ŞAR
ŞAR-ŞARLA
OBASTAN VİKİ
Şar (ada)
Şar — SSRİ-nin şimal dənizlərində iki ada və ya materiklə ada arasında uzun və nisbətən ensiz boğaz. Məs: Novaya Zemlya adaları arasındakı Matoçkin şar.
Şar adası
Şar adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. Kara dənizini ərazisində, Şimal Torpağı Arxipelaqına daxil olan Komsomoles adasında yerləşən Kuybişev burnundan 1,3 km cənub-qərbdə, Juravlyov körfəzinin şimal hissəsində yerləşir. Dairəvi formsya malikdir. Diametri 1,5 km təşkil edir. Hündürlüyü 8 metri keçmir. Cənub-qərb sahilləri hündür olub 4 metrə çatır. Mərkəzi hissəsində teleskoplu astronomik məntəqə vardır.
Şar dağları
Şar Dağları (serb. və mak. Sar Planina / Шар Планина; alb. Malet e Sharrit / Maliyyə i Sharrit / Sharr) — Kosovo ilə Makedoniya dövlətlərinin sərhədləri boyunca uzanan dağ silsiləsidir. Dağların Kosovodakı hissəsi daha əvvəldən milli park olmuş, Şimali Makedoniyadakı hissəsi isə 30 iyun 2021-ci ildə milli park statusu almışdır. Şar Dağlarının 56,25% Makedoniya sərhədləri içində, 43.12%-i Kosovo sərhədləri içində, 0,63%-i isə Albaniyanın sərhədləri əhatəsindədir. Qədim Dünyada bu dağların adı Scardus, Scodrus və ya Scordus kimi verilmişdir. Bəziləri düşünürlər ki, bu dağın adı Carska planina ("Çarın dağı") sözündən götürülmüşdür. Bəziləri isə dağın adının hər iki ölkənin paytaxtlarının (Prizren və Skopye) adlarından yarandığını düşünürlər. Hündürlüyü 2.000 m çox olan xeyli sayda zirvə nöqtəsi var.
Şar dəyirmanı
Şar dəyirmanı — möhkəm materialları əzmək üçün qurğu. Əsasən rənglərdə, pirotexniki vasitələrdə(müəyyən effekt-fişəng vəya siqnal, yanacaq tərkibli-alov, yardırıcı vasitələr) və keramikada istifadə olunan toz məhsulu istehsalında istifadə olunur. Şar dəyirmanı sement, əhəng, gips, keramika məhsulları və s. istehsalı zamanı materialı ən az 1/10 ölçülərində əzmək üçün istifadə olunur. Üyütmə prosesi böyük enerji sərfiyyatı və xərclərinə görə fərqlənir. Şar dəyirmanlarında materialın üyüdülməsi barabanın daxilindəki boşluğun içində fırlanaraq əzəlməsi şəklində baş verir. Üyütmə obyektlərinin (şar, millər) fırlanması zamanı və üyüdülən obyektlər ("yük" adlanan) əvvəlcə dairəvi trayektoriya üzrə barabanla bir hərəkət edir, sonra isə parabolaya çevrilir. Yüklərin bir hissəsi fırlanma oxuna yaxın yerləşir, aşağı təbəqəyə doğru sürüşür. Materiallar aşınma nəticəsində xırda tərkiblər və material hissəciklərinin nisbi hərəkəti zamanı zərbələr nəticəsində üyüdülür. Şar dəyirmanları iki cür olur: laboratoriyada və sənayedə istifadə olunan.
Şar (dəqiqləşdirmə)
Şar (ada) —
Kostin Şar boğazı
Kostin Şar boğazı (rus. Костин Шар ) - Mejduşarski adasını Qusinaya yarımadasından (Yeni Torpaq arxipelaqı) ayırır. Şimal Buzlu okeanına daxil olan Barens dənizi akvatoriyasında yerləşir. Boğazın uzunluğu 100 km, eni 3,5–6 km, dərinliyi 48 m təşkil edir. Sahilləri yüksəkdir və bəzi yerlərdə sıldırımlıdır. İlin böyük qismi buzla örtülü olur. Sahillərində Yujnıy, Qusinıy Nos, Lile, Başmaçnıy nos, Cornıy (Cənub adası), Kostin Nos, Klyuv, Şordovski, Krestovıy burunları vardır. Boğaz daxilində Beluşya, Roqeçeva, Taynaya, Propovskaya, Nerpıy və Başmaçkaya adaları vardır. Boğazda Kruqlıy, Timofeyeva, Sobaçıy və Yarseva körfəzləri vardır. Burada Beluşya Quba qəsəbəsi yerləşir.
Matoçkin Şar boğazı
Matoçkin Şar boğazı (rus. Ма́точкин Шар) -Yeni Torpaq arxipelaqına daxil olan Şimal adasını Cənub adasından ayırır. Şimal Buzlu okeanına daxil olan Barens dənizini Kara dənizi ilə birləşdirir. Boğazın dərinliyi 12 m təşkil edir. Bu boğazdan gəmilərin sərbəst irəliləməsinə imkan verir. Gəmilərin sərbəst sahilə yan alması üçün Baranevo burnu əlverişlidir. Uzunluğu 100 km, eni ən dar yerdə 600 m təşkil edirdi. İlin böyük hissəsi buzla örtülü olur. Sahilləri hündür və sıldırımlıdır. Sahillərində yay aylarında fəaliyyət göstərən, hazırda isə mövcud olmayan Matoçkin Şar və Stolbovoy qəsəbələri olmuşdur.
Qrişin Şar çayı
Qrişin Şar çayı (rus. Гришина Шара) — Yeni Torpaq arxipelaqına daxil olan Şimal adasının şimal-şərqindən axan çay. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Çayın uzunluğu 27 km-dir. Çay Şimal adası üzərini örtən buzlaqdan başlayaraq qərbdən şərqə doğru axır. Kara dənizinə daxil olan Natalii körfəzinə tökülür. 160 metrlik hündürlüyə malik ərazidə ensiz qayalı dərədən axır. Axarı boyunca bir sıra qol qəbul edir. Onlar arasında mənsəbə 7 km qalmış tökülən çay ən iri qoldur. Mənsəbində kiçik ada vardır.
Yaqorski Şar boğazı
Yaqorski Şar boğazı (rus. Югорский Шар) - Vayqaç adasını Yaqorski yarımadasından ayıran boğaz. Şimal Buzlu okeana daxil olan Kara dənizində yerləşir. Boğaz Kara dənizi ilə Barens dənizini birləşdirir. Uzunluğu 40 km., eni 2,5–12 km., ən dərin yeri 36 m. təşkil edir. Boğaz ilin böyük hissəsini buzla örtülü olur. Boğazda bir neçə ada vardır: Storojevoy, Sokolnıy. Sahilləri qayalı və sıldırımlıdır. Bitki örtüyü zəifdir, əsasən mamır, şibyə və qayalıqlarda bitən otlara rast gəlinir.
Şar (Val-d'Uaz)
Şar (fr. Chars) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d'Uaz, rayon — Pontuaz, kanton — Marin. Əhalisi — 1.721 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 50 km şimal-qərbində, Serji bələdiyyəsinin 17 km şimal-qərbində yerləşir.

Digər lüğətlərdə