ƏZBƏRDƏN
ƏZƏLƏ
OBASTAN VİKİ
Əzəl Sultanov
Sultanov Əzəl Cəfər oğlu (1905, Nuxa)— geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan EA akademiki, tanınmış Sultanovlar nəslinin nümayəndəsi. Sultanov Əzəl Cəfər oğlu Azərbaycanın Şəki şəhərində anadan olmuşdur. 1930-cu ildə mühəndis-geoloq ixtisası üzrə Azərbaycan Politexnik İnstitutunu (indiki ADNSU) bitirmişdir. 1934-cü ildə Azərbaycanın geoloji bürosuna rəis təyin edilmiş, Moskva Neft İnstitutunun aspiranturasına qəbul olunmuşdur. 1939-cu ildə "Naftalanın akçaqıl çöküntülərinin litologiyası" mövzusunda namizədlik, 1944-cü ildə isə "Azərbaycanın məhsuldar qatının litologiyası" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. O, akçaqılın əmələ gəlməsini dərinlik hərəkətləri intensivliyinin artması ilə əlaqələndirmişdir. 1945-1948-ci illərdə Geologiya İnstitutunun (indiki Geologiya və Geofizika İnstitutu) direktoru, 1952-1956-cı illərdə Azərbaycan Dövlət Universitetinin elm üzrə prorektoru və "Çökmə süxurların petroqrafiyası" kafedrasının müdiri, 1954-1955-ci illərdə Azərbaycan SSR EA Rəyasət Heyəti yanında Məhsuldar qüvvələri öyrənən Şuranın sədri, 1958-1970-ci illərdə yenidən Geologiya İnstitutunun direktoru vəzifələrində işləmişdir. 1958-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1959-cu ildə həqiqi üzvü seçilmişdir. 1930-cu ildə mühən­dis-geoloq ixti­sa­sı üzrə Azərbaycan Politexnik İnstitutunu bitirib. 1935-ci ildə Mos­kva Neft İnstitutunun aspi­ran­turasına daxil olub.
Əzəl çərşənbə
Novruzdan əvvəlki son 4 çərşənbəyə Azərbaycan mədəniyyətində xüsusi əhəmiyyət verilir. Ümumiyyətlə, Çərşənbə günlərində və xüsusilə son dörd Çərşənbə gecə vaxtı diqqətli olunması və təbiətə hörmətsizlik edilməməsi lazım olduğuna inanırlar. Çərşənbələr yazın gəlişindən xəbər verir. Novruza yaradılışın mərhələlərini işarələyən 4 ünsür (su, od, külək və torpaq) ilə əlaqədar müasir ənənələr daxildir. Etnoqraflar çərşənbələrə dörd ünsürün adının Azərbaycanda müasir dövrdə bir neçə şəxs tərəfindən qoyulmasını, nə Cənubi Azərbaycanın, nə də türk dünyasının digər bölgələrinin istər qədim, istərsə də müasir Novruz ənənələrində Novruz çərşənbələrinin dörd ünsürlə adlandırılması hallarının mövcud olmadığını əsaslandırırlar. Əvəzində isə türk dünyasında od, istilik, Günəş anlamını verən "cəmrə" anlayışı mövcuddur. Fevralın 20-də, yəni kiçik çillənın çıxdığı gün cəmrə havaya baxır, yəni hava isinir. Bundan bir həftə sonra, yəni fevralın 27-də cəmrə suya, martın 6-da isə torpağa baxır və Günəşin vasitəsilə havanın, suyun, torpağın isinməsi baş tutur. Tədqiqatçıların araşdırmalarına görə, qədimdən, Azərbaycanın müxtəlif regionlarında çərşənbələrə fərqli adlar verilib. Ən geniş yayılan ardıcıllıqlardan biri bu cürdür: 1) Yalançı çərşənbə; 2) Xəbərçi çərşənbə; 3) Ölü çərşənbəsi (və ya Qara çərşənbə, həmin gün qəbirlər ziyarət olunur); 4) İlaxır çərşənbə.
