ədəsəyəbənzər 2021
ədibanə
OBASTAN VİKİ
Ədib İshaq
Ədib İshaq (ərəb. أديب إسحاق‎; 21 yanvar 1856, Dəməşq – 12 iyun 1885) — Suriyadan jurnalist.
Ədib Şişəkli
Ədib əş-Şişəkli (ərəb. أديب الشيشكلي‎; 1909, Həma, Osmanlı Suriyası – 27 sentyabr 1964, Seris[d], Qoyas[d], Braziliya) — suriyalı dövlət və siyasi xadim, 1953–1954-cü illərdə Suriya prezidenti.
Xalidə Ədib Adıvar
Xalidə Ədib Adıvar (osman. خالده اديب اديوار; 11 iyun 1884[…], Konstantinopol – 9 yanvar 1964[…], İstanbul) — Türk yazıçı, siyasətçi, alim, müəllim. Xalidə Onbaşı olaraq da tanınır. "Atəşdən köynək", "Sinəkli baqqal", "Tatarcıq", "Zeynonun oğlu" kimi romanların müəllifi kimi tanınır. Xalidə Ədib 1919-cu ildə İstanbul xalqını ölkənin işğalına qarşı səfərbər etmək üçün etdiyi çıxışlarla yadda qalan bir natiqdir. Qurtuluş savaşında cəbhədə Mustafa Kamalla bərabər xidmət etmiş sıravi vətəndaş olsa da, rütbə alaraq müharibə qəhrəmanı sayıldı. Müharibə illərində Anadolu Agentliyinin yaradılmasında iştirak edərək jurnalist kimi də fəaliyyət göstərib. İkinci Məşrutiyyətin elanı ilə yazmağa başlayan Xalidə Ədib, yazdığı iyirmi bir romanı, dörd hekayə kitabı, iki səhnə əsəri və müxtəlif araşdırmaları ilə Məşrutiyyət və Cümhuriyyət dövründə türk ədəbiyyatında ən çox əsər yaradan yazarlardan biridir. Onun "Sinekli Bakkal" romanı onun ən məşhur əsəridir. O, əsərlərində qadınların təhsilinə, cəmiyyətdəki mövqeyinə xüsusi yer vermiş, yazıları ilə qadın hüquqlarını müdafiə etmişdir.
Azərbaycan Şair və Ədiblər Cəmiyyəti
Azərbaycan Şair və Ədiblər Cəmiyyəti (az.-əski. آذربایجان شاعر و ادیبلر جمعیتی‎) — İranda ədəbi təşkilat. == Tarixi == Azərbaycan Şair və Ədiblər Cəmiyyəti 1946-cı ilin əvvəllində Təbrizdə "Şairlər məclisi" əsasında təsis edilmiş, həmin ilin dekabrınadək fəaliyyət göstərmişdir. Cəmiyyətə İran Azərbaycanı milli azadlıq hərəkatında, yəni Azərbaycan Milli Hökumətinin qurulmasında iştirak edən, yaxud ona rəğbət bəsləyən şair və yazıçılar qəbul olunurdu. Əli Fitrət, Balaş Azəroğlu, M. Etimad, İbrahim Zakir, Əli Tudə, Mədinə Gülgün, Mir Mehdi Çavuşi, İsmayıl Cəfərpur və başqaları onun fəal üzvləri idilər. Şeir, nəsr, dramaturgiya, tənqid, gənc qələmlər bölmələri var idi. İran Azərbaycanının Zəncan, Ərdəbil, Urmiyə və sair şəhərlərində şöbələri təşkil edilmişdir. Cəmiyyət "Günəş" adlı jurnal buraxırdı.
