şirniyyat
şişman
OBASTAN VİKİ
Şiş sinanxium
Şiş Quzey mağarası
Şiş Quzey — paleolit dövrünə aid olan Tovuz şəhərindən qərbdə yerləşən mağara. Mağara 1965-ci ildə М. М. Mansurovun rəhbərliyi ilə təşkil edilən arxeoloji ekspedisiya zamanı (1962-1965) aşkarlanmışdır. Tapıntılar Aşel mədəniyyəti dövrünə aid edilir. Tapıntılar sahəsi 60×20 m ərazini əhatə edir. Ümumilikdə isə burada 1075 tapıntı aşkarlanmışdır ki, onlarında 146 ədədi əmək alətləri idi. Burada o dövrün əhalisi mergeldən əmək aləti kimi yararlanırdılar. Yaşayış məntəqəsi qayanın başında yerləşirdi. Paleolit dövrünə aid tapıntılar 80 m uzunluğa malik terrasda yayılmışdır. N. Şirinova görə terraslat Xəzər epoxasını əhatə edir. == Mənbə == Azərbaycan Milli Elmlər Akademiyası.
Şiş
Şiş (lat. oedema) — orqanlarda, orqanizmin hüceyrədənkənar toxuma boşluqlarında mayenin həddindən artıq yığılması. Çox vaxt ayaqlara və qollara təsir göstərir. == Şişin səbəbləri == Səbəblər arasında venoz çatışmazlığı, ürək çatışmazlığı, böyrəkdə olan problemlər, aşağı protein səviyyəsi, qaraciyər problemləri, dərin damar trombozu, infeksiyalar, anjiyoödem, bəzi dərmanlar və limfedema ola bilər. Şiş uzun müddət oturma və ya ayaq üstə durduqdan sonra olur, menstruasiya və ya hamiləlik zamanı da baş verə bilər. Vəziyyət qəfil başladıqda və ya ağrı və ya təngnəfəslik olduqda daha çox narahatlıq doğurur. == Növləri və simptomları == Şiş yerli, yəni bədənin və ya orqanın müəyyən bir sahəsində və ümumi olur. === Yerli şiş === Yerli şişdə iltihabın bir hissəsi kimi şişkinlik, tendonit və ya pankreatit müəyyən orqanlarda baş verir. Bəzi orqanlarda şiş toxumaya xas mexanizmlərə görə inkişaf edir. Ayrı-ayrı orqanların şişinə nümunələr: Periferik şiş — (ayaqların şişi) ayaqlarda hüceyrədənkənar mayenin yığılması.
Neyroendokrin şiş
Neyroendokrin şişlər (NET) endokrin (hormonal) və sinir sistemlərinin hüceyrələrindən yaranan yenitörəmələrdir. Onlar ən çox bağırsaqda baş verir, burada əsasən karsinoid şişlər kimi adlanır, lakin mədəaltı vəzi, ağciyər və bədənin qalan hissəsində də olur.
Bədxassəli şiş
Xərçəng xəstəliyi bədxassəli şiş (tumor) hüceyrələrinin əsl yerindən çıxaraq, orqanizmin digər hissələrinə hücum və yayılma potensialı və anormal hüceyrə bölünməsini əhatə edən xəstəliklər qrupudur. Bədxassəli neoplazma kimi də tanınır[mənbə göstərin]. == Əsas müalicə növləri == Şişin çıxarılması. Şiş hüceyrələri şişdən kənarda da tapıla bildiyi üçün o, bir kənar ilə çıxarılır. Məsələn, süd vəzi xərçəngində adətən bütün döş, eləcə də aksiller və körpücükaltı limfa düyünləri çıxarılır. Buna baxmayaraq, çıxarılan orqan və ya onun bir hissəsindən kənarda şiş hüceyrələri varsa, əməliyyat onların metastazlarının yaranmasına mane olmur. Üstəlik, birincil şiş çıxarıldıqdan sonra metastazların böyüməsi sürətlənir. Kimyaterapiya. Sürətlə bölünən hüceyrələri hədəf alan dərmanlar istifadə olunur. Dərmanlar DNT duplikasiyasını yatıra bilir, hüceyrə membranının ikiyə bölünməsinə mane olur və s, lakin şiş hüceyrələrindən başqa bir çox sağlam olanlar, məsələn, mədə epitel hüceyrələri orqanizmdə intensiv və sürətlə bölünür.
