atlet
atletika
OBASTAN VİKİ
Duvr Atletik FK
"Duvr Atletik" FK (ing. Dover Athletic F.C.) — İngiltərənin Kent qraflığının Duvr şəhərini təmsil edən futbol klubu. Klub 1983-cü ildə, şəhərin əvvəlki təmsilçisi "Duvr"un dağılmasından sonra yaradılıb. "Duvr Atletik" 1989–1990 mövsümündə Cənub liqası çempionatının qalibi olsa da, Milli liqaya yüksələ bilməyib. Buna səbəb, klubun stadionunun tələb olunan standartlara uyğun gəlməməsi olub. Üç mövsüm sonra komanda yenidən Cənub liqasında qələbə qazanmış və bu dəfə Milli liqaya yüksələ bilmişdir. Klub burada doqquz mövsüm keçirdikdən sonra yenidən Cənub liqasına yuvarlanıb. "Duvr Atletik" 2008-ci ilin aprelində Birinci divizionun cənub çempionatının qalib olmuş və İstmiy liqasının premyer-divizionuna yüksəlmişdir. Klub növbəti il bu divizionun çempionatının qalibi olub və Cənub Milli liqasına yüksəlib. Komanda bu səviyyədə beş mövsüm keçirib.
Uiqan Atletik FK
Viqan Atletik (ing. Wigan Athletic Football Club) — İngiltərənin Vigan şəhərini təmsil edən futbol klubudur. Komanda 1932-ci ildə yaradılmışdır. Ev oyunlarını 25.135 nəfər tamaşaçı tutumuna malik DV stadionunda keçirir.
Sent-Patriks Atletik FK
Sent-Patriks Atletik FK (irland : Cumann Peile Lúthchleas Phádraig Naofa) Dublində yerləşən İrlandiya futbol klubudur. 1929-cu ildə yaradılmışdır. Səkkiz qat İrlandiya çempionu, üçqat İrlandiya kubokunun qalibi, İrlandiya Superkubokunun qalibi. Klub hazırda Premyer Divizionda çıxış edir. Komanda ev oyunlarını Riçmond Park stadionunda keçirir. Klub rəngləri: qırmızı və ağ. == Ultra == Hannover 96, Ravenna və Şeffild Yunayted klublarının azarkeşləri ilə dost hesab olunurlar. == Nailiyyətləri == İrlandiya çempionu Çempion (8): 1951/52, 1954/55, 1955/56, 1989/90, 1995/96, 1997/98, 1998/99, 2013 İrlandiya kubokunun qalibi Qalib (4): 1958/59, 1960/61, 2014, 2023 İrlandiya Super Kuboku Qalib: 1999 Liqa Kuboku Qalib (4): 2000/01, 2003, 2015, 2016 İrlandiya Prezidenti Kuboku Qalib: 2014 İrlandiya Liqa Kuboku Qalib: 1959/60 Dublin Kuboku Qalib (3): 1953/54, 1955/56, 1975/76 == Avrokuboklarda çıxış == 2016-cı ilin iyun ayına kimi.
Atletik Bilbao FK
Atletik Bilbao (bask Athletic Kluba) — İspaniyanın Baskoniya bölgəsinin Bilbao şəhərini təmsil edən futbol klubu. Klub Real Madrid və Barselona ilə birlikdə La Liqada heç vaxt aşağı diviziyona düşməyən üç klubdan biridir. La Liqada səkkiz dəfə çempion olmuşdur ki, bu da ispan klubları arasında 4-cü ən yaxşı nəticədir. Atletik İspaniya Kral Kubokunu 24 dəfə (İspaniya Futbol Federasiyası 23 qələbəni qəbul edir) qazanmışdır ki, bu nəticə ilə onlar yalnız Barselona klubundan geridə qalır. Atletikin əsas iki rəqibi vardır. Bunlardan biri Real Sosyedad, digəri isə həm idman, həm də siyasi cəhətdən bir-birinə rəqib olan Real Madriddir. Atletik Bilbao, İspaniyanın Bask bölgəsinin futbol komandasıdır. 1928-ci ildə bəri La Liqada mübarizə edən üç klub Real Madrid və Barselona ilə birlikdə La Liqadan heç düşməmiş üç komandadan biridir. Athleic Bilbao 8 dəfə La Liqanın, 24 dəfə də İspaniya Kubokunu qazanmağı bacarmışdır. Bask bölgəsinin digər komandalarından fərqli olan Atletik Bilbao bölgə xaricində heç bir oyunçunu komandasında oynatmaz.
