ətli-canlı (kök)

fleshy / buxom (of a woman) / plump (stout, fat) в теле / при теле (упитанный, дородный)
ətlə dırnaq kimi
ətrafinda fırlanmaq (yanından əl çəkməmək, başına dolanmaq)
OBASTAN VİKİ
Kök
Yerkökü (lat. Daucus) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin yerkökü cinsinə aid bitki növü. Yerkökü kökümeyvəlilər içərisində ən çox yayılmış tərəvəzdir. Ondan təzə halda aşpazlıqda, qurudulmaq, şirə hazırlamaq, tərəvəz konservləri və karotin istehsalı üçün istifadə olunur. "Divanü Lüğat-it-Türk"də "geşür" adlandırılan bu bitkiyə hazırda Azərbaycanın bəzi bölgələrində xalq arasında keşir, türkmən türkcəsində kəşir, tatar və başqırd türkcəsində kişir, qaraqalpaq türkcəsində geşir deyilir. Həmçinin türkiyədə "keşir salatı" və "keşir dolması" şəklində bu kəlmədən istifadə edilir. Yerkökünün üzəri nazik qabıq təbəqəsi ilə örtülüdür. Qabığın altında qidalı maddələrlə zəngin ətli hissə yerləşir. Kök mərkəzində özək vardır. Özəyin zərif və ya kobud olması yerkökünün keyfiyyətliliyini göstərir.
Ətli blinçik
Blinçik (rus. Блины) Mayalı xəmirdən qızartma üsulu ilə bişirilmiş nazik kökə. 16 balaca və ya 8 iri içi doldurulmuş blinçik üçün 2 yumurta 1 xörək qaşığı şəkər tozu bir çimdik duz 2 stəkan süd (əgər diyetik blinçik istəyirsinizsə, onda 1 stəkan süd bir stəkan su istifadə edin) 1 1/5 stəkan un 2 xörək qaşığı duru yağ 500 q çəkilmiş mal əti 1 ədəd orta boy soğan duz istiot qızartmaq üçün duru yağ Əvvəlcə içi hazırlayın. Bunun üçün tavada təxminin 2 xörək qaşığı duru yağı qızdırıb, bu yağda soğan və əti tez-tez qarışdıra-qarışdıra bərabər qızardın. Ət-soğan qızardıqdan sonra onu ət çəkən maşından keçirin ki, koma-koma qalmasın, iç narın olsun, amma bu istəyə görədir. İçi duzlayıb istiotlayın. (Əgər kaloriyası az blinçik istəyirsinizsə, onda əti qızartmaq yerinə, tikə mal ətini duzlu suda bişirin, sonra ət çəkən maşında çəkin, yağda qızardılmış soğan əlavə edin). İndi isə blinçikləri hazırlayın. İri qabda xəmirin ərzaqlarını yaxşıca qarışdırın. Kiçik tavanın dibinə yağ sürtün.
Ətli dovğa
Dovğa — Azərbaycanın milli yeməyi. Qatıq - 200q, xama - 40q, yumurta 1 əd., un - 8q, düyü - 20q, göy soğan - 18q, ispanaq - 40q, keşniş, şüyüd, kəvər - 30q, nanə - 15q, kərövüz - 10, duz. Dovğa hazırlamaq üçün qatıq və xama un ilə çalınır, üzərinə yumurta və düyü əlavə edilir. Qatıq çürüməsin deyə, kütləni arası kəsilmədən bir qaydada bulaya-bulaya qızdırırlar. Qaynadıqdan sonra üzərinə narın doğranmış göyərti və duz töküb hazır olana qədər bişirirlər. Dovğa ətli və ətsiz hazırlanır. Ətli dovğa bişirmək üçün ayrı qazanda əvvəlcədən isladılmış noxud qaynadılır, ət qiyməsindən xırda küftələr hazırlanır və noxudla birlikdə hazır olana kimi bişirilir. Sonra bişmiş noxud və küftələr əsas dovğa ilə qarışdırılır.