Şiş sinanxum
Şiş sinanxum (lat. Cynanchum acutum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin sinanxum cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Yarpaqları ürəkşəkilli-üçkünc və ya yumurtaşəkilli-ürəkşəkillidir, uc hissəsi küt, qaidəsi dərin ürəkşəkillidir, çılpaq, tünd göy rəngdədir, saplağı 3-7 sm-dir. Çiçəkləri sıx və yaxud yumuşaq, sadə və ya budaqlanmış çətirəbənzər çiçək qrupundadır. Tacı çəhrayı və yaxud ağ rəngdədir, diametri 5–7 mm-dir, uzunluğu 4–5 mm olan uzunsov küt bölümlüdür. Toxumları yumurtaşəkilli, yastılaşmış uzunluğu 5–7 mm olub açıq qonur rəngdədir, uc hissədə uzun ipək kimi tüklər dəstəşəkillidir. İyun-avqust (sentyabr) aylarında çiçəkləyir, avqust-oktyabr aylarında meyvə verir. == Azərbaycanda yayılması == BQ (Quba),Samur-Şabran oval., Xəzəryanı, Abşeron, BQ şərq, Kür-Araz oval., Kür düz., Alazan-Əyriçay, Lənk. oval., KQ cənub, KQ şimal, Nax. düz.
Bəd xassəli şiş
Xərçəng xəstəliyi bədxassəli şiş (tumor) hüceyrələrinin əsl yerindən çıxaraq, orqanizmin digər hissələrinə hücum və yayılma potensialı və anormal hüceyrə bölünməsini əhatə edən xəstəliklər qrupudur. Bədxassəli neoplazma kimi də tanınır[mənbə göstərin]. == Əsas müalicə növləri == Şişin çıxarılması. Şiş hüceyrələri şişdən kənarda da tapıla bildiyi üçün o, bir kənar ilə çıxarılır. Məsələn, süd vəzi xərçəngində adətən bütün döş, eləcə də aksiller və körpücükaltı limfa düyünləri çıxarılır. Buna baxmayaraq, çıxarılan orqan və ya onun bir hissəsindən kənarda şiş hüceyrələri varsa, əməliyyat onların metastazlarının yaranmasına mane olmur. Üstəlik, birincil şiş çıxarıldıqdan sonra metastazların böyüməsi sürətlənir. Kimyaterapiya. Sürətlə bölünən hüceyrələri hədəf alan dərmanlar istifadə olunur. Dərmanlar DNT duplikasiyasını yatıra bilir, hüceyrə membranının ikiyə bölünməsinə mane olur və s, lakin şiş hüceyrələrindən başqa bir çox sağlam olanlar, məsələn, mədə epitel hüceyrələri orqanizmdə intensiv və sürətlə bölünür.
Hündür şişkinot
Hündür şişkinot (lat. Gastrodia elata) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin şişkinot cinsinə aid bitki növü.
Kiçik Şiştəpə
Kiçik Şiştəpə — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızıl Qoç (Qukasyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 5 km məsafədə yerləşir. 1937-ci ilə kimi Ağbaba rayonunun tərkibində olmuşdur. Kəndin başqa adı Türk Şiştəpəsi (Şiştapa türki) olmuşdur. Toponim «balaca, xırda» mənasında işlənən kiçik sözündən və «dağın, təpənin zirvəsi, ən yüksək nöqtəsi, piki» mənasında işlənən şiş sözü ilə «ətəyi ilə zirvəsi arasındakı nisbi hündürlüyü 200 metrdən artıq olmayan yüksəklik» mənasında işlənən təpə sözünün birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Pokr Sepasar (Kiçik Şiştəpə) qoyulmuşdur. == Əhalisi == Kənddə 1897-ci ildə 177 nəfər, 1908-ci ildə 189 nəfər, 1914 - cü ildə 253 nəfər yalnız qarapapaqlar - azərbaycanlıların etnoqrafik qrupu yaşamışdır.
Kruqlaya Şişka
Kruqlaya Şişka — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Kalinino rayonunda kənd.
