Avropa Azad Ticarət Assosiasiyası

Avropa iqtisadi böhranının əksinə 1960-cı ildə Böyük Britaniyanın təşəbbüsü ilə yaradılmış, bir sıra Avropa ölkələrinin regional ticarət iqtisadi qruplaşmasıdır.
Avrokreditlər Bazarı
Avropa Azad Ticarət Assosiasiyası
OBASTAN VİKİ
Avropa Azad Ticarət Assosiasiyası
Avropa Sərbəst Ticarət Birliyi (ing. European Free Trade Association, ЕАСТ) — sərbəst ticarət zonası yaratmaq məqsədilə 1960-cı ildə qurulmuş, orijinal üzvləri İngiltərə, Danimarka, Norveç, İsveç, Avstriya, İsveçrə və Portuqaliya idi. Finlandiya 1961-ci ildə assosiativ üzv oldu .(1986-cı ildə tam üzv oldu), İslandiya 1970-ci ildə ASTB üzvü oldu. Lixtenşteyn 1991-ci ildə qatıldı .(əvvəllər İsveçrə ASTB-da maraqlarını təmsil edirdi). Böyük Britaniya (1973), Danimarka (1973), Portuqaliya (1986), Finlandiya (1995), Avstriya (1995) və İsveç (1995) ASTB-dan ayrıldı və AB üzvü oldu. Bu gün yalnız İslandiya, Norveç, İsveçrə və Lixtenşteyn üzv olaraq qalır. == Tarixi == 1950–1960-cı illərin əvvəllərində İngiltərənin Fransa və Almaniya Federativ Respublikası ilə rəqabəti onun Avropa İqtisadi Birliyinə (AİB) daxil olmasını qeyri-mümkün etmişdir. İkinci inteqrasiya birliyinin yaradılması müəyyən mənada bu rəqabəti əks etdirdi. Avropa Sərbəst Ticarət Birliyi (ASTB) 3 may 1960-cı ildə Avropa İqtisadi Birliyinə (indiki Avropa Birliyi) üzv ola bilməyən və ya üzv ola bilməyən Avropa dövlətləri üçün alternativ olaraq yaradıldı və Avropa Ümumi Bazar Planlarını çox iddialı hesab etdi. ASTB Konvensasiyası, 4 yanvar 1960-cı ildə Stokholmda yeddi dövlət tərəfindən imzalanmışdır: Böyük Britaniya, Danimarka, Norveç, İsveç, Avstriya, İsveçrə və Portuqaliya.
Azad ticarət
Azad ticarət — idxal və ixracın ümumiyyətlə dövlətin müdaxiləsi olmadan həyata keçirilməsini nəzərdə tutan iqtisadi siyasətdir. Azad ticarət siyasəti dövlətin xarici ticarət üzərindəki yoxlamasından və vergi tətbiqindən tamamilə imtina etməsi mənasına gəlməyə bilər. == Tarix == Azad ticarət təlimi XIII əsrdə müdaxiləçi sistemlərə bir reaksiya olaraq ortaya çıxdı. Bu təlimə fizokratlarda, Devid Yumda və Adam Smitdə rast gəlinir. Azad ticarət anlayışı nəzəriyyəsinin təməlində Adam Smitin ölkələr arasındakı məhsuldarlığı və istehsalı artıracağı istiqamətindəki fikirləri durur. Ayrıca götürüldükdə bir ölkə, xüsusilə bəlli bir əmtəənin ən önəmli alıcısı və ya satıcısı kimi çıxış edirsə, xarici ticarətə məhdudiyyət qoyulmasından qazanc əldə edə bilər. Buna baxmayaraq praktikada yerli sənayelərin qorunması məqsədilə qoyulan məhdudiyyətlər müəyyən bir mərhələdən sonra ölkənin ümumi iqtisadi qazancı baxımından mənfi təsirlərə də səbəb olur. Azad ticarət, ən qəti formasıyla David Rikardo və Con Stüart Millin əsərlərində yer almışdır. Bu yazıçılarda millətlər arasındakı ticarət sərbəstliyi beynəlxalq əmək bölgüsü təməlinə söykənir. XIX əsrdə İngiltərədə Riçard Kobden və Mançester Birliyi, Fransada Frederik Bastiat və Mişel Çevaliyer tərəfindən müdafiə olunan azad ticarət, xüsusilə 1860-cı il Fransız-İngilis müqaviləsinin imzalanmasının müvəfəqiyyətə çatması ilə hiss olunsada, o tarixdən sonra II Dünya müharibəsinə qədər sürətli geriləmişdir.
