Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çökək
Çala
Çala — Tiflis quberniyasının Axalsix qəzasında kənd adı. == Toponimkası == Çala- Tiflis quberniyasının Axalsix qəzasında kənd adı. Gürcüstanda "çala" sözü ilə düzəlmiş çoxlu miqdarda yer adı vardır. Azərbaycan dilində çala, "su yığılan çökək yer", "çuxur yer", türk dillərində çalı, "kolluq", "vəhşi heyvanın bol olduğu sahə" mənasındadır. İrəvan əyalətində Çala-ağıl adlı kənd vardı.
Çökək Hamam
Çökək hamam — 1606-cı ildə Şah Abbasın sifarişi ilə Azərbaycanın Gəncə şəhərində tikilmiş tarix-memarlıq abidəsi, hamam. Hamam, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. == Haqqında == === Adlandırılması === Çökək hamam şəhər əhalisi arasında müxtəlif adlarla tanınır. Ona I Şah Abbasın əmri ilə tikildiyi üçün bəzən "Şah Abbas hamamı", Şah Abbas məscidinə yaxın tikildiyi üçün "Məscid hamamı" və ya sonralar oranı işlədən şəxsin adı ilə "Hacı Ələkbər hamamı" da deyirlər. Çökək hamam adlandırılması isə suyun təzyiqini təmin etmək üçün hamamın çökək ərazidə tikilməsi ilə bağlıdır. === Tarixi === Səfəvi hökmdarı I Abbasın əmri ilə 1606-cı ildə Cümə məscidinin inşası bitdikdən sonra onun yaxınlığında Çökək hamamın inşası başlayıb. Hamamın memarı Gəncədəki bir çox abidələrin memarı olan Şeyx Bahəddindir. === Memarlığı === Hamamın tikintisində o dövrün ənənəvi materiallarından olan qırmızı kərpic, yumurtanın ağı, gil və əhəngin bərkidici qarışığından istifadə olunub. Hamam iki iç-içə zaldan ibarətdir. Böyük zalın içərisində çarhovuz və fəvvarə var, kiçik zal isə yuyunmaq üçün nəzərdə tutulub.
Çökək Xuluf
Çökək Xuluf — Azərbaycan Respublikasının Şəmkir rayonunun Keçili kənd inzibati ərazi vahidinin tərkibində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 11 fevral 1997-ci il tarixli, 248-IQ saylı Qərarı ilə Şəmkir rayonunun Keçili kənd inzibati ərazi vahidinin tərkibindəki Çökək Xuluf kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Çökək hamam
Çökək hamam — 1606-cı ildə Şah Abbasın sifarişi ilə Azərbaycanın Gəncə şəhərində tikilmiş tarix-memarlıq abidəsi, hamam. Hamam, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. == Haqqında == === Adlandırılması === Çökək hamam şəhər əhalisi arasında müxtəlif adlarla tanınır. Ona I Şah Abbasın əmri ilə tikildiyi üçün bəzən "Şah Abbas hamamı", Şah Abbas məscidinə yaxın tikildiyi üçün "Məscid hamamı" və ya sonralar oranı işlədən şəxsin adı ilə "Hacı Ələkbər hamamı" da deyirlər. Çökək hamam adlandırılması isə suyun təzyiqini təmin etmək üçün hamamın çökək ərazidə tikilməsi ilə bağlıdır. === Tarixi === Səfəvi hökmdarı I Abbasın əmri ilə 1606-cı ildə Cümə məscidinin inşası bitdikdən sonra onun yaxınlığında Çökək hamamın inşası başlayıb. Hamamın memarı Gəncədəki bir çox abidələrin memarı olan Şeyx Bahəddindir. === Memarlığı === Hamamın tikintisində o dövrün ənənəvi materiallarından olan qırmızı kərpic, yumurtanın ağı, gil və əhəngin bərkidici qarışığından istifadə olunub. Hamam iki iç-içə zaldan ibarətdir. Böyük zalın içərisində çarhovuz və fəvvarə var, kiçik zal isə yuyunmaq üçün nəzərdə tutulub.
