ÇİNARƏ
ÇİNGİZXAN
OBASTAN VİKİ
Çingiz
Çingiz — Kişi adı, təxəllüs. Çingiz xan — Çingiz Qacar — Çingiz Əliyev Çingiz Əliyev (rektor) — Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru. Çingiz Əliyev (geoloq) — AMEA-nın müxbir üzvü. Çingiz Əliyev (deputat) — Qızıl şəhərinin deputatı. Çingiz Axundov Çingiz Axundov (dirijor) — Azərbaycan Respublikasının Xalq artisti. Çingiz Axundov (tarixçi) — Azərbaycan tarixçisi. Yaşayış məntəqələri Çingiz (Baymak) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd.
Çingiz (Baymak)
Çingiz (başq. Сыңғыҙ, rus. Чингизово) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Tatlıbay kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Baymak): 23 km, kənd sovetliyindən (Tatlıbay): 8 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 68 km. Kənd Samkara çayının sağ sahilində yerləşir. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (99%) üstünlük təşkil edir.|0 Xusain Faizulloviç Akhmetov (1914-1993) — XX əsrin başqırd bəstəkarı. Rəşidə Qilmutdinovna Tuysina (10 may 1942) — rəqqasə, Rusiyanın əməkdar artisti. Ənvər Zakiroviç Asfəndiyarov (15 may 1934) Sovet və rus tarixçisi, tarix elmləri namizədi, professor, Salavat Yulayev ordenli.
Çingiz Abbasov
Çingiz Abbasov — Azərbaycanın neftçi alimi, Bakı Neft texnikumunun direktoru (1973–1981), 80 texnikum üzrə direktorlar şurasının sədri (1974–1980). Çingiz İsgəndər oğlu Abbasov 27 noyabr 1926-cı ildə Laçın rayonunun Sus kəndində anadan olmuşdur. 2–3 yaşında atasını itirmiş və anası 3 uşağını zəhmətkeşlik ruhunda tərbiyə etmişdir. Sus kəndində məktəb olmadığından kənddən 3–4&;km məsafədə yerləşən Qızılca kənd məktəbinə 1936–1938-ci illərdə təhsil almışdır. 1939-cu ilin yayında ailə Laçın şəhərinə köçmüş və təhsilini orada davam etmişdir. 1946-cı ildə Laçın şəhərindəki orta məktəbi "Əla müvəffəqiyyət və nümunəvi əxlaq üçün" Gümüş medalla bitirmişdir və imtahansız M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun "Neft və qaz yataqlarının işlənməsi" ixtisası üzrə bitirmiş və "Dağ mühəndisi" adını almışdır. 1942–1946-cı illərdə — Laçın şəhər orta məktəbində Baş pioner dəstə rəhbəri (eyni zamanda kitabxanaçı) axşamlar isə kinomexanik köməkçisi işləyib. 1951–1952-ci illər — Dövlət elmi-tədqiqat layihə institutunda (indiki Az. NQS. DETLİ) mühəndis. 1952–1958-ci illər — "Lenin Neft" tresti (hazırkı "Balaxanı Neft" NQÇİ) 8-ci mədəndə neftçıxarma ustası (sahə rəisi), 14 və 12-ci mədənlərdə baş mühəndis və 14-cü mədəndə müdir.
Çingiz Abdullayev
Çingiz Akif oğlu Abdullayev (7 aprel 1959, Bakı) — Azərbaycan detektiv yazıçısı, nasir, publisist, Azərbaycan Respublikasının xalq yazıçısı (2005), 1989-cu ildən Azərbaycan SSR Yazıçılar İttifaqının, 1991-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin birinci katibi (müavini), hüquq elmləri doktoru (1991). Çingiz Abdullayev 1959-cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.. Çingiz Abdullayevin dördüncü nəsil hüquqşünaslar nəslindəndir. Ata tərəfdən onun ulu babası hələ 1890-cı illərdə Bakıda vəkil köməkçisi olub. Atası Abdullayev Akif Abdulla oğlu Böyük Vətən müharibəsinin iştirakçısı olmuş, Naxçıvan Muxtar Respublikasında prokuror, Bakı şəhərində prokuror müavini, Azərbaycan Vəkillər Rəyasət Heyətinin sədri vəzifələrində çalışmışdır. Ç. Abdullayev Bakıda 189 saylı şəhər məktəbini bitirmişdir (1976). Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsilini davam etdirmişdir (1976–1981) 2024-cü il 13 aprel tarixində reanimasiyaya yerləşdirilib. Əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlamışdır (1981). Afrika, Asiya və Avropa ölkələrində ezamiyyətdə olmuşdur (1984–1986). Sonra Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, KP Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışmışdır.
Çingiz Alqazax
Çingiz Alqazax (1938, İğdır – 1992, Ankara) — Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarəçisi, polkovnik. Gəncə, və Şəki üsyanlarının iştirakçısı Qiyas bəy Şıxlinskinin oğlu. 1938-ci ildə Türkiyənin İqdır şəhərində dünyaya gəlmişdir. 1931-ci ildə Türkiyəyə mühacirət etmiş Qiyas bəy Şıxlinskinin oğludur. Türkiyədə Hərbi Aviasiya Məktəbini bitirmişdir. Paraşüt-desant idmanı üzrə Avropa çempionu olmuşdur. Türkiyə Silahlı Qüvvələrində müxtəlif vəzifələrdə xidmət etmiş, aviasiya hərbi eskadrilyasının komandiri olmuşdur, albay (polkovnik) rütbəsinədək yüksəlmişdir. 1992-ci ildə Ankarada vəfat etmiş, dövlət və ordu rəsmilərinin iştirakı ilə dəfn olunmuşdur .
Çingiz Aslanov
Çingiz Aslanov - İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun televiziya üzrə müavinidir. Telejurnalistdir. 30 ildən çoxdur televiziya sahəsində çalışır. "Qızıl Qələm" və "Araz" mükafatları ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının əməkdar jurnalistidir.
Çingiz Axundov
Çingiz Axundov (dirijor) — Azərbaycan Respublikasının Xalq artisti. Çingiz Axundov (tarixçi) — Azərbaycan tarixçisi.
