Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Atletik Bilbao FK
Atletik Bilbao (bask Athletic Kluba) — İspaniyanın Baskoniya bölgəsinin Bilbao şəhərini təmsil edən futbol klubu.Klub Real Madrid və Barselona ilə birlikdə La Liqada heç vaxt aşağı diviziyona düşməyən üç klubdan biridir. La Liqada səkkiz dəfə çempion olmuşdur ki, bu da ispan klubları arasında 4-cü ən yaxşı nəticədir. Atletik İspaniya Kral Kubokunu 24 dəfə (İspaniya Futbol Federasiyası 23 qələbəni qəbul edir) qazanmışdır ki, bu nəticə ilə onlar yalnız Barselona klubundan geridə qalır. Atletikin əsas iki rəqibi vardır. Bunlardan biri Real Sosyedad, digəri isə həm idman, həm də siyasi cəhətdən bir-birinə rəqib olan Real Madriddir. == Tarixi == Atletik Bilbao, İspaniyanın Bask bölgəsinin futbol komandasıdır. 1928-ci ildə bəri La Liqada mübarizə edən üç klub Real Madrid və Barselona ilə birlikdə La Liqadan heç düşməmiş üç komandadan biridir. Athleic Bilbao 8 dəfə La Liqanın, 24 dəfə də İspaniya Kubokunu qazanmağı bacarmışdır. Bask bölgəsinin digər komandalarından fərqli olan Atletik Bilbao bölgə xaricində heç bir oyunçunu komandasında oynatmaz. Komanda bu ənənəsini illərdir davam etdirməkdədir.
Duvr Atletik FK
"Duvr Atletik" FK (ing. Dover Athletic F.C.) — İngiltərənin Kent qraflığının Duvr şəhərini təmsil edən futbol klubu. Klub 1983-cü ildə, şəhərin əvvəlki təmsilçisi "Duvr"un dağılmasından sonra yaradılıb. "Duvr Atletik" 1989–1990 mövsümündə Cənub liqası çempionatının qalibi olsa da, Milli liqaya yüksələ bilməyib. Buna səbəb, klubun stadionunun tələb olunan standartlara uyğun gəlməməsi olub. Üç mövsüm sonra komanda yenidən Cənub liqasında qələbə qazanmış və bu dəfə Milli liqaya yüksələ bilmişdir. Klub burada doqquz mövsüm keçirdikdən sonra yenidən Cənub liqasına yuvarlanıb. "Duvr Atletik" 2008-ci ilin aprelində Birinci divizionun cənub çempionatının qalib olmuş və İstmiy liqasının premyer-divizionuna yüksəlmişdir. Klub növbəti il bu divizionun çempionatının qalibi olub və Cənub Milli liqasına yüksəlib. Komanda bu səviyyədə beş mövsüm keçirib.
Uiqan Atletik FK
Viqan Atletik (ing. Wigan Athletic Football Club) — İngiltərənin Vigan şəhərini təmsil edən futbol klubudur. Komanda 1932-ci ildə yaradılmışdır. Ev oyunlarını 25.135 nəfər tamaşaçı tutumuna malik DV stadionunda keçirir.
Ağır atletika
Ağır atletika — ağır atletika və ya ağırlığın qaldırılması Olimpiya oyunları proqramına daxil edilmiş idman növüdür. Yarışlar zamanı atletlər növbə ilə ştanqın üstünə quraşdırılmış ağırlığı yerdən qaldıraraq başları üzərində müəyyən müddət saxlayırlar. Ağır atletlər boksçular kimi çəki kateqoriyalarına ayrılırlar. Ağır çəki kateqoriyasından olan çempionlar 250 kq-a qədər ağırlığı olan ştanqı qaldırmaq qabiliyyətindədirlər. == Tarix == Ağır atletika Olimpiya Oyunlarına ilk dəfə 1896-cı ildə daxil edilmişdir. Ancaq o vaxtlar yarışlar başqa qaydalar üzrə keçirilmişdir. Qalib gəlmək üçün idmançı ştanqı bir, sonra isə iki əli ilə qaldırmalı idi. Maraqlısı budur ki, çıxış edənlərin hamısı eyni çəkidə yarışmışdı. İllər keçəndən sonra qanunlar indiki hala salınıb. Ağırlıqların qaldırılması idmanın digər növlərində çıxış edən idmançıların (məsələn, üzgüçülərin və ya futbolçuların) hazırlıq-məşq proqramına daxildir.
