abstrakt
Abşeron yarımadası
OBASTAN VİKİ
Abşeron
Abşeron rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Mərkəzi Xırdalan şəhəridir. == Tarixi == Abşeron rayonu 4 yanvar 1963-cü ildə təşkil olunmuşdur. Abşeron rayonu ötən illər ərzində Bakı və Sumqayıt şəhərlərinin inzibati ərazilərindəki kolxoz və sovxozlara, quşçuluq sənayesinə, aqrar sahəyə xidmət edən idarə və müəssisələrə, kənd tikinti və meliorasiya təşkilatlarına, aqrar istiqamətli elmi-tədqiqat institut və laboratoriyalarına yüksəkixtisaslı rəhbərliyi təmin etmək məqsədilə yaranmışdı. O həmçinin hər iki sənaye mərkəzinin kənd təsərrüfatı məhsullarına ehtiyacının daha dolğun ödənilməsinə xidmət etmək vəzifəsini həyata keçirmişdir. == Etimologiya == Sözün etimologiyası ilə müxtəlif fikirlər mövcuddur. Bəzi tədqiqatçılar "Abşeron" sözünün fars dilində — ab (su) və şoran (duzlu) sözündən əmələ gəldiyini bildirirlər. Mənası "Şor su" deməkdir. Bir çox alimlərin fikrincə isə "Abşeron" oğuz boylarından biri olan avşar və yaxud əfşar tayfa adı ilə bağlıdır. Bəzi mənbələrin məlumatına görə, Bakı şəhəri yaxınlığında, İrandan Dərbəndə gedən karvan yolunun üzərində əfşəran adlı yaşayış məntəqəsi olmuşdur.
Abşeron (otel)
"JW Marriott Absheron" — Azərbaycan Respublikasının paytaxtı olan Bakı şəhərində beşulduzlu otel. “JW Marriott”a məxsusdur. Köhnə “Abşeron” mehmanxanasının yerində tikilən yeni “JW Marriott Absheron” oteli dünya şöhrətli “Marriott International” şirkətinin Azərbaycan Respublikasındakı ilk otelidir. Bakıda beynəlxalq səviyyəli bu cür otellərin tikilməsi Azərbaycanda turizmin inkişafının istər yerli, istərsə də xarici şirkətlər üçün yaradılan əlverişli investisiya mühitinin bariz göstəricisidir. Otel öz tarixi “Abşeron” adını da saxlamışdır. Çünki 1980-ci illərdə burada “Abşeron” otelinin tikilməsi o dövr üçün böyük hadisə idi. Oteldə otaqların layihələndirilməsi və tərtibatı zamanı Azərbaycanın təbiəti, memarlıq abidələri, eləcə də Xəzər dənizinin elementləri öz əksini tapmışdır. Oteldə yüksək kateqoriyalı “Executive studio”, “Executive Deluxe”, “Executive Premier” və “President luxe” də daxil olmaqla ümumilikdə 243 geniş otaq vardır. Oteldə Şərq mətbəxinin təamlarının təklif edildiyi “Fireworks Oriental Kitchen”, İtaliya mətbəxinin nümunələri olan “OroNero Bar&Ristorante” restoranları, “Razzmatazz Cocktail&Lounge” barı və “Zest Lifestyle” kafesi vardır. Burada, həmçinin Azadlıq meydanı tərəfdən xüsusi girişi olan restoranlar, bar və kafe fəaliyyət göstərir.
Abşeron (qəzet)
Mehdiabad (Abşeron)
Mehdiabad — Azərbaycan Respublikasının Abşeron rayonunun Mehdiabad qəsəbə inzibati ərazi dairəsində qəsəbə. 1957-ci ildə Samur-Abşeron kanalının istismara buraxılması ilə əlaqədar Novxanı, Fatmayı və Digah kəndlərinin sahələrində Abşeron Üzümçülük sovxozlarının salınmasına qərar verilir və ora rəhbərlik etmək Səfər Səfərova tapşırılır. S.Səfərovun təşəbbüsü ilə sovxoz üçün yeni qəsəbələrin salınması qərara alınır və tezliklə ilk binalar tikilir. Qəsəbə partizan, Sovet ittifaqı qəhrəmanı Mehdi Hüseynzadənin şərəfinə Mehdiabad adlandırılır. == Tarixi == Mehdiabad Abşeronun yeni salınmış, lakin böyük qəsəbələrindən biridir. Mehdiabad qəsəbəsinin salınması sırf iqtisadi amillərlə bağlı olub. Abşeron yarımadasında kənd təsərrüfatını, xüsusilə üzümçülüyü inkişaf etdirmək məqsədilə bu ərazidə 1956-cı ildə sovxoz yaradılıb. 1958-ci ildə ilk yaşayış evləri tikilib. Qəsəbədə əsasən Azərbaycanın müxtəlif bölgələrindən olan, xüsusilə 1949–1950-ci illərdə Qərbi Azərbaycan torpaqlarından deportasiya edilmiş insanlar məskunlaşıb. Ərazisi 1957 hektar, əhalisi isə 11624 nəfərdir.