Çingiz Çiçək
Çingiz Çiçək (1978, Tuncəli) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Çingiz Çiçək 1978-ci ildə Tunceli ilində anadan olub. Mərmərə Universiteti Hüquq Bölməsindən məzun olub. Hüquqşünas olaraq çalışıb. HDP İstanbul il şöbəsinin həmsədri, HDP İdarə Heyətinin üzvü və HDP həmsədrinin müavini olub. 2009-cu ildə Kürdüstan Fəhlə Partiyasının (PKK) həbsdə olan sabiq lideri Abdullah Öcalanın hüquqlarını müdafiə edib. 2011-ci ildə Abdullah Öcalanı təmsil edən 45 digər hüquq müdafiəçisi ilə birgə həbs edilib. 2014-cü ilin martında Kürdüstan İcmalar İttifaqı (KCK) ilə əlaqəli fəaliyyətlərdə ittiham olunaraq istintaqa cəlb edilən digər doqquz hüquq müdafiəçisi ilə birgə sərbəst buraxılıb. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Xarici İşlər Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Çingiz Əsgərov
Çingiz İsgəndər oğlu Əsgərov ( ) — azərbaycanlı hüquqşünas; İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi (2013—h/h), Azərbaycan Ali Məhkəməsi sədrinin müavini və hakimi (2020—h/h). Çingiz İsgəndər oğlu Əsgərov 1973-cü ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsindən fərqlənmə diplomu ilə məzun olub. 1989-1991-ci illərdə “NORD” Elmi-İstehsalat Birliyinin hüquq bürosunda çalışıb. 1994-1998-ci illərdə Azərbaycan Prezidentinin İcra Aparatının Hüquq mühafizə orqanları ilə iş şöbəsində mütəxəssis və baş mütəxəssis vəzifələrində çalışıb. 1998-2000-ci illərdə Azərbaycan Prezidentinin İcra Aparatı Hüquq mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri üzrə sektorunda referent vəzifəsində çalışıb. 2000-ci ilin yanvar-mart aylarında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ATƏT/DTİHB) QHT ilə iş şöbəsində ezam olunmuş mütəxəssis olaraq çalışıb. 2000-2003-cü illərdə Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyində 1-ci Katib vəzifəsində çalışıb. 2003-2020-ci illərdə Azərbaycan Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri olub. 08.12.2003-cü ildə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (AİHM) yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin edilib.
Çingiz Əlləzov
Çingiz Ayaz oğlu Əlləzov (belar. Чынгіз Аязавіч Аллазаў; 10 iyun 1993, Minsk) — Azərbaycanlı-Belaruslu kikboksçudur. Hal-hazırda ONE Championship ilə müqaviləsi var. O, hazırkı ONE Featherweight Kikboks Dünyası Çempionudur və 2021 ONE Kikboks Featherweight Dünya Grand Prix Qalibidir. 2009-cu ildən peşəkar döyüşçü olan Əlləzov, keçmiş K-1 Super Welterweight Çempionu, keçmiş iki çəki üzrə WAKO-Pro K-1 qaydaları çempionu, keçmiş Nuit des Champions Super Welterweight çempionu və iki dəfə A1 yüngül çəkili turnir qalibidir. 2023-cü ilin martından etibarən, Combat Press və Beyond Kickboxing tərəfindən dünyanın ən yaxşı yüngül çəkili və pound-for-pound kikboksçusu kimi sıralanır. == Həyatı == Çingiz Əlləzov 1993-cü il iyunun 10-da Gürcüstanla Azərbaycan sərhədində yerləşən Qardabaninin Jandar kəndində doğulub. Ailəsi 1994-cü ildə Minskə, Belarus köçüb. Biznes üzrə diplomu var. == Kikboks karyerası == === Erkən karyera === Çingiz 10 yaşında özünü müdafiə bacarıqları qazanmaq üçün Tay boksu ilə məşğul olmağa başladı.
Çingiz Aytmatov
Çınğız (Shyngýz, Shyngýs) Töröquloviç Aytmatov (12 dekabr 1928[…], Şəkər[d], SSRİ – 10 iyun 2008[…], Nürnberq, Bavariya) — görkəmli qırğız yazıçısı, ictimai-siyasi xadim. Çingiz Aytmatov dünya ədəbiyyatının bənzərsiz örnəklərini yaradan, əsərlərinin dünyada tərcüməsi və nəşr edilməsinə görə çox nadir yazıçılara xas miqyasa sahib olan yazıçıdırAytmatovun əsərləri dünyanın 174 dilinə tərcümə olunub, əsərlərinin ümumi tirajı 80 milyondur. O, dəfələrlə Ədəbiyyat üzrə Nobel mükafatına namizəd olub. Dünya şöhrəti qazanmış görkəmli yazıçı Çingiz Aytmatov XX əsr bədii düşüncəsinin və ümumiyyətlə, ədəbiyyatın və ictimai fikrin ən qüdrətli yaradıcılarından biridir. Böyük söz ustadı Çingiz Aytmatov ümumən dünya ədəbiyyatını, o cümlədən qırğız ədəbiyyatını tam orijinal olan bənzərsiz obrazlarla zənginləşdirmişdir. Çingiz Aytmatov 1928-ci il dekabrın 12-də Qırğızıstan Muxtar Sovet Sosialist Respublikasının Talas Kantonunun (indiki Qırğızıstanın Talas vilayəti) Şəkər kəndində anadan olub . Atası — Torequl Aytmatov (1903–1938) əvvəlcə kəndli fəalı, sonra sovet və partiya işçisi, Qırğızıstan SSR-in görkəmli dövlət xadimi olmuşdur. Torequl Aytmatov görkəmli dövlət xadimi idi, lakin 1937-ci ildə millətçilik bəhanəsi ilə həbs olunmuş, 1938-ci ildə isə güllələnmişdir. Anası — milliyyətcə tatar olan Naqimə Abduvəliyeva (1904–1971) ordu siyasi xadimi, sonralar ictimai xadim olmuşdur. O, 1904-cü ildə İssık-göl yaxınlığındakı Karakol şəhərində anadan olmuşdur.
Çingiz Babayev
Çingiz Babayev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı, 1995-ci il Bakı metrosu yanğını zamanı şəhid olub. Çingiz Babayev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Çingiz Balayev
Çingiz Biriya
Çingiz Biriya (1961, İran – 27 may 2021, Təbriz) — Azərbaycanlı aşıq. Aşıq Çingiz Hüseyn oğlu Biriya 1961-ci ildə Qaradağ mahalının Ələzin kəndində anadan olub. Hələ uşaq yaşlarından saza-sözə könül verib. Aşıqlıq sənətini atasından və qardaşlarından öyrənən Çingiz Biriya 14 yaşından aşıqlıq sənəti ilə məşğul olmağa başlayıb. Qaradağın ustad aşıqlarından olan aşıq Rəsul Qurbani, Həsən Qəffari, Hüseyn Əsədidən faydalanıb. Bir neçə dastan bilmişdir. Dəfələrlə beynəlxalq festivallarda çıxış edib, Türkiyəyə, Almaniyaya, Kanadaya dəvət alıb. 30-a yaxın şagird yetirib. O, Rəsul Qurbaninin yanında 4 il şəyirdlik edərək aşıq sənətinin sirlərini öyrənib. Qaradağın tanınmış aşıqlarından biri olmuşdur.
