AMADƏLİK
AMALQAMA
OBASTAN VİKİ
Amal Alişanlı
Amal Seyfəddin oğlu Alişanlı (11 fevral 2001, Qabaqdibi, Yardımlı rayonu – 8 noyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Amal Alişanlı 2001-ci il fevralın 11-də Yardımlı rayonunun Qabaqdibi kəndində anadan olub. Subay idi. Azərbaycan Ordusunun əsgəri olan Amal Alişanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amal Alişanlı oktyabrın 8-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amal Alişanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Amal Alişanlı ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Amal Alişanlı ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Amal Alişanlı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Amal Qarayev
Amal Ədalət oğlu Qarayev (23 yanvar 2001, Ərus, Yardımlı rayonu – 4 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Amal Qarayev 2001-ci il yanvarın 23-də Yardımlı rayonunun Ərus kəndində anadan olub. Subay idi. Azərbaycan Ordusunun əsgəri olan Amal Qarayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amal Qarayev oktyabrın 4-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Yardımlı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amal Qarayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Amal Qarayev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Amal Qarayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Amal Qarayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Amal Əhmədov
Amalaka
Amalaka (sanskr. आमलक) — Hindistanda orta əsr məbədi binalarının simvolik şəkildə şərh edilən memarlıq detalları. Sanskrit dilindən "lotus meyvəsi" kimi tərcümə olunur. Yastıladılmış nahamar disk formasına malikdir. Bu, Şimali Hindistanın məbədi qüllələrini – şikharaların baş hissələrində olurdu. Dərin mənasıya malik amalakanın kökü buddizmdən əvvəlki inanclara qədər gedib çıxır. Kainatın modelini simvollaşdırır. Harle, J.C., The Art and Architecture of the Indian Subcontinent, 2nd edn.
Amalfi
Amalfi (Amalfi) — Salerno körfəzinin sahillərində, İtaliyanın Salerno əyalətində yerləşən sahilkənarı şəhər.
Amalfi Respublikası
Amalfi Respublikası və ya Amalfi hersoqluğu (it. Ducato di Amalfi) - İtaliyanın Amalfi şəhərində 958-1037-ci illər ərzində mövcud olmuş şəhər dövləti.
Amali sülaləsi
Amali sülaləsi — Qotlara hökm etmiş bir sülalə idi. Adlarını qədim bir qəhrəman olan Amaldan alırdılar. Amal güclü demək idi. Amalilər və Baltilər daim mübarizə aparan bir nəsil idi. Tarixdə Amalilərin nəslindən gəldiyini iddia edən iki ailə vardı: Sakson hersoqları olan Billunqlar və Rusiyadakı baron ailəsi olan Solovyevlər.
Amaliya Materna
Amaliya Fridrix Materna (alm. Amalie Friedrich-Materna‎ 10 iyul 1844 – 18 yanvar 1918, Vyana)-avstriyalı opera müğənnisi (dramatik soprano). Həm də məşhur vokal pedaqoq kimi fəaliyyət göstərmişdir. Amaliya Materna özünün müğənnilik karyerasına Qratsedə kilsə xorunda ifa etməklə başlamışdır. 1865-ci ildə elə Qratsedə yerləşən opera teatrı "Taliya"nın səhnəsində çıxış etməyə başlamışdır. Müğənni Karl Fridrixlə ailə həyatı qurduqdan sonra, Vyanada onunla bərabər çıxış etmək təklifi alır. 1869-cu ildə 30 ildən çox fəaliyyət göstərdiyi Vyana Dövlət Operasında fəaliyyətə başlayır. O, həmçinin Londonun, Sankt-Peterburqun opera səhnələrində çıxış etmişdir. 1884–1885-ci illərdə ABŞ-da qastrol səfərində olmuşdur. O, Vaqner repertuarının bir sıra partiyalarının ilk ifaçısı hesab edilir.
