Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
"Məcidiyyə" ordeni
Məcidiyə ordeni — Sultan Əbdülməcid xanın (1823–1861) 1851-ci ildə təsis etdiyi nişan. Əsl adı Osmanlıca "mecîdî nişanı" olmasına rəğmən xalq arasında Məcidiyə nişanı adıyla tanınır. Məcidiyə nişanının beş rütbəsi, dərəcəsi vardı. Birinci dərəcəsindən 50, ikinci dərəcəsindən 150, üçüncü dərəcəsindən 800, dördüncü dərəcəsindən 3000 və beşinci dərəcəsindən 6000 ədəd zərb olundu, hazırlandı. Yalnız birinci dərəcə murassai (dəyerli daşlarla bəzənməsi) sayılır. Məcidiyə nişanının ortasında çəmbərlə çevrili qabarıq qisimdə bir tuğra yer alır. Bu qismin ətrafında qırmızı minalı bir fon üzərində "gayret, hamiyyet, sadâkat" kəlmələri; altında isə, 1268 (1851) tarixi yazılıb. Kordon ucuna asılan birinciylə, boyuna asılan ikinci ve üçüncü dərəcəli nişanlar, hamısı eyni böyüklükdədir. Dördüncü dərəcə daha kiçik, beşinci dərəcə isə en kiçikdir. Beşinci dərəcə gümüşdəndir Məcidiyə ordeni elm adamlarına və hərb mənsublarından üstün xidmət və müvəffəqiyyət göstərənlərə verilirdi.
Aqil Məcidov
Aqil Aydın oğlu Məcidov (3 aprel 1998, Tovuz rayonu – 28 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aqil Məcidov 1998-ci il aprelin 3-də Tovuz şəhərində anadan olub. 2005-2016-cı illərdə A. Puşkin adına tam orta məktəbdə təhsil alıb. 2016-2020-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Subay idi. == Hərbi xidməti == Aqil Məcidov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Aqil Məcidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Aqil Məcidov sentyabrın 28-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Tovuzda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqil Məcidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Böyük Məcidiyə məscidi
Böyük Məcidiyə məscidi — İstanbulda XIX əsrə aid məscid. Əsas adı Ortaköy məscidi olan bu bina İstanbul boğazının Rumeli sahilində, Ortaköy limanında yerləşir. Məscidə “böyük” deyilməsinin səbəbi isə eyni padşah tərəfindən inşa etdirilən və Çırağan məscidi olaraq da bilinən Kiçik Məcidiyə məscidindən fərqlənməsidir. == Haqqında == == Qalereya == == İstinadlar == Ayvansarâyî, Hadîkatü’l-cevâmi‘, II, 119-122; a.e.: İstanbul Câmileri ve Diğer Dînî-Sivil Mi‘mârî Yapılar (haz. Ahmed Nezih Galitekin), İstanbul 2001, s. 524-526; Mehmed Râif, Mir’ât-ı İstanbul, İstanbul 1314, I, 289-290; Konyalı, İstanbul Âbideleri, s. 80-81; Semavi Eyice, “İstanbul’un Minareleri”, Türk San‘atı Tarihi Araştırma ve İncelemeleri, İstanbul 1963, I, 40; a.mlf., Ortaköy:Tarih, Sosyal ve Mimari Doku, İstanbul 1991, s. 11-14; Halûk Şehsuvaroğlu, Asırlar Boyunca İstanbul, İstanbul, ts., s. 228; Pars Tuğlacı, Osmanlı Mimarlığında Batılılaşma Dönemi ve Balyan Ailesi, İstanbul 1981, s. 198-202; Oktay Aslanapa, Osmanlı Devri Mimarisi, İstanbul 1986, s.
Bənd-i Məcidxan (Bükan)
Bənd-i Məcidxan (fars. بندمجيدخان‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 13 nəfər yaşayır (5 ailə).
Cevariye Məcitova
Cevariye Məcitova (7 oktyabr 1913, Çaltemir[d], Tavriya quberniyası[d] – 4 sentyabr 1992, Daşkənd) — Krımtatar şairəsi və müəllimi. == Bioqrafiyası == 7 oktyabr 1913-cü ildə Çaltemir kəndində anadan olmuşdur. Atası Abdulməcit qəssab, ana Rəsimxan isə evdar qadın olmuşdur. Ümumilikdə onlar ailədə beş uşaq idi. Cevariye Məcitova doğma kəndində məktəbi bitirdikdən sonra Yalta Pedaqoji Kollecinə daxil olur. Kerç Metallurgiya Zavodunda ibtidai sinif müəllimi işləyir. Müəllimlik təcrübəsi zamanı şeirləri "Yaş qüvvət" (gənc qüvvət) qəzetində dərc olunur. 1935-ci ildə M. V. Frunze adına Krım Dövlət Pedaqoji İnstitutunun Krım tatar dili və ədəbiyyatı fakültəsinə daxil olmuşdur. Daha sonra yazıçı olmuş Amet Mefayev, Yunus Temirkay, Rza Xalid ilə birlikdə oxuyur. Məcitova oxuduğu müddətdə folklorla maraqlanır.
Ehram Məcidov
Eldar Məcidov
Eldar Məcidov — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. == Həyatı == Məcidov Eldar Tofiq oğlu 26 avqust 1965-ci il Bakı şəhərində dünyaya göz açmışdır. 1972-ci ildə Yasamal rayon 52 saylı məktəbin birinci sinfinə getmiş 1982-ci ildə bu məktəbi bitirmişdir. 1983-cü ildə orduya çağırıan Eldar hərbi xidmətini Almaniya Demokratik Respublikasında keçirir. 1985-ci ildə ordudan tərxis olunur. 1989-cu ildə Azərbaycan İncəsənət İnstituna imtahan verir və mədəni-maarif fakültəsinə daxil olur. Ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklərə dözə bilməyən Eldar könüllü olaraq cəbhəyə getməyi qərara alır. == Döyüşlərdə iştirakı == Eldar Məcidov 9 may 1992-ci ildə "N" saylı hərbi hissəyə qeyd olunur və cəbhəyə yola düşür. O, cəbhədə tezliklə öz şücaətini göstərmişdi. Yaralıların və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsində müstəsna xidmətləri olmuşdur.
Elnur Məcidli
Elnur Məcidli (24 may 1984, Bakı) — Fransada yaşayan azərbaycanlı jurnalist, ictimai fəal və siyasətçi. == Həyatı == Elnur Məcidli 1984-cü il mayın 24-də Bakı şəhərində, ziyalı ailəsində (anası müəllimə, atası jurnalist) anadan olmuşdur. Orta təhsilə Bakıda, Binəqədi rayonunda yerləşən 244 saylı məktəbdə başlamış, daha sonra Nəsimi rayonunda yerləşən 14 saylı məktəbdə və Sumqayıt Özəl Türk Litseyində davam etdirmiş və orta təhsilini bu litseydə başa vurmuşdur. Strasburq Universitetinin Hüquq Fakültəsində bakalavr və magistr təhsilini almışdır. === Ailəsi === Ailəlidir, iki övladı var. Şair Çərkəz Məcidin qardaşı oğludur. == Fəaliyyəti == Orta məktəb dövründə ilk dəfə müxtəlif uşaq jurnallarında şeir və yazıları işıq üzü görüb. Peşəkar jurnalist fəaliyyətinə Türkiyədə ANS TV-nin müxbiri kimi başlayıb. Lider televiziyasının, Assa-İrada və Trend informasiya agentliklərinin Avropa və Fransa üzrə müxbiri vəzifələrində işləyib. "Azərbaycan", "Ayna", "Xalq", "AzerNews" və s.
Füzuli Məcidli
Füzuli Zülfü oğlu Məcidli – Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq, jurnalist. 2013-cü ildən baş qərargahı Kanadanın Monreal şəhərində yerləşən Beynəlxalq Siyasi Elmlər Assosiasiyasının (International Political Science Association) üzvüdür. 2016-2021-ci illərdə qərargahı Qazaxıstanın paytaxtı Astana şəhərində yerləşən Türk Akademiyası Beynəlxalq Təşkilatı (TWESCO) prezidentinin müşaviri olub. 2021-ci ilin oktyabr ayında Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti təyin edilib. 2012-2019-cu illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mərkəzi Asiya ölkələri üzrə bürosuna rəhbərlik edib. 2019-2021-ci illərdə Azərbaycan Televiziyasının Mərkəzi Asiya bürosunun rəhbəri vəzifəsini icra edib. == Həyatı == Füzuli Məcidli 1982-ci il sentyabrın 15-də anadan olub. 1999-cu ildə Azərbaycan Universitetinin Beynəlxalq münasibətlər fakültəsinə qəbul olub, 2003-cü ildə oranı fərqlənmə diplomu ilə bitirib. 2001-2002-ci illərdə Amerika Hüquqşünaslar Assosiasiyası Mərkəzi Avropa və Avrasiya Hüquq Təşəbbüsləri (ABA CEELİ) layihəsi çərçivəsində insan hüquqları üzrə bir illik kursu uğurla başa vurmuşdur. 2003-2005-ci illərdə Azərbaycan Universitetinin magistraturasında Beynəlxalq iqtisadi münasibətlər üzrə təhsil almış və oranı fərqlənmə ilə bitirmişdir.
Hacı Məcid hamamı
Hacı Məcid hamamı — Sumqayıt şəhərinin Corat qəsəbəsində, Səməd Vurğun küçəsindən 60-70 metr aralıda, qəsəbənin daxilinə uzanan küçənin sağ tərəfində yerləşir. Corat qəsəbəsində mövcud olmuş iki hamamdan biridir. Qəsəbə sakinləri arasında köhnə hamam olaraq tanınır. == Tikili == Yerin altında yerləşən hamam bayır hissədən 1,50 sm hündürlüyə malikdir. Təxmini olaraq iki metrə yaxın hissəsi isə yerin altında yerləşir. Hamamın kanalizasiya boruları saxsıdan olmuşdur. Suyu isə müalicəvi əhəmiyyətə malik olan sirin və kükürdlü Nəbi bulağından təmin edilirdi. Əsas giriş şərq, Qazanxanaya isə giriş cənub-qərb hissədəndir. Əsas hissənin divarları yarıya qədər kafel, tavan hissə isə balıqqulağı ilə işlənmişdir. Qapılarının üzəri, hücrələrə keçidlər və daxili hücrə tağ şəkillidir.
