Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çöplü (Tikantəpə)
Çöplü (fars. چوپلو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.871 nəfər yaşayır (368 ailə).
Abakan çölü
Abakan çölü — Rusiya Federasiyasında, Xakas Respublikası ərazisində düzənlik. Abakan və Yenisey çaylarının sol sahilləri boyu Minusa çökəkliyinin qərb hissəsini əhatə edir. Hündürlüyü 500 metrədəkdir. Relyefi, əsasən düzənlik, qərb hissəsi təpəlikdir. Abakan çölündə çoxlu xırda göllər var. Ərazisi qismən şumlanır və dənli bitkilər əkilir..
Abay çölü
Abay çölü — Rusiya və Qazaxıstanda çöl. Mərkəzi Altay dağlarında, Terekti silsiləsi (çölün şimal-şərqi) ilə Xolzun silsiləsi (cənub-qərb) silsiləsi arasında yerləşir. Rusiyada Altay Respublikasının Kök-Suu rayonunun ərazisinə aiddir. Buradakı qəsəbələrə Amur, Abay, Yustik daxildir. == Etimologiya == Abay çayının adını daşıyır. Altay dilindən "абаай" hidronimi hidronim "əmi; arvadın böyük qardaşı" deməkdir, həmçinin Altay folklorunda qadına hörmətlə müraciət forması və şəxs adıdır. == Əlavə ədəbiyyat == "Рудой А. Н., Русанов Г. Г. Последнее оледенение в бассейне верхнего течения реки Коксы. — Бийск: «АГАО», 2010. — 148 с. ISBN 978-5-85127-594-4" (PDF).
Acınohur çölü
Acınohur çölü — Qax və Şəki rayonları ərazisində yeləşən maili düzənlik. Qocaşen-Göyçay və Daşüz-Əmirvan silsilələri arasında yerləşir. Yarımsəhra lanşaftına malikdir. Arazboyu düzənliklərdən biri. Arid iqlimə malikdir. Kserofit ot bitkiləri üstünlük təşkil edir. Düzənliyin mərkəzində Acınohur gölü yerləşir. Hündürlüyü 105-240 metr arasında dəyişir.
Alxan çölü
Alxan çölü - Füzuli rayonu ərazisində çöl. == Oronimi == Oronim alxan (Köndələnçayla bağlıdır), çöl (düz.) və -ü (mənsububiyyət şəkilçisi) komponentlərindən düzəlib, "Köndələnçayın axdığı çöl" deməkdir.
Avarayr çölü
Avarayr düzü — İranda, Maku şəhəri yaxınlığında yerləşir. 451-ci il mayın 26-da hunlarla ittifaqda olan Sasani qoşunları Avarayr çölündə Vardan Mamikonyanın başçılıq etdiyi üsyançıları məğlub etdilər.
Balti çölü
Balti çölü (rum. Stepa Bălțului) və ya Beletski çölü (Бельцкая степь ) - Moldovanın şimalında təpəli çöl. Dnestr və Ruet çayları yaxınlığında yerləşən bu ərazidə kiçik göllər və bulaq yerləri yetərincə çoxdur. Seyrək ağac və kolluqlar üstünlük təşkil edir. Kənd təsərrüfatına yararlı əkin sahələri üstünlük təşkil edir. Mülayim iqlimə malikdir. Soyuq qışı, qızmar yayı ilə xarakterizə olunur. Orta illik temperatur 8,0-8,5 ° С-dir. Orta illik yağıntı - 510-545 mm-dir. Yağıntılar ilin isti vaxtlarına təsadüf edir (aprel-oktyabr).
Diş çöpü
Diş çöpü — Adətən bir yeməkdən sonra dişdən səpintinin aradan qaldırılması üçün istifadə edilən taxta, plastik, bambuk, metal, sümük və ya digər maddədən hazırlanan kiçik bir çubuq.