Məmmədli (Abşeron)
Məmmədli, Məhəmmədi — Azərbaycan Respublikasının Abşeron rayonunun Məmmədli kənd inzibati ərazi dairəsində kənd. Kənd dəniz səviyyəsindən 29 metr yüksəklikdə, Xırdalan şəhərindən 17, Bakıdan 21 km məsafədə yerləşir. Ən yaxın dəmir yolu stansiyası Qışlıdır. Qəsəbənin adı XIX əsrin sonunda bu ərazidə qışlaq salmış Muğanlı tayfasının adından götürülüb. Abşeronun bəzi digər kəndləri kimi Məhəmmədli də qəsr-qala ətrafında formalaşmışdır. Zaman keçdikcə Azərbaycanın başqa yerlərindən gələnlərin hesabına yaşayış məskəni genişlənib. Onlar burda ayrı-ayrı məhəllələr yaradırdılar. Bu məhlələr Cənubi Azərbaycanın Qaradağlı (Əhər), Qədimədili, Şahsevən (Muğan), Ənnədili, Tat və s. idi. 1886-cı il ailə siyahıya alınmasının materiallarına görə, kəndin əhalisi 997 nəfər olmuş, dini mənsubiyyətə görə isə şiə müsəlmanlar idilər.
Qobustan (Abşeron)
Qobustan — Azərbaycan Respublikasının Abşeron rayonunun Pirəkəşkül kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Abşeron rayonunun faktiki mövcud olan Qobustan kəndi dəqiqləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş və Pirəkəşkül kənd Sovetinin tərkibinə verilmişdir. Qobustan kəndinin ərazisində 2024-cü il iyun ayının 13-də rəsmi açılışı olan Palçıq Vulkanları Turizm Kompleksi yerləşir.
Saray (Abşeron)
Saray — Azərbaycan Respublikasının Abşeron rayonunun Saray qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Abşeron rayonun qədim və böyük yaşayış məntəqələrindən biri olan Saray qəsəbənin ərazisi 3398 hektardır .Saray qəsəbəsinin tarixi IX əsrlərə aiddir. Belə ki, Saray sözü «Karvan Sara» sözündən yaranmışdır. Hələ bizim eradan əvvəl Böyük İpək yolunun keçdiyi yollardan biri qəsəbəsinin cənub tərəfində köhnə Saray kəndi adlanan ərazidən keçirmiş. Burada Karvan dayanıb istirahət etdikdən sonra yoluna davam edərmiş. Sonrakı iqtisadi inkişafla əlaqədar karvanın başqa nəqliyyat növü ilə əvəz edilməsi ilə karvan gedi-gəlişi kəsilmişdir. Bunun nəticəsində karvan sözü ixtisara düşmüş, Sara sözünə isə «y» səsi artırılaraq Saray adını almışdır. Digər fərziyyəyə görə Saray kəndinin adı hərfi mənada şah, xan sarayı, öz əzəməti ilə nəzəri cəlb edən bina və yaxud ev kimi tərcümə olunur. "Sar" farsca "yüksəklik" kimi tərcümə olunur. Bu kənd ilə bağlı daha bir fərziyyə XIII əsrdə Cənubi Qafqaz ərazisində monqollarla birgə yaşamış saray tayfası ilə bağlıdır.
Abşeron VK
Abşeron VK – Azərbaycanın Bakı şəhərini təmsil edən qadın voleybol klubu. Azərbaycan Superliqasında çıxış edir. == Tarixi == Abşeron Qadın Voleybol Klubunun əsası 2017-ci ildə qoyulmuşdur və həmin ildə də o, Azərbaycan Superliqasına qatılmışdır. Klub 2017/18 mövsümündə 2-ci yeri, 2018/19 mövsümündə 3-cü yeri tutmuşdur. Abşeron VK 2021/22 mövsümündə ilk 9 turun bütün oyunlarında qalib gələrək çempionatın başa çatmasına 3 tur qalmış ilk dəfə Superliqanın çempionu olmuşdur.
Abşeron FK
Abşeron FK — Azərbaycan futbol klubu. Klub AFFA Həvəskarlar Liqasında çıxış edirdi. == Tarix == 2010-cu ildə əsası qoyulan klub 2010-cu ildə dərhal Azərbaycan Birinci Divizionuna vəsiqə qazandı 2011-ci ilin aprelində komanda birinci divizionun çempion titulunu qazandıqdan sonra Azərbaycan Premyer Liqasına yüksəlməyi təmin etdi. "Abşeron" birinci divizionda məğlubiyyətsiz çıxış edərək, birinci divizionda ən çox xal toplayan və bir mövsümdə ən çox qələbə qazanan klub üçün yeni rekordlar qırıb. 1 iyul 2011-ci ildə Abşeron FK sponsorluq problemlərinə görə klubun fəaliyyətini dayandıracağını, Premyer Liqadakı yerini Sumqayıt FK-nın alacağını elan edib. Abşeron FK fəaliyyətini 29 noyabr 2017-ci il tarixindən bərpa edib. O, fəaliyyətini bərpa etdiyi mövsüm AFFA-nın təşkil etdiyi Həvəskarlar Liqasında mübarizəyə qoşulmuş, elə ilk mövsümdəcə turnirin qalibi olmuşdur. Klubun aşağı yaş kateqoriyalı komandaları hazırda müvafiq yaş qrupu üzrə çempionatlarda çıxış edir.
