ABXAZİYA
ABIR
OBASTAN VİKİ
Abı
Abı (q.yun. Ἄβαι) — Qədim Yunanıstanda, Fokidada şəhər. Bu, Apollon ibadətgahı ilə məşhur idi. Əhəməni padşahı Kserksin öz ölkələrini xarabalığa çevirməsindən sonra şəhərin sakinləri abantlar təqribən Evbeyaya köçmüşdülər. Həmin vaxtdan ada Abantida adlandırılmağa başlamışdır. Məbəd yenidən qurulmuş, lakin sonra Beotiya yunanları tərəfindən dağıdılmışdır. Hər halda, şəhər məhv olmamışdır. Abı Roma hökmranlığı dövründə muxtariyyət hüquqlarını almışdır. İmperator Adrianın əmri ilə məbəd bərpa edilmişdir.
Abıca arıquş
Abılay Xan adına Qazaxıstan Beynəlxalq Münasibətlər və Dünya Dilləri Universiteti
Abılay Xan adına Qazaxıstan Beynəlxalq Münasibətlər və Dünya Dilləri Universiteti (qaz. Абылай хан Қазақ халықаралық қатынастар және әлем тілдері университеті (ҚазХҚжӘТУ)) — Qazaxıstanın ali təhsil müəssisəsi. Xarici dildə və beynəlxalq profildə mütəxəssislər üçün peşə təhsili verir. == Tarixi == Qazaxıstan Dövlət Müəllimlər Xarici Dillər İnstitutu, SSRİ hökumətinin 16 sentyabr 1940-cı il tarixli 1696 saylı qərarı ilə quruldu. 1941-ci ilin yayında institut müəllim qəbul etməyə və tələbələrin ilk qəbuluna hazırlaşmağa başladı. 1941-ci ilin sonunda institutun ilk nizamnaməsi təsdiq edildi, ona görə Qazaxıstan SSR Xalq Təhsil Komissarlığı tərəfindən təsdiqlənən müstəqil bir təhsil və elmi müəssisə idi. İnstitut üç fakültədən (İngilis, Alman, Fransız) ibarət idi, dekanları bu fakültənin aparıcı fənlərindəki professorlar və ya dosentlər arasından namizəd göstərildi və təkliflə Qazaxıstan SSR Xalq Təhsil Komissarlığı tərəfindən təsdiq edildi. institut direktorunun. 1941–1942-ci tədris ilinin qəbulu göstərdi ki, respublikanın digər universitetlərində olduğu kimi İnstitutda da Qazax uyruğundan az sayda tələbə var idi, bununla əlaqədar 1 aprel 1942-ci ildən etibarən qazaxlar üçün dörd aylıq təlim kursları universitetlərdə 330 nəfərlik bir kontingentli qızlar təşkil edildi. Qazaxıstan SSR hökuməti 1944-cü ilin avqust ayında 30 nəfərlik bir şərqlə "Şərq dilləri fakültəsinin təşkili haqqında" bir qərar qəbul etdi.
Abılay xan
Abılay xan (1711, Türkistan – 23 may 1781, Daşkənd) — Orta juzun, sonra isə bütün Qazax xanlığının qurultayda seçilmiş xanı, Qazaxıstanın azadlıq və müstəqillik simvolu (1711–1781) == Həyatı == Əsl adı Əbilmənsur olan və sonralar babasının adı ilə Abılay xan kimi tanınan bu böyük və cəsur insan 1711-ci (1713) ildə o dövrün məşhur xanı Korkem Vali sultanın ailəsində anadan olub. Uşaq ikən cəsurluğu və döyüşkənliyi ilə seçilən Əbilmənsur dərhal ətrafındakıların diqqətini cəlb etmişdi. Oğlunun cəsurluğunu görən atası onun haqqında fəxrlə: "Onun gözlərində qorxu yoxdur. O, ölümündən qorxmur, ondan yaxşı sərkərdə çıxacaq",-demişdi. Hələ gənc ikən Abılay həm də müdrik bir insan təsiri bağışlayırdı və o ən çətin vəziyyətlərdən belə çıxış yolu tapa bilirdi. Ona görə də ona "Aruvaq" (ataların ruhu) ləqəbini vermişdilər. Abılay 13 yaşında olanda Cunquriya xanı Tsevan Rabdan Orta Cüzə hücum etdi. Bu hücum zamanı Abılayın atası qəhrəmancasına həlak oldu. Ancaq düşmən güclü idi və ona görə də Orta Cüzün əhalisi Səmərqəndə çəkilməyə məcbur oldu. Abılay xan isə qisas almaq üçün alışıb yanırdı və ona görə də bir neçə dəfə Cunquriya xanına qarşı yürüşdə iştirak etdi.