Hacı Məcid Əfəndi
Hacı Məcid əfəndi Mustafa əfəndi oğlu (1829–1908) — din xadimi, İslam Şəriəti alimi, müdərris. Əslən indiki İsmayıllı rayonunun Diyallı kəndindəndir. Cənubi Qafqaz mədrəsələrində oxumuş və dövrünün görkəmli üləmalarından dərs almışdır. Göyçay qəzası Diyallı prixod mollası (1874–1889), Bakı quberniyası Sünni məclisinin sədri (1889–1908) işləmişdir. Hacı Məcid Əfəndi Azərbaycanda, xüsusilə Şamaxıda XIX əsrdə elmin, mədəniyyətin, təhsilin yaradıcılarından biri olub. İstanbulda, Bağdadda, Tiranada dini təhsil alıb, qayıdandan sonra Bakı Quberniyasının Müsəlman Məclisinin sədri, eyni zamanda Cümə məscidinin Baş İmamı olub. Mirzə Ələkbər Sabir Hacı Məcid Əfəndi Əfəndizadə ilə səmimi dostluq münasibətində idi. Sabirin Hacı Məcid Əfəndinin ölümünə iki şeir yazması bu münasibətdən irəli gəlirdi. Cəlil Məmmədquluzadə isə əksinə "İrşad" qəzetində Ə.Ağayevin Hacı Məcid Əfəndini "ustadı-kamil", "məlazül-möminin", "məlcəül-müslimin" kimi dəbdəbəli ifadələrlə səciyyələndirməsi haqqında istehza ilə yazırdı: "Bu işlərin hamısını adam mülahizə eləyəndə adamın yadına, məsələn, Zəngəzur acları düşür. Sonra adam öz-özünə deyir ki, dəxi niyə ürəyimi sıxıram?
Hacı Məcid Əfəndi Əfəndizadə
Əfəndizadə Hacı Məcid Əfəndi ( Mövlanə Hacı Abdulla Həmid Əfəndi Hacı Mustafa Əfəndi oğlu; 1829, Şamaxı - 1908, Şamaxı) - Şamaxı Məktəbbr Komissiyasmın sədri, Bakı Qəza Müsəlman Məclisinin sədrİ, Quberniya qazısı, görkəmli maarifçi və dində reformator. == Həyatı == Əslən indiki İsmayıllı rayonunun Diyallı kəndİndəndir. Şamaxıda ruhani ailəsində anadan olmuşdur. Ilk təhsilini atasının mjllaxanasıda almsş, sonra da 3 il Şamaxıda dünyəvi təhsil almışdır. Atasınm təkidi ib 1846-cı ildə İstanbula gəlir. Aii Ruani məktəbinə daxil olur. Orada İlahİyyatla yanaşı tarix, coğrafıya və nücum tlmləri üzrə də təhsil alır. 4 üdən sonra oranı müvəffəqiyyətlə biürib "Əfəndi" titulu alır. Dini və dünyəvi təlısilin ərəb sistemini də öyrənmək istəyir. Bu məqsədlə Vətənə dönmədən Bağdada üz tutur.
Həsən Məcidov
Həsənağa (Həsən) Əli oğlu Məcidov (12 dekabr 1914, Bakı – 11 yanvar 1978, Bakı) — Azərbaycan memarı, Azərbaycan SSR Dövlət Tikinti və Arxitektura İşləri Komitəsinin sədri (1959-1960), Azərbaycan SSR əməkdar inşaatçısı (1960). == Həyatı == Həsən Məcidov 1914-cü ildə Bakıda sənətkar ailəsində anadan olmuşdur. O, orta məktəbi bitirərək Azərbaycan Sənaye İnstitutuna daxil olmuş, 1937-ci ildə buranın memarlıq-tikinti fakültəsini bitirmişdir. Tələbəlik illərində "Azərdövlətlayihə" Dövlət Layihə İnstitutunda texnik, ali məktəbi bitirdikdən sonra isə bu institutunda memar vəzifəsində işləmişdir. Böyük Vətən müharibəsi illərində Həsən Məcidov Sovet Ordusu sıralarına qatılmış və döyüşlərdə yaralanaraq 1946-cı ildə ehtiyata buraxılmışdır. Bundan sonra o, yenidən yaradıcılıq fəaliyyəti göstərmiş, bir sıra ictimai-mənzil binalarının layihələrini işləyib hazırlamışdır. Bir müddət layihə idarəsinin baş mühəndisi olan Həsən Məcidov 1948-ci ilin fevral ayından "Azərdövlətlayihə" İnstitutunun 2 №-li memarlıq emalatxanasının rəhbəri vəzifəsində işləmişdir. 1954-cü ildən Azərbaycan Politexnik İnstitutunda memarlıq konstruksiyaları dosenti olmuşdur. Həsən Məcidov Azərbaycan Memarlar İttifaqı Rəyasət Heyətinin üzvü olmuş, XXX və XXXI Bakı şəhər partiya konfranslarında Azərbaycan KP Bakı Komitəsi üzvlüyünə namizəd göstərilmişdir. Həsən Məcidovun layihəsi əsasında 1960-cı ildə V.İ.Leninin anadan olmasının 90 illiyi münasibətilə hazırkı Muzey Mərkəzi tikilib və 1961-ci ildə Moskvadakı V.İ.Lenin Muzeyinin filialı kimi istismara verilib.
Həsən Məcidzadə
Həsən Məcidzadə Savalan — şair, tənqidçi, ədəbiyyatşünas ; Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü. == Həyatı == Həsən Məcidzadə 1947-ci ildə Ərdəbil şəhəri yaxınlığında, Savalan dağının ətəklərindəki Nir qəsəbəsində dünyaya göz açıb. Şairin doğulduğu 40-cı illərdə İranda mürəkkəb ictimai-siyasi hadisələr baş verməkdə idi. Rza şah Pəhləvi hakimiyyətinin zülmünə, hakim üsuli-idarənin qanunsuzluqlarına, çinovnik və ərbabların özbaşınalıqlarına dözə bilməyən zəhmətkeş əhali mövcud rejimə qarşı etiraz səsini qaldırır, milli haqq və hüquqları uğrunda mübarizəyə qalxır. Bütün bu hadisələrin şahidi olan balaca Həsən də məhrumiyyətlərə, sıxıntı və ehtiyaclara məruz qalırdı. Atası hərəkatın fəallarından biri kimi təqib olunduğundan ev-eşiyindən didərgin düşmüşdü. Ailənin başçısı qanlı hadisələr zamanı həlak olduqdan sonra babası Baratəli kişi külfəti Tehrana köçürmək məcburiyyəti qarşısında qalır. Çünki Təbriz qan gölündə üzürdü. Həsən də erkən yaşlarından işləməyə, başsız qalmış ailəyə çörək pulu qazanmağa məcbur olur. Elektromexanika emalatxanasında şagirdlik edir və qısa müddətdə çilingərlik sənətini öyrənir.
Həsən Məcidzadə Savalan
Həsən Məcidzadə Savalan — şair, tənqidçi, ədəbiyyatşünas ; Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü. == Həyatı == Həsən Məcidzadə 1947-ci ildə Ərdəbil şəhəri yaxınlığında, Savalan dağının ətəklərindəki Nir qəsəbəsində dünyaya göz açıb. Şairin doğulduğu 40-cı illərdə İranda mürəkkəb ictimai-siyasi hadisələr baş verməkdə idi. Rza şah Pəhləvi hakimiyyətinin zülmünə, hakim üsuli-idarənin qanunsuzluqlarına, çinovnik və ərbabların özbaşınalıqlarına dözə bilməyən zəhmətkeş əhali mövcud rejimə qarşı etiraz səsini qaldırır, milli haqq və hüquqları uğrunda mübarizəyə qalxır. Bütün bu hadisələrin şahidi olan balaca Həsən də məhrumiyyətlərə, sıxıntı və ehtiyaclara məruz qalırdı. Atası hərəkatın fəallarından biri kimi təqib olunduğundan ev-eşiyindən didərgin düşmüşdü. Ailənin başçısı qanlı hadisələr zamanı həlak olduqdan sonra babası Baratəli kişi külfəti Tehrana köçürmək məcburiyyəti qarşısında qalır. Çünki Təbriz qan gölündə üzürdü. Həsən də erkən yaşlarından işləməyə, başsız qalmış ailəyə çörək pulu qazanmağa məcbur olur. Elektromexanika emalatxanasında şagirdlik edir və qısa müddətdə çilingərlik sənətini öyrənir.
Həsənağa Məcidov
Həsənağa (Həsən) Əli oğlu Məcidov (12 dekabr 1914, Bakı – 11 yanvar 1978, Bakı) — Azərbaycan memarı, Azərbaycan SSR Dövlət Tikinti və Arxitektura İşləri Komitəsinin sədri (1959-1960), Azərbaycan SSR əməkdar inşaatçısı (1960). == Həyatı == Həsən Məcidov 1914-cü ildə Bakıda sənətkar ailəsində anadan olmuşdur. O, orta məktəbi bitirərək Azərbaycan Sənaye İnstitutuna daxil olmuş, 1937-ci ildə buranın memarlıq-tikinti fakültəsini bitirmişdir. Tələbəlik illərində "Azərdövlətlayihə" Dövlət Layihə İnstitutunda texnik, ali məktəbi bitirdikdən sonra isə bu institutunda memar vəzifəsində işləmişdir. Böyük Vətən müharibəsi illərində Həsən Məcidov Sovet Ordusu sıralarına qatılmış və döyüşlərdə yaralanaraq 1946-cı ildə ehtiyata buraxılmışdır. Bundan sonra o, yenidən yaradıcılıq fəaliyyəti göstərmiş, bir sıra ictimai-mənzil binalarının layihələrini işləyib hazırlamışdır. Bir müddət layihə idarəsinin baş mühəndisi olan Həsən Məcidov 1948-ci ilin fevral ayından "Azərdövlətlayihə" İnstitutunun 2 №-li memarlıq emalatxanasının rəhbəri vəzifəsində işləmişdir. 1954-cü ildən Azərbaycan Politexnik İnstitutunda memarlıq konstruksiyaları dosenti olmuşdur. Həsən Məcidov Azərbaycan Memarlar İttifaqı Rəyasət Heyətinin üzvü olmuş, XXX və XXXI Bakı şəhər partiya konfranslarında Azərbaycan KP Bakı Komitəsi üzvlüyünə namizəd göstərilmişdir. Həsən Məcidovun layihəsi əsasında 1960-cı ildə V.İ.Leninin anadan olmasının 90 illiyi münasibətilə hazırkı Muzey Mərkəzi tikilib və 1961-ci ildə Moskvadakı V.İ.Lenin Muzeyinin filialı kimi istismara verilib.