Şimali Amerika Azad Ticarət Assosiasiyası
Şimali Amerika Azad Ticarət Assosiasiyası (ing. North American Free Trade Agreement, NAFTA; fr. Accord de libre-échange nord-américain, ALÉNA;; isp. Tratado de Libre Comercio de América del Norte, TLCAN) — Şimali Amerikada Ticarət blokunun yaradılması haqqında ABŞ, Meksika və Kanada arasındakı razılaşma. 1994-cü il yanvarın 1-də qüvvəyə minmişdir. Amerika transmilli korporasiyalarının təsiri altında ABŞ administrasiyası tərəfindən irəli sürülmüşdür. Amerika iqtisadiyyatının Kanada və Meksika iqtisadiyyatı ilə nail olunan qovuşma səviyyəsi onun dövlətlərarası rəsmiləşdirilməsini tələb edirdi. XX əsrin 90-cı illərinin əvvəllərinə dünyada baş verən siyasi və iqtisadi vəziyyətdəki radikal dəyişikliklər də buna şərait yaradırdı: Aİ öz regionunda inteqrasiya proseslərinin genişləndirilməsini və dərinləşməsini kəskin surətdə sürətləndirdi; Yaponiya, Çin və Cənub-Şərqi Asiya ölkələri səylə iqtisadi potensiallarını gücləndirirdi; Asiya-Sakit Okean iqtisadi əməkdaşlığı artırdı. Formallaşan şərait dünya bazarında Amerika korporasiyalarının rəqabət qabiliyyətini saxlamaq üçün ABŞ-nin qarşısında öz qitəsində inteqrasiya proseslərinin fəallaşdırılması vəzifəsini qoydu.
Azad Ticarət Zonası
Azad Ticarət Zonası (ATZ) — bununla bağlı razılıq imzalamış ölkələri əhatə edən ticarət blokunun yerləşdiyi regiondur. Bu razılıq üzv ölkələr arasında tarifləri, idxal kvotalarını və mal və xidmətlərə tətbiq edilən güzəştləri ləğv edir. Əgər razılıqda vətəndaşların ölkədən ölkəyə hərəkətinə də olan məhdudiyyətlər qaldırılıbsa, bu "açıq sərhəd" hesab edilir. Bu iqtisadi inteqrasiyanın ikinci səviyyəsidir. İnteqrasiyanın bu səviyyəsinə o ölkələr üstünlük verir ki, onların iqtisadiyyatı bir-birini tamamlayır. Əksinə, əgər ölkələr bir-biri ilə iqtisadi baxımdan rəqabətdədirlərsə, bu razılıq əldə etmək üçün stimul yaratmır və ya bu razılıq yalnız müəyyən sahədə olan məhsul və xidmətlərə aid edilir.
Avropa Klublar Assosiasiyası
Avropa Klublar Assosiasiyası (ing. European Club Association) — UEFA-da peşəkar futbol klublarının maraqlarını təmsil edən təşkilat.
Avropa kompüter istehsalçıları assosiasiyası
Avropa kompüter istehsalçıları assosiasiyası — kompüter avadanlıqları istehsal edən Avropa firmalarının təşkilatı; mənzil-qərargahı Cenevrədə (İsveçrə) yerləşir və ABŞ-nin CBEMA (Computer and Business Equipment Manufacturers Association) assosiasiyasının analoqudur. 1961-ci ildə yaradılmış bu qurum 1994-cü ildən European Association for Standardizing Information & Computer Systems adlanır. İnformasiya texnologiyaları üzrə standartların işlənib hazırlanması və irəlilədilməsi ilə məşğul olur. Mövcud olduğu müddətdə 270-dən artıq standart, o cümlədən proqramlaşdırma dilləri üçün ECMA-262 spesifikasiyasını işləyib hazırlayıb. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 253 s.
Avropa Sərbəst Ticarət Birliyi
Avropa Sərbəst Ticarət Birliyi (ing. European Free Trade Association, ЕАСТ) — sərbəst ticarət zonası yaratmaq məqsədilə 1960-cı ildə qurulmuş, orijinal üzvləri İngiltərə, Danimarka, Norveç, İsveç, Avstriya, İsveçrə və Portuqaliya idi. Finlandiya 1961-ci ildə assosiativ üzv oldu .(1986-cı ildə tam üzv oldu), İslandiya 1970-ci ildə ASTB üzvü oldu. Lixtenşteyn 1991-ci ildə qatıldı .(əvvəllər İsveçrə ASTB-da maraqlarını təmsil edirdi). Böyük Britaniya (1973), Danimarka (1973), Portuqaliya (1986), Finlandiya (1995), Avstriya (1995) və İsveç (1995) ASTB-dan ayrıldı və AB üzvü oldu. Bu gün yalnız İslandiya, Norveç, İsveçrə və Lixtenşteyn üzv olaraq qalır. == Tarixi == 1950–1960-cı illərin əvvəllərində İngiltərənin Fransa və Almaniya Federativ Respublikası ilə rəqabəti onun Avropa İqtisadi Birliyinə (AİB) daxil olmasını qeyri-mümkün etmişdir. İkinci inteqrasiya birliyinin yaradılması müəyyən mənada bu rəqabəti əks etdirdi. Avropa Sərbəst Ticarət Birliyi (ASTB) 3 may 1960-cı ildə Avropa İqtisadi Birliyinə (indiki Avropa Birliyi) üzv ola bilməyən və ya üzv ola bilməyən Avropa dövlətləri üçün alternativ olaraq yaradıldı və Avropa Ümumi Bazar Planlarını çox iddialı hesab etdi. ASTB Konvensasiyası, 4 yanvar 1960-cı ildə Stokholmda yeddi dövlət tərəfindən imzalanmışdır: Böyük Britaniya, Danimarka, Norveç, İsveç, Avstriya, İsveçrə və Portuqaliya.
