Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Durqan
Durğan — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 477 nəfərdir. == Toponimiyası == Bəzi tədqiqatçılar bu oykonimi Düğon toponiminin təhrif forması hesab edir, düğ (Zərdüşt dininin təriqət davamçılarına verilən ad) və ən (cəmlik bildirən şəkilçi) komponentlərinə ayıraraq izah edirlər. Əslində, bu coğrafi ad həmin ərazi üçün yad olmayan dolan/dulan tayfa adı ilə bağlı etnotoponimdir.
Kurqan
Kurqan — Orta Asiyada ki köhnə Türk məzarlarına verilən ad. Ümumiyyətlə dövlət idarəçisi olanlar üçün edilmişlər. Kurqanlar taxtalarla, bəzən də daşlarla çevrilmiş məzar otaqlarının üstünə bir metr ilə yetmiş metr arasında torpaq yığılmasıyla yaradılar. Kurqanlarda əsl məzar otağı bəzən düzbucaqlı, bəzən kvadrat və ya oval ola bilirdi. Cəsədin tapıldığı yerə bəzən doğrudan çatıla bilir, bəzən də bu otaq altda yerləşirdi. Cəsəd otağının döşəməsi ağac kötükləri və kalasdan hazırlanırdı. Cəsədlərin başı Şərqə çevrilmiş olar və əşyaları ilə birlikdə kurqanlara basdırılardı. Fərqli bölgələrdə kurqanlarda at cəsədlərinə də rast gəlinmişdir. Bu günə kimi olan ən əhəmiyyətli kurqan Qazaxıstandakı Esik kurqanıdır. Çöldə xüsusilə soylular üçün ən məşhur məzar növü kurqandır.
Şurtan
Aşağı Şurtan
Aşağı Şurtan
Aşağı Şurtan — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Şurtan kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Yaşayış məntəqəsi ərazidəki Şurtançayın Aşağı axarında yerləşdiyi üçün belə adlandırılmışdır. == Tarixi == 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Aşağı Şurtan kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Aşağı Şurtan Kəlbəcər rayonunun tərkibinə daxil edilmişdir.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. == Coğrafiyası == Tərtər çayının sahilində, Dəlidağın ətəyindədir. == Əhalisi == 1950-ci illərdə kənddə aparılan tədqiqat zamanı kəndin sakinlərini özlərini kürd kimi identifikasiya etmişdilər.
Beş kurqan
Furqan Surəsi
25-ci surə
Kiçik kurqan
Kiçik kurqan — coğrafi adı Ağcabədi rayonunda, Kamiltəpə yaşayış yerində qeydə alınıb. == Tarixi == XX əsrin 50-cı illərinin sonunda aparılan arxeoloji qazıntılar zamanı Kamiltəpənin yaxınlığında e.ə. VII əsrin II yarısına aid olan Kiçik kurqan yaşayış yeri müyyən olundu. Bu ərazidəki açılan qəbirlərdən insan skeleti, at kəlləsi, tunc yüyən, zınqırov, boz və qara rəngli şirələnmiş qab-qacaq, əqiq, ox ucu, sümük və müxtəlif bəzək əşyaları tapılıb. Kurqanın ərazisi kiçik olduğu üçün bu coğrafi ad Kiçik kurqan adlanmışdır.
Konstantin Şulqan
Konstantin Şulqan (belar. Канстанцін Канстанцінавіч Шульган; d. 11 iyul 1965, Bereza, Brest, Belarusiya SSR, SSRİ) — Belaruslu bürokrat və siyasətçi. Belarus Respublikasının rabitə və informasiyalaşdırma naziri (18 avqust 2018-ci ildən). == Həyatı == Konstantin Şulqan 11 iyul 1965-ci ildə Belarusiya SSR-in Brest rayonunun Bereza şəhərində dünyaya gəlmişdir. 1989-cu ildə Minsk Ali Hava Hücumundan Müdafiə Mühəndisliyi Ali Məktəbini bitirmişdir. 1991-ci ildən 2008-ci ilədək Belarus Dövlət İnformasiya Təhlükəsizliyi Mərkəzində müxtəlif vəzifələrdə çalışmışdır. 2008-ci ildən 2018-ci ilədək Belarus Respublikasının Prezidenti yanında Əməliyyat Analitik Mərkəzində zabit vəzifədə xidmət etmiş, 2016-cı ildə həmin Mərkəzin sədr müavini vəzifəsinə təyin olunmuşdur. O, 18 avqust 2018-ci ildə Belarus Respublikasının rabitə və informasiyalaşdırma naziri vəzifəsinə təyin olunmuşdur.
