Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
FedEx
FedEx Corporation, köhnədən Federal Express, adlı quruluş dünya səviyyəsində hava-quru transfer və məntiqi xidməti təqdim edən bir Amerika şirkətidir. Dünyanın ən nüfuzlu şirkət qrupları arasında iştirak etməkdədir. 1971-ci ildə Federal Express adı altında Frederick W. Smith tərəfindən Little Rockda (Arkansas) qurulub, 1973-cü ildə Memfisə (Tennessee) köçürülmüşdür. FedEx havayolu nəqliyyatı 1989-cu ildə Federal Express Flying Tiger Line, 1998-ci ildə Caliber System, Inc, Roberts Express, Viking Freight və Caliber Logistics şirkətlərini satın almışdır. Qısa zaman sonra American Freightways satın alaraq bütün bu firmalar artıq FDX Corp adı altında həyata keçirilir. 2000-ci ildə şirkətin ümumi adı təkrar FedEx Corporation olaraq dəyişdirilmişdir. Memphis (Tennessee) superhub yanında aşağıdakı hublarlada beynəlxalq xidmət edir: ABŞ Anchorage (Alyaska) Fort-Uort (Texas) Indianapolis (Indiana) Newark (New Jersey) Oakland (Kaliforniya) Kanada Toronto (Ontario) Cənubi Amerika və Karib hövzəsi Miami (Florida) Avropa / Afrika / Orta Şərq Paris-Charles də Gaulle (Fransa) Frankfurt (Almaniya) London-Stansted (Birləşmiş Krallıq) Turkey (Türkiyə) Asiya və Sakit Okean Subic Kişi (Filippin) Guangzhou (Çin) (tikintisi davam edir.) FedExin ən böyük rəqibləri DHL, UPS, USPS, TNT və YankItdır.
Bədən
İnsan bədəni — insanın fiziki quruluşu, insan orqanizmi. İnsan bədəni, adətən orqanlar meydana gətirən, aralarındakı boşluğu dolduran və ya kənarı örtən toxumalarda təşkil olunan müxtəlif növ hüceyrələr tərəfindən meydana gəlir. Otuz trilyon hüceyrə bir yetkin insan bədənini meydana gətirir. İnsan bədənində baş, boyun, gövdə, yuxarı və aşağı ətraflardan ibarətdir. == Anatomiya == İnsan orqanlarının sistemi — məkanca birləşmiş, ümumi quruluş planına, ümumi mənşəli və ümumi funksiyaları yerinə yetirən insan orqanlarının məcmusudur. İnsan orqanizmində sümük, əzələ, sinir, ürək-damar, tənəffüs, həzm, ifrazat, reproduktiv, endokrin, immun və inteqrativ sistemlər ifraz olunur.
Cədəy
Cədəy xan — türk və altay mifologiyasında keşikçi tanrı. Şedey (Şaday, Çaday) Xan olaraq da bilinir. Altındağın (qızıl dağ) qoruyucusudur. Yeddi iti vardır. İtləriylə birlikdə Altındağa gedən yolu qoruyar. Başında tolgası (dəbilqəsi) ilə təsvir olunur. Qaya qapısı adlı yer altı keçidinin başında dayanmaqdadır. Bu qapı böyük bir dənizin kənarındadır. Zəncirlərlə bağlanmış yeddi azğın iti Ağ Dənizin kənarında qiyamət gününü gözləyir. Bəzən yer üzündə pisliklərə səbəb olduğu deyilər.
