ATLETİK

прил. атлетический. Atletik məşqlər атлетические упражнения
ATLET
ATLETİKA
OBASTAN VİKİ
Atletik Bilbao FK
Atletik Bilbao (bask Athletic Kluba) — İspaniyanın Baskoniya bölgəsinin Bilbao şəhərini təmsil edən futbol klubu. Klub Real Madrid və Barselona ilə birlikdə La Liqada heç vaxt aşağı diviziyona düşməyən üç klubdan biridir. La Liqada səkkiz dəfə çempion olmuşdur ki, bu da ispan klubları arasında 4-cü ən yaxşı nəticədir. Atletik İspaniya Kral Kubokunu 24 dəfə (İspaniya Futbol Federasiyası 23 qələbəni qəbul edir) qazanmışdır ki, bu nəticə ilə onlar yalnız Barselona klubundan geridə qalır. Atletikin əsas iki rəqibi vardır. Bunlardan biri Real Sosyedad, digəri isə həm idman, həm də siyasi cəhətdən bir-birinə rəqib olan Real Madriddir. == Tarixi == Atletik Bilbao, İspaniyanın Bask bölgəsinin futbol komandasıdır. 1928-ci ildə bəri La Liqada mübarizə edən üç klub Real Madrid və Barselona ilə birlikdə La Liqadan heç düşməmiş üç komandadan biridir. Athleic Bilbao 8 dəfə La Liqanın, 24 dəfə də İspaniya Kubokunu qazanmağı bacarmışdır. Bask bölgəsinin digər komandalarından fərqli olan Atletik Bilbao bölgə xaricində heç bir oyunçunu komandasında oynatmaz.
Uiqan Atletik FK
Viqan Atletik (ing. Wigan Athletic Football Club) — İngiltərənin Vigan şəhərini təmsil edən futbol klubudur. Komanda 1932-ci ildə yaradılmışdır. Ev oyunlarını 25.135 nəfər tamaşaçı tutumuna malik DV stadionunda keçirir.
Duvr Atletik FK
"Duvr Atletik" FK (ing. Dover Athletic F.C.) — İngiltərənin Kent qraflığının Duvr şəhərini təmsil edən futbol klubu. Klub 1983-cü ildə, şəhərin əvvəlki təmsilçisi "Duvr"un dağılmasından sonra yaradılıb. "Duvr Atletik" 1989–1990 mövsümündə Cənub liqası çempionatının qalibi olsa da, Milli liqaya yüksələ bilməyib. Buna səbəb, klubun stadionunun tələb olunan standartlara uyğun gəlməməsi olub. Üç mövsüm sonra komanda yenidən Cənub liqasında qələbə qazanmış və bu dəfə Milli liqaya yüksələ bilmişdir. Klub burada doqquz mövsüm keçirdikdən sonra yenidən Cənub liqasına yuvarlanıb. "Duvr Atletik" 2008-ci ilin aprelində Birinci divizionun cənub çempionatının qalib olmuş və İstmiy liqasının premyer-divizionuna yüksəlmişdir. Klub növbəti il bu divizionun çempionatının qalibi olub və Cənub Milli liqasına yüksəlib. Komanda bu səviyyədə beş mövsüm keçirib.
Sent-Patriks Atletik FK
Sent-Patriks Atletik FK (irland : Cumann Peile Lúthchleas Phádraig Naofa) Dublində yerləşən İrlandiya futbol klubudur. 1929-cu ildə yaradılmışdır. Səkkiz qat İrlandiya çempionu, üçqat İrlandiya kubokunun qalibi, İrlandiya Superkubokunun qalibi. Klub hazırda Premyer Divizionda çıxış edir. Komanda ev oyunlarını Riçmond Park stadionunda keçirir. Klub rəngləri: qırmızı və ağ. == Ultra == Hannover 96, Ravenna və Şeffild Yunayted klublarının azarkeşləri ilə dost hesab olunurlar. == Nailiyyətləri == İrlandiya çempionu Çempion (8): 1951/52, 1954/55, 1955/56, 1989/90, 1995/96, 1997/98, 1998/99, 2013 İrlandiya kubokunun qalibi Qalib (4): 1958/59, 1960/61, 2014, 2023 İrlandiya Super Kuboku Qalib: 1999 Liqa Kuboku Qalib (4): 2000/01, 2003, 2015, 2016 İrlandiya Prezidenti Kuboku Qalib: 2014 İrlandiya Liqa Kuboku Qalib: 1959/60 Dublin Kuboku Qalib (3): 1953/54, 1955/56, 1975/76 == Avrokuboklarda çıxış == 2016-cı ilin iyun ayına kimi.