Əzəl
Ezel — 2009-cu ildən 2011-ci ilədək yayımlanan Türk istehsalı serial. Ssenarist Kərəm Dərənin 11 martda beyninə qan sızdığına görə teleserial 2 həftə yayımlanmamış, 12 apreldən etibarən yayımını davam etdirmişdir. Ezel teleserialı 2010-cu ildə ilk dəfə təqdim olunan İsmayıl Cem Televiziya Mükafatları müsabiqəsində 14 nominasiyadan 9-da mükafat qazanaraq böyük uğura imza atmışdır.
Sübhi Əzəl
Sübhi Əzəli (ing. Mírzá Yaḥyá Núrí; 1831, Tehran – 29 aprel 1912, Famaqusta) — Bəhailik dinin peyğəmbəri olaraq qəbul edilən Bəhaullahın qardaşı, Əzəliyyə təriqətinin qurucusu.
Dəri və əzələ hissiyatı
Dəri və əzələ hissiyyatı — insan orqanizmində qıcıqlar. Dəridə və eləcə də, selikli qişalarda - ağız boşluğunun, dilin, udlağın, üzərini örtən selikli qişalarda çoxlu miqdarda dəri reseptorları yerləşir. Bu reseptorlar vasitəsilə çox müxtəlif qıcıqlar: istilik, soyuq, ağırlıq, mexaniki təzyiq və s. qəbul edilir. Bu reseptorlar sayəsində əşyalara əl vurmaqla onların səthinin xarakteri, onun ümumi forması, hətta hansı materialdan ibarət olduğu müəyyən edilir. Həmin reseptorlarda əmələ gələn oyanmalar mərkəzəqaçan neyronların uzun çıxıntıları ilə beyin yarımkürələri qabığının mərkəzi şırımının arxasında yerləşən dəri hisiyyatı nahiyəsinə ötürülür və burada qıcıqlar analiz olunur. Kor adamlarda dəri hissiyyatı daha yaxşı inkişaf edərək xarici aləmin müxtəlif əşyalarını hiss etdikdə onlara çox kömək edir. Müxtəlif əmək proseslərinin həyata keçirilməsində insana daha çox kömək edən əl barmaqlarının uclarında daha yaxşı inkişaf etmiş dəri hissiyyatıdır. Dəri reseptorları insanı xarici zədələrdən qorumaqda da ona kömək edir. Əzələ hissiyatı reseptorları əzələlərin özündə və ya onların səthində yerləşir.
Dəri və əzələ hissiyyatı
Dəri və əzələ hissiyyatı — insan orqanizmində qıcıqlar. Dəridə və eləcə də, selikli qişalarda - ağız boşluğunun, dilin, udlağın, üzərini örtən selikli qişalarda çoxlu miqdarda dəri reseptorları yerləşir. Bu reseptorlar vasitəsilə çox müxtəlif qıcıqlar: istilik, soyuq, ağırlıq, mexaniki təzyiq və s. qəbul edilir. Bu reseptorlar sayəsində əşyalara əl vurmaqla onların səthinin xarakteri, onun ümumi forması, hətta hansı materialdan ibarət olduğu müəyyən edilir. Həmin reseptorlarda əmələ gələn oyanmalar mərkəzəqaçan neyronların uzun çıxıntıları ilə beyin yarımkürələri qabığının mərkəzi şırımının arxasında yerləşən dəri hisiyyatı nahiyəsinə ötürülür və burada qıcıqlar analiz olunur. Kor adamlarda dəri hissiyyatı daha yaxşı inkişaf edərək xarici aləmin müxtəlif əşyalarını hiss etdikdə onlara çox kömək edir. Müxtəlif əmək proseslərinin həyata keçirilməsində insana daha çox kömək edən əl barmaqlarının uclarında daha yaxşı inkişaf etmiş dəri hissiyyatıdır. Dəri reseptorları insanı xarici zədələrdən qorumaqda da ona kömək edir. Əzələ hissiyatı reseptorları əzələlərin özündə və ya onların səthində yerləşir.