Amaliya Pənahova
Amaliya Əliş qızı Pənahova (15 iyun 1945, Kirovabad – 8 noyabr 2018, Bakı) — Azərbaycanın teatr və kino aktrisası, televiziya rejissoru, Azərbaycan SSR xalq artisti (1985), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972), sənətşünaslıq doktoru (2013), professor, 2000–2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, Bakı Bələdiyyə teatrının bədii rəhbəri və direktoru, Avropanın əməkdar elm və mədəniyyət xadimi. Amaliya Pənahova 1945-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1966-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu ixtisasını bitirmişdir. 1964-cü ildən ömrünün sonunadək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaratmışdır. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rolları qeyd etmək olar. 1968-ci və 1972-ci illərdə Azərbaycan Lenin Komsomolu və Azərbaycan SSR Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür. Teatr və kino sənətinin inkişafındakı böyük xidmətlərinə görə ona 1974-cü ildə Azərbaycan SSR əməkdar artisti, 1985-ci ildə isə Azərbaycan SSR xalq artisti fəxri adı verilmişdir. 1982-ci ildə ilin aktrisası elan edilmiş, 1998-ci ildə isə türk dünyasının birinci kino festivalında türk dünyasının altı populyar aktyoru sırasında adı qeyd olunmuşdur. Aktrisa həmçinin bacarıqlı rejissor kimi də özünü sınamışdır. 43 illik sənət fəaliyyəti dövründə 12 televiziya və teatr tamaşasına quruluş vermişdir ki, bunların çoxu lentə alınıb, hazırda televiziyanın Qızıl fondunda saxlanılır.
Amaliya Rodriqiş
Amália Rebordão Rodrigues ya da Amália Rodriques (23 iyun 1920 — y. 6–1999), Portuqaliyalı müğənni.
Avstriyalı Mariya Amaliya
Avstriyalı Mariya Amaliya (alm. Maria Amalia von Österreich‎) (22 oktyabr 1701, Vyana – 11 dekabr 1756) — Müqəddəs Roma imperatoru VII Karlın xanımı. Atası Müqəddəs Roma imperatoru I Jozef, anası isə Braunşveyqli Vilhelmina Amaliyadır. Andrea Rueth: Maria Amalia. In: Jürgen Wurst, Alexander Langheiter (Hrsg.): Monachia. Städtische Galerie im Lenbachhaus, München 2005, ISBN 3-88645-156-9 Alois Schmid: Maria Amalia, Erzherzogin von Österreich. In: Neue Deutsche Biographie (NDB). Vol. 16, Duncker & Humblot, Berlin 1990, ISBN 3-428-00197-4 Bettina Braun; Katrin Keller; Matthias Schnettger (4 April 2016). Nur die Frau des Kaisers?: Kaiserinnen in der Frühen Neuzeit.
Brünsvikli Vilhelmina Amaliya
Cyperus rotundus var. amaliae
Girdə topalaq (lat. Cyperus rotundus) - topalaq cinsinə aid bitki növü. Chlorocyperus rotundus (L.) Palla Chlorocyperus salaamensis Palla Cyperus agrestis Willd. ex Spreng. & Link Cyperus arabicus Ehrenb. ex Boeckeler Cyperus badius var. inconspicuus (Nyman) Nyman Cyperus bicolor Vahl Cyperus bifax C.B.Clarke Cyperus bulbosostoloniferus Miq. Cyperus comosus Sm. Cyperus disruptus C.B.Clarke Cyperus elongatus Sieber ex Kunth Cyperus herbicavus Melliss Cyperus hexastachyos Rottb. Cyperus hildra Poir.
Persoonia amaliae
Persoonia amaliae (lat. Persoonia amaliae) — personiya cinsinə aid bitki növü.
Saksoniyalı Mariya Amaliya
Saksoniyalı Mariya Amaliya (isp. María Amalia Cristina Francisca Javiera Flora Walburga) (24 noyabr 1724, Drezden – 27 sentyabr 1760[…], Madrid) — İspaniya kralının xanımı. Atası Reç Pospolita kralı III Avqust, anası isə Müqəddəs Roma imperatoru I Jozefin qızı Mariya Jozefinadır.
Saksoniyalı Mariya Jozefina Amaliya
Mariya Jozefina Amaliya (isp. Maria Josepha Amalia Beatrix Xaveria Vincentia Aloysia Franziska de Paula Franziska de Chantal Anna Apollonia Johanna Nepomucena Walburga Theresia Ambrosia) (7 dekabr 1803 və ya 6 dekabr 1803, Drezden – 18 may 1829) — İspaniya kralının xanımı. Atası Reç Pospolita kralı III Avqustun nəvəsi Maksimilyan, anası isə Parma hersoqu Filippin nəvəsi Parmalı Karolinadır. Hələ 16 yaşında ikən İspaniya kralı VII Ferdinandla evləndi. İlk 2 nikahından varisi olmayan kralın hakimiyyəti təhlükə altında idi. Mariya Jozefina çox uşaqlılıqlarıyla məşhur olan Saksoniya şahzadələrindən olsa da, bu nikahdan övladı olmadı. Bu səbəblə saraydan ayrılaraq uzun müddət Aranxuaz sarayında yaşadı. Bu müddət ərzində cütlüyü barışdırmaq məqsədilə Roma papası VII Piy ona şəxsi məktub belə yazmışdı. Ancaq bunlar heç bir fayda vermədi və Mariya Jozefina 18 may 1829-cu ildə yüksək hərarət səbəbilə vəfat etdi. María Isabel de Braganza: la reina del Prado : edición conmemorativa del bicentenario de la Fundación Museo del Prado (1819–2019).