2013 Ağır atletika üzrə Dünya Çempionatı
2013 Ağır atletika üzrə Dünya Çempionatı — 2013-cü il 20 oktyabr və 27 noyabr aralığında Polşaın Vrotslav şəhərində keçirilən dünya çempionatıdır.
Atletika
Atletika bu mənaları ifadə edə bilər: Yüngül atletika — Özündə qaçış idman növlərini, idman yerişini, tullanmaları, atmaları, coxnövçülük və krossu birləşdirir.
Atletika Frankana FK
Atletika Frankana FK — Frankana kimi də tanınan, 12 oktyabr 1912-ci ildə təsis edilən və San-Paulu ştatının Franka şəhərini təmsil edən Braziliya futbol klubudur. Klub bir dəfə Seria A və Seria C liqalarında mübarizə aparıb. == Tarixi == Klub 12 oktyabr 1912-ci ildə təsis edilmişdir. Klub 1977-ci ildə Paulista Liqasının Seriya A2 dəstəsinin qalibi olmuşdur. Frankana 1979-cu ildə Seria A-da mübarizə aparıb, lakin ikinci mərhələdə mübarizəni dayandırıb. Klub 1997-ci ildə Seria C-in final mərhələsində mübarizə aparmışdır, mərhələdə üçüncü yeri tutmuşdur. == Nailiyyətləri == Paulista Liqası Seriya A2: Çempion (1): 1977 == Stadion == Atletika Frakana Klubu öz ev oyunlarını digər adı Lançao olan Estadio Xose Lança Filyo stadionunda keçirir. Stadionun maksimum tamaşaçı tutumu 15100 nəfərə bərabərdir.
Atletiko Madrid
Atletiko Madrid FK — Madriddə yerləşən və La Liqada çıxış edən İspaniyanın peşəkar futbol klubu. Klub ev oyunlarını 70,460 tamaşaçı tutumu olan Metropolitanoda keçirir. Qazanılan liqa titulları baxımından, Atletiko Madrid İspaniya futbolunda Real Madrid və Barselonadan sonra üçüncü ən uğurlu klubdur. == Tarixi == Atletiko Madrid 1903-cü il aprelin 26-da səhər tezdən İspaniyanın paytaxtı Puerta del Soldan bir neçə addım aralıda, Calle de la Cruzdakı Bask Cəmiyyətində yaradılıb. O vaxtdan bəri Los Rojiblancos İspaniya və Avropanın ən yaxşı klublarından birinə çevrildi. İspaniya Vətəndaş Müharibəsinin yaratdığı fasilədən sonra Atletiko özünü ikinci divizionda tapmışdı. Bununla belə, Real Oviedo-nun stadionunun döyüşlər nəticəsində dağıdılması səbəbindən onlar 1939-cu ildə pley-offda Osasuna-nı məğlub etdikdən sonra daxili rəqabətin yüksək liqasına qayıda bildilər. Ev oyunlarını Chamartin'də keçirməsinə baxmayaraq, Valyecas Atletiko'nun titul qələbəsinin səhnəsi olacaqdı, burada Valensiya üzərində qələbə və Sevilya'nın 1939/40 mövsümünün son günündə Herkules'i məğlub edə bilməməsi Los Rojiblancosa ilk titulunu verdi. Atletiko, son oyun günündə Real Oviedo-nu dramatik şəkildə məğlub edərək, mövsümdən sonra ikinci titulunu təmin etdi. 1960-cı illərdə Atletiko ətrafdakı ən rəqabətli komandalardan biri idi.