Oksana Şişkova
Oksana Valerivna Şişkova (ukr. Оксана Валеріївна Шишкова; d. 10 iyun 1991, Xarkov, Ukrayna SSR, SSRİ) — Ukrayna xizəkçisi, biatleti. == Bioqrafiya == Oksana Şişkova 1991-ci il iyunun 10-da Xarkov şəhərində anadan olmuşdur. Üç il akrobatik gimnastika bölməsində oxuyub. Yeddi yaşında kunq-fu öyrənməyə başlayıb. On yaşlarında onun görməsi pisləşməyə başladı və gözdən əlil oldu. On üç yaşında Paralimpiya idmanı və atletika (100 m və 200 m) məşqlərinə başlamış, «Ukrayna idman ustası» adını almışdır. 2003-cü ildə Ukrayna Atletizm çempionatına qatıldı. 2004-cü ildə, gözdən əlil uşaqlar üçün olan internat məktəbində təhsil alarkən xizək və biatlona başladı.
Sibir şişmeyvəsi
Sibir şişmeyvəsi (lat. Phlojodicarpus sibiricus) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin şişmeyvə cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik ot bitkisidir. Yeraltı orqanları qısa, şaquli, çoxsaylı kökümsov və mil köklərə malik olmaqla, uzunluğu 15-25 (50) sm-ə bərabərdir. Gövdəsinin hündürlüyü 15-70 sm, sadə və ya budaqlanan, qabırğalı, çılpaq və qısa tükcüklüdür. Kök üstündə olan yarpaqları çoxsaylı, lələkvari 3 bölümlü, göyümtül-yaşıl rənglidir. Yarpaq lövhəcikləri uzunsov-yumurtaşəkilli və ya yumurtaşəkilli olub, uzunluğu 5-30 sm, eni isə 2-10 sm olub, xətti-neştərşəkilli və itiucludur. Gövdə yarpaqları olduqca az, (2-4 ədəd) əksəriyyəti kiçik, güclü genişlənmiş və uzunsov qınlı olub, bənövşəyi rənglidir. Mürəkkəb çətir çiçək qrupuna malik olmaqla, 10-25 şüadan ibarətdir. Yarpaqları nisbətən burulan olmaqla, 5-8 ədəd, erkən tökülən, ağımtıl-pərdəli və xətti-neştərvaridir.
Tükcüklü şişmeyvə
Tükcüklü şişmeyvə (lat. Phlojodicarpus villosus) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin şişmeyvə cinsinə aid bitki növü.
Xəzər şişqarını
Alosa caspia (lat. Alosa caspia) — siyənəklər fəsiləsinin alosa cinsinə aid balıq növü. == Yayılması == Xəzər dənizində geniş yayılıb. Aqraxan körfəzindən Ural və Embaya qədər olan sahədə kürü tökürlər. Azsulu illərdə Volqa deltasına girir və xeyli yuxarı qalxırlar. == Morfoloji əlamətləri == Qəlsəmə dişcikləri çoxsaylı (50-180), nazik, uzundur. Bel üzgəcində 13-15, anal üzgəcində 15-20 şüa vardır. Qəlsəmə qapaqları arasında başın hər iki tərəfində bir tünd ləkə vardır. Bu cür ləkələr bədənin yanlarında da mövcuddur. Çənələrində dişlər zəif inkişaf etmiş, nazikdir.
Yekaterina Şişova
Yekaterina Şişova (d. 13 sentyabr 1978) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Yekaterina Şişova, Rusiya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Macarıstan yığmasını 12:11 hesabı ilə məğlub edən Rusiya yığması, Afina Olimpiadasını beşinci pillədə başa vurdu.
Yeni Şişmə (Arxangel)
Yeni Şişmə (başq. Яңы Шишмә, rus. Новочишма) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Lipov kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel): 28 km, ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 35 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (79%) üstünlük təşkil edir.