Çingiz Briya
Çingiz Biriya (1961, İran – 27 may 2021, Təbriz) — Azərbaycanlı aşıq. Aşıq Çingiz Hüseyn oğlu Biriya 1961-ci ildə Qaradağ mahalının Ələzin kəndində anadan olub. Hələ uşaq yaşlarından saza-sözə könül verib. Aşıqlıq sənətini atasından və qardaşlarından öyrənən Çingiz Biriya 14 yaşından aşıqlıq sənəti ilə məşğul olmağa başlayıb. Qaradağın ustad aşıqlarından olan aşıq Rəsul Qurbani, Həsən Qəffari, Hüseyn Əsədidən faydalanıb. Bir neçə dastan bilmişdir. Dəfələrlə beynəlxalq festivallarda çıxış edib, Türkiyəyə, Almaniyaya, Kanadaya dəvət alıb. 30-a yaxın şagird yetirib. O, Rəsul Qurbaninin yanında 4 il şəyirdlik edərək aşıq sənətinin sirlərini öyrənib. Qaradağın tanınmış aşıqlarından biri olmuşdur.
Çingiz Cuvarlinski
Çingiz Mehdi bəy oğlu Cuvarlı (1 may 1913, Yelizavetpol – 13 avqust 2000, Bakı) — akademik, əməkdar elm xadimi. XX əsr Azərbaycan Respublikasının görkəmli elm xadimi olan akademik Çingiz Mehdi oğlu Cuvarlı 1 may 1913-cü ildə Gəncə şəhərində, ziyalı ailəsində, anadan olmuş, Respublikamızın Sovet İttifaqına daxil olan dövründə təhsil alaraq, yaşamış-yaratmış və Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra o, yeni bir enerji ilə öz zəngin bilik və bacarığını müstəqil Respublikamızın möhkəmlənməsinə və inkişaf etməsinə sərf etmişdir. 1960-cı ildən 1962-ci ilədək Azərbaycan SSR EA-nın Energetika İnstitutunun direktoru olmuşdur. Akademik Çingiz Mehdi oğlunun həyat və elmi fəaliyyətinə həsr olunmuş monoqrafiyalarda və dövrü mətbuatda dərc olunan elmi-publisist məqalələrdə, geniş oxucu kütlələrinə-Ç. M. Cuvarlı portretinin bütün cizgiləri tam kaloriti ilə təqdim olunduğundan, respublikamızda və onun hüdudlarından kənarda bu böyük alimin çoxsaylı pərəstişkarları, onun haqqında olan hər yeni mə'lumatı, hər bir yeni yazını izləyir və onu böyük razılıq hissi ilə qəbul edirlər. Ç. M. Cuvarlı, öz mənalı həyatını energetika elminin sirrilərinin öyrənilməsi, öyrədilməsi, inkişafı, elmi nailiyyətlərin sənaye tətbiqi, energetkanın uyğun elm sahələri ilə vəhdətinin araşdırılması, yeni texnoloji proseslərin və texniki vəsaitlərin işlənilməsi, fundamental məsələlərin nəzəri və praktiki həlli, enerji sistemlərində mövcud olan prosesslərin fiziki-kimyəvi mahiyyətlərinin aşkar edilməsi, proseslərin idarə olunması, enerjinin istehsalı və istehlakında mövcud olan problemlərin həlli, enerji sistemlərinin dayanıqlı işləməsinin nəzəri əsaslarının işlənməsi və sairə mühüm problemlərin həllinə həsr edərək, gərgin əmək sərf etməklə, əldə etdiyi nailiyyətlər sayəsində dünya energitiklərinin arasında geniş tanınmışdır. Ç. M. Cuvarlı əməyinin nəticəsi olaraq, ifrat gərginlikdən mühafizə, rele mühafizəsi, qısa qapanma cərəyanlarının məhdudlaşdırılması və s. sahələrdə yaradılan yeni texniki tədbirlərin labaratoriya şəraitində hər tərəfli araşdırılmasında, mürəkkəb elektrik şəbəkələrində dalğa proseslərinin ədədi hesablanması üçün riyazi ifadələr alınmışdır. Bu ifadələr yerdə və məhtillərdə səth effekti, elektrik verilişi xətlərində taclanma prosesləri kimi dissipativ amilləri tam nəzərə almaqla paylanmış parametrli qeyri-xətti elektrik dövrələrinin nəzəriyyəsi sahəsində yerinə yetirilən ən əhəmiyyətli işlərdəndir. Yerlə qeyri-simmetrik qısa qapanma cərəyanlarının məhdudlaşdırılmasının nəzəri əsasları və texniki vasitələri işlənib hazırlanmışdır. Torpaqlayıcı dövrənin qeyri-xəttilik xassəsindən istifadə etməklə, qısa qapanma cərəyanın dəyişmə sürətinin azadılmasının və bu cərəyanın açılmasının asanlaşdırılması istiqamətində işlər inkişaf etdirilmişdir.
