TAĞ
TAĞ
OBASTAN VİKİ
Tağ
Tağ — memarlıqda divarlarda pəncərə və qapı yerlərinin, yaxud iki dayaq (sütun, dirək və s.) arasındakı boşluğun üstünü örtmək üçün əyrixətli örtük konstruksiyası. Yarımdairə, çatma, nalvarı və s. formalarda olur. Daşdan hörülür və ya metal, ağac və dəmir-betondan hazırlanır. Tağ, əsasən, sıxılmaya işləyir və üzərinə düşən şaquli yükləri dayaq, kontrfors və dartqılara (iki dayağa söykənən və dartılmaya işləyən millərə) ötürür. Tağdan binalarda örtüklərin, körpülərdə aşırımların yüksaxlayan elementi kimi istifadə edilir. Konstruktiv sisteminə görə tağ şarnirsiz (oynaqsız) və iki-üç şarnirli (oynaqlı) olur. Layihələndirilmə zamanı tağın əyriliyi, oxları elə götürülür ki, daimi yük altında (tağın öz çəkisi, ona söykənən örtüyün, damın və s. ağırlığı) tağda ancaq sıxıcı qüvvə yaransın. Bu halda onun en kəsiyinin ən az ölçüsü alınır.
Mərmər tağ
Mərmər tağ (ing. Marble Arch) — Oksford Stritin qərb ucunda, Hayd parkının girişində yerləşən, Zəfər tağı. Mərmər tağ memar Con Neş ərəfindən 1828 ci ildə Romadakı Konstantin tağı stilində ucaldılmışdır. Tağ xalis mərmərdən tikildiyindən belə də adlanır. Tağ daxili üç hücrə mövcuddur ki, bunlardan polist posları kimi istifadə olunmuşdur.
Tağ (beyin)
Tağ lat. fornix müxtəlif sinir liflərindən təşkil olunmuş qövsi zolaq şəklində törəmə olub döyənək cisim altında yerləşərək, məməciyəbənzər cismi dənizatıyanı qırışığı qırmağı ilə birləşdirir. O, lat. columna fornicis adlanan sütun vasitəsilə məməciyəbənzər cisimdən başlayaraq qövsi istiqamətdə görmə qabaraltından yuxarıya doğru qalxır və III mədəciyin ön-yan divarı ilə gedərək mədəciklərarası dəliyin önünə və beynin ön bitişməsinin aşağı səthinə çatır; burada döyənək cisim kötüyünün ön səthinə keçərək dogər tərəfdəkitağın eyni hissəsi ilə birləşir və tağ cismini lat. corpus fornicis əmələ gətirir. == İstinadlar == == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, III cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1982 Atlas of Human Cardiac Anatomy — Endoscopic views of beating hearts — Cardiac anatomy Р. Д. Синельников.
Tağ (termin)
Tağ (rus. свод, ing. arch) — en kəsiyi onlarla və ya yüzlərlə kilometrdən çox olan iri izometrik günbəzvari platforma strukturu; özülün tağvari qalxması.
Alan qapıları (tağ)
Alan qapıları (tağ) (inquş Ала́ной ков) — Qədim Alan sivilizasiyasının və onun nümayəndələrinin xatirəsinə qədim İnquş qülləsi memarlığı üslubunda inşa edilmiş İnquşetiya Respublikasının paytaxtı Maqas şəhərinin zəfər giriş qapıları.. == Tikilməsi == Monumental memarlıq quruluşu - "Alan Qapısı" tağlı tavanla bağlanan iki yan və bir mərkəzi qüllədən ibarətdir. Qüllələr hər metrdə 13 santimetr daralır. Qüllə binalarının hər iki tərəfində, ikinci mərtəbədən tağın üstünə gedən spiralvari bir pilləkən var. Burada şəhərə, Barışıq qülləsinə və Qafqaz dağlarının əzəmətli qulləsinə baxan müşahidə göyərtəsi var. Qüllələrin hündürlüyü 18 metrə çatır və bir qüllənin kənarından digərinin uzaq sərhədinə qədər olan qapının eni 24 metrdir. Tağın tavanlarının üstündə, Maqasın gerbi hər iki tərəfdəki divarlara hörülmüşdür. Tağın ön giriş tərəfində, qüllələrin dayaqlarının qarşısında heykəllər var. Hər qüllədə üç heykəl qoyulub. Yan tərəfində qədim İnquş döyüşçülərinin heykəlləri - ölkənin mühafizəçiləri və əsas qoruyucularının heykəlləri yerləşir.
Mərmər tağ (London)
Mərmər tağ (ing. Marble Arch) — Oksford Stritin qərb ucunda, Hayd parkının girişində yerləşən, Zəfər tağı. Mərmər tağ memar Con Neş ərəfindən 1828 ci ildə Romadakı Konstantin tağı stilində ucaldılmışdır. Tağ xalis mərmərdən tikildiyindən belə də adlanır. Tağ daxili üç hücrə mövcuddur ki, bunlardan polist posları kimi istifadə olunmuşdur.
