şonkinit
şopinq
OBASTAN VİKİ
Şonqar
Şonqar — Azərbaycanın Qaradağ rayonunda qəsəbə.
Şonqar düşərgəsi
Şonqar düşərgəsi — Qobustan ərazisində arxeoloji abidə. "Şonqar" Bakıdan cənub-qərbdə, Kəpəz dağından Kəpəz və Qızıldaş qəsəbələrindən qərbdə bu ərazidə ən yüksək zirvəyə malik əhəngdaşı örtüklü dağın adıdır. Bu dağların qartal cinsli quşların adı ilə şonqar kəpəz adlandırılması, ehtimal ki, atəşpərəstliklə bağlıdır. Eyni adlı quşlara Qobustanın ərazisində də hazırda rast gəlmək olur. Təqdim olunan düşərgəyə də yaxınlıqdakı Şonqar dağın adı verilmişdir. Şonqar dağın ətrafında 4 qrup qayaüstü təsvir və bir sığınacaq tipli düşərgə “Şonqar” qeydə alınıb tədqiq olunmuşdur. "Şonqar" düşərgəsi Qızıldaş qəsəbəsindən 1 km qərbdə, Qaradağ daş karxanasına gedən yolun sağında, insanın yaşaması üçün əlverişli, örtülü kamera – sığınacaqda aşkar olunmuşdur. İçəridən sığınacağın şərq tərəfi çox iri, dikinə divar təşkil edən qaya, qərb tərəfini "Şonqar-1" qədim qayaüstü təsvirlər kolleksiyasının 2, 3, 4 və 5 №-li şəkilli daşları tutur. Üstünü isə uzunsov, eni 6 m, qalınlığı 2,5 m-ə qədər yastı qaya parçası örtür. Düşərgədə 1978 və 1983-cü illərdə arxeoloji qazıntı aparılmışdır.
Şonqar palçıq vulkanı
Şonqar palçıq vulkanı - Puta yatağından 12 km şimal-qərbdə yerləşən, geniş əsası və az meylli yamacları olan konusvari təpədən ibarət palçıq vulkanı. Şonqar palçıq vulkanı Puta yatağından 12 km şimal-qərbdə yerləşir. Onun cənub-qərb yamacında vulkan brekçiyasının iki dili əmələ gəlmişdir. Krater valının palçıq brekçiyasındakı 2-3 metr dərinlikli çatlar vulkan üzərində hərəkəti çətinləşdirir. Püskürmələr içərisində Eosen və məhsuldar qat süxurlarına rast gəlinir. Təpənin zirvəsində palçıq vulkanı brekçiyasının tutduğu sahə 145x225 metrdir. Püskürmə suxurları Eosen və orta Pliosen mənşəlidir. Zirvədəki brekçiyanın yayıldığı ümumi sahə 3,5 hektardan çoxdur. Son püskürmədən sonra sopka örtüyünün ümumi sahəsi təxminən 168 hektar, gücü 10-200 metr, sopka brekçiyasının həcmi 184 mln. m³ olmuşdur.

Digər lüğətlərdə