Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağayev Həmdəm
Həmdəm Mayıl oğlu Ağayev (9 sentyabr 1975, Sırxavənd, DQMV – 9 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Həmdəm Ağayev 1975-ci il sentyabrın 9-da Ağdam rayonunun Sırxavənd kəndində anadan olub. Ailəli idi. Bir oğul və bir qız atası idi. == Hərbi xidməti == Həmdəm Ağayev 1993–1994-cü illərdə Birinci Qarabağ müharibəsində Ağdərə rayonunun müdafiəsi uğrunda döyüşlərdə iştirak edib. 1994-cü ilin mayında müharibənin bitməsindən sonra Həzi Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olan Həmdəm Ağayev, 1999-cu ildə ali hərbi təhsilini bitirdi və Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başladı. Həmdəm Ağayev 2000-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan MR ərazisində yerləşən hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmətə başladı. O, 2003-cü ildə "Baş leytenant", 2004-cü ildə "Kapitan", 2006-cı ildə "Mayor", 2012-ci ildə isə "Polkovnik-leytenant" hərbi rütbəsi aldı. Həmdəm Ağayev Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2010-cu il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi. 2010–2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin 4-cü Ordu Korpusunda xidmət edən Həmdəm Ağayev, 2017–2018-ci illərdə Qusar şəhərində yerləşən "N" saylı hərbi hissənin Komandir müavini — Qərargah rəisi vəzifəsində xidmət elədi.
Dəmdəm (Xoy)
Dəmdəm (fars. دمدم‎‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Həmdəm Ağayev

Çəmlə (Tarım)
Çəmlə (az.-əbcəd چمله‎, fars. چمله‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 201 nəfər yaşayır (63 ailə).
Çəmmə (Sultaniyə)
Çəmmə (fars. چمرود‎) — İranın Zəncan ostanı Sultaniyə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 24 nəfər yaşayır (11 ailə).
Çəmən (Urmiya)
Çəmən (fars. ‎‎‎برده سور‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 70 nəfər yaşayır (13 ailə).
Çəmən belibağlısı
Çəmən belibağlısı (lat. Circus pygargus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin belibağlı cinsinə aid heyvan növü.
Çəmən dağı
Çəmən dağı — Xocavənd rayonu ərazisində dağ. == Etnotoponimi == Türkdilli xələc tayfasının cəmənli tirəsinin adını daşıyır. 1933-cü ildə Füzuli rnunun Qoçəhmədli inzibati ərazi vahidində Çimən adlı yaşayış məntəqəsi qeydə alınmışdır.
Çəmən güllücəsi
Çəmən güllücəsi (lat. Lathyrus pratensis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güllücə cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü (40) 55-100 sm, gövdəsi düz, uzanan və ya ilişən, sivri dördtinli və budaqlanan çoxillik ot bitkisidir. Kökümsovu nazik, şaxəli və zoğ əmələgətirəndir. Yalançı zoğları iri olub, yarpaqcığı xatırladır, uzunsov və ya yumurtaşəkilli-neştərvaridir, oxşəkilli əsası vardır, sivriləşmiş, qısa və ya bəzən saplaqla eynidir. Saplaq qanadsız, üst tərəfdən novşəkilli, sadə və ya şaxələnən bığcığı, nadir halda ucu vardır. Yarpaqlar bir cütdür; yarpaqcıqları neştərvari və ya uzunsov-neştərvaridir, sivri və ya qısa sivriləşmişdir, qısa sivri ucu vardır, 3-5 ədəd çox güclü damara malikdir, nadir halda ensiz neştərvaridir, uzunluğu (1) 2-4 (5) sm, eni 2,5-8 (10) mm-dir. Salxımları 5-13 ədəd çiçəkdən ibarətdir. Çiçək saplağı tüklüdür. Tac parlaq və ya açıq-sarı rəngdədir, uzunluğu 12–17 mm-dir.