Yelena Tağıyeva
Yelena Tağıyeva (Tağıyeva Yelena Nikolayevna; 14 may 1959, Donetsk, Rostov vilayəti) — AMEA-nın H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Paleocoğrafiya şöbəsinin müdiri, aparıcı elmi işçi, Coğrafiya elmləri doktoru. == Həyatı == Yelena Tağıyeva — 14 may 1959-cu il Russiya Rostov vilayətinin Donetsk şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirib. Azərbaycanın son pleystosendə və holosendə iqlimi və bitki örtüyü (spor-tozcuqların analizinə əsasən) mövzusunda dissertasiya müdafiə edərək coğrafiya elmlər namizədi adına layiq görülmüşdür. 2012-ci ildə "Kaynozoyda Azərbaycanın bitki örtüyü və iqliminin təkamülü" mövzusunda dissertasiya müdafiə edərək coğrafiya elmlər doktoru adına layiq görülmüşdür. Bakı Dövlət Universitetinin "Fiziki coğrafiya" kafedrasında fəailiyyət göstərib. Çapdan çıxmış elmi əsərlərinin sayı: 93 — xaricdə çıxmış elmi əsərlərinin sayı: 28 == Əsas elmi nailiyyətləri == Azərbaycan və Qafqazın bəzi hissələrinin paleocoğrafi materialları araşdırılmışdır. İlk dəfə olaraq Azərbaycan ərazisi üçün müasir bitkilərini əks etdirən spor-tozcuq spektrlərin subresent tərkibinin metodikası işlənib hazırlanışdır. Azərbaycan ərazisinin və Qafqazın bitki örtüyü və iqliminin tropik, subtropik, savanna və digər bitki tiplərinin dəyişmə qanunauyğunluqlarını aşkar etmiş muxtəlif dövrlər üçün iqlimin kəmiyyət göstəricilərini təyin etməklə istiləşmə və soyuqlaşma dövrlərini verə bilmişdir. Bir ç ox əsrlər üçün bitki örtüyü xəritəsini və iqlimin say göstəricilərinin dəyişməsi qrafikini tərtib etmişdir.
Zakir Tağıyev
Zakir Tağıyev — dövlət qeydiyyatına alınmayan Azərbaycan Hümmət Partiyası, Vətən Ocağı Partiyasının və Vətən Ocağı qəzetin təsisçisi, biznesmen. == Həyatı == Zakir Tağıyev Vətən Ocağı Partiyasının və eyniadlı qəzetin təsisçisidir. Biznesmen Zakir Tağıyev Azərbaycan-Ukrayna cəmiyyətinin sədri, "Təranə" Holdinqin prezidenti, "Təranə" futbol komandasının sahibi və sponsoru, ən sonda isə Azərbaycanda fəaliyyət göstərmiş Peşəkar Futbol Liqası (PFL) adlanan qurumun prezidenti olmuşdur. 1990-cı illərdə siyasi səhnədə olduğu kimi biznes sahəsində də özünü göstərən Z.Tağıyev həmin illərdə "Milyoner Zakir" ləqəbi qazanmışdı. Vətən Ocağı Partiyası 13 Fevral 1993-də Ana Vətən Partiyasına birləşmişdir. Lakin Ana Vətən Partiyasının Heydər Əliyevi dəstəkləməsi nəticəsində VOP-çular Ana Vətən Partiyasından istefa vermişdir. VOP-çular bundan sonra Azərbaycan Hümmət Partiyasını təsis etmişdir.1993-cü il Azərbaycan Respublikası Prezidenti seçkilərində Azərbaycan Hümmət Partiyası prezidentliyə namizəd olaraq sədr Zakir Tağıyevi göstərmişdir. O, 1995-ci ildə siyasətdən getmişdir.
Zaur Tağızadə
Zaur Qubad oğlu Tağızadə (21 fevral 1979, SSRİ) — Azərbaycan futbolçusu. Mövqeyi yarımmüdafiəçi olub. Karyerası ərzində İslandiyanın Akranes, Estoniyanın Lelle, Flora Tallin və Azərbaycanın Kür-Nur Mingəçevir, Şəfa, MOİK, Neftçi klublarının və Azərbaycan milli futbol komandasının heyətində oynayıb. Millinin heyətində 40 oyuna çıxıb və 6 qol vurub. == Futbolçu karyerası == Zaur Tağızadə karyerasına 1994–1995 mövsümündə Kür-Nur Mingəçevir klubunda başlayıb. Burada 10 oyuna 4 qol vurub. 1997-ci ildə Estoniyanın Lelle klubuna keçən Zaur burada cəmi 6 oyun keçirib və 2 qol vurub. 1998-ci ildə İslandiyanın Akranes komandasının şərəfini qoruyub, 3 oyunda meydana çıxıb, 1 qol vurub. 1998–1999 mövsümündə ölkəyə qayıdan futbolçu Şəfanın formasını geyinib və 16 oyunda meydana çıxaraq 4 qol qol vurub. Tağızadə 1999-cu ildə yenidən ölkə xaricinə üz tutub və bu dəfə Estoniyanın Flora Tallin klubu ilə anlaşıb.