Krım çölü
Krım çölü (ukr. Степовий Крим, krımtat. Qırım çölü, Къырым чёлю) — Krım yarımadasının şimal hissəsində, Şərqi Avropada yerləşən fiziki və coğrafi ölkə. Ərzaisinin Krımın təxminən üçdə ikisini tutur. Şimalda Qara dəniz ovalığı, Karkinitsk və Sivaş körfəzi, cənubda Krım dağları, qərbdə Qara dəniz və şərqdə Sivaş körfəzi və Kerç yarımadası ilə həmsərhəddir. == Geoloji quruluş == Krım çölü İskit platforması ilə əlaqəli hamar bir düzənlikdir və səthindən dəniz neojen və kontinental dördüncü çökünlülərindən ibarətdir. Şimali Krım ovalığı və Mərkəzi Krım düzənliyindən, Tarxankut yüksəkliklərindən ibarətdir. Hündürlüyü 50 m-ə qədər olan sahil qayalıqlarından ibarətdir. == İqlimi == Krım çölünün iqlimi uzun və isti yayı və qısa mülayim qışı ilə orta kontinentaldır. Bu cür iqlim şəraiti, Krım çölünün ərazisini işğal edən hava kütlələri üçün praktik olaraq heç bir maneə olmaması ilə əlaqələndirilir.
Noqay çölü
Noqay çölü — Terek və Kuma çayları arasında, Şimali Qafqaz ərazisində meşə örtüyünə sahib olmayan quru və düzən əraziyə sahib çöl. Ərazi Dağıstan, Çeçenistan, Stavropol diyarı ərazisində yerləşir. Çölün adı noqayların adı ilə bağlıdır. Bitki örtüyü kserofit və qalofitlərdən ibarət olsa da, ərazisinin böyük hissəsini qumlu sahələr təşkil edir. Noqay çölünün iqlimi quru kontinentaldır. İllik yağıntının miqdarı 300 mm keçmir. İsti dövrün orta temperaturu (aprel — oktyabr) +22-25 °C , soyuq fövrün isə (noyabr — mart) 0 - 2 °C arasında dəyişir. Minimum temperatur −33 °C (yanvar, fevral), maksimum isə +45 °C (avqust) olmuşdur. Qışı az yağıntılı olması ilə seçilir. Ortalama 30 mm təşkil edir.
Qarayara çöpü
Qarayara çöpü - elmi adı 'Bacillus anthracis' olan qrammüsbət, sporlu bakteriya. Qarayara xəstəliyinin törədicisidir. İnsanda qarayara xəstəliyi törədən mikrobun kulturası Robert Kox tərəfindən 1877 ci ildə əldə edilmişdir. Qarayaranın lat. Bacillus anthracis törədici mikrobu növünə, lat. Bacillaceae ailəsinə aid olub, ucları düzbucaq altında xarakterik kəsilmiş, uzunluğu 3-10 mkm, eni 1-1,5 mkm olan iri hərəkətsiz çöpdür. orqanizmdə inkapsullaşmış tək-tək çöplərə və ümumi kapsul ilə əhatələnmiş 2-3 mikrobdan ibarət zəncirə təsadüf edilir. Basillərin gövdələrinin ucları təmas yerlərində azca qalındır və zəncir bambuk əl ağacını xatırladır. Xarici mühitdə lat. Bacillus anthracis 0,8-1x1,3-1,5 mkm ölçüsündə sporlar əmələ gətirir, qrammüsbətdir, anilin boyalarla yaxşı rənglənir.
Qobi çölü
Qobi (monq. Говь, çin. 戈壁) — Mərkəzi Asiya ərazisində geniş ərazini əhatə edən səhra. Səhra Çin və Monqolustan ərazilərində yerləşir. Xarakterik olaraq səhra və yarımsəhra landşaftından ibarətdir. Səhra qərbdən şərqə 1600 km, şimaldan cənuba 800 km təşkil edir. Ümumi səhrası isə 1 300 000 km² təşkil edir. Qədim zamanlarda səhra «Şamo səhrası» adı ilə məşhur idi Çində səhranın genişlənməsinin qarşısını almaq məqsədilə Yaşıl çin səddi adlı layihə həyata keçirilir. «Qobi» sözünün Monqolca anlamı «susuz yer» mənasını verir. Üstəlik Mərkəzi Asiya ölkələrində, xüsusi ilə türk xalqlarında bu söz səhra və yarımsəhra mənasını ifadə edir.