Kurqan (şəhər)
Kurqan ya da Qorğan (başq.
Kurqan fərziyyəsi
Kurqan fərziyyəsi (nəzəriyyəsi) erkən Hind-Avropa mənşəyinin Qara dəniz-Xəzər çöllərində tapılan arxeoloji “Kurqan mədəniyyəti”nə mənsub olduğunu irəli sürən nəzəriyyələrdən biridir. Kurqan türkcə “koruqan” sözündən götürülmüş olub, hörülmüş məzar mənasını verən bir termindir. Kurqan modeli Hind-Avropa tayfalarının mənşəyi ilə bağlı ən çox qəbul edilən təklifdir. Kurqan təhlili olduqca maraqlıdır və bir çox arxeoloq və linqvistik tərəfindən tam və ya qismən qəbul edilmişdir. Kurqan fərziyyəsi ilk dəfə 1950-ci illərdə Marija Gimbutas tərəfindən irəli sürülmüşdür. Gimbutas “Kurqan mədəniyyəti”ni bir-birini izləyən dörd ardıcıl dövrün nəticəsi kimi tanımışdır. Ən qədimi (I Kurqan) Mis dövrünə (e.ə. 4-cü minilliyin əvvəlləri) aid olan və Dnepr/Volqa arasında tapılmış Samara və Seroqlazovka mədəniyyətlərini də ehtiva edir. Fərziyyəyə görə, bu mədəniyyətlərin köçəri tayfaları eramızdan əvvəl III minilliyə qədər Qara dəniz-Xəzər çöllərinə və Şərqi Avropaya yayılıblar. === Ümumi baxış === Nəzəriyyə ilk dəfə 1956-cı ildə Tarixdən əvvəlki Şərqi Avropa kitabının I hissəsində təqdim edilərkən, Marija Gimbutasın Hind-Avropa mənşələrinin axtarışına verdiyi töhfə arxeologiya və linqvistika fənlərinin sintezinə səbəb oldu.
Kurqan vilayəti
Kurqan vilayəti (rus. Курганская область) — Rusiya Federasiyasının subyektlərindən biri.
Kurqan şəhəri
Kurqan ya da Qorğan (başq.
Mamayev kurqan
Mamayev kurqan (rus. Мамаев курган) — 1942-ci ilin sentyabrında başlayan və 1943-cü ilin yanvarında sona çatan Stalinqrad döyüşü zamanı şiddətli döyüşlərin baş verdiyi Volqoqrad şəhərinin mərkəzi bölgəsindəki Volqa çayının sağ sahilindəki bir yüksəklikdir. Bu gün Mamayev kurqan, əsasən əsas monumenti "Ana vətən çağırır!" olan "Stalinqrad döyüşünün qəhrəmanlarına" həsr olunmuş abidə-ansamblı ilə tanınır. Mamayev kurqanında Stalinqradın 35 mindən çox müdafiəçisinin cəsədinin dincəldiyi bir neçə kütləvi və fərdi məzarlar var. Bu, Volqoqradın simvoludur, Stalinqrad döyüşünün və şəhərin müdafiəsi zamanı şəhid olan on minlərlə əsgərin xatirəsinə hörmətdir. Kompleks 1959–1967-ci illərdə yaradılıb. Layihənin müəllifi Yevgeni Viktoroviç Vuçetiçdir.2014-cü ildən bəri, UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmək üçün namizəddir. == Adın mənşəyi == "Mamaev kurqan" adı Qızıl Orda dövründən bəri uzun müddətdir ki bilinir. Əvvəllər onun təpəsində gözətçilər dayanırdılar. "Xalq etimalogiyasına" görə, forpost tümən Mamay tərəfindən qurulmuşdur.
Orta Şurtan
Orta Şurtan — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Şurtan kənd inzibati ərazi dairəsində kənd.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. Orta Şurtan kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsi Aşağı Şurtan və Yuxarı Şurtan kəndləri arasında yerləşir və Aşağı Şurtan kəndindən çixmiş ailələr tərəfindən salınmişdir.
