Akkordeon
Akkordeon (fr. accordéon) — klavişli musiqi aləti. Bu adı alətə 1829-cu ildə vyanalı orqan ustası K.Damian qarmonu təkmilləşdirdikdən sonra verib.
XIX əsrin sonlarında akkordeonlar çox sayda Saksoniyanın Klingentel şəhərində hazırlanırdı. Ən tanınmış markalar "Weltmeister" ( Diana, Stella, Amigo markaları), "Horch", "Hohner", "Берёзка", "Меркурий" və s.
Oxşarlığa baxmayaraq piano ifaçısı akkordeonda çalmağı ayrıca öyrənməlidir.
Bəstəkar Yan Tyersen xüsusi olaraq akkordeon üçün musiqi bəstələyib.
== Tarixi ==
Akkordeonun primitiv formasının 1822-ci ildə Berlində Kristian Fridrix Lüdviq Buşman tərəfindən icad edildiyi güman edilir. Lakin bu yaxınlarda məlum oldu ki, akkordeon adlandırıla bilən alət 1816-cı ildə və ya ondan əvvəl Nürnberqli Fridrix Lohner tərəfindən istifadə edilmişdir.
Akkordeonun adının ilk patentini 1839-cu ildə Vyanalı orqan və fortepiano ustası Cyrillus Demian indiki akkordeona çox da bənzəməyən tək klavişli kiçik alət üçün almışdır.