ÜMUMDÜNYA-TARİXİ

прил. всемирноисторический. Ümumdünya-tarixi əhəmiyyəti nəyin всемирно-историческое значение чего
ÜMUMDÜNYA
ÜMUMƏN
OBASTAN VİKİ
Ümumdünya hörümçək torunun tarixi
Ümumdünya hörümçək toru ("WWW", "W3" və ya sadəcə olaraq "İnternet") — internetə qoşulmuş kompüterlər vasitəsilə ilə istifadəçilərin daxil ola biləcəyi qlobal informasiya mühiti. Termin tez-tez səhvən internetin sinonimi kimi istifadə olunur, lakin veb elektron poçt və Usenet kimi internet üzərindən fəaliyyət göstərən bir xidmətdir. İnternetin tarixi və hipermətn tarixi Ümumdünya hörümçək torundan daha qədimdir. 1989-cu ildə Tim Berners-Li CERN-də (fr. Conseil européen pour la recherche nucléaire; azərb. Avropa Nüvə Tədqiqatları Şurası‎) işləyərkən Ümumdünya hörümçək torunu yaratdı. O, müxtəlif konseptlər və texnologiyaları tətbiq edərək "universal əlaqəli məlumat sistemi"ni təklif etdi. Bu fikrin əsası isə məlumatlar arasındakı mövcud əlaqələr idi.Berners-Li, ilk veb-serveri, veb-brauzeri və HTML (ing. Hypertext Markup Language) sənəd formatlaşdırma protokolunu işləyib hazırlamışdır. 1991-ci ildə HTML-i istifadəyə verdikdən və 1993-cü ildə brauzerin mənbə kodunu ictimai istifadə üçün yayımladıqdan sonra, Mark Andrissenin Mosaic (sonralar Netscape Navigator) brauzeri vasitəsilə istifadəsi və quraşdırılması xüsusilə asan olan və tez-tez istifadə olunan bir çox veb brauzer yaradıldı.
Tarixi
Tarix (q.yun. ἱστορία, historia — "sorğu; araşdırma nəticəsində əldə edilən biliklər") — keçmişdə insanı (onun fəaliyyətini, dünyagörüşünü, ictimai münasibətləri və s.) sistemli şəkildə öyrənən elm; keçmişin tədqiqi və sənədləşdirilməsi. Mənbələr üzrə insan meydana gəlməsi və inkişafını, müxtəlif xalqların ən qədim zamanlardan bizim dövrümüzədək necə yaşamaları, onların həyatlarında hansı hadisələrin baş verməsi, insan cəmiyyətlərinin həyatı necə və niyə dəyişib indi mövcud olduğu hala düşməsini öyrənən elmdir. Tarix – hadisələr ardıcıllığını, tarixi prosesi, təsvir olunan faktların obyektivliyini müəyyən etmək və hadisələrin səbəbləri haqqında nəticə çıxarmaq üçün keçmişlə bağlı bütün növ mənbələri öyrənən elmdir. Tarixi bilməyən insanlar keçmişin səhvlərini təkrarlamağa meyllidirlər. Keçmişin səhvlərini təkrarlamamaq üçün keçmişi bilmək lazımdır. Tarix fənnini yaxşı bilmək hər birimizin borcudur. Burada isə tarixi gerçəkliyi dərk etməyə çalışan alimlər – tarixçilər ön plana çıxır. Tarixçinin vəzifəsi hər bir alim kimi həqiqəti axtarmaqdır. Həqiqəti dərk etmək prosesi qeyri-adi dərəcədə mürəkkəb və çətindir, bu yolda alim bəzən uğursuzluqlarla qarşılaşa bilər.