Jurnalistlər və Ədiblər İttifaqı
Jurnalistlər və Ədiblər İttifaqı — Azərbaycan Xalq Cümhuriyyəti dövründə qeyri-hökumət yaradıcılıq birliyi. == Yaradılması == 1919-cu ilin oktyabrında yaradılmışdı. Həmkarlar ittifaqı səciyyəsi daşıyan qurum milli mənsubiyyətindən asılı olmayaraq, jurnalist və yazıçıları birləşdirirdi. Sədri L.P.Umanski, sədr müavini Xəlil İbrahimov (Xəlil İbrahim), xəzinədarı Xudadat bəy Əzizov idi. Üzeyir Hacıbəyli ittifaqın idarə heyətinin üzvü olmuşdur. Nizamnaməsinə əsasən, bütün mübahisəli məsələlərə təşkilatın nəzdində yaradılmış arbitraj komissiyasında baxılırdı. == Fəaliyyəti == İttifaq fəal mədəni-maarif və xeyriyyəçilik fəaliyyəti göstərirdi. Belə ki, 1919-cu ilin noyabrında ittifaqın yoxsul üzvləri üçün pul fondu yaradılmış, noyabrın 23-də fondun nəfinə tamaşa göstərilmişdi. Elə həmin vaxt "jurnalist günü"nün keçirilməsi qərara alınmış, Dövlət Teatrında (indiki Azərbaycan Dövlət Opera və Balet Teatrı) tamaşa-bal təşkil edilmiş, jurnalist günü ilə əlaqədar bir günlük qəzet buraxılmışdı. Jurnalistlər və ədiblər ittifaqı Azərbaycanda demokratik mətbuatın inkişafında, Cümhuriyyət ideyalarının, hökumətin həyata keçirdiyi ictimai-siyasi, iqtisadi və sosial-mədəni tədbirlərin işıqlandırılmasında mühüm rol oynamışdır.
Ədibülməmalik Fərahani
Mirzə Sadıq xan Hacı Mirzə Hüseyn oğlu Ədibülməmalik Fərahani (1861-1917)—İran şairi, Məşrutə hərəkatının üzvü. == Həyatı == Mirzə Sadıq xan Ədibülməmalik Fərahani öz ədəbi fəaliyyətinə 1898-ci ildə Təbrizdə "Ədəb" dərgisində başladı. O, şeir və məqalələrini bu dərgidə dərc etdirirdi. 1903-cü ildə Tehranda "İrani-Sultani" qəzetinin redaktoru oldu. 1905-ci ildə Bakıda mütərəqqi ideyaları ilə tanınan "İrşad" qəzetində çalışmağa başladı. 1905-1906-cı illərdə artıq məşhur şair idi. Mirzə Sadıq xan Ədibülməmalik Fərahani 1906-cı ildə İranda çıxan "Məclis" qəzetinə başçılıq edirdi. == Yaradıcılığı == == Mənbə == Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.
Ədibə Paşayeva
Ədibə Mir Cəlal qızı Paşayeva (18 iyul 1943, Bakı) — Azərbaycanlı alim, filoloq-ədəbiyyatşünas, professor. == Həyatı == Ədibə Paşayeva 18 iyul 1943-cü ildə Bakı şəhərində anadan olub. 1960–1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. 2005-ci ildə dosent, 2017-ci ildə professor elmi adını alıb. === Ailəsi === Azərbaycan SSR əməkdar elm xadimi Mir Cəlal Paşayevin qızı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bibisidir. Ailəlidir, iki övlad anasıdır. == Fəaliyyəti == Ədibə Paşayeva məzun olduqdan sonra əmək fəaliyyətinə elə həmin universitetdə başlayıb. 1969-cu ildən 1979-cu ilə qədər ADU-nun rus ədəbiyyatı kafedrasının müəllimi 1979-cu ildən baş müəllimi, 1988-ci ildən xarici tələbələr üçün rus dili kafedrasının müdiri işləyib. 2004–2019-cu illərdə BDU-nun Humanitar fakültələr üzrə rus dili kafedrasının müdiri olub. Hazırda 2019-cu ildən BDU-nun Rus ədəbiyyatı tarixi kafedrasının müdiri vəzifəsində çalışır.

Digər lüğətlərdə