Assosiasiya

lat. associatio – birləşmə 1) cəmiyyət, birlik, ittifaq; 2) kimyada molekulların və ya maddənin iki qat, üç qat və i.a. olaraq birləşməsi; 3) fiziki və ya hüquqi şəxslərin qarşılıqlı əməkdaşlıq məqsədilə könüllü birləşməsi; 4) şirkətlər, ittifaqlar; 5) psixologiyada: psixi proseslərin nisbətən davamlı rabitəsi. Müəyyən əlaqə və münasibətdə olan cismin və hadisələrin əks etdirilməsi onlar haqqındakı fikir və təsəvvürlərin əlaqələndirilməsinə səbəb olur. Sonralar cismin biri təsir etdikdə digərləri də yada düşür. Əlaqəli fikir və hadisələr də belədir.
Assistent
Atlas
OBASTAN VİKİ
Assosiasiya
Assosiasiya (ing. Association) — ümumi məqsədlərə nail olmaq üçün təşkilatların və ya ayrı-ayrı şəxslərin birgə fəaliyyətini əlaqələndirən birlik forması; digər mənaları isə: 1)cəmiyyət, birlik, ittifaq; 2)kimyada molekulların və ya maddənin iki qat, üç qat və i.a. olaraq birləşməsi; 3)fiziki və ya hüquqi şəxslərin qarşılıqlı əməkdaşlıq məqsədilə könüllü birləşməsi; 4)şirkətlər, ittifaqlar; 5)psixologiyada: psixi proseslərin nisbətən davamlı rabitəsi. Müəyyən əlaqə və münasibətdə olan cismin və hadisələrin əks etdirilməsi onlar haqqındakı fikir və təsəvvürlərin əlaqələndirilməsinə səbəb olur. Sonralar cismin biri təsir etdikdə digərləri də yada düşür. Əlaqəli fikir və hadisələr də belədir. Müasir anlamda assosiasiyalar qruplaşmış birliklər, ittifaqlar, təşkilatlar mənasında işlədilir. Assosiasiyalar cəmiyyətin bütün institusional sahələrində (sənətkarlar gildiyaları, sənayeçilər ittifaqları, həmkarlar ittifaqları, siyasi partiya və bloklar, ictimai, elmi və dini birliklər, idman klubları, həvəskarların cəmiyyətləri və s.) yayılmışdır. Assosiasiyaların açılması və fəaliyyəti müvafiq hüquqi normalarla nizamlanır. Zaman keçdikcə Assosiasiyalar öz məqsədlərini və onlara çatma vasitələrini dəyişə bilər.
Türkiyə və Avropa İqtisadi Birliyinin Assosiasiya Sazişi
Türkiyə və Avropa İqtisadi Birliyinin Assosiasiya Sazişi (türk. Türkiye Cumhuriyeti ile Avrupa Ekonomik Topluluğu Arasında Bir Ortaklık Oluşturma Anlaşması, ing. Agreement Creating An Association Between The Republic of Turkey and the European Economic Community) — Türkiyə ilə Avropa Birliyi arasında əməkdaşlığın həyata keçirildiyi beynəlxalq müqavilə. Müqavilə imzalanarkən, məqsəd Türkiyə ilə o dövrdə Avropa İqtisadi Birliyi (AİB) arasında siyasət, ticarət, mədəniyyət və təhlükəsizliyin möhkəmləndirilməsi sahələrində inteqrasiyanı dərinləşdirmək idi. Türkiyə, 1958-ci ildə AEC-in qurulmasından dərhal sonra, 1959-cu ilin iyulunda Avropa İqtisadi Birliyinə üzv üzv olmaq üçün müraciət etdi. Müqavilə 12 sentyabr 1963-cü ildə Ankarada imzalanmışdır. Buna görə, AİB ilə Türkiyə arasında Gömrük Birliyi yaratmaq üçün üç addımlıq bir proses başladı. 1970-ci ildə Türkiyə və AİB bu müqaviləyə əlavə bir protokol qəbul etdilər. 6 mart 1995-ci ildə Sazişə uyğun olaraq yaradılmış AB-Türkiyə Birlik Şurası, Avropa Birliyi ilə Türkiyə arasında Gömrük Birliyi yaratma qərarı verdi. 31 dekabr 1995-ci ildə gömrük birliyi qüvvəyə mindi.