Qurqan (Xoy)
Qurqan (fars. قورقان‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Yuxarı Şurtan
Yuxarı Şurtan — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Şurtan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Yuxari Şurtan kəndi Tərtər çayının sahilinə tərəf uzanan Şurtan dərəsindədir. Kəndi Şurtan (indiki Aşağı Şurtan) kəndindən ayrılmiş ailələr Şurtan dərəsinin yuxarı hissəsində salmış və Yuxarı Şurtan adlandirmişlar. Yaşayış məntəqəsi yerli əhali arasında Baş Şurtan adi ilə də taninir.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyənatdan sonra Yuxarı Şurtan kəndi 25 noyabr 2020-ci ildə boşaldıldı.
Şarqan səkkizliyi
Şarqan səkkizliyi (serb. Шарганска осмица / Šarganska osmica) — Serbiyanın Mokra Qora və Şarqan-Vitasi yaşayış məntəqələri arasından keçən ensiz dəmiryolu xətti. Turistlər üçün məşhur görməli yerlərdən biri. Serbiyanın 7 möcüzəsi siyahısına daxil edilmişdir. == İnşa tarixi == Mokra Qora qəsəbəsi ilə Şarqan aşırımı arasında dəmir yolunun tikintisi 1916-cı ildə başlanılır. Bosniya ilə Serbiyanı əlaqələndirməli olan dəmiryol əlaqəsi böyük bir layihə çərçivəsində Belqrad, Ujise, Vişeqrad və Sarayevo birləşdirilməlidir. Tikinti çətin ərazi ilə ziddiyyət təşkil edirdi, yollar yüksək dərələr və kəsik qayalardan keçməli idi. Bu məsələnin həlli üçün birinci sinif mütəxəssislər layihənin icrasına cəlb olunmuşdur. Relslər arasında məsafə 750 mm olaraq qəbul edildi. Çünki dar ölçülü dəmir yolları bu vəziyyətdə daha ucuz və tələblərə daha yaxşı cavab verirdi.
Durğan
Durğan — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 477 nəfərdir. == Toponimiyası == Bəzi tədqiqatçılar bu oykonimi Düğon toponiminin təhrif forması hesab edir, düğ (Zərdüşt dininin təriqət davamçılarına verilən ad) və ən (cəmlik bildirən şəkilçi) komponentlərinə ayıraraq izah edirlər. Əslində, bu coğrafi ad həmin ərazi üçün yad olmayan dolan/dulan tayfa adı ilə bağlı etnotoponimdir.
Qurqan (İrəvan xanlığı)
Qurqan - İrəvan xanlığının Sürməli mahalında kənd adı. == Tarixi == 1828-1832-ci illərdə əhalisi qovulmuş və kənd dağılmışdır. Bu kəndin adının mə'nası haqqında üç mülahizə irəli sürmək olar. XIII əsrdə monqolların tərkibində gəlmiş türkmənşəli Qurqan tayfasının adını əks etdirir. Türk dillərində qurqan - düzən yerdə 1000 alaçıqdan ibarət dairəvi formalı dayanacaq, düşərgə sözündəndir. Türk dillərində tayfa başçısının qəbri üstündə ucaldılan konusvarı təpə-kurqan sözündəndir. Qeyd edilməlidir ki, Azərbaycan və ERmənistan ərazilərində qədim türk tayfalarına məxsus olan bə'zi kurqanlar xalq içərisində XIX əsrə qədər müqəddəs sayılırdı (məs: Laçın r-nunda Qurqanbaba piri və s.).
Saru-kurqan sancağı
Saru-kurqan sancağı və ya Marağa livası — Osmanlı İmperiyasının Təbriz əyalətinin inzibati–ərazi vahidi. İnzibati mərkəzi Saru-kurqan idi. 1593-cü ildə Saru-kurqan livası Sarı-kurqan, Əcri-yi ulya, Əcri-yi suflə, Siyah-kuh, Hüseyabad nahiyələrindən təşkil olunmuşdur (7, səh84).