Qıpçaq çölü
Dəşt-i Qıpçaq (fars. دشت قپچاق‎ Dašt-i Qipčaq), tam adı — Dəşt-i Qıpçaq və Kuman — Qıpçaq çölü — Qıpçaqların yaşadığı tarixi ərazi və eyniadlı imperiya. Hunların, göytürklərin, xəzərlərin ardınca qıpçaqlar Avrasiya çöllərinin hakiminə çevrildilər. Bu günə qədər "qıpçaq" etnoniminin işləndiyi ilk mənbə 759-cu ilə aid olan "Selenq kitabəsi" hesab olunur. Gürcü mənbələri onları "yeni" və "əski" qıpçaqlara bölür. Orta əsr tarixçisi Fəzlullah Rəşidəddin qıpçaqları Oğuz xaqanın başçılıq etdiyi türk ulusunun beş qolundan biri hesab edir. Tarixdə "Dəşti Qıpçaq" (Qıpçaq çölü) adlanan ərazi Qara dənizin şimalını və Qafqazları əhatə edirdi. XI–XV yüzillərdə Tyan Şanın qərb ətəklərindən Dunaya qədər torpaqlar türkdilli qıpçaqların (rus mənbələrində-polovəslər) adını daşıyırdı. Qıpçaq ölkəsi dedikdə, ilk növbədə Şimali Qafqaz və Şimali Qaradəniz çöllərini əhatə edən ərazi başa düşülür. Bəzi tədqiqatçılar Attilanı qıpçaq kökənli hesab edirlər.
Sandıqlı çölü
Sandıqlı çölü (türkməncə: Sandykly çöli, özbəkcə: Sandiqli choʻli)— Orta Asiyada, Türkmənistanın cənub-şərqindəki Ləbab vilayəti ilə Özbəkistanın cənub-qərbindəki Qaşqadərya və Buxara vilayətlərində yerləşən səhra. Qızılqum səhrasının cənubi davamı sayılır. Şimalında Qaragöl vahəsi (oazisi), şimal-şərqi və şərqində Qarşı çölü və Qaşqadərya vadisi, qərbində isə Amudərya çayı yerləşir. Özbəkistan-Türkmənistan ölkələri arasında sərhəddə qərarlaşır.
Susqunlar çölü
Susqunlar çölü (fin Hiljainen kansa - azərb. Susqun insanlar‎) — Finlandiyanın şimal-şərqində, kiçik Suomussalmi şəhərciyindən bir neçə 30 kilometr ərazidə insan müqəvvaları ilə doldurulmuş böyük bir ərazi. Bu layihənin rəhbəri yerli rəssam Reyo Keladır. O, belə bir işini ilk dəfə 1988-ci ildə paytaxtın şəhər ətrafı ərazilərindən birində yaratmışdır. 6 ildən sonra - 1994-cü ildə bu layihəni Helsinkidə Senator meydanına təqdim edir. Elə həmin ildə də müqəvvalar hazırkı əraziyə köçürülür və bu günə qədər orada qalmaqdadır. Buradakı müqəvvaların ümumi sayı minə yaxındır. Bu müqəvvalar günün başlanğıcında dəhşətli görünsə də, hər şey sonradan dəyişir. İldə iki dəfə könüllü şəxslər bu müqəvvaların geyimlərini dəyişirlər.
Taun çöpü
Taun çöpü (lat. Yersinia pestis, 1967-ci ildən qabaq Pasteurella pestis) — enterobakteriyalar fəsiləsindən qrammənfi bakteriya, taunun törədicisidir. Fakultativ anaerobdur. 1894-cü ildə alim Aleksandr Yersen kəşf etmişdir, üç biovarı məlumdur. Patogenliyi iki faqositoz antigeni (F1 və VW) ilə bağlıdır. Bakteriya antifaqositoz seliyi əmələ gətirir. A kateqoriyalı, olduqca təhlükəli patogendir.