Avropa İttifaqı ilə Assosiasiya Sazişi
Avropa İttifaqı ilə Assosiasiya Sazişi — Avropa İttifaqı (Aİ) ilə Aİ üzvü olmayan dövlət arasında tərəflər arasında əməkdaşlıq üçün çərçivə təmin edən sazişdir. Əməkdaşlıq sahələri adətən siyasi, ticarət, sosial, mədəni əlaqələrin inkişafına və təhlükəsizliyin möhkəmləndirilməsinə təsir göstərir. Belə bir razılaşmanın hüquqi əsası Avropa İttifaqının fəaliyyəti haqqında Müqavilənin 217-ci maddəsi ilə yaradılmışdır. Assosiasiya sazişinin təmin edilməsi Böyük Britaniya ilə gələcək İcma əməkdaşlığının təmin edilməsi vasitəsi kimi AET-də Roma Müqaviləsinə daxil edilmişdir. Avropa Birliyi ilə assosiativ sazişlər bağlayan ilk dövlətlər 1960-cı ildə Yunanıstan və Türkiyə olmuşdur. Aİ adətən siyasi, iqtisadi, ticarət və ya məhkəmə islahatları öhdəliyi müqabilində assosiasiya sazişləri bağlayır. Bunun müqabilində əlaqəli dövlət Aİ bazarlarının bir hissəsinə və ya hamısına, kənd təsərrüfatı məhsulları bazarına və s. rüsumsuz çıxış, habelə maliyyə və ya texniki yardım ala bilər. Assosiasiya sazişinə Aİ ilə üçüncü ölkə arasında azad ticarət sazişi daxil ola bilər. Assosiasiya Sazişi bütün Aİ Üzv Dövlətləri tərəfindən ratifikasiya edilməlidir.
Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası
Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası, ASEAN (Association of Southeast Asian Nations) - 8 avqust 1967-ci ildə Vyetnam müharibəsindən qaynaqlanan kommunist genişləməyə qarşı olaraq Filippin, Malayziya, Tayland, İndoneziya və Sinqapur arasında qurulan beynəlxalq təşkilat. O vaxtdan bəri,8 Yanvar 1984-cü ildə Bruney Darussalam , 28 iyul 1995-ci ildə Vyetnam, 23 iyul 1997-ci ildə Laos və Myanma və 30 aprel 1999-cu ilda Kamboca. və Şərqi Timor 11 noyabr 2022-ci il təşkilata daxil olmuşdur. 2005-ci ildə təşkilatın ümumi daxili nəticəsinin cəmi təxminən 884 milyard dollar idi. İldə 4%lшk bir böyümə nisbəti tutulmuşdur. 2006da GSYH 1,066 trilyona yüksəlmişdir. 2010-cu ildə, onun kombinə nominal ÜDM-ini 1,8 trilyon ABŞ dollarına çatıb. 4,46 milyon kvadrat kilometrə yayılan ASEAN bölgəsinin ümumi əhalisi tqəribən 600 milyon nəfərdir. ASEAN təşkilatının prioritet hədəfləri arasında bölgə ölkələrinin iqtisadi böyüməsinə təkan qazandırılması, ictimai və mədəni inkişaf, bölgədə sülh və sabitliyin təmin edilməsi yerləşir. 2003-ci ildə ASEAN liderlərinin ASEAN'ın 3 hissəni əhatə etməsinin lazım olduğu qərarı ilə ASEAN Təhlükəsizlik Birliyi, ASEAN İqtisadi Birliyi və ASEAN Cəmiyyət və Mədəniyyət Birliyi yaradıldı.
Dünya Arıçılıq Assosiasiyaları Federasiyası
"Apimondiya" (ing. Apimondia), Dünya Arıçılıq Assosiasiyaları Federasiyası (ing. International Federation of Beekeepers' Associations) — məqsədi arıçılıq sənayesi ilə məşğul olan alimləri, sahibkarları və ictimai xadimləri bir araya gətirmək olan dünya miqyaslı təşkilat. Qərargahı İtaliyanın Roma şəhərində yerləşir. Prezidenti Filipp MakKeyb olmuşdur. O, 20 oktyabr 2018-ci ildə vəfat etdikdən sonra təşkilata vitse-prezident Peter Kozmus rəhbərlik edir. Təşkilat öz "Apiacta" jurnalını nəşr edir. 1897-ci ildən DASF çərçivəsində dünyanın müxtəlif şəhərlərində keçirilən arıçılıq konqresləri keçirilir. Yarandığı gündən "Apimondiya" apiterapiyaya xüsusi diqqət yetirir, onun daimi elmi komissiyası var. "Официальный сайт МФПА" (ingilis).
Dünya Qız Bələdçiləri və Qız Skautları Assosiasiyası
Dünya Qız Bələdçiləri və Qız Skautları Assosiasiyası (ing. World Association of Girl Guides and Girl Scouts - WAGGGS / w æ ɡ z) 152 ölkədə qadınlara yönəlmiş və yalnız qadınlardan ibarət Bələdçi və Skaut təşkilatlarını dəstəkləyən qlobal birlikdir . O 1928 - ci ildə Macarıstanın Parad şəhərində yaradılmışdır və baş ofisi Londonda , Böyük Britaniyada yerləşir . O, Dünya Skaut Hərəkatı Təşkilatının (WOSM) həmkarıdır. WAGGGS beş regionda təşkil olunub və beş beynəlxalq Rəhbərlik mərkəzini idarə edir. Avropa Gənclər Forumunda tamhüquqlu üzv statusuna malikdir, Avropa Şurası və Avropa İttifaqı ərazilərində fəaliyyət göstərir və bu qurumlarla sıx əməkdaşlıq edir. Qız Bələdçiləri 1910-cu ildə Lord Baden-Powell tərəfindən bacısı Agnes Baden-Powellin köməyi ilə yaradılmışdır . 1912-ci ildə evləndikdən sonra həyat yoldaşı Olave Baden-Powell Qız Rəhbərliyi və Qız Skautluğunun inkişafında aparıcı rol oynadı.Hərəkat yayıldıqca müstəqil milli Rəhbər birliklər yaradıldı. Lakin beynəlxalq əməkdaşlığa ehtiyac hiss olunurdu. Ledi Baden-Pauel 1918-ci ilin fevralında Londonda qeyri-rəsmi Beynəlxalq Şuranın əsasını qoydu.