Ömər əl-Şişani
Tarxan Batiraşvili (gürc. თარხან ბათირაშვილი) — Suriya vətəndaş müharibəsinin iştirakçısı, keçmiş Ceyş əl-Mühacirin vəl-Ənsar qruplaşmasının komandiri, 2013-cü ilin yayından bəri İraq və Şam İslam Dövlətinin şimali Suriya əmiri. Daha çox Əbu Ömər əl-Şişani və yaxud Ömər əl-Çeçen adları ilə tanınır. Milliyətcə kist, yəni çeçendir. == Həyatı == Tarxan Batiraşvili (gürc. თარხან ბათირაშვილი) 1986-cı ildə çeçenlərin subetnik qrupu sayılan kistlərin yaşadığı Gürcüstanın Pankisi dərəsində yerləşən Birkiani kəndində anadan olub. Atası xristian olsa da, özü müsəlmandır. Bu haqda atası Teymuraz Batiraşvili deyir: Həmçinin atasının dediyinə görə, Tarxan Suriyaya getdikdən sonra yalnız bircə dəfə atasına zəng vurub və həmin telefon danışığı zamanı Şişani çeçen qızı ilə evləndiyini, qızının doğulduğunu, ona Sofiya adının verildiyini, qızının cizgilərinin babasının cizgilərini xatırlatdığını deyib. Telefon bağlantısı zamanı Şişani atasının namaz qılıb-qılmaması ilə də maraqlanıb, atası isə ona əvvəlki kimi xristian kilsəsinə getdiyini deyib. Bunu eşidən oğlu telefonunu qapadıb və bir daha atasına zəng etməyib.
İrigöz şişqarın
İrigöz şişqarın (lat. Alosa saposchnikowii) — siyənək cinsinin nümayəndəsidir. == Yayılması == Orta və Şimali Xəzərin qərb sahillərinə yaxın yayılmışlar. Cənubi Xəzərdə az miqdarda təsadüf olunur. == Morfoloji əlamətləri == Bədəni uzunsov-hündürdür. Bel üzgəcində 12–15, anal üzgəcində 15–21 şüa var, qəlsəmə dişcikləri seyrəkdir, uzun və kobuddur, sayı 27-dən 40-a qədərdir. Gözləri iri, dişləri möhkəmdir. Hər iki çənədə və xış sümüyündə yaxşı inkişaf etmiş dişlər vardır. Ən irisinin uzunluğu 35 sm-ə çatır, əksəriyyəti 14–21 sm uzunluqda olur, 8 ilə qədər yaşayır. == Yaşayış yeri və həyat tərzi == Daim dənizdə yaşayan irigöz şişqarına Xəzərin hər yerində təsadüf olunur.
İvan Şişkin
İvan İvanoviç Şişkin (rus. Иван Иванович Шишкин; 25 yanvar 1832, Alabuqa — 1 aprel 1898, Sankt-Peterburq) — rus rəssamı, mənzərə ustası, Düsseldorf rəssamlıq məktəbinin nümayəndəsi, akademik (1865), professor (1873). == Həyat və yaradıcılığı == İvan Şişkin 25 yanvar 1832-ci ildə Rusiya İmperiyasının Vyat quberniyasının Alabuqa şəhərində anadan olmuşdur. Ortabab tacirin oğlu, qeyri-adi istedada malik İ. Şişkin Moskva Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq Məktəbini bitirib və üç il xaricdə yaşayıb. Qürbətdə olduğu illərdə daim qızıl çovdar zəmiləri, bol sulu çayları, yamyaşıl meşələri olan ucsuz-bucaqsız rus təbiətinin həsrəti ilə yaşayıb. Yaradıcılığının erkən dövründə Şişkin XIX əsrin ortaları romantik mənzərə rəssamlığı ənənələrini davam etdirmişdir. 1860-cı illərdən yaradıcılığının əsas mövzusunu rus meşəsi təşkil etmişdir . Rəssamın vətənə qayıdan kimi yaratdığı şedevrlərdən biri “Günorta. Moskva ətrafında” (rus. Полдень.