Ağır atletika Olimpiya oyunlarında
Yay Olimpiya oyunlarında ağır atletika üzrə yarışlar ilk dəfə 1896-cı ildə Afinada yay Olimpiya oyunlarında salındı və o vaxtdan 1900, 1908 və 1912- ci illər dəki yarışlar istisna olmaqla, sonrakı Oyunlar proqramına qoşuldu. Əvvəlcə yarışlarda kişi atletlər idi, 2000- ci ildə Sidneydə keçirilən yay olimpiya oyunlarına qadın atletlərdə qoşuldular. Bu idman növündə mükafatların 15 dəsti oynanırlar. == Yarışlar == 1896 və 1904-cü il Yay Olimpiya oyunlarında çəki kateqoriyaları üzrə deyil, və ayrı-ayrı tapşırıqlarda medallar oynanılırdı: 1896 cı il — iki əllə təkan ,bir əllə təkan ; 1904 cü il —iki əllə təkan , hantellərdə İdmanın müxtəlif növləri üzrə yarış.1920-ci il Yay Olimpiya oyunlarından idmançı çəki kateqoriyaları üzrə (görə) bölünmüşdür, hər kateqoriya vətapşırıqların cəmi üzrə mükafatların bir dəstini oynayır: 1920 ci il — üçnövlülük (bir əllə sıçrayış,bir əllə təkan,iki əllə təkan); 1924 cü il— beşnövçülük (bir əllə sıçrayış,bir əllə təkan ,iki əllə sıxma gücü, iki əllə sıçrayış,iki əllə təkan ); 1928-1972 ci illər — üçnövlülük (sıxma gücü, sıçrayış, təkan); 1976-dan indyə kimi — iki məşqli yarış (sıçrayış, təkan). == Çəki kateqoriyaları == === Kişilər === === Qadınlar === == Rekordlar == Yeni çəki kateqoriyalarının tətbiqindən sonra 2000-ci ildən bütün kateqoriyalar üçün "olimpiya standartları" yaradılmışdı, idmançıların çəki dərəcələrində dəyişikliklərdən sonra rekordları təzədən yazmamaq və yenidən əvvəlki çıxışların nəticələri də nəzərə alınmalıdır.
1998 Ağır atletika üzrə Dünya Çempionatı
1998 Ağır atletika üzrə Dünya Çempionatı — 1998-ci il 10 noyabr və 15 noyabr aralığında Finlandiyanın Lahti şəhərində keçirilən dünya çempionatıdır.
2002 Ağır atletika üzrə Dünya Çempionatı
2002 Ağır atletika üzrə Dünya Çempionatı — 18-26 noyabr 2002-ci ildə Polşanın paytaxtı Varşava şəhərində keçirilən ağır atletika üzrə kişilər arasında 75-ci, qadınlar arasında isə 15-ci dünya çempionatı. Çempionatda 54 ölkədən 285 atlet iştirak etmişdir.
2007 Ağır atletika üzrə Dünya Çempionatı
2007 Ağır atletika üzrə Dünya Çempionatı — 2007-ci il 17 sentyabr və 26 sentyabr aralığında Tailandın Çianqmay şəhərində keçirilən dünya çempionatıdır.
2013 Ağır atletika üzrə Dünya Çempionatı
2013 Ağır atletika üzrə Dünya Çempionatı — 2013-cü il 20 oktyabr və 27 noyabr aralığında Polşaın Vrotslav şəhərində keçirilən dünya çempionatıdır.
2014 Ağır atletika üzrə Dünya Çempionatı
2014 Ağır atletika üzrə Dünya Çempionatı — 2014-cü il 8 noyabr və 16 noyabr aralığında Qazaxıstanın Almatı şəhərində keçirilən dünya çempionatıdır.
2015 Ağır atletika üzrə Avropa Çempionatı
2015 Ağır atletika üzrə Avropa Çempionatı — 10-18 aprel tarixlərində Gürcüstanın Tbilisi şəhərində keçirildi, kişilərdə 8 çəki kateqoriyaları, qadınlarda isə 7 çəki kateqoriyalarıda mükafatlar oynanmışdı. == Çempionatdan öncə == 24 mart 2015-ci il məlum oldu ki, ağır atletika üzrə Bolqarıstan yığması tam heyətdə diskvalifikasiya edilmişdir. Bunun səbəbi yığmanın 11 üzvü dopinq testdən keçə bilməməsi idi, idmançıların anabolik steroidi stanozolol aşkar edilmişdir. Diskvalifikasiya edilmiş idmançıların siyahısına həmçinin dünya çempionatlarının mükafatçısı və 2014-cü il 85 kq-a qədər çəki kateqoriyasında Avropa çempionu İvan Markov düşmüşdür. == Çempionlar və mükafatçılar == === Kişilər === === Qadınlar === == Diskvalifikasiya olunmuş idmançılar == 94 kq-a qədər (kişilər). 4-cü yeri tutmuş Anatoli Kırıku (Moldaviya) 105 kq-a qədər (kişilər). Andrian Zbirnyanın (Moldaviya) gümüş medalı ləğv olunmuşdur. 9-cu yeri tutmuş David Qogiya (Gürcüstan). 105 kq-dan yuxarı (kişilər). Oleq Proşakın (Ukrayna) qızıl medalı ləğv olunmuşdur.
2015 Ağır atletika üzrə Dünya Çempionatı
2015 Ağır atletika üzrə Dünya Çempionatı — 19 noyabr 28 noyabr tarixləri arasında ABŞ-nin Hyuston şəhərində keçirildi.
2015 Yüngül atletika üzrə Dünya çempionatı
2015 Yüngül atletika üzrə Dünya çempionatı — Çinin paytaxtı Pekin şəhərində keçirilən XV Yüngül atletika üzrə Dünya çempionatıdır.