Abşeron qabanı
Abşeron qabanı (lat. Sus apscheronicus), həmçinin və ya Abşeron donuzu və ya Binəqədi donuzu — müasir Şərqi Cənubi Qafqaz ərazisində orta pleystosen dövründə yaşamış çöl donuzunun nəsli kəsilmiş növü. Qalıqlar Azərbaycanın Binəqədi yaşayış məntəqəsi yaxınlığında dördüncü dövr çöküntülərində aşkar edilmişdir. == Xarakteristikası == Bu növ qaban yeni endemik növə aiddir. Şərqi Asiya zolaqlı donuzlar (Sus vittatus) qrupu ilə çox oxşarlıqlara malik olsa da, bir sıra özünəməxsus xüsusiyyətlərə malikdir. Xüsusilə, bu növ olduqca böyük bullae ossae ilə seçilir. Gözyaşı sümüyünün kvadrata yaxın forması var (uzunluğun eninə nisbəti – 0,75). Abşeron çöl qabanının kəllə sümüyündə alveolun kökündə nisbi qalınlıq göstəricisi (yuxarı-aşağı diametrin ön-arxaya nisbəti) 66,6, digər çöl donuzlarının kəllələrində isə (Sus cristatus, Sus vittatus, Sus scrofa nigripes, Sus scrofa attila) 75 ilə 81,8 arasında dəyişir. Həmçinin, Abşeron qabanının Sus scrofa kəllələrindəki yuxarı köpək dişləri ilə müqayisədə yuxarı köpəyin aşağı səthində daha kəskin və daha aydın uzununa yivlər və qabırğalar vardır. Abşeron qabanının iki alt çənəsindəki dişlər qorunmamışdır.
Şəfəq (Abşeron)
Şəfəq — Azərbaycan Respublikasının Abşeron rayonunun Şəfəq qəsəbə inzibati ərazi dairəsində qəsəbə. 23 oktyabr 2023-cü ildə Abşeron rayonunun inzibati ərazisində salınmış yeni yaşayış məntəqəsin "Şəfəq" adlandırılması məqsədəmüvafiq hesab olunubdur. 2024-cü ilin aprelində Prezident İlham Əliyevin təsdiqlədiyi “Abşeron rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanunla Şəfəq yaşayış məntəqəsinə qəsəbə statusu verilib. Qanuna əsasən, Şəfəq qəsəbəsi mərkəz olmaqla Şəfəq qəsəbə inzibati ərazi dairəsi yaradılacaq və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil ediləcək. Şəfəq qəsəbəsinin ərazisi 258 hektar olacaq. 2024-cü ildə faktiki əhalisi 8.850 nəfərdir.
Abşeron BK
Abşeron BK – Azərbaycan Basketbol Liqasında çıxış edən basketbol komandası. == Haqqında == Abşeron basketbol klubu Azərbaycan Basketbol Liqasında çıxış edən basketbol komandası. Klubun Abşeron basketbol klubu 2024-25 mövsümündə Azərbaycan Basketbol Liqasına (ABL) qoşulublar. Klub məşqlərini və oyunlarını, Xırdalan şəhərində yerləşən "Abşeron Olimpiya İdman Komleksi"-ində həyata keçirir. Klubun keçmiş adı "Xırdalan" basketbol klubu idi. 2024-2025 ci il mövsümündə fəaliyyətini "Abşeron" basketbol klubu olaraq davam etdirir. Abşeron basketbol klubuna 2024–2025-cü illər mövsümündə Türkiyəli mütəxəssis Erhan Toker baş məşqçilik edəcək. Onun köməkçisi isə Gürcüstanlı mütəxəssis Daviti Çivivadze. "Abşeron" basketbol klubu 2024-2025 mövsüm öncəsi ilk transferi Lari Robinson olub.
Abşeron arxipelaqı
Abşeron Arxipelaqı — Xəzər dənizinin Abşeron körfəzinin eyniadlı arxipelaqına daxil olan adalara Böyük Tava, Kiçik Tava, Çilov, Pirallahı , Qu adası, Tavaaltı adası, Koltiş, Qarabattaq, Dardanel və Yal adası aiddirlər. Arxipelaqın tərkibinə Buzovna Vulkan sayı, Rif sayı, Abşeron sayı, Daşlı sayı, Şimali Qu sayı, Karaçyov sayı, Darvin sayı, Kesson sayı, Orasnaya bankası, və Yuznaya bankası kimi dayazlıqlar və adacıqlar daxildir. == Tarixi == Bu adaların mənşəyi qədimlərə gedib çıxır. Adların əksəriyyətində rast gəlinən "Zirə" sözü ərəbcə ada mənasını verən "cəzirə" sözündən götürülmüşdür. Adların əksəriyyəti XVI əsrdə Xəzərdə peyda olan ruslar, xüsusən kazaklar tərəfindən dəyişdirilib. Məsələn, Böyük Zirə – Nargin, Daş Zirə – Volf, Zənbil – Duvannı, Səngi-Muğan – Svinna, Çigil – Oblivnoy, Qara Su – Los, Gil – Qlinyannı, Xara Zirə – Bulla, Çilov – Jiloy, Pirallahı – Artyom adlandırılmışdır. Bəzi adların mənşəyinin öz tarixi var. Məsələn, Nargin və Volf adalarının adı I Pyotrla bağlıdır. İsveçlə müharibədən sonra buralar ona formaca analoji adları olan Fin körfəzindəki Revel adalarını xatırladıb. Nargin ("Nargin" – almanca, "Nartingen" – estonca) "ensiz boğaz" mənasını verir.
