Arsenal FK
Arsenal futbol klubu (Arsenal Football Club, The Arsenal, The Gunners, The Red Army), İngiltərə Premyer Liqasında yer alan bir futbol klubu. Şimali London'dakı Hollouey səmtində qurulmuşdur. İngiltərənin ən müvəffəqiyyətli klublarından biri olub, 13 Premyer Liqa çempionluğu və 14 FA Kuboku çempionluğu var. Arsenal, Premyer Liqada ən uzun müddət lider qalma və bir mövsüm məğlub olmadan çempion olan yeganə klubdur.Premyer Liqanın qızıl kuboku yalnız Arsenalın muzeyindədir.Arsenal həmçinin FA Kubokundada 14 dəfə qalib olmaqla rekordçudur.
Arsenal, 1886-cı ildə quruldu və 1893-cü ildə Futbol Liqasına qatıldı. XX əsrin 30-cu illərində ilk böyük turnirini qazanan komanda, bu dövrdə 5 liqa çempionluğu ilə 2 kubok çempionluğu əldə etdi. Müharibə dövründən sonra, 1970-1971 mövsümündə həm İngiltərə Premyer Liqasını həm də FA Kubokunu qazanaraq, 20-ci əsrdə bunu bacaran ikinci komanda oldu. Sonrakı 20 il içində uğurlu oynayıb, yenə həm İngiltərə Premyer Liqasını, həm də FA Kubokunu eyni mövsümdə qazandılar. Sonradan bu müvəffəqiyyəti iki dəfə daha təkrarladılar və UEFA Çempionlar Liqasının finalına yüksələn ilk London klubu oldular.
Klubun rəngləri, ənənəvi olaraq qırmızı və ağ olub, tarixi müddət boyunca dəyişmədən günümüzə qədər gəlmişdir.