Eninə zolaqlı əzələ
Eninəzolaqlı əzələ hüceyrələri, uzun və silindr şəklində hüceyrələrdir. Bir əzələ teli boyunca birdən çox nüvə mövcud olur. Əzələ hüceyrələrinin sərhədləri müəyyən deyil və sitokinez (sitoplazma bölünməsi) görülmür. Beynin idarəsində, iradi çalışırlar. Düz kassa nisbətlə daha sürətli sıxılırlar. Oynaq qıçlılardakı əzələlər bu tipdəndir. Eninəzolaqlı əzələ liflərində açıq və tünd bantlar, xüsusi zülalların fərqli nizamda sıralanmasından meydana gələr. Bu zülallar aktin (açıq) və miyozin (tünd) dir.
Eramızın əzəlində sui-qəsd (roman)
Kambalayabənzər əzələ
Kiçik bel əzələsi
Kiçik bel əzələsi (lat. Musculus psoas minor) çanağın daxili qrup əzələlərinə aid olub, Onurğa sütununun XII döş və I bel fəqərələrinin yan səthindən, fəqərələrarası diskdən başlanğıc götürərək qalça fassiyasında tamamlanır.
Kiçik girdə əzələ
Kiçik girdə əzələ — Yuxarı ətraf əzələsi.
Kiçik sağrı əzələsi
Kiçik sağrı əzələsi (lat. Musculus gluteus minimus) — çanağın xarici qrup əzələlərindən olub, qalça sümüyündən başlayıb, bud sümüyünün böyük qabarcığına bağlanır. Kiçik sağrı əzələsinin yığılmasından bud bud-çanaq oyanağından açılır.
Köndələn çalovabənzər əzələ
Köndələn çalovabənzər əzələ (lat. musculus arytenoideus transversus) — qırtlaq əzələsi.
Kürəkaltı əzələ
Kürəkaltı əzələ (lat. musculus subscapularis) üçbucaq formalı böyük çiyin əzələsi olub, kürəküstü çuxurdan başlanır, bazu sümüyünün kiçik qabarına bağlanır. Rotator manjetinin 4 əzəsindən biri olan kürəkaltı əzələ həmin əzələlər içərisində ən böyüyü və ən güclüsüdür, belə ki, bu əzələ manjetin ümumi gücünün 50%-ni təşkil edir. Əsas funksiyası qolun daxilə rotasiyasını təmin etməkdir.
Məməyəbənzər əzələlər
Məməyəbənzər əzələlər (lat. musculus papillaris) mitral qapaq və üçtaylı qapağın yerdəyişməsini məhdudlaşdırma rolunu oynayır.
Orta sağrı əzələsi
Orta sağrı əzələsi (lat. Musculus gluteus medius) — çanağın xarici qrup əzələlərindən olub, qalça sümüyündən başlayıb, bud sümüyünün böyük qabarcığına bağlanır və böyük sağrı əzələsinin altında yerləşir. Orta sağrı əzələsinin yığılmasından bud bud-çanaq oyanağından açılır. Əzələnin ön lift dəsti ayrılıqda yığılaraq budu daxilə, arxa lift dəsti isə xaricə fırladır.
Plantaris əzələsi
Plantaris əzələsi — insanlarda proprioseptif funksiyalar üçün xüsusiləşmiş bir əzələdir. Xarici əzələlərdən biridir və qamış sinirinə birləşir. Heyvanlar tərəfindən əşyaları ayaqları ilə tutmaq və nəzarət etmək üçün istifadə olunur (meymunlar ayaqlarını əlləri qədər uğurlu şəkildə istifadə edə bilirlər) və əsas funksiyası budur, başqa hər hansı bir prosesə dəstək təmin etmir. Bu əzələ insanlarda da eynən mövcuddur, lakin funksiyasını itirdiyindən bədənin digər hissələrindən hər hansı birinin yenidən formalaşdırılmasında toxumaya ehtiyac olduğunda, həkimlər tərəfindən yerindən alınaraq istifadə edilirlər. İnsan bədəni üçün o qədər əhəmiyyətsiz və lazımsızdır ki, insanların 9%-ı buna sahib olmadan doğulur.
Qalxan-qırtlaq qapağı əzələsi
Qalxan-qırtlaq qapağı əzələsi (lat. musculus thyreoepigloticus) — qırtlaq əzələsi.