Abşeron boğazı
Abşeron boğazı - Abşeron yarımadasının şərqini Pirallahı adasının qərb hissəsindən ayırır. Boğazın uzunluğu 12 km-dən bir qədər çoxdur. Eni şimaldan cənuba doğru kiçilir. Bölgə inzibati cəhətdən Pirallahı rayonu ərazisinə daxildir. Boğazda əsasən qış ayları xəzri, yayda isə gilavar küləkləri əsir. == Tarixi == Tarixən boğaz gəmi və qayıqlar vastəsi ilə Pirallahı adası arasında əlaqə yaradılırdı. 1939-cu ildə Azərneftyağ Sənaye Nazirliyi tərəfindən Moskva şəhərində "Damba" tipli körpü tikilməsi üçün layihə təsdiq edilmişdir. Adanı sahilə birləşdirən dambanın tikintisi 1941-ci ildə başlanılmış, 1944-cu ildə başa çatdırılmışdır. Bununla da faktiki olaraq, Pirallahı adası yarımadaya çevrilmişdir. Abşeron körfəzi isə iki hissəyə bölünmüşdür.
Abşeron bələdiyyələri
Abşeron bələdiyyələri — Abşeron rayonunda fəaliyyət göstərən bələdiyyələr. Abşeron rayonu ərazisində fəaliyyət göstərən 15 bələdiyyə var. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Abşeron istehkamları
Abşeron istehkamları — orta əsrlərə aid müdafiə-fortifikasiya qurğuları. == Yaranma tarixi == XI–XIII -cü əsrlərdə Şirvanşahların möhkəmlənməsi ilə Abşeron yarımadasının ərazisində böyük inşaat işləri aparılır. O dövrün qurğuları arasında bürclər və qəsrlər xüsusi yer tutur — onlar, ara müharibələrdə feodalların etibarlı sığınacağı, həm də xarici işğalçılardan müdafiə funksiyasını yerinə yetirirdilər. Xüsusi ilə kəskin olaraq bu məsələ XII-ci əsrdə rusların dənizdən hucumu zamanı qalxdı. == Strateji təyinatı == Rusların Azərbaycana və Xəzər hövzəsi ölkələrinə sonuncu böyük hucumu 1174-cü ildə şirvanşah I Axsitan İbn Mənüçöhrün dövründə baş vermişdi. Bu hucumda ruslarla birlikdə alanlar və qıpçaqlar da iştirak etmişdir. Ruslar 73 gəmi ilə Ruinas adasına yaxınlaşdılar, və lövbər salaraq Kür çayı ilə Lənbərana doğru qalxdılar. Eyni zamanda qıpçaqlar və alanlar Dərbəndi tutaraq, cənuba hərəkət etdilər və Şabran istehkamını tutdular. Ruslarla həlledici döyüş Bakı yaxınlığında dənizdə baş verdi. Bundan sonra ruslar Şirvandan qovuldular, onları donanması isə məhv edildi.
Abşeron kanalı
Abşeron kanalı — Abşeron yarımadasında suvarma kanalı. Samur-Abşeron kanalının davamı olaraq Ceyranbatan su anbarında başlayaraq Gürgan qəsəbəsi ərazisində Xəzərə tökülür. Kanalın uzunluğu 72 km təşkil edir. Təsərrüfat daxili hissələrdə su borulardan istifadə etməklə ötürülür. Su magistral kanaldan və onun açıq qollarından nasoslar vastəsi ilə təsərüfat daxili şəbəkəyə vurulur. Basqılı boru kəmərinin ümumi uzunluğu 1056 km, açıq qolarının uzunluğu isə 37 km-dir. Abşeron yarımadasında şəhər ətrafı kənd təsərrüfatının inkişafında və yaşıllıqların artırılmasında böyük əhəmiyyəti vardır.
Abşeron körfəzi
Abşeron körfəzi — Abşeron yarımadasının şərqində mövqe tutur. Körfəzdə Abşeron arxipelaqının adaları yerləşir. Bunlardan Pirallahı, Çilov, Böyük Tava, Kiçik Tava, Tava altı, Yal, Dardanel, Koltiş, Urunus və Qu (ada) adını çəkmək olar. 1944 ildə Pirallahı Abşeron yarımdasından ayıran Abşeron boğazıda "Damba" tipli körpü çəkilir. Bundan sonra körfəz rəsmən iki yerə: "Cənubi və Şimali Abşeron körfəzinə" bölünür. Körfəzlər adını isə eyni adlı yarımadadan götürmüşdür. Şimali Abşeron körfəzinin sahəsi 24 km², Cənubi Abşeron körfəzinin sahəsi isə iki dəfə kiçikdir. Körfəzdə orta dərinlik 3,4 m, maksimal dərinlik isə 11 - 12 metrdir. Yayda suyunun orta temperaturu 24 °C, qışda isə 3-5 °C təşkil edir. Körfəz inzibati cəhətdən Pirallahı rayonu ərazisinə daxildir.