Abıralı üsyanı
Abıralı üsyanı (qaz. Абыралы көтерілісі) — Şərqi Qazaxıstan vilayətinin Abralı bölgəsində 1931-ci il fevral, mart aylarında baş vermiş kəndli üsyanı. Üsyan məcburi kollektivləşdirməyə qarşı idi. 12 fevral 1931-ci ildə bölgənin bütün aullarında kəndlilərin üsyanı başladı. 4-cü və 6-cı aullarda (indiki Baktı və Enbek aulları) Esimbek Musabekulının rəhbərliyi ilə 300 nəfər kəndli Birləşmiş Dövlət Siyasi İdarəsinin qoşunlarına qarşı müqavimət göstərdilər. Onlar hökumətdən zorakılığı dayandırıb, müsadirə etdikləri mal qaranı və buğdanı xalqa qaytarmağı tələb edirdilər. 1931-ci ilin payızında Abralı üsyanının iştirakçıları Kempirbaevin dəstəsindən 274 nəfər həbs olundu, 85 nəfər isə güllələndi.
Mayis Abışov
Mayis Gülmurad oğlu Abışov (29 aprel 1984, Şamaxı – 10 sentyabr 2007, Qazax rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Mayis Abışov, 2007-ci ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub. == Həyatı == Mayis Abışov 1984-cü il 29 apreldə Şamaxı şəhərində anadan olub. 2002-ci ildə hərbi xidmətə yollanan Mayis Abışov, 2007-ci il 10 sentyabrda Azərbaycan-Ermənistan təmas xəttinin Qazax rayonunu istiqamətində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub. Mayis Abışov Şamaxı şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Məşədi Abdulla bəy Abış
Abdulla bəy Vəlizadə (Məşədi Abış bəy; 1841, Şuşa, Kaspi vilayəti – 1912, Şuşa) — şair, Baharlı tayfasının nümayəndəsi. Məşədi Əsədulla bəy Vəliyevin oğlu. == Həyatı == Abdulla bəy 1841-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Fars və rus dillərini bilmişdir. Atası Məşədi Əsədulla bəy Hacı Həsənəli bəy oğlu Vəliyev Şuşada tacir kimi tanınmışdır. Anasının adı Əzəd xanımdır. Məhəmmədəli bəy Vəlizadənin kiçik qardaşıdır. Təhsilini Şuşada alan Abdulla bəy Mir Möhsün Nəvvabın təşkil etdiyi "Məclisi-fəramuşan"ın fəal üzvü olmuş, klassik üslubda şeirlər yazmışdır. Abdulla bəy Vəlizadə "Məclisi-fəramuşan"ın üzvü olarkən bir neçə şairlə dostluq etmiş, onlarla şeirləşmişdir. O, "Məclisi-fəramuşan"ın üzvü Həsənəli xan Qaradaği, Fatma xanım Kəminə kimi şairlərlə də şeirləşmişdir.