Qalxan-çalovabənzər əzələ
Qalxan-çalovabənzər əzələ (lat. musculus thyreoarytenoideus, m. thyreoarytenoideus externus —BNA) — qırtlağın daxili qrup əzələlərindən biri.
Qalça-bel əzələsi
Qalça-bel əzələsi (lat. musculus iliopsoas) daxili qrup çanaq əzələlərindən olub, böyük bel əzələsi və qalça əzələsinə aid əzələ liflərinin birləşməsindən təşkil olunmuşdur.
Qalça əzələsi
Qalça əzələsi (lat. musculus iliacus) daxili qrup çanaq əzələlərindən olub, qalça çuxurundan başlanğıc götürüb, bud sümüyünün kiçik troxanter çıxıntısına bağlanır.
Qulaq pərdəsini gərginləşdirən əzələ
Qulaq pərdəsini gərginləşdirən əzələ (lat. m. tensor tympani) — eyni adlı yarımkanalda yerləşərək həmin kanalın divarından və yevstax borusunun qığırdağından başlayır və çəkic sümükcüyünün dəstəsinə bağlanır; vəzifəsi çəkicin dəstəsini dartmaqla qulaq pərdəsini gərginləşdirməkdir.
Əzəli Əssumani
Əzəli Əssumani (ərəb. غزالي عثماني‎; fr. Azali Assoumani; 1 yanvar 1959, Mitsudje[d], Qrand Komor) — 2016-cı ildən etibarən vəzifədə olan Komorların hazırkı Prezidenti. 15 may 2016-cı ildə Konstitusiya Məhkəməsi tərəfindən 2016-cı il prezident seçkilərində Prezident İkililu Duaninin xələfi olaraq qalib elan edildi. Əzəli 1959-cu ildə Qrand Komorun cənub-qərbində Mitsudje şəhərində anadan olub. 1999-cu ildə hökuməti devirərək iyirmi illik hərbi karyerasında ən böyük nailiyyətini qazandı. 1977–1980-ci illərdə Mərakeşdə Kral Hərbi Akademiyasında təhsil almış və paraşütçü ixtisasına yiyələnmişdir. Komorlara qayıtdıqdan sonra Komor adaları Silahlı Qüvvələrinə qatıldı. Abdullanın vəfatı və muzdlu döyüşçülərin 1989–1990-cı illərdə ölkədən getməsindən sonra mayor Əzəli Komor adaları Silahlı Qüvvələrində baş zabit oldu. 1996-cı ildə fransız hərbi akademiyalarının birində təhsil aldı, Milli İnkişaf Ordusunun polkovniki və Baş qərargah rəisi vəzifəsinə yüksəldi.
Hamar əzələlər
Hamar əzələlər — qeyri-ixtiyari zolaqsız əzələlər. Sarkomerləri olmadığı və buna görə də zolaqları olmadığı üçün belə adlandırılmışdır. İki alt qrupa bölünür: təkkomponentli və çoxkomponentli hamar əzələlər. Təkkomponentli əzələdə hamar əzələ hüceyrələrinin bütün dəstəsi və ya təbəqəsi sinsitium kimi daralır. Hamar əzələ mədə, bağırsaq, sidik kisəsi və uşaqlıq da daxil olmaqla içi boş orqanların divarlarında olur; qan və limfa damarları kimi keçidlərin divarlarında, həmçinin tənəffüs, sidik və reproduktiv sistemlərin yollarında. == Strukturu == === Ümumi anatomiyası === Hamar əzələlər iki növə bölünür: təkkomponentli hamar əzələlər (visseral) və çoxkomponentli hamar əzələlər. Hamar əzələlərin əksəriyyəti çoxkomponentli növə aiddir və əksər daxili orqanların divarlarında yerləşir; qan damarlarını (böyük elastik arteriyalar istisna olmaqla), sidik yollarını və həzm sistemini əhatə edirlər. Ürəkdə hamar əzələlər yoxdur. Fəaliyyət potensialı hüceyrələr arasında çoxlu boşluq qovşaqlarının olması səbəbindən qonşu əzələ hüceyrələri vasitəsilə yayıla bilər. Bu xüsusiyyətə görə, ayrı-ayrı bağlamalar koordinasiyalı şəkildə büzülərək bütün əzələnin daralmasına və ya genişlənməsinə səbəb olan bir sinsitium meydana gətirir (məs.