Çəmən kəpənəyi
Çəmən kəpənəyi (lat. Loxostege sticticalis L.) — Ön qanadları bozumtul-qəhvəyi rəngdə olub, üzərində müxtəlif naxışlar olur. == Quruluşu == Ön qanadları bozumtul-qəhvəyi rəngdə olub, üzərində müxtəlif naxışlar olur. Sakit halda kəpənəyin qanadları üçbucaq formasını alır. Tırtılı yaşılımtıl bozdur. Beli üzərində bütün bədən boyu aydın seçılən tutqun zolaq vardır. Yan tərəflərdən uzanan zolaqlar arası ilə dalğavari yaşılımtıl sarı zolaqlar gedir. Qarıncıq ziyilcikləri ( 6 ədəd ) üzərindən əsası qara və iki konsentrik ağ zolaqla çevrələnmiş qılcıqlar çıxır. Başı qaradır. Uzunluğu 25-mm-dir.
Çəmən parabüzəni
Çəmən parabüzəni (lat. Pullus hemorrhoidalis) — Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinin Parabüzən böcəklər və ya koksinellidlər fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Qara rənglidir, üzəri xırda tükcüklərlə örtülüb, ağız hissə və bığcıqları sarı rənglidi. Bığcığı 10-buğumdan ibarətdir, hiss qabiliyyəti çox yüksəkdir. Ona görə də 1 və 2-ci buğumları nisbətən iridir. Qanadlarının üzərinin son hissəsində 1-4 sarı və qara rəngli qarışıqlı ləkələr olması bunlar üçün xarakterikdir. Ayaqları sarı-qırmızımtıldır. Böyüklüyü 1,5-2,2 mm-dir. == Həyat tərzi == Zonalar üzrə areal üçün tam səd çəkmək olmur. Lakin bir qayda olaraq düzən-səhra hissədə, çəmənliklərdə, bataqlıqlardakı bitkilər üzərində mənənələrlə qidalanırlar.
Çəmən taxtabitisi
Çəmən taxtabitisi (lat. Lygus pratensis L) — Buğumayaqlılar tipinin Yarımsərtqanadlılar və ya Taxtabitilər dəstəsinə aid olan növ. == Biologiyası == Çəmən taxtabitisi əsas yem otlarına zərər verir. Qorxulu zərərverici hesab olunur. Çəmən taxtabitisinin bədəni uzunsov dairəvi olub, üzəri batıq nöqtələrlə örtülüdür. Bığcıqları bədəndən qısadır. İkinci buğumun sonu bir qədər yoğunlaşmışdır. Bədəninin rəngi çox dəyişkən olub, yaşılımtıl-sarıdan tutqun bozumtul rəngə qədər dəyişməklə üstündə qırmızımtıl və ya qəhvəyi ləkələr olur. Bel qabağı üzərində 4, başın üzərində isə 3 tutqun xətt vardır. Bədəninin uzunluğu 5–7,5 mm-dir.
Çəmən tülküquyruğu
Çəmən tülküquyruğu (lat. Alopecurus pratensis) — qırtıckimilər fəsiləsinin tülküquyruq cinsinə aid bitki növü. == Sinonim == Alopecurus alpestris Wahlenb. ex Steud. [Invalid] Alopecurus alpinus var. songaricus Schrenk ex Fisch. & C.A.Mey. Alopecurus alpinus var. ventricosus Kar. & Kir.
