Absurd teatrı
Absurd teatrı – XX əsr 50–60-cı illərinin avanqard dramaturgiyası və teatrına xas keyfiyyətlərin məcmusu. "Absurdizmin" daha dolğun prinsipləri rumın-fransız dramaturqu Ejen İoneskonun "Daz müğənni qadın" (La cantatrice chauve, 1950) və irland yazıçısı Semyuel Bekketin "Qodonun İntizarında" (Waiting for Godot, 1952) dramlarında öz əksini tapmışdır.
== Tarixi ==
Termini ilk dəfə 1962-ci ildə ingilis tənqidçisi M. Esslin işlətmişdir. Absurd teatrının fəlsəfi-estetik əsasını Qərbi Avropa fəsəsfi fikrinin irrasionalist cərəyanları – J.P. Sartr və A. Kamyunun ekzistensializmi, Z. Freydin psixoanalizi, həmçinin A. Jarri, A. Arto və başqaalrının dramaturgiyası və nəzəri işləri təşkil edirdi (S. Bekket, E. İonesko, F. Arrabal, J. Votye, J. Jene, J. Şeade, R. de Obaldia, J. Tardye və b.-nın pyesləri, habelə onların tamaşaları).
Əsər (eləcə də tamaşa) müəlliflərinin fikrincə, real həyatda subyekt və obyekt bir-birilə əks mövqedə dayanır. Tarixdə baş verən hər şey üçün insan məsuliyyət daşıyır. İnsan yalnız "sərhəd situasiyasında", yəni ölüm qarşısında dayandıqda özünü ekzistesiya kimi dərk edir. Odur ki, Absurd teatrının qəhrəmanları ölüm, iztirab, qorxu, günah, mübarizə zəminində təsvir olunur. Nəticədə şəxsiyyət (bədii obraz) transsendensiya ilə yarışa girmək imkanı əldə edir. əsl həqiqət bu zaman dərk olunur.