2016 Ağır atletika üzrə Avropa Çempionatı
2016 Ağır atletika üzrə Avropa Çempionatı — 10 aprel və 16 aprel 2016-cı il tarixləri arasında Norveçdə keçirilən Avropa Çempionatıdır.
2016 Yüngül atletika üzrə Afrika çempionatı
2016 Yüngül atletika üzrə Afrika çempionatı — 22 və 26 iyun aralığında CAR-ın Durban şəhərində keçirilən XX Yüngül atletika üzrə Afrika çempionatıdır.
1999 Ağır atletika üzrə Dünya Çempionatı – Kişilər 62 kq
1999 Ağır atletika üzrə Dünya Çempionatı – Kişilər 62 kq — Kişilərin ağır atletikadakı çəki dərəcəsində ikinci müsabiqəsi olub, maksimum bədən çəkisi 62 kiloqram olaraq təyin edilmişdir. Turnir 22 noyabr 1999-cu ildə 1999 Ağır atletika üzrə Dünya Çempionatının baş tutduğu Yunanıstanın Afina şəhərində keçirilmişdir. Hər bir ağırlıqqaldıran atletin ən yaxşı nəticəsi iki hərəkətin — birdən və təkanla qaldırma hərəkətlərinin cəmi ilə hesablanır. İdmançı hər iki hərəkətdə üç cəhddən istifadə edir. Seçilmiş çəkini idmançı uğurla qaldırarsa, həmin çəki qaldırılmış hesab olunur. == Medalçılar == == Rekordlar == Bu yarışadək, mövcud dünya rekordları aşağıdakı kimi olmuşdur.
1999 Ağır atletika üzrə Dünya Çempionatı – Kişilər 77 kq
1999 Ağır atletika üzrə Dünya Çempionatı – Kişilər 77 kq — Kişilərin ağır atletikadakı çəki dərəcəsində dördüncü müsabiqəsi olub, maksimum bədən çəkisi 77 kiloqram olaraq təyin edilmişdir. Turnir 25 noyabr 1999-cu ildə 1999 Ağır atletika üzrə Dünya Çempionatının baş tutduğu Yunanıstanın Afina şəhərində keçirilmişdir. Hər bir ağırlıqqaldıran atletin ən yaxşı nəticəsi iki hərəkətin — birdən və təkanla qaldırma hərəkətlərinin cəmi ilə hesablanır. İdmançı hər iki hərəkətdə üç cəhddən istifadə edir. Seçilmiş çəkini idmançı uğurla qaldırarsa, həmin çəki qaldırılmış hesab olunur. == Medalçılar == == Rekordlar == Bu yarışadək, mövcud dünya rekordları aşağıdakı kimi olmuşdur.
1999 Ağır atletika üzrə Dünya Çempionatı – Qadınlar 58 kq
1999 Ağır atletika üzrə Dünya Çempionatı – Qadınlar 58 kq — Qadınların ağır atletikadakı çəki dərəcəsində üçüncü müsabiqəsi olub, maksimum bədən çəkisi 58 kiloqram olaraq təyin edilmişdir. Turnir 22 noyabr 1999-cu ildə 1999 Ağır atletika üzrə Dünya Çempionatının baş tutduğu Yunanıstanın Afina şəhərində keçirilmişdir. Hər bir ağırlıqqaldıran atletin ən yaxşı nəticəsi iki hərəkətin — birdən və təkanla qaldırma hərəkətlərinin cəmi ilə hesablanır. İdmançı hər iki hərəkətdə üç cəhddən istifadə edir. Seçilmiş çəkini idmançı uğurla qaldırarsa, həmin çəki qaldırılmış hesab olunur. == Medalçılar == == Rekordlar == Bu yarışadək, mövcud dünya rekordları aşağıdakı kimi olmuşdur.
2007 Ağır atletika üzrə Dünya Çempionatı – Kişilər 62 kq
2007 Ağır atletika üzrə Dünya Çempionatı – Kişilər 62 kq — Kişilərin ağır atletikadakı çəki dərəcəsində ikinci müsabiqəsi olub, maksimum bədən çəkisi 62 kiloqram olaraq təyin edilmişdir. Turnir 18-19 sentyabr 2007-ci ildə 2007 Ağır atletika üzrə Dünya Çempionatının baş tutduğu Tailandın Çianqmey şəhərində keçirilmişdir. == Qrafik == == Medalçılar == == Rekordlar == Bu yarışadək, mövcud dünya rekordları aşağıdakı kimi olmuşdur.
