ÇUĞUNDUR

I
сущ.
1. свёкла:
1) овощное кормовое и техническое растение сем. маревых. Çuğundur əkmək сажать свёклу
2) съедобные утолщенные корни этого растения красного или белого цвета. Çuğundur borşu борщ из свеклы; şəkər çuğunduru сахарная свёкла (свекловица)
2. бурак (свекла – обычно красного цвета). Çuğundur çıxarma копание бурака
II
прил.
1. свекольный:
1) относящийся к свёклу. Çuğundur yarpaqları свекольные листья
2) приготовленный из свёклы. Çuğundur şorbası свекольный суп, çuğundur bəhməzi свекольный дошаб (вываренный сок свекловицы)
3) предназначенный для уборки свёклы. Çuğundur kombaynı свекольный комбайн
2. свекловичный. Çuğundur kultivatoru свекловичный культиватор
ÇUĞULLUQ
ÇUĞUNDURBOŞALDAN
OBASTAN VİKİ
Çuğundur
Çuğundur (lat. Beta) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi. Çuğundur bir və ikiillik ot bitkisi olub, yoğun, şaxəli müxtəlif rəngli ağ rəngdən başlayaraq tünd-qırmızı rəngə qədər, acza şırımlı köklərə malikdir. Yarpaqları şirəli, uzun saplaqlı, kənarı bütöv, yumurtavarıdır. Hamışıq çiçəkləri ləçəklidir, kasacığı solğun-yaşıl rəngdədir. Meyvəsi kürəvarı olub, üstən yastıdır, sərtdir, toxumları qara-qonur rəngdədir. Azərbaycanın demək olar ki, bütün rayonlarında çuğundurun müxtəlif sortları yeməli və yem sortları geniş becərilir. Bundan başqa, yerli əhalinin həyatyanı sahələrində də şəkər çuğunduru yetişdirilir. Çuğundur çox qiymətli təsərrüfat bitkilərindən biridir. Onun köklərində bir sıra faydalı maddələr var.
Adi çuğundur
Adi çuğundur (lat. Beta vulgaris ) - çuğundur cinsinə aid bitki növü.
Çuğundur bağacığı
Çuğundur bağacığı-(lat. Polymerus cognatus) buğumayaqlılar tipinin yarımsərtqanadlılar dəstəsinin ot bağacıqları fəsiləsinə aid olan növ == Xarici quruluşu == Çuğundur bağacığı çox da iri olmayan həşəratdır. Alabəzək rənglidir. Yetkin fərdlərin uzunluğu 3–5 mm-dir. Rəngləri tutqun sarımtıldır. Qanadüstlüyünün nəhayəti qırmızı qəhvəyidir. Yumurtası ovalvarı olmaqla, təzə qoyulan zaman parlaq sarımtıl, sonralar isə narıncı-sarımtıl olur. Sürfəsinin gözləri qırmızı olub, özü yaşıl rəngdədir və qarıncığın kürəyə yaxın hissəsində qara rəngli ləkə vardır. Uzunluğu 3,3 mm-dir. Çuğundur bağacığı müxtəlif bitkilərlə qidalanır.
Çuğundur nematodu
Çuğundur nematodu (lat. Heterodera schachtii) Dəyirmi qurdlar tipinin Nematodlar sinfinə aid olan növ. == Xarici quruluşu == Çuğundur nematodları çox kiçikdirlər, dişilər 0,8 -1,3 mm ölçüdə olurlar, erkək fərd isə ondan bir qədər kiçikdir.. == Həyat tərzi == Parazit həyat tərzi keçirirlər. Bitki köklərinin digər paraziti çuğundur nematodudur. O çuğundurun müxtəlif növlərində məskən salır və xüsusilə şəkər çuğunduruna çox ziyan vurur. Bu nematod fır nematodu kimi dişilərin hərəkətsizliyi ilə əlaqədar olan kəskin cinsi dimrofizm ilə xarakterizə olunur. Heteroderanın sürfələri torpaqda yaşayır və çuğundurun nazik kökcüklərinə daxil olur. Orada dişi sürfələr qabığını dəyişir, qısalır və dəyirmiləşir. Beləliklə limonşəkilli forma alır.