2010 Yeniyetmələrin Yay Olimpiya Oyunları-Yüngül atletika(Kişilər,estafet)
2010 Yeniyetmələrin Yay Olimpiya Oyunları-Yüngül atletika (Kişilər, estafet)
2013 Ağır atletika üzrə Dünya Çempionatı
2013 Ağır atletika üzrə Dünya Çempionatı — 2013-cü il 20 oktyabr və 27 noyabr aralığında Polşaın Vrotslav şəhərində keçirilən dünya çempionatıdır.
2014 Ağır atletika üzrə Dünya Çempionatı
2014 Ağır atletika üzrə Dünya Çempionatı — 2014-cü il 8 noyabr və 16 noyabr aralığında Qazaxıstanın Almatı şəhərində keçirilən dünya çempionatıdır.
2014 Ağır atletika üzrə Dünya Çempionatı – Qadınlar 69 kq
2014 Ağır atletika üzrə Dünya Çempionatı – Qadınlar 69 kq — Qadınların ağır atletikadakı çəki dərəcəsində beşinci müsabiqəsi olub, maksimum bədən çəkisi 69 kiloqram olaraq təyin edilmişdir. Turnir 13-14 noyabr 2014-cü ildə 2014 Ağır atletika üzrə Dünya Çempionatının baş tutduğu Qazaxıstanın Almatı şəhərində keçirilmişdir. Bu yarışadək, mövcud dünya rekordları aşağıdakı kimi olmuşdur.
2015 Ağır atletika üzrə Avropa Çempionatı
2015 Ağır atletika üzrə Avropa Çempionatı — 10-18 aprel tarixlərində Gürcüstanın Tbilisi şəhərində keçirildi, kişilərdə 8 çəki kateqoriyaları, qadınlarda isə 7 çəki kateqoriyalarıda mükafatlar oynanmışdı. 24 mart 2015-ci il məlum oldu ki, ağır atletika üzrə Bolqarıstan yığması tam heyətdə diskvalifikasiya edilmişdir. Bunun səbəbi yığmanın 11 üzvü dopinq testdən keçə bilməməsi idi, idmançıların anabolik steroidi stanozolol aşkar edilmişdir. Diskvalifikasiya edilmiş idmançıların siyahısına həmçinin dünya çempionatlarının mükafatçısı və 2014-cü il 85 kq-a qədər çəki kateqoriyasında Avropa çempionu İvan Markov düşmüşdür. 94 kq-a qədər (kişilər). 4-cü yeri tutmuş Anatoli Kırıku (Moldaviya) 105 kq-a qədər (kişilər). Andrian Zbirnyanın (Moldaviya) gümüş medalı ləğv olunmuşdur. 9-cu yeri tutmuş David Qogiya (Gürcüstan). 105 kq-dan yuxarı (kişilər). Oleq Proşakın (Ukrayna) qızıl medalı ləğv olunmuşdur.
2015 Ağır atletika üzrə Dünya Çempionatı
2015 Ağır atletika üzrə Dünya Çempionatı — 19 noyabr 28 noyabr tarixləri arasında ABŞ-nin Hyuston şəhərində keçirildi.
2015 Ağır atletika üzrə Dünya Çempionatı – Kişilər 85 kq
2015 Ağır atletika üzrə Dünya Çempionatı – Kişilər 85 kq — Kişilərin ağır atletikadakı çəki dərəcəsində beşinci müsabiqəsi olub, maksimum bədən çəkisi 85 kiloqram olaraq təyin edilmişdir. Turnir 24-25 noyabr 2015-ci ildə 2015 Ağır atletika üzrə Dünya Çempionatının baş tutduğu ABŞ-nin Hyuston şəhərində keçirilmişdir. Bu yarışadək, mövcud dünya rekordları aşağıdakı kimi olmuşdur.