Ümumdünya irsi
Dünya Mədəniyyət Mirasları siyahısı – UNESCO-nun Dünya mirasları Komitəsi tərəfindən təyin olunmuş və yerləşdikləri ölkənin dövlət orqanları tərəfindən qorunması zəmanət edilmiş, bütün dünya üçün əhəmiyyətli bir dəyər daşıdığı qəbul edilən təbii və mədəni abidələrin siyahısıdır. Dünya Mədəniyyət Mirasları siyahısının yaradılmasında məqsəd, bütün insanlara məxsus olan dəyərlərin qorunmasında beynəlxalq əməkdaşlığı həyata keçirməkdir. Nizamlı olaraq yenilənən siyahıya 2004 ildən etibarilə 134 ölkəyə aid 788 abidə daxil edilmişdir. Bunların 617-si mədəni, 154-ü təbii, 23-ü isə mədəni və təbii abidələrdir. 1972-ci ildə UNESCO 38 maddədən ibarət qətnaməni qəbul etdi.Qətnamədə hamı tərəfindən ümumdünya irsinin bir nəfər kimi qorumalı olduğu qeyd edilirdi. Qətnaməyə 175 dövlət qoşulmuşdur.Bunlardan 21 dövlət Ümumdünya irsinin idarə heyətinin üzvüdür. Ümumdünya irsi dünyada olan nadir abidə və təbii qoruqların qorunması ilə məşğul olur. Bu idea Ümumdünya irsinin rəsmi loqosundada əks olunmuşdur. Bu loqo, Belçikalı Karikatura ustası Michel Olyff tərəfindən yaradılmış və 1998-ci ildən etibarən, rəsmi loqo olaraq istifadə edilir .Loqonun icərsində olan kvadrat insanın həyatda nələrə nail ola biləcəyni, onun ətrafında olan dairə isə təbiətin insana verdiyi gözəlliyi ifadə edir. Loqonun dairəvi formada olması, həm də bütün dünyada olan irsin qorunması deməkdir.
Ümumdünya sərgisi
Ümumdünya sərgisi və ya Ekspo, Expo — xalqların nailiyyətlərini nümayiş etdirmək üçün beynəlxalq sərgidir. Bu sərgilər xarakterə görə fərqlənir və dünyanın müxtəlif yerlərində keçirilir. Sənayeləşdirmə simvolu olan beynəlxalq sərgi, texniki və texnoloji nailiyyətləri nümayiş etdirmək üçün açıq platformadı. 1928-ci ildə Beynəlxalq Sərgilərə dair Konvensiyanın qüvvəyə minməsi ilə Beynəlxalq Sərgilər Bürosu Ümumdünya sərgisi üçün beynəlxalq idarəedici orqan kimi xidmət edir. Beynəlxalq Sərgilər Bürosu tərəfindən təsdiqlənmiş sərgilər üç növdən ibarətdir: universal, beynəlxalq və bağçılıq. Onlar adətən üç həftədən altı aya qədər davam edirlər. İlk Ümumdünya sərgisi Şahzad Albert təşəbbüsü ilə 1851-ci ildə Hayd-parkda keçirildi. Sərginin əsas cazibəsi "Crystal Palace" idi. Sərgi cəmiyyətin bir çox aspektlərinin, o cümlədən incəsənət və dizayn təhsilinin, beynəlxalq ticarətin və əlaqələrin, həmçinin turizmin inkişafına təsir etmişdir. 1851-ci ildə yarandığı gündən bəri Ümumdünya Sərgilərinin təbiəti üç dövrə bölünür: sənaye dövrü (1851–1938), mədəniyyət mübadiləsi dövrü (1939–1987), milli brending dövrü (1988—bu günədək).
Ümumdünya vaxtı
Koordinasiya edilmiş ümumdünya vaxtı (ing. Universal Time Coordinated; fr. Universel Temps Coordonné; abbr. UTC) — Qrinviç meridianının orta Günəş vaxtı. Gecəyarıdan hesablanır, Bakı vaxtından 4 saat geridir. Zulu vaxtı (ing. Zulu time; rus. зулусское время) — aviasiya slenqində zamanın Qrinviç meridianına görə dəyərini bildirən ifadə. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Kilsə məclisləri (ümumdünya)
Ümumdünya Kilsə Məclisi - rasmi Xristian kilsəsi tərəfindən və onun adından adından çağrılan keşişlərin toplantılarıdır. Bu məclislərdə dini əqidə ilə bağlı yaranan problemlər həll olunurdu. Ümumdünya kilsə məclislərindən yalnız ilk yeddisi həm Ortodoks (Pravoslav), həm də Katolik kilsələri tərəfindən qəbul olunmaqdadır. I Ümumdünya (I Nikeya) Kilsə Məclisi (325-ci il). Roma imperatoru I Konstantin tərəfindən Nikeya şəhərində çağırılmışdır. Bu məclisdə xristian imanının simvolu . tərtib edildi. Burada Roma, İsgəndəriyyə, Antakiya və Qüds yepiskoplarının Kilsə üzərində xüsusi səlahiyyətləri təsdiq edildi. Daha sonra bu məclisdə presviter Ariusun təlimi pislənib, rədd edildi. Belə ki, Arius hesab edirdi ki, Tanrının oğlu (İsa) Atanın ən yüksək məxluqudur və Ondan fərqli mahiyyətə malikdir.