Çəmən yarpızı
Çəmən yarpızı (lat. Mentha arvensis) — dalamazkimilər fəsiləsinin nanə cinsinə aid növ. Nanə cinsinin Avrasiyada — Avropada, Qərbi və Orta Asiyada, Qafqazda, Hindistan və Nepalda yayılmış növüdür. Əkin yerlərində, çəmənliklərdə, su hövzələri, çay, göl, arx və bataqlıq sahələri kənarında bitir. == Sinonim == Calamintha arvensis (L.) Garsault [Invalid] Mentha agrestis Hegetschw. [Illegitimate] Mentha agrestis Sole Mentha agrestis var. subrotunda Schur ex Heinr.Braun Mentha albae-carolinae Heinr.Braun Mentha alberti Sennen Mentha allionii Boreau Mentha angustifolia Schreb. Mentha anomala Hérib. Mentha approximata (Wirtg.) Strail Mentha arenaria Topitz Mentha arguta Opiz Mentha argutissima Borbás & Heinr.Braun Mentha argutissima var. recedens Heinr.Braun Mentha argutissima var.
Çəmən yemliyi
Çəmən yemliyi (lat. Tragopogon pratensis) — yemlik cinsinə aid bitki növü.
Çəmən pişikquyruğu
Çəmən pişikquyruğu (lat. Phleum pratense) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin pişikquyruğu cinsinə aid bitki növü. == Sinonimləri == Achnodonton bulbosum (Gouan) J.Woods Phleum alpinum subsp. trabutii Litard. & Maire Phleum bertolonii subsp. trabutii (Litard. & Maire) Kerguélen Phleum brachystachyum (Salis) Gamisans, A.T.Romero & C.Morales Phleum bulbosum Gouan Phleum deckeri Roem. ex Trin. Phleum fallax Janka Phleum maximum Pryor [Invalid] Phleum microstachyum Ruiz ex Nyman Phleum microstachyum Ruiz Phleum nodosum L. Phleum nodosum var. pratense (L.) St.-Amans Phleum parnassicum Boiss.
Dağ-çəmən torpaqları
Dağ–çəmən torpaqları — Böyük və Kiçik Qafqaz və Talışın yüksək dağlıq zonalarında yayılmışdır. Bu torpaqların ümumi sahəsi 559,3 min ha-dır. Azərbaycanın dağlıq ərazilərinin ayrı – ayrı hissələri bir sıra fiziki – coğrafi şəraitlərinə — iqlim rejiminə, bitki tipinə, torpaqəmələgətirən süxurların xarakterinə görə fərqlidir. Ekoloji – coğrafi şəraitin müxtəlifliyi dağ –çəmən torpaq tipini 3 yarımtipə bölməyə imkan verir: Çimli – torflu dağ-çəmən Çimli dağ – çəmən Qarımtıl dağ – çəmən. == Çimli – torflu dağ-çəmən yarımtipi == Çimli – torflu dağ – çəmən torpaqları alp çəmənlərinin tipik torpaqlarından olsada respublikamızın yüksək dağlıq zonasında nisbətən kiçik sahələrdə yayılmışdır. Dağ – çəmən torpaqlarının bu yarımtipinə əsasən səthdən mövsümi rütubətlənən çökəkliklərin, karların, təknəvari dərələrin, sirklərin dibində rast gəlinir. Kifayət qədər yüksək biokütləyə və yaxşı inkişaf etmiş kök sisteminə malik olan alp çəmən bitkiləri çim qatı əmələ gətirir və çoxlu miqdarda üzvi qalıqların toplanmasına səbəb olur. == Çimli dağ – çəmən torpaqları yarımtipi == Bu torpaqlar respublikamızın yüksək dağlıq ərazilərinin subalp qurşağında daha geniş yayılmış səciyyəvi torpaqlardır. Çimli – dağ çəmən torpaqları dağ meşələri ilə alp çəmənləri arasındakı geniş sahələri tutmaqla 1800–2000 (2500) m yüksəkliklər arasında yayılmışdır. Bu torpaqlar Baş Qafqaz silsiləsinin cənub yamacı boyu dar bir zolaq şəklində şərqdə Dübrar dağına qədər uzanır.
Çəmən (Aşağı Tarım)
Çəmən (fars. چمن امیرآباد‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 169 nəfər yaşayır (61 ailə).