2015 Yüngül atletika üzrə Dünya çempionatı
2015 Yüngül atletika üzrə Dünya çempionatı — Çinin paytaxtı Pekin şəhərində keçirilən XV Yüngül atletika üzrə Dünya çempionatıdır.
2015 Yüngül atletika üzrə Dünya çempionatı – kişilər arasında 50 km yürüşü
2015 Yüngül atletika üzrə Dünya çempionatında kişilər arasında 50 km yürüşü avqustun 29-u Pekin Milli Stadionunnda keçirilmişdir. Yarışdan əvvəl rekordlar aşağıdaki kimi idi: Bütün vaxtlar yerli vaxt ilə göstərilib (UTC+8) Yarış saat 07: 30-da başladı.
Yüngül Atletika üzrə Avropa Çempionatı
Yüngül Atletika üzrə Avropa Çempionatı — Avropa Atletika Assosiasiyasının ev sahibliyi etdiyi yarış. 1970-ci ildən bəri keçirilən çempionat 1966-cı ildən etibarən qapalı məkanlarda Avropa yüngül atletika oyunları kimi keçirilmişdir. 1990-cı ilə qədər hər il, 1992-ci ildən - hər iki ildən bir keçirilir. Ən çox (5 dəfə) turnir Fransada, 4 dəfə İtaliyada, İspaniyada və 2013-cü il çempionluğu nəzərə alınmaqla İsveçdə keçirilib.
Yüngül atletika
Yüngül atletika — dünyanın ən qədim idman növlərindən biri. Beynəlxalq qaydalara əsasən artıq "yüngül" sözündən istifadə edilmir. Atletika olimpiya idman növüdür. Atletika 5 böyük hissəyə ayrılır ki, burada qaçış növləri, tullanmalar, atmalar,çoxnövçülük və idman yerişi daxildir. Ümumilikdə Atletikada 47 növ vardır. İlk qaçış yarışının e.ə. 3800-cü ildə Misirdə təşkil edildiyi bilinməkdədir. Amma yüngül atletikanın yaranma tarixi qədim Olimpiya oyunlarının yaranma tarixi ilə eyni dövrə, yəni e.ə. 776-cı ilə təsaduf edir. Qədim Olimpiya oyunları, yalnız idman yarışmalarının təşkil edildiyi bir fəaliyyət deyil, eyni zamanda idmanın sənət və mədəniyyətlə birləşdiyi böyük şənliklər idi.
Yüngül atletika 2015 Avropa Oyunlarında
Yüngül atletika 2015 Avropa Oyunlarında — 21, 22 iyun tarixlərində Bakının Olimpiya Stadionunda keçirildi. Yarışlarda idmançılar 1 dəst medal uğrunda yarışdılar. Yarışlarda çıxış edən idmançılar qarışıq komanda növündə mübarizə apardılar. Ümumi olaraq Azərbaycan paytaxtına - atlet gəlmişdir. Onlar Avropanın 13 ölkəsini təmsil edirdilər. İştirakçı atletlər arasında ən məşhuru Azərbaycanı təmsil edən Hayle İbrahimovdur. Yüngül atletika yarışları 2015 Avropa Oyunları çərçivəsində Bakıda yeni inşa olunan Bakı Olimpiya Stadionunda keçirildi. Bu arena 2015-ci ildə istifadəyə verilmişdir. Arena 68 700 nəfər üçün nəzərdə tutulub. Yarışların qalibi adını Slovakiyanı təmsil edən atletlər yiyələndilər.
Yüngül atletika 2015 Avropa Oyunlarında — Kişilər (5000 m.)