Nəhəng çala
Nəhəng çala (rus. исполиновы котлы, ing. kettle holes) — evorzion çuxur eni bir neçə metrə bərabər olan təbii yarımdairəvi çuxur, içərisində daş aparan suyun fırlanma hərəkəti nəticəsində bərk süxurlarda əmələ gəlir. Buzlağın yatağında, şəlalənin dibində, dar tənginin yanlarında, dəniz sahillərində yaranır.
Çala (Əlburz)
Çala (Əlburz) (fars. چاله‎) — İranın Qəzvin ostanının Əlburz şəhristanının Məhəmmədiyə bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 237 nəfər (80 ailə) yaşayır.
Çala gölü
Çala gölü – Bəndovan Dövlət Təbiət Yasaqlığının və Şirvan Dövlət Təbiət Qoruğunun ərazilərində yerləşir. Çala gölünün sahəsi 100 hektardan çoxdur və onun dərinliyi 0,3-1,0 metrə çatır. Göldə qamış və digər su bitkiləri yaxşı inkişaf etmişdir. Gölün köçəri su-bataqlıq quşları üçün çox böyük əhəmiyyəti vardır. Göl Qızılqaz, Flaminqo gölü olaraq da adlanır. Böyük və Kiçik Çala (Qızılqaz) gölləri XX əsrin 50-ci illərində Salyan su toplayıcı kanalının yaranması nəticəsində əmələ gəlmişdir. Göllərinin 60-65%-ni təşkil edən qarğı və qamışlıqların əsas sakinləri sufərəsi, adi təqibçi, kiçik təqibçi, cırtdan təqibçi və qamışlıq fərəsidir. Azərbaycanın bir çox gölü kimi bu göl də kanal suyu ilə (Şirvan kanalının) qidalanır. Susevər bitkilərin, xüsusilə də pambığın əkin sahələrinin kiçilməsi səbəbindən irriqasiya kanallarının suyunun səviyyəsi kəskin surətdə aşağı düşmüş, buna görə də gölə axan sular azalmışdır. 1990-cı illərin əvəllərindən Salyan su toplayıcı (Yenikənd) kanalına suyun vurulmasının dayandırılması ilə əlaqədar olaraq göllərə su daxil olmamış və 1999-cu ilin yayında sahəsi 4 min hektardan çox olan göllər qurumuşdur.
Çörək
Çörək ― xəmirin bişirilməsi ilə əldə olunan un məmulatı. Bu xəmirə çox vaxt duz, birləşdirici maddələr, qıcqırdıcı və bəzi çörək növlərinə isə günəbaxan, xaşxaş və başqa bitki tumları da əlavə edilir. Tumlar çörəyin üzərində bəzək kimi də istifadə edilə bilər. Çörək ayrıca da yeyilir. Çox vaxt onu yağla, mürəbbə, bal və ya pendirlə yeyirlər. Avropa arasında müxtəlif ət deli hazırlanmış yeməklər olan çörəyə tez-tez rast gəlinir. Bu buterbrod adlanır. Çörəkdən sendviç üçün də istifadə edilir. Çörəyi ayrıca yemək olar, kərə yağı, fıstıq və ya günəbaxan yağı, mürəbbə, marqarin, marmelad, mürəbbə, jele, bal ilə də istehlak edilir ki, bu da mahiyyətcə sendviç adlanan yeməkdir. Çörək sendviç bazası kimi də istifadə olunur.
Çökə
Çökə (lat. Acipenser ruthenus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü. Bədəninin uzunluğu 125 sm, kütləsi isə 16 kq-a qədər olur. == Yayılması == Daim Volqada yaşayan çay balığıdır. Şirin su balığıdır, Xəzər, Qara və Baltik dənizlərinə tökülən çaylarda yaşayır. Orta Xəzərin qərb sahilində rast gəlinir. Buradan təsadüfən Terek çayına girə bilir. Sibirdə Ob, Yenisey, İrtış çaylarında yayılıb, kanallar vasitəsilə Şimali Dviia çayına, Ladoqa və Oneqa göllərinə də gedir. Şirin su balığı olsa da; Xəzər dənizinin Azərbaycan sahillərində tək-tək təsadüf edilir. Əsasən Yalama-Nabranda tək-tük fərdlər tutulur.