Zeynal Tağızadə
Tağızadə Zeynal Xuduş oğlu (1905, Şuşa-1975, Bakı) — dilçi, alim, filologiya elmləri doktoru (1968) pofessor (1968). == Həyatı == İbtidai təhsililnin "Nəşri-maarif" məktəbində almiş, bir müddət Şuşa Real Məktəbində oxumuş, Şuşa Müəllimlər Seminariyasının (1925) bitirmişdir. Həmin ildən pedaqoji fəaliyyətə başlayan gənc müəllim 1928-ci ildə Azərbaycan Dövlət Universitetinə daxil olmuş, 1932-ci ildən başlayaraq Bakının müxtəlif orta məktəblərində, ali həmkarlar məktəbində, fəhlə fakültəsində dil və ədəbiyyat dərsi demişdir. Zeynal Tağızadə 1945-ci ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedoqoji İnstitutunun aspiranturasına daxil olmuş, burda oxumaqla yanaşı, Azərbaycan dilçiliyi kafedrasında asstent, baş müəllim, dil-ədəbiyyat fakültəsində dekan müavini, aspirantura müdiri vəzifələrində çalışmışdır. XIX–XX əsrlərdə Azərbaycan nəsrində tabeli mürəkkəb cümləsinin inkişafı mövzusunda namizədlik disertasiyasi müdafiə edən (1949) genc alim 1950-ci ildə Azərbaycan dilçiliyi kafedrsında dosent vəzifəsinə keçmiş, sonra uzun müddət Azərbaycan dili kafedrasının müdiri olmuş, eyni zamanda Azərbaycan qiyabi Pedoqoji İnstitutunda, H. Zərdabi adina Kirovobad Pedaqoji İnstitutunda dilçilik kafedralarına rəhbərlik etmişdir. "Müasir Azərbaycan ədəbi dilində mürəkkəb cümlə" mövzusunda uğurla direktorluq dissertasiyası müdafiə edən (1968) alim son illərdə M. F. Axundov adına Azərbaycan Pedoqoji Dillər İnstitutunda eksperimental fonolaborotoriya elmi rəhbəri vəzifəsində çalışmışdır. Professor Moskva, Leninqrad, Kiyev, Daşkənd, Alma-Ata, Aşqabad, Kazan, Frunze, Tiflis, İrəvan kimi şəhərlərdə dilçilik problemlərinə həsr olunmuş SSRİ miqyaslı simpozium və konfranslarda iştirak etmiş dilçiliyin bu ali məclislərində çıxış etmişdir. Onun elmi və pedoqoji kadrların hazırlanmasında mühüm xidmətləri var. Görkəmli alimin respublika və Ümumittifaq mətbuatında əllidən artıq elmi məqaləsi, "Müasir Azərbaycan dilinin sintaksisi" (1960), "Müasir Azərbaycan dilində mürəkkəb cümlə (1961), "Müasir Azərbaycan dilində felin quruluşu" (1962) kitabları nəşr olunmuşdur. == Ailəsi == Zeynal Sayalı Hüseynəli qızı Hacıyeva ilə ailə qurmuşdu.
Zeynalabdin Tağıyev
Hacı Zeynalabdin Tağı oğlu Tağıyev (yanvar 1838, Bakı – 1 sentyabr 1924, Mərdəkan, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ) — Azərbaycan milyonçusu, mesenat, Rusiya imperiyasının Həqiqi Dövlət Müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin (Tağıyevin qızlar məktəbi) yaradıcısı. II və III dərəcəli laureatı. == Həyatı == === Erkən illəri === Hacı Zeynalabdin Tağıyev 1838-ci ildə (başqa mənbədə isə 1823-cü ildə) Bakıda kasıb başmaqçı Məşhədi Məhəmməd-Tağı Dostməhəmməd oğlunun ailəsində anadan olmuşdur: o təxmini 1791-ci ildə, Miyanə mahalının məşhur Tikmədaş kəndində dünyaya gəlmiş, gənc yaşında Şamaxıya gələrək məskunlaşmış, yetkin dövründə Bakıya köçmüş, burada (Bilgəh kəndindən olan xanımla) evlənmişdir. Zeynalabidinin anası Ümmü-xanım onun 10 yaşı olanda vəfat edir. Özündən 3 yaş kiçik Əliqulu adlı qardaşı vardı. İkinci nikahdan atasının daha beş övladı dünyaya gəlir. Kiçik Zeynalabdin uşaqlıqdan təmkinli və zəhmətkeş idi. On yaşında atası onu bir bənnanın yanına usta köməkçisi işinə qoyur. 12 yaşına çatanda o artıq daş yonurdu, 15 yaşında ikən bənnalıq etməyə başlamışdı. Bir müddətdən sonra Tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayır.
