əfəmənzu 2021
əfəndi
OBASTAN VİKİ
Abdulla bəy Əfəndiyev
Abdulla bəy Əfəndizadə (Tam adı:Abdulla İsmayıl oğlu Əfəndizadə; 3 mart 1873, Nuxa – 1928, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, pedaqoq. == Həyatı == Abdulla bəy Əfəndizadə 3 mart 1873-cü ildə Şəki şəhərində anadan olmuşdu. 1880–1888-ci illərdə Nuxada (Şəkidə) məhəllə məktəbində ibtidai təhsil almış, 1888–1894-cü illərdə Yelizavetpolda (Gəncədə) sənət məktəbində, 1895–1898-ci illərdə Tiflisdə Aleksandr Müəllimlər İnstitutunda təhsil almışdır. Şəkidə müəllim işləmişdir. İki il burada çalışandan sonra Tiflis Aleksandr Müəllimlər institutuna daxil olmuş və 1899-cu ildə orada təhsilini tamamlamışdı. === Ailəsi === Babası Hacı Çələbi əfəndi, atası İsmayıl əfəndi və anası Fəxri (Şirin) xanım Əfəndizadə olmuşdur. Qardaşları Hüseyn əfəndi Əfəndizadə və Rəşid bəy Əfəndiyevolmuşdur. Ziya adında oğlu olmuşdur. Hikmət Ziyanın babasıdır. İsmayıl əfəndi — 1819-cu ildə Şəkidə anadan olmuşdur.
Abdulla bəy Əfəndizadə

Abdulla əfəndi Qəbulzadə
Abdulla əfəndi İbrahim (Hacıbaba) əfəndi oğlu Qəbulzadə (1853, Qaxmuğal, Tiflis quberniyası – 1943, Qax) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Zaqatala dairəsi Qax bölgəsinin qazısı, Əhrar Partiyasının üzvü. == Həyatı == Abdulla Qəbulzadə 1853-cü ildə Qaxmuğalda doğulmuşdur. O, yerli ruhanilərdən, Dağıstan üləmalarından dərs almış, sonra iki il Bağdadda oxuyaraq, həm də dünyəvi elmləri mənimsəmişdir. Abdulla Qəbulzadə Qax bölgəsinə qazı – şəriət məhkəməsinin hakimi təyin edilmişdir. O, həm də Qaxmuğal məscidi nəzdində məktəb açaraq müəllimlik etmişdir. Akademik İmam Mustafayev də Abdulla əfəndidən dərs almışdır. Abdulla Qəbulzadə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını dəstəkləmiş və yerli əhalini yeni dövlətə sədaqətlə xidmətə çağırmışdır. Qafqaz İslam Ordusunun komandanı Nuru paşa Qaxda olarkən Abdulla əfəndi onun təmtəraqla qarşılanmasını təşkil etmiş və İslam bəy Qəbulovun evində paşa ilə görüşmüşdür. === Sovet dövrü === Sovet dövründə də Qaxda yaşayan Abdulla əfəndini dəfələrlə Bakı Dövlət Universitetin şərqşünaslıq fakültəsində dərs deməyə dəvət etmişdilər. Lakin o, ahıl yaşda olduğuna və səhhətinə görə getməmişdir.
Abdullah Vassaf Əfəndi
Abdullah Vassaf Əfəndi (1662, Akhisar[d], Manisa vilayəti – 1761, Konstantinopol) — Osmanlı alimi, xəttatı və şeyxülislamı. Oğlu Əsad Əfəndi də Sultan Əbdülhəmid səltənətində şeyxülislam olmuşdur. == Həyatı == Doğulduğu tarix bilinmir. Bayramiyyə təriqətinin şeyxlərindən Akhisarlı İlyasın müridlərindən Mehmed Əfəndinin oğludur. İlk təhsilini ətrafındakı üləmalardan alan Abdullah Əfəndi daha sonra İstanbula gəldi və Anadolu qazəsgəri Qara Xəlil Əfəndidən dərslər aldı. Təhsilini tamamlamasının ardından 1699-cu ildə müdərrislik dərəcəsi qazandı. Ardından müəllimi olan Qara Xəlil Əfəndinin qızıyla evlənərək üləma zümrəsində tanınmağa başladı. 1724-cü ilədək müxtəlif mədrəsələrdə müdərris olaraq xidmət etdi. Daha sonra isə qazılığa yüksəldi və Salonikiyə təyin olundu. 31 iyul 1726-cı ildə bu vəzifəsindən azad edildi və ertəsi il Misir qazılığına gətirildi.
