ARZULAMAQ

ARZULAMAQ (arzusunda olmaq) Azad... vətənimizin bu gözəlliklərini seyrə daldıqca, ilk baharı arzulayıram (S.Rüstəm); ARZU ETMƏK [Səlimə:] Sizə gözəl xoşbəxtlik arzu edirəm (İ.Əfəndiyev); ARZUSUNDA OLMAQ, DİLƏMƏK Firəngiz: Mən də cavab məktubu yazdım, razılıq elədim, ona müvəffəqiyyət dilədim (B.Bayramov); İSTƏMƏK Süleyman: Əsgərin dediyi odur ki, səninlə qohum olmaq istəyir (Ü.Hacıbəyov).

ARZU
ARZUMAN

Значение слова в других словарях