Şişabanqma
Şişabanqma, «Şişa Panqma»; çin. 希夏邦马峰) — mərkəzi Himalaydakı zirvə. Şişabanqma dünyada on dördüncü və ən kiçik səkkiz minlik zirvədir (8027 m). == Coğrafiya == Şişabanqma dağ silsiləsi Himalayada yerləşir və Çinin Tibet Muxtar Vilayətində, Nepalla sərhəddən bir neçə kilometr şimalda yerləşir. Lanqtanq dağ silsiləsinə daxildir. Üç zirvədən ibarət olsa da iki zirvəsi 8000 m-dən çoxdur: == Dırmanma tarixi == Şişabanqma Çinin Mərkəzi Tibetdə yerləşdiyindən, dünyanın ilk səkkiz minlik sonuncusu zirvəsi olaraq başda Syo Szin (çin. 许竞, Xǔ Jìng) olmaqla, 2 may 1964-cü ildə Çin ekspedisiyası tərəfindən fəth edildi. 14 yanvar 2005-ci ildə polyak Pyotr Moravski və italyan Simone Moro ilk qış yüksəlişini edir. Təxminən 50 il ərzində bu zirvəyə qalxmaq istəyərkən 21 nəfər həlak olmuşdur. Baxmayaraq ki, zirvəyə gedən yol səkkiz minlik marşrutlar arasında ən asanı hesab olunur.
Şişbaşlı eliya
Şişbaşlı eliya-(lat. Aelia acuminata L.) Buğumayaqlılar tipinin Yarımsərtqanadlılar və ya Taxtabitilər dəstəsinə aid olan növ == Xarici quruluşu == Bədəni uzunsov olub, öndən üçbucaq şəklindədir. Bel qabağı eninə basıqdır. Uzununa 3 ədəd qabırğa şəkilli çıxıntı uzanır. Rəngi bozumtul – sarıdır. Xortumu dal ayaqlarının əsasına kimi uzanır. Orta və dal budlarının qurtaracağına yaxın yerində iki qara nöqtə vardır. Uzunluğu 7–10 mm-dir. == Həyat tərzi == Bu növ Azərbaycan şəraitində bağlarda, meşələrdə, kolluqlarda, taxıl zəmiərinə yaxın olan müxtəlif bitki topalarının altında və bəzən də biçilmiş sahələrdə, küləş və s. bitki töküntülərinin altında qışlayır.
Şişdağ
Şişdağ — Azərbaycanda, Xocavənd rayonu, Hadrut qəsəbəsi ilə Sor kəndi arasında yerləşən zirvə. Dağın hündürlüyü 1315 metrdir. Dağ adını zirvəsinin şiş olmasından almışdır.
Şişirdilmiş proqram təminatı
“Şişirdilmiş” proqram təminatı yeni proqramların əski proqramlarla müqayisədə həcminin daha böyük olması və daha çox sistem resursu tələb etməsi tendensiyası. Bunun başlıca səbəbi proqrama (bəzən o qədər də zəruri olmayan) yeni funksiya və imkanların əlavə olunmasıdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Şişkert
Şişkert - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur.
Şişkin qovağı
Populus × canescens (lat. Populus × canescens) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. == Təbii yayılması == Zaqafqaziyada rütubətli yerlərdə təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 20-30 m-ə çatan, boz qabıqlı, piramidal çətirli ağacdır. Yarpaqları 5-8 sm uzunluqda, 3-4 sm enində, yumurtavari-üçbucaqşəkillidir. Dilimləri aydın nəzərə çarpmır, kənarları dişlidir, alt tərəfi sıх, nazik, ağ tüklü, üst tərəfi isə çılpaqdır. Mart-aprel aylarında çiçəkləyir. == Ekologiyası == İşıqsevən və istiyə davamlıdır. Çay vadilərində yüngül torpaqlarda yaхşı bitir. == Azərbaycanda yayılması == Qubada, Kür-Araz ovalığında, Naхçıvan MR-da yayılmışdır.
Şişkinot
Şişkinot (lat. Gastrodia) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Demorchis D.L.Jones & M.A.Clem. Epiphanes Blume Gamoplexis Falc. ex Lindl. Leptogastrodia M.A.Clem.
