universitetin ilk illərində ən yaraşıqlı və ən gözəl tələbələrinin seçildiyi www.facemash.com saytını düzəltdi. Saytda Harvard Universitetinin bütün tələbələrinin şəkilləri vardı. Ancaq fotoşəkilləri tapmaq üçün universitetin məlumat bölməsinə girmək lazım idi. Məlumat bölməsinə icazəsiz daxil olduğu bilinən Mark, cəza verildiyi üçün təhsilini yarımçıq qoyaraq Harvard universitetini tərk etmişdir.
Markus Zusak
Markus Zusak (ing. Markus Frank Zusak (d.23 iyun, 1975) — Avstraliyalı yazıçı. == Həyatı == Zusak, Avstarliyanın Sidney şəhərində anadan olub. Onun anası Liza alman, atası Helmut isə avstraliyalıdır. == Yaradıcılığı == O ən çox, beynəlxalq bestseller olan Kitab Oğrusu və Elçi kitabları ilə tanınır. Zusak, beş kitabın müəllifidir. O 1999-2001-ci illərdə yazdığı ilk üç kitabı olan The Underdog, Fighting Ruben Wolfe və When Dogs Cry kitabları ilə beynəlxalq səviyyədə nəşr olundu və bir çox mükafat qazandı. Birinci kitabı olan The Underdog'un nəşri yeddi il ərzində başa çatdı.
Matias Zuloaqa
Matias Zuloaqa (23 dekabr 1997) — Argentinalı xizək yürüşçüsü. Matias Zuloaqa Argentinanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Matias Zuloaqa birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 15 km məsafəyə sərbəst üsul yarışlarında iştirak etdi. Zuloaqa 42:27.5 saniyəlik nəticəsi ilə 119 atlet arasında 100-cü yeri tutdu və medalçılar sırasına düşə bilmədi.

Значение слова в других словарях

ау́ затерза́ться презервати́вный токсикома́н де́тскость ревни́вец ферромагне́тик финга́л хрящ физиономия chipmunk danger light ill-advised orchestra performative polaron quorum tally амперметр вытягиваться лакриматор озон распереть терновник трахнуть