2010 Yeniyetmələrin Yay Olimpiya Oyunları-Yüngül atletika(Kişilər,estafet)
2010 Yeniyetmələrin Yay Olimpiya Oyunları-Yüngül atletika (Kişilər, estafet)
2014 Ağır atletika üzrə Dünya Çempionatı – Qadınlar 69 kq
2014 Ağır atletika üzrə Dünya Çempionatı – Qadınlar 69 kq — Qadınların ağır atletikadakı çəki dərəcəsində beşinci müsabiqəsi olub, maksimum bədən çəkisi 69 kiloqram olaraq təyin edilmişdir. Turnir 13-14 noyabr 2014-cü ildə 2014 Ağır atletika üzrə Dünya Çempionatının baş tutduğu Qazaxıstanın Almatı şəhərində keçirilmişdir. == Qrafik == == Medalçılar == == Rekordlar == Bu yarışadək, mövcud dünya rekordları aşağıdakı kimi olmuşdur.
2015 Ağır atletika üzrə Dünya Çempionatı – Kişilər 85 kq
2015 Ağır atletika üzrə Dünya Çempionatı – Kişilər 85 kq — Kişilərin ağır atletikadakı çəki dərəcəsində beşinci müsabiqəsi olub, maksimum bədən çəkisi 85 kiloqram olaraq təyin edilmişdir. Turnir 24-25 noyabr 2015-ci ildə 2015 Ağır atletika üzrə Dünya Çempionatının baş tutduğu ABŞ-nin Hyuston şəhərində keçirilmişdir. == Qrafik == == Medalçılar == == Rekordlar == Bu yarışadək, mövcud dünya rekordları aşağıdakı kimi olmuşdur.
2015 Yüngül atletika üzrə Dünya çempionatı – kişilər arasında 50 km yürüşü
2015 Yüngül atletika üzrə Dünya çempionatında kişilər arasında 50 km yürüşü avqustun 29-u Pekin Milli Stadionunnda keçirilmişdir. == Rekordlar == Yarışdan əvvəl rekordlar aşağıdaki kimi idi: == Kvalifikasiya standartları == == Cədvəl == Bütün vaxtlar yerli vaxt ilə göstərilib (UTC+8) == Nəticələr == Yarış saat 07: 30-da başladı.
2016 Yüngül atletika üzrə Afrika çempionatı – Kişilər 100 metr
Kişilər 100 metr qaçış turniri — 2016 Yüngül atletika üzrə Afrika çempionatında 22 və 23 iyun aralığında Kinqs Park stadionunda keçirilən yüngül atletika növüdür. == Medalçılar == == Nəticələr == === Yürüşlər === Təsnifat: Hər bir yürüşün ilk 3 sürətlisi (Q) və növbəti 6 ən sürətli (q) yarımfinala vəsiqə qazanıb. Külək: Yürüş 1: +0.8 m/san, Yürüş 2: +2.0 m/san, Yürüş 3: +0.5 m/san, Yürüş 4: +2.3 m/san, Yürüş 5: +1.5 m/san, Yürüş 6: +1.6 m/san === Yarımfinal === Təsnifat: Hər bir yürüşün qalibi (Q) və növbəti 2 ən sürətli (q) finala vəsiqə qazanıb.
Ağır atletika 2014 Birlik Oyunlarında – Kişilər 77 kq
Ağır atletika 2014 Birlik Oyunlarında – Kişilər 77 kq — Kişilərin ağır atletikadakı çəki dərəcəsində dördüncü müsabiqəsi olub, maksimum bədən çəkisi 77 kiloqram olaraq təyin edilmişdir. Turnir 27 iyul 2014-cü ildə saat 19:30-da Şotlandiyaın Qlazqo şəhərindəki Klayd Auditoriumunda keçirilmişdir.
Ağır atletika üzrə Olimpiya oyunları mükafatçılarının siyahısı (kişilər)
Ağır atletika üzrə olimpiya medalçılarının tam siyahısı 1896-cı ildən 2008-ci ilə qədər
Atletika
Yüngül atletika — Özündə qaçış idman növlərini, idman yerişini, tullanmaları, atmaları, coxnövçülük və krossu birləşdirir.
Atletiko Madrid
Atletiko (Madrid) — İspaniyanın futbol klubu. Klub İspaniyanın paytaxtı Madriddə qurulub. Ölkəiçi uğurlu dövrü 1996-cı ildə həm La Liga, həm də İspaniya kral kubokunu eyni zamanda qazanması olmuşdur. == Tarixi == 26 aprel 1903-cü ildə yaradılmışdır. 1921-ci ilə qədər Athletic Bilbao klubuna bağlı olmuş, 2 il sonra isə öz stadionunu qurmuşdur. == Heyəti == 11 avqust 2023.
Yüngül atletika
Yüngül atletika — dünyanın ən qədim idman növlərindən biri. Beynəlxalq qaydalara əsasən artıq "yüngül" sözündən istifadə edilmir. Atletika olimpiya idman növüdür. Atletika 5 böyük hissəyə ayrılır ki, burada qaçış növləri, tullanmalar, atmalar,çoxnövçülük və idman yerişi daxildir. Ümumilikdə Atletikada 47 növ vardır. == Tarixi == İlk qaçış yarışının e.ə. 3800-cü ildə Misirdə təşkil edildiyi bilinməkdədir. Amma yüngül atletikanın yaranma tarixi qədim Olimpiya oyunlarının yaranma tarixi ilə eyni dövrə, yəni e.ə. 776-cı ilə təsaduf edir. Qədim Olimpiya oyunları, yalnız idman yarışmalarının təşkil edildiyi bir fəaliyyət deyil, eyni zamanda idmanın sənət və mədəniyyətlə birləşdiyi böyük şənliklər idi.