Adaviyə Əfəndiyeva
Adaviyə Əfəndiyeva (krımtat. Adaviye Efendiyeva, Адавие Эфендиева; 1879, Evpatoriya, Tavriya quberniyası[d] – 1944, Səmərqənd) — Krım tatarı olan örnek toxuculuq ustası və sənətçisi. == Həyatı == Adaviyə Əfəndiyeva 1879-cu ildə Evpatoriyada anadan olmuşdur. Erkən yaşlardan etibarən nənəsindən naxış və toxuculuq sənəti öyrənmişdir. Maşın naxışı üçün ilk dəfə 12 yaşında fəaliyyətə başlamışdır. 4 il sonra atası özünə toxuma dəzgahı aldı və qızının təhsili üçün ona toxuma ustası tutdu. Ardından ustalaşan Adaviye Əfəndiyeva toxuma müəllimi oldu. 1937-ci ilə qədər toxuculuqla 500-dən çox bəzək əşyası yaratdı. 1944-cü ildə Krım tatar sürgünü zamanı Səmərqənddə həyatını itirdi. Sürgündə həyatını itirən Adaviyə Əfəndiyeva krım tatarları tərəfində təəccüblə qarşılanmışdı.
Adil Əfəndiyev
Adil Əfəndiyev və ya Adil Nəcdət (1907 – 9 fevral 1973, Bakı) — Axısqa türkü, alim, Bakı Sovetinin II, IV, V, VI, VIII, IX çağırış deputatı. == Həyatı == Adil Ələddin oğlu Əfəndiyev 1929-cu ildə Azərbaycan Dövlət Universitetinin şərq fakültəsinin dilçilik şöbəsini bitirmişdir. Əmək fəalyyətinə hələ tələbə ikən başlamışdır. 1924-cü ildə "Kəndli qəzetəsi"nin katibi, 1925–1939-cu illərdə Azərbaycan Dövlət Nəşriyyatı – "Azərnəşr"də orfoqraf, tərcüməçi, redaktor, şöbə müdiri vəzifələrində çalışmışdır. 1939–1953-cü ildə Azərbaycan Radio Verilişləri Komitəsində baş redaktor, sədrin birinci müavini və sədr vəzifəsində çalışmışdır. 1954–1964-cü illərdə Azərbaycan Dövlət Nəşriyyatı-"Azərnəşr"in müdiri vəzifəsində çalışmışdır. 1964–1972-ci illərdə Azərbaycan SSR Dövlət Mətbuat Komitəsi sədrinin birinci müavini olmuşdur. 1972–1973-cü illərdə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunda tərcümə bölməsinin müdiri olmuşdur. Nizami Yubiley Komitəsinin məsul katib və sədr müavini, terminoloji komitənin, toponimika komissiyasının, Azərbaycan Sovet Ensiklopediyası baş redaksiyasının üzvü olmuşdur. Bir çox bədii, siyasi əsərlərin, o cümlədən K. Marks, F. Engels, V. İ. Lenin, Ö. Xəyyam, İ. S. Turgenyev, L. Tolstoy, M. Tven, C. Oldric və başqalarının əsərlərnin, tarix və coğrafiya dərsliklərinin Azərbaycan dilinə tərcüməçisi və tərcümələrinin redaktoru olmuşdur.
Adil Əfəndiyev (baş leytenant)
Adil Qədir oğlu Əfəndiyev (12 avqust 1995, Qazax rayonu – 22 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin tibb xidməti leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Adil Əfəndiyev 1995-ci il avqustun 12-də Qazax rayonunda anadan olub. 2012–2018-ci illərdə Azərbaycan Tibb Universitetində (ATU) ali təhsil alıb. == Hərbi xidməti == Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin leytenantı olan hərbi tibb qulluqçusu Adil Əfəndiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə feldşer olmamasına baxmayaraq yaralanan hərbçilərə yerindəcə yardım edib. Adil Əfəndiyev oktyabrın 21-də Şuşanın azad edilməsi gedişatında həmin istiqamətdə strateji yüksəkliklərin azad olunması zamanı Xocavənd rayonunun Tuğ kəndində polkovnik-leytenant Anar Əliyev ilə birgə şəhid olub. Oktyabrın 25-də Qazax rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Adil Əfəndiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Adil Əfəndiyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Adil Əfəndiyev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Adil Əfəndiyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Şəhid Adil Əfəndiyevə məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin İkinci Qarabağ müharibəsi fonduna təhvil verilmişdir.2022-ci ilin noyabr ayında şəhid A. Əfəndiyevin xatirəsinə həsr edilmiş "Xüsusi təyinatlı həkim" filmi çəkilib.