Kamandar Məcidov
Kamandar Məcidov (belar. Камандар Бафаліевіч (Бафалы аглы) Маджыдаў; 17 oktyabr 1961, Hamamlı, Dmanisi rayonu) — azərbaycanlı və belarusun güləşçi, yunan-roma güləşi üzrə 62 kq çəki dərəcəsində olimpiya oyunları, dünya, Avropa və SSRİ çempionu. == Həyatı == 1963-cü ildə Gürcüstanın Başkeçid rayonunda anadan olmuşdur. 1973-cü ildən güləş ilə məşğul olmağa başlamışdır. 1975-ci ildə Bakıya köçərək idman internatına qəbul olunmuşdur. 1983-cü ildə Minsk şəhərinə köçərək Belarusiya Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Həmin tarixdən Belarusiyanın adından çıxış etməyə başlamışdır. 1982-ci ildə Minskdə "Gənclərin Ümumittifaq yarışları-82"-nin qalib olmuş, 1983-də İvan Poddubnının xatirəsinə həsr olunmuş turnirinin qalibi olaraq SSRİ yığma komandasına daxil edilmişdir. 1985-ci ildə Avropa çempionatında qızıl medal qazanan K.Məcidov "Əməkdə fərqlənməyə görə" medalına və "SSRİ-nin əməkdar idman ustası" adına layiq görülmüşdür. Hal-hazırda Minsk Dövlət Universitetinin fiziki hazırlıq kafedrasının müəllimidir.
Kiçik Məcidiyə məscidi
Kiçik Məcidiyə məscidi — İstanbulda XIX əsrə aid məscid. Əsas adı Çırağan məscidi olan bu bina İstanbul boğazının Rumeli sahilində, Ortaköy yaxınlığında, Çırağan sarayının qarşısında və Ulduz sarayını əhatə edən meşənin boğaz girişində yerləşir. Məscidə “kiçik” deyilməsinin səbəbi isə eyni padşah tərəfindən inşa etdirilən və Ortaköy məscidi olaraq da bilinən Böyük Məcidiyə məscidindən fərqlənməsidir. == Haqqında == === Tarixi === Giriş qapısının üstündə yerləşən və dövrün şairlərindən Əhməd Sadiq Zivər bəy tərəfindən yazılan 4 sətirlik mənzum kitabəyə görə, məscid 1848-ci ildə Osmanlı padşahı Sultan Əbdülməcid tərəfindən inşa etdirilmişdir. Erməni yazar Parsek Tuğlacıyana görə, məscidin memarı Dolmabağça sarayının memarlarından Nikoqos Balyandır. Ancaq Nikoqosun qardaşı Sarkis Balyan, 1857-ci ildə nəşr olunan bir məqalədə Çırağan məscidinin Karpet Balyan tərəfindən inşa olunduğunu qeyd edir. Bu məsələylə bağlı dəqiqi məlumat olmasa da, məscidin dövrün erməni əsilli məşhur memar ailəsi Balyan ailəsi tərəfindən inşa olunduğu dəqiqdir. Dövrün tarixi qeydlərində, məscidin təməlinə müsəlmanların müqəddəs hesab etdiyi Kəbədən torpaq gətirilib qarışdırıldığı qeyd olunur. Məscid, qarşısındakı sahildə yerləşən və yenə Sultan Əbdülməcid tərəfindən sökülüb yenidən inşa etdirilən Çırağan sarayının bir bölümü olaraq inşa etdirilmişdir. Ancaq həm yerləşim yerini, həm də strukturunu nəzərə alsaq, məscidin Çırağan və yaxınlıqdakı Ulduz sarayının xidmətçiləri tərəfindən istifadə edildiyini qeyd edə bilərik.
Qiyas Məcidov
Qiyas Məcidov (22 mart 1911, Axtı, Dağıstan vilayəti, Rusiya imperiyası – 1974, Mahaçqala) — Ləzgi yazıçı və dramaturqu. Dağıstan Muxtar Sovet Sosialist Respublikası Xalq yazıçısı. 1957-ci ildən SSRİ Yazıçılar Birliyinin üzvü.. == Bioqrafiya == Qiyas Məcidov 22 mart 1911-ci ildə Axtı (indiki Dağıstanın Axtın rayonu) kəndində əməkçi miqrant ailəsində anadan olmuşdur. Kənd məktəbində təhsil almış, 1927-ci ildə komsomola daxil olmuşdur. 1929-cu ildə doqquzuncu sinfi bitirİR, sonra altı aylıq kurs keçir və ibtidai sinif müəllimi ixtisasına yiyələnir . Azərbaycan SSR Şirvan bölgəsinə işləməyə göndərilir. Sonra bir ildən çox müəllim işlədiyi Dağıstanın Gürah kəndinə gedir. 1929–1931-ci illərdə Qiyas Məcidov Mahaçqala Sənaye Texnikumunda təhsil alır. Məzun olduqdan sonra rus və ana dilləri haqqında biliklərini artırmaq üçün tərcüməçi Əlibey Fətahovun tələbəsi olaraq Daqkniqoizdatda işə düzəlir.
Rafiq Məcidov
Rafiq Rasim oğlu Məcidov (2 iyul 1996; Xızı rayonu, Azərbaycan — 9 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rafiq Məcidov 1996-cı il iyulun 2-də Xızı rayonunun Sitalçay qəsəbəsində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Rafiq Məcidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rafiq Məcidov noyabrın 9-da Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rafiq Məcidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rafiq Məcidov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rafiq Məcidov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rafiq Məcidov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rafiq Məcidov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ruslan Məcidov
Ruslan Məcidov (22 avqust 1985) - azərbaycanlı futbolçu. == Karyerası == 192 sm boyu olan qolkiper karyerasına 2001-ci ildə Spartak Moskva klubunun ikinci komandasında başlayıb və 2002-ci ilə qədər bu komandanın heyətində yer alıb. 2003-cü ildə Rusiya çempionatının 1-ci dəstəsində çıxış edən "Kristall"la anlaşıb. Növbəti bir ili Vidnoye klubunda keçirdikdən sonra - 2005-ci ildə Anji Mahaçqalaya keçib. 2006/07 mövsümündə Polşaya yollanıb və Vidzevlə analşıb. 2007-ci ildə vətənə dönərək, Neftçi Bakı ilə müqavilə bağlayıb. 2008-ci ildə icarə əsasında Gənclərbirliyi Sumqayıt klubunun şərəfini qoruyub. İndiyə qədər 5 dəfə U-21-ə dəvət alıb.
Saleh Məcidzadə
Saleh Nəriman oğlu Məcidzadə (16 iyul 1994; Nəsimikənd, Biləsuvar rayonu, Azərbaycan — 11 oktyabr 2020; Daş Veysəlli, Cəbrayıl, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Saleh Məcidzadə 16 iyul 1994-cü ildə Biləsuvar rayonunun Nəsimikənd kəndində anadan olub. Saleh 2011-ci ildən universal idman növü ilə məşğul olmağa başlayıb. Ölkədə keçirilən qatıldığı bütün idman yarışlarının qalibləri cərgəsində olub. Ordu idman növləri üzrə keçirilən yarışlarda yüksək nəticələr əldə edib. == Hərbi xidməti == 2015-ci ildə həqiqi hərbi xidmətə çağırılaraq Qusar rayonunda kəşfiyyat bölməsində xidmət edib. 2017-ci ildən xüsusi təyinatlı qüvvələrdə gizir kimi hərbi xidmətini davam etdirib. O, 2016-cı il Aprel döyüşlərində və Tovuzda düşmən diversiya qrupunun məhv edilməsində iştirak etdiyinə görə komandanlıq tərəfindən təltif edilib. 11 oktyabr 2020-ci ildə Cəbrayıl rayonunun Daş Veysəlli kəndinin düşməndən azad olunması zamanı şəhid olub. 12 oktyabr 2020-ci ildə doğulub boya-başa çatdığı kəndlərində dəfn olunub.
Sultan Məcid Qənizadə
Sultan Məcid Murtuzəli oğlu Qənizadə (aprel 1866, Şamaxı – 23 mart 1938) — Azərbaycanın tanınmış maarif xadimi, müəllim, yazıçı, tərcüməçi, jurnalist, bir sıra lüğətlər, dərsliklər, bədii əsərlər, felyetonlar müəllifi. == Həyatı == Sultan Məcid Qənizadə 1866-cı ilin aprel ayında tacir Hacı Murtuzəli kişinin ailəsində dünyaya gəlmişdi. Tədqiqatçıların yazdıqlarına görə, Sultan Məcidin ulu babası Ağa Məsih Şirvani Şamaxının tanınmış şairlərindən olub. Ədibin bəzi məqalələrində "Məsihzadə" imzası ilə yazması da bu varisliyə işarədir. Sultan Məcidin atası tacir idi. Şamaxının sayılıb-seçilən ziyalılarından olub. Elmə, maarifə böyük marağı varmış. Bu səbəbdən də oğlunun ilk müəllimi özü olub. O, əvvəlcə övladına yazıb-oxumaq öyrədib, sonra da onu şəhərdəki müxtəlif məktəblərdə oxudub, bir neçə dilin öyrədilməsinə nail olub. Rus dilini mükəmməl bildiyindən Sultan Məcid Qənizadə 1883-cü ildə Tiflisdəki Aleksandrovski Müəllimlər İnstitutuna daxil olmuşdur.
Sultan Əbdül-Məcid
Sultan Əbdülməcid (Osmanlı türkcəsi: عبد المجيد اول — Abdülmecîd-i evvel; 25 aprel 1823, Konstantinopol – 25 iyun 1861[…], Konstantinopol) — 31-ci Osmanlı sultanı və 110-cu İslam xəlifəsi. Səltənəti dövründə Tənzimat fərmanı elan edilmiş, bu səbəblə Osmanlı tarixində Tənzimat padşahı olaraq anılır. Son 4 Osmanlı sultanının (Sultan Murad, Sultan Əbdülhəmid, Sultan Rəşad və Sultan Vahidəddin) atasıdır. == Həyatı == === İlk illəri və taxta çıxışı === 25 aprel 1823-cü ildə İstanbulda dünyaya gəlmişdir. Atası II Mahmud, anası isə Bəzmialəm Sultandır. Təhsil və tərbiyəsinə önəm verilmiş, əsl Avropa şahzadələri kimi böyüdülmüşdür. Mükəmməl səviyyədə fransızca öyrəndi. 1836-cı ildə qardaşı Şahzadə Əbdüləzizlə birlikdə möhtəşəm bir mərasimlə sünnət edilmişdir. Mərasim əsnasında bacısı Mihrimah Sultan da Mehmed Səid Paşayla nigahlanmışdır. 1 iyul 1839-cu ildə atası Sultan Mahmudun vəfatının ardından 17 yaşında taxta çıxdı.