Dünya Qız Bələdçiləri və Qız Skautları Assosiasiyası (WAGGGS)
Dünya Qız Bələdçiləri və Qız Skautları Assosiasiyası (ing. World Association of Girl Guides and Girl Scouts - WAGGGS / w æ ɡ z) 152 ölkədə qadınlara yönəlmiş və yalnız qadınlardan ibarət Bələdçi və Skaut təşkilatlarını dəstəkləyən qlobal birlikdir . O 1928 - ci ildə Macarıstanın Parad şəhərində yaradılmışdır və baş ofisi Londonda , Böyük Britaniyada yerləşir . O, Dünya Skaut Hərəkatı Təşkilatının (WOSM) həmkarıdır. WAGGGS beş regionda təşkil olunub və beş beynəlxalq Rəhbərlik mərkəzini idarə edir. Avropa Gənclər Forumunda tamhüquqlu üzv statusuna malikdir, Avropa Şurası və Avropa İttifaqı ərazilərində fəaliyyət göstərir və bu qurumlarla sıx əməkdaşlıq edir. Qız Bələdçiləri 1910-cu ildə Lord Baden-Powell tərəfindən bacısı Agnes Baden-Powellin köməyi ilə yaradılmışdır . 1912-ci ildə evləndikdən sonra həyat yoldaşı Olave Baden-Powell Qız Rəhbərliyi və Qız Skautluğunun inkişafında aparıcı rol oynadı.Hərəkat yayıldıqca müstəqil milli Rəhbər birliklər yaradıldı. Lakin beynəlxalq əməkdaşlığa ehtiyac hiss olunurdu. Ledi Baden-Pauel 1918-ci ilin fevralında Londonda qeyri-rəsmi Beynəlxalq Şuranın əsasını qoydu.
Finlandiya Futbol Assosiasiyası
Finlandiya Futbol Federasiyası — Finlandiyada ali futbol qurumu. Finlandiya Futbol Federasiyası 1907-ci ildə yaranıb. 1908-ci ildən FİFA, 1954-cü ildən UEFA-nın üzvüdü.
Fransua-Haviyer Bonyu Assosiasiyası
"Fransua-Haviyer Bonyu Assosiasiyası" (fr. Association François-Xavier Bagnoud və ya FXB International) — QİÇS və yoxsulluğun zərər çəkmiş uşaqlar üçün yardım təmin etməyə yönəlmiş beynəlxalq təşkilat. Təşkilat 1989-cu ildə təsis edilib. Belə ki, fransalı keçmiş jurnalist və film istehsalçısı Albina dü Buaruvrey 1986-cı ildə həyatının ən ağır itkisini verdikdən - yeganə oğlu Fransua-Haviyer Bonyunu itirdikdən sonra nə isə yaxşı bir iş görmək istəyir. Ona görə də oğlunun adını daşıyan, kasıb ölkələrdəki insanlara yardım edəcək xeyriyyə təşkilatını – "Fransua-Haviyer Bonyu Assosiasiyası"nı yaradır. "Mən bu təşkilatı yaratmaqla onun etmək istədiklərini, insanları xilas etmək, əsasən də uşaqlar olmaqla, imkansız, çox şeydən məhrum olan insanlara yardım etmək istədim." Təşkilat fəaliyyətinə 1990-ci illərdə, uşaqlarda QİÇS xəstəliyi olan Uqandadan başlayıb. Hazırda Afrika, Asiya və Latın Amerikasının ən yoxsul 8 ölkəsində fəaliyyət göstərir. İlk üç ildə hər 100 ailədən 80-i bu proqrama daxil edildi. Birinci il onlar pulsuz ərzaq, tibbi yardım, təhsil və evlə təmin edilirdi ki, bu müddət ərzində ailə başçısı pul qazanmaq üçün yollar axtarırdı. Bu, ya bir inək, ya bir paltartikən maşın, ya da kənd təsərrüfatı üçün lazım olan alət ola bilərdi.