Çingiz Cuvarlı
Çingiz Mehdi bəy oğlu Cuvarlı (1 may 1913, Yelizavetpol – 13 avqust 2000, Bakı) — akademik, əməkdar elm xadimi. XX əsr Azərbaycan Respublikasının görkəmli elm xadimi olan akademik Çingiz Mehdi oğlu Cuvarlı 1 may 1913-cü ildə Gəncə şəhərində, ziyalı ailəsində, anadan olmuş, Respublikamızın Sovet İttifaqına daxil olan dövründə təhsil alaraq, yaşamış-yaratmış və Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra o, yeni bir enerji ilə öz zəngin bilik və bacarığını müstəqil Respublikamızın möhkəmlənməsinə və inkişaf etməsinə sərf etmişdir. 1960-cı ildən 1962-ci ilədək Azərbaycan SSR EA-nın Energetika İnstitutunun direktoru olmuşdur. Akademik Çingiz Mehdi oğlunun həyat və elmi fəaliyyətinə həsr olunmuş monoqrafiyalarda və dövrü mətbuatda dərc olunan elmi-publisist məqalələrdə, geniş oxucu kütlələrinə-Ç. M. Cuvarlı portretinin bütün cizgiləri tam kaloriti ilə təqdim olunduğundan, respublikamızda və onun hüdudlarından kənarda bu böyük alimin çoxsaylı pərəstişkarları, onun haqqında olan hər yeni mə'lumatı, hər bir yeni yazını izləyir və onu böyük razılıq hissi ilə qəbul edirlər. Ç. M. Cuvarlı, öz mənalı həyatını energetika elminin sirrilərinin öyrənilməsi, öyrədilməsi, inkişafı, elmi nailiyyətlərin sənaye tətbiqi, energetkanın uyğun elm sahələri ilə vəhdətinin araşdırılması, yeni texnoloji proseslərin və texniki vəsaitlərin işlənilməsi, fundamental məsələlərin nəzəri və praktiki həlli, enerji sistemlərində mövcud olan prosesslərin fiziki-kimyəvi mahiyyətlərinin aşkar edilməsi, proseslərin idarə olunması, enerjinin istehsalı və istehlakında mövcud olan problemlərin həlli, enerji sistemlərinin dayanıqlı işləməsinin nəzəri əsaslarının işlənməsi və sairə mühüm problemlərin həllinə həsr edərək, gərgin əmək sərf etməklə, əldə etdiyi nailiyyətlər sayəsində dünya energitiklərinin arasında geniş tanınmışdır. Ç. M. Cuvarlı əməyinin nəticəsi olaraq, ifrat gərginlikdən mühafizə, rele mühafizəsi, qısa qapanma cərəyanlarının məhdudlaşdırılması və s. sahələrdə yaradılan yeni texniki tədbirlərin labaratoriya şəraitində hər tərəfli araşdırılmasında, mürəkkəb elektrik şəbəkələrində dalğa proseslərinin ədədi hesablanması üçün riyazi ifadələr alınmışdır. Bu ifadələr yerdə və məhtillərdə səth effekti, elektrik verilişi xətlərində taclanma prosesləri kimi dissipativ amilləri tam nəzərə almaqla paylanmış parametrli qeyri-xətti elektrik dövrələrinin nəzəriyyəsi sahəsində yerinə yetirilən ən əhəmiyyətli işlərdəndir. Yerlə qeyri-simmetrik qısa qapanma cərəyanlarının məhdudlaşdırılmasının nəzəri əsasları və texniki vasitələri işlənib hazırlanmışdır. Torpaqlayıcı dövrənin qeyri-xəttilik xassəsindən istifadə etməklə, qısa qapanma cərəyanın dəyişmə sürətinin azadılmasının və bu cərəyanın açılmasının asanlaşdırılması istiqamətində işlər inkişaf etdirilmişdir.
Çingiz Cəfərov
Çingiz Dağçı
Çingiz Dağçı (Krımtatarca: Cengiz Dağcı; 9 mart 1919, Qurzuf, Yalta qəzası[d] – 22 sentyabr 2011, London) — Krım Tatarı yazıçı. Çingiz Dağçı Qurzufda doğulub. Uşaqlığı Kızıltaş (indiki adıyla Krasnokamenka) kəndində keçib. Çingiz Dağçı Türkiyəyə heç gəlmədiyi halda kitablarını Türkcə ilə yazmış, kitablarının ilk redaktorluğunu da şair Ziya Osman Saba etmişdir. Türkiyədə çap olanan əsərləri sayəsində Türkiyədə bir çox insan Krımı və Krım tatarları nın yaşantılarını öyrənmiş oldu. İlk və orta təhsilini kəndində və Akməscitdə aldı. 1938-ci ildə orta məktəbi bitirdi. Krım Pedaqoji İnstitutunu ikinci kursda ikən İkinci dünya müharibəsi başladı. 1941-ci ildə Ukrayna cəbhəsində Almanlarla əsir düşdü. Almanların məğlub edilməsindən sonra əsir düşərgəsindən qurtularaq müttəfiq dövlətlər ordusuna sığındı.
Çingiz Dəmiroğlu
Çingiz Dəmir oğlu Sadıqov (1944, Kirovabad – 25 yanvar 2015, Bakı) — ictimai-siyasi xadim, Azərbaycan Respublikası Milli Məclisinin deputatı (1990-1995). 1944-cü il yanvar ayının 5-də Gəncə şəhərində anadan olub. 1973-1975-ci illərdə Xanlar rayon Aqrar İstehsalat Birliyinin direktor müavini işləyib. 1975-1990-ci illərdə Xanlar rayon və Gəncə şəhər Partiya Komitələrində müxtəlif məsul vəzifələrdə çalışıb. 1990-1995-ci illərdə isə Azərbaycan Respublikası Milli Məclisinin deputatı və Gəncə şəhər Xalq Deputatları Məclisinin sədri olub. 1999-cu ildə yaradılan Azərbaycan Tərəqqi Partiyasının qurucusu və ilk sədri olub. 2003-cü il Azərbaycan Respublikası Prezidenti seçkilərində Vahid Azərbaycan Partiyasının prezidentliyə namizədi olub. Daha sonra namizədliyini geri götürüb. Çingiz Dəmiroğlu 25 yanvar 2015-ci ildə Bakı şəhərində vəfat edib. Qəbri Gəncənin Fəxri Xiyabanındadır.