Zirəddin Tağıyev
Zirəddin Məmmədtağı oğlu Tağıyev — Bakı Bələdiyyə Teatrının aktyoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi. == Həyatı == Zirəddin Məmmədtağı oğlu Tağıyev 8 may 1943-cü ildə Gəncə şəhərində anadan olmuşdur. 1959-cu ildə Gəncə teatrında Ələddin Abbasovun rejisorluğu ilə hazırlanmış "Dəli Kür" tamaşasına baxdıqdan sonra, teatra marağı yaranmış və teatra olan həvəsi onu on yeddi yaşında Bakıya gətirir. 1960-cı ildə M.A. Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki ADMİU) Dram və Kino aktyorluğu fakültəsinə daxil olur. Azərbaycan Dövlət Teatr İnstitutunu bitirdikdən sonra M. Qorki adına Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına göndərilir və 4-5 ay müddətində teatrın qəhrəmanı olur. == Fəaliyyəti == Adil İsgəndərovun səhnələşdirdiyi "İki qardaş" lirik əsərində 80 yaşlı qocanın rolunu məharətlə canlandırır. 1971-ci ildə Adil İsgəndərov onu C.Cabbarlı "Azərbaycanfilm" kinostudiyasına rejissor olmağa dəvət edir, bir müddət burada işlədikdən sonra təhsilini artırmaq üçün Moskvaya M. Qorki adına Kinostudiyasisına göndərilir. Kursu bitirdikdən sonra "Mozalan" kinojurnalında rejissor və aktyor kimi fəaliyyət göstərir. Bu müddətdə 100-dən artıq xarici film Azərbaycan dilinə çevrildi. 1991-ci ildə Gəncə Dram Teatrına qayıdır və teatr səhnəsində Rəşad Nuri Güntəkinin "Qondarma ər" əsərini tamaşaya qoyur.
Zəfər Tağı (Gəncə)
Zəfər tağı — Gəncə şəhərində, Heydər Əliyev Park-Kompleksinin girişində yerləşən memarlıq abidəsi. Zəfər tağı 15 iyun - "Azərbaycan xalqının milli qurtuluş günü"nün rəmzi olaraq ucaldılıb. == Memarlıq quruluşu == Eni 20, uzunluğu 50, hündürlüyü isə 38 metr olan Zəfər tağının, ətrafı seyr etmək üçün 30 metr hündürlüyündə meydançası var. Tağın mərkəzi keçid hissəsinin hündürlüyü 28 m, eni isə 18 metrə bərabərdir. Sütunların hündürlüyü 18, diametri isə 1,2 metrdir. Zəfər tağında restoran, muzey və üst mərtəbədə seyrəngah fəaliyyət görtərir. Yeddi mərtəbəli Zəfər tağında iki ədəd lift quraşdırılıb. Pilləkən qəfəsələrinin sayı 2 ədəddir. Zəfər muzeyi 630 kv.m, Zəfər kafesi 420 kv.m və baxış terrası 420 kv.m ərazini əhatə edir. Tağ 1100 kvadrat metr sahəni əhatə edir və hündürlüyünə və istifadəliliyinə görə dünyadakı Zəfər Tağlarının dördüncüsü hesab edilir.
Zəfər tağı
Zəfər tağı — böyük təntənəni əks etdirən arxitektura abidəsi. Zəfər Tağı şəhərə girişdə, küçənin sonunda, körpü başlanğıcında, böyük küçələrdə qaliblər şərəfinə və ya hansısa bir vacib hadisə şərəfinə ucaldılır. Zəfər tağları qədim Roma memarlığının ən təsirli və fərqləndirici növlərindən biridir. Bəzi ölkələrdə, kral xatirəsi üçün də Zəfər Tağı tikilir. Məsələn, Paris Zəfər tağı.
Zəfər tağı (Paris)
Zəfər tağı (fr. Arc de triomphe de l'Étoile) — Fransanın paytaxtı Parisdə yerləşən tarixi abidə. Şarl de Qoll meydanının (və ya Etual meydanı) ortasında, Yelisey çöllərinin qərbində yerləşir. Uzunluğu 44,82, eni 22, hündürlüyü 49,54 metrdir. Tağ iki — şərq və qərb fasadlarından ibarətdir. Qövs şəkilli yuxarı hissəsində (bilavasitə damının altında) üzərində Napoleon Bonapartın zəfər yürüşlərinin adları həkk olunmuş otuz qalxan yerləşir. Qalxanlardan bir qədər aşağıda memarlar Fransua Rüd, Brun, Jorj Jake, Lait, Lui-Denis Kayluet və Bernar Syurra məxsus şərq fasadının üzərində fransız qoşunlarının yürüş səhnələri, qərb fasadında isə fransız qoşunlarının yürüşlərdən dönüş səhnələrinə aid dairəvi miniatür heykəl ansamblı yerləşir. Şərq fasadının sol tərəfində aşağıda Napoleonun zəfərinə, 1810-cu il sülhünə, yuxarıda 1759-cu ildə türk qoşunları üzərindəki qələbəyə — Əbukir döyüşünə, sol tərəfdə aşağıda Marselyeza və 1792-ci il könüllülərinə, yuxarıda 1795-ci ildə Avstriya ilə müharibənin qalibi general Marsonun ölümünə, sağ yan tərəfinin yuxarısında Austerlis döyüşünə həsr olunmuş barelyeflər yerləşmişdir. Tağın yan tərəfindəki girişlərinin divarlarında İmperator ordusunun zabitlərinin adları həkk olunmuşdur. Tağın üst platformasından Yelisey çöllərinin üzərindən Parisin Defens rayonunadək şəhərin panoramasını seyr etmək mümkündür.