Ətli dəvəayağı
Cənubi Qafqaz (Naxçıvan), İranda geniş yayılmışdır. İranın şimal-qərbi, Təbriz yaxınlığı və Xoy şəhərinin ətrafından toplanılan nümunələrə əsasən təsvir edilmişdir. 20-40 sm hündürlüyündə, yoğun kökə malik yarımkoldur. Çiçək saplaqlarının əsasında yerləşən və sıx dəstələr əmələ gətirən yarpaqları nisbətən qalın ətli olub, göy-yaşıl, 1-4 sm uzunluqda, 2-6 mm enindədir. Yuxarı yarpaqları küt, aşağı yarpaqları tədricən daralaraq gövdəni yarı qucaqlayan, enli-pərdəvari haşiyələnmiş qına keçir. Çiçək saplaqlarının sayı az olub, çılpaq, hamar və zəif qırışlıdır. Çiçək saplaqları bir qədər yuxarıdan süpürgəvari budaqlıdır. Çiçəkləri 5-10 olmaqla dağınıq sünbülcüklərdə və ya son budaqcıqlarda olan sünbüllərdə süpürgəvari çiçək qrupunu əmələ gətirirlər. Sünbülcükləri 2-3 çiçəklidir. 1,5-2,5 mm uzunluqda olan sünbülcüyün xarici çiçəkyanlığı enli-yumurtavari və pərdəvari haşiyəlidir.
Canlı orqanizm
Orqanizm (lat. organismus – qururam, q.yun. ὄργανον − alət) — diri orqanizm, diri varlıq, canlı orqanizm, canlı varlıq — biologiya sahəsində heyvan, bitki, kif, mikrob kimi tək bir vücud əmələ gətirən yekdil sistemdir. Hüceyrədən ibarət olub, qeyri-canlı materiyadan onu fərqləndirən amillərə malik olan bioloji vücuddur. Bilinən bütün orqanizmlər bu xarakterlərin bir çoxuna sahibdir: nizamlılıq, böyümə və bölünmə, inkişaf, çoxalma, maddələr mübadiləsi, qıcıqlanma, uyğunlaşma (adaptasiya) və xarici mühitlə daxili mühitin fiziki və kimyəvi tarazlığını saxlama (hemostaz). Biologiyanın əsas predmetidir. Mənşəyinə, quruluşuna və yerinə yetirdiyi funksiyalara görə bir-birinə oxşar hüceyrələr və hüceyrəarası maddələr birləşib toxumanı əmələ gətirir. Orqan (üzv) bədənin müəyyən forması, quruluşu, yeri olan, bir və ya bir neçə funksiyanı yerinə yetirən hissəsinə deyilir. Orqanların bir qismi bədən boşluğunda yerləşir ki, bunlara daxili orqanlar deyilir. Hər bir orqan bir neçə toxumadan əmələ gəlmişdir, lakin bunlardan biri həmişə çoxluq təşkil edir və orqanın əsas funksiyasını müəyyən edir.
Canlı sədd
Canlı sədd (ing. Human shield) — düşməninin döyüş hədəflərinə hücumun qarşısını almaq üçün, döyüş hədəfləri daxilində və ya ətrafında qeyri-döyüşçülərin qəsdən yerləşdirilməsini izah edən hərbi və siyasi termin.
Kök (orqan)
Kök — hər hansı mühitdə yarpaq və müəyyən qayda üzrə düzülmüş tumurcuqlardan məhrum olan bitki orqanı. Bəzi bitkilərin kökləri olmur . Kök sistemi iki cür olur: mil kök və saçaqlı kök sistemi. Kökün ucunda əksərən kök üsküyü və mikoriza olur. Kök həmişə morfoloji ucdan böyüyür və endogen budaqlanma (daxilində törəmə), xüsusiyyətinə malikdir. Otlar, kollar və ağaclar kök sisteminə malikdir. Kök, bitkinin əsas orqanlarından biridir. Kökün əsas vəzifələrindən (funksiyalarından) biri, bitkini torpağa bərkitmək və torpaqdakı suyu, eləcə də mineral maddələri sormaqdır. Çox vaxt kök, ehtiyat qida maddəsi toplanan orqana da çevrilir. Üzvi maddələrin yaradılmasında və vegetativ çoxalma prosesində də kök iştirak edir.
