şümşadlıq
şümul 2021
OBASTAN VİKİ
Şişyarpaq şümşə
Şişyarpaq şümşə == Sinonim == Aquifolium croceum Raf. Aquifolium ferox Mill. ex Rafin. Aquifolium heterophyllum Raf. Aquifolium ilex Scop. Aquifolium lanceolatum Raf. Aquifolium planifolium Raf. Aquifolium spinosum Lam. Aquifolium undulatum Raf. Aquifolium vulgare St.-Lag.
Hirkan şümşəsi
Şişyarpaq şümşə == Sinonim == Aquifolium croceum Raf. Aquifolium ferox Mill. ex Rafin. Aquifolium heterophyllum Raf. Aquifolium ilex Scop. Aquifolium lanceolatum Raf. Aquifolium planifolium Raf. Aquifolium spinosum Lam. Aquifolium undulatum Raf. Aquifolium vulgare St.-Lag.
Hirkan şümşəsi (Hirkan pirkalı)
Elmi adı- Ilex hyrcana PojarkIUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir- VU D2. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == 3-6 m hündürlüyündə, 7 -8 sm-ə qədər diametrdə həmişəyaşıl, alçaqboylu ağac və ya koldur. Yarpaqları 2-7 sm uzunluğunda, 1-3 m enində, dərivari, üstdən tünd yaşıl, parlaq, kənarları oyuqdişlidir. Çiçəkləri xırda, ağımtıl, çətirvari qoltuq çiçək qrupunda toplanmışdır. Tacı sünbülşəkillidr. Meyvəsi qırmızıdır, 7-9 m m uzunluğunda, 6-7 mm diametrindədir, uzunsov-şarşəkilli, sapları 3-8 mm uzunluğunda, 4çəyirdəklidir, çəyirdəkləri ensizdir, yan tərəfdən tillidir. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == May ayında çiçəkləyir. Meyvələri sentyabr-oktyabr aylarında yetişir. Tozlanması entomofildir.
Kolxida şümşəsi
Kolxida şümşəsi (lat. Ilex colchica) — aquifoliaceae fəsiləsinin ilex cinsinə aid biki növü. == Təbii yayılması == Cənubi Qafqazda və Kiçik Asiyada,Balkanda qarışıq meşələrdə bitir. == Botaniki təsviri == Hündürlüyü 2,5 m-ə qədər olan,sürünən gövdəli,sallaq budaqlı ağac və ya həmişəyaşıl koldur.Yarpaqları ellipsvari,uzunluğu 5-10 sm,dərili,cod kənarları dişli,üst tərəfi tünd-yaşıl rəngli,aşağı tərəfi açıq-yaşıldır.Yarpaqların qoltuqlarında yerləşmiş hamaşçiçəyi çətirşəkilli salxımlarda toplanmışdırErkək çiçəkləri üç çiçəkləri,dişi çiçəkləri isə bir çiçəkdən ibarətdir.Kasacığı yarıya qədər bitişik,4 ədəd enli,ucu biz və üçkünc hissəlidir.Çiçək tacı ağımtıldır.ləçəkləri erkək çiçəklərdə uzunsov-yumurtavari,dişi çiçəklərdə isə enli-yumurtavaridir.meyvəsi 8-10 mm uzunluğunda,7-10 mm enində,qırmızı rəngli olub,dörd çəyirdəklidir.Çəyirdəyi üç hissəli,kənarlardan sıxılmış,uzunsov,enli çıxıntılıdır.yetişmiş meyvələri bütün qışı budaqların üzərində olur.Toxum və qələmlərlə çoxaldılır. == Ekologiyası == Torpağa tələbkardır,kölgəli sahələrdə normal böyüyüb,inkişaf edir. == Azərbaycanda yayılması == Abşeronda,Lənkəranda,Gəncədə bağ və parklarda mədəni şəraitdə becərilir. == İstifadəsi == Qışda giləmeyvələri çox dekorativ görünür.Canlı çəpərlərin salınmasında,qazonlarda,mərkəzi alleyalarda tək və ya qrup əkinlərində istifadə məqsədyönlüdür. == Məlumat mənbəsi == Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.