Hesablama Maşınlarının Assosiasiyası
ACM cəmiyyəti Azərbaycan dilində Hesablama Texnikası Assosiasiyası (ing. Association for Computing Machinery, ACM) adlanır və hesablama texnologiyası elmləri üzrə ixtiasaslaşan mühəndislərin cəmiyyətdir. Cəmiyyət kompüter mühəndisliyi, kompüter elmləri üzrə mütəxəssisləri birləşdirən, hesablama texnologiyalarının inkişafına dəstək olan, İKT üzrə mütəxəssislərin formalaşmasına yardımçı olan bir cəmiyyət kimi tanınır. Cəmiyyət üzvlərinin istifadəsinə hesablama texnologiyaları sahəsində olan ən böyük kitabxana, elektron tədris portalı, jurnallar və digər resurslar verilir. ACM bütün kompüter mühəndislərini, kompüter elmləri təlim-tədrisi ilə məşğul olan şəxsləri və bu sahədə elmi araşdırma ilə məşğul olan mütəxəssisləri özündə birləşdirən dünyada hesablama texnikası mütəxəssislərini birləşdirən ən böyük cəmiyyətdir. ACM cəmiyyət üzvlərinə kollektiv fikir yürütmək, məlumatları paylaşmaq, mühüm problemləri paylaşmaq, idarəçilik kimi qabiliyyətləri aşılayır, cəmiyyət üzvlərinin şəxsi inkişafına, uğurlu karyera qurmasına dəstək olur, mütəxəssislərdən öyrənməklə özünüinkişafa şərait yaradır. Cəmiyyət öz missiyasını konfranların təşkili, elmi məqalələrin və kitabların nəşri, tədrisə dəstək proqramlarının hazırlanması və hayata keçirilməsi, ictimai fəaliyyətlər və eyni sahə problemləri ilə məşğul olan mütəxəssisləri xüsusi maraq qrupları altında birləşdirməklə həyata keçirir, illik 170-dən artıq kompüter qrafikası, məlumat ötürülməsi, mobil texnologiyalar, proqramlaşdırma mühəndisliyi, obyekt yönlü proqramlaşdırma və digər mövzuları əhatə edən elmi konfransın təşkilatçılığına dəstək olur. Cəmiyyətin dünya üzrə sənayedən, akademik və dövlət müəssisələrindən olan 100.000-dən artıq üzvü var. Bu üzvlər heç bir maliyyə qarşılığı güdmədən bir çox fəaliyyətlərə dəstək olurlar. Cəmiyyətin baş ofisinin idarəetmə heyəti aşağıdakı vəzifələrdən ibarətdir.
Hesablama Texnikası Assosiasiyası
ACM cəmiyyəti Azərbaycan dilində Hesablama Texnikası Assosiasiyası (ing. Association for Computing Machinery, ACM) adlanır və hesablama texnologiyası elmləri üzrə ixtiasaslaşan mühəndislərin cəmiyyətdir. Cəmiyyət kompüter mühəndisliyi, kompüter elmləri üzrə mütəxəssisləri birləşdirən, hesablama texnologiyalarının inkişafına dəstək olan, İKT üzrə mütəxəssislərin formalaşmasına yardımçı olan bir cəmiyyət kimi tanınır. Cəmiyyət üzvlərinin istifadəsinə hesablama texnologiyaları sahəsində olan ən böyük kitabxana, elektron tədris portalı, jurnallar və digər resurslar verilir. ACM bütün kompüter mühəndislərini, kompüter elmləri təlim-tədrisi ilə məşğul olan şəxsləri və bu sahədə elmi araşdırma ilə məşğul olan mütəxəssisləri özündə birləşdirən dünyada hesablama texnikası mütəxəssislərini birləşdirən ən böyük cəmiyyətdir. ACM cəmiyyət üzvlərinə kollektiv fikir yürütmək, məlumatları paylaşmaq, mühüm problemləri paylaşmaq, idarəçilik kimi qabiliyyətləri aşılayır, cəmiyyət üzvlərinin şəxsi inkişafına, uğurlu karyera qurmasına dəstək olur, mütəxəssislərdən öyrənməklə özünüinkişafa şərait yaradır. Cəmiyyət öz missiyasını konfranların təşkili, elmi məqalələrin və kitabların nəşri, tədrisə dəstək proqramlarının hazırlanması və hayata keçirilməsi, ictimai fəaliyyətlər və eyni sahə problemləri ilə məşğul olan mütəxəssisləri xüsusi maraq qrupları altında birləşdirməklə həyata keçirir, illik 170-dən artıq kompüter qrafikası, məlumat ötürülməsi, mobil texnologiyalar, proqramlaşdırma mühəndisliyi, obyekt yönlü proqramlaşdırma və digər mövzuları əhatə edən elmi konfransın təşkilatçılığına dəstək olur. Cəmiyyətin dünya üzrə sənayedən, akademik və dövlət müəssisələrindən olan 100.000-dən artıq üzvü var. Bu üzvlər heç bir maliyyə qarşılığı güdmədən bir çox fəaliyyətlərə dəstək olurlar. Cəmiyyətin baş ofisinin idarəetmə heyəti aşağıdakı vəzifələrdən ibarətdir.