Ümumdünya Antidopinq Agentliyi
Ümumdünya Antidopinq Agentliyi (ing. World Anti-Doping Agency, fr. Agence mondial antidopage), bəzən WADA və ya AMA kimi qeyd olunur — idmanda dopinqlərə qarşı mübarizəni təşviq etmək, əlaqələndirmək və izləmək üçün Kanadada yerləşən Beynəlxalq Olimpiya Komitəsinin təşəbbüsü ilə yaradılan vəqf.
Ümumdünya Baytarlıq Assosiasiyası
Ümumdünya Baytarlıq Assosiasiyası (ing. WVA) — Kənd təsərrüfatı üzrə bеynəlхalq təşkilat Assosiasiya 1905-ci ilin 9 sеntyabrında Budapeşt şəhərində yaradılan bеynəlхalq baytarlıq Konqrеsinin varisi qismində 27 mart 1959-cu ildə Madrid şəhərində təsis еdilmişdir. Birinci Bеynəlхalq Baytarlıq Konqrеsi Almaniyanın Hamburq şəhərində 14-18 iyul 1963-cü ildə kеçirilmişdir. dünya baytarlarının birləşdirilməsi, baytarlıq еlmi və təcrübəsinin, baytarlıq təhsili və еtikasının yüksək standartlara çatdırılması; bütün növ hеyvanların sağlamlıq səviyyəsinin yüksəldilməsi, hüququnun müdafiəsi, Assosiasiyaya üzv ölkələr arasında informasiya mübadiləsinin mükafatlandırılması, digər maraqlı təşkilatlarla münasibətlərin müəyyənləşdirilməsi.
Ümumdünya Esperanto Konqresi
Esperanto Dünya Konqresi (Esperanto dilində: Universala Kongreso də Esperanto , qısaltma UK )- az qala qırılmayacaq qədər və yüz ildən çox bir rekordla beynəlxalq Esperanto konqreslərin arasında ən uzun ənənəyə malikdir. Konqreslər Birinci Dünya Müharibəsi və İkinci Dünya Müharibəsi xaricində 1905-ci ildən bəri mütəmadi olaraq hər il keçirilməkdədir. 1920-ci ildən bəri təşkilatçı Beynəlxalq Esperanto Assosiasiyası (Universala Esperanto-Asocio veya UEA) olmuşdur. Konqreslər hər il təkrarlanır və ortalama 2000 iştirakçını qonaq edir (Birinci Dünya Müharibəsindən bəri bu rəqəm konqresin edildiyi yerə bağlı olaraq 800 ilə 6000 arasında dəyişir). Ortalama təmsil edilən ölkə sayı 60-dır. Bəzi ixtisaslaşmış təşkilatlar öz illik iclaslarında bir neçə yüz iştirakçı yığmaqdadır. Dünya Konqresi ümumiyyətlə iyulun son həftəsi və ya avqustun ilk həftəsində keçirilir və şənbə günündən şənbə gününə qədər 8 gün davam edir. 1980-ci ilə qədər qədər konqreslər 1965-ci ildəki Yaponiya konqresi istisna olmaqla Avropa və ABŞ-də keçirilməkdədir. O tarixdən sonra Braziliya, Kanada, Çin, Kuba, Cənubi Koreya, Avstraliya, İsrail və Vyetnam kimi ölkələrdə də reallaşdırılmışdı.
Ümumdünya Gülüş Günü
Ümumdünya gülüş günü — Avropada və bir sıra Asiya ölkələrində aprelin 1-i gülüş, zarafat günü kimi qeyd olunur. Böyük Britaniyada 1 apreli "Səfehlər günü", Fransada isə "Aprel balığı günü" adlandırırlar. 1 apreldə bir-birini aldatmaq adətinin meydana gəlməsi haqda müxtəlif versiyalar var. Ən çox yayılmış versiyanın kökü gedib qədim Romaya çıxır. Romada təxminən 2000 il əvvəl hazırkı gülüş gününə oxşar bayramlar təşkil edilirmiş və bu bayramı ağılsızların günü adlandırırlarmış. Hər şey isə qapı qulluqçularından birinin imperator Konstantinə zarafatla gülüşün dövlətə onun özündən çox fayda verə biləcəyini deyəcək qədər ürəklənməsindən başlayıb. Konstantin ona söylədiklərini həyata keçirmək imkanı verib və xüsusi qərar çıxarıb ki, ilin bir günü Romanı zarafatcıl şəxs idarə etsin. Həmin tarixdə ölkənin hər yerində insanlar gülür və müxtəlif zarafatlar edirmişlər. Daha geniş yayılmış versiyalardan biri isə Roma papası Qriqori tərəfindən hazırlanmış 1582-ci ilin Qriqoryan təqvimi ilə əlaqədardır. Həmin vaxtadək yeni il həftəsi martın 25-dən başlayar, aprelin 1-də başa çatırdı.