Atletiko Madrid FK
Atletiko Madrid FK — Madriddə yerləşən və La Liqada çıxış edən İspaniyanın peşəkar futbol klubu. Klub ev oyunlarını 70,460 tamaşaçı tutumu olan Metropolitanoda keçirir. Qazanılan liqa titulları baxımından, Atletiko Madrid İspaniya futbolunda Real Madrid və Barselonadan sonra üçüncü ən uğurlu klubdur. == Tarixi == Atletiko Madrid 1903-cü il aprelin 26-da səhər tezdən İspaniyanın paytaxtı Puerta del Soldan bir neçə addım aralıda, Calle de la Cruzdakı Bask Cəmiyyətində yaradılıb. O vaxtdan bəri Los Rojiblancos İspaniya və Avropanın ən yaxşı klublarından birinə çevrildi. İspaniya Vətəndaş Müharibəsinin yaratdığı fasilədən sonra Atletiko özünü ikinci divizionda tapmışdı. Bununla belə, Real Oviedo-nun stadionunun döyüşlər nəticəsində dağıdılması səbəbindən onlar 1939-cu ildə pley-offda Osasuna-nı məğlub etdikdən sonra daxili rəqabətin yüksək liqasına qayıda bildilər. Ev oyunlarını Chamartin'də keçirməsinə baxmayaraq, Valyecas Atletiko'nun titul qələbəsinin səhnəsi olacaqdı, burada Valensiya üzərində qələbə və Sevilya'nın 1939/40 mövsümünün son günündə Herkules'i məğlub edə bilməməsi Los Rojiblancosa ilk titulunu verdi. Atletiko, son oyun günündə Real Oviedo-nu dramatik şəkildə məğlub edərək, mövsümdən sonra ikinci titulunu təmin etdi. 1960-cı illərdə Atletiko ətrafdakı ən rəqabətli komandalardan biri idi.
Azərbaycan Atletika Federasiyası
Azərbaycan Atletika Federasiyası — Azərbaycan Atletika Federasiyası (AAF) 1923-cü ildə yaradılmış və 1992-ci ildən yenidən təsis edilmişdir. AAF 1992-ci ildən etibarən Atletika Federasiyalarının Beynəlxalq Assosiyasiyası və Asiya Atletika Federasiyaları Assosiyasiyasının üzvüdür. 1999-cu ildə İspaniyanın Sevilya şəhərində keçirilən Atletika Federasiyalarının Beynəlxalq Assosiyasiyasının konqresində Azərbaycan Atletika Federasiyasının müraciətinə əsasən, Avropa Atletika Federasiyaları Assosiyasiyasının (EAA) üzvlüyünə keçirilmişdir. == Haqqında == Bakıda ilk atletika yarışları 1922-ci ildə keçirilmişdir. 1920-ci illərdə Sovet İttifaqı qurulduqdan sonra Azərbaycan SSR-də yüngül atletika inkişaf etməyə başladı. Azərbaycan Atletika Federasiyası (AAF) 1923-cü ildə yaradılmışdır. 1992-ci ildən yenidən təsis olunduqdan sonra Avropa Atletika Assosiasiyasına (EAA) yox, Asiya Atletika Federasiyasına üzv qəbul olunub. 1996-cı ildə AAF rəhbərliyinə Çingiz Hüseynzadənin gəlişindən sonra ilkin addım kimi Asiyadan Avropaya keçid məsələsi qaldırılıb. Vaxt azlığı ilə əlaqədar Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının (İAAF) 1997-ci ildə keçirilmiş konqresinədək EAA-ya üzvlük məsələsi həllini tapmayıb. Buna görə də AAF 1998-ci ilədək Asiya miqyaslı yarışlarda təmsil olunub.