Siciliyalı Mariya Amaliya
Siciliyalı Mariya Amaliya (isp. María Amelia Teresa de Borbón-Dos Sicilias; fr. Marie-Amélie de Bourbon-Siciles) (26 aprel 1782[…], Kral sarayı (Kazerta), Kampaniya – 24 mart 1866[…]) — Fransanın son kraliçası. Atası Neapol və Siciliya kralı I Ferdinand, anası isə Müqəddəs Roma imperatoru I Fransiskin qızı Mariya Karolina idi. 25 noyabr 1809-cu ildə Orleanlı Lui-Filiplə evləndi. Evliliyinin 21-ci ilində əri Fransanın son kralı olaraq taxta çıxdı. Howarth, T. E. B. Citizen-King, The Life of Louis-Philippe, King of the French. London: Eyre & Spottiswoode, 1961. Margadant, Jo Burr. "The Duchesse de Berry and Royalist Political Culture in Postrevolutionary France.
İnfanta Mariya Amaliya
İnfanta Mariya Amaliya (isp. María Amalia de Borbón y Borbón-Parma) (9 yanvar 1779, Madrid – 22 iyul 1798) – İspaniya kralı IV Karlın qızı, İspaniya infantası. Hələ 16 yaşında ikən 1795-ci ildə 40 yaşlı əmisi İnfant Antonio Paskalla evləndi. Cütlüyün ilk və yeganə övladı isə 1798-ci ildə ölü olaraq dünyaya gəldi. Doğum əsnasında tutulduğu infeksiya səbəbilə Mariya Amaliya doğumdan 2 gün sonra vəfat etdi. Bearne Charlton, Catherine. A Royal Quartette. London: T. F. Unwin, 1908. Mateos Sainz de Medrano, Ricardo. Los desconocidos infantes de España.
Şarlotta-Amaliya
Şarlotta-Amaliya (ing. Charlotte Amalie) — ABŞ Vircin adalarının ən iri şəhəri və paytaxtı. Sent-Tomas adasında yerləşir. Əhalisi 2000-ci il siyahıyaalınmasına görə əhalisi 18 900 nəfərdir. Şarlotta-Amaliya öz adını Danimarka kralı V Kristianın həyat yoldaşı Şarlotta-Amaliya Gessen Kasselskinin şərəfinə alıb. Əvvəllər piratların məskəni kimi ad çıxartmışdı, hal-hazırda turizmi ilə məşhurdu. Burada kruiz gəmiləri dayanırlar.
Şarlotta Amaliya
Şarlotta-Amaliya (ing. Charlotte Amalie) — ABŞ Vircin adalarının ən iri şəhəri və paytaxtı. Sent-Tomas adasında yerləşir. Əhalisi 2000-ci il siyahıyaalınmasına görə əhalisi 18 900 nəfərdir. Şarlotta-Amaliya öz adını Danimarka kralı V Kristianın həyat yoldaşı Şarlotta-Amaliya Gessen Kasselskinin şərəfinə alıb. Əvvəllər piratların məskəni kimi ad çıxartmışdı, hal-hazırda turizmi ilə məşhurdu. Burada kruiz gəmiləri dayanırlar.
Paraseiulus amaliae
Paraseiulus talbii (lat. Paraseiulus talbii) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin paraseiulus cinsinə aid heyvan növü.
Amalago
İstiot (lat. Piper) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinə aid bitki cinsi.
Amaliya
Amaliya — qadın adı. Amaliya Pənahova — Azərbaycanın teatr və kino aktrisası Amaliya Materna — avstriyalı opera müğənnisi (dramatik soprano).
Braunşveyqli Vilhelmina Amaliya
Braunşveyqli Vilhelmina Amaliya (alm. Wilhelmine Amalie von Braunschweig‎) (21 aprel 1673, Hannover – 10 aprel 1742, Vyana) — Müqəddəs Roma imperatoru I İosifin xanımı. Atası Braunşveyq hersoqu İohann Fridrix, anası isə onun xanımı Benedikta Henriettadır. Clarissa Campbell Orr: Queenship in Europe 1660-1815: The Role of the Consort.

Digər lüğətlərdə