Kanada Xristian Əmək Assosiasiyası
Kanada Xristian Əmək Assosiasiyası (ing. Christian Labour Association of Canada – CLAC) — Kanadanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Assosiasiyanın baş qərargahı Ontario əyalətinin Mississauqa şəhərində yerləşir. İkinci dünya müharibəsindən sonra Kanadaya üz tutan alman miqrantlar kommunizm və sosializm prinsiplərindən uzaq olan ədalətli siyasət yürüdən vahid bir təşkilata ehtiyac duyurlar. Ona görə də müəyyən qrup işçilər birləşərək xırda təşkilatlar yaradırlar. 20 fevral 1952-ci ildə isə həmin birliklər birləşərək Kanada Xristian Əmək Assosiasiyasını təsis edirlər. Assosiasiya bu günə kimi fəaliyyətini davam etdirir və əmək münasibətlərinin düzgün tənzimlənməsində böyük rol oynayır. Yarandığı ilk gündən assosiasiya Avropa həmkarlar ittifaqlarının təcrübəsindən istifadə edib. Bu isə təşkilatın ədalətli prinsiplər üzərində formalaşmasına böyük köməklik göstərib. Assosiasiya 1974-cü ildən başlayaraq iki pensiya əmanəti proqramına başçılıq edir.
Karib dövlətləri assosiasiyası
Karib dövlətləri assosiasiyası - siyasi və iqtisadi danışıqlarda regionun işgüzar dairələrinin statusunun möhkəmləndirilməsi məqsədilə əlaqələndirici təşkilat qismində 1995-ci ildə təsis edilmişdir. Assosiasiya qarşılıqlı marağın mədəni, iqtisadi və texniki, həm də turizm və nəqliyyat sahələrində konsultasiyalar, əməkdaşlıq və fəaliyyət uzlaşması üçün forumlarını keçirir. Assosiasiyaya kontinental ölkələrlə (Kolumbiya, Meksika, Surinam və Venesuela) Karib adaları dövlətləri, həmçinin altı müşahidəçi-dövlət daxildir. Assosiasiyanın katibliyi Port-of-Speyndə, Trinidad və Tobaqoda yerləşir. Karib birliyi - Karib adalarında aparıcı iqtisadi təşkilatdır. Birliyin əsas tapşırığı ümumi Karib bazarının yaradılmasından ibarətdir, təşkilatın fəaliyyəti iqtisadi və bir-birinə çox yaxın məsələlərin həll edilməsidir. Karib birliyinin üzvləri: Antiqua və Barbuda, Barbados, Beliz, Qayana, Qrenada, Dominikan Respublikası, Montserrat, Sent-Vinsent və Qrenadina, Sent-Kits və Nevis, Sent-Lyusiya, Trinidad və Tobaqo, Tyorks və Kaykos adaları, həmçinin Britaniya və Virciniya adalarıdır. Hökumət başçılarının konfransı - Birliyin siyasətini müəyyən edir, ümumi bazar üzrə Nazirlər Şurası ümumi bazarın vəziyyətinə cavab verir. Katibliyi Qayananın Corctaun şəhərində yerləşir. Şərqikarib dövlətləri Təşkilatına - Antiqua və Barbuda, Qrenada, Dominikan Respublikası, Montserrat, Sent-Vinsent və Qrenadina, Sent-Kits və Nevis, Sent-Lyusiya, yəni əvvəllər ümumi valyuta və ədliyyə sistemi kimi ümumi xidmətlərə malik olan ölkələr daxildir.
Kənd Təsərrüfatı İqtisadçılarının Beynəlxalq Assosiasiyası
Kənd Təsərrüfatı İqtisadçılarının Beynəlxalq Assosiasiyası (ing. İAAE) — Kənd təsərrüfatının ümumi məsələləri üzrə beynəlxalq təşkilat Assosiasiya 1929-cu ildə Böyük Britaniyanın Totnes şəhərində təsis olunmuşdur. Kənd təsərrüfatı iqtisadiyyatı elminin inkişafına köməklik göstərmək və iqtisadi təşkilatlarınnəticələrinin tətbiqi, Assosiasiya üzvləri arasında informasiya mübadiləsinin təşkili, müxtəlif beynəlxalq konfransların və digər tədbirlərin keçirilməsi.
Milli Basketbol Assosiasiyası
Milli Basketbol Assosiasiyası (ing. National Basketball Association) və ya MBA (ing. NBA) – Amerika Birləşmiş Ştatlarının 30 komandadan ibarət olan peşəkar basketbol liqası. Liqanın əsası 6 iyun 1946-cı ildə Nyu-York şəhərində "Basketboll Assosiation of America" (BAA) (Amerika Basketbol Assosiasiyası) olaraq qoyulmuşdur. Liqa 1949-cu ildə indiki adını almışdır. Oyunları Amerikada ESPN və TNT, Türkiyədə TV8, Azərbaycanda isə CBC Sport kanalları yayımlayır. NBA loqosunun üzərində Los-Anceles Leykersli oyunçu Cerri Vestin süjeti canlanır. Mötərizənin içindəki rəqəmlər məşqçinin qazandığı titulların sayını göstərir. NBA çempionluğu titulunu 11 çempionluqla ən çox Phil Jackson qazandı. Ardınca 9 çempionluqla Red Auerbach, 5 çempionluqla John Kundla, Gregg Popovich və Pat Riley gəlir.