Məşədi Abış bəy Novruzov
Nasim Abışov
Şablon:"Əməkdar müəllim Nasim Əjdər oğlu Abışov — pedaqogika üzrə elmlər doktoru, professor, Respublikanın Əməkdar müəllimi. Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü. == Həyatı == Abışov Nasim Əjdər oğlu 12 may 1974-cü il tarixində Yardımlı rayonunun Bozayran kəndində anadan olmuşdur. Orta məktəb şagirdləri arasında kimya fənni keçirilmiş Respublika fənn olimpiadalarının qalibi kimi 1991-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinə imtahansız qəbul olunmuş və 1996-cı ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. N.Ə.Abışov BDU-da oxuduğu dövr ərzində ali məktəb tələbələri arasında kimya fənni üzrə keçirilmiş Respublika fənn olimpiadalarının qalibi olmuşdur. O, 1996-cı ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinin “Fiziki kimya” ixtisası üzrə aspiranturasına daxil olmuş, 1999-cu ildə oranı bitirmiş, 2000-ci ildə həmin ixtisas üzrə kimya elmləri namizədi alimlik dərəcəsi almışdır. Aspiranturada oxuduğu dövrdə BDU-da yaradılmış “Kimyadan dünya olimpiadasına hazırlıq mərkəzində” orta məktəb şagirdlərindən ibarət Azərbaycan yığma komandasının hazırlığında fəal iştirak etmişdir. N.Ə.Abışov yığma komandanın uğurlu nəticələrinə görə MDB ölkələrinin “Kimyadan Təhsil Assosiasiyasının“ diplomu, 2 dəfə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı, 2 dəfə BDU- nun Fəxri Fərmanı ilə təltif olunmuşdur. 2011-ci ildə ADPU-nun "Kimyanın tədrisi metodikası" ixtisası üzrə doktoranturasını bitirmişdir. 2013-cü ildən pedaqogika üzrə elmləri doktoru, 2017-ci ildən professordur.
Nurtay Abıkayev
Nurtay Əbikay oğlu Əbikayev (qaz. Нұртай Әбіқайұлы Әбіқаев; 15 may 1947) — Qazaxıstanın dövlət xadimi, diplomat, general-mayor, iqtisad elmləri doktoru. Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin çoxdankı dostu və köməkçisi və Qazaxıstan elitasını təşkil edən siyasi "klanlardan" birinin lideri kimi qəbul edilir . == Bioqrafiyası == 15 may 1947-ci ildə Alma-Ata bölgəsi, Jambıl rayonunun Jambıl kəndində anadan olmuşdur. S. M. Kirov adına Ural Politexnik İnstitutunu (Sverdlovsk), Alma-Ata Ali Partiya Məktəbini, Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. 1972-1976-cı illərdə Almatı Ağır Maşınqayırma Zavodunda mühəndis vəzifəsində çalışıb 1976-1988 — partiya və sovet işində 1988 — Qazaxıstan SSR Nazirlər Sovetinin sədrinin köməkçisi 1989-1990 — Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibinin köməkçisi 1990-1995 — Qazaxıstan Respublikası Prezidentinin və Baş nazirinin Baş Katibi, Qazaxıstan Respublikası Təhlükəsizlik Şurasının üzvü 1995 — Qazaxıstan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, eyni zamanda Danimarka, Norveç və İsveçdəki fövqəladə və səlahiyyətli səfiri 1996-cı ilin sentyabrında Qazaxıstan Respublikası Prezidentinin ilk köməkçisi vəzifəsində çalışır. 1998-1999 — Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsinin sədri, general-mayor rütbəsidir. 2000-2002 — Qazaxıstan Xarici İşlər Nazirinin 1-ci müavini. 2002-ci ilin yanvarından — Qazaxıstan Respublikası Prezident Administrasiyasının rəhbəri 2004-cü ilin martında ikinci çağırış Qazaxıstan Respublikası Parlamenti Senatının sədri oldu. 12 fevral 2007-ci ildə Qazaxıstan Respublikası Prezidentinin Fərmanı ilə Qazaxıstan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edildi.
Pərvin Abıyeva
Pərvin Abıyeva (17 oktyabr 1990, Ağdaş) — teatr və kino aktrisası, Ən Yaxşı Aktrisa fəxri diplomu laureatı. == Həyatı == Pərvin Abıyeva 17 oktyabr 1990-cı ildə anadan olmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişdir. == Karyerası == İlk dəfə "Qarabağnamə" filminə çəkilmişdir. 2012-ci ildə isə "Həyat Varsa" serialına çəkilmişdir. 2013-cü ildə "Oğurlanmış arzular" teleserialında baş rol almışdır. 2014-cü ildə "İkinci Bahar" serialıdada baş rolda oynamışdır. 2015-ci ildə "Tufanlı Səma" serialında Anar Heybətovla baş rolda oynamışdır. Həmin il "Gecə Qonağı" filminı çəkilir. "Ay Brilliant" filmində çəkilir.
