şup 2021

şup
şuntlayıcı
şur
OBASTAN VİKİ
Müqəddəs Şupxalişay
Müqəddəs Şupxalişay (erm. Շուփհաղիշոյ) - Alban Həvari kilsəsinin V-VI əsrlərdə yaşamış Partav arxiyepiskopu. Adı süryani dilində "İsanın izzəti" (klass. süry. ܫܘܒܚܐܠܝܫܘܥ) mənasına gəlir. Şupxalişay haqqında Alban ölkəsinin tarixində Yerusəlimdən gəldiyi qeyd edilir. 498-ci ildəki Aluen kilsə məclisi barədə sənəddə adı III Vaçaqandan sonra Partav arxiyepiskopu kimi çəkilir. Bundan başqa 506-cı ildə alban ruhanilərinin nümayəndə heyətinin tərkibində erməni katolikosu I Babken (490-515) tərəfindən Dvində (Dəbildə) çağırılmış erməni-alban-iber kilsə məclisində də iştirak etmişdir. Onun nə zaman müqəddəsləşdirildiyi ilə bağlı məlumat yoxdur. Heç bir xristian kilsəsi tərəfindən belə qəbul edilmir.
Tsin Şupey
Tsin Şupey (çin. 秦舒培; 10 avqust 1989, Kayfın[d]) və ya sadəcə Şu Pey – Çin supermodeli və aktrisası. DNA Models (Nyu-York), Oui Management (Paris) və VIE Models (Honkonq) agentlikləri ilə əməkdaşlıq edir. Boyu 178 santimetrdir. Tsin Şupey 10 avqust 1989-cı ildə Çinin Henan əyalətinin Kayfın şəhərində doğulmuşdur. Məktəb təhsilini ABŞ-nin Nyu-York şəhərində almışdır. Nyu-Yorkda təhsil alarkən model olmağa qərar vermişdir. Tsin 2007-ci ildə Next Management agentliyi ilə müqavilə imzalamışdır. 2007-ci ilin sentyabrında Nyu-York şəhərində baş tutmuş Rachel Roy şousunda model kimi debüt etmiş, Brian Reyes, Catherine Malandrino və Verrier brendləri üçün podiuma çıxmışdır. 2008-ci ilin avqustunda "British Elle", 2008-ci ilin avqustunda isə "Vogue China" jurnalının baş məqaləsində yer almışdır.
Şupxalişay
Müqəddəs Şupxalişay (erm. Շուփհաղիշոյ) - Alban Həvari kilsəsinin V-VI əsrlərdə yaşamış Partav arxiyepiskopu. Adı süryani dilində "İsanın izzəti" (klass. süry. ܫܘܒܚܐܠܝܫܘܥ) mənasına gəlir. Şupxalişay haqqında Alban ölkəsinin tarixində Yerusəlimdən gəldiyi qeyd edilir. 498-ci ildəki Aluen kilsə məclisi barədə sənəddə adı III Vaçaqandan sonra Partav arxiyepiskopu kimi çəkilir. Bundan başqa 506-cı ildə alban ruhanilərinin nümayəndə heyətinin tərkibində erməni katolikosu I Babken (490-515) tərəfindən Dvində (Dəbildə) çağırılmış erməni-alban-iber kilsə məclisində də iştirak etmişdir. Onun nə zaman müqəddəsləşdirildiyi ilə bağlı məlumat yoxdur. Heç bir xristian kilsəsi tərəfindən belə qəbul edilmir.
Stevan Şuplikats
Stevan Şuplikats (serb. Стеван Шупљикац; 1786[…], Petrinye[d], Sisak-Moslavina jupaniyası[d] – 15 (27) dekabr 1848, 27 dekabr 1848 və ya 1848) — Avstriya ordusu, Serb qubernatoru. Stevan Şuplikac 1786-cı ildə Petrinyedə anadan olub. 1805-ci ildə Avstriya ordusuna qatıldı. 1809-cu ildə İlliriya əyalətləri yarandıqdan sonra o, Fransa ordusuna qoşulmuş, 1812-ci ildə Napoleonun Rusiyadakı kampaniyasında köməkçi Xorvat alaylarında iştirak etmiş və burada Fəxri Legion Cəngavəri adına layiq görülmüşdür. 1814-cü ildə Napoleonun məğlubiyyətindən sonra Stevan Şuplikats yenidən Avstriya ordusunun əsgəri oldu, Banat və Likada yerləşən Oqulin alayına komandanlıq etdi. Sonra Cozef Radetzkinin rəhbərliyi altında briqada komandiri oldu, Dəmir Tac Ordeninin Böyük Xaçı ilə təltif edildi. 1848-ci ildə İtaliyada inqilabın yatırılmasında iştirak etmişdir. 1848-ci ilin mayında Avstriya İmperiyasının cənub hissəsində xalq yığıncağına toplaşan serblər muxtar Serb Voyvodinasının yaradıldığını elan etdilər və Stevan Suplikacı Serb qubernatoru seçdilər. İnqilablar zamanı Voyvodinada çoxlu döyüşlər gedirdi, iyunda macar və serb qrupları döyüşməyə başladı.