Atletika Frankana FK
Atletika Frankana Klubu — Frankana kimi də tanınan, 12 oktyabr 1912-ci ildə təsis edilən və San-Paulu ştatının Franka şəhərini təmsil edən Braziliya futbol klubudur. Klub bir dəfə Seria A və Seria C liqalarında mübarizə aparıb. == Tarixi == Klub 12 oktyabr 1912-ci ildə təsis edilmişdir. Klub 1977-ci ildə Paulista Liqasının Seriya A2 dəstəsinin qalibi olmuşdur. Frankana 1979-cu ildə Seria A-da mübarizə aparıb, lakin ikinci mərhələdə mübarizəni dayandırıb. Klub 1997-ci ildə Seria C-in final mərhələsində mübarizə aparmışdır, mərhələdə üçüncü yeri tutmuşdur. == Nailiyyətləri == Paulista Liqası Seriya A2: Çempion (1): 1977 == Stadion == Atletika Frakana Klubu öz ev oyunlarını digər adı Lançao olan Estadio Xose Lança Filyo stadionunda keçirir. Stadionun maksimum tamaşaçı tutumu 15100 nəfərə bərabərdir.
Atletiko Madrid FK
Atletiko (Madrid) — İspaniyanın futbol klubu. Klub İspaniyanın paytaxtı Madriddə qurulub. Ölkəiçi uğurlu dövrü 1996-cı ildə həm La Liga, həm də İspaniya kral kubokunu eyni zamanda qazanması olmuşdur. == Tarixi == 26 aprel 1903-cü ildə yaradılmışdır. 1921-ci ilə qədər Athletic Bilbao klubuna bağlı olmuş, 2 il sonra isə öz stadionunu qurmuşdur. == Heyəti == 11 avqust 2023.
Azərbaycan Atletika Federasiyası
Azərbaycan Atletika Federasiyası - Azərbaycan Atletika Federasiyası (AAF) 1923-ci ildə yaradılmış və 1992-ci ildən yenidən təsis edilmişdir. AAF 1992-ci ildən etibarən Atletika Federasiyalarının Beynəlxalq Assosiyasiyası və Asiya Atletika Federasiyaları Assosiyasiyasının üzvüdür. 1999-cu ildə İspaniyanın Sevilya şəhərində keçirilən Atletika Federasiyalarının Beynəlxalq Assosiyasiyasının konqresində Azərbaycan Atletika Federasiyasının müraciətinə əsasən, Avropa Atletika Federasiyaları Assosiyasiyasının (EAA) üzvlüyünə keçirilmişdir. == Haqqında == Bakıda ilk atletika yarışları 1922-ci ildə keçirilmişdir. 1920-ci illərdə Sovet İttifaqı qurulduqdan sonra Azərbaycan SSR-də yüngül atletika inkişaf etməyə başladı. Azərbaycan Atletika Federasiyası (AAF) 1923-ci ildə yaradılmışdır. 1992-ci ildən yenidən təsis olunduqdan sonra Avropa Atletika Assosiasiyasına (EAA) yox, Asiya Atletika Federasiyasına üzv qəbul olunub. 1996-cı ildə AAF rəhbərliyinə Çingiz Hüseynzadənin gəlişindən sonra ilkin addım kimi Asiyadan Avropaya keçid məsələsi qaldırılıb. Vaxt azlığı ilə əlaqədar Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının (İAAF) 1997-ci ildə keçirilmiş konqresinədək EAA-ya üzvlük məsələsi həllini tapmayıb. Buna görə də AAF 1998-ci ilədək Asiya miqyaslı yarışlarda təmsil olunub.