Adil Əfəndiyev (leytenant)

Adil Əfəndiyev (tərcüməçi)
Adil Əfəndiyev və ya Adil Nəcdət (1907 – 9 fevral 1973, Bakı) — Axısqa türkü, alim, Bakı Sovetinin II, IV, V, VI, VIII, IX çağırış deputatı. == Həyatı == Adil Ələddin oğlu Əfəndiyev 1929-cu ildə Azərbaycan Dövlət Universitetinin şərq fakültəsinin dilçilik şöbəsini bitirmişdir. Əmək fəalyyətinə hələ tələbə ikən başlamışdır. 1924-cü ildə "Kəndli qəzetəsi"nin katibi, 1925–1939-cu illərdə Azərbaycan Dövlət Nəşriyyatı – "Azərnəşr"də orfoqraf, tərcüməçi, redaktor, şöbə müdiri vəzifələrində çalışmışdır. 1939–1953-cü ildə Azərbaycan Radio Verilişləri Komitəsində baş redaktor, sədrin birinci müavini və sədr vəzifəsində çalışmışdır. 1954–1964-cü illərdə Azərbaycan Dövlət Nəşriyyatı-"Azərnəşr"in müdiri vəzifəsində çalışmışdır. 1964–1972-ci illərdə Azərbaycan SSR Dövlət Mətbuat Komitəsi sədrinin birinci müavini olmuşdur. 1972–1973-cü illərdə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunda tərcümə bölməsinin müdiri olmuşdur. Nizami Yubiley Komitəsinin məsul katib və sədr müavini, terminoloji komitənin, toponimika komissiyasının, Azərbaycan Sovet Ensiklopediyası baş redaksiyasının üzvü olmuşdur. Bir çox bədii, siyasi əsərlərin, o cümlədən K. Marks, F. Engels, V. İ. Lenin, Ö. Xəyyam, İ. S. Turgenyev, L. Tolstoy, M. Tven, C. Oldric və başqalarının əsərlərnin, tarix və coğrafiya dərsliklərinin Azərbaycan dilinə tərcüməçisi və tərcümələrinin redaktoru olmuşdur.
Adilə Sultan (Mehmed Səlahəddin Əfəndinin qızı)
Adilə Sultan (7 fevral 1887 – 7 dekabr 1973) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. == Həyatı == Adilə Sultan 7 fevral 1887-ci ildə babasının taxtdan endirilişinin ardından həbs tutulduğu Çırağan sarayında dünyaya gəldi. Atası Sultan Muradın oğlu Səlahəddin Əfəndi, anası isə onun ikinci xanımı Tövhidə Zatıgül xanımdır. Babasının vəfat etdiyi 1904-cü ilədək bu sarayda nəzarət altında yaşayan Adilə Sultan daha sonra digər ailə üzvləriylə birlikdə Üsküdar sarayına köçürüldü. 15 may 1910-cu ildə Göztəpə köşkündə Arif Paşanın oğlu Faiq bəylə nigahlandı. Ancaq cəmi 3 il sonra cütlük boşandı və bu nigahdan övladları olmadı. 3 aprel 1914-cü ildə ikinci evliliyi Moralızadə Mehmed Əli bəyin oğlu Səlahəddin Əli bəylə baş tutdu və bu nigahdan bir qızı dünyaya gəldi. Ancaq ərinin 1918-ci ildə vəfatının ardından Adilə Sultan dul qaldı və bir daha evlənmədi. 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Adilə Sultan da qızı Nilüfər xanım Sultanla birlikdə sürgünə göndərildi. Sürgün illərini bir çox ailə üzvləri kimi Fransanın Nitsa şəhərində keçirən Adilə Sultan burada son xəlifə Əbdülməcid Əfəndinin himayəsində yaşadı.
Agah Əfəndi
Agah Əfəndi (1832, Yozqat – 1885, Afina) — Türkiyə yazıçısı,"Gənc Osmanlı" cəmiyyətinin üzvü, Poçt naziri, səfir. O, Türkiyədə poçt naziri kimi ilk poçt pullarını buraxmışdır. Bu gün o, daha çox bir qəzet işçisi kimi xatırlanmaqdadır. Dövrünün mütərəqqi padşahlarından olan Əbdüləzizin hakimiyyəti zamanı Agah Əfəndi Avropaya göndərildi. Avropadan qayıtdıqdan sonra II Əbdülhəmid tərəfindən sürgünə göndərilmiş, istibdad zülmü çəkmişdir. == Həyatı == Poçt pullarının və qəzetlərinin atası sayılan Agah Əfəndi 1832-ci ildə İstanbulda Sarıyerdə anadan olmuşdur. Yozqatlı Çobanoğullarından Ömər Əfəndinin oğludur. Yeddi il tibb institutunda oxuduqdan sonra fransız dilini yaxşı bildiyi üçün təhsilini yarımçıq qoyub "Babiali tərcümə şöbəsində" çalışmışdır. Avropadan vətənə qayıtdıqdan sonra bir çox vəzifələrdə çalışmışdır. O, da II Əbdülhəmidin sürgünündən yan keçə bilməmişdi.