Fədək
Fədək (ərəb. فدك‎) — Hicaz məntəqəsində Mədinə şəhərinin 160 kilometrəliyində, keçmişdə su və bulaqları olan bir kənd. Fədəkin yaxınlığında Şəmrux adlı bir qala varmış ki, indi onun yerində Haet adlı Xurma palması dolu böyük bir kənd var. Fədək xeybərin yaxınlığındadı və hicaz yəhudilərinə strategi baxımdan böyük önəm daşıyırdı. islam ordusu yəhudiləri xeybərdə məğlub etdikdən sonra yəhudilərin gücünün aradan aparilması üçün peyğəmbər Mohit adlı bir səfiri fədəkin başçılarına göndərdi. Fədək başçıları sülhü savaşdan üstün tutdular və təəhüd etdilər ki fədəkin məhsullarının yarısını ildə müsəlmanlara göndərib islam bayrağı altında yaşasınlar. Fədəkin çoxlu Xurma ağacı coşan bulaqları habelə verimli yerləri onu hicazlılar üçün çox dəyərli qılmışidi. o zamanın ağacları kufənin 7-ci qərndəki ağaclarının dəyəri ilə birdi. ömər yəhudiləri ərəbistandan eşiyə ötürəndə 50-min dirhəm fədəkin qalan yarısı üçün onlara verdi. Bir çox Əhli Şiə alimləri öz təfsir (Qurani Kərimin İsra surəsinin 26-cı ayəsinin nazil olma səbəbində) və tarix kitablarında Fədəyin Xanım Fatiməyə peyğəmbər tərəfindən bağışlanmasını qeyd etmişlər.
Hədər
Hədər (Salmas)
Hədət
Hədət əl-Həmra' (ərəb. الحدث الحمراء‎; mənası – Qırmızı Hədət) və ya Adata (q.yun. Ἃδατα) — Tavr dağları yaxınlıqlarında, indiki Türkiyənin cənub-şərqində qədim şəhər. Şəhər Bizans-ərəb müharibələrində əhəmiyyətli rol oynamışdır. Şəhər Tavr–Aladağlar dağ silsəsinin təqribən 1,000 metr (3,300 ft) yüksəkliyində, Adıyaman vilayətinin Gölbaşı rayonundakı Ağsu çayı yaxınlıqlarında yerləşirdi. Şəhərin dəqiq yeri naməlumdur. Houtsma, Martijn Theodoor, redaktorAl-Ḥadath // E.J. Brill's first encyclopaedia of Islam, 1913–1936, Volume III. Leiden: BRILL. 1987. səh. 187. ISBN 90-04-08265-4.
Kədər
Kədər və ya qəm — mənfi duyğu və ya bədbəxt olmaq hissi.
Mədək
Mədək çökəkliyi — Quba rayonu ərazisində çökəklik. Mədək (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Mədən
Mədən— faydalı qazıntılar istehsalı və zənginləşdirilməsi ilə məşğulı olan dağ-sənaye müəssisəsi. Mədən sənayesi faydalı qazıntı yataqlarını kəşf edən, faydalı qazıntıları çıxaran və ilkin emal edən (zənginləşdirən) istehsal sahələri kompleksidir. Mədən sənayesi aşağıdakı əsas qruplara bölünür: Yanacaqçıxarma (neft, təbii qaz, kömür, şist, torf); Filizçıxarma (dəmir filizi, manqan filizi, əlvan, nadir və nəcib metal filizləri, radioaktiv elementlər); Qeyri-metal qazıntılar və yerli tikinti materialları sənayesi (mərmər, asbest, qranit, dolomit, təbaşir, kaolin, gips, əhəng və s.); Mədən kimyası (apatit, kalsium duzları, nefelin, selitra, kükürd kolçedanı və s.); Hidromineral (yeraltı mineral sular, su təchizatı və digər məqsədlər üçün su). Respublikamızda daha çox neft, qaz, dəmir filizi, mərmər, tikinti daşı, mineral sular və s. çıxarılması inkişaf etmişdir.