Milli Kollec Atletika Assosiasiyası
NCAA (tam adı National Collegiate Athletics Association) Amerika Kolleci Atletika Assosiasiyası deməkdir. ABŞ-da təkcə basketbol deyil, bütün idman növləri üzrə kollec idmanlarının böyük əksəriyyətini idarə edən qurumun baş ofisi İndianada yerləşir.NCAA-da üç liqa, yəni 1-ci, 2-ci və 3-cü liqalar var və bu liqalar arasında aşağı liqa və ya yüksəliş yoxdur. Liqalar müəyyən qaydalara görə bir-birindən ayrılır. Ən mühüm fərq odur ki, yalnız 1-ci və 2-ci liqaların idmançılarına təqaüd imkanı verilir. Ümumilikdə məktəblərin zalı və şagird imkanları nəzərə alınarkən, İdman Departamentlərinə ayrılan büdcələr və gəlirlər arasındakı fərqlər də bu liqalar arasında birbaşa mütənasibdir. Yenə də bəzi kiçik məktəblər 1-ci Liqada böyük uğurlar qazana bilir. == Tarix == === Yarama və ilk illər === Kolleclərarası idman 1852-ci ildə Harvard və Yale universitetlərinin ekipajları avarçəkmə idmanı üzrə mübarizə yarışında görüşdükdən sonra ABŞ-da başladı.Avarçəkmə 1800-cü illərin sonlarına qədər ölkədə əsas idman növü olaraq qaldığından, kollegial atletik uyğunluq və məqsədlə bağlı ilkin mübahisələrin çoxu Amerika Kolleclərinin Avarçəkmə Assosiasiyası və Kolleclərarası Avarçəkmə Assosiasiyası kimi təşkilatlar vasitəsilə həll edildi. Digər idman növləri, xüsusən də futbol və basketbol yarandıqca, eyni anlayışların və standartların çoxu qəbul edildi. Xüsusilə futbol çadır idman növü kimi meydana çıxmağa başladı, lakin oyunun qaydaları daim dəyişkən idi və tez-tez hər yarışa uyğunlaşdırılmalı idi. NCAA yaranma tarixini 20-ci əsrin əvvəllərində prezident Teodor Ruzvelt tərəfindən kollec futbolunda "bir çox kollec və universitetləri idmanı dayandırmağa vadar edən" təkrarlanan xəsarət və ölümlərə cavab olaraq çağırdığı Ağ Evdəki iki konfransla tarixləndirir.
Yüngül Atletika üzrə Avropa Çempionatı
Yüngül Atletika üzrə Avropa Çempionatı — Avropa Atletika Assosiasiyasının ev sahibliyi etdiyi yarış. 1970-ci ildən bəri keçirilən çempionat 1966-cı ildən etibarən qapalı məkanlarda Avropa yüngül atletika oyunları kimi keçirilmişdir. 1990-cı ilə qədər hər il, 1992-ci ildən - hər iki ildən bir keçirilir. Ən çox (5 dəfə) turnir Fransada, 4 dəfə İtaliyada, İspaniyada və 2013-cü il çempionluğu nəzərə alınmaqla İsveçdə keçirilib.
Yüngül atletika 2015 Avropa Oyunlarında
Yüngül atletika 2015 Avropa Oyunlarında — 21, 22 iyun tarixlərində Bakının Olimpiya Stadionunda keçirildi. Yarışlarda idmançılar 1 dəst medal uğrunda yarışdılar. Yarışlarda çıxış edən idmançılar qarışıq komanda növündə mübarizə apardılar. Ümumi olaraq Azərbaycan paytaxtına - atlet gəlmişdir. Onlar Avropanın 13 ölkəsini təmsil edirdilər. İştirakçı atletlər arasında ən məşhuru Azərbaycanı təmsil edən Hayle İbrahimovdur. Yüngül atletika yarışları 2015 Avropa Oyunları çərçivəsində Bakıda yeni inşa olunan Bakı Olimpiya Stadionunda keçirildi. Bu arena 2015-ci ildə istifadəyə verilmişdir. Arena 68 700 nəfər üçün nəzərdə tutulub. Yarışların qalibi adını Slovakiyanı təmsil edən atletlər yiyələndilər.
Yüngül atletika üzrə Dünya çempionatı
Yüngül atletika üzrə Dünya çempionatı — Beynəlxalq Atletika Federasiyaları Birliyinin ev sahibliyi etdiyi yarış. Uzun müddət Yay Olimpiya Oyunları dünyanın ən güclü atletlərinin yarışdığı yeganə yarış idi. Həm də Olimpiya illərində iki dəfə Olimpiya proqramına daxil olmayan sahələr üzrə dünya çempionatları keçirildi: 1976 - 50 km yürüş (kişilər) 1980 - 3000 m qaçış, 400 m maneələrlə qaçış (qadınlar) İlk Yüngül atletika üzrə Dünya çempionatı 1983-cü ildə baş tutdu. Əvvəlcə çempionatlar hər 4 ildən bir, 1991-ci ildən isə hər 2 ildən bir keçirilirdi.
Atlantik
Atlantik okean — sahəsinə görə Sakit okeandan sonra ikinci böyük okean. Sahəsi ona bitişik dənizlərlə birgə 93 mln km², həcmi 329,7 mln km², ən dərin yeri – 8742 metrdir (Puerto-Riko çökəkliyi). " S " hərfi şəklində olan okean Şimal Buzlu okeanından Antarktida qitəsinə qədər uzanır. Ekvatordan cənub və şimala olmaq etibarı ilə iki hissəyə bölünür — Cənubi Atlantik və Şimali Atlantik. Adı yunan mifologiyasının qəhrəmanı titan Atlasdan (Atlant) götürülüb. Bəziləri isə adının yaranmasını əfsanəvi Atlantida adası ilə bağlayırlar. Atlantik adı ilk dəfə yazılı mənbələrdə e.ə. 450-ci ildə Herodotun yazdığı Tarix əsərində rast gəlinmişdir. Həmçinin Atlantik okeanın suyu duzludur. Bu okean sahəsinə görə II böyük okeandır.