Kök (tərəvəz)
Kök altı
Kökaltı — kvadratı a-ya bərabər olan ədədə a ədədinin kvadrat kökü deyilir və {\displaystyle {\sqrt {{~^{~}}^{~}\!\!}}} kimi işarə olunur Məsələn: 25 = 5 {\displaystyle {\sqrt {25}}=5} a ədədinin n-ci dərəcədən kökü n kimi işarə olunur. n-ci dərəcədən kökün tərifinə görə (n)n=a eyniliyi doğrudur. Tərif: Mənfi olmayan ədədin n-ci dərəcədən mənfi olmayan kökünə, bu ədədin n-ci dərəcədən hesabı kökü deyilir. Kökaltı aşağıdakı xassələrə malikdir: Hasilin kökü vuruqların kökləri hasilinə bərabərdir, a olarsa onda Qismətin kökü bölünənlə bölənin kökləri qismətinə bərabərdir, yəni a olarsa onda Kökün natural üstlü qüvvəti, kökaltı ifadənin həmin üstlü qüvvətinin kökünə bərabərdir, yəni a n, m N olarsa (n) m =n Kökün dərəcəsinin hər hansı natural ədədə vurub kökaltı ifadəni həmin dərəcədən qüvvətə yüksəltsək kökün qiyməti dəyişmir, yəni a olarsa n = nm 0 n = 0 ; n ∈ N ≥ 2. {\displaystyle {\sqrt[{n}]{0}}=0;n\in \mathbb {N} \geq 2.} a b n = a n b n , a , b ≥ 0 ; {\displaystyle {\sqrt[{n}]{ab}}={\sqrt[{n}]{a}}{\sqrt[{n}]{b}},\qquad a,\ b\geq 0;} a n n = a , a ⩾ 0 {\displaystyle {\sqrt[{n}]{a^{n}}}=a,a\geqslant 0} ∀ a ⩾ 0 , b > 0 1 b n = 3 n b n {\displaystyle \forall a\geqslant 0,b>0\qquad {\sqrt[{n}]{\frac {1}{b}}}={\frac {\sqrt[{n}]{3}}{\sqrt[{n}]{b}}}} a m n = ( a n ) m = ( a 1 / n ) m = a m / n .
Kök hüceyrələr
Kök hüceyrələr başqa cür hüceyrələrə differsiasiya edə bilən hüceyrələrə deyilir. Onlar həmçinin bölünərək özlərinə bənzər kök hüceyrələr yarada bilərlər. Bu hüceyrələr həmçinin sütun və ya kötük hüceyrələri də adlanır. Sütun hüceyrələrin texnologiyası hüceyrələrin inkişafı və differensiasiyası proseslərinin qəbul olunmuş ənənəvi formasından tamamilə fərqlənir. Bu hüceyrələr vasitəsilə ayrı-ayrı hüceyrələrin, toxumaların və hətta tam bir orqanizmin klonlaşdırılması mümkündür. Normal kök hüceyrələrində telomeraza fəallığı vardır. Kök hüceyrələrin öyrənilməsi təqribən 40 il bundan əvvəl başlamışdır. 1978: İnsanın göbək ciyəsindən alınmış qanda kök hüceyrələri kəşf olundu. 1981: Siçanın erkən embrion mərhələsindən ilk dəfə embrional kök hüceyrələri alındı. 1995: İlk dəfə primatlardan kök hüceyrələr alındı.
Kök sistemi
Kök sistemi bitkinin bütün köklərinin cəmi kök sistemini əmələ gətirir. Kök sisteminin 2 tipi var. Mil və saçaqlı kök sistemi. Burada əsas kök digər köklərdən yaxşı seçilir. Əsas kök və yan kök birləşərək mil kök sistemi əmələ gətirir. Bu kök sisteminə ikiləpəlilərdə olan bitkilər aiddir. Nümunə: noxud, günəbaxan, quşəppəyi və digər ikiləpəlilərin nümayəndələri aiddir. Burada əsas kök ya tez quruyur, ya da əlavə və yan köklər arasından seçilmir. Yan kök və əlavə kök birləşərək saçaqlı kök sistemi əmələ gətirir. Bu kök sisteminə birləpəlilərdə olan bitkilər aiddir.
Kök türklər
Qusdurucu kök
Yandırıcı kök
Yandırıcı kök (lat. Cnidium) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Ətli lobya şorbası
Canlı Naxışlar (1987)
Canlı konsert (albom)
Kök-Suu rayonu
Kök-Suu rayonu (altayca: Кöк-Суу аймак / Kök-Suu (Göksu) aymak, rusca: Усть-Коксинский муниципальный район) Rusiya Federasiyasının tərkibində olan Altay Respublikasının rayonu. Kök-Suu sözü altaycada göksu (mavi su) mənasını verir. Rusların rayon ərazisinə gəlişi XIII əsrdə olmuşdur. 16 sentyabr 1924-cü ildə mərkəzi Katanda kəndi olan Uymon rayonu yaradıldı. 10 aprel 1933-cü ildə rayonun adı Kök-Suu olaraq dəyişdirildi və mərkəzi Ust-Koksu kəndinə köçürüldü. Coğrafi olaraq Altay Respublikasının cənub-qərb hissəsində, Qazaxstanla sərhəddə yerləşir. Rayonun sahəsi 12,958 km²-dir. Altay Respublikasının rayonları arasında ərazisinə görə üçüncü yeri tutur. Dağ-çöl ərazilərindən ibarətdir. Rayonda 439 göl var.