Qədəm
Addım — çox qədim vaxtlardan bu günə qədər xalq arasında geniş işlənən və təxminən 1 m-ə bərabər uzunluq ölçüsü vahididir. Çox güman ki, qədim insanlar yeriyərkən addımlarını saymağa başlamış və sonra da bundan ölçü vahidi kimi istifadə etmişlər. Bəlkə də insanların istifadə etdikləri ilk uzunluq ölçü vahidi elə addım olmuşdur. Bu gümanın gerçək hesab olunması üçün hər cür əsas vardır. İstər Azərbaycan şifahi xalq ədəbiyyatında, istərsə də klassik yazılı ədəbiyyatda addım sözünə tez-tez rast gəlinməsi də ondan uzunluq ölçüsü vahidi kimi xalq arasında geniş şəkildə istifadə olunduğunu göstərir: "Eni də az olsa, on beş-iyirmi addım var". On addım kənarda yatmayır təkə, Gəzinir oylağa baş çəkə-çəkə. Addım təkcə Azərbaycanda deyil, digər türk xalqlarında da işlənmişdir (Türkdilli xalqlardan bəziləri addıma qədəm deyirlər. Bu söz Azərbaycanda da işlənir. Evə gələn gəlinə də, qonağa da "qədəmi sayalı olsun" - deyirlər). Addım haqqında ayrı-ayrı ədəbiyyatlarda verilən bilgilər bəzən bir-birinə yaxın olsalar da, onların arasında kəskin fərqlənmələr də vardır.
Ördək
Ördəklər (lat. Anatidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinə aid heyvan fəsiləsi. Ev quşları siyahısına daxildir. Fəsiləyə daxil olan 40-50 cinsə aid 150-yə yaxın növ məlumdur. Ördək su quşudur. Onlar suyun altında xeyli yem tapa bilirlər. Əsl ördəklər (Anatinae) Ağac ördəkləri (Dendrocygninae) Çil-çil ördəklər (Stictonettinae) Ala ördəklər (Tadorninae) ? Ağbel ördəklər, ?
Özdən
Özdən yaxud uzdən (türk.) — Qafqazda türk xalqları mühitində zümrə. Öz sözü və dən şəkilçisindən ibarətdir. Özdən — özündən, özü qərar verən, azad, əsilzadə deməkdir. Bu ad altında Şimali Qafqazda zadəgan zümrəsi, azad təbəqə, yaxud müvafiq davranış nəzərdə tutulur. Qaraçay-balkarlarda bəylərdən sonra gələn, öz torpaqları, asılı rəyyəti və mülkləri olan zümrəyə deyilir. Buradan da özdən adəti yaranır. Özdənlər həm də bir neçə dərəcəyə bölünür. Dağıstanda özdən adı altında sadəcə azad insan nəzərdə tutulur, azad icmalarda yaşayan, ya da hər hansı feodalın təbəçiliyində olanlara deyilir. Qumuqlarda bu söz daha çox uzdən kimi tələffüz olunur, və eyni mənanı ifadə edir. Osetiyada özdənlər deyəndə adətən knyazları və aldarları nəzərdə tuturdular.
Bədəl
Bədəl — kişi adı. Bədəl bəy Bədəlbəyli — müəllim, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu. Bədəl Bədəlov — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial məsələlər üzrə vitse-prezidenti. Təxəllüs Ümmügülsüm Bədəl — Türkiyəni təmsil edən həndbolçu. Yaşayış məntəqələri Molla Bədəl — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. Əli Bədəl (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Digər Hacı Bədəl körpüsü — Qubadlı rayonunun Dəmirçilər kəndində yerləşən tağsız körpü.
Mədə
Mədə lat. ventriculus (yun. gaster) həzm kanalının ən geniş hissəsini təşkil edir. Yaşlı adamlarda uzunluğu 21–25 sm, diametri ən geniş hissəsində 12–14 sm və tutumu 3 litrdir, bəzi hallarda yemək adətindən asılı olaraq 5–10 litrə çatır. Mədənin forması çox müxtəlifdir. Daha doğrusu, onun forması içərisindəki qida maddələrinin miqdarından asılıdır. Boş olduqda bağırsaq şəklini alır, əksər hallarda retortaya, ya armuda bənzəyir. İnsan ölən zaman mədə hansı həzm formasında olarsa elə də qalır. Mədə divarı üç qatdan: xarici birləşdirici toxumadan(epitel qatından), əzələli və daxili selikli qişadan ibarətdir. Selikli qişada çoxlu vəzlər yerləşir və onlar mədə şirəsi ifraz edir.