Ağır atletika
Ağır atletika — ağır atletika və ya ağırlığın qaldırılması Olimpiya oyunları proqramına daxil edilmiş idman növüdür. Yarışlar zamanı atletlər növbə ilə ştanqın üstünə quraşdırılmış ağırlığı yerdən qaldıraraq başları üzərində müəyyən müddət saxlayırlar. Ağır atletlər boksçular kimi çəki kateqoriyalarına ayrılırlar. Ağır çəki kateqoriyasından olan çempionlar 250 kq-a qədər ağırlığı olan ştanqı qaldırmaq qabiliyyətindədirlər. == Tarix == Ağır atletika Olimpiya Oyunlarına ilk dəfə 1896-cı ildə daxil edilmişdir. Ancaq o vaxtlar yarışlar başqa qaydalar üzrə keçirilmişdir. Qalib gəlmək üçün idmançı ştanqı bir, sonra isə iki əli ilə qaldırmalı idi. Maraqlısı budur ki, çıxış edənlərin hamısı eyni çəkidə yarışmışdı. İllər keçəndən sonra qanunlar indiki hala salınıb. Ağırlıqların qaldırılması idmanın digər növlərində çıxış edən idmançıların (məsələn, üzgüçülərin və ya futbolçuların) hazırlıq-məşq proqramına daxildir.
Ağır atletika 2014 Birlik Oyunlarında – Kişilər 77 kq
Ağır atletika 2014 Birlik Oyunlarında – Kişilər 77 kq — Kişilərin ağır atletikadakı çəki dərəcəsində dördüncü müsabiqəsi olub, maksimum bədən çəkisi 77 kiloqram olaraq təyin edilmişdir. Turnir 27 iyul 2014-cü ildə saat 19:30-da Şotlandiyanın Qlazqo şəhərindəki Klayd Auditoriumunda keçirilmişdir.
Ağır atletika Olimpiya oyunlarında
Yay Olimpiya oyunlarında ağır atletika üzrə yarışlar ilk dəfə 1896-cı ildə Afinada yay Olimpiya oyunlarında salındı və o vaxtdan 1900, 1908 və 1912- ci illər dəki yarışlar istisna olmaqla, sonrakı Oyunlar proqramına qoşuldu. Əvvəlcə yarışlarda kişi atletlər idi, 2000- ci ildə Sidneydə keçirilən yay olimpiya oyunlarına qadın atletlərdə qoşuldular. Bu idman növündə mükafatların 15 dəsti oynanırlar. == Yarışlar == 1896 və 1904-cü il Yay Olimpiya oyunlarında çəki kateqoriyaları üzrə deyil, və ayrı-ayrı tapşırıqlarda medallar oynanılırdı: 1896 cı il — iki əllə təkan ,bir əllə təkan ; 1904 cü il —iki əllə təkan , hantellərdə İdmanın müxtəlif növləri üzrə yarış. 1920-ci il Yay Olimpiya oyunlarından idmançı çəki kateqoriyaları üzrə (görə) bölünmüşdür, hər kateqoriya vətapşırıqların cəmi üzrə mükafatların bir dəstini oynayır: 1920 ci il — üçnövlülük (bir əllə sıçrayış,bir əllə təkan,iki əllə təkan); 1924 cü il— beşnövçülük (bir əllə sıçrayış,bir əllə təkan ,iki əllə sıxma gücü, iki əllə sıçrayış,iki əllə təkan ); 1928-1972 ci illər — üçnövlülük (sıxma gücü, sıçrayış, təkan); 1976-dan indyə kimi — iki məşqli yarış (sıçrayış, təkan). == Çəki kateqoriyaları == === Kişilər === === Qadınlar === == Rekordlar == Yeni çəki kateqoriyalarının tətbiqindən sonra 2000-ci ildən bütün kateqoriyalar üçün "olimpiya standartları" yaradılmışdı, idmançıların çəki dərəcələrində dəyişikliklərdən sonra rekordları təzədən yazmamaq və yenidən əvvəlki çıxışların nəticələri də nəzərə alınmalıdır.
Ağır atletika üzrə Olimpiya oyunları mükafatçılarının siyahısı (kişilər)
Ağır atletika üzrə olimpiya medalçılarının tam siyahısı 1896-cı ildən 2008-ci ilə qədər
Yüngül Atletika üzrə Avropa Çempionatı
Yüngül Atletika üzrə Avropa Çempionatı — Avropa Atletika Assosiasiyasının ev sahibliyi etdiyi yarış. 1970-ci ildən bəri keçirilən çempionat 1966-cı ildən etibarən qapalı məkanlarda Avropa yüngül atletika oyunları kimi keçirilmişdir. 1990-cı ilə qədər hər il, 1992-ci ildən - hər iki ildən bir keçirilir. Ən çox (5 dəfə) turnir Fransada, 4 dəfə İtaliyada, İspaniyada və 2013-cü il çempionluğu nəzərə alınmaqla İsveçdə keçirilib.