Taldı-Kurqan vilayəti
Taldı-Kurqan vilayəti (qaz. Талдықорған облысы) — Qazaxıstan SSR (1944–1959, 1967–1991) və Qazaxıstan Respublikasının (1991–1997) inzibati vahidi. İdarəetmə mərkəzi Taldıkorqandır. == Coğrafiyası == Taldı-Kurqan vilayəti (qaz. Талдықорған облысы) Qazaxıstanın cənub-şərqində yerləşirdi. Sahə — 118,5 min km ². Şərqdə Çinlə həmsərhəddir. == İqtisadiyyatı == Bölgənin ərazisində 9,4 milyon UAH. ha və iqtisadiyyatının əsasını kənd təsərrüfatı sektoru təşkil etdi. 1990-cı illərin ortalarında. Taldikorqan bölgəsi ölkənin kənd təsərrüfatı istehsalının təqribən 6% -ni təşkil edirdi və 19 bölgədən 7–8 yeri tuturdu.
Şulqan Daş mağarası
Şulqan Daş (başq. Шүлгәнташ), həmçinin Kapova mağarası, Belskaya — Rusiyanın Başqırdıstan ərazisində yerləşən karst mağarası. Ağidel çayı sahilində, eyni adlı Şulqan Daş qoruğu ərazisində yerləşir. Mağara ibtidai icma quruluşu dövrünə aid (paleolit) qayaüstü rəsmləri ilə məşhurdur.. == Adın mənası == Şulqan Daş adı başqırd dili mənşəlidir. «Тaş» daş, Şulqan isə çay deməkdir. Məhs mağaranın girişi yaxınlığında Şulqan çayı var və Ağidelə birləşir. Bundan başqa Şulqan başqırd eposu olan Ural Batırda əsas qəhrəmanın qardaşıdır. Mağaranın digəri adı Kapovanı isə iki formada izah edirlər. Birincisi - su damcılarının səsi, və ikinci məna «kapişe» (məbəd) deməkdir.
Şulqan Daş qoruğu
Şulqan Daş qoruğu — Baçşqırdıstan əazisində yerləşən dövlət təbiəıt qoruğu. DFederal statusa sahibdir. Cənubi Uralın qərb ətəklərində, dağ-meşə zonasında, bütünlüklə Böryən rayonu ərsazisində yerləşir. Qoruğun sahəsi 22 531 ha-dır (225 km²). Qoruğun adı başqırdca «şulqan» («yoxa çıxmış») və «taş» («daş») sözlərinin birləşməsindən meydana gəlmişdir. Altın-Solok yasaqlığı ilə birlikdə Başqır Uralı adı altında YUNESKO-nun Rusiyada yerləşən Dünya İrsi siyahısına namizəddir. Qoruq 1958-ci il Başqırd qoruğunun bir filialı olaraq təşkil edilmişdir. 16 yanvar 1986-cı ildən isə müstəqil qoruğa çevrilmişdir.Qoruq yerli yaban arılarının mühafizə altına alındığı qoruqdur. Qoruqda orta ayılq temperatur −16° С, iyun və iyul ayları isə +16° С təşkil edir. İqlimi mülayim kontinentaldır.
Əl-Furqan məscidi
Əl-Furqan məscidi (ing. Al-Furqan Mosque) — Şotlandiyanın Qlazqo şəhərində yerləşən məscid. == Tarixi == Məscid 1991-ci ildə inşa edilib və Qlazqoda ikinci tikilən məsciddir. 2009-cu ildə edilən son əlavələrdən sonra bu gün məsciddə eyni anda 500 müsəlmanın ibadət etməsi mümkündür.
Yeni Şuqan (Bakalı)
Yeni Şuqan (başq. Яңы Шыуған, rus. Новый Шуган) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Mixaylovka kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 32 km, kənd sovetliyindən (Mixaylovka): 10 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 107 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (49%), ruslar (41%) üstünlük təşkil edir.
Fürqan
FÜRQAN (ərəbcədir, ayırma, fərqləndirmə deməkdir) – Quranda fərqləndirmədir (III, 2, XXI, 49). Allahın bəndələrinə göndərdiyi bütün müqəddəs kitablara, yəni Qurana, Tövrata, İncilə və Zəbura aid edilir. Fürqanın ikinci mənası qurtuluşdur. 624-cü ildə Bədr yaxınlığındakı çarpışma, yəni Məhəmməd Peyğəmbərin məkkəlilərə qalib gəldiyi döyüş "Qurtuluş günü" – "yaum əl-Fürqan" adlandırılır. == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.113.
Gürgan
Gürgan və ya Gürgən: Gürgan (Azərbaycan) — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində qəsəbə. Gürgan (İran) — İranın Gülüstan ostanının və Gürgan şəhristanının mərkəzi.