Ümumdünya Kapoeyra Federasiyası
Ümumdünya Kapoeyra Federasiyası gənc təşkilatdır. Belə ki, o 2011-ci ildə yaradılmış və Estoniyada dövlət qeydiyyatından keçmişdir. Təşkilatın yaranmasını 18 iyun 2011-ci ildə, Bakı şəhərində keçirilmiş 3-cü ümumdünya kapoeyra forumunda iştirak edən bir sıra ölkələrinin kapoeyra təşkilatlarının nümayəndələri təklif etmişlər. Forum çərçivəsində əsasən beynəlxalq kapoeyra qruplarının hazırkı vəziyyəti haqqında, onların ayrı-ayrılıqda fəaliyyət göstərməsi və qrupların mövcud pərakəndə vəziyyətinin kapoeyranın inkişafının ləngitdiyi haqqında müzakirələr aparılmışdır. Uzun sürən danışıq və müzakirələrdən sonra forum iştirakçıları nəticəyə gəlmişdirlər ki, yeni dünya kapoeyra təşkilatının yaradılması və onun ətrafında bütün qrupların birləşdirilməsi hazırkı vəziyyətdən yeganə çıxış yoludur. Beləliklə forum iştirakçıları tərəfindən yeni dünya kapoeyra təşkilatının təsis olunması haqda qərar qəbul olunmuşdur. Forumun ertəsi gün Bakı şəhəri, “Əl oyunları sarayı”nda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Braziliya Respublikasının Azərbaycandakı səfirliyi və Azərbaycan Kapoeyra Federasiyasının təşkilatçılığı ilə yeni yaradılmış Ümumdünya Kapoeyra Federasiyasının Beynəlxalq turniri keçirilmişdir. 4 noyabr 2011-ci il tarixdə təşkilat Estoniyanın paytaxtı Tallin şəhərində dövlət qeydiyyatından keçmişdir (qeydiyyat nömrəsi: 8033439.) Ümumdünya Kapoeyra Federasiyası dünya, Avropa və digər beynəlxalq yarışlar təşkil edir. Ümumdünya Kapoeyra Federasiyasının üzvləri əsasən "Capoeira Brasil", "MUZENZA", "AXE Capoeira", "Capoeira Berimba" kmi iri beynəlxalq kapoeyra qruplara mənsub olan milli federasiya və assosiasiyalardır.
Ümumdünya Kitab Günü
Ümumdünya Kitab Günü və ya Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü — 1995-ci ildə UNESCO tərəfindən təsdiq edilmişdir. Həmin gün dünya ədəbiyyatında simvolik tarixdir. 23 aprel - Vilyam Şekspir, Migel de Servantes və İnka Qarsilaso dela Veqa kimi bir sıra görkəmli ədiblərin vəfat etdiyi gündür. YUNESKO-nun 1995-ci ildə keçirilən 28-ci sessiyasında 23 aprelin Ümumdünya Kitab və Müəlliflik hüququ Günü elan edilməsi bərədə qərar qəbul olunub. Azərbaycanda Dünya Kitab Günü və ya Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü 1997-ci ildən qeyd edilir. İspaniyada Kitab Günü 1926-cı ildən hər il oktyabrın 7-də, Migel de Servantesin anadan olduğu güman edilən tarixdən qeyd olunmağa başladı. Lakin bu günü açıq havada gəzinti və kitabları vərəqləmək üçün daha xoş bir mövsümdə qeyd etmək daha məqsədəuyğun hesab edilmişdir. Beləliklə, 1930-cu ildə Kral XIII Alfonso, Servantesin ehtimal edilən ölüm tarixi olan 23 apreldə kitab gününün qeyd edilmə tarixinin dəyişdirilməsini təsdiqlədi. İsveçdə bu gün Världsbokdagen ("Ümumdünya Kitab Günü") kimi tanınır və müəllif hüququ aspekti nadir hallarda qeyd olunur. Adətən aprelin 23-də qeyd olunurdu, Pasxa bayramı ilə toqquşmamaq üçün 2000 və 2011-ci illərdə aprelin 13-nə çəkildi.
