Dilimizdə al feili olub və “блогославлять” mənasında işlədilib. Alqış da həmin kök əsasında yaranıb. Buna uyğun olaraq qarğış kəlməsi də qayğı sözündəki qay feili ilə bağlıdır: “kədər, qayğı, yanğı, qəm arzulamaq”deməkdir. Adama qarğamaq onun qayğıya qərq olmasını arzulamaqdır. Demək, alqış “qarğış” qəlibi üzrə yaranıb, “yaxşılıq”, “yüksəklik” deməkdir. Al sözünün “yüksək” (ulu) mənası məlumdur.