Kurgan
Kurqan — Orta Asiyada ki köhnə Türk məzarlarına verilən ad. Ümumiyyətlə dövlət idarəçisi olanlar üçün edilmişlər. Kurqanlar taxtalarla, bəzən də daşlarla çevrilmiş məzar otaqlarının üstünə bir metr ilə yetmiş metr arasında torpaq yığılmasıyla yaradılar. Kurqanlarda əsl məzar otağı bəzən düzbucaqlı, bəzən kvadrat və ya oval ola bilirdi. Cəsədin tapıldığı yerə bəzən doğrudan çatıla bilir, bəzən də bu otaq altda yerləşirdi. Cəsəd otağının döşəməsi ağac kötükləri və kalasdan hazırlanırdı. Cəsədlərin başı Şərqə çevrilmiş olar və əşyaları ilə birlikdə kurqanlara basdırılardı. Fərqli bölgələrdə kurqanlarda at cəsədlərinə də rast gəlinmişdir. Bu günə kimi olan ən əhəmiyyətli kurqan Qazaxıstandakı Esik kurqanıdır. Çöldə xüsusilə soylular üçün ən məşhur məzar növü kurqandır.
Sürgün
Sürgün — məhkəmənin hökmü ilə cəza olaraq bir şəxsin məcburi surətdə başqa, adətən uzaq bir yerə köçürülməsi. Sürgün Çar Rusiyasında məhkəməsiz olaraq çarın, bəzi qubernatorların (1850-ci illərdən), Daxili İşlər Nazirliyinin orqanlarının (1860-cı illərdən) əmri ilə tətbiq olunurdu. Sovet qanunvericiliyində inzibati sürgün nəzərdə tutulmamışdı, lakin ondan qanun pozuntusuna reaksiya kimi istifadə edilmişdir. == İstinadlar == == Xarici keçidlər == ССЫЛКА В СИБИРЬ В XVII — ПЕРВОЙ ПОЛОВИНЕ XX вв. «Устав о ссыльных» Российской империи «Свод уставов о предупреждении и пресечении преступлений» Российской империи, включающий положения об административной ссылке" История пенитенциарной политики Российского государства и Сибирь XVIII—XXI веков Arxivləşdirilib 2016-03-16 at the Wayback Machine «Тюрьма без решеток» Страны Советов.
Suran
Suran — İranın Sistan və Bəlucistan ostanının şəhərlərindən və Sib və Suran şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,966 nəfər və 1,886 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəluclardan ibarətdir və bəluc dilində danışırlar və hənəfi sünni müsəlmandırlar. Bəluclardan əlavə sistanilərdə bu şəhərdə yaşayırlar ki dari dilində danışırlar və şiə müsəlmandırlar.
Əmir Surğan Sulduz
Əmir Surğan Sulduz (1310-1344), Elxanlı əmiri, Əmir Çoban Sulduz və Sultan Satıbəy xatunun oğlu. == Həyatı == Azərbaycan tarixində səhifə açmış şəxsiyyətlərdən biri də Əmir Çoban Sulduz (?-1328) idi. Əmir Çobanın doqquz oğlu vardı. Bunlardan biri Əmir Surğan ana tərəfdən Çingizoğulları uruğuna bağlı idi. Onun anası Satıbəy xatun Sultan Məhəmməd Xudabəndə Olcaytu xan Elxanın (1304–1316) qızıydı. Əmir Surğanın adı ilkin mənbələrdə Suyurqan kimi də yazılır. Əmir Surqan Sulduzun anası Satıbəy xatın 1339-cu ildən 1340-cı ilədək Azərbaycanın hakimi olmuşdu. Qardaş-qohumları isə elxanlılar dövlətinin ictimai-siyasi yaşamında mühüm rol oynamışdılar. Sulduz elinin, Çobanlı soyunun tarixi haqqında tariximizdə kifayət qədər bilgi olduğundan ətraflı söhbətdən yan keçib, Əmir Surğanın tarixçəsi ilə kifayətlənəcəyik. 1334-cü ildə Qarabağ hakimi Məhəmməd bəy Quşçu bir sıra əmirlərə ittifaqa girib Sultaniyyədə Əbu Səidə qarşı iğtişaş qaldırdı və son nəticədə tutularaq həbs olundu.