Bul (çörək)
Bul (fr. Boule)- Fransız dilində "Top" mənası verən, Fransız çörəyinin ənənəvi forması ki bir əzilmiş topa bənzər. Hər hansı un növü ilə hazırlana bilən bir köntöy bulka forma dır. == İncəsənətdə == İntibah dövrünün Niderlandlı rəssam Dirik Bauts bir sıra şəkillərində bul çörəyini çəkib. İspan rəssam Luis Melendes natürmortarında bul çörəyini təsvir edirdi. Fransız rəssam Jan Batist Simeon Şarden də bul çörəyini çəkməyə sevirdi.
Kövrək çörək
Kövrək çörəyi paxlava, piroq istehsalında istifadə edilən kövrəkdən fərqlidir. Oxlov ilə açılmış xəmirin saç üzərində bişirilməsi ilə əldə edilər. Kövrək çörəyinin ən əhəmiyyətli xüsusiyyəti dayanıqlı olmasıdır. Türk mədəniyyətində köməkləşərək bir səfərdə qonşu və qohumların da iştirakıyla edilər. Edildiyi zaman isə hər kəs üçün çox miqdarda edilər. Üst üstə düzülərək lay halında anbarlanar və üzəri örtülər. İstifadə ediləcəyi zaman üzərinə su səpilər bir az gözlədilərək yumşalması təmin edilər. yeyilməyə hazır hala gələn kövrək, eləcə yenilə bildiyi kimi, müxtəlif yemək vəsaiti olaraq da istifadə edilə bilər.
Meyvəli çörək
Meyvəli çörək (alm. Früchtebrot‎) — Avstriya və alman mətbəxinin ənənəvi yeməyi. Xəmirdə quru meyvələrin böyük bir payı ilə, şirin çörəklə təqdim olunur. Meyvəli çörək, adətən, kiçik çörəklər şəklində bişirilir, şirəli və möhkəm xəmirə malikdir, üzərində bəzən badam və albalı ilə bəzədilmiş qurudulmuş meyvə və qoz-fındıq görünür. == Tarixi == Cənubi Almaniya, Avstriya və Cənubi Tirolda, milad üçün qurudulmuş armudların çörəklərə əlavə edilməsinə dair bir ənənə var idi. Dialektdən asılı olaraq, bu xəmirlərə Hutzeln, Hutzen (Alemannik dialekti) və ya Kletzen (Bavaro-Avstriya ləhcəsi) adını verdilər. Maddi rifahın artması və cənub meyvələrinin idxalatının inkişafı ilə meyvəli çörəyin üçün reseptlərə quru ərik, kişmiş, xurma, əncir və digər quru meyvələrdən daxil edilmişdir. Əvvəlcə çörək xəmirinə heç bir dadlandırıcı əlavə edilmədikdə, sonra reseptə bal və ya şəkər daxil etməyə başladı. Bəzən meyvə xəmir görünüşünü pozan normal bir maya çevrildi, lakin qurudulmuş meyvələri yandırmağa imkan verdi. == Adət və mərasimlər == Meyvəli çörək Andreyev günündə (30 noyabr) bişirilir.
Çörək (1970)
Çörək ağacı
Çörək ağacı (lat. Artocarpus altilis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin artokarpus cinsinə aid bitki növü. Malayziya, İndoneziyavə Papua Yeni Qvineyada bitir. Vətəni Malay arxipelaqıdır. Cənubi Asiyada daha çox becərilir və əhalinin qidasında mühüm əhəmiyyətə malikdir. == Meyvəsi == Çörək ağacı diametri 15-30 sm olan dairəvi formada mürəkkəb meyvə əmələ gətirir. Qabığı yaşıl, sarımtıl-yaşıl və ya qəhvəyi rəngdədir. Ətliyi xəmirəoxşar sarımtıl kütlədən ibarətdir. Daxilində 2-3 ədəd şabalıd boyda iri toxumu olur. Meyvəsinin iyi xoşagəlməzdir.