Ahizadə Hüseyn Əfəndi
Ahizadə Hüseyn Əfəndi (1572, Konstantinopol – 8 yanvar 1634) — Osmanlı alimi və edam edilən ilk şeyxülislam. == Həyatı == 1572-ci ildə dünyaya gəlmişdir. Atası Ahizadə Mehmed Əfəndi II Səlim dövrünün qazılarından olmuşdur. İlk təhsilini aldıqdan sonra Xoca Sadəttin Əfəndinin himayəsinə girərək 1589-cu ildə təhsilini başa vurmuşdur. Ardından 1599-cu ildə Sahn-ı Səman, 1601-ci ildə Şahzadəbaşı və Süleymaniyyə, 1603-cü ildə Süleymaniyyə Darülhədis və Hakaniyyə-Vəfa mədrəsələrində müdərrislik etmişdir. Daha sonra qazı olaraq xidmət göstərən Hüseyn Əfəndi 1601–1632-ci illər ərzində bir dəfə Bursa, 3 dəfə İstanbul, 2 dəfə Anadolu və 3 dəfə Rumeli başqazısı olaraq təyin olundu. 1632-ci ildə baş verən sipahi üsyanı nəticəsində şeyxülislam Yəhya Əfəndi vəzifədən uzaqlaşmış və onun yerinə Ahizadə Hüseyn Əfəndi şeyxülislam seçildi.İki il bu vəzifədə qalan Hüseyn Əfəndinin şeyxülislamlığı dövründə IV Murad Bursaya gedərkən xalqın şikayəti ilə heç bir araşdırma aparmadan İznik qazısını edam etdirmişdir. Bu hərəkəti elm sahəsinə vurulan böyük bir zərbə olaraq görən Ahizadə Hüseyn Əfəndi dövrün validə sultanı Kösəm Sultana bir məktub yazaraq üləmaya hörmət göstərilməsini və padşahın düz yola çağırılmasını ona məsləhət gördü. Bunun ardından Kösəm Sultan oğluna bir məktub yazaraq paytaxtda vəziyyətin gərgin olduğunu və dərhal geri qayıtmalı olduğunu bildirdi. Xəbəri alan IV Murad dərhal İstanbula geri döndü və şeyxülislamla İstanbul qazısı olan oğlu Seyid Mehmed Əfəndinin Kipr adasına sürgün edilməsi ilə bağlı fərman yazdı.
Albay Əfəndi
Abbas Zahid oğlu Babayev səhnə adı ilə Albay Əfəndi (16 fevral 1986, Bakı, Azərbaycan) — repçi, yazar. Albay - təxəllüsünü Türkiyə hərbi sistemində polkovnik anlamına gələn rütbədən götürmüşdür. Albay Sheriff adını 2007-ci ildə Albay Əfəndi olaraq dəyişdirmişdir. İxtisasca iqtisadçıdır. Musiqi və ədəbiyyatdan başqa, səs rejissorluğu sahəsində də fəaliyyət göstərir. Musiqi karyerasına 2001-ci ildə özünün də qurulmasında böyük rolu olan RAPressia CLAN adını verdikləri rep birliyində başlamışdır. 2011-ci ildə birliyi tərk edərək solo fəaliyyətə başlamış və 2012-ci ildə ilk solo Anomalia albomunu yayımlamışdır. 2012-ci il, Türkiyənin Kurşun Kalem (Qurşun Qələm) ədəbi dərgisinin iyul-avqust, 18-ci buraxılışında Albay Əfəndinin Yeyilmiş Pozan adlı şeiri Türkiyə türkçəsinə tərcümə edilmişdir. Heç bir siyasi, dini partiyaya mənsub deyil. == Həyatı == Albay Əfəndi 16 fevral 1986-cı ildə Bakı şəhərində anadan olub.
Atıfzadə Hüsaməddin Əfəndi
Atıfzadə Hüsaməddin Əfəndi (1799, Konstantinopol – 1871, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. == Mənbə == Cevdet, Tezâkir, IV, 63. Lutfî, Târih, IX, 37, 47, 125, 128, 162; X, 103, 105, 113; XI, 15; XII, 7; XIII, 11, 27, 58. İlmiyye Salnâmesi, s. 594–595. Karal, Osmanlı Tarihi, VII, 140. Danişmend, Kronoloji2, V, 154.