Atış-Sumqan
Atış-Sumqan şəlaləsi (başq. Атышсумған) — Başqırdıstanın Beloret rayonu ərazisində yerləşən yeraltı şəlalə. Cənubi Uralın turistik ərazilərindən hesab edilir. Hündürlüyü 6 metrdir. == Coğrafiyası == Atış çayı üzərində yerləşir. Başqırd dilindən tərcümədə «Atış daldı» və ya «Atış çökdü» mənasını verir. Atış çayı kiçik bir arx şəklində 276 m hündürlükdə yerin dərinliyinə axır. Bura Atış-Sumqan şəlaləsi adlanır. Artıq 174 m hündürlükdə isə Atış şəlaləsi olaraq üzə çıxır. Bu hissəni də bəzən Atış-Sumqan adlandırırlar.
Böyük sürgün
Böyük sürgün – I Şah Abbasın əmri ilə 1604–1605-ci illərdə Ağrı vadisi, Çuxursəəd, Naxçıvanəhalisinin (müsəlmanlar, ermənilər və yəhudilərin) İran ərazisinə köçürülməsi hadisəsidir. Köçürülən əhali arasında ermənilər üstünlük təşkil edirdilər. Müxtəlif mənbələrdə 250.000 – 300.000 arası əhalinin ərazidən İranın mərkəzlərinə köçürülməsi haqqında məlumatlar vardır. == Ərəfə == 1555-ci ildə Osmanlı və Səfəvi dövlətləri arasında imzalanmış Amasiya müqaviləsinə əsasən Qərbi Gürcüstan vilayətləri (İmereti, Meqreli və Quriya), Bağdad və Ərmənniyə ərazisi Osmanlı dövlətinin, Şərqi Gürcüstan vilayətləri (Mesxetiya, Kartli və Kaxeti) isə Səfəvilər dövlətinin hakimiyyətinə düşdü. Lakin, 1579-cu ildə Osmanlı ordusunun Krım xanının 100.000-lik ordusu ilə Səfəvilərin nəzarətində olan ərazilərə hücum etməsi ilə Amasya müqaviləsinin şərtləri pozulur. Türk-tatar ordusunun Cənubi Qafqaza talançı yürüşləri 1589-cu ilə kimi davam edir. Həmin dövrdə hücuma məruz qalan ərazidə yaşayan əhalinin böyük bir hissəsi öz yurdunu tərk etməyə məcbur olmuş, qul kimi əsir edilmişdi; təkcə İrəvan şəhərindən 60.000 insan qul edilmişdi. XVI əsr erməni tarixçisi Hovannisik Çaretsi bu hadisələrlə bağlı yazır: Lala adlı bir sərkərdə çoxlu sayda döyüşçülərlə hücuma keçərək Ararat əyalətinə kimi irəlilədi, 60 mindən çox erməni və müsəlmanı qul edərək rumluların ölkəsinə sürdü.21 mart 1590-cı ildə imzalanmış İstanbul müqaviləsinin şərtlərinə görə Osmanlı dövləti, Təbriz, Qarabağ, Şirvan, Dağıstan və Şərqi Gürcüstan ərazilərini də ələ keçirdi. I Şah Abbas hakimiyyətə gəldikdən sonra, İstanbul müqaviləsinin şərtlərini qəbul etməyərək ordu quruculuğu ilə məşğul olur və Osmanlı dövlətinə qarşı yeni müharibəyə başlayır. 1605-ci ildə baş vermiş Sufiyan döyüşündə qalib gələn Səfəvilər Naxçıvan, Culfa və İrəvan ərazilərini ələ keçirdi.
Gürgan (Azərbaycan)
Gürgən — Azərbaycan Respublikasının Pirallahı rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. == Coğrafiyası və iqlimi == Abşeron yarmadasının şərqində, Xəzər dənizinin sahilində, Bakı-Pirallahı avtomobil yolunun kənarında yerləşir. Quru subtropik iqlimə malikdir. == Adının mənşəyi == Gürgan sözü fars və tat dilərində canavar mənasını verən "gürg" sözü ilə bağlıdır. Cəm şəkilçisi -an ilə birlikdə, qəsəbənin adı bu dillərdən "canavarlar" kimi tərcümə olunur. == Tarixi == Gurgan qəsəbəsi Xəzər dənizi sahilində, Abşeron yarımadasındadır. Qəsəbə Zirə kəndindən ŞƏRQ-də yerləşən Gurgan burayonunun adı ilə adlandırılmışdır. Qədimdə bu ərazidə Gurgan Şəhəri olmuşdur. Xəzər dənizinin suyunun qalxması ilə Şəhər suya qərq olmuş, sonralar suyun səviyyəsinin enməsi ilə yenidən üzə çıxmışdır. Zirədən Şərqə gedən qədim yol Gurgan yolu, yaxınlıqdakı üzümlüklər isə Gurgan bağları adlanır.