Abşeron mayakı
Abşeron mayakı — Abşeron arxipelaqında gəmilərə yol göstərmək məqsədilə sahil yaxınlığında inşa olunan hündür mərtəbəli tikili. Azərbaycandakı yerli mayaklardan ən irisidir. == Tarixi == 1859-cu ildə Pirallahı adası ilə üzbəüz dağda tikilmişdir. Mayak 23 oktyabr 1860-cı ildə istifadəyə verilmişdir. == Texniki göstəriciləri == === Quruluşu === Mayak 25 metrlik, lövbərlər şəklində pəncərələr və tağlı giriş ilə orijinal konstruksiyalı daş qüllədən ibarətdir. Tikilinin zirvəsinə 102 pilləli dolanbac pilləkan aparır. === İşıqlandırılması === İstifadəyə verildiyi vaxtdan etibarən işığın 38 km uzaqlıqdan görünməsinə malik olmuş, gəmilərin materik və Pirallahı adası arasındakı Abşeron boğazına təhlükəsiz daxil olmasını təmin etmişdir. 1912-ci ilə qədər mayak kerosin lampası ilə işıqlandırılırdı. 1912-ci ildən mayakın işıqlandırılması kerosin-kürə qurğusu, 1956-cı ildən isə elektrikləşmə ilə əvəz edilmişdir. Hal-hazırda mayakın işıqlandırılmasını 500 vt-lıq elektrik lampası və xüsusi linzalar təmin edir.
Abşeron qadınları
"Abşeron qadınları" — Azərbaycan rəssamı Tahir Salahovun 1967-ci ildə çəkdiyi rəsm əsəri.
Abşeron qalaları
Abşeron istehkamları — orta əsrlərə aid müdafiə-fortifikasiya qurğuları. == Yaranma tarixi == XI–XIII -cü əsrlərdə Şirvanşahların möhkəmlənməsi ilə Abşeron yarımadasının ərazisində böyük inşaat işləri aparılır. O dövrün qurğuları arasında bürclər və qəsrlər xüsusi yer tutur — onlar, ara müharibələrdə feodalların etibarlı sığınacağı, həm də xarici işğalçılardan müdafiə funksiyasını yerinə yetirirdilər. Xüsusi ilə kəskin olaraq bu məsələ XII-ci əsrdə rusların dənizdən hucumu zamanı qalxdı. == Strateji təyinatı == Rusların Azərbaycana və Xəzər hövzəsi ölkələrinə sonuncu böyük hucumu 1174-cü ildə şirvanşah I Axsitan İbn Mənüçöhrün dövründə baş vermişdi. Bu hucumda ruslarla birlikdə alanlar və qıpçaqlar da iştirak etmişdir. Ruslar 73 gəmi ilə Ruinas adasına yaxınlaşdılar, və lövbər salaraq Kür çayı ilə Lənbərana doğru qalxdılar. Eyni zamanda qıpçaqlar və alanlar Dərbəndi tutaraq, cənuba hərəkət etdilər və Şabran istehkamını tutdular. Ruslarla həlledici döyüş Bakı yaxınlığında dənizdə baş verdi. Bundan sonra ruslar Şirvandan qovuldular, onları donanması isə məhv edildi.
Abşeron qoyunu
Abşeron qoyunu — zooloji klassifikasiyasına görə uzun yağlı quyruq qurupa, təsərrüfat klassifikasiyasına görə yağlı quyruq, ətlik-yunluq-südlük, Qafqaz qrupuna mənsub, yarımqaba yunlu məhsuldar qoyun cinslərindən biri. Bu qoyunlar iri gövdəli, tez yetişən, yüksək keyfiyyətli ət, süd, yun verməsi, ekstremal iqlim şəraitinə dözümlü tez törəyib artan, il boyu təbiiotlaqlardan maksimum səmərəli istifadə edən, bu şəraitdəyüksək məhsul vermək imkanına malikdir. Otlaqda və bordaqda intensiv kökəlir. Abşeron heyvandarlıq təcrübə stansiyasınin aparıcı elmi işçisi, kənd-təsərüfatı elmləri namizədi Nəcəf Nəcəfov tərəfindən hazırlanmış materiallar əsasında aborigen cinslərin seleksiyasından özündə əcdadlarının – Qala qoyununun ən yüksək keyfiyyətlərini cəmləşdirmiş yeni yarım-qaba yunlu Abşeron qoyun cinsi yaradılmışdır. Abşeron cinsinin müxtəlif şəraitlərə adaptasiyası geniş olaraq sınaqlardan keçirilmiş, elmi şəkildə tədqiq edilərək onun yüksək rəqabət qabiliyyətliyi təsdiq edilmişdir. Abşeron qoyunu 29 iyun 2007-ci ildə Azərbaycan Damazlıq (Azərdamazlıq) şurasında cins kimi təsdiq edilmişdir. Abşeron qoyununun uzun yarımqaba yuna malik olması Azərbaycanda xalçaçılığın yüksək keyfiyyətli xammalla təmin olunması baxımından çox əhəmiyyətlidir. == Cinsin xarakteristikası == Cinsin istiqaməti – ətlik-yunluq-südlük Yunun növü – yarımqaba Yunun rəngi – açıq boz, ağımtıl Yunun təbii uzunluğu – 16-25 sm Yunun orta nazikliyi – 38,016 mkr Yunun sinfi: I-II sinif yarımqaba Yun məhsuldarlığı – 3,5-4 kq Diri çəkisi (kq): törədici qoçlarda – 60-70 ana qoyun – 45-50 === Eksteryer əlamətlər === Başı orta böyüklükdə, uzun sallaq qulaqlı, əksər qoyunlar və qoçlar buynuzsuzdur. Qoçlarda xırda buynuz ola bilər. Quzular doğulduqda qəhvəyi, kürən, boz və açıq-boz rəngdə olur.