Səbuhi Məcidov
Səbuhi Ağalətif oğlu Məcidov (28 aprel 2002; Aşağı Güzdək, Abşeron rayonu, Azərbaycan — 29 sentyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səbuhi Məcidov 28 aprel 2002-ci ildə Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində anadan olmuşdur. 2008-2019-cu illərdə Səmidxan Əzizov adına Abşeron rayon Aşağı Güzdək qəsəbə tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Səbuhi Məcidov 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon Hərbi Komissarlığının çağırışına əsasən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Səbuhi Məcidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Səbuhi Məcidov 29 sentyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Abşeron rayonunda dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səbuhi Məcidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Mərci
Mərcimək (cins)
Həci Hüseynov
Həci Kərim oğlu Hüseynov (12 iyun 1996, Sumqayıt, Azərbaycan — 25 oktyabr 2020;, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Həci Hüseynov 13 iyun 1996-cı ildə Sumqayıt şəhərində anadan olub.. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Həci Hüseynov Füzulinin azad edilməsində savaşıb. Oktyabrın 23-dən 24-nə keçən gecə maşınında əsgərləri apararkən düşmən öndəki maşının qabağına minamyot atıb qəhrəmanımız maşının istiqamətini dəyişmək istəyəndə maşın dərədən aşıb və elə oradaca Şəhidlik zirvəsinə ucalıb. Həci Hüseynov Xocasən kənd qəbiristanlığında torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həci Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Həci Hüseynov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Həci Hüseynov "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Həci Hüseynov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Məcd Əsəd
Məcd Hafiz əl-Əsəd (ərəb. مجد حافظ الأسد‎; 1966, Laziqiyyə – 12 dekabr 2009, Dəməşq) — Suriyanın keçmiş lideri Hafiz Əsədin ortancıl oğlu. == Həyatı == Məcd Əsəd 1966-cı ildə doğulub. O, Suriyanın hazırkı lideri olan Bəşər Əsədin kiçik qardaşıdır. Suriyada elektrik mühəndisi olaraq çalışan Məcd Əsəd ağır baş ağrısı və zehni sağlamlıq problemləri ilə mübarizə aparırdı. 2009-cu ildə davam edən xəstəliklərinə görə 43 yaşında Dəməşqdə öldü. Suriyalı ərəb arvadı Ru'a Ayyoub (1976-cı il təvəllüdlü) ilə evlidir və övladı yoxdur. == Ölümü == Məcd Əsəd 12 dekabr 2009-cu ildə, Şamda 43 yaşında çəkdiyi ruhi xəstəliklər səbəbindən vəfat etmişdir.
Məcid Ağayev
Məcid Oruc oğlu Ağayev (1835, Tikəband, Lerik rayonu – 1978, Tikəband, Lerik rayonu) — çoban, Azərbaycan uzunömürlüsü. == Həyatı == Sovet məlumatlarına görə, Məcid Ağayev 1835-ci ildə Talış xanlığının Tikəband kəndində (indiki Azərbaycanın Lerik rayonu) anadan olub.. 1840-cı illərdə kəndə quldurlar hücum edir və M. Ağayev Tehran şəhərində kölə kimi aparılır. Sonradan doğma kəndinə qayıtmışdır. O, əmək fəaliyyətinə 1847-ci ildə başlayıb. Oktyabr inqilabından sonra Məcid kolxozda çoban kimi işə düzəlir. 1972-ci ildən Ümumittifaq pensiyasına çıxmışdır. Lerik rayon Sovetinin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri olmuşdur. 1973–1978-ci illərdə SSRİ-nin ən yaşlı insanı olmuşdur. O, 1978-ci ildə 143 yaşında vəfat edib.
Məcid Behbudov
Behbudov Məcid Behbudalı oğlu (18 aprel 1873, Şuşa – 6 sentyabr 1945, Qazax) — Azərbaycan xanəndəsi. == Həyatı == Məcid Behbudov 18 aprel 1873-cü ildə Şuşada anadan olub. Cəlil bəy Bağdadbəyovun verdiyi məlumata görə xanəndəliyə 1904-cü ildən başlamışdır. O, əvvəllər tarzən Tatevos və kamançaçı Makiç ilə Qarabağ və Gəncə məclislərində, sonralar isə Zaqafqaziyanın kənd və şəhərlərində oxumuşdur. Məcid Behbudov uzun illər Tiflisdə tarzənlərdən Məşədi Zeynal, Rzabala və kamançaçı Ruben Qaraxanov ilə "Dvoryanski klub"da xanəndəlik etmişdir. 1910-cu ildə "Qrammofon" şirkəti xanəndənin səsini vala yazmaq üçün Riqaya dəvət edir. O, Mirzə Hüseyn segahı, Şüştər və Çahargah muğamlarının, bir çox xalq mahnısının mahir ifaçısı sayılırdı. M.Behbudov həmçinin, musiqili tamaşalarda da çıxış etmiş, Təbriz, İstanbul, Sofiya şəhərlərində konsertlər vermişdir. Məcid Behbudov Azərbaycanda opera teatrının inkişafına da yaxından kömək göstərmişdir. O, hələ 1911-ci ildə Saşa Oqanezaşvilinin "Fərhad və Şirin" operasında Xosrov rolunda oynamışdır.
Məcid Hüseynov
Hüseynov Məcid Əli oğlu (d. 1912 - ö. 1974) — Azərbaycan iqtisadçısı, professor. 1934-1939-cu illərdə Gürcüstan Kənd Təsərrüfatı İnstitutunun meşəçilik fakültəsində təhsil almışdır. 1949-cu ildə Leninqrad Meşə Təsərrüfatı Elmlər Akademiyasında qiyabi aspiranturaya daxil olmuş, dissertasiya müdafiə edərək elmlər namizədi adına layiq görülmüşdür. Respublika İqtisadiyyatının inkişaf etdirilməsinə həsr edilmiş bir neçə monoqrafiyanın, kitabın, broşüranın, 30-dan çox elmi məqalənin müəllifidir. 1956-1960-cı illərdə AzXTİ-də kafedra müdiri, müdir müavini vəzifələrində işləmişdir. 1960-1963-cü illərdə kənd təsərrüfatı məhsulları istehsalı və tədarükü nazirinin müavini vəzifəsində çalışmışdır. 1963-cü ildən ömrünün sonuna kimi Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda baş elmi işçi, şöbə müdiri işləmişdir.
Məcid Hüseynzadə
Hüseynzadə Məcid Əzizoviç (1916 və ya 16 avqust 1916, اردبیل və ya İran – 2006 və ya 18 sentyabr 2006, Moskva) — texnika elmləri doktoru, professor. == Həyatı == Hüseynzadə Məcid Əzizoviç 1916-cı ildə Cənubi Azərbaycanın (İran) Ərdəbil şəhərində anadan olmuşdur. 1941-ci ildə mexanika ixtisası üzrə ADU-nin fizika-riyaziyyat fakültəsini bitirmişdir. 1941–1942-ci illərdə kənd məktəbində müəllim işləmişdir. Böyük Vətən Müharibəsinin iştirakçısıdır. 1945–1946-cı illərdə ADU-nin nəzəri mexanika kabinetində laborant işləmişdir. 1950–1952-ci illərdə M.V.Lomonosov adına MDU-də aspirant olmuşdur. 1952–1989-cu illərdə akad. İ.M.Qubkin adına Moskva Neft kimya və qaz sənayesi institutunda Nəzəri mexanika kafedrasının dosenti, Ali riyaziyyat kafedrasının rəhbəri işləmişdir. 1950-cı ildə "Keçirici cismin axıb dövrələməsi" mövzusunda namizədlik, 1962-ci ildə isə "Layın qeyri-bircinsliyinin, onun tavanının və dabanının keçiriciliyinin mayenin layda hərəkətinə təsiri" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir.
Məcid Kərimov
Məcid Kərimov Zahid oğlu (16 dekabr 1958, Bakı) — Azərbaycanın dövlət və ictimai xadimi. Azərbaycan Respublikasının yanacaq-energetika naziri (2001-2004). Azərbaycan Respublikasının sənaye-energetika naziri (2004-2005). Azərbaycan Respublikasının "AzərKimya" Dövlət Şirkətinin Prezidenti (2005-2010). Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı. Professor, texnika elmləri doktoru. Azərbaycan Respublikasının əməkdar elm xadimi. == Həyatı == Məcid Kərimov 1958-ci il dekabrın 16-sı Bakı şəhərində anadan olub. Azərbaycan Neft-Kimya İnstitutunu bitirib. 1980-1989 – Neft və qaz sahəsi üzrə mühəndislik.
Məcid Musazadə
Məcid Musazadə-Qarsalanlı (10 oktyabr 1914 – 17 iyul 1990) Muhacir Bakıda anadan olub və BDU-nun ədəbiyyat fakültəsini bitirib. "Amerika Azərbaycan Cəmiyyəti" 1951-ci ildə əski legionçulardan Məcid Musazadə tərəfindən qurulmuş, ətrafında əsasən müharibədən sonra ABŞ-yə mühacirət etmiş legionçuları cəmləşdirmişdi. Cəmiyyət Türkiyə və Avropa ölkələrində fəaliyyət göstərən mühacirlərlə məktublaşmalar vasitəsilə əlaqə saxlayırdı. Əli və Nino Azərbaycan dilinə ilk dəfə 1972-ci ildə ixtisarla Məcid Musazadə tərəfindən çevrilib və o vaxt Almaniyanın Münxen şəhərində fəaliyyət göstərən "Azadlıq radiosu" vasitəsilə il yarım ərzində hissə-hissə dinləyicilər üçün səsləndirilib. M. Musazadə tarixi faktlara istinadən göstərir ki, Qarabağ heç zaman ermənilərin olmamışdır, nə indi, nə qədim dövrlərdə. Tanınmış Gürcüstan, Azərbaycan, Ermənistan, eləcə də rus tarixçiləri belə bir nəticəyə gəlmişlər ki, eramızdan əvvəl 4-cü əsrədək bu ərazidə heç zaman ermənilər olmayıb. Qarabağ erməniləri orada sonradan məskunlaşıblar: XIX əsrin əvvəllərində çar Rusiyasının himayəsi və qayğısı nəticəsində Türkiyədən və İrandan gəliblər. M. Musazadə elmi əsərində alman tarixçisi Henrix Zimmferin 1923-cü ildə yazdığı "Ermənistan yeni dövrdə" məqaləsinə istinadla yazırdı: "Böyük Ermənistan"ın mövcudluğu iddiası əsaslı deyil və elmi axtarışlar tələb edir". O, Qarabağ ermənilərinin əsassız tələblərinə belə münasibət bildirir: "Qarabağ erməniləri deyirlər ki, onlar Azərbaycan dövləti tərəfindən unudulub, istismar olunub. Faktlar isə əksini deyir.