Zədə
Zədə (yun. τραῦμα, yara) — xarici faktorlar nəticəsində orqanizmin fiziki zədələnməsi. Yaralayan faktora görə zədələr mexaniki (əzilmə, sümük sınığı və s.), termik (yanıq, şaxta vurma), kimyəvi zədə, barozədə (atmosfer təzyiqinin dəyişməsi nəticəsində), elektrik cərəyanının vurması və s., həmçinin kombinə olunmuş olur. Zədə alınmasına görə zədələnmə məişət, idman, istehsalat, döyüş idman növlərinin təsiri nəticəsində olur. Волков В.Н., Датий А.В. Судебная медицина: Учебное пособие для вузов / Под ред. проф. А.Ф.Волынского. — М.: ЮНИТИ-ДАНА, Закон и право, 2000. — 639 с. «Юнити» 2000 Пиголкин Ю.И., Баринов Е.Х. Судебная медицина: Учебник / Под ред.
Ödəm
Şiş (lat. oedema) — orqanlarda, orqanizmin hüceyrədənkənar toxuma boşluqlarında mayenin həddindən artıq yığılması. Çox vaxt ayaqlara və qollara təsir göstərir. Səbəblər arasında venoz çatışmazlığı, ürək çatışmazlığı, böyrəkdə olan problemlər, aşağı protein səviyyəsi, qaraciyər problemləri, dərin damar trombozu, infeksiyalar, anjiyoödem, bəzi dərmanlar və limfedema ola bilər. Şiş uzun müddət oturma və ya ayaq üstə durduqdan sonra olur, menstruasiya və ya hamiləlik zamanı da baş verə bilər. Vəziyyət qəfil başladıqda və ya ağrı və ya təngnəfəslik olduqda daha çox narahatlıq doğurur. Şiş yerli, yəni bədənin və ya orqanın müəyyən bir sahəsində və ümumi olur. Yerli şişdə iltihabın bir hissəsi kimi şişkinlik, tendonit və ya pankreatit müəyyən orqanlarda baş verir. Bəzi orqanlarda şiş toxumaya xas mexanizmlərə görə inkişaf edir. Ayrı-ayrı orqanların şişinə nümunələr: Periferik şiş — (ayaqların şişi) ayaqlarda hüceyrədənkənar mayenin yığılması.
Ədəb
"Ədəb" — Cənubi Azərbaycanda dərc olunmuş qəzetlərdən biri. Qəzet Cənubi Azərbaycanda dövrün tanınmış şəxsiyyətlərindən biri Sadiq xan Fərəhani tərəfindən 1898-ci ildə Təbrizdə çap olunmuşdur. O, sonralar qəzetin, tək Cənubi Azərbaycanda deyil, İranın Məşhəd və Tehran şəhərlərində də çap olunmasına nail olur. Bu mətbu orqan publisistik dillə ölkənin ictimai-siyasi vəziyyətini açıb göstərir, xalqı müstəmləkəçilərə və istibdada qarşı mübarizəyə səsləyir, ölkədə islahatlar keçirilməsinə, qabaqcıl ideyaların yayılmasına səy göstərirdi.
Ədəd
Ədəd — varlıqların miqdar və say xarakteristikası üçün istifadə olunan anlayışdır. Bu anlayış qədim insanlar arasında saymaya olan təlabatdan yaranıb, hazırda isə dəyişib zənginləşdirilərək, mühüm riyazi anlayışa çevrilib. Riyaziyyatda mənfi rəqəmlər anlayışı borcları hesablamaq üçün orta əsrlərdə yaranıb. Natural ədədlər əşyaları sayarkən istifadə olunan ədədlərə deyilir. Natural ədədlər çoxluğu N {\displaystyle \mathbb {N} } ilə işarə olunur. Yəni N = { 1 , 2 , 3 , . . . } {\displaystyle \mathbb {N} =\left\{1,2,3,...\right\}} . Tam ədədlər.
Ədən
Ədən — keçmişdə Yəmənin paytaxtı olmuşdu. Ədənə və Əsənə adı ilə antik dövrlərdən məlumdur. 1839-cu ildə Böyük Britaniyanın müstəmləkəsi olmuşdu.
