"Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyəti
Əlincə — 1990-cı ildə Naxçıvan Muxtar Respublikasında yaranan ictimai təşkilat, xeyriyyə cəmiyyəti
== Haqqında ==
Azərbaycan xalqının yenilməzlik, mətinlik, və mübarizə rəmzi olan Əlincəqalanın adınadır. Proqram və Nizamnaməsi 6 aprel 1990-cı ildə keçirilmiş təsis konfransında qəbul olunmuşdur. Əsasən respublikanın sərhəd rayonlarında fəaliyyət göstərir.
=== Yaradılmasında məqsəd ===
Nizamnaməsində göstərdiliyi kimi, sərhəd rayonlarının sosial-iqtisadi və mədəni inkişafına yardım etmək, həmin rayonların əhalisini erməni quldur basqınından qorumaq üçün tədbir görmək, sərhəd kəndlərinin boşalmasının, işsizliyin qarşısını almaq, təbii ehtiyatlardan, yerli xammaldan istifadə etməklə istehsalat sahələri açmaq, kənd təsərrüfatı məhsulları istehsalını artırmaq, məhsul satmaqda əhaliyyət kömək etmək, erməni təcavüzündən zərər çəkənlərə, qocalara, əlillərə, ehtiyacı olanlara yardım göstərmək, müxtəlif xeyriyyə tədbirləri keçirmək, elm və texnikanın nailiyyətlərinə əsaslanmaqla sərhəd rayonlarında iqtisadiyyatın intensiv inkişafına kömək göstərmək, bu rayonlar haqqında normativ aktlar tərtib etmək və s.cəmiyyətin əsas vəzifələridir.
== Cəmiyyətin strukturu ==
"Səs" adlı qəzeti nəşr olunur. Ali orqanı iki ildən bir çağırılan konfransdır. Rəhbər orqanları cəmiyyətin məclisi, idarə heyəti və ağsaqqallar şurasıdır.
== Mənbə ==
Naxçıvan Ensiklopediyası. Bakı. 2002.