Çəmə (Zəncan)
Çəmə — İranın Zəncan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Sirdan bölgəsinin Yuxarı Tarım kəndistanında, Sirdan qəsəbəsindən 29 km qərbdədir.
Cemre
Cemrə - Yaz başlanğıcında yeddi gün ara ilə əvvəl hava, su və torpaqda meydana gəldiyi sanılan istilik artımı. Ərəbcə olan söz kor vəziyyətində atəş mənasını verər. Türk və altay xalq mədəniyyətində və mifologiyasında İmrə (İmere və ya Əmrə) adı verilən cinin səbəb olduğuna inanılar. Yazda görünüb titrək işıqlar saçaraq göyə yüksəlir. Sonra buzların üzərinə düşərək onları əridir. Oradan da yerə girər. Bundan sonra istilənmiş torpaqdan buxar yüksələr. İmrə baharın gəlişini təmsil edir. Bulgarlarda Zemirə olaraq iştirak edər. Anadolu Türkcəsində, Ərəbcədən gəlmə Cemrə sözcüyünün əslində bu adın bənzətmə ilə dəyişmiş halı olduğu deyilə bilər.
Cemrə

Cəmrə
Cəmrə — Həcc ziyarəti zamanı zəvvarların şeytanı daşlamaq ayinini icra edərkən atdıqları daşlar və ya bu daşların atıldığı yer.
Ağabala xan Sərdari-Əfxəm
Ağabala xan Sərdari-Əfxəm — Qacarlar dövlətinin daxili işlər naziri, Gilan əyalətinin valisi. == Həyatı == Əsl adı Mirzə Məhəmmədəli xandır. Moini-nizam ləqəbini daşıyırdı. Ağabala xan vəliəhd Müzəffərəddin mirzənin yanında tədricən inkişaf edərək 1883-cü ildə sərhəng (polkovnik), 1885-ci ildə isə mirpənc (general-leytenant) rütbələrinə yiyələnir. Ağabala xan 1891-ci ildə vəkilüddövlə ləqəbinə layiq görülür. Sənaye naziri və Topxana (artileriya) rəisi Cahangir xan vəfat etdikdən sonra Ağabala xan onun vəzifələrinə sahib olur. Ağabala xan Sərdari-Əfxəm 1907-ci ildən sonra Gilan əyalətinə vali təyin olunmuşdu. 1909-cu ildə "Səttar xan adına komitə"nın fəalları Rəştdə üsyan qaldırdılar. Vali Sərdari-Əfxəm öldürüldü. == Mənbə == Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011.
Dağ-meşə çəmən torpaqları
Dağ-meşə çəmən torpaqları — dəniz səviyyəsindən 1800 (2000) - 2100 (2200) m hündürlüklərdə, meşələrin yuxarı sərhəddində yayılmış torpaq tipi. Ərazi üçün parkşəkilli meşələr və yüksək otlaqlarla örtülü geniş talalar səciyyəvidir. == İqlimi == Orta illik temperaturu 5,7-6,1°C, illik yağıntıların miqdarı isə 700-1200 mm arasında tərəddüd edir. Fəal temperatur cəmi 2000-2500°C arasında dəyişir. Rütubətlənmə əmsalı Böyük Qafqazda 2,2, Kiçik Qafqazda isə 1,4-ə bərabərdir. == Bitki örtüyü == Alçaqboylu ağaclar, sürünən kollar, palıd, tozağacı, ağcaqayın və taxılkimilərdən ibarət ot bitkiləri üstünlük təşkil edir. Hər il bitkilər torpağa çoxlu töküntü verir. Fitokütlənin miqdarı Böyük Qafqazda 70-80 s\ha (quru kütlə), Kiçik Qafqazda isə 40-60 s\ha arasında tərəddüd edir. == Morfoloji əlaməti == Humusun üst qatda miqdarı orta hesabla 9-10% təşkil edir. Bu göstəriciyə görə dağ-çəmən torpaqlara yaxındır.