Çingiz Fərzəliyev
Çingiz Əbdül Məcid oğlu Fərzəliyev — Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2006). 1943-cü il noyabrın 20-də, Bakı şəhərində anadan olmuşdur. 1973-cü ildə V. İ. Surikov adına Moskova Dövlət Akademik Bədii İnstitutunun boyakarlıq fakültəsini bitirib. 1975-ci ildən SSRİ Rəssamlıq İttifaqının üzvüdür. 1966-cı ildən respublika, ümumittifaq və beynəlxalq sərgilərin iştirakçısıdır. 2004-cü ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında boyakarlıq kafedrasının müdiridir. 2008-ci ildən isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professorudur. 2010-cu ildən 2023-cü ilədək Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru olub. Həmçinin 2010-cu ildən Təsviri sənət Dövlət Ekspert Komissiyasının sədridir. "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı, 2006; Rusiya Rəssamlıq Akademiyasının Fəxriüzvü, 2009; Özbəkistan Rəssamlıq Akademiyasının Fəxri professoru, 2012; Beynəlxalq Bioqrafik Mərkəzinin Fəxri professoru, Kembric Universiteti, Böyük Britaniya, 2015; Tbilisi Dövlət Rəssamlıq Akademiyasının Fəxri doktoru, 2015; V. İ. Surikov adına Moskova Dövlət Akademik Bədii İnstitutunun Fəxri professoru, 2017; Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Həqiqi üzvü, 2019; Dünya elminə və mədəniyyətinə verdiyi töhfəyə görə "Avropanın fəxri elm və mədəniyyət xadimi", Avropa Təbiət Elmləri Akademiyası, Hannover, Almaniya, 2021; Özbəkistan Rəssamlıq Akademiyasının Fəxri akademiki, 2022; "Ölkə gəncliyi" Ümumittifaq sərgisində II mükafat, Gümüş medalı, SSRİ, 1976; "70-ci illərin Korçaginləri" Ümumittifaq müsabiqəsinin I mükafatı, SSRİ, 1977; MDB ölkələri Beynəlxalq Memarlar İttifaqı Assosiasiyasının diplomu, 1998; Beynəlxalq Bioqrafik Mərkəzinin "İncəsənətdə görkəmli şəxsiyyət" mükafatı, Kembric Universiteti, Böyük Britaniya 2014; Avstriya Respublikası qarşısındakı xidmətlərinə görə "Böyük Şərəf Ordeni", 2015; Avropa Nəşr Mətbuat Evinin "İlin ən yaxşı vətənpərvər tədqiqatçı alimi" qızıl medalı, 2015; "Humay" Milli Mükafatı Akademiyasının "Humay" mükafatı, 2015; MDB ölkələrinin "Art-kitab" nomenasiyalı XIII Beynəlxalq müsabiqəsinin I dərəcəli diplom, 2016; "Şəfəq" Prezident Ordeni, Gürcüstan, 2016; Türk dünyası incəsənətinin təbliğinə verdiyi töhfələrə görə TÜRKSOY-un xatirə medalı, 2018; Azərbaycan təsviri sənətinin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni, 2018; Azərbaycan Mədəniyyət Assosiasiyasının "Simurq" medalı, 2019; Rusiya Rəssamlıq Akademiyasının Qızıl medalı, 2019; Ədəbiyyat və İncəsənət sahəsində göstərdiyi xidmətlərə görə "İncəsənət və Ədəbiyyat" ordeni (L’Ordre des Arts et des Lettres), Fransa, 2019; "Türk dünyası mədəniyyətinin təbliğinə verdiyi töhfələrə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının "Atatürk Beynəlxalq mükafatı", Türkiyə, 2019; Türk dünyası mədəniyyətinin təbliğinə verdiyi töhfələrə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının "Beynəlxalq Qızıl ulduz" medalı, Türkiyə, 2019; İncəsənət sahəsindəki xidmətlərinə görə "Qafqaz-Media" İctimai Birliyinin "İlhamlı Azərbaycan" döş nişanı, 2020; Dünya elminə və mədəniyyətinə verdiyi töhfəyə görə Avropa Təbiət Elmləri Akademiyasının "Leonard Eyler medalı" beynəlxalq mükafatı, Hannover, Almaniya, 2021; Özbəkistan Bədii Akademiyasının gümüş medalı, Özbəkistan, 2022; Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Nizami Gəncəvi medalı, 2022; Azərbaycan təsviri sənətinin inkişafında və təbliğində böyük xidmətlərinə görə"Şərəf" ordeni ilə təltif edilib, 2023 "Natürmort haqqında hər şey", Bakı (2004) "Portret haqqında hər şey", Bakı (2005) "Mənzərə haqqında hər şey", Bakı (2006) "Azərbaycan Rəngkarlığı.
Çingiz Fərəcov
Çingiz Əliş oğlu Fərəcov (21 sentyabr 1942, Xələfşə, Qaryagin rayonu – 15 dekabr 2016, Bakı) — Azərbaycan Kommunist Partiyası Xaçmaz Rayon, Dəvəçi Rayon və Astara Rayon partiya komitələrinin birinci katibi. Çingiz Fərəcov 1942-ci ildə Füzuli rayonunun Xələfşə kəndində anadan olmuşdur. O, Şuşa şəhərindəki 5 nömrəli uşaq evində təhsil almışdır. Çingiz Fərəcov burada 1955-ci ildən pioner təşkilatında ictimai işlərə başlayır. Əvvəl manqa başçısı, sonralar isə dəstə rəhbəri və drujina sovetinin sədri seçilir. 1956-cı ildə uşaq evində ikən 7-ci sinfi bitirən Çingiz Fərəcov Şuşa Kənd Təsərrüfatı Texnikumunun baytarlıq fakültəsinə daxil olur. Uşaq evində və Şuşa rayon mədəniyyət şöbəsinin bədii özfəaliyyət kollektivlərinin fəal üzvü olan Çingiz Fərəcov Bakıda respublika olimpiadasında, 1959-cu ildə isə Moskvada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti dekadasında iştirak edir. 1960-cı ildə Şuşa Kənd Təsərrüfatı Texnikumunu fərqlənmə (qırmızı) diplomu ilə bitirib, Sumqayıt şəhərinin Altıağac kəndindəki heyvandarlıq sovxozunun 9 nömrəli qoyunçuluq briqadasında əvvəl baş çoban, sonra isə təsərrüfatda baytar texniki təyin olunur. O, 1962-ci ilin avqust ayında Daşkənd şəhərində keçirilən Sov. İKP Mərkəzi Komitənin birinci katibi N. S.Хruşşovun iştirak etdiyi, Orta Asiya və Azərbaycan respublikaları kənd təsərrüfatı qabaqcıllarının müşavirəsində iştirak edir.
Çingiz Hacıbəyov
Çingiz Zülfüqar bəy oğlu Hacıbəyov (2 (15) oktyabr 1913, Bakı – 18 yanvar 1971, Bakı) — Azərbaycan dirijoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1960). Çingiz Hacıbəyov 1913-cü ildə Bakıda anadan olub. 1921-ci ildə Bakıda fəaliyyət göstərən türk musiqi məktəbində skripka sinfində təhsil alıb. Çingiz Hacıbəyov 1932-ci ilin noyabrından Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında skripkaçı kimi fəaliyyətə başlayıb. Müxtəlif vaxtlarda Azərbaycan Xalq Komissarları Soveti nəzdində Radio Komitəsinin simfonik orkestrində, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, Üzeyir Hacıbəyli adına Dövlət simfonik orkestrində işləyib. Həmçinin Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində pedaqoji fəaliyyətlə məşğul olub. Çingiz Hacıbəyov 1931-ci ildən M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının orkestrində Üzeyir Hacıbəyovun və Müslim Maqomayevin rəhbərliyi ilə skripkaçı kimi fəaliyyət göstərmişdir. Çingiz Hacıbəyovun yaradıcılığının əsas fəaliyyəti Azərbaycan Musiqili Komediya Teatrı, Dövlət Radio və Televiziya verilişləri Komitəsinin simfonik orkestri, Ü.Hacıbəyov adına Dövlət Simfonik Orkestri ilə bağlı olmuşdur. 1938–1953-cü illərdə baş dirijor olmuşdur. 1953-cü ildən 1960-cı ilədək, Azərbaycan Dövlər Radio və Televiziya Verilişləri Komitəsində baş dirijor, 1960-cı ildən ömrünün sonunadək Üzeyir Hacıbəyov adına Dövlət Simfonik Orkestrində dirijor olmuşdur.
