asferik
asılı
OBASTAN VİKİ
Asfiksiya
Asfiksiya (q.yun. ἀ- — q.yun. σφύξη — nəbz; hərfən — nəbzin yoxluğu), və ya boğulma — kəskin tənəffüs çatışmazlığının ən ağır formasıdır. Bu zaman orqanizmə oksigen daxil olmur. Asfiksiyanın bir növü udma zamanı boğulma, ki xüsusi ilk yardım tələb edir (aşağıya baxın). Asfiksiyanın əmələ gəlməsinin əsas səbəbləri aşağıdakılardır: tənəffüs yollarının sıxılması, mənfəzinin şiş toxuması və ya yad cisimlə tutulması ağciyərlərə maye dolması suda boğulan adamların ağciyərlərinə su dolduqda dölün tənəffüs yoluna dölyanı maye dolduqda qırtlağın iltihab nəticəsində daralması tənəffüs əzələlərinin iflici toxuma tənəffüsünün pozulması. == Ümumi məlumat == Asfiksiya qazlar mübadiləsinin pozulması, hipoksik və hiperkapnik sindromun inkişafı ilə gedən, tənəffüs və qan dövranı pozulmalarına gətirib çıxaran həyati təhlükəli vəziyyətdir. Patologiyanın əsasında tənəffüs mərkəzinin disfunksiyası, ağciyərlərə havanın daxil olmasına mexaniki maneə, tənəffüs əzələlərinin zədələnməsi durur. Səbəbindən asılı olmayaraq asfiksiyanın bütün növlərində və formalarında təxirəsalınmaz (bəzən həm də reanimasion) tədbirlərin həyata keçirilməsi tələb olunur. Çünki kəskin oksigen aclığının başlanmasından bir neçə dəqiqə sonra ölüm baş verə bilər.

Digər lüğətlərdə

дестабилиза́ция звукопроводи́мость паспорти́стка пить поднату́живать по́просту поре́заться поруча́ть сбочку́ дразня́ще неаккура́тность пересла́иваться пя́тый разда́вливать кубеки abstentionist Big Beat confidential overtake service elevator великанша девяностый дотащить пустовать хромолитография