Ami

der; -(s); -(s) F amerikalı
Amerikanistik
Amme
OBASTAN VİKİ
AMİ
Azərbaycan Müəllimlər İnstitutu — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olmuş ali təhsil müəssisəsi. 1929-cu ildən pedaqoji kadrların ixtisasının artırılması və yenidən hazırlanması sahəsində ali təhsili mütəxəssis hazırlığı ilə fəaliyyətə başlayan indiki AMİ hal-hazırda müxtəlif istiqamətlər, bakalavr, magistratura, aspirantura və dissertantura, ixtisasartırma və yenidənhazırlanma təhsil istiqamətləri üzrə kadr hazırlığı mərkəzinə çevrilmişdir. Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə məktəbəqədər tərbiyə müəssisələri və məktəblərin ibtidai sinifləri üçün pedaqoji kadrlar hazırlamaq, habelə müəllimlərin ixtisaslarının artırılması, təkmilləşdirilməsi və yenidən hazırlanmasını təmin etmək məqsədilə Azərbaycan Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunun bazasında yaradılmışdır. Azərbaycan Müəllimlər İnstitutu 26 noyabr 2015-ci ildə ləğv edilərək Azərbaycan Dövlət Pedaqoji Universitetinə birləşib. 13 iyun 2000-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialı, Bakı Mədəni-Maarif Texnikumunun Ağcabədi şöbəsi və Ağdaş Pedaqoji Texnikumunun Ağcabədi şöbəsinin bazasında yaradılmışdır. 26 noyabr 2015-ci ildə Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması nəticəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialına çevrilmişdir. 13 iyun 2000-ci il tarixində ilə Cəlilabad Kənd Təsərrüfatı Texnikumunun bazasında yaradılmışdır. 26 noyabr 2015-ci ildə Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması nəticəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialına çevrilmişdir. 13 iyun 2000-ci il tarixində Gəncə Zona Müəllimləri Təkmilləşdirmə İnstitutunun və Gəncə şəhəri təsərrüfat hesablı Məişət Kollecinin bazasında yaradılmışdır. 2000-ci il tarixli 13 iyun tarixində Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının fəaliyyəti dayandırılmışdır.
Sailor Moon SuperS Plus - Ami's First Love
Sailor Moon SuperS Plus - Ami's First Love (美少女戦士セーラームーンSuperS 外伝 亜美ちゃんの初恋, Bishōjo senshi Sērā Mūn SuperS gaiden - Ami-chan no hatsukoi, azərb. Seylor Mun SuperS plus: Aminin ilk sevgisi‎) — "Seylor Mun"un 1995-ci ildə buraxılmış xüsusi seriyası. 23 dekabr 1995-ci ildə "Sailor Moon SuperS" anime filmi ilə birlikdə nümayiş etdirilmişdir. Seriyada hadisələrin əsas diqqət mərkəzində Seylor Merkuri kimi tanınan Ami Mizunodur. Ami bir gün məktəbə gələndə ona yazılmış bir sevgi məktubu alır və böyük təşvişə düşür. Lakin o dostlarına hazırda məhəbbət haqqında düşünmədiyini bildirir. Ami dostlarına bildirir ki, imtahanlara "Mercury" ləqəbi ilə qatılıb maksimal nəticə göstərib, lakin onunla birlikdə "Mercurius" adlı şagirdin də maksimal nəticə əldə edib. Ami bunu meydan oxuma kimi qəbul edib əvvəlkindən də daha gərgin çalışmağa başlayır. Amini izləyən Bonnon ona hücum edir. Ami Bonnonu "Mercurius" zənn edir və Seylor Merkuriyə çevrilib onu məğlub edir.
