şokoladlı-qozlu

şokoladlı-qozlu
şokoladlı
şokoladlı-marmeladlı
OBASTAN VİKİ
Qozlu
AzərbaycandaQozlu (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Qozlu (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd.
Şokoladlı dondurma
Dondurma – isti havaların bir nömrəli qidası olan dondurma hər gün istehlak edilməsi vacib olan süd və süd məhsulları arasında xüsusi yerlərdən birini tutur. Yəni sərinləmək üçün yediyimiz dondurmanın insan sağlığında əhəmiyyətli rolu var. Belə ki, dondurmanın tərkibində protein, karbonhidrat, yağ kimi maddələrlə birlikdə A, D, E, C, və B qrupu vitaminlər həmçinin magnezium, fosfor, sodium, potasium, dəmir və sink kimi minerallar yer almaqdadır. Bu minerallar və vitaminlər əsasən uşaqlar üçün çox yararlıdır. Dondurmanın yalnız isti havalarda deyil müntəzəm istifadəsi uşaqların vitamin çatışmamazlığını da aradan qaldıra bilər. Bütün bunlarala yanaşı dondurmanın ziyanları da ola bilər. Dondurma alarkən onun satıldığı yerin sanitar qaydalara nə dərəcədə əməl edildiyinə diqqət etmək vacibdir çünki dondurmanın əsas tərkibi sayılan süd bakteriya və virusların əmələ gəlməsi üçün ideal bir şəraitdir. Beləliklə antisanitariya şəraitində hazırlanan və satılan dondurmalar asanlıqla yararlı bir qida vasitəsindən təhlükəli bir düşmənə çevrilə bilər. == Dondurmanın tarixi == Hər bir desert özünün böyük tarixinə malikdir, bunların bir çox əfsanəvi, yaxud nağıl yolları ilə yayılır. Bu gün isə biz sizin üçün dondurmanın tarixindən söhbət açmaq istəyirik.
Şokoladlı pizza
Şokoladlı pizza – şokoladdan istifadə edərək hazırlanan pizza çeşidi. Müxtəlif stilləri və hazırlanma qaydaları mövcuddur. Şokoladlı pizza desert kimi də servis edilə bilər. Bəzi şirkətlər şokoladlı pizza hazırlamaqda ixtisaslaşıblar. == Hazırlanması == Bəzi şokoladlı pizzalar xəmirə birbaşa şokoladın əlavə edilməsi ilə hazırlanır. Şokoladlı pizza şirin, desert yeməyi və ya əsas yemək kimi servis edilə bilər. Şokoladlı pizza peçdə bişirilməyə qoyulmamış xəmirin üzərində şokoladın əlavə edilməsi ilə hazırlana bilər. Başqa bir variant isə bişdikdən sonra üzərinə fındığın əlavə edilməsidir. Son illərdə şokoladlı pizzanın hazırlanmasında istifadə olunan inqredientlərə şəkər şirəsi, banan, çiyələk, marşmellou, şəkər dənəcikləri və ağ şokolad parçaları aiddir. == Tarix == Şokoladlı pizza məktəblilərin sevdiyi iki qida növünü – pizzanı və şokoladı özündə birləşdirir.
Şokoladlı tort
Şokoladlı tort — şirniyyat növü. == Tərkibi == 400 qr tünd şokolad 3 xörək qaşığı su (lazım gələrsə çox da götürmək olar) 12 yumurta (sarısı ağından ayrılmalıdır) 2 stəkan (1 stəkan = 237 qr) xırdalanmış şəkər tozu 2 çay qaşığı qurudulmuş apelsin qabığı 340 qr + 4 xörək qaşığı yumşaldılmış kərə yağı 1 stəkan (237 qr) ələnmiş un şəkər pudrası == Hazırlanması == Sobanı 160˚С – yə qədər qızdırın. Diametri 25 sm olan qabın içərisini və divarlarını yağlayın. Tavaya şəkər tozu tökün. Yumurtaların sarısını içərisinə vurub, durmadan çalın. Ağ rəng alınana qədər bu prosesi davam etdirin. Daha sonra ayrıca bir qabda şokoladı yaxşıca əzin və 3 xörək qaşığı su əlavə edin. Əgər şokolad çox qurudursa bir az da su əlavə edə bilərsiniz. Müəyyən qədər yumşalmasına şərait yaradın. Bütün bunlardan sonra əldə olunmuş isti şokoladı əvvəlcədən qarışdırdığınız yumurtanın sarısı ilə şəkər tozunun üzərinə əlavə edin.
Qozlu (Bostanabad)
Qozlu (fars. قوزلو‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 262 nəfər yaşayır (52 ailə).
Qozlu (Kəlbəcər)
Qozlu (əvvəlki adı: Vaquas) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qozlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Vaquas kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Vaqaus kəndi Qozlu kəndi adlandırılmışdır. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Toponimikası == XIX əsrdə buraya erməni ailələri köçüb gəldikdən sonra kəndin adı ermənicəyə tərcümə edilərək Vaquas (Qozlu) kimi rəsmiləşdirilmişdi. 1992-ci ildə keçmiş adi bərpa edilmişdir. Oykonim "qoz ağacları ilə zəngin" mənasındadır. == Tarixi == Qozlu kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Qozlu kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin yamacında yerləşir.
Qozlu (Laçın)
Qozlu — Azərbaycan Respublikasının Laçın rayonu Qozlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Qozlu kəndi Təzəkənd kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qozlu kənd Soveti yaradılmışdır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Toponimikası == Yaşayış məntəqəsi XVII əsrdə Qarabağdan köçürülmüş ailələrin Qozlu adlı yerdə məskunlaşması nəticəsində yaranmişdir. Oykonim "qoz ağacları ilə zəngin" mənasındadır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == 2006-cı ilin statistikasına görə kəndin əhali sayı 170 nəfər olmuşdur.