Zəfər tağı (Pxenyan)
Zəfər tağı (kor. 개선문) Şimali Koreyanın paytaxtı, Pxenyanda yerləşir. Abidə 1925–1945-ci illər aralığında Yaponiya hücumlarına qarşı Koreya müqavimətini təcəssüm edir. Bu, Mexiko şəhərində yerləşən Monumento a la Revolusion adlanan zəfər tağıdan sonra dünyanın ikinci ən hündür zəfər tağı hesab olunur. İnşası 1982-ci ildə başlamış və prezident Kim İr Senin Koreyanın müstəqilliyi uğrunda göstərdiyi hərbi roluna görə tikilmişdir. Abidənin açılışı isə onun 70 illiyinin qeyd olunduğu günə təsadüf etmişdir. == Dizayn == Abidənin struturu Parisdə yerləşən zəfər tağıdan götürülmüş lakin ondan 10 metr (33 ft) daha uzun inşa edilmişdir. Abidə bir çox otaqlardan, müşahidə platformalarından və liftlərdən ibarətdir. Həmçinin burada 4 qübbəli darvazalar var ki, bunlarında hər biri 27 m (89 ft) hündürlükdədir və üzərilərinə azaliya həkk edilmişdir. Abidənin üzərinə inqilabi himn hesab olunan "General Kim İr Senin musiqisi" və həmçinin Koreyanın azadlıq tarixi hesab edilən 1945 yazısı həkk edilmişdir.
Zəfər tağı (roman)
Zəfər tağı (alm. Arc de Triomphe‎) — Erix Mariya Remark tərəfindən 1945-ci ildə ABŞ-də dərc edilmiş roman. Almaniyada 1946-cı ildə dərc edilmişdir. Əsərin baş qəhrəmanı Joanın (qadın obrazı) prototipi, Remarkın uzun illər sevdiyi və Parisdə birlikdə yaşadığı Marlin Ditrixdən götürülmüşdür. == Süjet == Hadisələr 1938-39-cu illərdə Fransada cərəyan edir. Cərrah Ravik I Dünya Müharibəsinin iştirakçısıdır. O, II Dünya Müharibəsi ərəfəsində gestaponun əlindən canını qurtararaq Fransaya qaçır, və orada bir müddət peşəsi ilə məşğul olur. İtalyan aktrisası Joan Maduya aşiq olur, bir müddət onunla yaşayır...
Zərəngiz Tağızadə
Zərəngiz Əliqulu qızı Tağızadə (16 mart 1927, Bakı – 14 oktyabr 2005) — Azərbaycanın Əməkdar həkimi, tibb elmləri doktoru, professor. == Həyatı == Zərəngiz Tağızadə 1927-ci ilin mart ayının 16-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuş, 1933-cü ildə Bakı şəhərinə yüksək təlimi ilə seçilən 156 saylı orta məktəbə daxil olaraq 1943-cü ildə oranı fərqlənmə attestatı ilə bitirmişdir. Qəlbində həkim olmaq istəyi Zərəngiz xanımı tibb instituna gətirmiş və qəbul imtahanlarını müvəfəqiyyətlə verərək N. Nərimanov adına Azərbayjan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. Çalışqanlığı və ciddiliyi ilə digər tələbələrdən seçilən Zərəngiz xanım təhsil aldığı illəridə böyük uğurlar qazanmışdır. Bütün imtahanlardan yanlız əla qiymətlər alan Zərəngiz xanım dövrünün ən yüksək təqaüdü olan və çox az miqdar tələbəyə nəsib olan Stalin təqaüdünə laiq görülmüşdür. Ciddi olmaqla yanaşı təşkilatçılıq qabiliyyətini nəzərə alaraq fakültə Komsomol Komitəsinin katibi seçilmişlər. Hələ tələbə ikən elmi işlərə böyük maraq göstərən və tələbə elmi cəmiyyətinin fəal üzvü olan Zərəngiz xanım professor M. Mirqasımovun rəhbərliyi altında "Serroz iltihabın" araşdırmasına dair eksperimentlər aparmış və almış olduğu nəticələr haqqında elmi konfranslarda maraqlı məruzələr etmişdir. 1948-ci ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra onu Tibb İnstitutunda professor Emin Əfəndiyevin rəhbərlik etdiyi "Daxili Xəstəliklərin Propedevtikası" kafedrasında ordinatoraya qəbul etmişlər. 1952–55-ci illərdə həmin kafedrada baş laborant vəzifəsində işləmiş, 1955-ci ildə isə elmi işlərini davam etdirmək məqsədilə aspiranturaya daxil olmuş və görkəmli kardioloq, akademik Cahangir Abdullayevin rəhbərliyi altında elmi tədqiqat işlərinə başlamışdır. 4 il müddətində gərgin əməyi öz bəhrəsini vermişdir.
İbn Tağrıberdi
Əbül-Mühsin ibn Tağrıberdi və ya (İbn Tanqri) (d. 813/1411 – ö. 874/1469) — Əl-Məgrizidən sonra məmlük dövrünün ikinci ən sanballı tarixçisi hesab olunur. == Həyatı == Həyatı barədə, onun özü barədə əsərlərində dedikləri azsaylı məlumatlardan məlumdur.
