Əsmək, əsin (bu söz qabaqlar külək mənasında çox işlədilib) sözləri ilə kökdaşdır və qədim mənası rus dilindəki дуть feili ilə tərcümə olunub. Deməli “külək əsir” cümləsindəki əsmək feili ilə əsnəmək sözü eyni kökə malikdir. Söz belə yaranıb: əsmək feilindən əsin ismi, ondan isə əsinə feili əmələ gəlib, sonra i saiti ixtisara düşüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)