AMİ Frankı
Ami Hetzel
Ami Hetzel (27 aprel 1983) — Avstraliyanı təmsil edən su poloçusu. Ami Hetzel, Avstraliya yığmasının heyətində 2008-ci ildə baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatılıb və bürünc medal qazanıb. Ami Hetzel, 2008-ci ildə Avstraliya yığması ilə birgə XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Macarıstan yığmasını 9:9 (3:2 penaltilər seriyasında) hesabı ilə məğlub edən Avstraliya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu.
Ami Mizuno
Seylor Merkuri (セーラーマーキュリー, Sērā Mākyurī) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" animanqasında personaj. Əsl adı Ami Mizuno (水野 亜美, Mizuno Ami) olan Seylor Merkuri gənc yapon tələbə qızdır. Günəş sistemini şər qüvvələrdən qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür. 14-16 yaşlarındadır. 10 sentyabrda anadan olmuşdur. Boyu 158 santimetrdir. Seylor Merkuri Seylor Mun tərəfindən tapılmış ilk Seylor döyüşçüsüdür, komandanın beynidir. Əsas gücü suyun bütün aqreqat hallarını idarə etmək, onu manipulyasiya etməkdir. Həmçinin IQ səviyyəsi 300 olduğundan çox güclü intellektə malikdir, hər cür texnologiyadan başı çıxır. "Seylor Mun" manqasından başqa Seylor Merkuri qısa müddət xüsusi olaraq hazırlanmış "Aminin ilk məhəbbəti" manqasından yer almışdır.
Ami Otaki
Ami Otaki (d. 28 iyul 1989) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Ami Suqita
Ami Suqita (d. 14 mart 1992) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 6 oyun keçirib, 2 qol vurub.
Şer Ami
Şer Ami (fr. Cher Ami tərcümədə — "Əziz dost" deməkdir) — 1918-ci ildə ABŞ siqnal korpusu ilə birlikdə ABŞ-dən Fransaya köçürülmüş hərbi poçt göyərçinidir. Birinci Dünya müharibəsinin son bir ilində Qərb cəbhəsində, göyərçin çoxlu uçuşlar edərək xüsusi əhəmiyyətli mesajları çatdırırdı. Meuse-Argonne hücumu zamanı ordunun əsas hissəsindən düşmənin bölərək ayrı saldığı 77-ci piyada diviziyasının itirilmiş batalyonunun 194 əsgərini xilas etməklə məşhurlaşmışdı. 3 oktyabr 1918-ci ildə mayor (ing. Charles White Whittlesey) və 500-dən çox insan kiçik irəliləyiş etmiş, ancaq qidasız və məhdud sayda silah-sursatla mühasirəyə düşmüşdülər. 4 oktyabrda onlar, cəbhənin digər tərəfindən göyərçinlə qeyri dəqiq koordinatlarını göndərdilər. Tabor müttəfiqlərin atəşinə tutuldu. Elə ilk gündə amerikanlıların çoxu öldürüldü və yaralandı. Amerika ordusunun olduğu yerə mesaj daşıyan iki poçt göyərçini göndərildi, lakin hər ikisi öldürüldü.
Denudasiya amilləri
Edmondo De Amiçis
Edmondo De Amicis (21 oktyabr 1846[…] – 11 mart 1908[…]) — İtaliyan romançı, jurnalist, qısa hekayə yazıçısı və şair. Bundan başqa gəzinti kitabları və uşaq əhvalatlarıyla da tanınmışdır. Çocuk Kalbi, çev. Babil Çeçen-Ayhan Ergun (İstanbul: Örgün, 1984). Çocuk Kalbi, çev. Kasım Göçmenoğlu (İstanbul: Nehir, 1995). Çocuk Kalbi, çev. Dr. Nurhan Özaltın, Mehmet Aydın (İstanbul:Yalçın 1993) Çocuk Kalbi, çev. Nevin Özkan (İstanbul: Alkım, 1997).