Çöpü (Bicar)
Çöpü (fars. چوپي‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 68 nəfər yaşayır (23 ailə). Əhalisini kürdlər təşkil edir.
Ağcaqum çölü
Eldar çölü düzü
Eldar çölü düzü — Palantökən və Qomroy dağları arasındakı geniş düzənlik sahəni tutur. == Ümumi məlumat == Eldar çölü düzü qərbdə Eldaroyuğu dağı, şərqdə isə Mingəçevir su anbarı ilə sərhədlənir. Sahəsi 371 km² olub, qərbdən şərqə doğru uzunluğu 36 km, eni isə 12 km-ə qədərdir. Tektonik cvəhətdən antiklinoriumunun şimal hissəsində yerləşməklə, Eldar sinklinalına uyğun gəlir. İqlimi tamailə yarımsəhra xarakterli olub, yayın orta temperaturu Samuxda 14,2 qışınki isə 0,8–3,40-dir. Ən isti ayın (iyul) orta temperaturu 26,70, ən soyuq ayınki (yanvar) isə 0,80-dir. Orta illik yağıntı265 mm (Samuxda), orta illik buxarlanma isə 1000–1200 mm arasında dəyişir. Çay şəbəkəsi əsasən müvəqqəti axarı olan yarğan və qobulardan ibarətdir. Qüvvətli leysan yağışları zamanı bu yarğanlarda axar əmələ gəlir. Rayonun mərkəzindən keçən və daimi axarı olan İori çayı əsasən yağış və yeraltı sularla qidalanır.
Tatar çölü (əsər)
Tatar çölü — Dino Bussatinin 1940-cı ildə nəşr olunan romanı. 1949-cu ildə əsərin fransız dilinə tərcüməsindən sonra Bussatini dünyaca məşhur yazıçıya çevirmişdir. Roman həyatın mənasına və insanın taleyə boyun əyməsinə tamam başqa yönümdən nəzər salır. Əsər 2013-cü ildə Aslan Quliyev tərəfindən azərbaycan dilinə tərcümə olunmuşdur. Romanın qəhrəmanı gənc leytenant Droqo,ölkəsinin sərhədindəki qalalardan birinə göndərilir. Bastiani qalasında sıxıntılı günlər keçirən, əvvəlcə heç bir gün də qalmaq istəməyən leytenant Covanni Droqo burada ancaq dörd ay qala biləcəyinə qərar verir. Amma yaşadığı o dörd ayın hadisələri, hərbçi qüruru və Tatar çölünün vəhşi cazibəsi ayları illərə çevirir.
Laelatu meşə-çölü
Laelatu (est. Laelatu puisniit) — Estoniyanın qərbində meşə-çöl. Şimali Avropada qorunub saxlanılan ən böyük meşə-çöllərdən biri. Estoniyanın, eləcə də Şimali Avropanın ən zəngin fitosenoz ərazisi hesab olunur.. == Coğrafiyası == Meşə-çöl Pyarnumaa vilayətində, Virtsu qəsəbəsindən 3 km şimal-şərqdə yerləşir. Qərbdən Rame və Mıyza körfəzləri ilə, şərqdən isə Kasselaxt və Xeynlaxt gölləri ilə əhatələnib. Meşə-çöl Puhtu-Laelatu Milli Parkının tərkibinə daxildir və parkın şimal hissəsində yerləşir. Əraziyə 1931–1968-ci illərdə fəaliyyət göstərmiş dəmiryolu yolu ilə gəlmək mümkündür. Laelatu meşə-çölünün ekosistemini öyrənmək üçün ərazidə Laelatu bioloji stansiyası fəaliyyət göstərir. == Tarixi == XX əsrin birinci yarısında meşə-çöl Qərbi Estoniyanın vizit kartı idi.