Çörək muzeyi
Çörək muzeyi (Ağdam) — Azərbaycanın Ağdamda çörək və çörək məmulatları, əkinçilik alətləri, onların tarixi haqqında muzey. Çörək muzeyi (Ulm) — Almaniyanın Ulm şəhərində yerləşən çörək və çörək məmulatları, əkinçilik alətləri və onların tarixi haqqında muzey.
Çörək qiyamları
Tunisdə çörək qiyamları — 1980-ci illərdə Tunisdə baş vermiş qiyamlar. İlk hadisə Kebili qubernatorluğunun, Duz rayonunun mərkəzi Duz şəhərində baş verdi. Qərb mətbuatında dərhal çörək qiyamları adlandırılan hadisələr üç planda səciyyələnə bilər: . Birinci -beynəlxalq. Bu mənada Tunis qiyamları tipoloji olaraq Misirdə 1977-ci il yanvar partlayışından, Tunis qiyamlarının qurtarmasından dərhal sonra Mərakeşdə 1984-cü ildə başlayan gərginliyə qədər Şimali Afrika ölkələrində baş verən bütün qiyamlara oxşayır. İkinci ümummilli miqyasda. Hər yerdə olduğu kimi, qiyamların bilavasitə bəhanəsi, qarşısında öhdəlik götürmüş hökumətlərin Beynəlxalq Valyuta Fondunun tövsiyələri ilə , bu fondun gələcəkdə də yardımını almaq üçün qoyduğu şərtləri yerinə yetirməsi oldu — istehlak mallarına dövlət subsidiyalarının ləğvi ya da ixtisarı. 1983-cü ilin sonu — 1984-cü ilin əvvəlindəki hadisələr, ümumilli planda götürülərək, Tunisdə 70-ci illərin ikinci yarısından — 80-ci illərin birinci yarısına qədər, baş verən qiyamlardan dördüncüsü idi. 1) Birincisi dinçilərin 1977-ci ildə, Susda təşkil etdiyi etirazlar: 2) İkincisi 26yanvar 1978-ci il ümumilli tətili; 3) 26 – 27 yanvar 1980-ci il Qafsdaki silahlı qiyamı. Bir neçə kəlmə də qiyamları regional səciyəsi barədə.
Şərikli çörək
Şərikli çörək — rejissor Şamil Mahmudbəyovun eyniadlı filmi. == Məzmun == Kinopovestdə İkinci dünya müharibəsinin son günlərində və müharibədən sonrakı ilk aylarda uşaqların çətin, fərəhsiz həyatından danışılır. == Festivallar və mükafatlar == 1) 1970-ci ildə Rejissor Şamil Mahmudbəyova və ssenarist Alla Axundovaya filmə görə Azərbaycan Respublikasının Dövlət Mükafatı verilmişdir. == Film haqqında == Film ssenarist Alla Axundovanın kinoda ilk işidir. Film aktyor Fərhad İsrafilovun kinoda ilk işidir. Filmin çox hissəsi İçərişəhərdə, “Böyük qala” küçəsində çəkilib. Ümumilikdə, kinostudiyanın pavilyonlarında, Kubinka, Nalçikdə də lentə alınıb. Uşaqların yun çırpdığı, vedrənin yuxarıdan aşağı çırpıldığı, qonşuların olduğu məhəllə indiki Səadət sarayı yaxınlığında yerləşir. Məşhur “O boyda Çörçill bundan geyinib, bu hələ fikirləşir" frazasının olduğu bazar Nalçik şəhərindədir. Filmdə adı keçən “Quba meydanı” isə Kubinkada lentə alınmışdı.
Kəlanə (çörək)
Kəlanə (kürd. کەلانە) — Kürdüstana xas olan çörək növü və ya bütöv qida. Yazda çörəyin içinə buğda unu və doqquzdon, digər fəsillərdə isə soğan doldurulur. Ənənəvi olaraq bu yastı çörək soğanı və ya yabanı sarımsaq ilə doldurulur və onları ev sobasında qızardılmış tavaya sığdırmaq üçün daha kiçik ölçülü edir.