Məcid Məcidi
Məcid Məcidi (17 aprel 1959, Tehran) — İran kinorejissoru. == Yaradıcılığı == Məcid Məcidin filmlərinin əsas qəhrəmanları uşaqlar, bir də qırmızı balıqlardır. Məcidi filmlərində uşaq dünyasını ifadə oluna biləcəyindən də artıq səmimi açıb göstərə bilir. == Filmoqrafiyası == Ata (film, 1996) İlahi rəng “Sərçələrin nəğməsi” / “Avaze gonjeshk-ha”/ “The song of sparrows” (2008) “Cənnətin rəngi” / “Rang-e khoda”/ “The color of paradise” (1999) “Səma uşaqları” / “Bacheha-Ye aseman” / “Children of heaven” (1997) – Oskar mükafatına namizəd göstərilib “Söyüd ağacı” / “Beed-e majnoon” / “The willow tree” (2005) Yağış Məhəmməd: Allahın elçisi(2015) == İstinadlar == == Xarici keçidlər == Majid Majidi'in resmi websitesi Arxivləşdirilib 2008-03-30 at the Wayback Machine "Cinema-Şərq". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 38.
Məcid Məmmədov
Məcid Rafiq oğlu Məmmədov (10 yanvar 2002; Hacıcavadlı, Cəlilabad, Azərbaycan — 1 oktyabr 2020; Talış, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Məcid Məmmədov 2002-ci il yanvar ayının 10-da Cəlilabad rayonunun Hacıcavad kəndində doğulmuşdu. Orta məktəbi 5-ci sinfə qədər bu kənddə oxumuş, sonradan ailəsi ilə birlikdə Bakıya köçdüyündən təhsilini Binəqədi rayon 115 saylı məktəbdə davam etdirmişdi. Uşaqlıqdan atasını itirmışdir. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Məcid Məmmədov Suqovuşan və Talış döyüslərində savaşıb. 1 oktyabr tarixində kəşfiyyat müşahidə bölüyünün tərkibində Talış kənd istiqamətində 482 yüksəkliyinin azad edilməsi uğrunda gedən şiddətli döyüşdə qəhrəmancasına şəhid olub. Cəlilabadda dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məcid Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Məcid Məmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Məcid Mərdanov
Mərdanov Məcid Əhəd oğlu (22 iyul 1913, Qutqaşen rayonu – 27 sentyabr 1982) — AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi,texnika elmləri doktoru, professor. == Həyatı == Məcid Mərdanov 1913-cü il iyul ayının 9-da Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olmuşdur. 1939-cu ildə Sovet ordusu sıralarına çağırılmış; 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində Leninqrad, Kareliya və Estoniya ətrafında gedən döyüşlərdə ağır xəsarət almışdır. Hərbi xəstaxanada müalicə olunduqdan sonra II dərəcəli əlil kimi ordudan tərxis olunmuşdur. Həmin illərdə Böyük Vətən müharibəsində göstərdiyi mərdliyinə görə "Böyük Vətən müharibəsinin II dərəcəli ordeni" və "Almaniya üzərində qələbəyə görə" medalları ilə təltif olunmuşdur. O, 1946-1948-ci illər ərzində Saratov şəhərində yaşamışdır. 1948-ci ildə Saratovdan Bakıya qayıdaraq V.V.Kuybışev adına Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutuna (AzETNEİ) mühəndis vəzifəsinə qəbul olunmuşdur. 1949-cu ildən xüsusi yanacaqlar və aşqarlar laboratoriyasının baş mühəndisi; 1952-ci ildən ömrünün sonuna kimi həmin laboratoriyanın rəhbəri vəzifəsində çalışmışdır. 1953-cü ildə "Benzolun olifenlərlə alkilləşməsi nəticəsində alınan polialkil benzolların katalitik çevrilməsi" mövzusunda namizədlik dissertasiya müdafiə etmişdir. 1959-cu ildən Azərbaycan Elmlər Akademiyasının yeni təşkil edilmiş Neft-Kimya prosesləri institutunda elmi işlər üzrə direktorun birinci müavini işləmişdir.
Məcid Qafuri
Məcid Qafuri (azərb. Məcid Nurqəni oğlu Qafuri‎) — yazıçı, Başqırdıstanın Xalq şairi. == Həyatı == Məcid Qafuri 1 avqust 1880-ci ildə Başqırdıstanın Yelem-Karan kəndində ziyalı ailəsində doğulub. İlk olaraq atasının açdığı molla məktəbində dərsə gedir, ərəb dilini öyrənir. Həmçinin atasının sayəsində xalq yaradıcılığı ilə tanış olur. Sonra Məcid Üteş kəndindəki məktəbdə təhsilini davam etdirir. 1898-ci ildə sənədlərini Orenburq vilayətinin Troitsk şəhərində fəaliyyət göstərən və dünyəvi elmlərin tədris olunduğu Zeynulla İşanın mədrəsəsinə verir. 1904-cü ildə Kazana gəlir, tatar alimi və maarifçisi Qəyyum Nəsirovla, başqırd yazıçısı Məhəmməd Səlim Umudbayev və Abdulla Tukayla tanış olur. 1906-cı ildə Ufaya gedir. “Qaliyyə” mədrəsəsində təhsilini davam etdirir.
Məcid Rəsulov
Məcid Lətif oğlu Rəsulov (1 iyul 1916, Nuxa – 11 fevral 1993, Bakı) – fi­zi­ka-riya­ziy­yat elmləri doktoru (1961), professor (1961), Azərbaycan SSR Əməkdar elm xadimi (1989), AMEA-nın həqiqi üzvü (1983). == Həyatı == Məcid Rəsulov 1 iyul 1916-cı ildə Şəki şəhərində anadan olub. O, 1923-cü ildə Şəkidə 7 illik məktəbin 1-ci sinfinə gedib. Atası Hacı Lətif Rəsul oğlu dövrünün məşhur ipək sənayeçisi idi. O dövrdə baş verən müharibə və inqilablar Rəsulovlar ailəsində ağır izlər buraxır. Belə ki, 1928-ci il martın 16-da Məcid Rəsulov 5-ci sinifdə oxuyanda atası Hacı Lətif həbs edilir. Uydurulmuş ittihamlar əsasında bütün əmlakı müsadirə olunur və Hacı Lətif ailəsi ilə birgə 1928-ci ildə Gürcüstanın Tsxmok qəsəbəsinə, sonra isə 8 il müddətinə Qazaxıstanın Aral dənizindəki Kokaral adasına sürgün edilir. Çətin və işgəncəli sürgün həyatı Hacı Lətifin səhhətinə təsir göstərir və o, 1930-cu ildə vəfat edir. Bundan sonra Şəkiyə qayıdan ailəyə Qori seminariyasının məzunu, Məcid Rəsulovun böyük qardaşı Əbdüləli Rəsulov qayğı göstərir. O, ömrünün sonuna kimi Şəkidə müəllim işləyir.
Məcid Səmii
Məcid Səmii (19 iyun 1937, Tehran) — Neyrocərrah, iranli tibbi alimi. Almaniyada yaşayır Məcid Səmii Tehranda anadan olmuşdur. Ailəsi Tehrandan Rəştə gedərək Telefon Evi məhəlləsində (Bahr əl-Ulum) yerləşdikdən sonra, ilk təhsilini bu şəhərdə və orta təhsilini Rəştdə Şahpur Liseyində tamamladı.
Məcid Xudabəxş
Məcid Xudabəxş (1956, اردبیل) — İranlı orta səviyyəli islahatçı siyasətçisi. 2013-1017 illərdə Ərdəbil ostanının vlaisi və 24 sentyabr 2017-dən 17 noyabr 2018-dək Şərqi Azərbaycan ostanının valisi idi.
Məcid İsmixanov
Məcid Abdulla oğlu İsmixanov - Pedaqogika elmləri namizədi, professor.Azərbaycan məktəbi (jurnal)nın baş redaktoru.Bakı Dövlət Universiteti ni bitirib. 5 may 1940-cı ildə Quba (keçmiş Qonaqkənd) rayonunda anadan olmuşdur. 1958-1962-cı illlərdə APİ-nin pedaqoji fakültəsini adlı təqaüdlə və fərqlənmə diplomu ilə bitirmiş, institutda assistent-müəllim kimi saxlanılmışdır. 1964-1982-ci illərdə APİ-də İbtidai təhsil pedaqogikası kafedrasında baş müəllim vəzifəsində işləmişdir. 1968-ci ildə “Az komplektli məktəbdə dərsin xüsusiyyətləri və təkmilləşdirilməsi yolları” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və pedaqoji elmlər namizədi elmi dərəcəsi almışdır. 1969-cu ildən dosent vəzifəsində çalışır. 1982-1987-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin orqanı olan “Azərbaycan məktəbi” jurnalının redaktoru vəzifəsində işləmişdir. 1987-ci ildə Bakı Dövlət Universitetinin Pedaqogika kafedrasında dosent vəzifəsində işləməyə başlamış, sonralar həmin kafedrada professor əvəzi vəzifəsini icra etmişdir. == Kitabları == Pedaqogikanın əsasları : tədris vəsaiti / M. A. İsmixanov ; elmi red. A. Həsənov.
Məcid Şamxalov
Məcid Baba oğlu Şamxalov (2 may 1907, Gülablı – 13 oktyabr 1984, Bakı) — Azərbaycan dramaturqu, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar artisti (1949). == Həyatı == Məcid Şamxalov 1907-ci il mayın 2-də Şuşa qəzasının Gülablı kəndində anadan olmuşdur. İbtidai təhsilini kənddə almış, 1918-ci ildə ailəliklə köçmüşlər. Burada S. S. Axundovun rus-tatar məktəbini bitirmişdir. M. F. Axundov adına Dövlət Teatr Texnikumunda təhsil aldıqdan sonra (1924–1926) taleyini milli səhnəyə bağlayır, Azərbaycan Dövlət Akademik Dram Teatrında aktyor işləyir. İlk ədəbi-ictimai fəaliyyəti "Damğa" tənqid-təbliğ teatrında rejissorluğu dövründə kiçik həcmli əsərlər yazması ilə başlanır. Onun ilk əsəri "Mənzər" 1955-ci ildə Azərbaycan Dövlət Nəşriyyatında çap olunmuşdur. Gənc məzhəkəçilərin respublika müsabiqəsində I yeri tutduğuna görə "Qızıl medal"a layiq görülmüşdür. Xidmətlərinə görə SSRİ medalları ilə təltif olunmuşdur. Məcid Şamxalov 1984-cü il oktyabrın 13-də Bakıda vəfat etmişdir.