Corlu
Corlu — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Kəndin mərkəzindən keçən Bum çayının kənarlarında Şah-Daş bəndi çəkilib. Dağ çaylarının məcradan çıxmasının qarşısını almaqdan ötrü qurulan bəndin möhkəmlənməsi üçün əlavə fəhlə qüvvəsi ilə yanaşı, kənd camaatı da səfərbər olunub. Kənddə altı artezian quyusu qazılıb və bütün məhəllələrdə istifadəyə verilən su həyətlərin əksəriyyətinə çəkilib. Kəndarası yollar yüksək səviyyədə asfaltlaşır. Çuxur Qəbələyə gedən yolun üzərinə beton örtüyü çəkilib. Corlu oyk., sadə. Qəbələ r-nunun Mirzəbəyli i.ə.v.-də kənd. Alazan-Əyriçay çökəkliyindədir. Kəndin adı peçeneqlərin cor tayfa adı ilə əlaqələndirilir və "corlar yaşayan kənd" kimi izah edilir.
Copli Medalı
Kopli medalı (ingiliscə Copley medal) — elm adamları üçün İngiltərədə yaranmış Royal Society tərəfindən verilən elmi mükafatdır. Bu mükafat həm Royal Society tərəfindən, həm də dünyada ən qədim medal kimi tanınır. Kopli medalı ilk dəfə 1731-ci ildə verilməyə başlanıb və bu günə qədər hər il bu davam etdirilir. Medal öz adını varlı bir torpaq sahibi və özü də Royal Society təşkilatının üzvü olan Godfrey Koplidən alıb. Medalın səthi gümüşdən olub 5000 sterlinlik pul mükafatı ilə verilir. Bu medalı qazanan elm adamları arasında Çarlz Darvin, Albert Eynşteyn və Léon Foucault və 52 Nobel mükafatı (17-si fizika,14-ü kimya,21-i fiziologiya və tibb üzrə) qazanmış Con Dezaguilers də var. Bu medalı qazanan yeganə qadın elm adamı 1976-cı ildə Doroti Hodkin olmuşdur.
Çorlu Məhəmməd
Çorlu Məhəmməd (1828–1933) — Azərbaycanın el sənətkarı, şair. Çorlu Məhəmməd 1825-ci ildə Əsgəran bölgəsində bəy ailəsində anadan olmuşdur. XIX yüzilliyin 30-cu illərində Usuflar tayfası elliklə köçüb Qars-Çıldır yörələrində binə bərkitmişlər. Çorlu Məhəmməd hələ cavan vaxtlarından sinədən deməyi və gözəl səsi ilə el-oba arasında tanınmağa başlamışdır. Aslan Bayramov Çorlu Məhəmmədin 1924-cü ildə vəfat etdiyini yazır. Əslində Çorlu Məhəmməd 1933-cü ildə Sultanabad kəndində vəfat etmiş, Sultanabadın əski qəbiristanlığında dəfn edilmişdir. Sonralar ermənilər Arpa gölün ərazisini böyütdüklərindən Çorlu Məhəmmədin də qəbri gölün suları altında qalmışdır. Nəhayət, bu el sənətkarının 2004-cü ildə "Ərş-əlaya bir yolum var" adlı kitabı işıq üzü görmüşdür. Bu kitabda el şairinin doqquz gəraylısı, on iki qoşması, bir deyişməsi, dörd divanisi və bir neçə aşıq rəvayəti toplanmışdır. Aslan Bayramov yazır: "Aşıq Şenlik məktəbindən ilham alan sənətkar İrəvandan üzü bəri olan ellərimizdə, Qarsda, Ağbabada, Borçalıda, Sörəyeldə, Axsqa və Axılkələyin Kürboyu kəndlərində ağır toylar keçirmişdir.
