Öykü Çəlik
Öykü Çəlik (13 iyul 1987, İstanbul) — Türkiyə aktrisası.
Öykü Çəlik 13 iyul 1987-ci ildə İstanbulda anadan olub. Boyu 1.70 metr, çəkisi 60 kq-dır. Öykü Çəlik göy rəngi çox sevdiyini bildirir, çünki onun gözləri də bu rəngdədir. Atası futbol məşqçisi olduğu üçün və ailəvi səbəblərdən 11 ildə düz 9 məktəb dəyişdirmişdir. O, ingilis dilini çox gözəl bilir və aktrisalıqdan başqa futbol, buz konkisi və digər idmanlarla maraqlanır.
Öykü Çəlik Bilkənt universitetinin teatr fakültəsində oxumuşdur. Lakin o, ali təhsilini yarımçıq buraxmısdır. Səbəb isə odur ki, tələbik illəri zamanı bir maşın qəzası keçirməsidir.
"Selena", "Eşref saatı", "Könülçələn" kimi seriallarda rol alan Öykü Çəlik "Nuri" serialında canlandırdığı Reyna xarakteriylə böyük maraq doğura bilmişdir.