Yüngül atletika
Yüngül atletika — dünyanın ən qədim idman növlərindən biri. Beynəlxalq qaydalara əsasən artıq "yüngül" sözündən istifadə edilmir. Atletika olimpiya idman növüdür. Atletika 5 böyük hissəyə ayrılır ki, burada qaçış növləri, tullanmalar, atmalar,çoxnövçülük və idman yerişi daxildir. Ümumilikdə Atletikada 47 növ vardır. == Tarixi == İlk qaçış yarışının e.ə. 3800-cü ildə Misirdə təşkil edildiyi bilinməkdədir. Amma yüngül atletikanın yaranma tarixi qədim Olimpiya oyunlarının yaranma tarixi ilə eyni dövrə, yəni e.ə. 776-cı ilə təsaduf edir. Qədim Olimpiya oyunları, yalnız idman yarışmalarının təşkil edildiyi bir fəaliyyət deyil, eyni zamanda idmanın sənət və mədəniyyətlə birləşdiyi böyük şənliklər idi.
Yüngül atletika 2015 Avropa Oyunlarında
Yüngül atletika 2015 Avropa Oyunlarında — 21, 22 iyun tarixlərində Bakının Olimpiya Stadionunda keçirildi. Yarışlarda idmançılar 1 dəst medal uğrunda yarışdılar. Yarışlarda çıxış edən idmançılar qarışıq komanda növündə mübarizə apardılar. Ümumi olaraq Azərbaycan paytaxtına - atlet gəlmişdir. Onlar Avropanın 13 ölkəsini təmsil edirdilər. İştirakçı atletlər arasında ən məşhuru Azərbaycanı təmsil edən Hayle İbrahimovdur. Yüngül atletika yarışları 2015 Avropa Oyunları çərçivəsində Bakıda yeni inşa olunan Bakı Olimpiya Stadionunda keçirildi. Bu arena 2015-ci ildə istifadəyə verilmişdir. Arena 68 700 nəfər üçün nəzərdə tutulub. Yarışların qalibi adını Slovakiyanı təmsil edən atletlər yiyələndilər.
Yüngül atletika 2015 Avropa Oyunlarında — Kişilər (5000 m.)
Yüngül atletika 2015 Avropa Oyunlarında — Kişilər (5000 m.) — 21 iyun tarixində Bakının Olimpiya Stadionunda baş tutdu. Yarışlarda 13 ölkənin 13 idmançısı qüvvəsini sınadı. Yarışlarda final 21 iyun tarixində keçirildi. Yarışlarda birinci pilləni 14.02.16 nəticə göstərən Azərbaycanın idmançısı, Hayle İbrahimov qazandı. İkinci pilləni 14.12.42 nəticə göstərən Moldovanın idmançısı Roman Prodius qazandı. Üçüncü pilləni isə 14.38.96 nəticə göstərən İsrail idmançısı Aimeru Almeya qazandı. == Medalçılar == == Nəticə == === Final === Finalda 13 ölkənin 13 idmançısı mübarizə apardı. Yarışlar 21 iyun tarixində baş tutdu.
Yüngül atletika 2015 Avropa Oyunlarında — Kişilər (800 m.)
Yüngül atletika 2015 Avropa Oyunlarında — Kişilər (800 m.) — 22 iyun tarixində Bakının Olimpiya Stadionunda baş tutdu. Yarışlarda 14 ölkənin 14 idmançısı qüvvəsini sınadı. Yarışlarda final 22 iyun tarixində keçirildi. Yarışlarda birinci pilləni 1.50.16 nəticə göstərən Bosniya və Herseqovinaın idmançısı, Amel Tuka qazandı. İkinci pilləni 1.51.51 nəticə göstərən Slovakiyanın idmançısı Cozef Repçik qazandı. Üçüncü pilləni isə 1.51.91 nəticə göstərən Moldova idmançısı Yon Siuris qazandı. == Medalçılar == == Nəticə == === Final === Finalda 14 ölkənin 14 idmançısı mübarizə apardı. Yarışlar 22 iyun tarixində baş tutdu.