Ayaz Əfəndiyev
Ayaz Adil oğlu Əfəndiyev (Bakı, 15 yanvar 1938–19 noyabr 2007) — akademik, 1987-ci ildən ömrünün sonunadək Azərbaycan Elmlər Akademiyasının Polimer Materialları İnstitutunun direktoru olub. == Həyatı == Ayaz Adil oğlu Əfəndiyev 1938-ci il yanvarın 15-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1954–1959-cu illərdə ali təhsilini Azərbaycan Neft və Kimya İnstitutunda kimya texnologiyası fakültəsində alıb. Əmək fəaliyyətinə 1959-cu ildən Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi kimi başlayan A.Əfəndiyev 1960–1963-cü illərdə Moskvada Fiziki Kimya İnstitutunun aspiranturasında oxuyub. Aspiranturanı başa vurduqdan sonra Bakıya qayıdaraq fəaliyyətini 1963–1965-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi kimi davam etdirib, 1965–1987-ci illərdə isə Akademiyanın Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, şöbə müdiri, laboratoriya müdiri vəzifələrində çalışıb. == Elmi fəaliyyəti == A.Əfəndiyev 1987-ci ildən ömrünün sonunadək Azərbaycan Elmlər Akademiyasının Polimer Materialları İnstitutunun direktoru olub. O, 2001-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının kimya elmləri bölməsinin akademik katibi, 2007-ci ildən isə Azərbaycan Milli Elmlər Akademiyasının akademik katibi kimi məsul vəzifələri icra edib. A.Əfəndiyev 1965-ci ildə L.Y.Karpov adına Fiziki Kimya İnstitutunda namizədlik, 1982-ci ildə Moskva Dövlət Universitetində doktorluq dissertasiyalarını müdafiə edib. O, 1986-cı ildə professor elmi adını alıb, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə həqiqi üzvü seçilib. Yüksəkmolekullu birləşmələr kimyası sahəsində fundamental tədqiqatları ilə tanınan A.Əfəndiyev kompleks əmələ gətirən polimer sorbentlər və metal polimer kompleks katalizatorların alınmasının və xassələrinin tənzimlənməsinin yeni prinsiplərini işləyib hazırlayıb.
Aydın Əfəndi
Aydın Əfəndi (tam adı:Aydın Niyazi oğlu Əfəndiyev) — rusdilli Azərbaycan şairi == Həyatı == Aydın Əfəndi 1959-cu ilin 26 noyabrında anadan olmuşdur. Riyaziyyatçı olub. Finlandiya Universitetlərinin birində mühazirə oxumuşdur. Əsərlərini və şeirlərini rusca yazırdı. Yusif Səmədoğlunun təqdimatıyla "Literaturnaya qazeta"da haqqında yazı və şeirləri dərc olunub. 20 avgust [http://archive.azyb.az/cgi-bin/jurn/main.cgi?id=1125] 1996-ci ildə 37 yaşında vəfat edib. Şamaxıda basdırılıb.
Aydın Əfəndiyev
Aydın Əfəndiyev (Əfəndiyev Aydın Məmməd oğlu; d. 25 noyabr 1938. İlisu, Qax rayonu, Azərbaycan SSR, SSRİ) — Rusiya alimi, Texnika elmləri doktoru, professor (1992). N.İ.Vavilov adına Saratov Dövlət Aqrar Universitetinin ASK müəssisələrinin enerji təminatı kafedrasının professoru. “SSRİ ali təhsil əlaçısı” (1985). == Həyatı == Əfəndiyev Aydın Məmməd oğlu 1938-ci il noyabrın 25-də Azərbaycan Respublikasının Qax rayonunun İlisu kəndində anadan olub. 1960-cı ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universiteti) “avtomobil nəqliyyatının istismarı” ixtisası üzrə bitirib. 1960-1964-cü illərdə təyinatla Qazaxıstan SSR-in Cənubi Qazaxıstan regional idarəsindəki nəhəng avtonəqliyyat müəssisəsində işləyib və böyük mexanik vəzifəsindən baş mühəndis vəzifəsinədək yüksəlib. A.Əfəndiyev 1965-ci ildə Daşkənd Politexnik İnstitutunda mühəndis-tədqiqatçı, 1966-1970-ci illərdə V.İ.Lenin adına Xarkov Politexnik İnstitutunun daxili yanma mühərrikləri kafedrasının aspirantı, böyük elmi işçisi olub. 1970-ci ildə Özbəkistan KP MK-nın dəstəyi ilə bu respublikanın Təhsil Nazirliyi tərəfindən Xarkovdan geri çağırılaraq Buxaraya, əvvəlcə DaşPİ-nin filialının, sonradan yeni texniki ali məktəbin açılması üçün göndərilib.O, 1970-1977-ci illərdə dosent, mexanika kafedrasının müdiri, DaşPİ filialı direktorunun tədris və elmi işlər üzrə müavini, 1975-1985-ci illərdə 1977-ci ildə fəaliyyətə başlayan Buxara Texnoloji İnstitutunun kənd təsərrüfatı maşınları kafedrasının müdiri və gecə-qiyabi təhsil üzrə prorektoru vəzifələrində işləyib.