Avropa Kompüter Ticarət Şousu
European Computer Trade Show (ECTS, azərb. Avropa Kompüter Ticarət Şousu‎) — Avropada IT sahəsinə, xüsusilə də kompüter oyunları sənayesinə həsr olunan illik tədbir. Birinci tədbir 1989-cu ildə, axırıncı tədbir isə 2004-cü ildə keçirilmişdir. == Tarixi == İlkin olaraq, ECTS sadəcə sənayedəki peşəkar şəxslər və jurnalistlər üçün nəzərdə tutulmuşdu. Buna baxmayaraq, icazəsiz şəxslər tez-tez saxta kimliklərlə tədbirdə iştirak edirdi. Bu kimi halların çox olması tədbirin ictimaiyyətə açıq şəkildə keçirilməsinə səbəb olmuşdur. ECTS tədbirləri 1995-ci ildəki tədbir istisna olmaqla, hər ilin avqust–sentyabr aylarında keçirilirdi. Tədbir həmişə Böyük Britaniyanın paytaxtı olan London şəhərində keçirilmişdir. Tədbirin təşkilatçısı "CMP Media" 2005-ci ilin aprel ayında tədbiri ləğv etdiklərini anons etmişdir.
Ticarət
Ticarət iqtisadiyyatın bir sahəsidir. Alqı-satqı və xidmət sahələri ilə müşayiət olunan sahibkarlıq fəaliyyəti. Ticarət topdan və pərakəndə ticarətə bölünür. Ölkələr arasında ticarət istiqamətinə görə import və eksport adlanır. Əliyev F. M. XVIII əsrin birinci yarısında Azərbaycanda ticarət Arxivləşdirilib 2012-10-15 at the Wayback Machine / Red. H. B. Abdullayev, Ə. Ə. Rəhmani ; Azərbaycan SSR EA Tarix İnstitutu. — Bakı : Azərb. SSR EA, 1964. — 122 s.
Azad
Azad — ad. Azad Əliyev Azad Əliyev (dirijor) — Azərbaycan dirijoru, Azərbaycanın əməkdar incəsənət xadimi. Azad Əliyev (heykəltaraş) — Azərbaycan heykəltaraşı, Azərbaycan Respublikasının əməkdar rəssamı. Azad Əliyev (skripkaçı) — Azərbaycanlı skripkaçı, Azərbaycan SSR əməkdar artisti, xalq artisti.
Avropa Turizm Ticarət Yarmarkaları Assosasiası
Avropa Turizm Ticarət Yarmarkaları Assosasiası və ya qısaca ETTFA — beynəlxalq regional turizm təşkilatıdır. 1993-cü ildə təsis edilən beynəlxalq qurum 11 yarmarkanı özündə birləşdirir. Mənzil-qərargahı Belçikanın paytaxtı Brüssel şəhərində yerləşir. Sərgi turizminin inkişafına cavabdeh olan beynəlxalq qeyri-hökumət təşkilatı kimi beynəlxalq turizm sərgiələrinin fəaliyyətinin tənzimlənməsi mexanizmini təmin edir. Assosasianın əsas məqsədi beynəlxalq turizm yarmarkalarının səmərəli təşkili və keçirilməsinə yardım etməkdir. EETFA-nın vəzifələrinə aşağıdakılar aiddir: turizm şirkətlərinin və təşkilatlarının beynəlxalq sərgi-yarmarkalarda uğurlu təmsil olunmasını təmin etmək; üzv-təşkilatların yarmarkalarında vahid standartların tətbiqi; iştirakçılara münasibətdə xidmət keyfiyyətinin təmin olunması; üzv-təşkilatların ümumi mənafeyini təmin etmək; yarmarkaların əsas iştirakçılarına dair məlumatlar bazasını formalaşdırmaq.
Ümumi Ticarət Siyasəti (Avropa İttifaqı)
Avropa İttifaqının (Aİ) (ing. European Union) Ümumi Ticarət Siyasəti və yaxud Aİ Ticarət Siyasəti dedikdə bütün Aİ üzv ölkələrinin Avropa Kommissiyasına verdiyi səlahiyyətə görə üzv ölkələr və digər dünya ölkələri ilə ticarətin həvəsləndirilməsi üçün Avropa Komissiyasının onların xarici siyasət əlaqələrində danışıqlar aparılması nəzərdə tutulur. Ümumi Ticarət Siyasəti məntiqi olaraq vahid Gömrük İttifaqının varlığından sonra tələb olunmuşdur və bu da öz növbəsində Ortaq Bazar (ing. Single Market) və Pul Birliyinin (ing. Monetary Policy) yaranmasına səbəb olmuşdur. Belçika, Almaniya, Fransa, Niderland, Lüksemburq və İtaliya tərəfindən 1957-ci ildə bağlanan Roma Müqaviləsi Avropa İqtisadi Birliyinin (AİB) əsasını qoymuşdur. AİB-nin ən əsas hədəfi Avropanın siyasi bütünlüyə nail olmaqdır. Bu hədəfə çatmaq üçün nəzərdə tutulan iqtisadi tarazlığı təmin etmək üçün ilk vasitə olaraq üzv ölkələr arasında malların, xidmətlərin, sərmayənin və əməyin sərbəst hərəkət etdiyi bir ortaq bazar və gömrük birliyi qurulması nəzərdə tutulmuşdur. Roma Müqaviləsinin 2-ci maddəsində AİB-in hədəfi "Birliyin vəzifəsi ortaq bazarın qurulması və üzv ölkələrin iqtisadi siyasətlərinin getdikcə yaxınlaşdırılması vasitəsilə Birliyin daxilində iqtisadi fəallıqların qanunauyğun inkişafını, sürətli və taraz bir yayılmanı, artan bir sabitliyi, həyat səviyyəsinin sürətlə yüksəldilməsini və birləşdirdiyi dövlətlər arasında daha möhkəm münasibətlər qurmaqdır" şəklində ümumiləşdirilmişdir. Tarif və Ticarət haqqında Ümumi Razılaşmanı (İng.
Alqoritmik ticarət
Alqoritmik ticarət, və ya Alqoritmik treydinq (ing. Algorithmic trading) — xüsusi alqoritmik təlimatlardan istifadə edərək böyük bir sifariş qiyməti və həcminin öz xüsusiyyətləri və alt sifarişlərin hər biri ilə bir neçə alt sifarişə bölündüyü zaman böyük bir sifarişin yerinə yetirilməsinin bir üsuludur. Müəyyən bir zamanda icra üçün bazara göndərilir. Bu cür alqoritmlər treyderlərin kotirovkaları daim izləməməsi və böyük bir əmri kiçik olanlara əl ilə ayırması lazım olmadığı üçün icad edilmişdir. Məşhur alqoritmlər "Percentage of Volume", "Pegged", "VWAP", "TWAP", "Implementation Shortfall", "Target Close" adlanır. Alqoritmik ticarət qazanc əldə etmək deyil. Məqsəd böyük bir sifarişin yerinə yetirilmə xərclərini (əməliyyat dəyəri) azaltmaq, bazara təsirini minimuma endirmək (bazar təsiri) və uğursuzluq riskini azaltmaqdır. Avtomatlaşdırılmış ticarət sistemlərindən bəhs edərkən "alqoritmik ticarət" ifadəsi çox vaxt səhvən istifadə olunur. Bu sistemlərin həqiqətən qazanc əldə etmək məqsədi var. Ticarət strategiyalarının mürəkkəb riyazi düsturlar və sürətli məlumatların işlənməsinə əsaslandığı "qara qutu ticarəti" robotları olaraq da bilinirlər.