Dağ-çəmən bozqır torpaqları
Dağ-çəmən bozqır torpaqları — bu torpaqlar müstəqil tip olub, dağların subalp qurşağında, dəniz səviyyəsindən 1900-2100 (2200) m hündürlüklərdə formalaşmışdır. == Yayıldığı ərazilər == Azərbaycanda Böyük Qafqaz dağlarının şərq hissəsində, Qarabağ vulkanik yaylasında, Zəngəzur və Qarabağ silsilələrində, Talış dağ sistemində yayılmışdır. Subalp qurşağında qaramtıl dağ-çəmən torpaqları ilə komplekslilik yaradan bu torpaqlar mürəkkəb mozaikalar yaradır. == İqlimi == Dağ-çəmən bozqır torpaqların yayıldığı ərazilərin iqlim şəraitində quraqlıq əlamətləri özünü göstərir. Orta illik temperatur mezofil subalp çəmənlərin göstəricilərindən yüksəkdir. Orta illik yağıntıların miqdarı 475-550 mm olub, rütubətlənmə əmsalı 0,7-1,12 təşkil edir. == Bitki örtüyü == Bitki örtüyü çəmən bozqırlardan və müxtəlif otlu taxılkimilər fitosenozlarından (əsasən ala topal, şırımlı topal, Qafqaz nazikbaldırı və s.) ibarətdir. Ot bitkilərinin məhsuldarlığı subalp çəmənlərində olduğundan xeyli aşağıdır.
Dağ meşə-çəmən torpaqları
Dağ-meşə çəmən torpaqları — dəniz səviyyəsindən 1800 (2000) - 2100 (2200) m hündürlüklərdə, meşələrin yuxarı sərhəddində yayılmış torpaq tipi. Ərazi üçün parkşəkilli meşələr və yüksək otlaqlarla örtülü geniş talalar səciyyəvidir. == İqlimi == Orta illik temperaturu 5,7-6,1°C, illik yağıntıların miqdarı isə 700-1200 mm arasında tərəddüd edir. Fəal temperatur cəmi 2000-2500°C arasında dəyişir. Rütubətlənmə əmsalı Böyük Qafqazda 2,2, Kiçik Qafqazda isə 1,4-ə bərabərdir. == Bitki örtüyü == Alçaqboylu ağaclar, sürünən kollar, palıd, tozağacı, ağcaqayın və taxılkimilərdən ibarət ot bitkiləri üstünlük təşkil edir. Hər il bitkilər torpağa çoxlu töküntü verir. Fitokütlənin miqdarı Böyük Qafqazda 70-80 s\ha (quru kütlə), Kiçik Qafqazda isə 40-60 s\ha arasında tərəddüd edir. == Morfoloji əlaməti == Humusun üst qatda miqdarı orta hesabla 9-10% təşkil edir. Bu göstəriciyə görə dağ-çəmən torpaqlara yaxındır.