Kala
Kala (gül) — gül növlərindən biri
Qala
Qala — uzunmüddətli dairəvi müdafiə üçün hazırlanmış, daimi qarnizonu, silahları, ehtiyatları olan və müstəqil idarə olunan strateji əhəmiyyətli məntəqə (şəhər, tikili). == Tarixi == İbtidai icma cəmiyyətində ilk qalalar möhkəmləndirilmiş məskənlər şəklində idi. Bu məskənlər torpaq bəndlər, ağac, kərpic, daş və s. divarlarla əhatə olunurdu. Sonralar hasarların ətrafında adətən su ilə doldurulan dərin xəndəklər qazılırdı. İnşaat işlərinin təkmilləşməsi qədim şəhərlər ətrafında kvadrat və ya dairəvi şəkilli qüləvari divarlar çəkməyə imkan verdi. Divarların hündürlüyü 9–10 m-ə, bəzi hallarda 30 m-ə çatırdı. Divarların qalınlığı hündürlüyünün 1/3 hissəsini təşkil edirdi. Divarlarda mazğallar düzəldilir, yuxarısı dişvarı şəkildə hörülürdü. Qala bürcləri çoxmərtəbəli tikili şəklində olub mustəqil müdafiə üçün ucaldılırdı.
Tala
Tala (meşə) — meşənin ortasında çox da iri olmayan ağacsız açıq sahə. Tala (Qaraqoyunlu) — Yelizavetpol quberniyasının Qazax qəzasında kənd. Aşağı Tala — Zaqatala rayonunda kənd. Yuxarı Tala — Zaqatala rayonunda kənd. Üçüncü Tala — Zaqatala rayonunun Üçüncü Tala kənd iəd kənd. Uzuntala (Zaqatala) — Zaqatala rayonunda kənd. Tala — Cəlilabad rayonu ərazisində çay. Göytəpə çayının sağ qoludur. Tala — Zaqatala rayonu ərazisində çay. Qanıx çayının sol qoludur.
Çaka
Çaka — Cənubi Afrika Respublikasının ərazisində yaşayan döyüşkən Zulu tayfalarını dövlət halında birləşdirən sərkərdə, KvaZulu (bəzi mənbələrə görə Zulu imperiyası və ya Zululend) dövlətinin banisi və ilk hökmdarı (1816-1828). == Haqqında == Cənubi Afrika Respublikasının ərazisində yaşayan döyüşkən Zulu tayfalarını dövlət halında birləşdirməyə müvəffəq olan Çaka 1787-ci ildə anadan olmuşdur. O, yerli qəbilə başçılarından birinin - Senzanqakonanın nikahdankənar oğlu idi. Çakanın 6 yaşı olanda Senzanqakona onu anası ilə birlikdə saraydan qovmuşdur. 1816-cı ildə kiçik zulu qəbiləsinin inkosu - rəhbəri seçiləndən sonra Çaka Avropa müstəmləkəçilərinə qarşı müharibəyə başlamışdır. Onun təşkil etdiyi güclü orduda qadın və kişilərdən ibarət dəstələr vardı. Ömrünün sonlarında Çakanın yaratdığı dövlətin ərazisi 200 min kv. km, ordusundakı əsgərlərin sayı 50 min nəfər idi. Çakanın ən mühüm tədbirlərindən biri hərbi islahatın keçirilməsi olmuşdu. İslahata əsasən silah daşımağı bacaran 20-40 yaşlı kişilərin hamısı orduya səfərbər olunmuşdu.
Çalma
Çalma və ya türban – Şimali Afrika, Ərəbistan yarımadası, Hindistan və Asiyanın bəzi digər bölgələrində geniş yayılmış kişi baş örtüyü. Onun hazırlanması üçün 6-8 metr parça lazımdır. Bəzi növlərinin hazırlanması üçün 20 metrədək parçadan istifadə edilir. Adətən, fəs, yaxud araqçının üstündən dolayırdılar. Tipik İran geyimi olan türban hələ e.ə. 6—5 əsrlərdə Midiyada geniş yayılmışdı. Çalmanı başa bağlanmış yaylıq, fəs və ya araxçına sarıyırlar. Bəzi regionlarda çalma başda xüsusi sancaqlarla bərkidilir.