Yüngül atletika 2015 Avropa Oyunlarında — Kişilər (5000 m.) — 21 iyun tarixində Bakının Olimpiya Stadionunda baş tutdu. Yarışlarda 13 ölkənin 13 idmançısı qüvvəsini sınadı. Yarışlarda final 21 iyun tarixində keçirildi. Yarışlarda birinci pilləni 14.02.16 nəticə göstərən Azərbaycanın idmançısı, Hayle İbrahimov qazandı. İkinci pilləni 14.12.42 nəticə göstərən Moldovanın idmançısı Roman Prodius qazandı. Üçüncü pilləni isə 14.38.96 nəticə göstərən İsrail idmançısı Aimeru Almeya qazandı. Finalda 13 ölkənin 13 idmançısı mübarizə apardı. Yarışlar 21 iyun tarixində baş tutdu.
Yüngül atletika 2015 Avropa Oyunlarında — Kişilər (800 m.)
Yüngül atletika 2015 Avropa Oyunlarında — Kişilər (800 m.) — 22 iyun tarixində Bakının Olimpiya Stadionunda baş tutdu. Yarışlarda 14 ölkənin 14 idmançısı qüvvəsini sınadı. Yarışlarda final 22 iyun tarixində keçirildi. Yarışlarda birinci pilləni 1.50.16 nəticə göstərən Bosniya və Herseqovinaın idmançısı, Amel Tuka qazandı. İkinci pilləni 1.51.51 nəticə göstərən Slovakiyanın idmançısı Cozef Repçik qazandı. Üçüncü pilləni isə 1.51.91 nəticə göstərən Moldova idmançısı Yon Siuris qazandı. Finalda 14 ölkənin 14 idmançısı mübarizə apardı. Yarışlar 22 iyun tarixində baş tutdu.
Yüngül atletika 2015 Avropa Oyunlarında — Kişilər (Üçtəkanla tullanma)
Yüngül atletika 2015 Avropa Oyunlarında — Kişilər (Üçtəkanla tullanma) — 22 iyun tarixində Bakının Olimpiya Stadionunda baş tutdu. Yarışlarda 14 ölkənin 14 idmançısı qüvvəsini sınadı. Yarışlarda final 22 iyun tarixində keçirildi. Yarışlarda birinci pilləni 16.38 nəticə göstərən Azərbaycanın idmançısı, Nazim Babayev qazandı. İkinci pilləni 16.34 nəticə göstərən Moldovanın idmançısı Vladimir Letnikov qazandı. Üçüncü pilləni isə 15.87 nəticə göstərən İsrail idmançısı Tom Yakobov qazandı. Finalda 14 ölkənin 14 idmançısı mübarizə apardı. Yarışlar 22 iyun tarixində baş tutdu.
Yüngül atletika 2015 Avropa Oyunlarında — Qadınlar (Üçtəkanla tullanma)
Yüngül atletika 2015 Avropa Oyunlarında — Qadınlar (Üçtəkanla tullanma) — 22 iyun tarixində Bakının Olimpiya Stadionunda baş tutdu. Yarışlarda 13 ölkənin 13 idmançısı qüvvəsini sınadı. Yarışlarda final 22 iyun tarixində keçirildi. Yarışlarda birinci pilləni 14.41 nəticə göstərən İsrailin idmançısı, Anna Minenko qazandı. İkinci pilləni 13.95 nəticə göstərən Slovakiyanın idmançısı Dana Veldakova qazandı. Üçüncü pilləni isə 13.27 nəticə göstərən Azərbaycan idmançısı Yekaterina Sarıyeva qazandı. Finalda 13 ölkənin 13 idmançısı mübarizə apardı. Yarışlar 22 iyun tarixində baş tutdu.
Yüngül atletika üzrə Dünya çempionatı
Yüngül atletika üzrə Dünya çempionatı — Beynəlxalq Atletika Federasiyaları Birliyinin ev sahibliyi etdiyi yarış. Uzun müddət Yay Olimpiya Oyunları dünyanın ən güclü atletlərinin yarışdığı yeganə yarış idi. Həm də Olimpiya illərində iki dəfə Olimpiya proqramına daxil olmayan sahələr üzrə dünya çempionatları keçirildi: 1976 - 50 km yürüş (kişilər) 1980 - 3000 m qaçış, 400 m maneələrlə qaçış (qadınlar) İlk Yüngül atletika üzrə Dünya çempionatı 1983-cü ildə baş tutdu. Əvvəlcə çempionatlar hər 4 ildən bir, 1991-ci ildən isə hər 2 ildən bir keçirilirdi.