Çingiz Hüseynov
Çingiz Həsən oğlu Hüseynov (20 aprel 1929, Bakı – 8 yanvar 2024, Qüds) — nasir, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1979), professor (1980), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989). Çingiz Hüseynov 1929-cu il aprelin 20-də Bakıda anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun fılologiya fakültəsinə daxil olmuş, ikinci kursdan Lomonosov adına Moskva Dövlət Universitetinə dəyişilmiş, oranı bitirmişdir (1952). SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil almış, burada namizədlik dissertasiyası müdafiə etmişdir. Sonra SSRİ Yazıçılar İttifaqında milli ədəbiyyatlar üzrə məsləhətçi olmuşdur (1955–1972). Sov. İKP MK nəzdindəki İctimai Elmlər Akademiyasında sosialist mədəniyyəti kafedrasının müdir müavini işləmişdir. İlk mətbu əsəri "Bakinski raboçi" qəzetində (16 oktyabr 1955) işıq üzü görmüşdür. Bundan sonra ədəbi yaradıcılıqla müntəzəm məşğul olmuşdur. Əsərlərini iki dildə – Azərbaycan və rus dillərində yazmışdır.
Çingiz Hüseynzadə
Çingiz Hüseynzadə (21 iyul 1951, Bakı) — Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti. 21 iyul 1951-ci ildə anadan olmuşdur. 1969–1975-ci illərdə BDU-nun Şərqşünaslıq fakültəsində təhsil almışdır. 1977–1988-ci illərdə AMEA Nəsimi adına Dilçilik İnstitutunda çalışmışdır. 1988-ci ildə "XIII əsrə qədərki orta əsrlər ərəbdilli yazılı abidələrdə türk mənşəli antroponimlər" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1990–1992-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində işləmişdir. 1993-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər idarəsi elm sektor müdiri, 1993–1997-ci illərdə Azərbaycan Respublikası Prezident Administrasiyasının Humanitar siyasət şöbəsində məsləhətçi vəzifələrində çalışmışdır. 2005-ci ildə "Azərbaycan dilində morfoloji norma" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 100-ə yaxın elmi əsəri vardır. "Azərbaycan dilində morfoloji norma", "Dil norması və kriminalistika" (həmmüəllif), "Orta əsrlər ərəbdilli yazılı abidələrdə türk mənşəli antroponimlər" adlı monoqrafiyaların müəllifidir.
Həsən Çingiz oğlu Hüseynov
Həsən Hüseynov (azərb. Həsən Çingiz oğlu Hüseynov‎; 2 sentyabr 1953, Bakı) — Azərbaycan mənşəli sovet və rus filoloqu — Filologiya üzrə elmlər doktoru (2002), AİM -nin professoru (2012). Mədəniyyət tarixi, klassik filologiya, müasir siyasət və ədəbiyyat sahəsində bir neçə kitab və yüzdən artıq məqalə müəllifidi. "Mifaloji lüğət" və "Dünya xalqlarının mifləri" ensiklopediyasının həmmüəlliflərindəndi. == Bioqrafiya == 1975-ci ildə Moskva Dövlət Universitetinin filologiya fakültəsinin klassik şöbəsinin məzunu olub. Filologiya elmləri namizədi (elmi rəhbəri A. A. Taxo-Qodi, Moskva Dövlət Universiteti, 1979), filologiya elmləri doktoru (elmi məsləhətçi S. Yu. Neklyudov, Rusiya Dövlət Humanitar Universiteti, 2002). A. F. Losev və A. A. Tahxe-Qodinin tələbəsi olmuşdur. Rusiya Teatr İncəsənəti İnstitutunda dərs demiş (1978–1984), sonra SSRİ Elmlər Akademiyasının M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda işləmişdir. 1990–1991-ci illərdə Heydelberqdəki Humboldt Fondunun təqaüdçüsü, 1992–1997-ci illərdə Bremendə Şərqi Avropa İnstitutunda elmi işçi olmuş, Danimarka, Almaniya, ABŞ-nin universitetlərində dərs demiş, "Alman dalğası" internet-nəşrində çalışmış (2001–2006), Bonn Universitetinin dosenti (2002-ci ildən), 2006–2007-ci illərdə yenidən Şərqi Avropa İnstitutunun üzvü olmuşdur.
Temuçin (Çingiz xan)
Çingiz xan və ya Timuçin (monq. Чингис Хаан; təq. 31 may 1162 – 18 avqust 1227 və ya 25 avqust 1227) — Monqol hökmdarı və sərkərdəsi. Monqol qəbilələrini bir bayraq altında birləşdirərək, insanlıq tarixindəki ən böyük ikinci imperiya olmuş Böyük Monqol imperiyasını (1206–1368) qurmuşdur. Monqollar qəbilələrə, tayfalara və uluslara ayrılırdılar. Monqol cəmiyyəti siniflərə — bozqır aristokratiyasına, rəiyyətə və qullara bölünmüşdü. Bu qulların dünyanın digər ölkələrdəki qullardan bir fərqi vardı: onları satmırdılar. XII əsrin ikinci yarısında Dalay-nur və Buar-nur monqol qəbiləsindən olan tatarlar da köçərilik edirdilər. Tatarlardan qərbdə kerait adlı xalq yaşayırdı. Nayman qəbiləsi isə keraitlərdən qərbdə məskən salmışdı.