Yüngül atletika 2015 Avropa Oyunlarında — Kişilər (Üçtəkanla tullanma)
Yüngül atletika 2015 Avropa Oyunlarında — Kişilər (Üçtəkanla tullanma) — 22 iyun tarixində Bakının Olimpiya Stadionunda baş tutdu. Yarışlarda 14 ölkənin 14 idmançısı qüvvəsini sınadı. Yarışlarda final 22 iyun tarixində keçirildi. Yarışlarda birinci pilləni 16.38 nəticə göstərən Azərbaycanın idmançısı, Nazim Babayev qazandı. İkinci pilləni 16.34 nəticə göstərən Moldovanın idmançısı Vladimir Letnikov qazandı. Üçüncü pilləni isə 15.87 nəticə göstərən İsrail idmançısı Tom Yakobov qazandı. == Medalçılar == == Nəticə == === Final === Finalda 14 ölkənin 14 idmançısı mübarizə apardı. Yarışlar 22 iyun tarixində baş tutdu.
Yüngül atletika 2015 Avropa Oyunlarında — Qadınlar (Üçtəkanla tullanma)
Yüngül atletika 2015 Avropa Oyunlarında — Qadınlar (Üçtəkanla tullanma) — 22 iyun tarixində Bakının Olimpiya Stadionunda baş tutdu. Yarışlarda 13 ölkənin 13 idmançısı qüvvəsini sınadı. Yarışlarda final 22 iyun tarixində keçirildi. Yarışlarda birinci pilləni 14.41 nəticə göstərən İsrailin idmançısı, Anna Minenko qazandı. İkinci pilləni 13.95 nəticə göstərən Slovakiyanın idmançısı Dana Veldakova qazandı. Üçüncü pilləni isə 13.27 nəticə göstərən Azərbaycan idmançısı Yekaterina Sarıyeva qazandı. == Medalçılar == == Nəticə == === Final === Finalda 13 ölkənin 13 idmançısı mübarizə apardı. Yarışlar 22 iyun tarixində baş tutdu.
Yüngül atletika üzrə Dünya çempionatı
Yüngül atletika üzrə Dünya çempionatı — Beynəlxalq Atletika Federasiyaları Birliyinin ev sahibliyi etdiyi yarış. Uzun müddət Yay Olimpiya Oyunları dünyanın ən güclü atletlərinin yarışdığı yeganə yarış idi. Həm də Olimpiya illərində iki dəfə Olimpiya proqramına daxil olmayan sahələr üzrə dünya çempionatları keçirildi: 1976 - 50 km yürüş (kişilər) 1980 - 3000 m qaçış, 400 m maneələrlə qaçış (qadınlar) İlk Yüngül atletika üzrə Dünya çempionatı 1983-cü ildə baş tutdu. Əvvəlcə çempionatlar hər 4 ildən bir, 1991-ci ildən isə hər 2 ildən bir keçirilirdi.
Yüngül atletika üzrə Olimpiya rekordlarının siyahısı
Yüngül atletika üzrə Olimpiya rekordları — Ən köhnə Olimpiya rekordu 1968-ci ildə Meksika Olimpiadasında uzunluğa tullanma yarışlarında çıxış edən Bob Bimon tərəfindən qeydə alınıb. Həmin yarışlarda o, 8.90 metr uzunluğa tullanaraq, köhnə rekordu 55 sm. yenilədi və Olimpiya rekordu ilə yanaşı yeni Dünya rekordunuda müəyyənləşdirdi. Lakin 23 ildən sonra, 1991-ci ilin Dünya Çempionatında Maykl Pauell tərəfindən Dünya rekordu yeniləndi, 8.95. 2016-cı ildə Rio-de-Janeyro Olimpiadasında 8 yeni Olimpiya rekordu qırıldı: 5-i kişiləri 3-ü isə qadınların yarışında.