Dalğıc (ördək)
Dalğıc (lat. Netta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Eynəkli ördək
Eynəkli ördək (lat. Speculanas) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Fitçalan ördək
Fitçalan ördək (lat. Anas crecca) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin çay ördəyi cinsinə aid heyvan növü.
Hədəf liseyi
Hədəf liseyi — "Hədəf Kursları" MMC-nin bazası əsasında təsis edilən təhsil müəssisəsidir. Lisey, STEAM qısaltmasının təmsil etdiyi elm, texnologiya, mühəndislik və riyaziyyat disiplinlərinin qarşılıqlı əlaqədə və "toxunaraq öyrənmək" prinsipinə əsaslanaraq tədris edilməsi məqsədi daşıyır. Hədəf Liseyinin tədris proqramı milli və mütərəqqi beynəlxalq kurikulumların inteqrasiyasından ibarətdir. STEAM mərkəzli məktəb təhsili bütün dünyada sürətlə yayılır və müxtəlif ölkələrin rəsmi və akademik qurumları, təhsil sistemlərində STEAM təhsilinin təşviqi və dəstəklənməsi üçün əməkdaşlıq edirlər. UNESCO-nun mühəndisliyə dair hesabatında "mühəndisliyin sosial, iqtisadi və humanitar inkişafın mühərriki" olduğu bildirilir və cəmiyyətlərin inkişafında mühəndisliyin vacibliyinə baxmayaraq, hazırda və yaxın gələcəkdə mühəndis çatışmazlığının inkişafı ləngidən faktor olduğu və olacağı bildirilir. Hədəf Şirkətlər Qrupunun Hədəf liseyi, Hədəf kursları, Hədəf nəşrləri, Hədəf qlobal, Hədəf multimediya mərkəzi, Hədəf İdman Klubu və b. qolları da vardır. Hədəf liseyi 2018-ci ildə Şəmil Sadiq tərəfindən təsis edilmişdir.
Hədər (Xoy)
Hədər (fars. ديبك‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 223 nəfər yaşayır (34 ailə).
Kədər maskası
Kədər maskası —— SSRİ-da siyasi repressiya qurbanı olanlara həsr olunmuş Maqadanda yerləşən memorial abidə. Nəzərdə tutulan "Kədər üçbucağı" abidələrindən birincisi. "Kədər üçbucağı"na aid olan ikinci abidə isə 2017-ci ildə Yekaterinburq ətrafında qoyulub. 1990-cı ilin yayında ABŞ-də yaşayan heykəltaraş Ernst Neizvestnıy Maqadana gəlir. O özü ilə 1930–1950-ci illərdə stalin repressiyalarının qurbanlarının xatirəsinə həsr olunmuş abidənin eskizlərini gətirərək burada nümayiş etdirir. Nəzərdə tutulurdu ki heykəltaraş tərəfindən düşünülən "Kədər üçbucağı" (Maqadan, Vorkuta, Yekaterinburq) abidələrindən ilki Maqadanda ucaldılacaq. 23 iyul 1990-cı ildə Maqadan şəhər icraiyyə komitəsi Maqadanda Stalin repressiyaları qurbanlarına memorial abidənin ucaldılması ilə bağlı qərar verir. Memorialın mərkəzi abidəsi sol gözündən kiçik maskalar şəklində göz yaşı axan insan üzünə bənzədilib. Sağ göz isə dəmir barmaqlıqlı pəncərə formasında düzəldilib. Abidənin arxa tərəfində isə standart olmayan xaçın altında bürüncdən düzəldilmiş ağlayan qadın heykəli var.
Kəkilli ördək
Kəkilli ördək (lat. Lophonetta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Beden
Beden Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. == Toponimkası == Beden - Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. Şimali Qafqazda Kuban əyalətində Beden dağ və Stavropol əyalətində Veden dairə adı ilə eynidir. Türk dillərində bet "aşırım", "dağ yamacı" və in "mağara" sözlərindəndir.
Cedey
Ledeb.