Qurtuluş (toplu)
"Qurtuluş" toplusu (məcmuəsi) — Azərbaycan siyasi mühacirlərinin Almaniyanın Berlin şəhərində nəşr etdikləri toplu. İlk sayı 1934-cü ilin noyabrında, son - 51-ci sayı isə 1939-cu ilin yanvarında işıq üzü görmüşdür. "Qurtuluş" toplusu da digər siyasi mühacir nəşrlər kimi, bolşevik Rusiyasının əsarətində olan azərbaycanlılara müraciətlə nəşr edilirdi. Xüsusilə, hər il 28 May İstiqlalı, 27 Aprel İstila Günləri məcmuədə daha geniş əks olunurdu. Topluda Azərbaycan xalqının tarixi, mədəniyyəti, türk dünyası, beynəlxalq məsələlər və s. barədə də dəyərli yazılar verilirdi. Məcmuədə Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə, Mir Yaqub, Hilal Münşizadə, B.Nuhoğlu, Almas İldırım, Cəfər Seyid Əhməd, Əhəd Əlizadə, Kərim Yayçılı və başqalarının məqalələri dərc olunurdu. B.Nuhoğlu "Qurtuluş" məcmuəsinin 1936-cı il 18-ci nömrəsində dərc etdirdiyi "27 Nisan" ("27 Aprel") məqaləsində yazırdı: Şəmşir Səbahəddin, Azərbaycanın İstiqlal mücadiləsi. İstanbul, 2002; Tahirli A., Azərbaycan mühacirət mətbuatı, 2 hissədə, h. 1, B, 2002.
İstiqlal (toplu)
İstiqlal toplusu — 1919-cu ildə, "İstiqlal bəyannaməsi"nin elan olunmasının birinci ildönümü münasibətilə Bakıda buraxılmış toplu. == Tarixi == "İstiqlal bəyannaməsi"nin mətni ilə açılan topluda Məhəmməd Əmin Rəsulzadənin "Azərbaycan parlamenti", P. Kosalının "Seymin Parlamanı Cümhuriyyətimizin tarixi inkişafında", Üzeyir bəy Hacıbəylinin "Azərbaycan türklərinin musiqisi tarixindən", naməlum müəllifin "Xalq ədəbiyyatı" məqalələri verilmişdir.
Gözlü
Gözlü — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Talin rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 6 km şimal-şərqdə, Alagöz dağının ətəyində yerləşir. Kənd XIX əsrin 30-40-cı illərində Eçmiədzin qəzasının tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1828-ci ilə kimi azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra, 1829-1832-cı illərdə Türkiyənin Muş, Alaşkert, Qars vilayətlərindən, Iranın Qəzvin və Xoy vilayətlərindən köçürülən ermənilər burada yerləşdirilmiş, azərbaycanlılar kənddən deportasiya olunmuşdur. Toponim gözlü tayfa adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm.
Çorlu (Qızıl Qoç)
Çorlu, Lernatsk, Lernagyuğ — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) rayonunda kənd. Kəndin adı Çırpılı, Bostançı xaraba formalarında da qeyd edilir. Rayon mərkəzindən 17 km cənubda yerləşir. 1937-ci ilə kimi Ağbaba rayonunun tabeliyində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk mənşəli çor etnoniminə mənsubluq bildirən -lu şəkilçisinin qoşulması əsasında əmələ gəlmişdir. «Çor tayfasının kəndi, yaşayış yeri» mənasını bildirir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12.XI.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Lernatsk, 21.X.1967-cı il fərmanı ilə yenidən dəyişdirilib Lernagyuğ (Dağkəndi) qoyulmuşdur.
Qardaş köməyi (toplu)
"Qardaş köməyi" toplusu — İctimai-siyasi toplu. Birinci dünya müharibəsi (1914–1918) dövründə Azərbaycanın bir sıra yaşayış məntəqələrində fəaliyyət göstərmiş "Qardaş köməyi" təşkilatının orqanı. Əsasən, Qars vilayəti ətrafında zərər çəkmiş müsəlman qaçqınlarının həyatına həsr olunmuş məqalələr dərc edilirdi. Toplunun əsas mühərrirləri Məhəmməd Əmin Rəsulzadə, Əhməd Cavad, Hüseyn Cavid, Firidun bəy Köçərli, Seyid Hüseyn, Abdulla Şaiq, Şəfiqə xanım Əfəndizadə idi. Jurnalın bir nüsxəsi hələ də İstanbulda saxlanılaraq, mühafizə olunur.