Gürgan (İran)
Gürgan və ya Qorqan — İranın Gülüstan ostanının və Gürgan şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 269,226 nəfər və 73,702 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti mazandaranlılardan ibarətdir və mazandaran dilində danışırlar. Mazandaranlılardan əlavə türkmənlər və s...də az sayda bu şəhərdə yaşayırlar. Bu şəhərin keçmiş adı Astrabad idi.
Gürgan burnu
Gürgan burnu — Abşeron yarımadasının şərqində, Abşeron körfəzi sahilində yerləşir. İnzibati cəhətdən Bakı şəhəri Xəzər rayonu ərazisinə daxildir. Burun Qu adasından şimal-qərbdədir.
Gürgan şəhristanı
Gürgan şəhristanı (fars. شهرستان گرگان‎) — İranın Gülüstan ostanında yerləşən şəhristan. Şəhristanın inzibati mərkəzi Gürgan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 393,887 nəfər və 105,120 ailədən ibarət idi.
Bulqan
Bulqan — Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhərinin inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qaracuq kənd inzibati-ərazi vahidi tərkibindəki Qaracuq kəndinin bir hissəsi Bulqan kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 9 iyun 2009-cu il tarixli, 829-IIIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qaraçuq kənd inzibati ərazi dairəsi və onun tərkibindəki Bulqan kəndi Naxçıvan şəhər inzibati ərazi vahidinin hüdudlarına daxil edilmişdir. == Tarixi == Bulqan Naxçıvanın qədim yaşayış məntəqələrindən biridir. Kənd ərazisində orta əsrlərə aid yaşayış yeri olmuş, buradan sənduqə tipli bir neçə qəbirüstü abidə, müxtəlif dövrə aid çəhrayı rəngdə bişirilmiş sadə və şirli qab qırıntıları tapılmışdır. Bulqan kəndi yarandığı vaxtdan Araz çayının kənarında yerləşmiş, 1963-1969-cu illərdə Araz su anbarının tikintisi ilə əlaqədar əvvəlki yerindən indiki əraziyə köçürülmüş, keçmiş kənd Araz dəryaçasının altında qalmışdır. Mənbələrdə “Bulğan” adı ilə qeydə alınmış kənd XVI əsrdə Naxçıvan nahiyəsinə, XVIII əsrdə Qarabağ nahiyəsinə, XIX əsrdə Naxçıvan mahalına, 1925-1930-cu illərdə Naxçıvan dairəsinə daxil olmuşdur. XIX əsr və ondan əvvəlki dövrlərdə kənddə kəngərlilərin Qızılqışlaq tayfasına məxsus 29 ailə yaşamış, kəndin torpaq sahələri Əmir Suar bəyə və üç qardaşa məxsus olmuş, ərazidə daha çox buğda və arpa əkilmişdir. Bulqanda yaşayan Qızılqışlaq tayfası və tirələrinin, eləcə də kəngərlilərin Əlixanlı tayfasına məxsus ailələrin yaylaq yeri XIX əsrdə Əli Məmməd qışlağı, “Güllü qışlaq”, “Kalançı qışlaq” və “Mağara qışlaq” adları ilə tanınmış indiki Aşağı Qışlaq və Yuxarı Qışlaq kəndləri olmuş, bu kəndlərin əsası kəngərlilər tərəfindən qoyulmuşdur. Dilimizdə “Bulqan” adının mənası haqqında yekdil fikir yoxdur.