Yüngül atletika üzrə Olimpiya rekordlarının siyahısı
Yüngül atletika üzrə Olimpiya rekordları — Ən köhnə Olimpiya rekordu 1968-ci ildə Meksika Olimpiadasında uzunluğa tullanma yarışlarında çıxış edən Bob Bimon tərəfindən qeydə alınıb. Həmin yarışlarda o, 8.90 metr uzunluğa tullanaraq, köhnə rekordu 55 sm. yenilədi və Olimpiya rekordu ilə yanaşı yeni Dünya rekordunuda müəyyənləşdirdi. Lakin 23 ildən sonra, 1991-ci ilin Dünya Çempionatında Maykl Pauell tərəfindən Dünya rekordu yeniləndi, 8.95. 2016-cı ildə Rio-de-Janeyro Olimpiadasında 8 yeni Olimpiya rekordu qırıldı: 5-i kişiləri 3-ü isə qadınların yarışında.
İslam Həmrəyliyi Oyunları 2013 — Yüngül atletika
Milli Kollec Atletika Assosiasiyası
NCAA (tam adı National Collegiate Athletics Association) Amerika Kolleci Atletika Assosiasiyası deməkdir. ABŞ-da təkcə basketbol deyil, bütün idman növləri üzrə kollec idmanlarının böyük əksəriyyətini idarə edən qurumun baş ofisi İndianada yerləşir. NCAA-da üç liqa, yəni 1-ci, 2-ci və 3-cü liqalar var və bu liqalar arasında aşağı liqa və ya yüksəliş yoxdur. Liqalar müəyyən qaydalara görə bir-birindən ayrılır. Ən mühüm fərq odur ki, yalnız 1-ci və 2-ci liqaların idmançılarına təqaüd imkanı verilir. Ümumilikdə məktəblərin zalı və şagird imkanları nəzərə alınarkən, İdman Departamentlərinə ayrılan büdcələr və gəlirlər arasındakı fərqlər də bu liqalar arasında birbaşa mütənasibdir. Yenə də bəzi kiçik məktəblər 1-ci Liqada böyük uğurlar qazana bilir. Kolleclərarası idman 1852-ci ildə Harvard və Yale universitetlərinin ekipajları avarçəkmə idmanı üzrə mübarizə yarışında görüşdükdən sonra ABŞ-da başladı. Avarçəkmə 1800-cü illərin sonlarına qədər ölkədə əsas idman növü olaraq qaldığından, kollegial atletik uyğunluq və məqsədlə bağlı ilkin mübahisələrin çoxu Amerika Kolleclərinin Avarçəkmə Assosiasiyası və Kolleclərarası Avarçəkmə Assosiasiyası kimi təşkilatlar vasitəsilə həll edildi. Digər idman növləri, xüsusən də futbol və basketbol yarandıqca, eyni anlayışların və standartların çoxu qəbul edildi.
Yüngül atletika üzrə dünya çempionatları
Yüngül atletika üzrə Dünya çempionatı — Beynəlxalq Atletika Federasiyaları Birliyinin ev sahibliyi etdiyi yarış. Uzun müddət Yay Olimpiya Oyunları dünyanın ən güclü atletlərinin yarışdığı yeganə yarış idi. Həm də Olimpiya illərində iki dəfə Olimpiya proqramına daxil olmayan sahələr üzrə dünya çempionatları keçirildi: 1976 - 50 km yürüş (kişilər) 1980 - 3000 m qaçış, 400 m maneələrlə qaçış (qadınlar) İlk Yüngül atletika üzrə Dünya çempionatı 1983-cü ildə baş tutdu. Əvvəlcə çempionatlar hər 4 ildən bir, 1991-ci ildən isə hər 2 ildən bir keçirilirdi.

Digər lüğətlərdə