Eria amica
Euseius amissibilis
Euseius amissibilis (lat. Euseius amissibilis) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Fərda Amin
Fərda Amin (Fərda Akif oğlu Xudaverdiyev; 12 avqust 1979, Cəbrayıl) — azərbaycanlı aktyor, ssenarist, aparıcı, rejissor və şoumen. Fərda Akif oğlu Xudaverdiyev əslən Siyəzən rayonunun Qozağacı kəndindəndir. O, 1979-cu ildə 12 avqust tarixində Cəbrayıl rayonunda doğulub. İqtisad Universitetində təhsil aldığı dövrdə "Şən və Hazırcavablar Klubu"nda çıxış edib. Müəllifi və aparıcısı Həsən Əliyev olan, "Space TV"-də yayımlanan "Tək səbir" verilişinin iştirakçısı olub. Verilişdə olan gülməli monoloq, videoroliklər insanları çox güldürürdü. Bu verilişin rejissoru Fərda idi. Senarisini isə Elməddin Cəfərovla birlikdə yazırdılar. Ancaq bu verilişin ömrü uzun olmur. Fərda "Tam Sərbəst" verilişini yaradır və bir neçə il sonra "Tam Sərbəst solo" adlı proqramla ekranlara çıxır.
Geomorfoloji amillər
Istehsal amilləri
İstehsal amilləri: əmtəə və xidmətlər istehsal etmək üçün istifadə olunan amillərdir. İstehsal amilləri bunlardır: — əmək, torpaq, kapital, mənfəət.
John Naimi Amiral
Nəimi Əmiral (ing. John Naimi Amiral) — ABŞ Hərbi Donanmasında xidmət edən Azərbaycan əsilli zabiti, Pentaqonda ABŞ Dəniz Qüvvələrinin baş ofisində şərqi Avropa və NATO Əlaqələri şöbəsinin rəisi. Nəimi Əmiral Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub. Bir övladı var. Nyu-York Dövlət Universitetini iki magistr dərəcəsi – İqtisadiyyat və Siyasi Əlaqələr üzrə bitirib. Azərbaycan, İngilis, Rus və İtalyan dillərini mükəmməl bilir. 2001-ci ildə 11 sentyabr hadisələrindən qısa müddət sonra ABŞ hərbi donanmasında xidmətə başlayıb və daha sonra 2005-ci il avqust ayında ABŞ Dəniz Donanmasının zabit məktəbini bitirdikdən sonra prezident Corc Buşun sərəncamı ilə zabit rütbəsi alıb. Nəimi Əmiral hazırda Amerika Birləşmiş Ştatları Donanmasının Avropa və Afrika qüvvələri baş qərargahında Xarici Əlaqələr Zabiti olaraq xidmətdədir. Gənc zabit olan Nəimi Əmiral ilk olaraq İdarəolunan Raket əleyhinə USS ARLEIGH BURKE - (DDG-51) gəmisində diviziya rəhbəri və helikopterlərə nəzarət mütəxəssisi kimi xidmət edib. Gəmi xidmətindən sonra Əmiral İnteqrallaşdırılmış Loqistik Dəstək bölməsinin rəhbər müavini və Dövlət Satın Alma Rəsmisi kimi xidmət edib, Corc Buş aviadaşıyıcısının tikintisi və ABŞ hərbi donanmasının gəmiləri üçün milyon dollarlarla vəsaiti idarə edərək loqistik dəstək göstərib.
Kelvin Amian
Kelvin Amian Adou (8 fevral 1998-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Tuluza klubunda müdafiəni sağ cinahında çıxış edən peşəkar Fransa futbolçusudur. Amian Tuluza akademiyası ilə inkişaf etmişdir. Liqa 1-də debütünü 14 avqust 2016-cı ildə Marsel klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır.
Kiriakos Amiridis
Kiriakos Amiridis (ö. dekabr 2016, Braziliya) — Yunanıstan Respublikasının Braziliya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri (yanvar 2016 – dekabr 2016). 2016-cı ilin son günlərində Kiriakos Amiridisin icarəyə götürdüyü avtomobil yanmış vəziyyətdə tapılıb. Polis maşında onun yanmış cəsədini aşkarlayıb.