Ruslan Abışov
Ruslan İbrahim oğlu Abışov (10 oktyabr 1987[…], Bakı) — "Neftçi" Bakı klubunun və Azərbaycan milli futbol komandasının yarımmüdafiəçisidir. 2017-ci ilin yanvar ayından etibarən Azərbaycanın ""Neftçi"" klubunda çıxış edir. "Neftçi Bakı" və "Xəzər-Lənkəran" klublarının heyətində çıxış edib. 2011, 2012-ci illərdə Azərbaycan çempionu olub, 2012-ci ildə Azərbaycanda ilin futbolçusu seçilib. == Həyatı == Ruslan Abışov Bakıda anadan olub. 6 yaşında Uşaq Gənclər Futbol Məktəbinə üz tutub. Abışovun ilk məşqçisi Əli Məmmədov olub. Ruslan daha sonra İsmayıl Əliyev, İbrahim Dadaşov və Rüstəm Rəhimovun rəhbərliyi altında futbolun sirlərinə yiyələnib. Onun futbolçu kimi püxtələşməsində İslam Kərimovun da böyük rolu olub. Ruslan Abışov orta təhsilinə paytaxtın 246 saylı məktəbində yiyələnib.
Sirac Abışov (şəhid)
Sirac Abış oğlu Abışov (29 avqust 1989, Qubadlı – 4 iyun 2021, Susuzluq, Kəlbəcər rayonu) — Azərbaycan Televiziyasının operatoru, şəhid. == Həyatı == 29 avqust 1989-cu il tarixində Azərbaycan SSR-in Qubadlı rayonunun Dondarlı kəndində anadan olmuşdur. Sirac Birinci Qarabağ müharibəsi zamanı ailəsi ilə birlikdə evlərindən didərgin düşmüş, Sumqayıt şəhərində yaşamağa başlamışdır. . === Vəfatı === 4 iyun 2021-ci ildə Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda minaya düşərək şəhid olub. 5 iyunda Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilib. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər. “Sərhədsiz Reportyorlar” Təşkilatı (SRT) 2021-ci ildə vəzifə borcunu yerinə yetirərkən öldürülən jurnalistlərin siyahısına Məhərrəm İbrahimovu və Sirac Abışovu adını salıb. == Təltifləri == Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 14-də imzaladığı Sərəncamla işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu "3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun əmri ilə Sirac Abışov “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı ilə təltif edilib. == Xatirəsinin əbədiləşdirilməsi == Türkiyə Xəbər Video-operatorları Cəmiyyəti tərəfindən Məhərrəm İbrahimov və Sirac Abışovun adına xüsusi mükafat təsis olunub.
Tacəddin Abışov
Tacəddin Elşən oğlu Abışov (27 noyabr 2001; Xəlfəli, İmişli, Azərbaycan — 9 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tacəddin Abışov 2001-ci il noyabrın 27-də İmişli rayon Xəlfəli kəndində anadan olub. Orta təhsilini İmişli rayon Xəlfəli kənd tam orta məktəbində alıb. 2020-ci il yanvar ayında hərbi xidmətə yollanıb. 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlayan zaman döyüşlərə qatılıb. Suqovuşanın və Ağdamın azad olunmasında qəhrəmancasına iştirak edib. 10 oktyabr 2020-ci ildə Ağdərədə şəhidlik zirvəsinə ucalıb. Subay idi. Ölümündən sonra 4 medalla təltif edilib. İmişli rayon Xəlfəli kəndində dəfn olunub.