Ümumdünya Kosmos Həftəsi
Ümümdünya Kosmos Həftəsi — dünyanın əksər ölkələrində hər il 4–10 oktyabrda bu bayram qeyd olunur. Ümumdünya Kosmos Həftəsinin məqsədi kosmik elmlərin və texnologiyanın müasir cəmiyyətin inkişafındakı rolunu işıqlandırmaqdır. Beynəlxalq Millətlər Təşkilatının Kosmos üzrə III Konfransında Mərakeş nümayəndə heyəti 20 iyul — ABŞ kosmonavtlarının aya endiyi günü kosmos günü kimi qeyd etməyi təklif etdi. Əksər ölkələr kosmos günü ideyasını dəstəkləsə də, tarix olaraq 20 iyul seçilməsi məsələsi mübahisəyə səbəb oldu. Rusiya nümayəndə heyəti kosmos günü ideyasını dəstəkləsə də, 20 iyul tarixi ilə razılaşmadı. Çünki kosmos erası 1957-ci il 4 oktyabrda SSRİ tərəfindən Yerin ilk süni peykinin göndərilməsi ilə başlayır. Bu səbəbdən Rusiya 4 oktyabr tarixini təklif etdi. Lakin alternativ olaraq 10 oktyabr Kosmos Haqqında müqavilənin imzalandığı gün təklif olundu. İran nümayəndəsi isə kosmos günü deyil Kosmos həftəsi keçirməyi təklif etdi və bu təklif əksər ölkələrin nümayəndələri tərəfindən dəstəkləndi. Nəticədə 1999-cu il dekabrın 6-da Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 4–10 oktyabr tarixinin hər il Ümumdünya Kosmos Həftəsi kimi qeyd olunacağını elan etdi: 1957-ci il 4 oktyabr Yerin ilk süni peyki buraxıldığı və 1967-ci il 10 oktyabr Kosmos haqqında Müqavilə imzalandığı gün.
Ümumdünya Meteorologiya Təşkilatı
Ümumdünya Meteorologiya Təşkilatı — BMT-nin meteorologiya sahəsində ixtisaslaşmış hökumətlərarası qurumudur. Azərbaycan 27 dekabr 1993-cü il tarixindən etibarən ÜMT-nin üzvüdür. 1950-ci ildə yaradılmışdır. O, BMT-nin Yer atmosferinin vəziyyətini və okeanlarla qarşılıqlı əlaqəsini izləmək üçün səlahiyyətli orqandır. ÜMT-nin mənzil-qərargahı İsveçrənin Cenevrə şəhərindədir. Ümumdünya Meteorologiya Təşkilatının yaradılması haqqında Konvensiyanın qüvvəyə mindiyi gün, martın 23-ü Ümumdünya Meteorologiya Günü qeyd olunur. Hava, iqlim və su dövranı milli sərhədlərlə müəyyən edilmədiyinə görə, qlobal miqyasda beynəlxalq əməkdaşlıq meteorologiya və hidrologiyanın inkişafı və onların tətbiqindən əldə edilən fayda üçün mühüm əhəmiyyət kəsb edir. Ümumdünya Meteorologiya Təşkilatı belə beynəlxalq əməkdaşlığın əsasını yaradır. Yarandığı gündən Ümumdünya Meteorologiya Təşkilatı bütün bəşəriyyətin təhlükəsizliyinin və rifahının təşviqində mühüm rol oynayır. Milli Meteoroloji və Hidroloji Xidmətlər, Ümumdünya Meteorologiya Təşkilatının rəhbərliyi və proqramları çərçivəsində həyatın və əmlakın təbii fəlakətlərdən qorunmasına, ətraf mühitin qorunmasına və cəmiyyətin bütün təbəqələrinin ərzaq təhlükəsizliyi, su ehtiyatları və nəqliyyat kimi sahələrdə iqtisadi və sosial rifahının qorunmasına və gücləndirilməsinə mühüm töhfə verir.