Limitləyici amillər qanunu
Limitləyici (məhdudlaşdırıcı) amillər qanunu — ekologiyanın fundamental qanunlarından biri. Üzvi kimyaçı, aqrokimyanın banilərindən biri Y.Libix (1803–1873) bitkilərin 1840-cı ildə mineral qidalanma nəzəriyyəsini irəli sürmüşdür. O, müəyyən etmişdir ki, bitkilərin inkişafı kifayət qədər olan kimyəvi element və maddələrdən (amillərdən) başqa,eyni zamanda çatışmayan element və maddələrdən də asılıdır. Öz tədqiqatları nəticəsində Libix "minimum" qanununu formalaşdırmışdır. Qanuna görə, optimal kəmiyyətindən daha çox kənara çıxan amil orqanizm üçün daha əhəmiyyətlidir. Ona görə də, ekoloji şəraiti proqnozlaşdırarkən və ya ekspertiza həyata keçirilərkən, orqanizmin həyatındakı ən zəif həlqəni müəyyən etmək çox əhəmiyyətlidir. Verilmiş konkret anda orqanizmin yaşaması məhz minimal (və ya maksimal) səviyyədəki amildən asılıdır. Başqa zaman kəsiyində digər amillər də məhdudlaşdırıcı ola bilər. Öz həyatı ərzində canlı orqanizmlər onların həyat fəaliyyətinə təsir göstərən ən müxtəlif limitləyici amillərə məruz qalır. Qanun kənd təsərrüfatı praktikasında daim nəzərə alınır.
Maaruf Amin
Maaruf Amin — İndoneziya vitse-prezidenti olan indoneziyalı siyasətçi və İslam din xadimi. Vəzifəyə gəldikdən təxminən 77 yaşında İndoneziya tarixində ən yaşlı vitse-prezidentdir.
Maks Amini
Maks Amini (ing. Max Amini; fars. مکس امینی‎‎; 23 sentyabr 1977, Tuson, Arizona) — ABŞ komediyaçısı. Atası İranın İsfahan şəhərindən olan fars, anası isə Təbriz azərbaycanlısıdır.
Martin Amis
Martin Lues Emis (ing. Martin Louis Amis, 25 avqust 1949[…], Oksford – 19 may 2023) — britaniyalı roman yazarı, esseist, memuarist və ssenarist. Money(1984) və London Fields(1989) onun ən məşhur romanlarıdır. O, şah əsəri olan Experience-a görə James Tait Black Memorial mükafatına layiq görülmüşdür və indiyə qədər iki dəfə Booker mükafatı ilə təltif olunmuşdur (1991-ci ildə Time's Arrow və 2003-cü ildə Yellow Dog əsərlərinə görə). Amis 2011-ci ilə qədər Mançester Universitetinin Yeni Yazı Mərkəzində Yaradıcı Yazının Professoru kimi xidmət edir. 2008-ci ildə The Times qəzeti onu 1945-ci ildən bəri yaşayan 50 ən yaxşı britaniyalı yazıçılardan biri adlandırıb. Emis cəfəngiyyat və anlamsızlıqları qəbul etmiş sonuncu kapitalist olan Qərb Cəmiyyəti üzərində işlər apararaq, tez-tez qəribə və gülünc karikaturaları tənqid edir. Sol Bellou, Vladimir Nabokov, Ceyms Coys, həmçinin atası Kinqsli Amis tərəfindən ruhlandırılaraq, özünün 20-ci əsrin sonu və 21-ci əsrin əvvəllərində Vil Selv və Zadi Smit kimi bir çox uğurlu yazıçılara təsiri olmuşdur. Emis Uelsdə Suonsi şəhərində anadan olmuşdur. Onun atası, ingilis roman yazarı Kinqsli Amis Londondan olan xardal fabrikantının katibinin oğlu; anası Hilari "Hilli" Bardvel dövlət qulluqçusu Kənd Təsərrüfatı Nazirinin qızı idi.