İbrahim Tağıyev
Tağıyev İbrahim Tağı oğlu (1894 – 1937) — Azərbaycan-sovet partiya və dövlət xadimi. == Həyatı və fəaliyyəti == 1894-cü ildə anadan olub. 1917-ci ilin fevral ayından Hümmət partiyasının üzvü olub. 1919-cu ilin aprelində Rusiya Kommunist (bolşevik) Partiyasının üzvü olub. 1919-cu ildə]] Tiflisdə təşviqatçılıq fəaliyyəti göstərib. 1920-ci ildə Azərbaycan SSR-in Tovuz qəza şurası İcraiyyə Komitəsinin sədri olub. Azərbaycan KP (B) Nuxanın qəza, Naxçıvanın vilayət komitəsinin, Gəncənin dairə komitəsinin məsul katibi olub. O həm də ZSFSR-in MİK-in katibi, ÜİK(B)P-nin Zaqafqaziya diyarə komitəsinin Derevenski şöbəsinin müdiri, Zaqafqaziya diyar komitəsinin Təşkilati şöbəsinin müdiri vəzifəsini icra edib. 1934-cü ildə Gəncə rayon komitəsinin 1-ci katibi, 1937-ci ilin sentyabrında isə Bakı şəhər şurasının sədr müavini olub. 27 yanvar 1936-cı ildə "Lenin" ordeni ilə təltif edilib.
İmam Tağı
Məhəmməd ibn Əli ət-Təqi (İmam Cavad, İmam Təqi; 12 aprel 811, Mədinə, Hicaz, Abbasilər xilafəti – 25 noyabr 835, Kazımiyyə[d], Bağdad, Abbasilər xilafəti) — == Uydurulmuş hədislərə qarşı İmam Cavad (ə)-dan cavab == Yəhya ibn Əqsəm, İmam Cavad (əs)-a belə sual etdi: "Rəvayət edildiyinə görə bir gün Cəbrail (ə.s) Peyğəmbərin (s) hüzuruna gələrək belə buyurur: — "Ey Muhəmməd! ALLAH sənə salam göndərir və belə buyurur: "Mən Əbu Bəkrdən razıyam, görəsən o da məndən razıdırmı? Bu rəvayət haqqındakı görüşünüz nədir?" İmam Cəvad (ə.s) buyurur ki: "Bu xəbəri rəvayət edən kəs, Peyğəmbərin (s) vida həccindəki bu sözünü də xatırlamaq məcburiyyətindədir: "Mənim adımdan yalan söyləyənlər olduqca çoxalmışdır, məndən sonra da çox olacaqdır. Hər kəs mənim adımdan bilərəkdən yalan söyləyərsə yeri cəhənnəm atəşi olacaqdır." İmam Cəvad (ə.s) sözünə belə davam etdi: "(Əbu Bəkr haqqındakı) bu rəvayət Allahın kitabı ilə uyğun gəlməməkdədir. Çünki Allah (Qurani-Kərimdə) belə buyurur: "And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq!" [Qaf surəsi. 16]. Görəsən Əbu Bəkrin (ALLAHdan) razı olub olmadığı ALLAHa gizliydimi ki bunu Peyğəmbərindən soruşur?! Bu əqlən mümkünsüzdür." 2-Yəhya ibn Əqsəm belə sual edir: Rəvayət edilir ki: "Əbu Bəkr və Ömər yer üzündə, göydəki Cəbrail və Mikail kimidirlər." İmam Cəvad (ə.s) buyurur ki: "Bu hədisə də diqqət etmək lazımdır. Çünki Cəbrail və Mikail, ALLAH qatındakı iki müqərrəb mələkdirlər.
İmdad Tağıyev
İmdad Tağıyev (tam adı: İmdad Rövşən oğlu Tağıyev; 25 aprel 2002; Göygöl, Azərbaycan — 3 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İmdad Tağıyev 2002-ci il aprelin 25-də Göygöl rayonunun Mollacəlilli kəndində anadan olub. 2008-2019-cu illərdə Mollacəlilli kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == İmdad Tağıyev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan İmdad Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İmdad Tağıyev oktyabrın 3-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Göygöl rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İmdad Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
İsmayıl Tağıyev
İsmayıl Tağıyev (1865 – 1930) — sahibkar, Rusiya imperiyası II Dövlət Duması və Bakı Şəhər İctimai Özünüidarəsinin üzvü. == Həyatı == Hacı Zeynalabdin Tağıyevin oğlu idi. Bakı Realnı məktəbini 6-cı sinifdən tərk edib. Avropanı gəzib və neft sənayəsi texnologiyasının inkişafı ilə maraqlanıb. Kadetlərdən idi. Balakişi bəy Ərəblinskinin qızı Nurcahan Ərəblinskaya ilə evlənmişdi. 6 fevral 1907-ci ildə Duma üzvü olmuş amma heç getməmişdi. Haqqında əlavə məlumat yoxdur.