Ümumdünya Missiya Cəmiyyəti
Tanrının Kilsəsi və ya Ümumdünya Missiya Cəmiyyəti — Cənub-Şərqi Asiyada, xüsusilə də Koreyada qeyri-ənənəvi inanclardan, təhlükəli hesab edilən dini cərəyanlardan biri. Bu sektanın davamçıları hesab edirlər ki, İsanın ruhu An Sanq-Honq adlı bir adamın vücuduna köçmüşdür, Jan Hil-Ca adlı qadın isə "Tanrının Anasıdır". Onlar bildirirlər ki, Yerdəki ailə sistemi səmavi ailə sisteminin əksi və kölgəsidir və Səmavi Ata (An), Səmavi Ana (Jan), həmçinin qardaş və bacıların (digər bəşəriyyət) mövcud olduğunu iddia edirlər. Tənqidçilərin fikrincə, bu kult ailələri məhv etmək üçün beyinlərə təsir göstərmək taktikasından istifadə edir. Gülnar Seyidli. Asiyada təhlükəli 10 dini cərəyan. "Cəmiyyət və Din" qəzeti. Avqust 2015, № 08 (289). səh. 13.
Ümumdünya Poçt Günü
Oktyabr ayının 9-da bütün dünyada poçt sahəsi işçilərinin peşə bayramı - Ümumdünya poçt günüdür. Ümumdünya Poçt İttifaqının (ÜPİ) XIV konqresinin qərarı ilə Ümumdünya poçt günü 1874-cü ildə ittifaqın yaranması günü qeyd olunur. Bu münasibətlə "Azərpoçt" DM-si tərəfindən bir sıra tədbirlər həyata keçirilməkdədir. Ümumdünya Poçt Gününün qeyd olunması münasibətilə oktyabr ayının 5-də bütün poçt müəssisələrinin inzibatı binalarında, PŞ-lərdə və ətrafında səliqə-sahman, abadlıq işləri görülmüşdür. Hər bir poçt şöbələrində Ümumdünya poçt gününü xatırladan plakatlar asılmışdır.Bayramla əlaqədar zonalar üzrə vətəndaşların irad və təkliflərini dinləmək üçün Qusar rayonunda "Qaynar xətt" keçirilmişdir. O cümlədən "Azərpoçt" DM-nin Gənclər Təşkilatının heyəti bütün zonalar üzrə gənclərlə görüşlər keçirmiş və poçt haqqında geniş müzakirələr aparmışdır. "Azərpoçt" Dövlət Müəssisəsinin bütün şöbə və idarələrində toplantılar keçirilmiş, məruzələr dinlənilmişdir. "Azərpoçt" DM-nin rəhbərliyi tədbirlər planına əsasən orta məktəb şagirdləri ilə görüşlər keçirmiş, onlara poçtun yaranma tarixi, poçt xidmətləri və poçtun müasir zamanda rolu barədə məlumat vermişdir. Tədbirlər çərçivəsində Ümumdünya Poçt İttifaqının yaranmasının 134-cü ildönümü münasibətilə xüsusi təqvim ştempelləri hazırlanmış, 1 saylı PF-nin MPŞ-də poçt markalarından ibarət sərgi təşkil edilmiş, "Azərpoçt" DM-də və Poçt müəssisələrində Veteran Poçt işçiləri ilə görüşlər keçirilmişdir. 09.10.2008-ci il tarixdə Bayram ilə əlaqədar 3 Poçt Şöbəsinin açılışı olmuş, 5 Poçt Şöbəsi istifadəyə verilmişdir.
Ümumdünya Poçt İttifaqı
Ümumdünya Poçt İttifaqı (ing. Universal Postal Union) və ya qısaca: ÜPİ (ing. UPU) — Dünya miqyasında poçt xidmətlərinin beynəlxalq koordinasiyası və tənzimlənməsi üçün yaradılmış beynəlxalq təşkilatdır. ÜPİ 1874-cü ildə Bern şəhərində təsis olunmuş və BMT-nin ixtisaslaşmış agentliklərindən biridir. ÜPİ-nin əsas məqsədləri: 1. Beynəlxalq Poçt Xidmətlərinin Təşkili və Tənzimlənməsi: ÜPİ üzv ölkələr arasında beynəlxalq poçt xidmətlərinin inkişafını və səmərəliliyini təmin etmək məqsədilə qaydalar və standartlar müəyyənləşdirir. 2. Əməkdaşlıq və Texniki Yardım: ÜPİ üzv ölkələrə poçt xidmətlərinin inkişafı və təkmilləşdirilməsi üçün texniki yardım və məsləhət xidmətləri göstərir. 3. Poçt Tariflərinin Tənzimlənməsi: ÜPİ üzv ölkələr arasında beynəlxalq poçt göndərişləri üçün uyğun tariflərin müəyyənləşdirilməsinə kömək edir.
