Hacı Molla Şükür Məhərrəmzadə
Hacı Molla Şükür Məhhərrəmzadə (1820 və ya 1821, Ağanus, Laçın rayonu) — dövrünün məşhur ziyalılarından biri, müəllim olmuşdur. Müqəddəs bir şəxsiyyət kimi tanınmışdır, Şuşa şəhərinin qazısı olmuşdur. Şuşa qalasındakı "Təzə pir" məscidinin baş ruhanisi olmuşdur.
== Həyatı ==
Hacı Axund Molla Şükür 1820, yaxud 1821-ci ildə Şuşadan təxminən 40 km məsafədə yerləşən indiki Laçın rayonunun Ağanus kəndində doğulmuşdu. Mollaxanada oxuduqdan sonra 10 il Bağdad və Nəcəf şəhərlərində İslam dini ilə yanaşı, dünyəvi elmlərin də dərinliklərinə yiyələnmişdi. 1850-ci illərin ortalarında Vətənə döndükdən sonra o vaxtkı Zaqafqaziya şeyxülislamı onu Şuşa şəhərinin axundu təyin etmişdi. O, da qısa müddətdə Qarabağ camaatının hörmətini qazanmışdı.
Hacı Mоlla Şükür Yasəmən Rəhim qızı və Bəyaz xanımla ailə qurmuşdu. Nəsir, Əbuturab, Məhəmməd, Əhməd, Əsədulla adlı оğlanları vardı.
Yazıçı-publisist Əslixan Hüseynoğlu özünün "Geriyə bax, qoca!.." adlı romanında yazır: "...Hacı Molla Şükürdə övliyalıq, olmuş, yaxud olacaq hadisələr barədə qeybdən xəbər vermək qabiliyyəti də varmış.