Sultanəli xan Vəziri-Əfxəm
Sultanəli xan Vəziri-Əfxəm (1882-1914)—İranın baş naziri. == Həyatı == Sultanəli xan Məhəmməd xan Salarülmülkün oğlu və Mirzə İbrahim xan Zəhirəddvölə Qacarın qız nəvəsi idi.O, Azərbaycanın vergi agenti (mustovfisi) idi. Sonra Xalxalın hakimi oldu və Şatıranlı və Şahsevən tayfalarının fitnə və fəsadlarının aradan qaldırılması üçün effektiv tədbirlər gördü.Nasirəddin şah Qacarın ölümündən sonra,hesablamalar naziri oldu və bir il sonrada Yəzdə başçılıq etdi.Eynəddövlə və Müşirəddövlə kabinetlərində daxili işlər naziri idi.Mirzə Nəsrulla xan Müşirəddövlənin istefasından sonra,baş nazir oldu. O, tarixdən bəri "sədr əzəm" ləqəbinin yerinə, baş nazirə"riyasate vozəra"(nazirlərin rəisi) deyildi.Mirzə Sultanəli xan Vəziri-Əfxəm, nazirlərin rəisi olmaqdan başqa həmdə daxili işlər naziri vəzifəsini daşıyırdı.1907-ci ildə, nümayəndələr yekdilliklə, onun işdən kənarlaşdırılmasına səs verdilər və beləliklə, Əfxəmin təxminən qırx günlük hökuməti tamamlandı. Vəziri-Əfxəm işdən kənarlaşdırılmadan sonra,Məhəmmədəli şah Qacar əmri ilə dərbar (saray) naziri oldu. Sultanəli xan Vəziri-Əfxəm 1914-ci ildə vəfat etdi. Vəziri-Əfxəm böyük əmlak sahiblərindən idi və Zəncan və Kirmanda çoxlu əmlakı vardi.Onun törəmələrinin bəzisi "Əfxəmi" və bəzisi isə "Əfxəm-İbrahimi" soyadını daşıyırlar.
Cəmrə Sultan
Cəmrə Sultan (1616-1620) - Osmanlı padşahı I Əhmədin Kösəm Sultandan doğulan qızıdır. == Həyatı == I Əhməd və Kösəm Sultanın ən kiçik övladıdır. Böyük qardaşı II Osman tərəfindən çox sevilirdi. Hətta rəvayətə görə, Kösəm Sultan və qızları Mahfiruz Xədicə Sultanın əmrilə Köhnə Saraya sürgün edilərkən, sırf Cəmrə Sultanın istəyilə kiçik şahzadələr də Köhnə Saraya göndərilmişdir. 12 noyabr 1620 tarixində böyük qardaşı Şahzadə İbrahimlə oynayarkən yıxılıb başını divara vurmuş, aldığı zərbədən vəfat etmişdir.
Cəməl döyüşü
Cəməl döyüşü (ərəb. موقعة الجمل‎) — dördüncü Raşidi xəlifə Əli ibn Əbu Talibin tərəfdarları ilə Aişə və onun tərəfdaşları Təlhə ibn Ubeydullah və Zübeyr ibn Əvvamın başçılıq etdiyi qrupla onun hakimiyyətinə qarşı baş vermiş döyüş. Döyüş 656-cı il dekabrın 8-də baş verir. == Mənbələr == Erkən İslam tarixinin çox hissəsi şifahi şəkildə ötürülürmüşdür. Raşidi xilafəti dövründən bu günə qədər kifayət qədər az sayda tarixi mənbələr gəlib çatmışdır. Başqalarının prinsipcə mövcud olub-olmadığı məlum deyil. Bu dövrə aid, eləcə də Əməvilər sülaləsinin sonrakı hakimiyyəti dövrünə aid dövrümüzə çatan sənədlər və yazılar əsasən üçüncü Abbasi xilafəti illərində yazılmışdır. Bunlardan əlavə, İslamın ilkin tarixi haqqında Məhəmməd peyğəmbərin hədislərində mühüm məlumatlar vardır. Onların inkişafı İslam tarixinin ilk üç əsrində mühüm elementdir. Müsəlmanların fəth illərində yazılmış Dəvə döyüşü dövrünün hadisələri haqqında yeganə tarixi mənbə şiə alimi Süleyman ibn Qeysin Kitab əl-Səqifəsidir - İslamın birinci əsrinə aid hədislər və tarixi hesabatlar toplusu.