Çingiz Abdullayev (dissident)
Çingiz Abdullayev (1929, Laçın rayonu – bilinmir, Bern) — Sovet dövründə Azərbaycanda milli hərəkatçı, dissident, siyasi mühacir. 1947–1950-ci illərdə Azərbaycandakı gizli tələbə dərnəklərindən birinin rəhbəri Çingiz Mirzağa oğlu Abdullayev 1929-cu ildə Laçın rayonunda anadan olmuşdur. 1947-ci ildə Azərbaycan Teatr İnstitutunun rejissorluq fakültəsində oxumağa başlamışdır. Özünə həmfikirlər axtararkən onunla eyni institutda oxuyan Cahid Hilaloğlu ilə tanış olur. Birgə dərnək qurub Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmaq istəyirlər. Lakin bu dərnəyin ömrü çox da uzun olmur. Xüsusi xidmət orqanları onların yazdıqlrı vərəqlərin izinə düşür. Beləliklə 1948-ci il avqustun 28-də Çingiz Abdullayev Bakıdakı Varaşilov rayonunun 3-sü sahəsində mühakimə edilir və Azərbaycan SSR CM 213-cü maddəsinin 2-ci bəndilə-yəni "dələduzluqla dövlətə və ya ictimai idarəçiliyə zərər vurmaq"da ittiham edilərək üç il azadlıqdan məhrum etmə ilə cəzalandırılar və institutudan qovulur. O, cəzasını SSRİ-nin ən sərt rejimli cəza müəssisələrində çəkib 1950-ci ilin 19 iyununda azadlığa buraxılır. Bakıda yaşamasına və işləməsinə icazə verməsələr də məsləkdaşları ilə daima əlaqə saxlayır, mübarizənin yeni formalarını düşünür.
Çingiz Abdullayev (ictimai xadim)
Çingiz Əli oğlu Abdullayev (1 aprel 1960, Ağstafa) — professor, texnika üzrə fəlsəfə və kulturologiya üzrə elmlər doktoru, Alman–Azərbaycan Cəmiyyətinin sədri (1994—), "Azərsu" ASC-nin sədrin müşaviri (2011—), sülh səfiri, Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin fəxri üzvü. Çingiz Abdullayev 1 aprel 1960-cı ildə Ağstafa şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1977–1982-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının mühəndis-mexanik ixtisası üzrə təhsil almışdır. 1982–1985-ci illərdə Keşlə maşınqayırma zavodunda mühəndis olaraq başlamışdır. 1985–1990-cı illərdə Azərbaycan Dövlət Neft Akademiyasında əyani aspirant, elmi işçi və müəllim işləmişdir. 1990–1994-cü illərdə Alman–Azərbaycan Cəmiyyətinin Azərbaycanda nümayəndəsi olmuşdur. 2008–2011-ci illərdə Bakı Slavyan Universitetinin V.f.Humbolt adına tədris və mədəniyyət mərkəzinin rəhbəri olmuşdur. 2011–2015-ci illərdə Bakı Slavyan Universitetinin Avropaşünaslıq kafedrasının professoru, Ölkəşünaslıq laboratoriyasının elmi işçisi vəzifəsində işləmişdir. 2013–2014-cü illərdə Azərbaycan Respublikası Prezidenti yaninda Ali Attestasiya Komissiyasının eksperti olmuşdur. 2011–2012 və 2015–2016-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dissertasiya Şurasının üzvü olmuşdur.
Çingiz Abdullayevin biblioqrafiyası
Çingiz Abdullayevin biblioqrafiyası — azərbaycanlı yazıçı Çingiz Abdullayevin biblioqrafiyası. Mavi mələklər. Bakı: Yazıçı, 1988 Əclafların qanunu. Bakı: Zaman, 1997 Qanın üç rəngi. Bakı: Azərbaycan, 2001 Allahın tərəfində. Bakı: Çıraq, 2003 Müqəddəs olmaq istəyi. Bakı: Adiloğlu, 2004hj Alçağın üslubu. Bakı: Çıraq, 2005 Məhşər ayağında. 2 cilddə. I cild.
Çingiz Axundov (dirijor)
Axundov Çingiz Məmməd oğlu (03.09.1959, Naxçıvan şəhəri) — Azərbaycan Respublikasının Xalq artisti, Naxçıvan Dövlət Universitetinin "Orkestr alətləri və dirijorluq" kafedrasının professoru, Naxçıvan Dövlət Filarmoniyası kamera orkestrinin bədii rəhbəri və dirijoru. Çingiz Axundov 1959-cu ildə Naxçıvan şəhərində anadan olub. 1978-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu, 1983-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının "Orkestr alətləri" fakültəsini bitirib. 1982-ci ildə I "Zaqafqaziya kamera musiqisi" festivalının laureatı olmuş və I dərəcəli diploma layiq görülmüşdür. 1976-cı ildən orkestr ifaçısı kimi Azərbaycan Dövlət Musiqili Komediya Teatrı və Azərbaycan Dövlət Filarmoniyasında işləmişdir. 1996-cı ildən Naxçıvan Dövlət Universitetində işləyir. "İncəsənət" fakültəsində ilk xalq çalğı alətləri orkestri, skripkaçılar ansamblı, kiçik tərkibli simfonik orkestrini təşkil etmişdir. Fakültənin "Opera studiyası"nda Ü.Hacıbəyovun "Leyli və Məcnun" operası, "Arşın mal alan" operettasını tələbə orkestri üçün orkestrləşdirmiş və orkestrə rəhbərlik etmiş, bu əsərlərlə Türkiyənin Qars, Trabzon, Samsun, Rusiyanın Novosibirsk şəhərlərində çıxış etmişdir. Pedagoji fəaliyyətlə yanaşı 1985-ci ildən ifaçılıq fəaliyyətilə də məşğul olmuş Naxçıvan Dövlət Filarmoniyasının Kamera orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışır. Bu kollektiv ilə Ü. Hacıbəyovun "Koroğlu" operasını tamaşaya qoyub Türkiyənin Ordu və Türkmənistanın Aşqabad şəhərində konsertlər vermişdir.
Çingiz Axundov (tarixçi)
Çingiz Səməd bəy oğlu Axundov — tarix elmləri namizədi, dosent. Çingiz Axundov 1932-ci ildə Ağdam şəhərində anadan olmuşdur. Seyidlinin Axundovlar nəslindəndir. Çingiz Axundov 1939–1949 illərdə Ağdam şəhər 1 nömrəli orta məktəbdə oxumuş, 1949–1954 illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsində ali təhsil almışdır. Çingiz Axundov 1954–1958 illərdə Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Tarix İnstitutunda işləmiş, aspiranturada oxumuşdur. O, Respublika Komsomol təşkilatının mərkəzi komitəsində şöbə müdiri (1958–1965), Azərbaycan Respublikası Nazirlər Sovetində şöbə müdiri (1965–1969), Azərbaycan Respublikasının Xalq Təsərrüfat İnstitutunda (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) müəllim, prorektor, partiya tarixi kafedrasının müdiri (1970–1977) vəzifələrində işləmişdir. Çingiz Axundov 1977-ci ildə Bakıda vəfat etmişdir. Çingiz Axundov 1966-cı ildə dissertasiya müdafiə edərək, tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. O, 50-dən çox elmi əsərin müəllifi olmuşdur. Orxan Zakiroğlu (Baharlı).