Şişli
Şişli — İstanbul ilinin ilçəsi. 25 məhəlləsi olan Şişli, şərqdə Beşiktaş, şimal və qərbdə Kağıthanə və cənubda Bəyoğlu ilə həmsərhəddir. Sahili olmayan Şişli ilçəsində bir çox tarixi abidələr, iş yerləri, müasir ticarət mərkəzləri, mədəniyyət və incəsənət mərkəzləri var. 1954-cü ildə bir ilçə statusu qazanan Şişli, 1987-ci ildə Kağıthanənin ilçə statusu alması ilə iki yerə ayrıldı. Şimaldakı Ayazağa, Maslak və Huzur məhəllələri çoxluq təşkil edir, geridə qalan digər bölgələr ayrıca bir topluluq meydana gətirdi. Böyükdərə prospekti ilə əlaqəli olan bu iki məhəllədən biri, 2012-ci ildə Şişlidən ayrılmış, Sarıyerə bağlanmışdır. == Etimologiya == Şişlinin, o dövrdə şüşə ilə məşğul olan bir ailəyə aid olduğu və Şişlilər Köşkünün adına çevrildiyi və Şişli xalqının malikanəsindən çıxdığı haqqında bir şayiə var. Digər bir şayiə, Şişli adının hündürlüyü olan bir bölgədəki Bəyoğlu yaylasının topoqrafik ərazisindən çıxmasıdır. == Tarixçə == === Osmanlı dövrü === Rayonun ən qədim məhəlləsi olan Tatavlanın (Kurtuluş) XVI əsrdə qurulduğu iddia edilir. Eremya Çelebi Kömürcüyanın sözlərinə görə, XVII əsrdə Taksimdən Pangaltıya gedən yolun hər iki tərəfindəki qəbiristanlıqlar; 18-ci əsrdə Şişli və Mecidiyeköy bölgələrindən üzüm bağları və bağlar var idi.
Şişlik
Tikə kabab, şişlik və ya şiş kabab — müxtəlif adlar altında tanınan Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropa yeməyi. Kababın növlərindən biri. == Etimologiya == Şiş sözü türk mənşəlidir. Bu söz öncə Krım tatar dilindən Zaporojye kazakları tərəfindən alınmışdı. Ordan bu söz rus dilinə шашлык formasında, rus dilindən isə ingilis və başqa Avropa dillərinə shashlik və ya shashlick formasında keçmiş. Tikə sözünün də türk mənşəyi var. Onun prototürk dilindəki forması tikkü kimi yazılır və hissə və ya parça mənasını daşıyır. Cığatay dilində o, tikka formasında mövcud idi. Cığatay dilindən həmin söz Muğal sülaləsi dövründə "bişirilmiş sümüksüz ət parçaları" mənasında Hindistana gəlib. == Tərkibi == Tikə kababın hazırlanmasında qoyun ətindən, baş soğandan, göy soğandan, cəfəri və reyhan kimi göyərtilərdən, duz, sumaq, istiot kimi ədviyyatlardan istifadə olunur.
Şişman firəngotu
Şişman firəngotu (lat. Lobelia inflata) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinin firəngotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Dortmanna inflata (L.) Kuntze Rapuntium inflatum (L.) Mill. === Heterotipik sinonimləri === Lobelia inflata f. albiflora Moldenke Lobelia inflata var. simplex Millsp. Lobelia michauxii Nutt.
Şişmanlıq
Köklük (və ya şişmanlıq, piylilik) — bədənin çəkisinin piy qatlarının hesabına artmasıdır. Piy qatları həm fizioloji yığılma yerlərində, həm də qarın nahiyəsində, baldır, dalaq kimi orqanlarda da yığıla bilər. Köklülük onun səbəblərindən asılı olaraq dərəcələrə bölünür. Kök olmaq heç də həmişə subyektiv səbəblərdən onunla bağlanan şəkər diabeti, hipertoniya və digər xəstəliklərin yaranmasına səbəb olmur. Bütün bu xəstəliklər piylənmə ilə bağlı olmayıb, onun yaranma səbəblərindən asılıdır. Məsələn: tez karbohidratların çatışmazlığından yaranan kökəlmə diabetə gətirib çıxarır, piysizlikdən və kompleks karbohidratların çatışmazlığından isə yaranma halları yoxdur. Ürək-damar sistemində problemlər əvəllər deyildiyi kimi piydən yox, bədəndə çatışmayan mayenin miqdarından yaranır. Köklük həm də, piy qatının genişlənməsinə təsir göstərir. Piy qatı yumşaqlığında, sərtliyində, maye tərkibində və həmçinin dəridə (tselülit) dəyişikliklər baş verir. Orta həddə olan piylənmə salamlığa o qədər də ziyan vurmur.

Digər lüğətlərdə