ŞAQQAŞAQ
ŞAQQILDAMAQ
OBASTAN VİKİ
Şaqqıldaq
Şaqqıldaq (lat. Colutea) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. Şaqqıldağın növləri Avrasiyanın mülayim iqlimə sahib olan bölgələrində (Mərkəzi və Şərqi Avropa, Kiçik və Orta Asiya, Qafqaz və Zaqafqaziya) yayılmışdır.
Ağacvari şaqqıldaq
Ağacvari şaqqıldaq (lat. Colutea arborescens) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin şaqqıldaq cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Mərkəzi Avropada, Aralıq dənizinin qərb sahillərində, Kiçik Asiyada, Şimal-qərbi Afrikada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 5 m olan ağac və ya koldur. Yarpaqları yumurtavari, ellipisvari və ya geniş ovalşəkilli olub, 6-14 sm uzunluğunda, rəngi yaşıl, 4-6 cüt yarpaqcıqdan ibarətdir. Yarpaqcıqları 3 sm uzunluğunda, 1,5 sm enində, yumurtavari-ellipsvari və ya geniş, ovalşəkillidir. Ucu küt, üzəri çılpaq, uc hissəsi oyuqsuzdur. Salxımları 4-8 çiçəkli olub, çiçəyin kasacığı dişicik sütuncuğundan 2-3 dəfə qısa, çiçək tacı böyük, qızılımtıl-sarı rəngdədir. Yelkəni tünd qırmızı damarlıdır. Qayıqcığa bərabər və ya ondan qısadır.
Amur şaqqıldaqmeyvəsi
Amur şaqqıldaqmeyvəsi (lat. Physocarpus amurensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin şaqqıldaqmeyvə cinsinə aid bitki növü. Şimali-Şərqi Çində, Uzaq Şərqin cənubunda bitir. Hündürlüyü 3 m-ə qədər olan sıx yarpaqlı koldur. Cavan zoğları hamar olub, qonur-boz rəngli qabıqla örtülmüşdür. Yarpaqları iridir, uzunluğu 8-10 sm-ə qədərdir, 3-5 hissəlidir, qarağatın yarpaqlarına bənzəyir. Çiçəkləri ağ rənglidir, diametri 15-18 mm, qoxusuzdur. 10-15 ədəd çiçəkləri çətirşəkilli hamaşçiçək qrupuna yığılmışdır. May-iyun aylarında 3 həftə ərzində çiçəkləyir. Meyvələri sentyabr-oktyabr aylarında yetişir.
Başınağacıyarpaq şaqqıldaqmeyvə
Başınağacıyarpaq şaqqıldaqmeyvə (lat. Physocarpus opulifolius) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin şaqqıldaqmeyvə cinsinə aid bitki növü. Amerikada, Kanadada təbii halda yayılmışdır. Yarımşar formalı, çətirli, tüksüz, açıq şabalıdı rəngli zoğları olan 3 m-ə qədər hündürlükdə kollardır. Yarpaqları 3-5 dilimlidir. Orta dilimi uzanmış dəyirmi elliptik, mişarvarı dişcikli, çılpaq, üstdən yaşıl, alt tərəfdən isə açıq yaşıl rəngdə olmaqla 2-4 sm uzunluqdadır. Çiçəkləri 10–12 mm diametrli çılpaq və ya seyrək tükcüklərlə örtülmüş çiçək qrupunda yerləşmişdir. Erkəkciyi 3 ədəd olub, qırmızı rəngdədir, dişiciyi 3-5-dir. Ləçəkləri ağ və ya çəhrayı rəngdədir. Yarpaqcıq meyvə, kasa yarpaqlarından 2 dəfə və ya daha çox uzundur.
Şaqqıldaqmeyvə
Şaqqıldaqmeyvə (lat. Physocarpus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.

Digər lüğətlərdə