Çingizqala (Bicar)
Çingizqala (fars. چنگيزقلعه‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 123 nəfər yaşayır (35 ailə). Əhalisini kürdlər təşkil edir.
Çingizqala (dəqiqləşdirmə)
Çingizqala — Azərbaycanın Zaqatala rayonunun Car kəndi ərazisində qala, tarix-memarlıq abidəsi. ‎Çingizqala (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Çingizxan Ərdoğan
Çingizxan Ərdoğan (keçmiş adı Opan Vladimir oğlu Sat; 13 iyun 1987, Çadan, Tuva MSSR) — Rusiyanın əməkdar idman ustası (sərbəst güləş), üçqat Avropa çempionu. Çingizxan Ərdoğan Tıvanın Çadan şəhərində anadan olmuşdur. Uşaqlıqdan güləşlə məşğul olurdu. İlk məşqçisi Vladimir Tuluş idi ki, hazırda da onu məşq etdirir. Bundan əlavə, Krasnoyarsk məşqçisi İ. Matiyev də onunla məşğul olur. O, Krasnoyarsk diyarı və Tıvanı təmsil etmişdir. 2014-cü ildə Türkiyə vətəndaşlığını aldı və adını dəyişdirdi. 2017-ci ildə Çingizxan Ərdoğan adı altında Türkiyə millisində debüt etdi. 2009-cu ildə Tıva Dövlət Universitetini bitirmişdir. Rusiya çempionatının gümüş mükafatçısı (4) - 2009, 2010, 2011, 2012.
Çingiz xan: Torpağın və dənizin axırına qədər
Çingiz xan: torpağın və dənizin axırına qədər (Yaponca: 蒼き狼 地果て海尽きるまで Rom: Aoki Ōkami: Chi Hate Umi Tsukiru Made) 2007-ci ildə Yaponiya və Monqolustanın müştərək istehsalı olan və Çingiz Xan haqqında çəkilmiş olan tarixi dramdır. Rusiyada film “Böyük monqol: Çingiz xan” adı ilə nümayiş etdirilmişdir. Film Takehiro Nakajima və Şoyçi Maruyamanın yapon klassiki Yasuşi İnouenin (1907–1991) “Mavi qurd” (1960) adlı tarixi romanının ekranlaşdırılmış versiyasıdır. 30 milyon dollarlıq büdcəsi olan film 2006-cı ildə dörd ay ərzində Monqolustanda çəkilmişdir. Filmin çəkilişləri zamanı 27 000-dən çox insan, o cümlədən də 5 000 Monqolustan əsgəri iştirak etmişdir.
Osman Çingiz Çandar
Osman Çingiz Çandar (1948, Ankara) — jurnalist və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Osman Çingiz Çandar 1948-ci ildə Ankarada anadan olub. Ankara Universiteti Siyasi Elmlər Bölməsindən məzun olub. 1970-1971-ci illərdə ODTÜ İnzibati Elmlər Bölməsində beynəlxalq əlaqələr üzrə assistent vəzifəsində çalışıb. 1971-1973-cü illərdə Suriya və Livanda yaşayıb. FƏTH üzvü olub. 1976-2016-cı illərdə jurnalist olaraq çalışıb. Kitabları çap edilib, məqalələri dərc olunub. 1999-2000-ci illərdə Vaşinqtonda mütəxəssis olaraq çalışıb. İstanbul Bilgi Universitetində və İstanbul Kültür Universitetində müasir Yaxın Şərq tarixi və Yaxın Şərq siyasəti fənlərini tədris edib.
Çingiz Abdullayev (dəqiqləşdirmə)
Çingiz Abdullayev — Azərbaycan detektiv yazıçısı, nasir, publisist. Çingiz Abdullayev (dissident) — Sovet dövründə Azərbaycanda milli hərəkatçı, dissident, siyasi mühacir. Çingiz Abdullayev (ictimai xadim) — professor, texnika üzrə fəlsəfə və kulturologiya üzrə elmlər doktoru.
Çingiz Aytmatovun abidəsi (Bakı)
Çingiz Aytmatovun abidəsi — Azərbaycanın paytaxtı Bakı şəhərində yazıçı, qırğız ədəbiyyatının görkəmli nasiri, diplomat və ictimai xadim Çingiz Aytmatovun xatirəsinə ucaldılmış abidə Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda ucaldılan abidənin eskiz layihələrinin hazırlanması üçün Mədəniyyət Nazirliyi tərəfindən 2023-cü il iyunun 15-dən iyulun 31-dək heykəltaraşlar arasında açıq müsabiqə elan edilib. Müsabiqəyə ölkəmizin heykəltaraşları tərəfindən 21 əsər təqdim olunub. 2023-cü ildə 8 avqustda təsdiq olunmuş işlərin dəyərləndirilməsi və müsabiqənin yekun nəticələrinin müəyyən olunması məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Ekspert Komissiyası tərəfindən qaliblər seçilib. Birinci yerə Xalq rəssam Natiq Əliyevin hazırladığı eskiz layihəsi layiq görülüb. Çingiz Aytmatovun bürüncdən hazırlanmış, hündürlüyü 3 metrə yaxın olan heykəlin çəkisi təqribən 6 tondur. Abidənin önündə Azərbaycan və ingilis dillərində hazırlanan müvafiq məlumat lövhəsi quraşdırılıb. 24 aprel 2024-cü il tarixində Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov abidənin açılış mərasimində iştirak ediblər.
Çingiz Babayev (hərbçi)
Çingiz Babayev — Azərbaycanın Milli Qəhrəmanı, 1995-ci il Bakı metrosu yanğını zamanı şəhid olub. 2 oktyabr 1964-ci ildə Bakı şəhərində dünyaya göz açmışdır. Əslən Naxçıvandandır. O Yasamal rayonu 20 saylı məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstutuna daxil olmuşdur. 1992-ci ildə Əhalinin Əmək və Məşğulluq Mərkəzində aparıcı mütəxəsis olan Çingiz Babayev könüllü olaraq Milli Ordu sıralarına daxil olur. O "N" saylı hərbi hissədə qərərgah rəisi vəzifəsində çalışır. 28 oktyabr 1995-ci il payız axşamı idi. Bakı metrosu həmişəki kimi iş rejimi ilə işləyirdi. Ulduz metrostansiyası və Nəriman Nərimanov metrostansiyası arasında hərəkət edən qatarda yanğın baş verir və bütün qatarı alov bürüyürdü. Çingiz də bu qatarda sərnişinlər arasında idi.

Значение слова в других словарях