Göllü
Göllü — qədim Azərbaycan (türk) torpağı, qədim adı Ağbaba olan Azərbaycan torpaqlarının indiki adı Amasiya (Hamasa) rayonunda yerləşir. Hal-hazırda Ermənistan ərazisindədir. == Tarix == Göllü kəndi 1988-ci ilə qədər Qərbi Azərbaycanın Amasiya (Ağbaba) rayonunun kəndi olmuşdur. 1988-ci ilə qədər bu kənddə azərbaycanlılar yaşamışdır. 1988-1989-cu illərdə Ermənistanda yaşayan azərbaycanlıları qədim torpaqlarından deportasiya edilərək bu və digər kəndlərin adları dəyişdirmişdir. Hazırda Göllü kəndinin adı dəyişdirilərək Ardenis adı verilmışdır. == Dağıdılmış abidələri == == Əhalisi == Kənddə 1886-cı ildə 204 nəfər, 1897-ci ildə 284 nəfər, 1908-ci ildə 313 nəfər, 1914 - cü ildə 403 nəfər azərbaycanlı yaşamışdır. 1916-cı ildə azərbaycanlılar kənddən qovulmuşdur. 1920-ci ildən sonra indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar doğma kəndlərinə qayıda bilmişdir. 1922-ci ildə kənddə 242 nəfər, 1926-cı ildə 306 nəfər, 1931-ci ildə 334 nəfər, 1959 - cu ildə 470 nəfər, 1970-ci ildə 698 nəfər, 1979 - cu ildə 757 nəfər, 1987-ci ildə 760 nəfər azərbaycanlı yaşamışdır.
Çəpli
Çəpli — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Çəpli kənd inzibati ərazi dairəsində kənd. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Çəpli Kəlbəcər rayonunun Çəpli inzibati ərazi vahidində kənd. Lev çayının sahilində, dağlıq ərazidədir. Tədqiqatçıların fikrincə, toponim oğuz tayfalarından çəpnilərin (cəbni/cabanı) adı ile bağlıdır. Etnotoponimdir.
Hüseyn Sözlü
Hüseyn Sözlü — "Tərəqqi" medalı laueratı == Həyatı və fəaliyyəti == Hüseyn Sözlü 1965-ci ildə Ceyhan şəhərində anadan olmuşdur. 1990-cı ildə DSİACO şirkətində çalışmışdır.1992-ci ildə Ceyhan Ülkü Ocağının sədri olmuşdur. Türkiyənin Milliyyətci Hərəkat Partiyasının fəal üzvlərindəndir. 1999-cu ildə Ceyhan Bələdiyyəsinin sədri secilmişdir. Bələdiyyəyə rəhbərlik etdiyi dövrlərdə həyata kecirdiyi layihələrə görə yerli əhalinin rəğbətini qazanmışdır 2005-ci ildə İsgəndərun, Payas, Ceyhan Sarımazı, Mərsin-Toroslar, Lapseki şəhərlərinin bələdiyyə başcılarını və bu ölkədə fəaliyyət göstərən Azərbaycan dərnəklərinin üzvlərindən ibarət nümayəndə heyətinin tərkibindəAzərbaycanda səfərdə olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də Prezident Sarayında nümayəndə heyətini qəbul etmişdir.Məhz onun dəstəyi ilə 2006-cı il iyulun 13-də Ceyhanda Heydər Əliyevin adını daşıyan "Türkiyə-Azərbaycan qardaşlığı parkı" acılmışdır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan parkın təntənəli açılışında iştirak etmişlər.2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.
Kollu
Kollu (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Kollu (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd.