ƏHMƏDİ-BİQƏM

i. d.d. devil-may-care / lighthearted / happy-go-lucky man* / fellow

ƏHLİLƏŞMİŞ
ƏHSƏN
OBASTAN VİKİ
Əhmədi Təbrizi
Əhmədi Təbrizi (Təbriz – XIV əsr, Təbriz) — XV əsr Azərbaycan şairi. Əhmədi Təbrizi XV əsr Ağqoyunlu dövrünün şairlərindəndir. Əhmədi Təbrizi türk ədəbiyyatı tarixində yaxın dövrə qədər varlığı məchul olan şairlərdən biri idi. Onun tanınması ““Əsrarnamə”” və Yusif və Züleyxa əsərlərinin aşkar edilməsi ilə olmuşdur. Əsərlərini Təbrizdə yazdığını şəxsən bildirdiyi üçün filoloq Professor Gönül Ayan şairi digər Əhmədilərdən fərqləndirmək məqsədilə onu “Təbrizli Əhmədi” adlandırmışdır. Sənət tarixçisi Nihat Əzəmət isə onu “Osmanlı Araşdırmaları VII-VIII, İstanbul 1988” adlı jurnalda çap edilən məqaləsində “Ağqoyunlu Əhmədi” adlandırır.Hər iki əsərini Sufi Xəlil adı ilə tanınan Ağqoyunlu Xəlilullaha təqdim etmişdir. == Həyatı == Ədmədi Təbrizinin doğum və ölüm tarixi bizə məlum deyil. Filologiya elmləri doktoru, professor Möhsün Nağısoylu Əhmədi antroponiminin məüllifin əsl adı yox təxəllüsü olduğunu vurğulayır və qeyd edir ki, Şərqdə şəxs adı kimi Əhməd xüsusi ismi geniş yayılmış, Əhmədi isə daha çox soyad kimi işlənmişdir. Ədəbiyyatşünas alim Məmmədağa Sultanov qeydlərində şairin adını bütöv şəkildə Əhmədi Təbrizi kimi qeyd edir. Əsərlərini Təbrizdə yazdığını şəxsən bildirdiyi üçün filoloq Professor Gönül Ayan şairi digər Əhmədilərdən fərqləndirmək məqsədilə onu “Təbrizli Əhmədi” adlandırmışdır.
Dastani-Əhmədi Hərami
Dastani Əhməd Hərami — XIII əsrdə Azərbaycan dilində qələmə alınmış ilk məsnəvi hesab olunur. Əsərin süjet xətti şər qüvvələrin timsalı olan Əhməd Hərami ilə xeyir qüvvələrin rəmzi kimi təsvir olunan Güləndam arasındakı konflikt üzərində qurulmuşdur. Gizli və açıq mübarizə şəklində davam edən konflikt Güləndamın qələbəsi ilə nəticələnir. Əsərdə zülmə, ədalətsizliyə qarşı dərin nifrət, nəcib, layiqli, humanist insanlara qarşı isə yüksək məhəbbət vardır. Dastan xalq ədəbiyyatından bəhrələnmiş və xoşbəxt sonluqla bitir. Müəllifi bəlli olmayan bu əsər əruz vəznində, sadə və aydın dildə yazılmışdır, lakin bu vəzn şeri tam özünə tabe edə bilməmiş, Azərbaycan şerinin milli bədii-poetik əsasını dəyişdirməmişdir. Ona görə heca vəznli şeir kimi də oxunur. == Tarixçə == 1928-ci ildə Türkiyə alimi Tələt Onay dastanın bir əlyazmasını aşkara çıxarıb geniş ön söz, sözlük və şərhlərlə dərc etdirir. == Maraqlı faktlar == Əsər tapılarkən onun üz qabığı cırıldığına görə müəllifinin kimliyini müəyyənləşdirmək mümkün olmayıb. Lakin əsərin quruluşu onun savadlı, istedadlı biri tərəfindən yazıldığını göstərir.
Əhməd Əmir-Əhmədi
Əhməd Əmir-Əhmədi (1884, İsfahan – 1965, Tehran) — İran Kazak diviziyasının generalı, hərbi nazir. == Həyatı == Əhməd Əmir-Əhmədi 1884-cü ildə İsfahanda doğulmuşdu. Atası Tağı ağa Əmir-Əhmədi Qacar ordusunda briqada generalı (sərtib) rütbəsinədək yüksəlmişdi. Özü də İran Kazak diviziyasında xidmət etmişdi. Rza xan və Seyid Ziyaəddin Təbatəbai ilə bərabər Əhməd şah Qovanlı-Qacarın devirilməsində önəmli rol oynamışdı. Rza şah Pəhləvidən sepahbud (general-mayor) rütbəsi almışdı. O, 1942-ci ildə Əli Süheylinin və 1948-ci ildə Əbdülhüseyn Hazhırın kabinəsində hərbi nazir postunu tutmuşdu. Məclisin üzvü idi. Rza şahın hakimiyyətində Əhməd Əmir-Əhmədi yeganə adam idi ki, ondan qorxurdular və hörmət edirdilər. Bacısı Püsyan ailəsində ərdə idi.
Məhəmmədtağı xan Əmir-Əhmədi
Məhəmmədtağı xan Yusif xan oğlu Əmir-Əhmədi (1906, Xalxal – 1942) — Cənubi Azərbaycan şairi, el böyüyü. == Həyatı == Məhəmmədtağı xan Yusif xan oğlu 1906-cı ildə Cənubi Azərbaycanın Xalxal vilayətinin Təbrizəq kəndində anadan olmuşdu. İbtidai təhsilini mollaxanada, sonra mədrəsədə oxumuşdu. II Dünya Müharibəsi dövründə Cənubi Azərbaycan ruslar tərəfindən yenidən işgal edildi. Məhəmmədtağı xan Şatiranlı, topladığı silahlı gücü ilə dövlətə qarşı ayaqlandı. Özünə aid 800 nəfərdən ibarət süvari gücü ilə Xalxalın mərkəzi olan Heroabadı ələ keçirdi. Bir neçə ay keçdikdən sonra Gilan Jandarma Birliyi rəisi yavər (mayor) Alai, əmrindəki jandarma gücü ilə Xalxal və Tarumdakı üsyanları yatırmaq üzrə hərəkətə keçdi. Çatışma nəticəsində Məhəmmədtağı xan həyatını itirdi.
Qışlaq-i Əhmədi (Pərsabad)
Qışlaq-i Əhmədi (fars. قشلاق احمدي‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 485 nəfər yaşayır (76 ailə).
Əhməd xan Əmir-Əhmədi
Əhməd Əmir-Əhmədi (1884, İsfahan – 1965, Tehran) — İran Kazak diviziyasının generalı, hərbi nazir. == Həyatı == Əhməd Əmir-Əhmədi 1884-cü ildə İsfahanda doğulmuşdu. Atası Tağı ağa Əmir-Əhmədi Qacar ordusunda briqada generalı (sərtib) rütbəsinədək yüksəlmişdi. Özü də İran Kazak diviziyasında xidmət etmişdi. Rza xan və Seyid Ziyaəddin Təbatəbai ilə bərabər Əhməd şah Qovanlı-Qacarın devirilməsində önəmli rol oynamışdı. Rza şah Pəhləvidən sepahbud (general-mayor) rütbəsi almışdı. O, 1942-ci ildə Əli Süheylinin və 1948-ci ildə Əbdülhüseyn Hazhırın kabinəsində hərbi nazir postunu tutmuşdu. Məclisin üzvü idi. Rza şahın hakimiyyətində Əhməd Əmir-Əhmədi yeganə adam idi ki, ondan qorxurdular və hörmət edirdilər. Bacısı Püsyan ailəsində ərdə idi.

Digər lüğətlərdə

-ёвщиц-(а) вкра́питься из-под венца́ мерседе́с паракли́т познава́ние прощёный разбо́лтанный расплю́снуть межвидово́й прики́дываться разма́зывание разрегули́рование фане́рный хе́джерский ball game biocatalysis canonicate census fringe toiler ulcerative unballast блуждающий дека