Ümumdünya Qaqauzlarının Konqresi
Ümumdünya Qaqauzlarının Konqresi (qaq. Dünnää gagauzların kongresi) hər 3 ildən bir Qaqauziya Muxtar Bölgəsinin paytaxtı Komrat şəhərində keçirilir. Tədbirdə dünyanın hər yerindən olan qaqauzlar toplaşırlar. Muxtar bölgəsinin tarixində qaqauzların ilk konqresi 2006-cı ildə təşkil edilmiş və iyulun 20-dən 21-dək keçirilmişdir. İki gün ərzində tədbir iştirakçıları Qaqauziyanın tarixi və həyatı ilə tanış oldular, mədəniyyət və tarixi müəssisələrini ziyarət etdilər. Konqresdə Bolqarıstan, Yunanıstan, Rusiya, Ukrayna, Türkiyə, Kanada, ABŞ, Braziliya və qaqauz diasporasının olduğu dünyanın bir sıra başqa ölkələrindən 220 nümayəndə iştirak etmişdir. Konqres Qaqauziya ilə xaricdəki qaqauz diasporunun nümayəndələri arasında sıx sosial-iqtisadi və mədəni əlaqələrin qurulmasına uğurla töhfə vermişdir. Qaqauzların ikinci konqresi 2009-cu ildə avqust ayının 18-dən 19-dək keçirildi. Əvvəlcə Komratın mərkəzi küçəsi boyunca Qaqauziya və digər ölkələrin milli folklor qruplarının paradı baş tutdu. Sonra mərkəzi meydanda, Qaqauziyanın müxtəlif şəhər və kəndlərə aid stendlərə baxıldı.
Ümumdünya Qaraçı Konqresi
Ümumdünya Qaraçılar Konqresi - Dünyadakı qaraçılara aid məsələlərin müzakirəsi üçün keçirilən forumdur. 1971-ci ildə Böyük Britaniyada, London yaxınlığında keçirilib. Burada qaraçılar bayrağı, himni qəbul olunub. Onların himni "Qelem, Qelem" adlanır.
Ümumdünya Qazaxlar Birliyi
Ümumdünya Qazaxlar Birliyi (ÜQK) — respublika əhəmiyyətli beynəlxalq qeyri-hökumət təşkilatı. 29 sentyabr 1992-ci ildə Almatı şəhərində keçirilən birinci Dünya Qazaxlar Qurultayının qərarı ilə yaradıldı. Dünyanın 33 ölkəsindən 800 nümayəndə Ümumdünya Qazaxlar Birliyini təsis etdi və yekdilliklə Nursultan Nazarbayevi Rəyasət Heyətinin sədri seçdilər. Birliyin dünyanın 19 ölkəsində şöbələr və nümayəndəlikləri var. Birliyin məlumatına görə, Qazaxıstandan kənarda dünyanın 43 ölkəsində 5 milyondan çox qazax yaşayır. Birliyin əsas məqsədi əcnəbi soydaşlarla mədəni və mənəvi inkişaf, təhsil və biznes məsələlərində əlaqənin saxlanmasıdır. Tərkibində "Atajurt" nəşriyyat mərkəzi, kitabxana və "İncəsənət" mərkəzi daxildir. Birliyin aktivlərinə rus və qazax dillərində müxtəlif monoqrafiyalar daxildir. Kaldarbek Naymanbayev 1992 — 2004 Talqat Mamaşev 10.2004-06.2017 Zautbek Turisbekov 06.2017-ci ildən Всемирное сообщество казахов // Казахстан. Национальная энциклопедия.
Ümumdünya Qazaxları Konqresi
Ümumdünya Qazaxları Konqresi - Ümumdünya Qazaxları Birliyinin ən ali orqanı. Ümumdünya Qazaxları Qurultayı — 28 sentyabr-4 oktyabr 1992-ci il tarixlərində Almatıda dünya qazaxlarının nümayəndələrinin iştirakı ilə keçirilən bir qurultaydır. Qurultay ərəfəsində qazaxların sayı 10 milyon 537 minə çatdı. Ümumdünya Qazaxları Qurultayında MDB-dən 350 nəfər və bir çox xarici nümayəndə iştirak etmişdir. Qurultay iştirakçıları Türkistan, Jezqazğan, Ulıtau kimi ölkənin qədim sosial-siyasi, mədəni mərkəzlərində olmuş, ata-yurdlarına qovuşmuşdular. Qurultayın fəaliyyətinin işıqlandırılmasında 200-dən çox jurnalist və 50-dən çox televiziya və radio şirkəti iştirak etmişdir. Ümumdünya Qazaxları Qurultayının iştirakçıları Qazaxıstan xalqına və digər xalqlara, dövlətlərə və hökumətlərinə bir müraciət qəbul etmişlər. Qurultay zamanı "Qazaxlar: dünən, bu gün və sabah" mövzusunda elmi konfrans keçirildi. Konfransda o dönəm Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev "Qollarımız qardaşlara sona qədər açıqdır" mövzusunda çıxış etdi. Qazax xalqının taleyi, əcdad irsi, dil, dünya qazaxlarının vahid bir dövlət ətrafında birləşməsinin hüquqi əsasları, və s.