Telman Abışev
Telman Nadir oğlu Abışev (3 oktyabr 1995; Sumqayıt, Azərbaycan — 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Telman Abışev 1995-ci il oktyabrın 3-də Sumqayıt şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Telman Abışev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Telman Abışev noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Telman Abışev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Telman Abışev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Telman Abışev ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Vaqif Abışov
Vaqif Şirin oğlu Abışov (27 fevral 1955, İmişli) — Azərbaycan tarixçisi, tarix üzrə elmlər doktoru, dosent, AMEA A. A. Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycan xalqına qarşı soyqırımları tarixi" şöbəsinin aparıcı elmi işçisi. == Həyatı == Vaqif Abışov 1955-ci il fevralın 27-də Azərbaycan Respublikasının İmişli şəhərində anadan olmuşdur. 1962–1972-ci illərdə İmişli şəhər N. Nərimanov adına 1 saylı orta məktəbdə təhsil almışdır. Vaqif Abışov 1973–1975-ci illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. 1975–1980-ci illərdə Bakı şəhərində H. Z. Tağıyev adına Toxuculuq fabrikində müxtəlif vəzifələrdə işləmişdir. Vaqif Abışov 1981–1986-cı illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ali təhsil almışdır. O, 1986–1999-cu illərdə Lənkəran şəhər 3 saylı orta məktəbdə, eyni zamanda 1992–1999-cu illərdə Lənkəran Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Ailəlidir, üç övladı var. == Elmi fəaliyyəti == Vaqif Abışov 1995-ci ildən "1917–1918-ci illərdə erməni millətçilərinin Azərbaycan xalqına qarşı soyqırımı" adlı tarix üzrə fəlsəfə doktoru dissertasiya mövzusu üzərində işləyərək, 2007-ci ildə onu müvəffəqiyyətlə müdafiə etmiş və tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Vaqif Abışov 2000–2003-cü illərdə AMEA Milli Münasibətlər İnstitutunda elmi işçi, 2003-cü ildən AMEA A. A. Bakıxanov adına Tarix İnstitutunda elmi işçi, böyük elmi işçi, 2014-cü ildən isə aparıcı elmi işçi vəzifəsində işləyir.
Zəka Abışov
Zəka Abışov (tam adı: Zəka Zakir oğlu Abışov; 19 mart 2001, Qızıldaş – noyabr 2020, Cəbrayıl) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Abışov Zəka Zakir oğlu 19 mart 2001-ci ildə Bakı şəhəri Qaradağ rayonu Qızldaş qəsəbəsində dünyaya göz açmışdır. İbtidai təhsilinə 2007-ci ildə şəhid qohumu Azər Namazovun adını daşıyan 180 saylı orta məktəbdə başlamışdır. Uşaq yaşlarından idmana maraq göstərmiş və karate ilə məşğul olmuşdur. 2016-cı ildə orta təhsilini bitirib "İnşaat qəlibsiçi" ixtisası üzrə 8 saylı peşə məktəbinə daxil olmuşdur. 2019-cu ildə peşə təhsilini uğurla başa vuran Zəka, həmin ilin oktyabr ayında hərbi xidmətə yola düşmüşdür. == Şəhadəti == Komandirlərinin söylədiyinə görə, Zəka hərbi xidməti dövründə fiziki gücü və qorxmazlığı ilə öz əsgər yoldaşlarından fərqlənmişdir. Xidmətinin böyük qismini Füzuli rayonu ərazisində — qoşunların öz xətt bölmələrində (birinci eşalon) keçirimişdir. 27 sentyabr tarixində bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayarkən Zəka Füzuli rayonunda döyüşlərə qatılmış, Füzuli əməliyyatında və Cəbrayıl uğrunda döyüşlərdə iştirak etmişdir. Abışov Zəka noyabr ayının əvvəlləri düşmənin əks həmləsinin qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.