Abşeron rayonu
Abşeron rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Mərkəzi Xırdalan şəhəridir. == Tarixi == Abşeron rayonu 4 yanvar 1963-cü ildə təşkil olunmuşdur. Abşeron rayonu ötən illər ərzində Bakı və Sumqayıt şəhərlərinin inzibati ərazilərindəki kolxoz və sovxozlara, quşçuluq sənayesinə, aqrar sahəyə xidmət edən idarə və müəssisələrə, kənd tikinti və meliorasiya təşkilatlarına, aqrar istiqamətli elmi-tədqiqat institut və laboratoriyalarına yüksəkixtisaslı rəhbərliyi təmin etmək məqsədilə yaranmışdı. O həmçinin hər iki sənaye mərkəzinin kənd təsərrüfatı məhsullarına ehtiyacının daha dolğun ödənilməsinə xidmət etmək vəzifəsini həyata keçirmişdir. == Etimologiya == Sözün etimologiyası ilə müxtəlif fikirlər mövcuddur. Bəzi tədqiqatçılar "Abşeron" sözünün fars dilində — ab (su) və şoran (duzlu) sözündən əmələ gəldiyini bildirirlər. Mənası "Şor su" deməkdir. Bir çox alimlərin fikrincə isə "Abşeron" oğuz boylarından biri olan avşar və yaxud əfşar tayfa adı ilə bağlıdır. Bəzi mənbələrin məlumatına görə, Bakı şəhəri yaxınlığında, İrandan Dərbəndə gedən karvan yolunun üzərində əfşəran adlı yaşayış məntəqəsi olmuşdur.
Abşeron sayı
Abşeron sayı — Azərbaycan Respublikasının ərazisində, Abşeron arxipelaqının tərkibinə daxil olan dayazlıq. Xəzər dənizinin qərb sahilində, Pirallahı adasından şimal-şərqdə yerləşir. Sayın mərkəzi hissəsində palçıq vulkanı vardır. Burada neft və qaz yatağı aşkar edilmişdir.
Abşeron yarımadası
Abşeron yarımadası — Xəzər dənizinin qərb sahilində, Azərbaycan dövləti ərazisində yarımada. Yarımadada Bakı, Sumqayıt və Xırdalan şəhərləri ilə yanaşı, 32 qəsəbə yerləşir. Abşeron yarımadasının sahəsi 2110 km2, əhalisi təqribən 4,6 milyon nəfər təşkil edir. Hesab edilir ki, "Abşeron" sözü fars dilindəki "ab" və "şoran" sözlərindən yaranmış və tərcümədə "duzlu su" mənasını verir. Bu ad əvvəllər Xəzər dənizini bildirmək üçün də istifadə edilmişdir. == Abşeronun tarixi == Abşeronun coğrafi iqlim və geoloji amilləri sayəsində bütün Abşeron yarımadası və Bakı ərazisi 20 000 il bundan əvvəl məskunlaşmışdır. Yeni Suraxanı qəsəbəsinin yaxınlığında qədim insan məskənləri aşkar edilmişdir. Ümumiyyətlə bütün yarımadada qədim insan məskənləri tunc dövrünə və erkən dəmir dövrünə aid kurqanların sayı hesabı yoxdur. Burada həmçinin daşdan yonulmuş, üzərində sujetli rəsmlər çəkilmiş antropomorf fiqurlu qədim qəbristan kompleksləri aşkar edilmişdir — Dübəndi, Türkan, Xaşaxuna, Mərdəkan, Şüvəlan qəsəbələri. Pirallahı adasında, Zığ gölündə, Binəqədidə və Əmircanda qədim insan məskənləri aşkar edilmişdir (e.ə.
44 saylı Sumqayıt-Abşeron seçki dairəsi
45 saylı Abşeron seçki dairəsi
50 saylı Abşeron-Qobustan seçki dairəsi
Abşeron-Xızı iqtisadi rayonu
Abşeron-Xızı iqtisadi rayonu – Azərbaycan Respublikasında iqtisadi-coğrafi rayon. Sahəsi 3,34 min km2 . Əhalisi 563,1 min . Abşeron və Xızı inzibati rayonları, Sumqayıt şəhəri daxildir. 7 iyul 2021-ci ilə qədər Abşeron iqtisadi rayonu adlandırılmışdır. == Təbiəti == Abşeron rayonunun ərazisi qərbdə Baş silsilə və Ləngəbiz silsiləsinin cənub-şərq, şərqdə Qobustanı və Abşeron yarımadasının qərb, şimalda Samur-Dəvəçi ovalığının cənub-şərq, cənubda Cənub-Şərqi Şirvan düzünün şimal hissəsini əhatə edir. Relyefi dağlıq və düzənlikdir. Səthi silsilə və tirələrlə yanaşı dərə, yarğan, qobu, təpə və çökəkliklərlə mürəkkəbləşmişdir. Yüksəkliyi Xəzər sahili düzənliklərdə okean səviyyəsindən –28 m -dən dağlıqda 2205 m (Dübrar d.) arasında dəyişir. Rayonun ərazisində, əsasən, Tabaşır, Paleogen, Neogen və Antropogen çöküntüləri yayılmışdır.