İsmayıl Tağıyev (polis)
İsmayıl Rəsul oğlu Tağıyev (29 mart 1977 – 26 noyabr 2015) — Azərbaycanın Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçısı, polis serjantı, Ağır Atletika üzrə İdman ustası, Azərbaycan və Avropa çempionu (2012, veteranlar arasında). == Həyatı == İsmayıl Rəsul oğlu Tağıyev 1977-ci il 29 mart tarixində anadan olmuşdur.Ailədə 4 uşaq 1 bacı 3 qardaş " İlham , Əlizamin , İsmayıl " idilər. Orta təhsilini anadan olduğu Lənkəran şəhərində 4 nömrəli məktəbdə Rus bölməsində almışdır. İsmayıl 1993-1997 illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasını və 2012-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirərək Hüquqşünaslıq ixtisasına yiyələnmişdir. İctimai asayişin təmin olunmasında , hüquq qaydalarının möhkəmləndirilməsində , cinayətkarlığa qarşı mübarizədə və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə dəfələrlə FƏXRİ FƏRMANLARLA və Azərbaycan Respublikası Prezidenti tərəfindən 2006-ci il 30 iyun tarixli 1545 nömrəli Sərəncamı ilə " İGİDLİYƏ GÖRƏ " medalı ilə , 27 iyun 2014-cü il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirinin əmri ilə "QÜSURSUZ XİDMƏTƏ GÖRƏ" medalı ilə və Azərbaycan Respublikasının Prezidentinin 2015-ci il 27 noyabr tarixli 1586 nömrəli Sərəncamı ilə "AZƏRBAYCAN BAYRAĞI " Ordeni ilə təltif edilmişdir. "Zirvə" İdman Klubunun ağır atleti idi , idman ustası , dəfələrlə Azərbaycan çempionu, beynəlxalq yarışların mükafatçısı , veteranlar arasında 2012-ci il Avropa çempionatının qızıl medalçısı idi. İsmayil Tağıyevin atası Tağıyev Rəsul Ələkbər oğlu Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında 30 il Polis Zabiti kimi xidmət etmiş və 2005-ci ildə vəfat etmişdir. Qardaşı Tağıyev İlham Rəsul oğlu Polis Kapitanıdır, 1996-cı ildən Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında xidmət edir. Abşeron rayonunun Xırdalan şəhərində yaşayırdı. Bir qızı (Məryəm), iki oğlu (İsa və Əliheydər) var.
Şahin Tağıyev
Şahin Tağıyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı (1992). Şahin Tağıyev (kiçik gizir) — kiçik gizir, Vətən müharibəsinin şəhidi.
Şahin Tağıyev (kiçik gizir)
Şahin Rəhim oğlu Tağıyev (3 iyul 2000, Qaradağlı, Goranboy rayonu – 20 oktyabr 2020, Füzuli rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şahin Tağıyev 2000-ci il iyulun 3-də Goranboy rayonunun Qaradağlı kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Şahin Tağıyev 2018-2020-ci illərdə Dövlət Sərhəd Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ildən isə "gizir" hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Şahin Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şahin Tağıyev oktyabrın 20-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Goranboy rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Tağıyev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Şahin Tağıyev (milli qəhrəman)
Şahin Talıb oğlu Tağıyev (3 fevral 1949, Tərtər rayonu) — Azərbaycanın Milli Qəhrəmanı (1992). Qarabağ müharibəsi zamanı xüsusi fəallıq göstərmişdir. == Həyatı == Şahin Tağıyev 3 fevral 1949-cu il Tərtər rayonunda doğulmuşdur. Bakı şəhərinin Bülbülə qəsəbəsindəki 208 saylı məktəbə getmiş və beşinci sinfə qədər burada təhsil almışdır. Yarımçıq qalmış təhsilini 12 saylı internat məktəbində davam etdirmişdir. Daha sonra Energetika texnikumuna daxil olur. 1969-cu ildə texnikumu bitirir və təyinatla Udmurt vilayətinə göndərilir. == Döyüşlərdə iştirakı == 1988-ci ildən milli azadlıq hərəkatının fəal iştirakçısı olub. Dağlıq Qarabağ münaqişəsinin başlanması ilə döyüşlərdə iştirak etməyə başlamış, Tərtər, Seysulan, Yarımca, Levonarx bölgələrindəki döyüşlərdə iştirak etmişdir. "Qurtuluş" batalyonunda vuruşan Şahin bir müddət sonra bu batalyonun komandiri təyin edilmişdir.
Şamxal Tağıyev
Tağıyev Şamxal Kərim oğlu (15 mart 1922, Beyləqan – 2007, Bakı) ― biologiya elmləri doktoru (1970), professor, AMEA-nın həqiqi üzvü (1989). == Həyatı == Şamxal Tağıyev 15 mart 1922-ci ildə Beyləqan rayonunun Şahsevən kəndində anadan olmuşdur. O, yeddiillik məktəbi bitirdikdən sonra 1938-1941-ci illərdə Bakı feldşer məktəbində təhsil almışdır. Həmin məktəbdə təhsilini başa vurduqdan sonra orduya çağırılmış və faşizmə qarşı müharibədə iştirak etmişdir. Ordudan tərxis edildikdən sonra bir müddət əmək fəaliyyəti ilə məşğul olan Şamxal Tağıyev 1948-ci ildə Bakı Dövlət Universitetində ali təhsilinə başlamışdır. O, biologiya fakültəsinə daxil olmuş, 1950-ci ildən təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirmişdir. 1953-cü ildə burada ali təhsilini başa vuraraq, həmin universitetin aspiranturasına qəbul olunmuşdur. Şamxal Tağıyev 1956-cı ildə biologiya elmləri üzrə fəlsəfə doktoru, 1970-ci ildə elmləri doktoru dissertasiyalarını müdafiə etmişdir. 1976-cı ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə həqiqi üzvü seçilmişdir. == Əsas elmi nailiyyətləri == Müxtəlif evolyusion pillədə duran orqanizmlərdə universal əlaqələr prinsipinin xüsusiyyətləri araşdırılmış.