Qiyom Büde Assosiasiyası
Qiyom Büde Assosiasiyası (fr. Association Guillaume-Budé) — Humanist Qiyom Büdenin adını daşıyan və humanitar elmlərin təbliğinə həsr olunmuş fransız mədəni və elmi cəmiyyəti. Cəmiyyətin hazırkı prezidenti ellinist Jak Joannadır. Assosiasiya Beynəlxalq Klassik Araşdırmalar Federasiyasının təsisçi üzvüdür (ing. International Federation of Associations of Classical Studies, 1948). Qiyom Büde Assosiasiyası 1917-ci ildə dörd məşhur fransız filoloqu Moris Kruaze, Pol Mazon, Lui Bodin və Alfred Ernu tərəfindən yaradılmışdır. Assosiasiyanın əsas məqsədi 19-cu əsrin əvvəllərindən ingilis və xüsusilə alman alimlərinin (Vilamovits-Mellendorf, Nitsşe, Dils və başqaları) üstünlük təşkil etdiyi bir sahədə yunan və latın klassik müəlliflərinin tənqidi nəşri idi. 1930-cu ildə Pol Mazonu Les Belles Lettres İnzibati Şurasının sədri vəzifəsində əvəz edən naşir Jan Malinin təşəbbüsü ilə aparıcı mütəxəssislərin rəhbərliyi altında hər kəsə antik dövr abidələrini görməyə imkan verən ilk arxeoloji kruiz təşkil edildi. 1932-ci ildə Nimesdə Assosiasiyanın ilk qurultayı keçirildi. O, bütün Fransada və hətta onun hüdudlarından kənarda cəmiyyətin yerli təbəqələrinin yaradılmasına təkan verdi.
Sinxron Tərcüməçilərinin Beynəlxalq Assosiasiyası
Sinxron Tərcüməçilərinin Beynəlxalq Assosiasiyası və ya AIIC (AIIC – fr. Association Internationale des Interprètes de Conférence) — 1953-cü ildə təsis edilmişdir. Assosiasiya 100-dən çox ölkədən olan 3000-dən çox üzvü təmsil edir. AIIC sinxron tərcüməçilərinin yeganə qlobal birliyidir. Assosiasiya yüksək keyfiyyətli tərcümə və peşəkarlığı təmin etmək məqsədi daşıyan, həmyaşıdların nəzərdən keçirilməsi sisteminə əsaslanan ciddi qəbul proseduruna malikdir. Namizədlər ən azı beş il AIIC üzvü olan tərcüməçilər tərəfindən maliyyələşdirilməlidir. AIIC üzvlərindən assosiasiyanın etik kodeksinə və onun peşəkar standartlarına riayət etmək tələb olunur. AIIC bir sıra beynəlxalq təşkilatlarla (məsələn, Aİ və Birləşmiş Millətlər Təşkilatı ) əlaqə qurur və qeyri-üzvlər də daxil olmaqla, onların bütün tərcüməçiləri üçün iş şəraiti ilə bağlı danışıqlar aparır. AIIC-in məqsədləri tərcüməçilər üçün məqbul iş şəraitini təmin etmək, peşəkar tərcüməni təmin etmək və tərcüməçi peşəsi haqqında ictimaiyyətin məlumatlılığını artırmaqdır. AIIC Əfqanıstan qoşunlarında xidmət etmiş tərcüməçilərin uzunmüddətli təhlükəsizliyini təmin etmək üçün hökumətə təzyiq göstərmək məqsədilə Beynəlxalq Tərcüməçilər Federasiyası kimi qüvvələrlə birləşmişdir.
Sun Çi-Li Assosiasiyası
Sun Çi-Li Assosiasiyası — Cənub-Şərqi Asiyada, xüsusilə də Tayvanda qeyri-ənənəvi inanclardan, təhlükəli hesab edilən dini cərəyanlardan biri. Bu qrupun dini lideri Sun Çi-Li iddia edir ki, möcüzəvi təsir gücünə malikdir və planetin istənilən nöqtəsində peyda olmaq üçün özünün mənəvi “doppelqangerini” (romantizm dövrü ədəbiyyatında “insanın oxşarı” mənasında işlədilmişdir) yarada bilər. Bunu sübut etmək üçün Sun bütün planet üzrə göy qurşağı və nurlu işığın fonunda havada pərvazlandığını əks etdirən foto-şəkillərini nümayiş etdirir. Sun bu fotoları davamçılarına satmaqla çox dəbdəbəli həyat yaşayır və daşınmaz əmlak əldə edir. 1996-cı ildə bu fotoların saxta olduğu sübuta yetirildi və Çi-Li dələduzluqda ittiham edildi. O, 3 milyard Tayvan dollarını (təxminən 100 milyon ABŞ dolları) götürərək aradan çıxdı. Sonralar ona bəraət verildi. Belə ki, Ali Məhkəmə onun dini fəaliyyətinin Konstitusiyaya zidd olmadığı barədə qərar qəbul etdi. Gülnar Seyidli. Asiyada təhlükəli 10 dini cərəyan.