E-ticarət
Elektron ticarət və ya elektron kommersiya — elektron xidmətlər və ya internet vasitəsilə məhsulların elektron şəkildə alınması və ya satışı fəaliyyəti. Elektron ticarət mobil ticarət, elektron pul köçürmələri, təchizat zəncirinin idarə edilməsi, internet marketinqi, onlayn əməliyyatların işlənməsi, elektron məlumat mübadiləsi (EDI), inventar idarəetmə sistemləri və avtomatlaşdırılmış verilənlərin toplanması sistemləri kimi texnologiyalardan istifadə edir. Elektron ticarət elektronika sənayesinin ən böyük sektorudur və öz növbəsində yarımkeçirici sənayenin texnoloji inkişafı ilə idarə olunur. == Formaları == Müasir elektron ticarəti iki kateqoriyaya bölmək olar. Birinci kateqoriya satılan malların növlərinə əsaslanan biznesdir. Bu, dərhal onlayn istehlak üçün "rəqəmsal" məzmun sifarişindən tutmuş ənənəvi məhsul və xidmətlərin sifarişinə, elektron ticarətin digər növlərini asanlaşdırmaq üçün "meta" xidmətlərə qədər hər şeyi əhatə edir. İkinci kateqoriya iştirakçının xarakterinə əsaslanır. İnstitusional səviyyədə böyük korporasiyalar və maliyyə institutları lokal və beynəlxalq biznesi asanlaşdırmaq üçün maliyyə məlumatlarını mübadilə etmək üçün internetdən istifadə edirlər. Məlumatların bütövlüyü və təhlükəsizliyi elektron ticarət üçün aktual məsələlərdir. Ənənəvi elektron ticarətdən başqa, mobil ticarət və televiziya ticarət terminləri də istifadə edilmişdir.
Elektron ticarət
Elektron ticarət və ya elektron kommersiya — elektron xidmətlər və ya internet vasitəsilə məhsulların elektron şəkildə alınması və ya satışı fəaliyyəti. Elektron ticarət mobil ticarət, elektron pul köçürmələri, təchizat zəncirinin idarə edilməsi, internet marketinqi, onlayn əməliyyatların işlənməsi, elektron məlumat mübadiləsi (EDI), inventar idarəetmə sistemləri və avtomatlaşdırılmış verilənlərin toplanması sistemləri kimi texnologiyalardan istifadə edir. Elektron ticarət elektronika sənayesinin ən böyük sektorudur və öz növbəsində yarımkeçirici sənayenin texnoloji inkişafı ilə idarə olunur. == Formaları == Müasir elektron ticarəti iki kateqoriyaya bölmək olar. Birinci kateqoriya satılan malların növlərinə əsaslanan biznesdir. Bu, dərhal onlayn istehlak üçün "rəqəmsal" məzmun sifarişindən tutmuş ənənəvi məhsul və xidmətlərin sifarişinə, elektron ticarətin digər növlərini asanlaşdırmaq üçün "meta" xidmətlərə qədər hər şeyi əhatə edir. İkinci kateqoriya iştirakçının xarakterinə əsaslanır. İnstitusional səviyyədə böyük korporasiyalar və maliyyə institutları lokal və beynəlxalq biznesi asanlaşdırmaq üçün maliyyə məlumatlarını mübadilə etmək üçün internetdən istifadə edirlər. Məlumatların bütövlüyü və təhlükəsizliyi elektron ticarət üçün aktual məsələlərdir. Ənənəvi elektron ticarətdən başqa, mobil ticarət və televiziya ticarət terminləri də istifadə edilmişdir.
M-ticarət
M-ticarət — mobil rabitə vasitələrinin köməyilə alqı-satqı. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Marjinal ticarət
Marjinal ticarət (ing. margin trading) — razılaşdırılmış məbləğ - marja təhlükəsizliyinə qarşı tacirə kreditlə verilən pul və / və ya maldan istifadə edərək spekulyativ ticarət əməliyyatlarının aparılması. Marjinal, sadə bir borcdan fərqlənir ki, alınan pul məbləği (və ya alınan malların dəyəri) girov məbləğindən (marji) bir qayda olaraq bir neçə dəfə çoxdur. Məsələn, ABŞ dollarına 100 min avro alqı-satqı müqaviləsi bağlamaq hüququnun verilməsi üçün broker ümumiyyətlə 2 min dollardan çox girov tələb edir. Belə borc vermək mümkündür, çünki marjinal ticarətində əməliyyatların məqsədi həmişə yalnız bir müddət sonra eyni məhsulun qiymətlərindəki fərqi əldə etməkdir və alınanları istehlak etmək deyil. Eyni zamanda, treyderə malların çatdırılması heç vaxt baş vermir, bu da malların zədələnməsi və ya itirilməsi riskini aradan qaldırır. Marjinal əməliyyatları mütləq "sövdələşməni bağlamaq" deməkdir, yəni "açılış" sövdələşməsinə münasibətdə bir cüt əks əməliyyat aparmaq - əgər birincisi məhsulun rubla alınmasıdırsa, o zaman bir müddət sonra eyni məhsul rubla satılacaq və özgəninkiləşdirilməyəcək və ya fərqli bir şəkildə istifadə olunmayacaq. Bu marjinal krediti verərkən bir treyder üçün mövcud olan vəsaitin bir əməliyyatdan yarana biləcək zərərin qaytarılması zəmanəti kimi izah edilməsinə imkan verir, yəni qiymətin özü deyil, mümkün zərərin miqdarı nəzərə alınır. Marjinal ticarəti treyderə eyni kapitalla əməliyyat həcmini artırmağa imkan verir. Əlavə olaraq, marjinal ticarəti zamanı, oxşar məhsulun sonrakı gözlənilən alınması ilə borc verilmiş bir məhsul satmağa və krediti natura (əmtəə) qaytarmağa icazə verilir.