Çaça
Çaça (gürc. ჭაჭა) — bəzən üzüm vodkası adlanan açıq sarı rəngli alkoqollu içki. Əsasən Gürcüstanda istehsal olunur. Çaça termini Gürcüstanda üzüm distilləsinə istinad etmək üçün istifadə olunur. Çaça üzümlə yanaşı əncir, naringi, portağal, pomidor və tərxundan hazırlana bilər. Çaça əsasən distillə imkanları olan şərab zavodlarında hazırlanır. Ən məşhur çaça məhsullarından biri olan Binexi Estraqon 2007-ci ildə Mundus Vini mükafatlarında gümüş medal qazanmışdır.
Coker
Coker (personaj)
Cökə
Cökə (lat. Tilia) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. Şimal yarımkürəsinin bütün ilıq bölgələrinin gilli, sərin və nəmli torpaqlarında yetişir. Sürətlə böyüyən və 20-25 metrəyə kimi uzanan cökə ağaclarının gövdələrinin diametri 1.5 m belə ola bilər. Əvvəlcə düz olan gövdə qabığı, ağac yaşlandıqca çatlayır. Üstü tünd yaşıl yarpaqları uzun saplı, ürək formasında və kənarları da düzdür. Yarpağın boz və ya gümüş rəngindəki alt tərəfində qılcıqlar var. İyun-avqust ayları arasında açan sarımtıl rəngli xüsusi xoş ətirli çiçəklərinin 3-5-i bir yerdə, yarpaqların orta damarına bağlı və sarılı vəziyyətdə olur. Ağacın tək toxumlu meyvəsi minik, yuvarlaq və qurudur. Cökə ağacı toxumu, gövdə çəlikləri ilə və ya boy atan köklərinin ayrılıb əkilməsi ilə çoxaldılır.
Coker (personaj)
Joker, DC Komiks tərəfindən nəşr olunan Batman komiks kitabının debüt buraxılışında (25 aprel 1940) ilk dəfə ortaya çıxan Bill Finger, Bob Kane və Jerry Robinson tərəfindən yaradılan bir nəzarətdir. Jokerin yaradılması üçün kredit mübahisəlidir; Kane və Robinson, Finger-in yazı töhfəsini qəbul edərkən Jokerin dizaynı üçün məsuliyyət daşımışdılar. Joker'in ilk görünüşü zamanı öldürülməsi planlaşdırılsa da, personajın super qəhrəman Batman'ın düşmənçiliyi kimi dözməsinə imkan verən redaktorun müdaxiləsindən xilas oldu. Komik kitabdakı çıxışlarında Joker cinayətkar usta kimi təsvir olunur. Çirkin, sadist yumor hissi ilə bir psixopat olaraq təqdim olunur; xarakter 1970-ci illərin əvvəllərində qaranlıq köklərinə qayıtmadan, Komiks Kod Təşkilatı tərəfindən tənzimlənməyə cavab olaraq 1950-ci illərin sonlarında bir goofy prankster oldu. Batman'ın nemesi olaraq Joker, Jason Todd-un ikinci Robin və Batman'ın kamerası və Batman'ın müttəfiqlərindən biri olan Barbara Gordonun iflici də daxil olmaqla superqəhrəmanın müəyyən hekayələrinin bir hissəsi olmuşdur. Joker, onilliklər ərzində meydana çıxdığı müddətdə müxtəlif mümkün mənşəli hekayələrə sahibdir. Ən çox yayılmış hekayə, onun dərisini ağartan və saçlarını yaşıl və dodaqlarını parlaq qırmızıya çevirən kimyəvi tullantıların bir tankına düşməsini əhatə edir; meydana gələn uyğunsuzluq onu dəli edir. Batman'ın şəxsiyyət və görünüşdəki antitezi, Joker tənqidçilər tərəfindən onun mükəmməl düşməni hesab olunur. Joker, kimyəvi mühəndislik sahəsindəki təcrübəsindən istifadə edərək, zəhərli və ya ölümcül fikirlər və tematik silahlar, o cümlədən ülgüclü oynaq kartları, ölümcül sevinc səsləri və turşu püskürən lapel çiçəkləri inkişaf etdirmək üçün istifadə etmir.