Süni intellektin inkişafı assosiasiyası
Süni intellektin inkişafı assosiasiyası (ing. Association for the Advancement of Artificial Intelligence, AAAI) – süni intellektin populyarlaşdırılması, bu sahədə təhsil səviyyəsinin yüksəldilməsi, illik konfransların keçirilməsi, nəşr işi (AI Magazine jurnalı və başqa nəşrlər) və s. ilə məşğul olan qurum. 1979-cu ildə “American Association for Artificial Intelligence” adı ilə yaradılıb. 2007-ci ildə yeni adla adlandırılıb. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Türkiyə Aeronavtika Assosiasiyası
Türkiyə Aeronavtika Assosiasiyası və ya qısaca TAA, Türkiyədə aviasiya sənayesini yaratmaq; hərbi, mülki, idman və turizm aviasiyasının inkişafını təmin etmək məqsədilə 16 fevral 1925-ci ildə Mustafa Kamal Paşanın əmri ilə yaradılmış assosiasiyadır. Atatürkün əmri ilə yaradılan zaman rəhbəri və prezidenti Cevat Abbas Gürer olub və assosiasiya “Türk Təyyarə Cəmiyyəti” adını daşımış, 1935-ci ildən “Türkiyə Aeronavtika Assosiasiyası” adını almışdır. TAA Türkiyənin “Aviasiya Federasiyası”nın səlahiyyətlərini daşıyır. 5 avqust 1925-ci ildən “ictimai faydalı cəmiyyət” statusundadır. Baş ofisi Ankaradadır. Prezident və Nazirlər Kabineti TAA-nın mənəvi mühafizləridirlər. Prezident, Qoşun Komandirləri və Ankara valisi onun təbii üzvləri arasındadır. Təşkilat; üzvlük haqqı, qurban dərisi, fitrə, zəkat yığma fəaliyyətləri; marka satışı, tabeliyindəki korporativ müəssisələrin fəaliyyəti kimi mənbələrdən gəlir əldə edir. 1954-cü ildən Türkiyə Aeronavtika Assosiasiyası iki aydan bir pulsuz olaraq öz korporativ jurnalı olan Uçan Türk adlı jurnalını nəşr etdirir.
Ukrayna Futbol Assosiasiyası
Ulduz assosiasiyaları
Ulduz assosiasiyaları — XX yüzilliyin ortalarında müşahidələr və onların nəzəri interpretasiyası yolu ilə müəyyən etmişlər ki, O və B siniflərinə məxsus böyük işıqlıqlı ulduzlar dinamik bağlı olan müəyyən qruplar təşkil edirlər. Bunlar ulduz assosiasiyaları adlanır. İki növ ulduz assosiasiyası vardır. Böyük işıqlıqlı isti O və B ulduzları toplanır və belə assosiasiya OB tipli isti assosiasiya adlanır; hər belə assosiasiyafa yüzə qədər O və B siniflərinə məxsus işıqlıqları böyük olan isti ulduzlar vardır. İkinci növ assosiasiyalar T Buğa tipli dəyişənlərdən ibarətdir; belə assosiasiyalar T tipli soyuq assosiasiyalar adlanır. Yerə ən yaxın T assosiasiyalardan biri Orion bürcündədir; bu assosiasiyada 500-dən çox T Buğa tipli ulduz vardır. Ulduz assosiasiyalar da müstəvi altsistemdə yerləşirlər. Ulduz assosiasiyalarda ulduzlar çox cavan olduğundan və assosiasiyalar həm də dayanaqsız olduğundan iki mühüm nəticə söyləmək olar: ulduzəmələgəlmə prosesi Bizim Qalaktikada indi də davam edir və ulduzlar tək-tək deyil, qruplarda - ulduz assosiasiyalarında əmələ gəlirlər.
Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyası
Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyası (UPBA) ali təhsil müəssisələrinin yüksək vəzifəli icraçılarının daxil olduğu beynəlxalq qurumdur. UPBA 1964-cü ildə Oksfordda yaradılmışdır. Təşkilata üzvlük məhdud olub, regional akkreditasiyaya malik universitetlərin prezidentləri, rektorları və rektor müavinlərinə şamil edilir. Hal-hazırda 316 üzvü var. Qurumun əsas məqsədi ali təhsil müəssisələrinin beynəlxalq missiyalarının və təhsil keyfiyyətini yüksəltməkdir. Birlik qeyri-hökumət təşkilatı olaraq Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasında və YUNESKO-da məsləhət hüququna malikdir. Mənzil-qərargahı Nyu-York şəhərində United Nations Plaza-da yerləşir. Hər üç ildən bir universitetlərin rəsmi şəxslərinin iştirakı ilə assosiasiyanın toplantısı keçirilir. UPBA 1964–cü ildə Amerika Birləşmiş Ştatları, Cənubi Koreya, Puerto-Riko, Filippin və Liberiyadan olan universitet rəhbərlərinin iştirakı ilə yaradılmışdır. Açılış konfransı isə 1965-ci ilin iyun ayında İngiltərənin Oksford şəhərində baş tutmuşdur.