Atletizm
Yüngül atletika — Özündə qaçış idman növlərini, idman yerişini, tullanmaları, atmaları, coxnövçülük və krossu birləşdirir.
Athletic Bilbao
Atletik Bilbao (bask Athletic Kluba) — İspaniyanın Baskoniya bölgəsinin Bilbao şəhərini təmsil edən futbol klubu.Klub Real Madrid və Barselona ilə birlikdə La Liqada heç vaxt aşağı diviziyona düşməyən üç klubdan biridir. La Liqada səkkiz dəfə çempion olmuşdur ki, bu da ispan klubları arasında 4-cü ən yaxşı nəticədir. Atletik İspaniya Kral Kubokunu 24 dəfə (İspaniya Futbol Federasiyası 23 qələbəni qəbul edir) qazanmışdır ki, bu nəticə ilə onlar yalnız Barselona klubundan geridə qalır. Atletikin əsas iki rəqibi vardır. Bunlardan biri Real Sosyedad, digəri isə həm idman, həm də siyasi cəhətdən bir-birinə rəqib olan Real Madriddir. == Tarixi == Atletik Bilbao, İspaniyanın Bask bölgəsinin futbol komandasıdır. 1928-ci ildə bəri La Liqada mübarizə edən üç klub Real Madrid və Barselona ilə birlikdə La Liqadan heç düşməmiş üç komandadan biridir. Athleic Bilbao 8 dəfə La Liqanın, 24 dəfə də İspaniya Kubokunu qazanmağı bacarmışdır. Bask bölgəsinin digər komandalarından fərqli olan Atletik Bilbao bölgə xaricində heç bir oyunçunu komandasında oynatmaz. Komanda bu ənənəsini illərdir davam etdirməkdədir.
Atlantik (dairə)
Atlantik Dairə (ing. Atlantic County) — ABŞ-nin Nyu-Cersi ştatının dairəsi. 2000-ci il əhalinin siyahıya alınmasına görə, Atlantik əyalətində 252552 nəfər yaşayırdı. ABŞ Siyahıyaalma Bürosunun məlumatına görə, 2009-cu ilədək əhali 271.712 nəfərə qədər artmışdır. Dairənin ən böyük şəhəri — Atlantik-Siti. Dairənin inzibati mərkəzi statistik məqsədlə müəyyənləşdirilmiş ərazidə yerləşir.
Atlantik Okeanı
Atlantik okean — sahəsinə görə Sakit okeandan sonra ikinci böyük okean. Sahəsi ona bitişik dənizlərlə birgə 93 mln km², həcmi 329,7 mln km², ən dərin yeri – 8742 metrdir (Puerto-Riko çökəkliyi). " S " hərfi şəklində olan okean Şimal Buzlu okeanından Antarktida qitəsinə qədər uzanır. Ekvatordan cənub və şimala olmaq etibarı ilə iki hissəyə bölünür — Cənubi Atlantik və Şimali Atlantik. Adı yunan mifologiyasının qəhrəmanı titan Atlasdan (Atlant) götürülüb. Bəziləri isə adının yaranmasını əfsanəvi Atlantida adası ilə bağlayırlar. Atlantik adı ilk dəfə yazılı mənbələrdə e.ə. 450-ci ildə Herodotun yazdığı Tarix əsərində rast gəlinmişdir. Həmçinin Atlantik okeanın suyu duzludur. Bu okean sahəsinə görə II böyük okeandır.
Atlantik Pireney
Atlantik Pireney (fr. Pyrénées-Atlantiques, keçmiş Basses-Pyrénées — Aşağı Pireney, bask Pirinio Atlantikoak, oks. Pirenèus Atlantics) — Fransanın cənub-qərbində yerləşən, Yeni Akvitaniya regionun departamentlərindən biri. Sıra nömrəsi — 64. İnzibati mərkəzi — Po, ən böyük şəhərləri Bayonna, Biarrits, Anqlet. Əhali - 674 908 nəfər (departamentlər arasında 36-cı yer, 2010-cu ilin məlumatları). == Coğrafiyası == Ərazisi — 7645 km². Pireney dağının dağlıq ərazisində yerləşən departament Atlantik okeanına qərbdə daxil olur. Departamentin ərazisində Adur, Bidassoa, Nivel, Uabia və digər çaylar axır. Departamentə 3 rayon, 52 kanton və 547 kommun daxildir.
Atlantik nərəsi
Atlantik nərəsi (lat. Acipenser sturio) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.