Nişikava Coken
Nişikava Coken (西川 如見, 1648, Hizen əyaləti[d], Saykaydo[d] – 1724) – Edo dövrünün ortalarında yaşamış Yaponiya astronomu. Əsl adı Nişikava Tadahide olsa da, Cirozaemon adı ilə də tanınmışdır. == Həyatı == Nişikava Coken 1648-ci ildə Yaponiyanın Hizen əyalətində doğulmuşdur. Atası Naqasaki şəhərindən olan bir əyalət məmuru idi. O, Kioto alimi Nambu Socudan konfusiçilik dərsləri, Kobayaşi Yoşinobudan isə astronomiya dərsləri almışdır. 50 yaşında təqaüdə çıxmış və həyatının qalan hissəsini astronomiya ilə coğrafiyaya həsr etməyə qərar vermişdir. Müxtəlif sahələrə maraq göstərdiyi üçün 1719-cu ildə şoqun Tokuqava Yoşimune tərəfindən astronomiya və Qərb elmləri haqqında məsləhətlər vermək üçün dəvət olunmuşdur. 1712-ci ildə yazdığı "Tenmon Qiron" (azərb. "Astronomiya prinsiplərinin müzakirəsi"‎) kitabında "iki cənnət"in fiziki və əxlaqi dualizmindən bəhs etmişdir. 1714-cü ildə "Ryoqi Şusetsu" (azərb.
Bеqоniyаyаrpаq çökə
Köpək
İt — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü. == Xüsusiyyətləri == Başı az çox uzun, üst çənədə üç, alt çənədə dörd kəsici dişi olur. Ön ayaqları beş, arxa ayaqları dörd barmaqlıdır. Dırnaqları pişik kimi çəkilə bilmə xüsusiyyətindən məhrumdur. == Haqqında == Gündüz və gecə fəaldır. Qoxu hiss etmə və eşitmə duyğuları itidir. Görmə mexanizmi, sarı və mavi rəngləri daha yaxşı qəbul edə bilən quruluşdadır. Ağıllı olduğundan asan tərbiyə edilə bilər. Sahibinə bağlılığı ilə tanınır. Barmaqları üstündə qaça bilir və yaxşı üzür.
Likək
Likək və ya Likak — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhərlərindən və Bəhməi şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 12,226 nəfər və 2,201 ailədən ibarət idi.
Nökər
Nökər, qulluqçu və ya xidmətçi — müxtəlif ev işləri görənlər və ümumiyyətlə işəgötürənin evində yaşayan şəxs. Böyük evlərdə müxtəlif vəzifələri yerinə yetirən çox sayda nökər ola bilər. Onlar çox vaxt daxili bir iyerarxiya meydana gətirirlər. == Etimologiyası == Nökər sözü Azərbaycan dilinə monqol dilindən keçmişdir, mənası "dost", "yoldaş" deməkdir. Monqol əyanlarının silahlı dəstəsinin üzvləri olan nökərlərdən götürülmüşdür. XIV əsrdən nökər ifadəsi Azərbaycanda, İranda və Mərkəzi Asiyada yayılmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == The Duties of Servants; by a member of the aristocracy, author of 'Manners and Rules of Good Society'. London: F. Warne & Co., 1894 A Few Rules for the Manners of Servants in Good Families. Ladies' Sanitary Association, 1901 The Servants' Practical Guide: a handbook of duties and rules; by the author of 'Manners and Tone of Good Society'. London: Frederick Warne & Co., [1880] The Management of Servants: a practical guide to the routine of domestic service; by the author of "Manners and Tone of Good Society." (the same work under a different title) Dawes, Frank (1973) Not in Front of the Servants: domestic service in England 1850–1939.