Mühitin antropogen amilləri
Nazik Amiryan
Nazik Amiryan (tam adı: Nazik Hovanessi Amiryan, erm. Նազիկ Հովհաննեսի Ամիրյան; 14 mart 1967, İrəvan) — Qarabağ müharibəsi iştirakçısı, Ermənistan Silahlı Qüvvələri polkovniki (1999), Ermənistan Arxivləşdirmə Federasiyanın Prezidenti (1999-cu ildən). O, Manvel Qriqoryanın həyat yoldaşıdır. Nazir Hovanessi Amiryan 14 mart 1967-ci ildə SSRİ-nin Ermənistan SSR-nin İrəvan şəhərində anadan olmuşdur. O, 1988-ci ildə Ermənistan Dövlət İqtisad Universitetindən məzun olmuşdur. Amiryan 1988–1989-cu illərdə ticarətçilik üçün nəzərdə tutulmuş Oğuz təlim kollecində müəllim kimi işləmişdir. O, 1999–2000-ci illərdə Təbiət Mühafizə Nazirliyinin Respublika Dövlət Ekoloji Ekspertizasının sədri olmuşdur. 1990–1994-cü illərdə Hadrut, Ağdərə və Füzuli cəbhələrində 5-ci Üçkilsə könüllü briqadasının Üçkilsə könüllü batalyonununda hərbi həkim olaraq fəaliyyət göstərmişdir. Hadturdakı döyüşlərdə əsir götürülən Amiryan bir neçə döyüşçü ilə Şuşadakı həbsxanaya göndərilmişdir. Onlar Şuşanın erməni qüvvələri tərəfindən işğal edilməsindən sonra sərbəst buraxılmışdılar.
Neoseiulus amicus
Neoseiulus amicus (lat. Neoseiulus amicus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Nurul Amin
Nurul Amin (15 iyul 1893 – 2 oktyabr 1974, Ravalpindi, Pəncab) — Pakistan İslam Respublikasının 8-ci baş naziri.
Para-aminobenzoy turşusu
Para-aminobenzoy turşusu (vitamin B10) –aminoturşudur, benzoy turşusunun törəməsidir, təbiətdə geniş yayılmışdır. Para-aminobenzoy turşusu (PABT) 1863-cü ildə alınmışdır. 1939–1940-cı illərin tədqiqatları göstərmişdir ki, bəzi bakteriyalar və mayaların ekstraktlarının tərkibində sulfanilamid preparatların bakteriostatik təsirinə antaqonistik təsirli maddə vardır . Müəyyən edilmişdir ki, bu maya ekstraktın aktiv başlangıcı öz kimyəvi quruluşuna görə para-aminobenzoy turşusundan ibarətdir. Onun kimyəvi formulu: NH2-C6H4-COOH, C7H7NO2 P-aminobenzoy turşusu ət, qara ciyər, yumurtanın ağından və başqa yeyinti məhsullarından ayrılmışdır. Para-aminobenzoy turşusu ağ, kristallik toz şəklində olur; uzun müddət saxlandıqda hava və işığın təsirindən sarımtıl rəng alır. Para-aminobenzoy turşusu soyuq suda nisbətən pis həll olur, isti suda və spirtdə yaxşı həll olur, qələvilərdə asan həll olur; termostabildir. Bu turşu məhlulunu 1100C-yə qədər qaynatdıqda da öz aktivliyini itirmir. Oksidləşdiricilərin və dəmir duzlarının təsitindən tez dəyişir. Prokainesterazin təsirindən novokain hidroliz olur və bunun nəticəsində para-aminobenzoy turşusu və dietilaminoetanol alınır.