Karl Fridrix fon Ledebur (ing. Carl Friedrich von Ledebour; d. 8 iyul 1786 – 4 iyul 1851) — Almaniya alimi. Botanik.
Oedera
Oedera (lat. Oedera) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Oedera capense Druce Oedera capensis (L.) Druce Oedera conferta (Hutch.) Anderb. & K.Bremer Oedera epaleacea Beyers Oedera foveolata (K.Bremer) Anderb. & K.Bremer Oedera genistifolia (L.) Anderb. & K.Bremer Oedera hirta Thunb. Oedera imbricata Lam. Oedera laevis DC. Oedera multipunctata (DC.) Anderb. & K.Bremer Oedera nordenstamii (K.Bremer) Anderb. & K.Bremer Oedera resinifera (K.Bremer) Anderb.
Opedet
Opedet (fr. Oppedette, oks. Aupedeta) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Reyan kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04142. 2008-ci ildə əhalinin sayı 63 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 33 nəfər arasında (15-64 yaş) 25 nəfər iqtisadi fəal, 8 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 75,8%, 1999-cu ildə 53.8%) idi. 25 aktiv adamdan 20 nəfəri (6 kişi və 14 qadın), 5 nəfər işsiz (3 kişi və 2 qadın) idi.
Orden
Оrden — bir çox ölkələrdə xüsusi xidmətlərə görə rəsmi surətdə verilən fərqlənmə nişanı. Tarixən bir sıra monarxiyalarda bu ifadə altında xüsusi təbəqə başa düşülürdü və monarxın fərmanı və xüsusi nişanı təqdim etməsi ilə bu təbəqəyə məxsusluq vurğulanırdı. Mükafatları öyrənən elm faleristika adlanır. "Falera" Qədim Roma mükafatlarının adıdır. «Orden» sözü alm. Orden‎ və ya lat. ordo götürülərək "sıra", "qayda" deməkdir. Dövlət orden və medallarından başqa müxtəlif nazirliklərin, dövlət strukturlarının və ictimai təçkilatların da orden və medalları da vardır. Orden nümunələri Azərbaycan Respublikasının ordenləri Алексушин Г.В., Партикулярная Россия. Samara: Издательство СЮИ МЮ РФ, 2001.
Qədeş
Qədeş və ya balaqədeş — Azərbaycanda submədəniyyət. Yalnız Bakı və Bakıətrafı yaşayış məntəqələri üçün xarakterik sayılır. 2010-cu illərin axırlarından bəri bu submədəniyyətə yalnız Bakının kənd yerlərində nadir hallarda rast gəlinir. Qədeşlik yalnız Azərbaycana, xüsusilə də Bakıya xas lokal submədəniyyət idi. Bir neçə mənbəyə görə "qədeş" sözü bütün türk dillərində rast gəlinən və tat dili ilə Abşeron ləhcəsinə uyğunlaşdırılmış "qardaş" sözündən törəmişdir. Bu, qaraqalpaq və qırğız dillərində də "kiçik bacı" mənasındadır. Həmçinin, "karındaş//kerenteş//xərəntəş" başqırd sözü olub, dilin cənub dialektlərində "kiçik bacı" mənasını verir. Qədeş submədəniyyəti 1950-ci illərdə yaranmışdır. Onlar Azərbaycana, əsas olaraq Bakı və ətraf ərazilərə xasdır. Qədeşlər ilə eyni dövrdə mövcud olmuş, qədeşlərin əks qütbü olan stilyaqalar arasında baş verən antaqonizm daha çox qədeşlərin stilyaqalara təzyiq etməsi və onlara qarşı zorakılıq tətbiq etməsi ilə özünü göstərirdi.
Serex
Serex — Qədim Misir fironlarının Hor adına əlavə edilmiş, saray fasadını stilizə edən bir təsvir. Adətən serex üzərində Hor və ya Set, bəzən də hər ikisi birilikdə təsvir edilirlər.