Atlantik okean
Atlantik okean — sahəsinə görə Sakit okeandan sonra ikinci böyük okean. Sahəsi ona bitişik dənizlərlə birgə 93 mln km², həcmi 329,7 mln km², ən dərin yeri – 8742 metrdir (Puerto-Riko çökəkliyi). " S " hərfi şəklində olan okean Şimal Buzlu okeanından Antarktida qitəsinə qədər uzanır. Ekvatordan cənub və şimala olmaq etibarı ilə iki hissəyə bölünür — Cənubi Atlantik və Şimali Atlantik. Adı yunan mifologiyasının qəhrəmanı titan Atlasdan (Atlant) götürülüb. Bəziləri isə adının yaranmasını əfsanəvi Atlantida adası ilə bağlayırlar. Atlantik adı ilk dəfə yazılı mənbələrdə e.ə. 450-ci ildə Herodotun yazdığı Tarix əsərində rast gəlinmişdir. Həmçinin Atlantik okeanın suyu duzludur. Bu okean sahəsinə görə II böyük okeandır.
Atlantik qızılbalığı
Atlantik qızılbalığı (lat. Salmo salar) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin qızılbalıqkimilər dəstəsinin qızılbalıqlar fəsiləsinin qızılbalıq cinsinə aid heyvan növü. Nəsli kəsilmək üzrədir, pərakəndə yayılmış yarımnövdür. Ömürünün çoxunu Atlantik okeanında keçirər. Yalnız çoxalma zamanı Avropanın və Şimali Amerikanın çaylarına girər və dağların ətəklərində olan qaynaqlarına qədər köç edər. Bu səfərin sonunda cütləşib yumurtlayar və təkrar geri dönər. Amma bu köç və cütləşmə işi çox yorucudur, və köç əsnasında yemək yeməzlər. Buna görə çoxu dənizə dönə bilmədən ölər. Ayrıca şirin su da daha tez xəstəliklərə qapıla bilərlər. Dənizə dönməyə bacaranların qapdığı mikrobları dəniz suyunun duzu öldürər.
Atlantik səddi
Atlantik səddi və ya Atlantik divarı (alm. Atlantikwall‎) — Nasist Almaniyasının 1942–1944-cü illərdə Qərbi Avropanın Atlantik sahilləri boyunca, Danimarkadan İspaniyaya qədər yaratdığı daimi istehkamlar sistemi. Sistemin tikinti tamamlanmamışdır. 1944-cü ilin iyununda Normandiya əməliyyatı bu istehkamlar sistemi ABŞ, Birləşmiş Krallıq və onların müttəfiqlərinin qoşunları tərəfindən yarılmışdır. == Zəmin == İkinci Dünya müharibəsi Avropada 1 sentyabr 1939-cu ildə Nasist Almaniyasının Polşaya hücumu ilə başlamışdır. İki gün sonra Birləşmiş Krallıq və Fransa Almaniyaya müharibə elan etmişdir. Polşanın coğrafi mövqeyi Antihitler koalisiyasının birbaşa müdaxiləsinə mane olmuşdur. Hücumdan dörd həftə sonra Almaniya qüvvələri Polşanı işğal etmişdir. Bu qələbədən bir ay keçməmiş Adolf Hitler Almaniyanın Fransa və Benilüks ölkələri üzərindən hücuma hazır olması barədə göstəriş vermişdir. Bununla belə, Almaniya Ali Komandanlığı hazırlıqların ən azı növbəti ilə qədər davam edəcəyinə əmin idi.
Atlantik treskası
Atlantik treskası (lat. Gadus morhua) — Treskalar fəsiləsinə daxil olan balıq növü. Bədəninin uzunluğu 1,8 m təşkil edir. Sənayedə isə 40–80 sm, yaşı 3–10 il olan balıqlardan istifadə edilir. Bel üzgəclərinin sayı 3-dür. Belinin rəngi zeytuni-yaşıldan qonura qədər çalır. Qarqı ağdır. Burnu ətlidir. Arealı Atlantik okeanın mülayim enliklərində üzürlər. Arktika, Ağ dəniz və Baltik dənizi hövzəsində müxtəlif yarımnövlər əmələ gətirir.
Atletico Madrid
Atletiko (Madrid) — İspaniyanın futbol klubu. Klub İspaniyanın paytaxtı Madriddə qurulub. Ölkəiçi uğurlu dövrü 1996-cı ildə həm La Liga, həm də İspaniya kral kubokunu eyni zamanda qazanması olmuşdur. == Tarixi == 26 aprel 1903-cü ildə yaradılmışdır. 1921-ci ilə qədər Athletic Bilbao klubuna bağlı olmuş, 2 il sonra isə öz stadionunu qurmuşdur. == Heyəti == 11 avqust 2023.
Luar-Atlantik
Luar-Atlantik—Fransanın qərbində departament, Pei-de-la-Luar regionunun departamentlərindən biri.Departament 1790-cı ildə yaradılmışdı İnzibati mərkəz — Nant. Əhali — 1 817 685 nəfərdir. == Coğrafiya == Ərazisi 6815 кm². Erdr, Şezin, Sevr, Luara çayları Departament vasitəsilə axırlar. Departamentə 4 dairə , 59 kanton və 221 kommuna daxildir. == Tarixi == Atlantik Luara —Böyük fransa inqilabı zamanı 1790-ci ilin martında yaradılan ilk 83 departamentdən biridir,keçmiş Bretan əyalətin ərazisində yarandı.