Vastus lateralis əzələsi
Vastus lateralis əzələsi (/ˈvæstəs ˌlætəˈreɪlɪs, ˈræ-/) və ya vastus externus — budun anterolateral hissəsində yerləşən səthi və palpasiya olunan bir əzələ. Hər bir alt əzada (ayaqda) olduğu üçün bir cüt əzələdir. Quadriseps qrupunun digər əzələləri ilə birlikdə diz oynağını uzatmağa, aşağı ayağı irəli aparmağa xidmət edir. Bud sümüyünə bağlanmış bir sıra düz, geniş vətərlərdən əmələ gəlir və diz qapağının üst kənarında olur. Vastus lateralis əzələsi virelessus lateralis, vastus medialis, vastus intermedius və rectus femoris ilə birlikdə insan vücudunda dördbucaqlı adlanan ən güclü əzələni əmələ gətirir. Vastus lateralis isə dördün ən böyüyüdür. Vastus lateralis, 7 aydan az olan və yeriyə bilməyən, əzələ tonusunun itməsi olan körpələrdə əzələdaxili inyeksiya üçün tövsiyə edilən yerdir. Bu əzələ daha böyük trokanterin alt hissəsindən və intertrokanterik xəttin yuxarı hissəsindən əmələ gəlir və bütün sümüyün xarici səthində aşağıya doğru hərəkət edir. Lifləri maili olaraq xaricə düzülmüşdür və uzanmalarının 3/4 hissəsi ərzində daha çox trokanterdən qaynaqlanan aponevroz adlanan lifli kollagen membrana möhkəm yapışdırılır. Vastus lateralis əzələsi diz qapağının arxasında bir qüvvə yaratdığından, büküldükdə, onun stabilliyində iştirak edir.
Plantar əzələ
Plantar əzələ — arxa baldır əzələsi. İncə əzələli qarın və uzun nazik vətərdən ibarətdir. Axilles vətəri qədər qalın olmasa da, plantar vətər (uzunluğu 30-45 sm (12-18 düym) arasındadır) insan bədənindəki ən uzun vətərdir. Vətər istisna olmaqla, plantar əzələ təxminən 5-10 sm (2.0-3.9 düym) uzunluğundadır və əhalinin 8-12% -ində yoxdur. Baldırın ikibaşlı əzələsi və soleus əzələləri ilə birlikdə ayağın arxa hissəsindəki plantar bükmələrdən biridir. İnsan əcdadları ağaca dırmaşmaqdan dik yeriməyə keçdikdə plantar əzələnin əhəmiyyətsiz bir əzələyə çevrildiyi düşünülür və anatomik cəhətdən müasir insanlarda o, ilk növbədə baldırın ikibaşlı əzələsi vasitəsilə hərəkət edir. Plantar əzələsi bud sümüyünün lateral suprakondilar silsiləsinin aşağı hissəsi, baldırın ikibaşlı əzələsinin yan hissəsinin mənşəyindən bir qədər yuxarı hissədə olur. O, diz oynağının arxasından inferomedial istiqamətdə keçir və distal olaraq Axilles vətərinə yapışaraq vətəri olur. Bəzən daban sümüyününün orta hissəsinə ayrıca bağlanır. Plantar əzələ oma kələfindəki oturaq sinirin bir qolu olan qamış siniri tərəfindən innervasiya olunur.
Pilləkanvarı əzələ sindromu
Pilləkanvarı əzələ sindromu (ing. scalenus syndrome, ing. thoracic outlet syndrome) – körpücükaltı arteriya və çiyin kötüyünün aşağı şaxələrinin ön pilləkanvarı əzələlər arasında sıxılması, yuxarı ətrafda damar və hissiyyat pozğunluqlarının yaranması.

Значение слова в других словарях