Burqas
Burqas — Bolqarıstanda şəhər. Bolqarıstanın cənub-şərqində yerləşən Burqas ölkənin ən mühüm iqtisadi, mədəni və inzibati mərkəzlərindən biri və böyüklüyünə görə dördüncü şəhərdir. Burada ilk beynəlxalq hava limanı və Bolqarıstan ən yüksək trafik həcmi ilə busiest limanıdır. Balkan yarımadasında ən böyük kimya və neft emalı – Burqas rayonu ərazisində, şəhər şimal bir neçə mil və "Lukoil Neftochim" dir. Burgas inkişaf etmiş dəniz turizm mədəniyyət mərkəzidir. == Əhalisi == Əhalisi 206 min nəfərdir (2013). == Coğrafiyası == Qara dənizin Burqas körfəzi sahilindədir. Ölkənin ən iri dəniz portudur (yük dövriyyəsi 12,4 min. t; 2004). Dəmiryolları və avtomobil yolları qovşağı.
Burqon
Burqon (fr. Bourgogne, IPA: [buʁ.ɡɔɲ]) — Fransanın şərqində bir bölgədir.
Cunqan
Cunqan— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Farsan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 14,660 nəfər və 3,437 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti qaşqaylardan ibarətdir, qaşqay dilində danışırlar və şiə müsəlmandırlar.
Curəqan
Curəqan və ya Cuzqan — İranın Həmədan ostanında yerləşən şəhər. Bu şəhər Həmədan şəhristanının Mərkəzi bəxşində yerləşir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən şəhərin əhalisi 8851 nəfər və ya 2311 ailədən ibarət idi. Əhalisi azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Dunqan
Dunqanlar- Huey xalqının Orta Asiyadakı hissəsinin adı. XIX əsrdə baş vermiş üsyanın yatırılmasından sonra hakimiyyətin cəza tədbirlərindən xilas olmaq məqsədilə, o vaxtkı Rusiya imperiyasının ərazisi olan Orta Asiyaya qaçmaq məcburiyyətində qalmışlar. Həmin dövrdən etibarən orada məskən salaraq, yaşamağa başlamış, yerli əhali tərəfindən dunqan adı ilə tanınmışlar. Onların rəsmi surətdə bu adı almaları yalnız SSRİ-nin dövründə, 1924-cü ildə baş vermişdir. Sayları Qazaxıstanda 40 min, Qırğızıstanda isə təxminən 60 minə yaxındır. Buradan başqa Özbəkistan, Tacikistan və Rusiya Federasiyasında da kompakt şəkildə yaşayırlar. Onlar əsasən kənd təsərrüfatı, ticarət və restoran biznesi ilə məşğul olurlar. O da çox maraqlıdır ki, dunqanlar Orta Asiyada ən aşağı sosial vəziyyətə və ən çox dini özünüdərk duyğusuna malik xalq hesab edilirlər. Onların yalan danışmamaları, ticarətlə məşğul olsalar belə, alıcıları aldatmamaq kimi xislətləri qonşu xalqların arasında bir zərb-məsəl halına gəlmişdir. Dunqanlar özünəməxsus mədəniyyətə malikdirlər və qonşu xalqlar içərisində öz ənənələrinə görə də seçilirlər.
Durban
Durban (afrik. Durban, Dyurban; ing. Durban; zulu eThekwini) — CAR-ın Yohannesburq və Keyptaundan sonra üçüncü ən böyük əhalisi olan şəhəri, turizm mərkəzi. == Tarixi == Arxeoloji tapıntılar göstərir ki, yüz min il bundan əvvəl mövcud Durban ətrafı koysan xalqlarına məxsus olan kiçik ovçular və yığıcılar tərəfindən məskunlaşmışdı. Bizim eranın ikinci minilliyin əvvəlində onlar şimaldan köç edən bantu tayfaları tərəfindən tamamilə məhv edildi. 1497-ci ildə Portuqaliya bir ekspedisiya bu yerləri ziyarət edərək, Vasko da Qamanın başçılığı altında Avropadan Hindistana bir dəniz yoluaxtarırdı. O, bu ərazini portuqalca "Natal" yəni "Milad" adlandırmışdır. 1824-cü ildə ilk dəfə "ağ əhali", yəni leytenant Frensis Faruell başçılıq etdiyi 25 ingilis Natal Körfəzinin şimal sahilində düşərgə saldılar. Müharibənin başlanğıcında Zulu qəbilələri tərəfindən məhv edilmək təhlükəsi altında idi, lakin sonra Faruell peyklərindən biri olan Henri Finnə göndərdi, Zulu başçısı Çukça döyüşdə aldığı yarasını müalicə etməklə yoldaşlıq edə bildi. 23 iyun 1835-ci ildə daha 35 kolonist buraya gəlib rəsmi olaraq burada məskunlaşdı.