Ticarət balansı
Ticarət balansı (ing. Trade balance) ― Tədiyyə balansında bir ölkənin mal alqı-satqısının, başqa sözlə idxal-ixracının balansı. İxracat miqdarı, xaricə satılan malların dəyərlərinin toplamına, İdxal miqdarı isə xaricdən ölkəyə girən malların dəyərləri toplamına bərabərdir. Buna əsaslanaraq, Ticarət balansı (Xarici ticarət balansı) ixrac ilə idxal arasındakı münasibətdir. Ölkənin ixracı, idxalından böyükdürsə, təmiz (net) ixracat 0-dan böyük olar və bu halda ölkənin xarici ticarət balansı artmış olar (müsbət balans). Bir sözlə Ticarət balansı müsbət olar. Əks halda isə, ölkə ixracı, idxaldan kiçik olarsa, təmiz (net) ixrac 0-dan kiçik olar. Bu halda ölkənin xarici ticarət açığı olar. Yəni ticarət balansi mənfi olar. Müsbət ticari balans ölkənin istehsal etdiyi məhsulların dunya bazarında tələbinin yüksək olmasının göstəricisidir.
Ticarət kapitalı
Ticarət kapitalı — dövriyyə sferasında ayrıca kapitalistlər qrupunun işlətdiyi sənaye kapitalının təcrid olunmuş hissəsi. Onun xüsusi funksiyası malların və onlarda olan izafi dəyərin satışı prosesinə xidmət etməkdir. Kapitalizmdən əvvəlki formasiyalarda ticarət kapitalı kapitalın müstəqil və dominant forması idi. Ticarət kapitalı kapitalist istehsal tərzinin doğulmasından çox əvvəl yaranmış və tarixən sənaye kapitalından əvvəl olmuşdur. Feodalizmin parçalanması dövründə o, kapitalist istehsal üsulunun formalaşmasına, xırda əmtəə istehsalçılarının məhvinin sürətləndirilməsinə, feodalların təsərrüfat təsərrüfatlarının bazar münasibətlərinə cəlb edilməsinə, mənfəət və mənfəət məqsədlərinə tabe edilməsinə fəal töhfə verib. zənginləşdirmə. Ticarət kapitalı regionlar və ölkələr arasında iqtisadi əlaqələrin inkişafında, milli və dünya bazarlarının formalaşmasında mühüm rol oynamışdır. Ticarət kapitalının fəaliyyətinin son məqsədi ticarət mənfəəti əldə etməkdir. Əmtəə kapitalının pul kapitalına, yəni satışa çevrilməsi. Ticarət kapitalı məcmu kapitalın dövriyyə sürətini sürətləndirir.
Ticarət müharibəsi
Ticarət müharibəsi (ing. trade war), Ticarət mübahisəsi (alm. Handelsstreit‎) — xarici bazarları (təhqiredici ticarət müharibəsi) ələ keçirmək və ya milli iqtisadiyyatın (müdafiə ticarət müharibəsi) ticarətin "işğalı" ticarəti ilə məşğul olmaq məqsədilə iki və ya daha çox dövlətin ticarət rəqabəti. Ticarət müharibələrinin aparılması səbəbləri və metodlarının tədqiqi, geoiqtisadiyyat və dünya iqtisadiyyatı da daxil olmaqla müxtəlif elmlərin prerogatividir. Bir ticarət müharibəsi daha geniş "hərbi əməliyyatlar" bu qədər iqtisadi müharibənin bir hissəsi kimi keçirilə bilər. Klassik istiqamətdə olan iqtisadçılar ticarət müharibələri ilə mənfi aiddirlər, icraları onların icrası münaqişədə iştirak edən bütün ölkələrin iqtisadi quyuların azalmasına səbəb olur. Eyni zamanda, ticarət müharibələri bir çox nəzəri anlayışlar çərçivəsində, o cümlədən institusional və keynes dili nəzəriyyələri çərçivəsində nəzəri cəhətdən əsaslandırılmışdır. Hücum edən bir ticarət müharibəsi aparmağın əsas üsulları: ixrac gömrük tariflərini azaltmaq, ixrac kvotalarının artırılması, zibil qiymətlərindən istifadə, fövqəladə hallarda, iqtisadi blokada və embarqo istifadə olunur, istehlakçılara və ya ekologiyaya zərərli rəqiblərin elanı, bəyanatların beynəlxalq qaydalarının və normalarının və rəqiblərin istifadəsini və istifadəsini qadağan edən və ya əhəmiyyətli dərəcədə məhdudlaşdıran və ya əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə müşayiət oluna bilər. Müdafiə Ticarət Müharibəsinin metodlarına ticarət maneələrinin inşası daxildir: İdxal gömrük rüsumlarının artması (idxal olunan malların qiymətinin daxili qiymət səviyyəsinə qədər artması təmin edilməsi, boşaltmanın qarşısını almaq üçün), daxil olmaqla, bərabərləşdirici vəzifələrin istifadəsi də daxil olmaqla), İdxal kvotaların azaldılması, Ayrıfilsiz məhdudiyyətlərin tətbiqi - lisenziyalaşdırma proseduru və gömrük rəsmiləşdirilməsinin komplikasiyası ilə bağlı maneələr, İdxal olunan malların milli standartlara və texniki şəraitə uyğunluğu ilə çətinliklərin meydana gəlməsini təmin edən texniki maneələrin tətbiqi. Ticarət müharibəsinə rəhbərlik edən bütün ölkələrin müdafiə taktikasına riayət edildiyi təqdirdə, özünəməxsus "kollektiv autarxiya" imkanı var.