Ağasəlim Əfəndiyev
Ağasəlim Əfəndiyev — Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin xarici əlaqələr və sərgilərin təşkili şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru. == Yaradıcılığı == Агасалим Эфендиев. Батальный жанр в азербайджанской миниатюрной живописи XIII-XVI веков. Баку, 2009. Джамиля Гасанзаде, Агасалим Эфендиев. Первый памятник азербайджанской миниатюры. Журнал "İRS", № 4(46), 2010. Джамиля Гасанзаде, Агасалим Эфендиев. Миниатюры рукописи "Манафи аль-Хайаван" –первый образец тебризского стиля. Журнал "İRS", № 5(47), 2010.
Babaş Əfəndi Mikayılzadə
Babaş Əfəndi Mikayılzadə — 1862-1957-ci illərdə Azərbaycanda yaşamış, ömrünü İslam dininin təbliği ilə yanaşı, bolşevik və daşnaklara qarşı mübarizəyə həsr etmiş ictimai və din xadimi, "Məsail" imzası ilə şeirlər yazmış şair. == Həyatı == Babaş Əfəndi Mikayılzadə 1862-ci ildə Şamaxı qəzasının Bico kəndində, çoxəsrlik ziyalılıq ocağı olan "Mollalar" nəslində Hacı Molla Bağının ailəsində dünyaya göz açmışdır. ==== Təhsili ==== Uşaq yaşlarından ətrafı çox "dərin" və zəkalı insanlarla zəngin olan Babaş müdərris qohumlarının əhatəsində formalaşmış və zəmanəsinin tanınmış elm adamlarından sayılan dayısı Hacı Əbdülhəmid Əfəndidən əsaslı biliklər almışdı. Gənc yaşlarından zəka və əqli ilə seçilən Babaş Əbdülhəmid Əfəndinin ona olan marağını artırmış, dayısı ona həm də ərəb və fars dillərini mükəmməl öyrətmişdir. Sonra dayısı onu Şamaxıya gətirmiş, onun təhsilini Şirvan Qazisi, İlahiyyat Doktoru Hacı Məcid Əfəndiyə tapşırmışdır. Babaşın yaddaş və idrakına heyran qalan Hacı Məcid Əfəndi ona xüsusi maraq və diqqət yetirmiş, onu daim nəzarətdə saxlamışdır. Şamaxıda ali-ruhani təhsilini başa vuran Babaş, "Hafizi-Quran" kimi buranı xüsusi diplomla bitirmişdir. Şamaxının nüfuzlu din xadimləri onu burada saxlamağa cəhd etsələr də, Babaş Əfəndi doğma kəndi Bicoya qayıdaraq ata-baba ocağının ziyalılıq ənənəsini davam etdirmiş, yaxın qohumlarının, eləcə də kəndin digər yeniyetmələrinin təhsili ilə məşğul olmuşdur. Bu dövrdə Babaş Mikayılzadə həm də ədəbi yaradıcılığa vaxt ayıraraq dini və klassik mövzuda əsərlər yazmış, sevdiyi şairlərdən tərcümələr etmişdir. ==== Bicodan Şamaxıya ==== 1907-ci ildə fəaliyyətinin ən qızğın çağında Şirvan Qazisi Hacı Məcid Əfəndi onu Şamaxıya dəvət edir.