Çuğundur salatı
Çuğundur salatı — məşhur salat tərəvəzidir. Veneqret, şuba və digər bu kimi klassik salatların əsas inqredienti çuğundurdur. Bildiyimiz kimi bu tərəvəz salatlarda artıq bişirilmiş halda istifadə edilir. Çuğundur gec bişir və bəzi sirləri bilməklə onun bişmə vaxtını 2-3 saatdan 10-45 dəqiqəyə qədər azaltmaq mümkün olar. Çuğundur qara ciyər xəstəliklərində məsləhət görülür. Onun tərkibində olan maddələr damargenişləndirici və sakitləşdirici təsirə malikdir.Çuğundur qan yaradır və tərkibində dəmir və mis var. Qan azlığı və qan damarları xəstəlikləri üçün ən yaxşı tərəvəz sayılır. == Çuğundurun faydalı tərkibi == Çuğundurun tərkibi azotlu maddələr və zülalla zəngindir. Onun tərkibində olan qamma amin yağlı turşular beyindəki maddələr mübadiləsinə kömək edir. Çuğundurun tərkibi əvəzedilməz turşularla zəngindir.
Çuğundur taxtabitisi
Çuğundur taxtabitisi (lat. Poeciloscytus cognatus Fieb.- ) - Buğumayaqlılar tipinin Yarımsərtqanadlılar və ya Taxtabitilər dəstəsinə aid olan növ. == Biologiyası == Bədəninin üst və alt tərəfində asan tökülən gümüşü ağ tüklərin olması ilə fərqlənir. Rəngi qaramtıl-sarıdır. Erkəklərin bədəni altdan bütünlüklə qara, dişilərinki isə yaşıldır. Qanadüstü hissə sarımtıl boz olub, qara haşiyəlidir. Qanadları şüşə kimi şəffafdır. Bədəninin uzunluğu 3,5–5 mm-dir. Əsasən yumurta bəzən isə yetkin mərhələdə qışlayır. Payızda yumurtalarını yonca və qızıltərə bitkisinin gövdə toxumasına və yarpaq damarlarına, yazda isə çuğundur və digər bitkilərin üzərinə qoyur.
Çuğundur şirəsi
Çuğundur şirəsi — qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, əsasən müalicə məqsədilə, eləcə də isti günlərdə susuzluğu yatırmaq üçün içilir. Çuğundur şirəsi hemoqlabini artırır və bütövlükdə qanın tərkibinin yaxşılaşmasına kömək edir. O, xüsusən qadınlar üçün faydalıdır. Qadınlar gündə ən azı hər birindən yarım litr olmaqla kök və çuğundur şirəsi qarışığı içməlidir. İlk vaxtlar yalnız çuğundur şirəsi içmək məsləhət deyil. Belə ki, çuğundur şirəsi olduqca qüvvətli təmizləyici xassəyə malikdir. Onu qəbul edərkən azca baş gicəllənməsi və yüngül öyümə hiss edə bilərsiniz. O, digər şirələrlə birgə (daha çox kök şirəsi ilə) istifadə olunduqda xoşagəlməz təsirlərdən qaçmaq olar. Çuğundur şirəsinin gündəlik istifadəsi gündə iki dəfə 1–1,5 stəkan olmalıdır. Çuğundurda dəmir çox olmasa da o, qanda qırmızı qan cisimlərinin miqdarının artmasına kömək edir.
Cənub çuğundur birəciyi
Cənub çuğundur birəciyi (lat. Chaetocnema breviuscula) — Tünd metal rənglidir. Uzunluğu 1,5–2 mm-dir. == Quruluşu == Tünd metal rənglidir. Uzunluğu 1,5–2 mm-dir. == Yayılması == Kələm aqrosenozlarında geniş yayılmışdır. Azərbaycanın Şəki-Zaqatala, Quba-Xaçmaz, Abşeron, Dağlıq Qarabağ, Lənkəran-Astara zonalarında yayılmışdır. == Zərər vurması == Çuğundur əkilən təsərrüfatlar üçün qorxulu zərərvericidir. Onları əsasən kələm, turp, şəkər çuğunduru bitkilərinin üzərində görmək olar. Birəciklər aprelin əvvəllərində alaq otlarının, sonra isə mədəni bitkilərin üzərində görünür.