Ülvi Abışov
Ülvi Bayram oğlu Abışov (23 aprel 1997; Şəki rayonu, Azərbaycan — 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ülvi Abışov 1997-ci il aprelin 23-də Şəki rayonunun Turan qəsəbəsində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Ülvi Abışov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvi Abışov noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Şəki rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Abışov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Abışov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Abışov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
İlkin Abıyev
İlkin İslam oğlu Abıyev (18 yanvar 1995; Biləsuvar rayonu, Azərbaycan — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İlkin Abıyev 1995-ci il yanvarın 18-də Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olub. 2002-2013-cü illərdə Əsgərabad kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == İlkin Abıyev 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan İlkin Abıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. İlkin Abıyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Biləsuvar rayonunun Əsgərabad kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Abıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Şakir Abışov
Şakir Zəkəriyyə oğlu Abuşov (20 mart 1950, Qızılağac, Masallı rayonu) — Sumqayıt şəhəri İcra hakimiyyətinin başçısı (1993–2000). == Həyatı == 1950-ci ilin mart ayında Masallı rayonunun Qızılağac kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Universitetini və Bakı Sosial-İdarəetmə və Politologiya İnstitutunu bitirib. İlk əmək fəaliyyətinə Masallı rayonunun "Kalinin" adına sovxozunda mühasib kimi başlayıb. Hərbi xidməti başa vurduqdan sonra Sumqayıta gəlmiş, Səthi Aktiv Maddələr zavodunda aparatçı işləyib. Sonralar zavod birlik komsomol komitələrinin katibi, Sumqayıt şəhər partiya komitəsində təlimatçı, şöbə müdirinin müavini, şöbə müdiri, partiya komitəsinin katibi vəzifələrində çalışıb. 1991-ci ildən 1993-cü ilədək Sumqayıt şəhər Xalq Deputatları Sovetinin sədri olub. Şakir Abuşov 7 ilə yaxın Sumqayıt Şəhər İcra Hakimiyyətinə rəhbərlik edib. O, vəzifəsindən 28 iyun 2000-ci ildə azad edilib.
Şəmsəddin Abışov
Şəmsəddin Qocabəy oğlu Abışov (14 sentyabr 1963, Köryədi, Yardımlı rayonu – 18 oktyabr 2023, Bakı) — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəis müavini, gömrük xidməti polkovniki. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin keçmiş rəisi. == Həyatı == Şəmsəddin Abışov 14 sentyabr 1963-cü ildə Yardımlı rayonunun Köryədi kəndində ziyalı ailəsində anadan olmuşdur. 1986-cı ildə Şimali Osetiyada Orconikidze (vladiqafqaz) Ali Hərbi Ümumqoşun Komandirlər məktəbini, 1998-ci ildə isə Azərbaycan Respublikası Hərbi Akademiyasını bitirmişdir. 1986–1992-ci illərdə keçmiş Sovet Ordusunda müxtəlif vəzifələrdə, 1992-ci ildən 2016-cı ilə qədər Azərbaycan Ordusunda zabit kimi xidmət etmişdir. Xidmət etdiyi dövrlərdə döyüş bölgələrində böyük həcmli hərbi hissə komandiri, birliyin qərargah rəisi vəzifələrinə qədər yüksəlmişdir. 2013-cü ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin rəisi vəzifəsinə təyin edilmişdir. 2014–2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində aparıcı kafedraların rəisi vəzifələrində xidmət etmişdir. 2016-cı ilin sonunda təyin edilmiş yaş həddinə görə Silahlı Qüvvələrdən "Polkovnik" rütbəsi ilə ehtiyata buraxılmışdır. 2018-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Akademiyasının rəis müavini vəzifəsinə, Gömrük xidməti polkovniki rütbəsi verilməklə təyin edilmişdir.
Əhəd Abıyev
Əhəd Mikayıl oğlu Abıyev (15 yanvar 1958, Masallı rayonu) — Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı (2011–2023), Azərbaycan Respublikasının Milli Məclisi I, II və III çağırış deputatı. == Həyatı == Əhəd Abıyev 1958-ci il yanvarın 15-də Masallı rayonunda anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun iqtisadiyyat və planlaşdırma fakültəsini və "Təfəkkür" Universitetinin hüquq fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə Masallı Konserv Zavodunda başlamışdır. 1977–1979-cu illərdə hərbi xidmətdə olmuşdur. 1979–1980-ci illərdə Azərbaycan Avtomobil Nazirliyinin 1 saylı tikinti-quraşdırma idarəsində usta, 1980–1982-ci illərdə Bakı şəhər Mənzil İdarəsində texnik, 1982–1984-cü illərdə "Azərittifaq" Universal bazasında iqtisadçı, 1984–1991-ci illərdə Bakı şəhər Soveti İcraiyyə Komitəsində böyük müfəttiş, böyük iqtisadçı, 1991–1995-ci illərdə Bakı Şəhər İcra Hakimiyyəti əhalinin sosial müdafiəsi və məşğuliyyəti şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Rus və ingilis dillərini bilir. Ailəlidir, iki övladı var. == Siyasi fəaliyyəti == Yeni Azərbaycan Partiyasının üzvüdür. Birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.