Bahai Mehmed Əfəndi
Bahai Mehmed Əfəndi (1595, Konstantinopol – 3 yanvar 1654 və ya 2 yanvar 1654) — Osmanlı alimi, şair və şeyxülislamı. Babası Şeyxülislam Xoca Sadəttin Əfəndi, əmiləri Şeyxülislam Mehmed Əsad və Mehmed Çələbi Əfəndilər, əmisi oğlu isə Şeyxülislam Əbu Səid Mehmed Əfəndidir. == Həyatı == 1595-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atası Şeyxülislam Xoca Sadəttin Əfəndinin oğlu Qazı Əbdüləziz Əfəndidir. Anası isə I Süleyman dönəminin şeyxülislamı Əbu Suud Əfəndini ailəsinə mənsubdur. İlk təhsilini atasından və tanınmış alimlər alan Mehmed Əfəndi 1617-ci ildə atası ilə birlikdə Hicaza getdi. Geri döndükdən sonra ailənin nüfuzundan istifadə edərək bəzi mədrəsələrdə müdərris olaraq xidmət göstərdi. Ardından 1631-ci ildə Saloniki, 1633-cü ildə isə Hələb qazısı təyin olundu. Bu əsnada Hələb hakimi Əhməd Paşa ilə münasibətləri pisləşdi. Əhməd Paşa Mehmed Əfəndini tiryək istifadə etməklə, bu səbəblə də vəzifəsini layiqincə yerinə yetirməməklə günahlandırıb, paytaxta şikayət etdi.
Bala Əfəndiyev
Bala İbrahim oğlu Əfəndiyev (1893, Çaykənd, Qazax qəzası – 1938, Bakı) — bolşevik dövlət xadimi, Azərbaycanda və Ermənistanda Sovet hakimiyyətinin qurulması uğrunda fəal mübariz, repressiya qurbanı. == Həyatı və fəaliyyəti == Bala Əfəndiyev 1893-cü ildə Gəncə quberniyası, Qazax uyezdi, Qaraqoyunlu mahalının Çaykənd kəndində ruhani ailəsində doğulub. Onun mənsub olduğu Əfəndilər nəslinin başçısı, babası Hacı Alı Əfəndi təhsilli din xadimi, kəndin ruhani rəhbəri olub. Əfəndilər nəsli Qaraqoyunlu dərəsinin imkanlı, sayılıb-seçilən nəsillərdən idi. Bala dünyaya gəlməmiş atası İbrahim Əfəndi dünyasını dəyişir. Balanın tərbiyəsi ilə əmisi molla Məhəmməd Əfəndi və atalığı Hacı Əhməd Əfəndi məşğul olurlar. Bala öz kəndlərində molla məktəbini bitirir. Daha sonra əmiləri Balada elm və sənətə olan böyük həvəsi görüb, onu 1907-ci ildə Qazaxda təzə açılmış rus məktəbinin hazırlıq siniflərində təhsil almağa göndərirlər. Bala Əfəndiyev həmin siniflərdə təhsilini davam etdirir, rus dilinə yiyələnir[2]və 1912-ci ildə məktəbi bitirir. Sərbəst həyat arzusu gənc Balanı 1913-cü ildə Bakıya gətirir.
Balizadə Mustafa Əfəndi
Balizadə Mustafa Əfəndi (Bosniya və Herseqovina – dekabr 1662, Konstantinopol) — Osmanlı alimi, müdərrisi və şeyxülislamı. == Həyatı == Əslən Kastamonulu olan Mustafa Əfəndi İstanbulda dünyaya gəlmişdir. Atası Bali Əfəndi məhəllə mollası idi. İlk təhsilini atasından aldıqdan sonra şeyxülislam Xocazadə Mehmed Əfəndinin tələbəsi oldu və dini təhsilini burada başa vurdu. Ardından 1615-ci ilin iyununda müdərrisliyə keçdi və 1631-ci ilin iyununa qədər İstanbulun müxtəlif mədrəsələrində fəaliyyət göstərdi. Daha sonra qazılığa yüksəldi və 1632-ci ilin iyulunda Mədinə qazısı oldu. 2 il burada xidmət etdikdən sonra paytaxta qayıtdı (iyul 1635). 4 il dövlət vəzifələrindən uzaq qaldıqdan sonra 1639-cu ilin mayında Üsküdar qazısı təyin olundu. 2 il bu vəzifədə qaldıqdan sonra bir müddət vəzifə gözlədi və 1647-ci ilin aprelində Bursa və Qalata qazısı təyin olundu. 5 ay bu vəzifədə qaldıqdan sonra 1648-ci ilin aprelində Rumeli başqazısı oldu və 3 ay sonra təqaüdə ayrıldı.