Çuğundur adi uzunburunu
Meşə çuğundurotu
Meşə çuğundurotu (lat. Alyssum montanum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin çuğundurot cinsinə aid bitki növü.
Qayalıq çuğundurotu
Aurinia saxatilis (lat. Aurinia saxatilis) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin aurinia cinsinə aid bitki növü.
Xörək çuğunduru
Xörək çuğunduru və ya aşxana çuğunduru — digər çuğundur növləri ilə müqayisədə tərkibində şəkər, mineral maddələr və vitaminlər nisbətən çoxdur. Onun ətli hissəsi zərif, rəngi tünd qırmızı olur. Aşxana çuğundurunda 3,0-12,0% şəkər, 0,5-3,6% azotlu maddə var. Bunlardan zülalın payına orta hesabla 1,5% düşür. 0,4-2,1% sellüloza, 0,1-2,3% kül, 0,7-2% pektin maddəsi, 1,3% pentozanlar olur. Quru maddənin ümumi miqdarı 15-20%-dir. Monoşəkərlərdən çuğundurun tərkibində 0,3-1,3% qlükoza və fruktoza vardır. Saxaroza çoxluq təşkil edir və onun miqdarı 2,7-10,7%-dir. Yetişmə və saxlanılma zamanı invertaza fermentinin az aktiv olması nəticəsində saxaroza çoxalır. Saxlanılma zamanı saxarozanın inversiyası nəticəsində monoşəkərlərin miqdarı nisbətən artır, lakin saxarozadan çox olmur.
Yastımeyvə çuğundurot
Yastımeyvə çuğundurot (lat. Alyssum homalocarpum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin çuğundurot cinsinə aid bitki növü.
Çuğundurot
Çuğundurot (lat. Alyssum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Alyssum alpestre Alyssum alyssoides Yastımeyvə çuğundurot (Alyssum homalocarpum Fisch.
Şəkər çuğunduru
Şəkər çuğunduru (lat. Beta vulgaris) – Tərəçiçəkkimilər fəsiləsindən bitki yarımnövü. Şəkərli bitki olan şəkər çuğundurunun vətəni Aralıq dənizi ölkələri (Yunanıstan) olmaqla sonradan toxumlarını Qafqaza da gətirmişlər. 1747-ci ildə bu bitkidə insan orqanizmi üçün faydalı olan saxaroza maddəsi tapılmışdır. Çuğundurun tərkibində 6-25 % şəkər olmaqla, kökümsov bitkinin yarpaqlarından heyvandarlıqda, kökündən isə şəkər sənayesində istifadə edirlər. Naxçıvan MR-da Şərur, Babək, və Kəngərli rayonlarındakı suvarılan torpaqlarda şəkər çuğunduru plantasiyaları əkilib becərilir. Hələlik Naxçıvanda emal zavodları olmadığından yığılmış məhsullar qonşu İran və Türkiyə dövlətlərinə göndərilir. Xalq təbabətində çuğundurun közdə bişirilmiş formasından daxili xəstəliklərin və tənəffüs yolları iltihabına qarşı istifadə olunur. Xalçaçılıq məmulatlarının boyadılmasında çuğundurun qırmızı aşxana növündən təbii boyaq kimi istifadə olunur == Bioloji xüsusiyyətləri == Müаsir şəkər çuğunduru sоrtlаrının kökümеyvələri kоnusvаri, uzunsоv – kоnusvаri fоrmаdа, lət hissəsi və qаbığı аğ rəngdədir. Аdətən kökümеyvələri bütövlükdə tоrpаğа bаtır.

Digər lüğətlərdə