Abşeron Ceyranbatan Peşə Liseyi
Abşeron Milli Parkı
Abşeron Milli Parkı — Bakı şəhərinin Xəzər rayonunun ərazisində yerləşən milli park. 2005-ci ildə yaradılmışdır, 783 hektar sahəni əhatə edir. == Tarixi == Abşeron Milli Parkının ərazisində əvvəllər Abşeron yasaqlığı mövcud olmuşdur. Dövlət yasaqlığı Bakı Şəhər Soveti ərazisində, Abşeron yarımadasında, Şah Dilində idi. Sahəsi 800 hektar idi, Su quşlarını və Xəzər suitiləri yatağını qorumaq, həmçinin Xərə Zirə adasından buraya gətirilən ceyranların sayını artırmaq məqsədilə 1969-cu ilə təşkil edilmişdir. Yasaqlıq əsasında 2005-ci ildə Abşeron Milli Parkı yaradılmışdır. == Ümumi məlumat == Abşeron yarımadasının cənub-şərq qurtaracağında, rayonun Şah Dili adlanan hissəsində 783 hektarlıq sahədə (bundan 375 ha quruya, 408 ha dənizə düşür) Azərbaycan Respublikasının Abşeron Milli Parkı yerləşir. Abşeron Milli Parkı Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 8 fevral tarixli Sərəncamı ilə Bakı şəhərinin inzibati ərazisində, Abşeron Dövlət Təbiət Yasaqlığının bazasında yaradılmışdır. Milli Park Bakının cənub-şərq qurtaracağında — Şah Dili ərazisində yerləşir. Abşeron Milli Parkının yaradılmasında başlıca məqsəd ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin (Xəzər suitisi, ceyran, kəkilli dalğıc, gümüşü qağayı, yaşılbaş ördək və s.) qorunub saxlanılması, ekoturizmin inkişaf etdirilməsi, turizm və istirahət (rekreasiya) zonalarının yaradılması, ekoloji monitorinqin həyata keçirilməsi və əhalinin ekoloji cəhətdən maarifləndirilməsini təmin etməkdir.
Abşeron Otel Qrup
"Absheron Hotel Group" — Paşa Holdinqə məxsus otellər qrupu.
Eopleystosen (Abşeron əsri) epoxası
== Eopleystosen (Abşeron əsri) epoxası == Eopleystosen epoxasında (Abşeron əsri) litosfer tavaların kolliziyasının güclənməsi zəminində relyefin inkişafının yüksələn istiqamətli təmayülü davam edir və bünövrəsi əvvəllər qoyulmuş morfostrukturların böyüməsi və differensiasiyası baş verir. Epoxanın başlanğıcı və ya Akçaqıldan Abşeron əsrinə keçid Xəzər dənizi hövzəsinin çökməi və ətraf dağlıq bölgələrin qalxması ilə səciyyələnir ki, bu zaman baş vermiş qısa müddətli reşqressiya sonradan miqyasca Akçaqıl transqressiyasından geri qalan transqressiya ilə əvəz olunur. Belə ki, Erkən Abşeronda dənizin sərhədi Akçaqıl dənizinin sərhəddindən bir o qədər fərqlənmirsə də Abşeronun ortalarında onun sahəsi nisbətən daralır və əsirin sonunda Böyük Qafqazın ərazisini demək olar ki, tamamilə tərk edir. Dəniz bu zaman yalnız bölgənin cənub-şərqində dar körfəzlər şəklində saxlanılır. Reqressiya nəticəsində Abşeron yarımadası və Şamaxı-Qobustan vilayəti ərazilərində maili düzənliklərin sahəsi xeyli genişlənir və onların relyefi tirəli-dalğalı səciyyə daşıyır. Bu zaman müasir Qalamədin, Hərəmi, Gürovdağ və Mişovdağ tirələri adalar şəklində mövcud olmuşdur. Abşeron əsrinin axırlarında dənizin reqressiyası nəticəsində Kür çökəkliyinin xeyli hissəsi quruya çevrilir və kontinental şəraitdə inkişaf edir. Dəniz ensiz körfəz şəklində indiki Kür çayının dərəsi boyu Gəncə çayınadək uzanır. Çökəkliyin şimal-şərq yamacında Çatma və Daşüz antiklinal qırışıqlar zonasının yerində tirələr əmələ gəlir. Onlar şərqə doğru alçalaraq allüvial-prolüvial düzənliklərə keçir.