Bayramzadə Zəkəriya Əfəndi
Bayramzadə Zəkəriya Əfəndi (1514, Ankara – 11 iyul 1593, Konstantinopol) — Osmanlı alimi, müdərrisi və şeyxülislamı. == Həyatı == 1514-cü ildə Ankarada dünyaya gəlmişdir. Atası əslən Ankaradan olan Bayram Əfəndidir. İlk təhsilini burada aldıqdan sonra İstanbula gələrək Sahn-ı Səman müdərrisi Ərəbzadə Əbdülbaki Əfəndidən və Malul Əmir Əfəndidən dərslər aldı. 1543-cü ildə Əmir Əfəndi ikinci dəfə Misir qazısı seçildi və tələbəsi Zəkəriya Əfəndi də onunla birlikdə Qahirəyə getdi. Əmir Əfəndinin Anadolu qazısı seçilməsinin ardından təhsilini bitirdi. İlk rəsmi vəzifəsi isə Bursadakı Həmzə bəy mədrəsəsində müdərrislik oldu. O illərdə Bursa qazısı olan Qaraçələbizadənin tövsiyəsilə I Süleymanın Naxçıvan Səfərinə (1553–1555) qatıldı. Səfərin ardından Bursada müdərrisliyə davam etdi. 13 dekabr 1565-ci illərdə Atik Əli Paşa mədrəsəsinə imtahan verərək müdərrisliyə qəbul edildi.
Başmaqçızadə Abdullah Əfəndi
Başmaqçızadə Abdullah Əfəndi (1680, Konstantinopol – 1732, Konya) — Osmanlı dövlət xadimi, müdərris, qazı və şeyxülislam. Atası Başmaqçızadə Əli Əfəndi də II Mustafa və III Əhməd səltənətlərində şeyxülislamlığa gətirilmişdir. Bundan başqa kürəkəni olan Dürrizadə Mustafa Əfəndi də fərqli zamanlarda 3 dəfə şeyxülislamlığa gətirilmişdir. == Həyatı == 1680-ci ildə dünyaya gəlmişdir. Atası Ədirnə hadisələri əsnasında və daha sonra III Əhməd səltənətində şeyxülislam olan Başmaqçızadə Əli Əfəndi idi. Dini təhsilini atasından və dönəmin məşhur alimlərindən alan Abdullah Əfəndi atasının səyləriylə, müxtəlif mədrəsələrdə müdərris olaraq fəaliyyət göstərməyə başladı. Ardından yenə asanlıqla qazılıq rütbəsinə yüksəldi və ilk vəzifəsi də diqqət çəkəcək dərəcədə fərqlənən Misir qazılığı oldu. Ancaq bu təyinatı atasının vəfatının ardından baş tutdu. 4 avqust 1712-ci ildə təyin edildiyi Məkkə və Misir qazılığı vəzifəsini tamamlamasının ardından 1714-cü ildə İstanbul qazılığına gətirildi. Daha sonra 1718-ci ildə naqibüləşraf, 1720-ci ilin martında isə Anadolu başqazısı təyin edildi.
Başmaqçızadə Əli Əfəndi
Başmaqçızadə Əli Əfəndi (1639 – 12 (23) fevral 1712, Konstantinopol) — Osmanlı dövlət xadimi, müdərris, qazı və şeyxülislam. Oğlu Abdullah Əfəndi və kürəkəni İshaq Əfəndi Sultan Mahmud səltənətində şeyxülislamlığa gətirilmişdir. == Həyatı == 1639-cu ildə dünyaya gəlmişdir. Atası Mehmed Əfəndi 1682-ci ildə Üsküdar qazısı ikən vəfat etmişdir. Öncələri Əbdürrəhim Əfəndidən dərslər almış, onun şeyxülislam olmasının ardından isə ilk dini təhsilini başa vurmuşdur. Din təhsilini bitirdikdən sonra 1657-ci ildə müdərrisliyə başladı. 1667-ci ildə Həmid Əfəndi, 1673-cü ildə Bali Əfəndi, 1674-cü ildə Ümmüvələdzadə, 1675-ci ildə Heydər Paşa, 1680-ci ildə Qoca Murad Paşa, 1681-ci ilin iyulunda Mahmud Paşa, 1683-cü ilin oktyabrında Yavuz Sultan Səlim, 1686-cı ilin aprelində Süleymaniyyə mədrəsələrinə təyin edildi. Ardından qazılığa keçdi və ilk dəfə 1687-ci ildə Qüdsdə vəzifələndirildi. 1688-ci ilin mayında bu vəzifədən alındı və 2 il sonra Ədirnə qazılığına göndərildi. Həmin il nakibüləşraflığa (Peyğəmbər soyundan olan seyidlərin problemləri ilə məşğul olan şəxs) yüksəldi.
бойкоти́ст макропо́д нетерпи́мо перече́сть растоло́чься расце́пка рыча́ние стихотво́р термостекло́ выи́скивание исключи́ть методи́чка о́блик отпу́гивать коринка рядчандать broody carpet-bedding hypanthium littering phyle sharecrop system smock mill weepinggas ретроград