Behçet xəstəliyi
Behçet xəstəliyi — ağız boşluğu və cinsiyyət orqanlarının selikli, gözün ağlı qişasının residiv verən xroniki xəstəliyi. Etiologiyası məlum deyildir. Türk dermatoloqu H.Behçet müəyyən etdiyinə görə, onun adı ilə adlanır. Əlamətləri: ümumi narahatlıq, temperaturun yüksəlməsi, revmatoid xarakterli ağrılar, muxtəlif böyüklükdə eroziya və xoralar və s. ağız boşluğunda xəstəliyin klinik gedişi aftoz stomatit tipli olur, bəzən tez partlayan suluqlar əmələ gəlir. Ağrının təsirindən xəstənin qida qəbulu və danışığı çətinləşir. Suluqlar partladıqdan sonra yerində səthi eroziya izləri qalır. Behçet xesteliyi cinsiyyət orqanlarında eroziyalı vulvit, balanopostit, az hallarda zəif uretrit, bəzən epididimit törədir. Gözdə müxtəlif xarakterli xəstəliklərə (konyunktivit, keratit, irit, görmə sinirinin atrofiyası və s.) səbəb olur. Residiv verən hipopion-iritdən insan hətta kor ola bilər.Adətən, hər üç orqanda bir vaxtda deyil, bəzən ancaq gözdə və ya cinsiyyət orqanlarında baş verir, ya da simptomu bir orqanda kəskin olduğu halda digərində çətinliklə nəzərə Xəstəlik ağır keçdikdə meninqo-ensefalit, hematuriya, medə-bağırsaq qanaxması, tromboflebit, artalgiya və s.