Pərakəndə ticarət
Pərakəndə ticarət, pərakəndə, riteyl və ya reteyl — şəxsi və ya ailə istifadəsi üçün nəzərdə tutulmuş mal və xidmətlərin (yəni iş fəaliyyəti ilə əlaqəli olmayan) birbaşa son istehlakçıya satılması. Pərakəndə satışların pərakəndə satış sahəsinin saxlanılmasını tələb edən pərakəndə satıcılar vasitəsilə həyata keçirilməsinə əsaslanaraq, geniş işçi heyəti, salonda və anbardakı çoxlu mallar, malların qiymətini artırır. Xərcləri ödəmək və mənfəət əldə etmək üçün ticarət marjası (marja) tətbiq olunur. Marjın miqdarı bazarın ümumi vəziyyəti və ya qiymətlərin dövlət tənzimlənməsi (bəzi mal və xidmətlər kateqoriyası üçün) ilə tənzimlənir. Dövlət tərəfindən tənzimlənməyən mallar (xidmətlər) üçün marj 30% -dən 200% -ə və ya daha çox ola bilər. Çox vaxt kassa aparatı, 2 qəbz çap edən pərakəndə satış məntəqələrində alış-veriş faktını təsdiq etmək üçün istifadə olunur (kassadan istifadə mümkün olmadıqda və ya avtomat vasitəsilə satılarkən). Biri alıcıya verilir, ikincisi isə satıcıda saxlanılır. Kassa qəbzlərində aşağıdakılar olmalıdır: ticarət adı malların (xidmətlərin) dəyəri vergi dərəcəsini göstərən əlavə dəyər vergisinin məbləği satış tarixi və vaxtı Bundan əlavə, satış qəbzində satın alınan malların siyahısı ola bilər. Çekdə heç bir alış siyahısı yoxdursa, satın alınan malları göstərən faktura müşayiət oluna bilər. Pərakəndə satış tarixi uzaq keçmişə gedib çıxır.
Ticarət kanalı
Ticarət kanalı — birja ticarətinin texniki təhlili üçün termin, forex — bazar qiymətlərinin konsolidasiyası sahəsi. Ticarət kanallarının 2 növü var: üfüqi (düz) və meyilli (trend). Adətən kanalın sərhədlərində əməliyyatların aparılması tövsiyə olunur. İki seçim var: ya kanal daxilində ticarət etmək (trenddən sonra) və ya kanalın kəsilməsi üçün əməliyyatlara girmək (çıxmaq, kanal zonasından çıxmaq). Yalançı qırılmalardan ehtiyatlı olmalısınız — yalançı qırılma ilə qiymət kanalın hüdudlarından çox kənara çıxır (yuxarı, aşağı), lakin çox keçmədən kanalın hüdudlarına qayıdır və dövri olaraq inkişaf etməyə davam edir. Bütün birja ticarət obyektlərinin qiymətləri kanallarla formalaşmır. Ticarət kanalının qırılması mühüm ticarət siqnalı ola bilər. Breakout, qırılma istiqamətində sonrakı qiymət hərəkətini əhatə edir. Bir sıçrayışın etibarlılığı aşağıdakı amillərlə qiymətləndirilə bilər: Ticarət kanalının müddəti: nə qədər uzun olarsa, gələcəkdə mümkün irəliləyiş bir o qədər əhəmiyyətli olacaqdır. Kanal eni: dar kanallardan çıxan qırılmalar adətən xüsusilə etibarlı ticarət siqnalları verir.