Zənzibar Futbol Assosiasiyası
Zənzibar Futbol Assosiasiyası (ZFA) — Zənzibarın ali futbol qurumu. Tarixi 1926-cı ildən başlayan Zənzibar Futbol Assosiasiyası, sonuncu dəfə 2002-ci ildə Tanzaniya Futbol Federasiyasından ayrılması nəticəsində yaradılıb. Səbəb kimi Zənzibar Futbol Assosiasiyasının maraqlarına Tanzaniya Futbol Federasiyasının məhəl qoymaması göstərilib. Zənzibar Futbol Assosiasiyası 2010-cu ildə ölkə yığmasının beynəlxalq yarışlarda iştirak imkanı əldə etməsindən ötrü FİFA-ya daxil olmaq istəyini ərizə ilə bildirib. 2011-ci ilin avqust ayında FİFA Zənzibar Futbol Assosiasiyasını üzvlüyə qəbuldan imtina edib. FİFA bu qərarını dövlət suverenliyinin olmaması ilə əlaqələndirib. FİFA Zənzibara "yox" dedi.
Ümumdünya Baytarlıq Assosiasiyası
Ümumdünya Baytarlıq Assosiasiyası (ing. WVA) — Kənd təsərrüfatı üzrə bеynəlхalq təşkilat Assosiasiya 1905-ci ilin 9 sеntyabrında Budapeşt şəhərində yaradılan bеynəlхalq baytarlıq Konqrеsinin varisi qismində 27 mart 1959-cu ildə Madrid şəhərində təsis еdilmişdir. Birinci Bеynəlхalq Baytarlıq Konqrеsi Almaniyanın Hamburq şəhərində 14-18 iyul 1963-cü ildə kеçirilmişdir. dünya baytarlarının birləşdirilməsi, baytarlıq еlmi və təcrübəsinin, baytarlıq təhsili və еtikasının yüksək standartlara çatdırılması; bütün növ hеyvanların sağlamlıq səviyyəsinin yüksəldilməsi, hüququnun müdafiəsi, Assosiasiyaya üzv ölkələr arasında informasiya mübadiləsinin mükafatlandırılması, digər maraqlı təşkilatlarla münasibətlərin müəyyənləşdirilməsi.
İngiltərə Futbol Assosiasiyası
İngiltərə Futbol Assosiasiyası (ing. The Football Association, FA) — İngiltərədə futbola nəzarət edən rəsmi qurum.1863-cü ildə əsası qoyulmuşdu və dünyada ən köhnə futbol assosiasiyasıdır. Futbol assosiasiyasının qərargahı Londonda "Uembli" stadionunda yerləşir.
İsrail Futbol Assosiasiyası
İFF yarım əsrə yaxın AFK tabeliyində olub, hətta Asiya Kuboku yarışlarında iştirak edərək, bu turnirdə qələbə də qazanıb. Amma 1990-cı illərdə AFK-ni UEFA-ya dəyişən İsrail futbolunun inkişafa doğru addımları məhz bu tarixdən başlanıb. 1994-cü ildə məhz İsrail Futbol Federasiyasının şikayətləri əsasında UEFA Bakıda siyasi durumun sabit olmamasını əsas gətirərək, Azərbaycan yığmasına oyunlarını öz ölkəsində keçirməyi qadağan etmişdi. Komanda rəqiblərini Türkiyənin Trabzon şəhərində qəbul edirdi. Bir neçə il sonra isə Fələstin-İsrail müharibəsinin başlanması ilə bir çox ölkələrin təhlükəsizliyin lazımi qaydada təmin edilməyəcəyindən qorxaraq, "müqəddəs torpağa" ayaq basmaqdan imtina etməsi nəticəsində UEFA anoloji cəzanı İsrailə vermişdi. 3 ilə yaxın bu ölkənin milli və klub komandaları beynəlxalq görüşləri Avropanın müxtəlif şəhərlərində keçirməyə məcbur olmuşdular. 2004-cü ildə UEFA-nın icazəsi ilə İsrail yığması müəyyən fasilədən sonra Təl-Əvivdə beynəlxalq futbol matçının təşkilinə qərar vermiş və dünyanın bir çox komandalarına müraciət etmişdi. Yeganə müsbət cavab verən federasiya isə AFFA olmuşdu. Azərbaycan israillilərin 10 il əvvəl etdikləri hərəkətlərinin cavabını belə xoşxasiyyətli jestlə cavablandırmışdı.

Digər lüğətlərdə