Qozlu (Məlikan)
Qozlu (fars. قوزلو‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 333 nəfər yaşayır (67 ailə).
Qozlu borucuq
== Tərkibi == Əla növ buğda unu - 432q, xama - 200q, kərə yağı - 125q, qoz ləpəsi - 200q, şəkər tozu - 160q, bal - 40q, darçın - 2q, yumurta - 1ədəd. == Hazırlanma qaydası == Xəmirin və için hazırlanması Ordubad dürməyində olduğu kimidir. Xəmir 40 qramlıq paylara bölünür və bunlar bir ucu digərindən bir qədər enli olan lentlərə yayılır. Xəmirin enli tərəfinin üstünə 30 qram içlik qoyulub lentin ucları bükülərək borucuq formasına salınır. Üzərinə yumurta sarısı sürtülür. 180-200 °S-də 20-30 dəq. bişirilir. Xəmiri çox vaxt maya ilə hazırlayırlar.
Qozlu kükü
Kükü – İran və Azərbaycan mətbəxinə aid olan, yumurtadan hazırlanan yemək növü. == Yayılması == Səfəvilər və Qacarlar dövrünə aid kulinariya kitablarında kükünün adı çəkilir. Qacar sənədləri kükünü qəlyanaltı kimi təqdim etmişdir. İranda Yeni il və Novruz bayramı zamanı kükü bişirmək ənənəsi mövcuddur. İranda yaşayan ermənilər və gürcülər Pasxa bayramı zamanı kükü bişirirlər. == Hazırlanması == Tipik kükü inqredientlərin tavada yağla qızardılması ilə hazırlanır. Bu zaman tavanın üstü bağlı olmalıdır. Bişirmə də kükünün hazırlanma metodlarından biridir. Kükü adətən çörəklə servis edilsə də, İranın şimalında düyü ilə servis edilir. == Növləri == Kükünün bir çox çeşidi hazırlanır.
Qozlu piroq
== Lazım olan ərzaqlar == 100 q kərə yağı; 150 q şəkər tozu; 2 ədəd yumurta; 5 q qabartma tozu; 120 q buğda unu; 100 q qoz; 125 ml süd. == Hazırlanması == Yumurtanı şəkər tozu ilə çalın. Yağı əridib soyudun, çalınmış yumurtaya əlavə edin. Qozu xırda-xırda doğrayıb unla qarışdırın. 180 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin. Soyuduqdan sonra piroqu şəkər kirşanı və qozla bəzəyin.
Qozlu sucuk
(Türk dili: Cevizli sucuk, gürcücə: Çurçxela (ჩურჩხელა)), Orcik adı ilə də bilinər. Üzümdən əldə edilən suyu və qoz istifadə edilərək edilən şirindir. Şəklinin sosiskaya bənzəməsindən ötəri bu adla xatırlanar. İpə düzülən qozlar üzüm suyu, nişasta, manna yarması ilə qarışdırılmış qarışığa batırılar. Sonra asılaraq qurudular. Qurutma 1 həftədə olar. Qırmızı Orcik (Qırmızı üzümdən) Qara Orcik (Qara üzümdən) Elazığ Köpüklü Orcik Hindistan Qozlu Orcik Köpüklü Orcik Sadə Orcik == Köme == Vəsaiti Tut suyu, bal, süd, un, qoz, fındıq və ya fıstıqdır. Eyni şəkildə edilər.
Unsuz şokoladlı tort
Tort (it. torta, isp. tortilla) — dünya xalqlarının mətbəxində geniş yayılmış un məmulatı və şirniyyat növüdü == Tort müxtəlif ölkələrdə == Hər bir ölkənin mədəniyyətinə uyğun reseptlərdən yararlanaraq tortlar bişirilir. Tortları müxtəlif mərasimlərlə əlaqədar hazırladıqlarına görə onların forma və ölçüləri də kəskin surətdə fərqlənir. Tortla əlaqədar çoxsaylı faktlar və maraqlı məlumatlar verilmişdir. Bunların çox hissəsi hətta Ginnesin rekordlar kitabına daxil edilmişdir. Bunlara misal olaraq ABŞ–ın Miçiqan ştatında hazırlanmış tortu göstərmək olar. Bu tort stoldan 13 metr hündür idi və 100 pillədən təşkil edilmişdi. Həmçinin ən ağır tort da ABŞ–da yaradılıb, lakin bu tort Alabama ştatına aid edilir. 50 tondan ibarət olan tort ağırlığına görə seçilir.
Aşağı Qozlu (Qoşaçay)
Aşağı Qozlu' (fars. ‎‎گوزللوي سفلي‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 49 nəfər yaşayır (10 ailə).
Aşağı Qozlu (Soyuqbulaq)
Aşağı Qozlu (fars. قوزلوی سفلی‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 346 nəfər yaşayır (49 ailə).
Qozlu-şəkərli piroq
Qozlu-şəkərli piroq - şəkərli xəmirdən hazırlanmış un məmulatı. == Həmçinin bax == Piroq == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Yuxarı Qozlu (Qoşaçay)
Yuxarı Qozlu (fars. ‎گوزللوي عليا‎‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 104 nəfər yaşayır (21 ailə).
Yuxarı Qozlu (Soyuqbulaq)
Yuxarı Qozlu (fars. قوزلوي عليا‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 402 nəfər yaşayır (68 ailə).
Qozlu-i Xaniyə (Çaypara)
Qozlu-i Xaniyə (fars. قوزلوي خانيه‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 28 nəfər yaşayır (8 ailə).