Belqrad Avtovağzalı
Belqrad Avtovağzalı (serb. Београдска аутобуска станица) — Serbiyada ən böyük sərnişin avtovağzal kompleksi. O cümlədən bir avtobus parkı və iki avtobus terminalına sahibdir. Belqrad dairəsinin Savski-Venac icmasında yerləşir.
Stansiyanın təməlinin rəsmi tarixi 3 mart 1966-cı ildir. Bununla belə avtovağzal təkcə Yuqoslaviyaya deyil, həm də Cənub-Şərqi Avropanın digər ölkələrinə nəql olunan böyük Lasta avtobus şirkətinin ehtiyacları üçün qurulmuşdur. Stansiya binasının özü ilə yanaşı sərnişinləri doldurmaq və boşaltmaq üçün 40 platforma, platformaya giriş yolları, 40 bilet kassası, çağrı mərkəzi, ictimai iaşə mərkəzi, avtobuslar üçün 100 dayanacaq yeri, iki avtomobil yuyucusu sexi və yanacaqdoldurma məntəqəsi qurulur.
Belqrad avtovağzalı nəqliyyat xidmətləri göstərir. Şəhərlərarası və beynəlxalq xətlər boyunca sərnişin daşıyır: Serbiyanın bütün əsas şəhərlərinə marşrutları mövcuddur. Maşrutlar bütün keçmiş Yuqoslaviya respublikalarının, Almaniya, Avstriya, Fransa, Hollandiya, Belçika, İsveçrə və digər 17 Avropa ölkələrini əhatə edir.