İslam Həmrəyliyi Oyunları 2013 — Yüngül atletika
Milli Kollec Atletika Assosiasiyası
NCAA (tam adı National Collegiate Athletics Association) Amerika Kolleci Atletika Assosiasiyası deməkdir. ABŞ-da təkcə basketbol deyil, bütün idman növləri üzrə kollec idmanlarının böyük əksəriyyətini idarə edən qurumun baş ofisi İndianada yerləşir. NCAA-da üç liqa, yəni 1-ci, 2-ci və 3-cü liqalar var və bu liqalar arasında aşağı liqa və ya yüksəliş yoxdur. Liqalar müəyyən qaydalara görə bir-birindən ayrılır. Ən mühüm fərq odur ki, yalnız 1-ci və 2-ci liqaların idmançılarına təqaüd imkanı verilir. Ümumilikdə məktəblərin zalı və şagird imkanları nəzərə alınarkən, İdman Departamentlərinə ayrılan büdcələr və gəlirlər arasındakı fərqlər də bu liqalar arasında birbaşa mütənasibdir. Yenə də bəzi kiçik məktəblər 1-ci Liqada böyük uğurlar qazana bilir. == Tarix == === Yarama və ilk illər === Kolleclərarası idman 1852-ci ildə Harvard və Yale universitetlərinin ekipajları avarçəkmə idmanı üzrə mübarizə yarışında görüşdükdən sonra ABŞ-da başladı. Avarçəkmə 1800-cü illərin sonlarına qədər ölkədə əsas idman növü olaraq qaldığından, kollegial atletik uyğunluq və məqsədlə bağlı ilkin mübahisələrin çoxu Amerika Kolleclərinin Avarçəkmə Assosiasiyası və Kolleclərarası Avarçəkmə Assosiasiyası kimi təşkilatlar vasitəsilə həll edildi. Digər idman növləri, xüsusən də futbol və basketbol yarandıqca, eyni anlayışların və standartların çoxu qəbul edildi.
Yüngül atletika üzrə dünya çempionatları
Yüngül atletika üzrə Dünya çempionatı — Beynəlxalq Atletika Federasiyaları Birliyinin ev sahibliyi etdiyi yarış. Uzun müddət Yay Olimpiya Oyunları dünyanın ən güclü atletlərinin yarışdığı yeganə yarış idi. Həm də Olimpiya illərində iki dəfə Olimpiya proqramına daxil olmayan sahələr üzrə dünya çempionatları keçirildi: 1976 - 50 km yürüş (kişilər) 1980 - 3000 m qaçış, 400 m maneələrlə qaçış (qadınlar) İlk Yüngül atletika üzrə Dünya çempionatı 1983-cü ildə baş tutdu. Əvvəlcə çempionatlar hər 4 ildən bir, 1991-ci ildən isə hər 2 ildən bir keçirilirdi.
Kobe Reqata və Atletika Klubu
Kobe Reqata və Atletika Klubu (ing. Kobe Regatta & Athletic Club, qısaca KR & AC) – Yaponiyanın ən qədim idman klubu. 1870-ci ildə Aleksandr Kameron Sim tərəfindən yaradılmışdır. == Tarixi == === İlk illər === "Kobe Reqata və Atletika Klubu" 23 sentyabr 1870-ci ildə Kobedə yaşayan əcnəbi icmasının üzvü olan atlet və avarçəkən Aleksandr Kameron Sim tərəfindən yaradılmışdır. Klub yaradıldıqdan sonra 6 ay içərisində Kobenin cənub sahilində yerləşən yeni binaya və gimnaziyaya köçmüşdür. 24 dekabr 1870-ci ildə klub tərəfindən Kansay regionundakı ilk reqata keçirilmişdir. 1871-ci ildə baş tutan ilk limanlararası idman yarışında "Cənub limanı" Kobe ilə "Şimal limanı" Yokohama qarşılaşmışdırlar. 1875-ci ildə əcnəbi icması üçün İstirahət meydançası yaradılmış, 1877-ci ilin mayında burada ilk idman yarışları keçirilmişdir. 1878-ci ildə burada klubun yeni gimnazisiyası tikilmişdir. 1880-ci ildə baş verən tayfun klubun qayıq evini və gimnazisiyasını məhv etmişdir.

Digər lüğətlərdə