HEDEP
Xalqların Bərabərlik və Demokratiya Partiyası və ya qısaca DEM Partiya (ilkin versiyası ilə HEDEP), 2023-cü ilədək Yaşıllar və Sol Gələcək Partiyası — 25 noyabr 2012-ci ildə qurulan və Türkiyədə fəaliyyət göstərən siyasi partiya. Onun simvolu müdrik ağac, günəş və insan surətindən ibarətdir. Onun həmsədrləri Tuncər Bakırhan və Tülay Hatimoğulları Orucdur. Xalqların Bərabərlik və Demokratiya Partiyası 25 noyabr 2012-ci ildə Bərabərlik və Demokratiya Partiyası ilə Yaşıllar Partiyasının Yaşıllar və Sol Gələcək Partiyası adı altında birləşməsi nəticəsində qurulan siyasi partiyadır. Partiya özünü yaşıl siyasətə əsaslanan və "sol libertarian" ideyaları qəbul edən siyasi partiya kimi təqdim edir. Partiya 2014-cü ildə Türkiyə prezident seçkilərində Səlahəddin Dəmirtaşı, 2015-ci ilin iyununda keçirilən parıament seçkilərində isə Xalqların Demokratik Partiyasını dəstəkləmişdir. Partiya Ankarada Yaşıllar və Sol Gələcək Partiyası adı ilə 25 noyabr 2012-ci ildə Bərabərlik və Demokratiya Partiyası ilə Yaşıllar Partiyasının birləşməsi ilə quruldu. Partiya 2 aprel 2016-cı il tarixli II növbədənkənar qurultayında adının qısaltmasını Yaşıl Sol Partiya olaraq dəyişdirdi. Partiyanın loqosu 16 oktyabr 2022-ci il tarixli İkinci Fövqəladə Qurultayda dəyişdirildi. Səlahəddin Dəmirtaş iddia edib ki, Xalqların Demokratik Partiyası bağlanarsa, 2023-cü ildə keçiriləcək ümumi seçkilərdə HDP-nin millət vəkili namizədləri Yaşıl Sol Partiyasının vahid namizəd siyahılarına daxil olacaq.
Regex
Requlyar ifadə (qısa şəkildə regex və ya regexp), və ya rasional ifadə — mətndə nümunə uyğunluğunu təyin edən simvollar ardıcıllığı və mətndə axtarışı və altsətirlərlə manipulyasiyanı yerinə yetirən formal dil. Adətən, belə nümunələr sətirlərdə "tap" və ya "tap və dəyişdir" əməliyyatları və ya daxilolmaların yoxlanılması üçün sətir axtarış alqoritmləri tərəfindən istifadə olunur. Requlyar ifadə üsulları nəzəri kompüter elmində və formal dil nəzəriyyəsində inkişaf etdirilir. Requlyar ifadələr anlayışı 1950-ci illərdə amerikalı riyaziyyatçı Stiven Koul Klini requlyar dil anlayışını rəsmiləşdirdiyi zaman başlamışdır. Onlar, Unix mətn emal yardım proqramları ilə ümumi istifadəyə verilib. 1980-ci illərdən requlyar ifadələrin yazılması üçün müxtəlif sintaksislər mövcuddur ki, bunlardan biri POSIX standartı, digəri isə geniş istifadə olunan Perl sintaksisidir. Requlyar ifadələr axtarış sistemlərində, mətn prosessorlarının və mətn redaktorlarının axtarış və dəyişdirmə dialoqlarında, sed və AWK kimi mətn emal proqramlarında və leksik təhlildə istifadə olunur. Requlyar ifadələr bir çox proqramlaşdırma dillərində də dəstəklənir. Requlyar ifadələr 1951-ci ildə riyaziyyatçı Stiven Koul Klini requlyar hadisələr adlanan riyazi yazısından istifadə edərək requlyar dilləri təsvir edərkən yaranmışdır. Bunlar nəzəri kompüter elmində, avtomatlar nəzəriyyəsinin alt sahələrində (hesablama modelləri) və formal dillərin təsviri və təsnifatında yaranmışdır.
Gedən Dənizdən də Keçib Gedər (1962)
Gedən dənizdən də keçib gedər (film, 1962)