Kök və çubuq
Yerkökü və çubuq — ingilis dilində idiom. "Yerkökü və çubuq" ifadəsi arzu olunan davranışa sövq etmək üçün mükafat və cəza birləşməsinin istifadəsi üçün metaforadır. Yaxşı davranışı mükafatlandırma, pis davranışı da cəzalandırma mənasına gəlir. İfadə ilk dəfə The Economist jurnalının 11 dekabr 1948-ci il buraxılışında istifadə edilmişdir. İdiom həm də qarşısında kök asaraq eşşəyi gəzdirmək mənasını verir. Siyasətdə "Yerkökü və çubuq" bəzən realist yumşaq və sərt güc anlayışına istinad edir. Bu kontekstdə yerkökü xalqlar arasında iqtisadi və ya diplomatik yardım vədi, çubuq isə hərbi əməliyyat təhlükəsi ola bilər.
Kök-monçaq dili
Kök-monçaq dili — türk dillərinin Sayan qrupuna aid dil. Tıva, Tofalar, Soyot-tuka və Sengel dilləri ilə yaxın qohumdur. Bəzən Tıva və ya Sengel dillərinin qərb dialeki hesab edilir. Monqolustanda və Çində danışılır. 1995-ci ildə 200 nəfər danışırdı.
Canlı Tereza (film, 1939)
Canlı Tereza (it. La Vispa Tereza) — 1939-ci ildə Roberto Rossellini tərəfindən çəkilmiş qısametrajlı dramatik filmdir. Canlı Tereza — Internet Movie Database saytında.
Canlı naxışlar (film, 1987)
Viktor Şagjapoviç Kök-ool
Viktor Şagjapoviç Kök-ool (tuvaca: Көк-оол, Виктор Шогжапович, 1 mart 1906, Torqalıq[d] – 20 fevral 1980, Kızıl, Tuva MSSR) – tuvalılar arasında məşhur olan dramaturq, rejissor, Tuva ədəbiyyatının öndə gedən yazıçılarından biri. Rusiya Sovet Sosialist Federasiyasının məşhur sənətkalarından biri olmuşdur. Viktor Kök-ool 1 mart 1906-cı ildə Övür bölgəsinin Torqalıq adlı məntəqəsində anadan olmuşdur. Yazını özü öyrənmiş, daha sonra Moskvada Şərq Millətləri Kommunistlik Universitetində, A. Lunaçarski Dövlət Teatr Sənət İnistitutunu bitirmişdir. 1925-ci ildən sonra Milli Təhsil və Mədəniyyət, 1938-ci ildən sonra Tuva Sənət Teatr Studiosunun rəhbərliyini etmiş, müdir, rejissor və sənətçi olaraq işləmişdir. Ədəbi fəaliyyətə 1934-cü ildə başlamışdır. "Çurttu utpaalınar", "Çalış-Haya" adlı ilk pyesləri 1935-ci ildə səhnəyə qoyulmuşdur. 1936-cı ildə "Haylraan bot", "Manı-Kara" adı pyeslərini yazmışdır. "Sambajık" teatr əsərini 1942–1943-cü illərdə yazmışdır. Bir çox mahnının bəstələrini etmişdir.
Yonca kök yumrusu uzunburunu
Yonca kök yumrusu uzunburunu (lat. Sitona Longulus) — Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinin Uzunburun böcəklər fəsiləsinə aid olan növ. 3–6 mm uzunluqdadır. Qısa, yoğun xortuma malikdir. Böcəyi uzunsov ovalvarıdır. Əksər hallarda bədənləri kül rəngindədir. Yumurtası ovalvarı olub, açıq sarı rənglidir. Uzunluğu 0,4 mm, eni təxminən 0,3 mm-dir. Sürfəsi ağ və ya çirkli-ağ rəngdə olub. Başı qonurdur.