Zökəm
Zökəm və ya tumov, Burun selikli qişasının iltihabıdır. Xəstəlik iki formada keçir: xroniki və kəskin. == Kəskin zökəm == Xəstəlik öz-özünə və ya bəzi infeksiyalardan yaranır. Kataral zökəm soyuqdəymə nəticəsində orqanizmdə immunitetin zəifləməsi ilə burun səthində mikrobların aktivləşməsi ilə başlayır. Travmatik zökəm isə selikli qişanın yad cisimlərlə zədələnməsi ilə əlaqədardır. Bir sıra hallarda ətraf mühit amilləri (toz, kömür, metal, qaz hissəcikləri) də təsir edir. Kataral zökəm qəfil başlayır və hər iki burun dəliyində, travmatik zökəm isə burun dəliyinin birində keçir. Xəstəlik burunda qaşınma, yanğı, quruluq, asqırma ilə başlayır. Hərarət 38–39 dərəcə qalxır, ümumi zəiflik, başağrısı, üşütmə əlamətləri baş verir. Burunla nəfəsalma çətinləşir.
Çiçək
Çiçək və ya gül — tumurcuqdan əmələ gələn şəklini dəyişmiş zoğ. == Çiçəklərin quruluşu == Müxtəlif bitkilərdə çiçəklərin quruluşu da fərqlidir. Çiçəyin yerində bir və bir neçə toxumu olan meyvə yetişir. Çiçəkli bitkilər, adətən, toxumla çoxalır. Müxtəlif bitki çiçəklərinin quruluşunda müəyyən oxşarlıq da vardır. Çiçək çiçək tumurcuğundan çiçək saplağı üzərində inkişaf edir. Saplağın genişlənmiş hissəsində — çiçək yatağında isə çiçəyin digər hissələri əmələ gəlir. Bəzi bitkilərin çiçəklərində çiçək saplağı olmur. Belə çiçəklər oturaq çiçəklər adlanır. === Çiçəyin funksiyaları === Çiçəyin funksiyaları: Çiçək tacının parlaqlığı və nektar cücüləri cəlb edir.
Çötkə
Çötkə — Dördbucaqlı çərçivədə eninə taxılmış millərə keçirilən aşıqlardan ibarət sadə hesablama aləti; sayğac. == Tarixi == İlk "hesablama cihazları" barmaqlar və kiçik daşlar olub. Qədim Misirdə və Yunanıstanda b.e. əvvəl çötkə istifadə edirdilər. Bu çötkələr zolaqlı lövhələr idilər. Və kiçik daşlar zolaqlar üzrə hərəkət edirdilər. Bu cihaz məhz xüsusi olaraq hesablamalar aparmaq üçün nəzərdə tutulan ilk cihaz olub. Zaman ötdükcə çötkə təkmilləşirdi. Çötkə XVIII əsrə qədər istifadə olunub. Daha sonra isə onu yazılı hesablamalar əvəz edib.
Çövkən
Çövkən, bəzən çovqan — at ilə oynanılan idman komanda oyunu və müasir polo oyununun bir versiyasıdır. Oyunun mahiyyəti ondan ibarətdir ki, iştirakçılar iki dəstəyə ayrılır və iki tərəfdə qoyulan dirəklərdən ibarət rəqib qapılarından topu keçirmək tələb olunur. Oyunda iştirak edən hər komandanın tərkibi 7 nəfərdən ibarətdir. Atların sayı 6 olmalıdır. Oyun ikihissəli olmaqla 30 dəqiqə davam edir. "Qarabağ atı ilə oynanılan çövkən oyunu" 2013-cü ildə UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmişdir. == Etimologiya == "Çövkən" sözü bəzi Azərbaycan mənbələrində "ağaccıq" kimi işlədilmişdir. Çövkən oyununun adı da oyunda işlədilən alətin adı ilə adlandırılmışdır. Bu da ağacdan hazırlanmış, çövkən adlandırılan alətdir. Çövkəni oyunçular at belində bu alətin köməyi ilə oynayırlar.
Çükəş
Çükəş — Azərbaycan Respublikasının Astara rayonunun Pəlikəş kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Çükəş Astara rayonunun Pəlikəş inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Talış dilindəki cu (ağac, taxta) və kəş (qoşqu ləvazimatı) sözlərindən düzəlib. Görünür, qoşqu ləvazimatının taxtadan olan hissəsi bu kənddə düzəldiyi üçün kənd belə adlandırılmışdır.