Cəməl müharibəsi

Çemes buxtası
Çemes buxtası (və ya Novorossiysk buxtası) — Rusiyanın Qara dəniz sahilinin şimal hissəsində donmayan körfəz. Rusiyanın Qara dəniz hövzəsində Sevastopol körfəzindən sonra ikinci ən əhəmiyyətli körfəz. Buxta 1829-cu ildə, rus-türk müharibəsindən sonra Rusiya imperiyasının tərkibinə daxil oldu. O vaxtdan bəri bölgənin və ilk növbədə Novorossiysk şəhərinin hərbi, ticarət və sərnişin ehtiyacları üçün fəal şəkildə istifadə olunur. Yaxşı havalarda (martdan noyabra qədər) bütün gəmilərinin lövbərlənməsi üçün əlverişlidir. Qışda buxtada güclü küləklər müşahidə olunur. Gücünə görə küləklər VI dərəcəyə daxildir. == Tarixi == XIX əsrin ən böyük rus arxeoloqu, qrafinya P. S. Uvarova 1886-cı ildə Novorossiysk yaxınlığında arxeoloji araşdırmalar aparmış və "Səyahət qeydləri"ndə Çemes körfəzi və onun ətrafı haqqında bir çox qeydlər yazmışdır. == Coğrafiyası == Körfəz öz adını ona tökülən Çemes çayından almışdır. Körfəzin qərb hissəsini alçaq dağlıq ərazidən ibarət olan Abrau yarımadası təşkil edir.
Çeqem (şəhər)
Çeqem (rus. Чеге́м; kab.-çərk. Шэджэм) — Rusiya Federasiyasının Kabarda-Balkariya Respublikasının Çeqem rayonunun inzibati mərkəzi və şəhəri. Nalçik şəhərindən 10 km şimalda, 470 metr yüksəklikdə yerləşir. 2010-cu ilə əsasən əhalisi 18.019 nəfərdir. == Tarixi == Əvvəlki adı Çeqem Pervıy olmuşdur. 1972-ci ildə kənd tipli yaşayış məntəqəsi statusu almışdır. 2000-ci ildə isə şəhər statusu almış və adı Çeqem olaraq dəyişdirilmişdir.
Çeqem rayonu
Çeqem rayonu (kab.-çərk. Шэджэм район / Шэджэм куей, qaraç.-balk. Чегем район) - Rusiya Federasiyası, Kabarda-Balkariyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Çeqem şəhəridir. == Coğrafiyası == Çeqem rayonu Kabarda-Balkariya Respublikasının mərkəzi hissəsində yerləşir. Çeqem çayının sahili boyunca cənub-qərbdən şimal-şərqə qədər uzanır. Rayonun ərazisi dəniz səviyyəsindən 500 ilə 4617 m yüksəklikləri arasındadır. Respublika dağətəyi və dağlıq bölgələrdən ibarətdir. Rayonun sahəsi 1503.32 km²-dir. Rayon aşağıdakı ərazilərlə həmsərhəddir: qərbdə Elbrus rayonu, şimalda Baksan rayonu, şərqdə Urvan və Çerek rayonları, cənubda Gürcüstan.
Çeqem çayı
Çeqem çayı (kab.-çərk. Шэджэм, qaraç.-balk. Чеге́м суу) — Kabarda-Balkariya Respublikasında, Şimali Qafqazda axan çay. Çayın uzunluğu 103 kilometr, hövzəsinin sahəsi isə 931 km²-dir. == Təsviri == Çay mənbəyini Elbrusun şərqindəki Baş Qafqaz silsiləsinin şimal yamacında, Başil buzlaqlarından götürür. Ən yuxarı hissədə, Qara-Auzusu çayı ilə birləşmədən əvvəl, Başil-Auzusu adlanır.Çay şimal-şərq istiqamətində, Çeqem dərəsi boyunca axır. Düzənliyə çıxan çay, burada Çeqem 1 və Çeqem 2 olmaqla iki kanala bölünür, sonra yenidən birləşərək Baksan çayına tökülür. Çeqem sürətli axan çaydır və xüsusilə yaz aylarında, dağlarda ən güclü qarların sürətli əriməsi nəticəsində çayın suyu bol olur, daşqınlar olur. Bu səbəbdən çay bəzən kənd təsərrüfatına ciddi ziyan vurur. Amma yenə də çayın suyundan bağçılıq təsərrüfatında geniş istifadə olunur.