Məcid Əhmədov
Əhmədov Məcid Mirzə oğlu (28 fevral 1957, Qalayçılar, Ağdam rayonu) — Azərbaycanlı alim, fizika üzrə fəlsəfə doktoru == Həyatı == Əhmədov Məcid Mirzə oğlu 1957-ci ilin fevral ayının 28-də Ağdam rayonunun Qalayçılar kəndində anadan olmuşdur. 1974-cü ildə orta məktəbi bitirdikdən sonra 1975-ci ildə Azərbaybaycan Dövlət Universtetinin (indiki Bakı Dövlət Universteti) Fizika fakültəsinə qəbul olmuş və 1980-ci ildə bitirmişdir. 1980–1984-cü illərdə Ağdam rayonunun Abdal və Salahlı kəndlərində fizika-riyaziyyat fənnləri üzrə müəllim işləmişdir. == Elmi fəaliyyəti == 1985-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnistitutunun (RPİ) "Kimyəvi Fizika" laboratoriyasında əmək fəaliyyətinə başlamış, 1997-ci ilə kimi kiçik elmi işçi, 2009-cu ilə kimi böyük elmi işçi vəzifəsində çalışmışdır. M. Əhmədov 1986–1990-cı illərdə AMEA-nın Radiasiya Problemləri İnistitutnda "Dielektriklər və yarımkeçiricilər fizikası" ixtisası üzrə aspiranturada oxumuş və 1997-ci ildə "Asetonitrilin alovsuz boşalma plazmasında polimerləşmısindən alınan nazik təbəqələrin elektrik və fotoelektrk xassələri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2000-ci ildə təşkil olunan "Ətraf mühitə zərərli təsirlərin fizikası və kimyası" laboratoriyasında əmək fəaliyyətini davam etdirən M. Əhmədov hazırda orada aparıcı elmi işçi vəzifəsində çalışır. Atom Absorbsiya Spektrometriyası və İCP-MS metodlarını tətbiq etməklə laborotoriyanın iş planına uyğun olaraq ətraf mühitə atılan ağır metalların akkumulyasiyası və daşınması prosesləri mövzusunda tədqiqat işləri aparmışdır. Məcid Əhmədov müxtəlif beynəlxalq layihələrdə — Beynəlxalq "İSO 17025" akkreditasiyasında, LGC (İngiltərə) və SETOC (Hollandiya) test metodlarının müqayisəsi, həmçinin, TEMPUS ECONANO və "MARINE CHECK — OCEAN 2013" proqramlarında, eləcə də, American Chemical Society (ACS) təşkilatının, Society of Environmental Toxicology and Chemistry (SETAC) təşkilatının, SFP 977991 — Şimali Atlantika Alyansının (NATO) Elm Fondu layihəsinin davamı üzrə (Kür-Araz layihəsi) fəaliyyətində fəal iştirat etmişdir. Alim 70-dən çox elmi əsərin (35 xaricdə, 10 beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan) müəllifidir. Müntəzəm olaraq Beynəlxalq və yerli elmi konfranslarda, simpozium və seminarlarda iştirak edir və müxtəlif qrant layihələrinin iştirakçısıdır.
Məcid Əsəd
Məcd Hafiz əl-Əsəd (ərəb. مجد حافظ الأسد‎; 1966, Laziqiyyə – 12 dekabr 2009, Dəməşq) — Suriyanın keçmiş lideri Hafiz Əsədin ortancıl oğlu. == Həyatı == Məcd Əsəd 1966-cı ildə doğulub. O, Suriyanın hazırkı lideri olan Bəşər Əsədin kiçik qardaşıdır. Suriyada elektrik mühəndisi olaraq çalışan Məcd Əsəd ağır baş ağrısı və zehni sağlamlıq problemləri ilə mübarizə aparırdı. 2009-cu ildə davam edən xəstəliklərinə görə 43 yaşında Dəməşqdə öldü. Suriyalı ərəb arvadı Ru'a Ayyoub (1976-cı il təvəllüdlü) ilə evlidir və övladı yoxdur. == Ölümü == Məcd Əsəd 12 dekabr 2009-cu ildə, Şamda 43 yaşında çəkdiyi ruhi xəstəliklər səbəbindən vəfat etmişdir.
Məcin (Qürvə)
Məcin (fars. ‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 236 nəfər yaşayır (53 ailə). Əhalisini kürdlər təşkil edir.
Məhi Vəliyev
Məhi Vəliyev (1927, Araz Yağlıvənd, Qaryagin qəzası – 11 yanvar 2009, Araz Yağlıvənd, Füzuli rayonu) — Lenin, Oktyabr inqilabı, Qırmızı Əmək Bayrağı ordenli zəhmət adamı. == Həyatı == Məhi Cümü оğlu 1927-ci ildə Araz Yağlıvənd kəndində anadan olmuşdu. Böyük Bəhmənli kənd məktəbində natamam təhsil almışdı. Kоlxоzda işləmişdi. Kоlxоz idarə heyətinin göndərişi ilə rayоnlararası kənd təsərrüfatı kursunda оxumuşdu. 1944-cü ildə kursu tamamladıqdan sоnra, 1950-ci ilədək kоlxоzda mal və qоyun təsərrüfatı briqadiri vəzifəsində çalışmışdı. 1950-ci ildən 1953-cü ilə kimi Bakının keçmiş Lenin rayоnunda neft buruqlarında işləmişdi. 1953-cü ilin sоnunda dоğma kəndi Aşağı Yağləvəndə qayıdıb və 1980-ci ilədək pambıqçılıq təsərrüfatında sahə briqadiri vəzifəsində çalmışdı. İşləməklə yanaşı qiyabi Gəncə Kənd Təsərrüfatı Texnikumunun aqrоnоmluq şöbəsini bitirmişdi. 1980-ci ildən 1998-ci ilin sоnunadək kolxozun üzümçülük sahəsində briqadir işləmişdi.
Mərci plov
Mərci plov — Azərbaycan mətbəxində plov. == Tərkibi == Bu plovu hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır: Qoyun əti-200 q, düyü-150 q, ərinmiş yağ-40 q, soğan-1 baş, darçın-0,2 q, zəfəran-0,1q, habelə tam üçün istiot, duz götürülür. == Hazırlanma qaydası == Mərci artlanıb yuyulur və 2-3 saat ərzində soyuq suda isladılır. Sonra həmin mərci ayrıca duzlu suda bişirilir, düyü ayrıca qazanda bişirilir və üstünə yarıbişmiş mərci əlavə edilərək hazır olunca bişirilir və süzülərək dəmə qoyulur. Qazanın dibinə lavaş qazmaq qoyulur. Eyni zaman qoyun əti təmizlənir, yuyulur və tikələrə doğranır, duzlanır, tavada qızardılır, buna yağ-soğan və azca bulyon, ədviyyat qatılaraq hazır olunca öz buğunda bişirilir. Süfrəyə veriləndə mərci plovun üstünə ət qoyulur və darçın səpilir. Bu xörək kükü ilə də hazırlana bilər.
Pir Məli
Ov təpə (fars. پیرملو‎, (az-əbcəd. پیرملی‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 353 nəfər yaşayır (103 ailə).
Rəşad Məcid
Rəşad Məcid (tam adı: Məcidov Rəşad Müseyib oğlu; 21 avqust 1964, Ağcabədi, Ağdam rayonu) — yazıçı, jurnalist, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü. == Həyatı == Rəşad Məcid 1964-cü ildə Ağcabədi rayonunda anadan olub. 1979-cu ilədək Ağdam şəhərində yaşayıb, həmin vaxtdan Bakıya köçüb. 1981-ci ildə Respublika fizika-riyaziyyat təmayüllü 1 saylı orta məktəbi, 1988-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1985-ci ildən "Elm və həyat" jurnalında korrektor kimi əmək fəaliyyətinə başlayıb, 1990-cı ilədək həmin jurnalın müxbiri işləyib. 1990–1991-ci illərdə Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində sədr müavini vəzifəsində çalışıb. 1991–1992-ci illərdə əvvəlcə "Ədalət" qəzetində, sonra isə "Azərbaycan" qəzetində baş redaktorun birinci müavini olub. 1992-ci ildə "525-ci qəzet"i təsis edib. 1993-cü ildə "Azərmətbuatyayımı" İstehsalat Birliyinin rəisi olub. 1994–1995-ci illərdə Azərbaycan Tərcümə Mərkəzində məsul katib vəzifəsində çalışıb.
Heçi
Heçi (çin. 河池市) — Çinin Quansi-Çjuan muxtar rayonunda 4 milyona yaxın əhalisi olan şəhər.
Keçi
Ev keçisi (lat. Capra hircus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin dağ keçisi cinsinə aid heyvan növü. Ev keçisi ilk əhliləşdirilmiş heyvanlardan hesab olunur. Təqribən 9000 il bundan əvvəl Yaxın Şərqdə əhliləşdirilib. Bu keçinin əcdadı Egey dənizidəki yunan adalarından Türkiyə, İraq, İran və Pakistanda rast gəlinən vəhşi bezoar keçisi olub. Əksər erkək və dişiləri saqqallı olur. Bədənləri yunla örtülüdür. Qoyun sürülərində keçilər sayca azlıq təşkil edir. Bir sürüdə ən çoxu təxminən 10–15 baş keçi olur. Lakin Kiçik Qafqazın bəzi dağ və dağətəyi kəndlərində 50–60 başdan ibarət kiçik keçi sürüləri də olub və meümkündür ki, indi də olsun.
Meri
Meri — ad. Meri Şelli — məşhur ingilis yazıçı. Meri Tamm — eston əsilli Böyük Britaniya aktrisası Meri Robinson — İrlandiyanın ilk qadın prezidenti (1990-1997). Meri Todd Linkoln — ABŞ siyasətçisi Meri Somervill – şotland yazıçısı və alimi. Meri Kuant — Böyük Britaniya dizayneri. Meri Pikford — Kanada və ABŞ aktrisası. Meri Kassat — amerikalı rəssam və qrafik Meri Boys — britaniya iranşünası, Zərdüştilik və Manixeizmin tədqiqatçısı. Meri Şervaşidze — gözəlliyi ilə məşhur gürcü aristokrat qadını. Meri Eqnes Çeyz — Meri Selest — Digər Meri Berd Torpağı — Antarktidanın qərbindəki torpağlarıdır. Meri Selest — 4 dekabr 1872-ci ildə, Atlantik okeanında tərk edilmiş şəkildə tapılmış kabus gəmi.
