AKKORD
AKKORDEONÇU
OBASTAN VİKİ
Akkordeon
Akkordeon (fr. accordéon) — klavişli musiqi aləti. Bu adı alətə 1829-cu ildə vyanalı orqan ustası K.Damian qarmonu təkmilləşdirdikdən sonra verib. XIX əsrin sonlarında akkordeonlar çox sayda Saksoniyanın Klingentel şəhərində hazırlanırdı. Ən tanınmış markalar "Weltmeister" ( Diana, Stella, Amigo markaları), "Horch", "Hohner", "Берёзка", "Меркурий" və s. Oxşarlığa baxmayaraq piano ifaçısı akkordeonda çalmağı ayrıca öyrənməlidir. Bəstəkar Yan Tyersen xüsusi olaraq akkordeon üçün musiqi bəstələyib. == Tarixi == Akkordeonun primitiv formasının 1822-ci ildə Berlində Kristian Fridrix Lüdviq Buşman tərəfindən icad edildiyi güman edilir. Lakin bu yaxınlarda məlum oldu ki, akkordeon adlandırıla bilən alət 1816-cı ildə və ya ondan əvvəl Nürnberqli Fridrix Lohner tərəfindən istifadə edilmişdir. Akkordeonun adının ilk patentini 1839-cu ildə Vyanalı orqan və fortepiano ustası Cyrillus Demian indiki akkordeona çox da bənzəməyən tək klavişli kiçik alət üçün almışdır.

Digər lüğətlərdə

галантере́я побере́чься стару́хин шлёнда ...атрия боле́зненность заголо́вок нацепля́ть обли́ться поту́ги ро́ллер сию секу́нду смуглоли́цый apfelstrudel breeching detective gently gospel-oath hand-knitted juba olla podrida outbye red light sprinkling irrigation проболтать