Ticarət faydası
Ticarət faydası — bir malın və ya xidmətin ticarətə qoyulması nəticəsində əldə edilən iqtisadi üstünlükləri və gəlirləri ifadə edir. Bu fayda, həm istehsalçılar, həm də istehlakçılar üçün bir sıra müsbət nəticələr yaradır. == Ticarət faydalarının əsas aspektləri == İqtisadi İnvazivlik — ticarət, resursların daha səmərəli istifadəsinə imkan tanıyır. İstehsalçılar, öz ixtisaslaşdıqları sahələrdə fəaliyyət göstərərək, məhsuldarlığı artırır. Məhsul çeşidliliyi — ticarət, istehlakçılara daha geniş məhsul və xidmət seçimi təqdim edir. Bu, müştəri məmnuniyyətini artırır. Qlobal bazar — ticarət, yerli istehsalçıların qlobal bazara çıxışını təmin edir. Bu, daha çox müştəriyə və gəlir imkanlarına yol açır. Yenilikçilik və inkişaf — rəqabət, istehsalçıları yeniliklər etməyə və məhsullarını yaxşılaşdırmağa təşviq edir. Bu, iqtisadi inkişafı stimullaşdırır.
Ticarət paltarı
Ticarət paltarı (ing. Trade dress) — bir məhsulun və ya xidmətin xarici görünüşü, forması, qablaşdırılması və ya vizual xüsusiyyətlərinin ticarət nişanına bənzər şəkildə qorunması anlamına gəlir. Bu hüquqi konsepsiya, bir məhsulun istehlakçılar tərəfindən tanınmasını təmin edən vizual elementləri qoruyur. Ticarət paltarının qorunması, bir məhsulun və ya xidmətin xarakterik görünüşünün kopyalanmasının qarşısını alır, beləliklə istehlakçıları çaşdırmaqdan qoruyur və məhsulun özünəməxsusluğunu saxlayır. == Ticarət paltarının əsas aspektləri == Görünüş və qablaşdırma — ticarət paltarı bir məhsulun zahiri görünüşü ilə əlaqəlidir. Bu, qablaşdırma, dizayn, rənglər, forma və hətta məhsulun təqdimat tərzini əhatə edə bilər. Məsələn, bir içki şüşəsinin unikal forması və ya restoranın daxili dizaynı ticarət paltarına daxil ola bilər. İdentifikasiya rolunu oynama — ticarət paltarı yalnız o zaman qorunur ki, istehlakçılar həmin dizaynı və ya görünüşü məhsulun mənşəyi ilə əlaqələndirə bilsinlər. Bu, məhsulun özünəməxsusluğunu vurğulamaq və istehlakçıların onu bazardakı digər məhsullardan ayırmasını asanlaşdırmaq məqsədi daşıyır. Qeyri-funksionallıq — ticarət paltarı qorunması yalnız funksional olmayan elementlərə tətbiq olunur.
Ticarət sirri
Ticarət sirri (ing. Trade secret) — müəssisə və ya fərdi sahibkar üçün kommersiya dəyəri olan, ictimaiyyətə məlum olmayan və məxfi saxlanılan informasiya və ya biliklərdir. Ticarət sirləri biznes üçün rəqabət üstünlüyü təmin edən məlumatları qorumağa yönəlib. Ticarət sirlərə texniki, kommersiya, elmi məlumatlar, istehsal üsulları, formullar, müştəri siyahıları, marketinq strategiyaları və digər kommersiya əhəmiyyətli məlumatlar daxil ola bilər. == Əsas xüsusiyyətləri == Məxfilik — ticarət sirri ictimaiyyətə və ya rəqiblərə məlum olmayan və yalnız məhdud şəxslərin (məsələn, işçilərin və ya strateji tərəfdaşların) bildiyi məlumatlardır. Məlumatın məxfiliyinin qorunması üçün sahibkar xüsusi tədbirlər görməlidir. Kommersiya dəyəri — ticarət sirri sahibinə kommersiya üstünlüyü verir. Bu, məlumatın dəyərini artıran və onun açıqlandığı təqdirdə sahibinə ziyan gətirə biləcək məxfi biliklərdir. Müvafiq tədbirlərin görülməsi — ticarət sirrini qorumaq üçün sahibkarın məxfi məlumatın açıqlandığı zaman hüquqlarının müdafiəsi üçün hüquqi tədbirlər görməsi tələb olunur. Bu, məxfilik müqavilələri (Non-Disclosure Agreements – NDA) və işçilərə xüsusi təlimatların verilməsi kimi tədbirləri əhatə edir.

Digər lüğətlərdə