Ümumdünya Kompüter Oyunları
WCG (ing. World Cyber Games) — Ümumdünya kompüter oyunları turnir seriyası 2000-ci ilin oktyabrında keçirilmiş əlamətdar tədbir ilə başlayır. Həmin ay Koreyanın Seul şəhərində dünyanın 17 ölkəsindən 174 peşəkar oyunçunun qatıldığı WCG Challenge kiber-turniri keçirilmişdir. Müsabiqə həmin dövr üçün ən məşhur olan 4 oyun üzrə keçirilirdi: Quake III: Arena, FIFA 2000, Age of Empires II, StarCraft: Brood War. Böyük uğurla keçən bu tədbir bütün dünyada çox müsbət qarşılanmışdır.2001-ci ildən başlayaraq, müsabiqə "World Cyber Games (WCG) — Ümumdünya kompüter oyunları" adı altında keçirilir. 2001-ci ildə Ümumdünya kompüter oyunlarının finalında iştirak edən ölkələrin sayı artıq 37-ə çatmışdır, seçmə oyunlarında isə 120 min oyunçu iştirak edirdi. Müsabiqədə keçirilən rəsmi oyunların da sayı artmışdı. Oyunların sayı artıq 6 idi: Quake III: Arena, FIFA 2001, Age of Empires II, StarCraft: Brood War, UnrealTournament, Half-Life: Counter-Strike. 2002-ci ildən başlayaraq WCG (ÜKO)-nin dünya üzrə əhatə dairəsi daha da genişlənir. Çempionatın seçmə oyunlarında dünyanın müxtəlif ölkələrini təmsil edən 1,5 milyondan artıq oyunçu iştirak edirdi.
Ümumdünya Su Günü
Ümumdünya su günü — 22 mart. BMT-nin Baş Assambleyası 22 dekabr 1992-ci ildə, 47/193 nömrəli qətnaməyə əsasən 22 mart tarixini "Ümumdünya su resursları günü" elan etmişdir. Bu günün keçirilməsinin məqsədi su resurslarının mənimsənilməsinin hansı səviyyədə olmasının, iqtisadi və sosial rifahın səmərəliliyinin yüksəldilməsinə təsirinin müəyyən edilməsi və bu barədə maarifləndirilmənin təmin edilməsidir.
Ümumdünya Sağlamlıq Günü
Ümumdünya Sağlamlıq Günü hər il aprelin 7-də Ümumdünya Səhiyyə Təşkilatının və digər əlaqədar təşkilatların sponsorluğu ilə qeyd olunan qlobal sağlamlıq maarifləndirmə günüdür.
Ümumdünya sərgisi (1900)
Ümumdünya sərgisi (fr. Exposition universelle) — 1900-cü il 15 aprel — 12 noyabr tarixlərində Parisdə keçirilmiş beynəlxalq sərgi. Sərginin simvolu yeni XX əsrin gəlməsi idi. Sərgidə ən populyar ar-nuvo üslubu oldu. Yeddi ay boyunca sərgidə 50 milyondan çox insan iştirak etdi, bu rekord yalnız 1967-ci ildə Monrealda (55 milyon nəfər) təşkil olunan Dünya Sərgisi və Şanxayda keçirilən EXPO 2010-da ikinci dəfə (70 milyondan çox insan) "qırıldı". Sərgidə 35 ölkənin ekspozisiyası 18 tematik bölmədə təqdim olundu. O dövrdə Fransanın ən yaxın müttəfiqi olan Rusiya İmperiyasının iştirakı xüsusilə əhəmiyyətli idi. == Sərgi == Sərgi 1900-cü il aprelin 15-indən noyabrın 12-sinədək davam etdi. Sərgini 50 milyondan çox insan (o dövrdə dünya rekordu) ziyarət etdi, bu da Fransa xəzinəsinə 7 milyon frank gəlir gətirdi. Sərgiyə 76 mindən çox iştirakçı qatıldı, sərgi sahəsi 1.12 km² idi.