Məmmədli bələdiyyəsi (Abşeron)
Abşeron bələdiyyələri — Abşeron rayonunda fəaliyyət göstərən bələdiyyələr. Abşeron rayonu ərazisində fəaliyyət göstərən 15 bələdiyyə var. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qobustan-Abşeron fiziki-coğrafi rayonu
Qobustan-Abşeron fiziki-coğrafi rayonu — Şamaxı-Qobustan sinklinorisini və Abşeron yarımadasını əhatə edir. Böyük Qafqaz təbii vilayətin şərqində yerləşən Qobustan-Abşeron fiziki-coğrafi rayonu Xəzər dənizinin sahillərindən şimal-qərbdə Gədi dağına (1222 m) qədər olan əraziləri əhatə edir. Rayon cənub-qərbdə Şirvan düzünə qədər, cənubda Cənub Şirvan düzünə qədər uzanır. Qobustan alçaq dağlıq sahəsi və Ələt tirəsi fiziki-coğrafi rayonda mühüm relyef formalarıdır. Burada həmçinin yarğanlar, alçaq dağlar, tirələr, dağlararası çökəkliklər və sahilboyu terraslar geniş yayılmışdır. Bölgə paleogenin, neogenin və dördüncü dövrün əhəngdaşlarından, qum və gillərindən təşkil olunmuşdur. Alçaq dağlıqdan və dağətəklərindən ibarət olan bu ərazidə dağ tirələri, yastanlar, dağarası çökəkliklər, düzəlmə səthləri, dəniz terrası düzənlikləri əsas yer tutur. Burada əsasən ariddenudasiya, eroziya-denudasiya, abraziya və akkumulyasiya relyefəmələgətirici proseslər üstünlük təşkil edir. Azərbacanın ərazisində inkişaf etmiş palçıq vulkanlarının iri, sıx və aktiv olanları bu rayon daxilindədir. (Torağay, Axtarma Paşalı, Otman Bozdağ və s) Qonustan-Abşeron fiziki-coğrafi rayonunun ərazisi yayı quraq keçən mülayim - isti yarımsəhra və quru çöl iqlimi zonasına daxildir.
Samur-Abşeron kanalı
Samur-Abşeron kanalı — Qafqaz bölgəsində ən iri suvarma sistemlərindən biri. 1938-ci ildə Samurçaydan Ataçaya kimi Samur-Abşeron kanalının birinci növbəsi olan hissənin, Samur-Dəvəçi kanalının layihə-axtarış işlərinə başlandı. Uzunluğu 110 km, sərfi 26 m³/san olan Samur-Dəvəçi kanalının layihəsinin baş mühəndisi Səlimbəyov Cəfər Vahab oğlu idi. Layihənin hazırlanmasında və tikintisində N.A.Leşov, N.Dikov, İ.Voronin, B.Pılnik, V.Kələntərova, B.Silovtsev, B. Vorobyov, İ.Quluzadə, B.Tabasaranski, İ.Kuloşvili və başqaları yaxından iştirak etmişlər. Özbəkistanda Böyük Fərqanə kanalının tikintisində istifadə olunmuş "Xalq tikintisi" metodundan istifadə etməklə, 1939-cu ildə xalq tikintisi adlandırılan Samur-Dəvəçi kanalının tikintisinə başlandı. Bu tikintidə 30 min yerli əhali çalışmışdır. Layihəçilər demək olar ki, iş yerlərini Quba şəhərinə dəyişmişdilər. Kollektivin əsas işçiləri Quba şəhərində yaşamış və kanalın layihə sənədlərini də orada işləmişlər. Layihəçilərin böyük bir qrupu C.V. Səlimbəyov və B.Q Vorobyovun rəhbərliyi ilə kanalın tikintisini aparan təşkilatın sərəncamında olmuşlar. Layihənin işçi cizgiləri birbaşa tikinti aparan inşaatçıların istifadəsinə verilirdi.
Sumqayıt-Abşeron seçki dairəsi
Samur–Abşeron kanalı
Samur-Abşeron kanalı — Qafqaz bölgəsində ən iri suvarma sistemlərindən biri. 1938-ci ildə Samurçaydan Ataçaya kimi Samur-Abşeron kanalının birinci növbəsi olan hissənin, Samur-Dəvəçi kanalının layihə-axtarış işlərinə başlandı. Uzunluğu 110 km, sərfi 26 m³/san olan Samur-Dəvəçi kanalının layihəsinin baş mühəndisi Səlimbəyov Cəfər Vahab oğlu idi. Layihənin hazırlanmasında və tikintisində N.A.Leşov, N.Dikov, İ.Voronin, B.Pılnik, V.Kələntərova, B.Silovtsev, B. Vorobyov, İ.Quluzadə, B.Tabasaranski, İ.Kuloşvili və başqaları yaxından iştirak etmişlər. Özbəkistanda Böyük Fərqanə kanalının tikintisində istifadə olunmuş "Xalq tikintisi" metodundan istifadə etməklə, 1939-cu ildə xalq tikintisi adlandırılan Samur-Dəvəçi kanalının tikintisinə başlandı. Bu tikintidə 30 min yerli əhali çalışmışdır. Layihəçilər demək olar ki, iş yerlərini Quba şəhərinə dəyişmişdilər. Kollektivin əsas işçiləri Quba şəhərində yaşamış və kanalın layihə sənədlərini də orada işləmişlər. Layihəçilərin böyük bir qrupu C.V. Səlimbəyov və B.Q Vorobyovun rəhbərliyi ilə kanalın tikintisini aparan təşkilatın sərəncamında olmuşlar. Layihənin işçi cizgiləri birbaşa tikinti aparan inşaatçıların istifadəsinə verilirdi.

Значение слова в других словарях