Qəfərli Amin
Çayların sululuğu və ona təsir edən amillər
İctimaiyyun-Amiyyun
İctimaiyyun-Amiyyun, Mücahid və ya İran Sosial Demokrat Partiyası — İranlı (əsasən, Cənubi Azərbaycandan olan) fəhlələrin Rusiya Sosial Demokrat Fəhlə Partiyası (bolşeviklər) Bakı təşkilatı və onun Hümmət Partiyasının fəal köməyi ilə 1905-ci ilin sonlarında yaradılmış ilk sosial-demokrat təşkilatı. 1904-cü ildə yaradılmış Ədalət Qrupu əsasında yaradılmış, sonralar Ədalət Partiyasının özəyini təşkil etmişdir. Yaradılmasında Nəriman Nərimanovun mühüm rolu olmuşdur. Partiya iranlı fəhlələrin inqilabi şüurunun oyanmasında və öz hüquqları uğrunda mübarizəyə cəlb edilməsində, habelə İranda 1905–1911 illər Məşrutə hərəkatında mühüm rol oynamışdır. Partiyanın Mərkəzi Komitəsi Bakıda yerləşirdi. Nəriman Nərimanov başda olmaqla, Hümmət Partiyasının bir çox üzvləri "İctimaiyyun-Amiyyun"un məramnaməsinin hazırlanmasında fəal iştirak etmişdilər. Məramnamənin layihəsi 1906-cı il dekabrın əvvəllərində Bakıda çap edilmişdir. Həmin sənəd partiya təşkilatlarının əsas fəaliyyət proqramı olaraq, Cənubi Qafqazda yayılmış, habelə İrana göndərilərək, partiyanın İran təşkilatlarının, xüsusilə Təbriz təşkilatının ölkədə ictimai-iqtisadi inkişafın səviyyəsi və inqilabın ilk mərhələsinin xüsusiyyətləri haqqında düzəliş və təklifləri əsasında aqrar məsələyə dair müəyyən dəyişiklikdən sonra təkmilləşdirilmiş və partiyanın proqramı kimi, onun 1907-ci ildə Məşhəddə keçirilən yığıncağında qəbul olunmuşdu. Mücahid Partiyasının proqramı Hümmətin proqramına nisbətən daha inqilabi xarakteri ilə fərqlənirdi. Partiya fərdi terror taktikasınıı qəbul etmişdi.
İctimaiyyun-Amiyyun (təşkilat)

İctimaiyyun-Amiyyun Firqəsi

Bishoujo Senshi Sailor Moon SuperS Gaiden: Ami-chan no Hatsukoi
Sailor Moon SuperS Plus - Ami's First Love (美少女戦士セーラームーンSuperS 外伝 亜美ちゃんの初恋, Bishōjo senshi Sērā Mūn SuperS gaiden - Ami-chan no hatsukoi, azərb. Seylor Mun SuperS plus: Aminin ilk sevgisi‎) — "Seylor Mun"un 1995-ci ildə buraxılmış xüsusi seriyası. 23 dekabr 1995-ci ildə "Sailor Moon SuperS" anime filmi ilə birlikdə nümayiş etdirilmişdir. == Məzmun == Seriyada hadisələrin əsas diqqət mərkəzində Seylor Merkuri kimi tanınan Ami Mizunodur. Ami bir gün məktəbə gələndə ona yazılmış bir sevgi məktubu alır və böyük təşvişə düşür. Lakin o dostlarına hazırda məhəbbət haqqında düşünmədiyini bildirir. Ami dostlarına bildirir ki, imtahanlara "Mercury" ləqəbi ilə qatılıb maksimal nəticə göstərib, lakin onunla birlikdə "Mercurius" adlı şagirdin də maksimal nəticə əldə edib. Ami bunu meydan oxuma kimi qəbul edib əvvəlkindən də daha gərgin çalışmağa başlayır. Amini izləyən Bonnon ona hücum edir. Ami Bonnonu "Mercurius" zənn edir və Seylor Merkuriyə çevrilib onu məğlub edir.

Digər lüğətlərdə