M109 (özüyeriyən artilleriya qurğusu)
M109 ABŞ istehsalı olan 155 mm-lik özüyeriyən haubitsadır. İlk dəfə 1960-cı illərdə istifadəyə verilmiş və bir neçə dəfə təkmilləşdirilmişdir. M109 ailəsi Qərb yarımkürəsi ölkələrinin zirehli və mexanikləşdirilmiş piyada diviziyalarının manevr briqadalarının ən çox yayılmış dolayı atəş dəstəyi silahıdır.
M109-un altı ekipaj üzvü mövcuddur: bölmə komandiri, sürücü, topçu, topçu köməkçisi və iki sursat yükləyicisi. Topçu topu sola və ya sağa hərəkət etdirir, topçu köməkçisi isə topu yuxarı və aşağıya doğru hərəkət etdirərək hədəfləri nişan alır. M109A6 Paladinin isə yalnız dörd ekipaj üzvü olur: komandir, sürücü, topçu və sursat yükləyicisi.
İstehsalçı: ABŞ
İstehsalçı firma: General Motors
Tip: Özüyeriyən artilleriya qurğusu
İstehsal tarixi: 1991 – 2003
Xidmətə giriş ili: 1992 – günümüz
Ekipaj: 4–6 nəfər
İstehsal sayı: 969 ədəd
Ağırlığı: 28.8 ton
Uzunluğu: 6.8 m
Lülə daxil olmaqla: 9.67 m
Lülənin uzunluğu: 7.2 m
Eni: 3.14 m
Hündürlüyü: 3.62 m
Klirens: 0.45 m
Zireh: 32 mm-lik yayılmış alüminium
Zəminə təzyiq: 0,78 kq/sm ²
Dalış dərinliyi: 1.1 m
Xəndək keçmə: 1.8 m
Divar dağıtmaq: 0.55 m
Qalxma dərəcəsi: 30º
Motor: Detroit Diesel 8V71T dizel
At gücü: 405 at gücü
Maksimal sürət: 65 km/saat
Mənzili: 350 km
Dayandırılması: fərdi burulma bar və hidravlik amartizatorlar
Əsas silahı: 155 mm "L39" haubitsa
Kalibr: 155 mm
Lülənin qalxma bucağı: −3º… +75º
Üfüqi tuşlama bucağı: 360º
Mərminin çıxış sürəti: 827 metr/saniyə
Atış tezliyi: 1–4 atış/dəqiqədə
Atəş məsafəsi: 24 km
Maksimal atəş məsafəsi: 30 km
Mərmi sayı: 39 ədəd
12.7 mm "M2 Browning" pulemyotu
Kalibr: 12.7 mm
Mərmi: 12,7×99 mm
Atış tezliyi: 485–635 atış/dəqiqədə
Güllənin başlanğıc sürəti: 855 metr/saniyə
Atəş məsafəsi: 1.8 km
Maksimal atəş məsafəsi: 6.7 km
Mərmi sayı: 500 ədəd
M109A6 "Paladin" özüyeriyən artilleriya qurğusu yalnız ABŞ ordusu tərəfindən istifadə olunur. Digər ölkələr isə — M109 özüyeriyən artilleriya qurğusunun M109A1, M109A2, M109A3, M109A4, M109A5 modellərindən istifadə edir.