Əmrah Abışov
Əmrah Səyyab oğlu Abışov (15 noyabr 1999; Kürdlər, Ağcabədi rayonu, Azərbaycan — 30 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əmrah Abışov 15 noyabr 1999-cu ildə Ağcabədi rayonunun Kürdlər kəndində anadan olmuşdur. 2006-2017-ci illərdə Akif Sultanov adına Ağcabədi rayon Kürdlər kənd tam orta məktəbində təhsil almışdır. == Hərbi xidməti == Əmrah Abışov 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmətini tərxis olunduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq davam etdirmişdir. Azərbaycan Ordusunun əsgəri olan Əmrah Abışov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əmrah Abışov 30 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Ağcabədi Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Abışov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Zümrüd Abıyeva
Zümrüd Yağmur (tam adı: Zümrüd İsrafil qızı Abıyeva; 20 mart 1971, Masallı rayonu) — realist, distopik yazar, ədəbiyyatşünas, 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi. == Həyatı == Zümrüd Yağmur 1971-ci il martın 20-də Masallı rayonunun Məmmədxanlı kəndində anadan olmuşdur. Şərəfə kənd orta məktəbini bitirdikdən sonra 1988–1993-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almışdır. Hələ tələbəykən "Müstəqil qəzet"ində köşə yazıları ilə çıxış etmişdir. 1990-cı illərdən ədəbi yaradıcılığa başlamışdır. "Müstəqil qəzet"də müxbir işlədiyi illərdə dövri mətbuatda hekayələri, elmi, fəlsəfi məqalələri dərc edilmişdir. "Hüseyn Cavid yaradıcılığında insan konsepsiyası" mövzusunda namizədlik dissertasiyası müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır (1997). İlk kitabı "Suada" adlı povest və hekayələr toplusu 1995-də nəşr olunmuşdur. "İnsan axtarışında" (1998) kitabı bədii ədəbiyyatda insan konsepsiyası probleminə həsr edilmişdir. 1994–1999-cu illərdə "Azərbaycan Ensiklopediyası" Nəşriyyat-Poliqrafiya Birliyində elmi redaktor olmuşdur.
Sirac Abışov
Sirac Abış oğlu Abışov (29 avqust 1989, Qubadlı – 4 iyun 2021, Susuzluq, Kəlbəcər rayonu) — Azərbaycan Televiziyasının operatoru, şəhid. == Həyatı == 29 avqust 1989-cu il tarixində Azərbaycan SSR-in Qubadlı rayonunun Dondarlı kəndində anadan olmuşdur. Sirac Birinci Qarabağ müharibəsi zamanı ailəsi ilə birlikdə evlərindən didərgin düşmüş, Sumqayıt şəhərində yaşamağa başlamışdır. . === Vəfatı === 4 iyun 2021-ci ildə Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda minaya düşərək şəhid olub. 5 iyunda Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilib. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər. “Sərhədsiz Reportyorlar” Təşkilatı (SRT) 2021-ci ildə vəzifə borcunu yerinə yetirərkən öldürülən jurnalistlərin siyahısına Məhərrəm İbrahimovu və Sirac Abışovu adını salıb. == Təltifləri == Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 14-də imzaladığı Sərəncamla işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu "3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun əmri ilə Sirac Abışov “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı ilə təltif edilib. == Xatirəsinin əbədiləşdirilməsi == Türkiyə Xəbər Video-operatorları Cəmiyyəti tərəfindən Məhərrəm İbrahimov və Sirac Abışovun adına xüsusi mükafat təsis olunub.

Digər lüğətlərdə