Çeqem şəlalələri
Çeqem şəlalələri — Kabarda-Balkariyanın Çeqem rayonunda, Adaysu, Sakal-Tup və Kayart çayları üzərində olan şəlalələri qrupu və təbiət abidəsi. Çaylar sonda Çeqem çayına tökülür. Şəlalələrə ən yaxın yaşayış məntəqələri Aşağı Çeqem və Xuşto-Sırtdır. Rayon mərkəzi olan Çeqem şəhərinə — 44 km, ölkənin paytaxtı Nalçikə isə — 55 km-dir. == Ümumi məlumat == Çeqem şəlalələr qrupuna üç şəlalə daxildir. Əyər Çeqem dərəsi boyu cənuba hərəkət etsək, ilk öncə Aşağı Çeqem kəndindən 2 km cənubda yerləşən Kiçik Ceqem və ya Aday-Su şəlaləsinə çatmış olarıq. Bu şəlalə Çeqem çayının eyni adlı qolunun üzərində yerləşir. Çay Çeqemə sağdan birləşir. Şəlalə yoldan 200 m aralı yerləşir. Xarici görünüşcə şəlalə təbiət tərəfindən yaradılmış nəhəng daş novçanı xatırladır.
Orta Kür depresiyasının çəmən-bataqlı torpaqlar
Orta Kür depresiyası - Orta Kür depresiyası Kür-Araz ovalığının mərkəzi hissəsində yayılmaqla qərbdən Kiçik Qafqaz dağlarının şərq ətəkləri, şərqdən və cənub şərqdən cənub-şərqi Şirvan düzənliyi və Araz çayı, cənub-qərbdən Harami düzənliyilə sərhədlənir. Tədqiq olunan bu ərazinin qonşu ərazilərlə qonşu olmasında diqqəti çəkən cəhət ondan ibarətdir ki, Kür-Araz ovalığının bu hissəsi şimal-şərqdən və cənub şərqdən Böyük və Kiçik Qafqaz dağlarının ətəklərindən keçən 200 m horizontla qərbdən və şərqdən isə nisbətən alçaq horizontlara sərhədlənmişdir. == İqlimi == Orta Kür depresiyası təbii və antropogen landşaft baxımdan zəngin kontrastlığa malikdir. İqlimində yayı quraq zəif yağıntılı, qışı isə mülayim soyuq keçən yarımsəhra quru subtropik xassəlidir. == Morfo-genetik xüsusiyyətləri == Onun mərkəzi hissəsinin plastikasında sarmatın dəniz akkumulyativ, öndağlığın periferiyalarında akkumulyativ dəniz çöküntülərini örtmüş pliosen yaşlı prolüvial-allüvial çöküntülə üstünlük təşkil edir. Hidroloji şəraitində əsas rolu Kür çayı və ona sağdan və soldan daxil olan çaylar, ovalıq hissəsində yuxarı Şirvan və baş Mil-Qarabağ kanalları oynayır. Ovalığın mərkəzində müxtəlif minerallaşma dərəcələrinə malik və müxtəlif dərinlikdə qrunt suları geniş yayılmışdır ki, onlarda öz növbəsində torpaqəmələgəlmədə yarımhidromorf amil kimi çıxış edirlər. Orta Kür deprasiyasına daxil olan ərazilər tarixən meliorativ baxımdan çətin və mürəkkəb bölgə hesab olunmuşdur. Keçən əsrin 50-ci illərindən başlayaraq drenak-kollektor şəbəkəsi yaradıldıqdan sonra bu ərazidə mədəniləşmiş aqrolandşaft ansamblı yaradılmağa başlandı. Drenaj və suvarma sistemlərinin yaranması ilə bu ərazidə yayılmış torpaqlar intensiv formada kənd təsərrüfatı dövriyyəsinə daxil edildi.