Meyci
İmperator Meyci (yap. 明治天皇; 3 noyabr 1852 – 30 iyul 1912) — taxta 1867-ci ilin 3 apreldə çıxmış və ömrünün sonuna qədər Yaponiyanın 122-ci imperatoru olmuşdur. Onun həyatdakı adı Mutsihito (yap. 睦仁) adlanırdı. Yaponiyadan kənarda da onun adı "İmperator Musihito" olaraq qeydə alınmışdı. Yaponiyada vəfat etmiş imperatorları ölümündən öncəki adı ilə adlandırırlar. Onun 1852-ci ildə onun doğulduğu zaman Yaponiya dünyadan təcrid olunan, texniki baxımdan geri qalan, feodal qaydaları ilə idarə edilən ölkə olmuşdur. Bu feodal ölkəsi Tokuqava şoqunatı və dayme tərəfindən idarə olunurdu. O 1912-ci ildə dünyasını dəyişərkən Yaponiya vahid mərkəzdə birləşdirilmiş, siyasi, iqtisadi və sosial çevriliş baş vermiş, dünyanın super güclərindən birinə çevrilmişdir. "Nyu-York Tayms" qəzetində imperatorun dəfn mərasimi ilə bağlı yazılırdı: "Cənazənin önündəki ilə arxasındakı fərq heyrətamiz idi.
Seci
Seci− (ərəbcə: سجع), ədəbi terminlərdən biridir və nəsrdə qafiyələri ifadə etmək üçün istifadə olunur == Mahiyyəti == Seci ərəb poeziyasının ən qədim forması hesab olunur. Seci istifadə etməklə əldə edilən ritmik diskurslar poeziyanın inkişafına imkan verirdi. Seci sənəti ərəb satirasının inkişafında mühüm mərhələ hesab olunur. Seciler cahiliyyət dövründə uzun müddət poeziya olaraq görülmüşdür. == Kahin Secileri == İslamdan əvvəlki ərəb kahinləri insanları heyran etmək üçün seci-li sözlər deyirdilər: “And olsun parlaq aya! And olsun parlayan ulduza! Yağış gətirən buludlara and olsun! Səmadakı quşlara and olsun! Səyyahın yolunu tapdığı işarəyə and olsun... …Biri Necd’e, digəri isə Gavr’a getdi!
"Meyci" ordeni
"Müqəddəs xəzinə" ordeni (瑞宝章, Zuiho-şo) – Yaponiya ordenlərindən biri. Həm yapon, həm də əcnəbi şəxslərə Yaponiya dövləti qarşısındakı xidmətlərə görə təqdim olunur. == Tarixi == "Müqəddəs xəzinə" ordeni 4 yanvar 1888-ci ildə İmperator Meyci tərəfindən "Meyci" ordeni adı ilə təsis olunmuşdur. Ancaq kişilərə təqdim olunması planlaşdırılsa da, 1919-cu ildə qadınlara da verilməsi barədə qərar verilmişdir. Orden 2003-cü ilə qədər 8 dərəcə üzrə təqdim olunmuşdur. 2003-cü ildə VII və VIII dərəcələr ləğv edilmiş, 6 dərəcə üzrə təqdim olunmağa başlamışdır. == Dizayn == Orden Yaponiyanın iki müqəddəs xəzinəsini – Yata güzgüsünü və Yasakani cəvahiratını özündə əks etdirir. Orden pavlovniya çiçəklərinin və yarpaqlarının formasında dizayn edilmişdir.
Ceci Chuh
Ceci Schmitz-Chuh (1991, Almaniya Federativ Respublikası) — Alman aktrisa. Ulduzu The Unpolished ilə parlayan aktrisa, 2007-ci ildə istehsal etdiyi Die Unerzogenen filmində Alman aktyor Birol Ünel ilə gənc yaşda güclü bir aktyor idi. == Filmoqrafiyası == 2007: Die Unerzogenen 2008: Hilfe, meine Schwester kommt! 2009: Wenn die Welt uns gehört 2010: Verre Vrienden/Ferne Freunde 2011: Der Heiland 2012: Escape 2013: Der allerletzte Gast 2013: Wer glaubt denn noch an Märchen 2013: Love, Yesterday 2014: Sommerfreundin 2014: Sin & Illy still alive 2014: Umsonst 2014: Von Mädchen und Pferden 2015: Tod eines Rappers 2015: Boy 7 2015: Allein unter Irren 2015: Bube Stur 2015: Die Illuminaten 2016: Letzte Spur Berlin == İstinadlar == == Xarici keçidlər == Ceci Chuh — IMDb sayfası.
Françesko Moçi
Françesko Moçi (29 iyul 1580 – 6 fevral 1654) əsasən Roma və Orvietoda fəaliyyət göstərmiş erkən Barokko dövrü İtaliya heykəltəraşıdır. == Həyatı == O, Montevarkidə doğulmuş və Romada vəfat etmişdir. Onun erkən sənət müəllimi anti-manyerist Florensiya rəssamı Santi di Tito olmuş, Titonun emalatxanasında Moçi xəttin aydınlıq və ilkliyini öyrənmişdir. 1599-cu ildə Romaya köçən Moçi Venesiya heykəltəraşı Kamillo Marianinin emalatxanasında öyrənməyə davam etmişdir. Moçi Covanni Lorenso Bernini və onun atası Pyetro ilə eyni dövrdə fəaliyyət göstərmişdir. == Fəaliyyəti == Moçi, Stefano Maderno ilə birlikdə mühüm Papa sifarişinin yerinə yetirərək Santa-Mariya-Maccore kilsəsindəki Paolina kapellasında çalışmış, burada “Müqəddəs Matfey və Mələk” əsərini yaratmışdır. Onun ilk böyük əsəri olan “Müjdə” (“Mələk” 1605-ci ildə, “Bakirə” isə 1608-ci ildə tamamlanmışdır, hər iki heykəl Orvieto kafedralında saxlanılır) iki heykəldən ibarətdir. Sənət tarixçisi Rudolf Uittkoverin “heykəltəraşlığı yuxudan oyandıran fanfar” adlandırdığı əsər ölçülü emosionallığı ilə barokko heykəltəraşlığını geridə qoyur. Moçi həm də bürünc və çuqunla işləməyi bacaran azsaylı XVII əsr heykəltəraşlarından biri olmuşdur. O, Pyaçentsadakı Pyaçça Kavallidə ucaldılmış I Ranuçço Farneze və Parma hersoqu Alessandro Farnezenin atlı bürünc heykəllərinin müəllifidir.
Keçi doqquzdonu
Keçi doqquzdonu (lat. Lonicera caprifolium) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi Avropada, Kiçik Asiyada kolluqlarda və meşələrdə bitir. Böyük və Kiçik Qafqazda yayılmışdır. == Botaniki təsviri == Sarmaşan və ya sürünən koldur, 8 m-dək uzana bilir. Cavan zoğları çılpaq, açıq-yaşıl, işıq düşən tərəfdə isə bənövşəyi-qırmızı olur. Yarpaqları 4-10 sm uzunluğunda, möhkəm, dərili, ellipsvari və ya enli-ellipsvari, üst tərəfi tünd-yaşıl, alt hissəsi isə göyümtül rənglidir. Yuxarı yarpaqların 2-3 cütü ellipsvari diskə yığılır, rəngini payıza qədər saxlayır. Üç yaşından etibarən çiçəkləməyə başlayır. Çiçəkləri oturaqdır.
Keçi məməsi
Keçməməsi və ya Keçi məməsi — el şənliklərində və toylarda geniş oynanılan Azərbaycanın ən qədim kişi rəqslərindən biri. Əsasən Şirvan zonası və Bakı kəndlərində məşhurdur. Çox gözəl melodiyalı və ahəngdar musiqisi var. Rəqs bir qədər aram və cəld templə də ifadə oluna bilər. Bu rəqs Orta Mahur və Bayatı-Qacar üzərində qurulmuşdur. Musiqisinin tondan-tona keçməsi onu daha da coşqun və ahəngdar edir. Bəzən bu rəqsi səhvən "Keçi məməsi" adlandırırlar ki, bu da məzmuna uyğun gəlmir. Əslində rəqsin "keçməməsi" adlandırılması, rəqs edənlərin bir-biri ilə yarışa girərək gözəl və çevik rəqs hərəkətləri nümayiş etdirməklə rəqabət aparmasına, bir-birini keçməsinə işarə edir.
Keçi söyüdü
Keçi söyüdü (lat. Salix caprea) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Botaniki təsviri == Bu növə Bədmüşk də deyilir. Boyu 18 m-ə və diametri 60 sm çatan ağac və ya koldur. Qabığı yaşılımtıl boz və hamardır. Yaşlı gövdələrinin qabığı qaramtıl və uzununa dərin çatlıdır. Zoğları yoğun, bozumtul yaşıl və tumurcuqları iridir. Yarpaqları qalın, iridir, 11-18 sm uzunluqdadır. Enli-yumurtavari, azacıq qarışıqlıdır, kənarı dalğavari dişlidir. Üstdən tünd-yaşıl, altdan sıx ağımtıl saçaqlı tükcüklüdür, yan damarları 6-9 cüt olub aydın seçilir.
Keçi əti
Keçi əti (ing. Goat meat) — Dünyada ən çox istifadə edilən ət növlərindən biri. Ondan hazırlanan yeməklər çox məşhurdur. Keçinin süddündən, dərisindən və tükündən gündəlik sənayedə insanlar tərəfindən istifadə edilməkdədir. Keçi ətinin xüsusi qoxusu olur ki, bu da onun tərinin və sidiyinin qoxusunun təbii olaraq ətə hopmasından irəli gəlir. Ətə iyin hopmaması üçün bəzən onun dərisini soyarkən əlcək geyinir və sonra əlcəyi çıxardıb əti doğrayırlar. Bu ətə qoxunun hopmasının qarşısını alır. Keçi ətinin vitamin və faydalı maddələrlə zəngin olduğu qədim zamanlardan məlumdur. Bəzi xəstəliklər zamanı hətta həkimlər keçi əti yeməyi məsləhət görürlər. Keçi ətinin tərkibində olan makro və mikroelementlər bir çox xəstəliklərin sağalmasını sürətləndirir.
London meri
London meri - London Assambleyasının 25 üzvü tərəfindən seçilən və Böyük Londonda icra hakimiyyətinə rəhbərlik edən şəxsdir. London merini Londonun lord-meriylə qarışdırmaq lazım deyil, lord-merin vəzifəsi daha çox simvolik xarakter daşıyır və Londonun Siti hissəsiylə məhdudlaşır. Mer birbaşa səsverməylə dörd il müddətinə seçilir. London merinin illik maaşı 151,734 funtsterlinqdir. Hal-hazırda bu vəzifəni Leyboristlər Partiyasından olan Sadiq Xan (ing. Sadiq Aman Khan) icra edir. == Hakimiyyət == London şəhərində Bələdiyyə Başçısı səlahiyyətləri 2000-ci ildə yaradılmışdır Bələdiyyə Başçısı icra hakimiyyətinə rəhbərlik edir , şəhərin hərtərəfli inkişafı üçün plan təqdim edir , büdcənin qəbul edilməsində iştirak edir. Dörd il muddətinə seçilir.
Mecid Esad
Məcd Hafiz əl-Əsəd (ərəb. مجد حافظ الأسد‎; 1966, Laziqiyyə – 12 dekabr 2009, Dəməşq) — Suriyanın keçmiş lideri Hafiz Əsədin ortancıl oğlu. == Həyatı == Məcd Əsəd 1966-cı ildə doğulub. O, Suriyanın hazırkı lideri olan Bəşər Əsədin kiçik qardaşıdır. Suriyada elektrik mühəndisi olaraq çalışan Məcd Əsəd ağır baş ağrısı və zehni sağlamlıq problemləri ilə mübarizə aparırdı. 2009-cu ildə davam edən xəstəliklərinə görə 43 yaşında Dəməşqdə öldü. Suriyalı ərəb arvadı Ru'a Ayyoub (1976-cı il təvəllüdlü) ilə evlidir və övladı yoxdur. == Ölümü == Məcd Əsəd 12 dekabr 2009-cu ildə, Şamda 43 yaşında çəkdiyi ruhi xəstəliklər səbəbindən vəfat etmişdir.
Meli Malani
Meli Malani (17 noyabr 1996) — Ficili üzgüçü. Meli Malani Ficini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Meli Malani birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 23.88 saniyəlik nəticəsi ilə 52-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Meri Aninq
Meri Enninq (ing. Mary Anning; 21 may 1799-cu il - 9 mart 1847-ci il) — britaniyalı həvəckar daşlaşmış sümük kolleksioneri və palentioloq. Yaşadığı Laym-Recisdə tapdığı daşlaşmış sümük və dəniz faunası tapıntılarına görə məşhurlaşıb. Onun elmi işləri Yer kürəsinin qədim dövrü barəsində tarixi və həyatı barəsində təsəvvürün dəyişməsinə səbəb olub. == Həyatı == Meri Aninq 1809 və 1811-ci illər arasında hələ 10-12 yaşında olarkən dinozavr qalıqlarını aşkarlamış və tərəfindən aşkarlanan qalıqların bütün hissələrini müəyyən müddət sonra birləşdirmişdir. Bununla Meri Enninq dünya tarixinə ilk paleontoloq qadın kimi daxil olmuşdur. O ilk arxeoloq qadın kimi də tanınır. Müxtəlif vaxtlarda ona pul müqabilində iş görmək təklif olunsa da, o bundan imtina etmişdir.
Meri Bell
Meri Bell (ing. Mary Flora Bell; d. 26 may 1957) — .
Meri Boys
Nora Elizavet Meri Boys (ing. Nora Elisabeth Mary Boyce; 2 avqust 1920 – 4 aprel 2006)—britaniyalı iranşünas, Zərdüştilik və Manixeizmin tədqiqatçısı. == Həyatı == Nora Elizavet Meri Boys 2 avqust 1920-ci ildə doğulmuşdu. Atası Kəlküttədə hakim vəzifəsində çalışdığından Darcilinqdə dünyaya gəlmişdi. Kembric Universitetinin Nyunhem kollecini bitirmişdi. Burda arxeologiyanı və etnoqrafiyanı öyrənmişdi. Meri Boys 4 aprel 2006-cı ildə vəfat edib. == Elmi fəaliyyəti == Zərdüştiliyi qəbul edən turlar özlərini "ari" adlandırırlarsa deməli onlar da türklərdir. İkinci məsələ isə farsların bu bölgəyə gəlmə zamanları ilə bağlıdır. Onlar buraya nüfuz edərkən artıq "Avesta" bir müqəddəs kitab kimi, zərdüştilik isə bir din kimi mövcud idi.
Meri Enninq
Meri Enninq (ing. Mary Anning; 21 may 1799-cu il - 9 mart 1847-ci il) — britaniyalı həvəckar daşlaşmış sümük kolleksioneri və palentioloq. Yaşadığı Laym-Recisdə tapdığı daşlaşmış sümük və dəniz faunası tapıntılarına görə məşhurlaşıb. Onun elmi işləri Yer kürəsinin qədim dövrü barəsində tarixi və həyatı barəsində təsəvvürün dəyişməsinə səbəb olub. == Həyatı == Meri Aninq 1809 və 1811-ci illər arasında hələ 10-12 yaşında olarkən dinozavr qalıqlarını aşkarlamış və tərəfindən aşkarlanan qalıqların bütün hissələrini müəyyən müddət sonra birləşdirmişdir. Bununla Meri Enninq dünya tarixinə ilk paleontoloq qadın kimi daxil olmuşdur. O ilk arxeoloq qadın kimi də tanınır. Müxtəlif vaxtlarda ona pul müqabilində iş görmək təklif olunsa da, o bundan imtina etmişdir.
Meri Hopkin
Meri Hopkin (ing. Mary Hopkin; 3 may 1950) – Uelsli xalq müğənnisi Vall dili və Uels ingiliscəsində danışan bir ailənin qızı olaraq, musiqi karyerasına xalq müğənnisi kimi "Selby Set" və "Mary" adlı yerli qruplarda başlamışdır. "Beatles"in "Apple" val şirkəti üçün mahnı ifa etməsindən əvvəl "Cambrian" adlı bir yerli val şirkətindən vall dilində kiçik bir albom çıxartdı. British İTV televiziyası tərəfindən yayımlanan "Opportunity Knocks" istedad yarışmasındakı uğurunun gətirdiyi birinciliklə şöhrət qazandı. "Beatles Apple Record Company" üçün qeydiyyatdan keçən ilk sənətçilərdən biri olmuşdur. 1968-ci ildə çıxmış "Those Were the Days" klassiki ilə şöhrəti daha da artdı.
Meri Kassat
Meri Stivinson Kassat (ing. Mary Stevenson Cassatt; 22 may 1844[…] – 14 iyun 1926[…]) — amerikalı rəssam və qrafik idi. Meri Kassat Allegeni şəhəri, Pensilvaniyada (indi Pittsburqun Şimalının bir hissəsi ), işində nailiyyətləri olan bir dəllalın - Robert Kassatın və bankir olan Ketrin Kelso Constonın qızı olaraq dünyaya gəlmişdir. Anası oxunmuş və enerjili bir qadın idi. Onun gələcək rəssamın dünyagörüşünün formalaşmasında böyük rolu olmuşdur. Fransız jurnalist Qustav Jefrua tərəfindən Mari Brakemon və Berta Marizo ilə yanaşı, Meri Kassat da impressionizmin "Üç əzəmətli xanımı"-ndan ( les trois grandes dames) biri hesab edilmişdir. 1879-cu ildə Dieqo Martelli onu Deqasla müqayisə etdi, çünki hər ikisi ən müasir şəkildə hərəkət, işıq və dizaynı təsvir etməyə çalışırdılar. == Erkən həyatı == Orta səviyyədən bir ailədə doğulmuşdur: Atası Robert Simpson Kassat dəllal və torpaq möhtəkiri idi. O, 1662-ci ildə Yeni Amsterdama gələn Fransız Hugenat Jak Kossartın nəslindən gəlir. Anası Ketrin Kelso Conston bankir ailəsindən idi.
Meri Keri
Meri Ellen Kuk və ya Meri Keri (15 iyun 1980, Klivlend, Ohayo) — porno aktrisa, siyasətçi, Playboy modeli, radio aparıcısı, kinorejissor. == Həyatı == Meri Ellen Kuk 1980-ci ildə ABŞ-nin Klivlend şəhərində doğulub. Anası ruhi xəstə, atası iflic olan Meri 3 aylığından nənəsinin və babasının himayəsində böyüyüb. Onların ölümündən sonra gənc qız müxtəlif barlarda rəqqasə kimi çalışıb. Bir müddət sonra ona porno filmlərdə çəkilmək təklif olunub və qız bu təklifi qəbul edib. Meri Keri adı ilə 80-ə yaxın filmdə çəkilib. 2003-cü ildə Meri Kaliforniya qubernatorluğuna öz namizədliyini verir və populyar Hollivud ulduzu Arnold Şvarseneqqerə rəqib olur. Təbii ki, Meri "terminatora" uduzur. Ancaq seçki müddətində qalmaqallı namizəd öz adından söz etdirə bilir.
Meri Kuant
Meri Kuant (ing. Mary Quant; 11 fevral 1930[…], Blekhit[d], Birləşmiş Krallıq – 13 aprel 2023, Farli Qrin[d], Birləşmiş Krallıq) — Böyük Britaniya dizayneri. O, 1960-cı illərdə Londonda yerləşən Mod və gənclərin moda hərəkatlarında populyar fiqur oldu. O, mini yubkanın məşhurlaşmasında rol oynayan dizaynerlərdən biri idi. == Həyatı == Meri Kuant 11 fevral 1934-cü ildə Woolwich, Londonda müəllim ailəsində anadan olmuşdur. Gələcək dünya şöhrətli dizaynerin həyatı o vaxtkı nəslin insanlarının həyatı kimi idi. O özü sonralar yazırdı ki, onun həyatının birinci yaddaqalan xatirələri müharibə zamanı evakuasiya ilə bağlı idi. Merinin Kentdən olan ailəsi İngiltərənin Şərq sahillərindəki bir kəndə köçür, bədbəxtlikdən Londonu bombardman etməyə gedən alman təyyarələri bu kənd üzərindən keçmişdir. 1951-ci ildə Meri orta məktəbi bitirdikdən sonra valideynləri ona təhsilini davam etməyi və karyera barədə fikirləşməyi təklif etdilər. Məsuliyyətli müəllimlər Meriyə yaxşı bir sənət seçməyi məsləhət gördülər, amma o, London incəsənət məktəbinə daxil oldu-GoldSmiths" College of Art.