Əvəz Sadıq
Əvəz Sadıq (Əsl adı: Əbülfəz Əli oğlu Sadıqov; 1898, Ordubad, Naxçıvan qəzası – 27 avqust 1956, Bakı) — nasir, publisist jurnalist, tərcüməçi, 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
== Həyatı ==
Əvəz Sadıq 1898-ci ildə Azərbaycanda Naxçıvanın Ordubad şəhərində anadan olmuşdur. 7 yaşında mədrəsədə, sonra Ordubad ali-ibtidai məktəbində təhsil almışdır. 1920-ci ildə yeni təşkil olunmuş məktəblərdə müəllimlik fəaliyyətinə başlamışdır. Birinci dərəcəli Ordubad məktəbində bir il işlədikdən sonra ordu sıralarına çağırılmış, 1921-1923-cü illərdə orada hərbi məktəbdə müəllimlik edib. Ordudan qayıtdıqdan sonra Ordubad qəza komsomol komitəsinə katib seçilmiş, Bakıda I Qafqaz komsomol qurultayında nümayəndə kimi iştirak etmişdir. 1924-1925-ci illərdə maarif işçiləri həmkarlar ittifaqının rayon komitəsinin sədri, şəhər teatrı klubunda müdir işləmişdir. Naxçıvan partiya-sovet məktəbində müəllimlik edən jurnalist eyni zamanda 1917-1931-ci illərdə Azərbaycan Dövlət Pedoqoji İnstitutunda təhsilini artırmışdı.
== Fəaliyyəti ==
Ədəbi fəaliyyətə 1920-ci illərdən başlayan Əvəz Sadıqöz məqalə və xəbərlərini "Kommunist", "Yeni fikir", "Şərq qapısı" və digər qəzetlərdə çap etdirirdi. 1925-1927-ci ildə "Şərq qapısı" qəzetinin redaktoru, 1927-1933-ci ilədək "İnqilab və mədəniyyət"(indiki "Azərbaycan") jurnalında məsul katib, "Kommunist" qəzeti, "Şərq qadını" jurnalı rekdasiyasında, 1934-38-ci illərdə Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyatın tərcüməçisi və redaktoru kimi çalışıb.