Şamət Tağıyev
Şamət Qoşunəli oğlu Tağıyev (1974 – 31 mart 1994, Bakı) — Azərbaycanlı şəhid. == Həyatı == Tağıyev Şamət Qoşunəli oğlu 1974-cü ildə Gədəbəy rayonu, Miskinli kəndində anadan olub. 1992-ci ildə orta məktəbi bitirdikdən sonra Sumqayıt şəhərində Texnologiya texnikumuna daxil olub. == Hərbi xidməti == 1992-ci il oktyabr ayının 18-də Sumqayıt şəhər hərbi komisarlığından həqiqi hərbi xidmətə çağrılıb. Şamət Ağdam, Kəlbəcər, Ağdərə bölgələrində gedən döyüşlərin fəal iştirakçısı olub. Sıravi Tağıyev 1 fevral 1994-cü il tarixdə Ağdam rayonun Novruzlu kəndi uğrunda gedən döyüşdə tabur tərkibində erməni mövqeyinin arxasına kerçərək çoxlu sayda erməni quldurlarının məhv edilməsində fəallıq göstərmişdir. O, mühasirəyə düşmüş, lakin mühasirəni yarıb çıxmağa imkan tapmış, öz pulemyotu ilə xeyli erməni quldurunu məhv etmişdir. Tağıyevin son döyüşü elə Novruzlu kəndində olub. 29 mart 1994-cü ildə kənd uğrunda gedən döyüşdə yaralanıb. Təcili Bərdə rayon xəstəxanasına, ordan da Bakıya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Şövkət Tağıyeva
Şövkət Əzizağa qızı Tağıyeva (11 iyun 1926 — 11 iyun 2015) - Azərbaycanın tanınmış tarixçi-şərqşünas alimi, professoru,Şərqşünaslıq İnstitutunda Cənubi Azərbaycan tarixi şöbəsinin rəhbəri olub.Milli azadlıq hərəkatında, Müsavat Partiyasının bərpasında yaxından iştirak edib. Müsavat Partiyasının Məclis və Divan üzvü olub.Elmi fəaliyyətinə İranda, o cümlədən Güney Azərbaycanda Milli Azadlıq Hərəkatları tarixi üzrə tədqiqatlarla başlayıb, Moskvada namizədlik dissertasiyası müdafiə edib, bu sahədə 2 monoqrafiya və 50-dən çox məqaləsini Azərbaycanda, 16 məqaləsi Sovetlər Birliyi, Polşa, Türkiyə, Kanada və İranda çap edirib. == Həyatı == Elmi fəaliyyətə İranda, o sıradan, Güney Azərbaycanda milli azadlıq hərəkatları tarixi üzrə tədqiqatlarla başlamış, Moskvada namizədlik dissertasiyası müdafiə etmiş, bu sahədə 2 monoqrafiya və 50-dən çox məqalə respublikada, 16 məqalə Sovetlər Birliyi, Polşa, Türkiyə, Kanada və İranda çap etdirmişdir. Problemlə bağlı respublikada və xaricdə elmi konfrans və seminarlarda məruzə və çıxışlar etmişdir. Elmi fəaliyyətdə aparıçı istiqamətlərdən biri İranda aqrar münasibətlər problemidir. Problemlə bağlı 2 monoqrafiya, 12 məqalə və tezislər çap edilmiş, elmi toplantılarda çıxışlar edilmişdir. Bu sahədə axtarışlarını "XİX əsrin sonu və XX əsrin əvvəllərində İranda aqrar münasibətlər" adlı doktorluq disertasiyasında cəmləmiş və 1967-ci ildə Bakıda müdafiə etmişdir. Elmi yığıncaqlarda Güney Azərbaycanla bağlı fəaliyyəti aparıcı yer tutmuşdur. Respublikada və ondan kənarda Güneyazərbaycanşunaslıq elmi məktəbinin yaradıcısı kimi tanınır. 1976-1991-ci illərdə AMEA-nın Şərqşunaslıq İnstitutunda fəaliyyət göstərmiş, "Cənubi Azərbaycan tarixi şöbəsi" nin yaradıcısı və rəhbəri olmuş, bu sahədə elmlər namizədləri yetişdirmişdir.
Əbdürrəhman Tağıyev
Tağıyev Əbdürrəhman İsmayıl oğlu (1899, Bakı-1995, Türkiyə) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == Əbdürrəhman Tağıyev 1899-cu ildə Bakı şəhərində doğulmuşdu. Bakı gimnaziyasını bitirmişdi. 1920-1925-ci illərdə İstanbul Dəmiryol İnstitunun inşaat fakültəsində oxumudu. Hacı Zeynalabdin Tağıyevin nəvəsidir.

Значение слова в других словарях