Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Salmas
Salmas (fars. سلماس‎, az.-əbcəd سلماس، دیلمقان‎), Səlmas[mənbə göstərin] və ya digər tarixi adı Dilməqan — İranda şəhər və Qərbi Azərbaycan ostanında yerləşən Salmas şəhristanının Mərkəzi. == Etimologiyası == E'timad-ü səltənə bu şəhərin adının Assuriya hökümdarı Salmanasardan iqtibas olduğunu iləri sürmüşdür.Övliya Çələbi Salmas haqqında yazır: Tohid Məlikzadə Salmas adının iki bəxşdən təşkil tapdığını irəli sürür, bunlar Salma və as sözləridir. Salma salmaq feilindən törəmişdir, As isə Kültigin kitabələrində adı qeyd olunan As ve ya Az mədəniyyətindən alınmışdır. As/Az sözü məntəqədəki adlarda dəfələrcə qeyd ounub; Azərbaycan (Az+ərbaycan), Sivas (Siva+as), Astara (As+tara), Minas (Min+as) və s.Nəticədə Salmas sözünün mənası; "As elinin yurdu" şəklində özünü əks edir. == Tarixi == === Qədim dövr === 9 min illik Kültəpə (Əhrivan təpəsi)Yaxın şərqin ən qədimi yaşayış məskənlərindən biri olan Əhrivan təpə, Salmas şəhərinin şimal Qərb bölgəsində yer almışdır. Kültəpənin qazıntılarında tapılmış arxeoloji materiallar, salmasın qədim yaşayış mərkəzi olduğunu sübut edir. Bu təpənin böyük bir ərazidə yer aldığı, o çağlarda şəhər əhalisinin çox olduğundan xəbər verir.Aratta Dövləti Aratta Şəhər-Dövlətinin dəqiq sərhədləri bəlli olmasa da, bəzi tədqiqatçıların dediyinə görə Urmu gölü ətrafında yerləşirdi. Bu barədə Şumer lövlərində belə yazılır; "Aratta dağ ucalığında inşa edilmişdir. Yeraltı sular Arattanın suya olan tələbatını təmin edir.
Saltaq
Saltaq (əvvəlki adı: Saltax) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Saltax kənd inzibati ərazi dairəsi tərkibindəki Saltax kəndi Saltaq kəndi, Saltax kənd inzibati ərazi dairəsi Saltaq kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Toponimiyası == Əlincə çayının sahilindədir. Saltax dağının ətəyindədir. Yaşayış məntəqəsi eyni adlı dağın adını daşıyır. dağın adı isə sal "hamar daş" və taq (dağ sözünün qədim forması) komponentlərindən ibarət olub. "sıldırım qayalı dağ" mənasındadır. == Əhalisi == Əhalisi 1680 nəfərdir.
Abdulabad (Salmas)
Abdulabad (fars. عبدل اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 138 nəfər yaşayır (32 ailə).
Acvac (Salmas)
Acvac (fars. اجواج‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 411 nəfər yaşayır (82 ailə).
Aslanik (Salmas)
Aslanik (fars. اصلانيك‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 527 nəfər yaşayır (92 ailə).
Axtaxana (Salmas)
Axtaxana (fars. اخته خانه‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 587 nəfər yaşayır (129 ailə).Əhalisi yerli azərbaycan türklərindən ibarətdir. == Coğrafi yerləşməsi == Salmas şəhristanının mərkəzi bölgəsinin Ləkistan kəndistanında, Salmas şəhərindən 8 km cənub-şərqdə, Salmas-Urmiya avtomobil yolunun üstündədir.
Axyan (Salmas)
Axyan (fars. اخيان‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 365 nəfər yaşayır (65 ailə).
Ayan (Salmas)
Ayan (fars. ‎عيان‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 349 nəfər yaşayır (76 ailə).
Ağaismayıl (Salmas)
Ağaismayıl (fars. اقااسماعيل‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Xoy şəhristanının Şahpur bölgəsinin Ləkistan kəndistanında, Şahpur qəsəbəsindən 8 km cənub-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 306 nəfər yaşayır (76 ailə).
Ağbərzə (Salmas)
Ağbərzə (fars. اغ برزه‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 509 nəfər yaşayır (92 ailə).
Ağziyarət (Salmas)
Ağziyarət (fars. اق زيارت‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Urmiya şəhristanının Mərkəzi bölgəsinin Ənzəl kəndistanında, Urmiya şəhərindən 69,5 km şimal-qərbdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 534 nəfər yaşayır (115 ailə).
Baharabad (Salmas)
Baharabad (fars. بهاراباد‎) - İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 80 nəfər. yaşayır (15 ailə).
Bahik (Salmas)
Bahik (fars. بهيك‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 281 nəfər yaşayır (56 ailə).
Balakən (Salmas)
Balakən (fars. بالكان‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 222 nəfər. yaşayır (32 ailə).
Balqazan (Salmas)
Balqazan (fars. بلقزن‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 204 nəfər yaşayır (42 ailə).
Aşnaq (Salmas)
Əşnək (fars. اشنك‎‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 745 nəfər yaşayır (135 ailə).
Bağçacik (Salmas)
Bağçacik (fars. ‎باغچه جيك‎‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Şapur bölgəsinin Ətraf kəndistanında, Şapur qəsəbəsindən 6 km. cənub-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 858 nəfər yaşayır (203 ailə).
Berüşkvaran (Salmas)
Berüşkvaran (fars. بروشخواران‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 785 nəfər yaşayır (160 ailə).
Bərgüşad (Salmas)
Bərgüşad (fars. برگشاد‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 437 nəfər yaşayır (103 ailə).
Candar (Salmas)
Candar (fars. جاندر‎) - İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 365 nəfər. yaşayır (62 ailə).
Deləzi (Salmas)
Deləzi (fars. دلزي‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,020 nəfər. yaşayır (310 ailə).
Derik (Salmas)
Derik (fars. دريك‎‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 194 nəfər yaşayır (38 ailə).
Derəli (Salmas)
Deyr Əli (fars. ديرعلي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 520 nəfər yaşayır (85 ailə).
Diriş (Salmas)
Dərişk (fars. ‎درشك‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 508 nəfər yaşayır (116 ailə).
Dustan (Salmas)
Dustan (fars. دوستان‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 609 nəfər. yaşayır (109 ailə).
Cəbhədən cəbhəyə
Cəbhədən cəbhəyə — Osmanlı zabiti Münim Mustafanın I Dünya Müharibəsindəki xatirələrindən ibarət memuar kitabı. Cəbhədən cəbhəyə — Azərbaycanlı məşhur kinorejissor və ssenari müəllifi kimi də tanınmış görkəmli yazıçı Həsən Seyidbəylinin romanı. Cəbhədən cəbhəyə — İbrahim Ünsalın Osmanlının I DM-də müharibə apardığı cəbhələrdən bəhs edən tarixi romanlar seriyası. == Oxşar == Cəbhədən cəbhəyə, əsarətdən əsarətə — Osmanlı və Türkiyə zabiti Ürgüplü Mustafa Fevzi Taşerin müharibə və əsirlik xatirələrindən ibarət memuar kitabı.
Cəbhədən cəbhəyə (Seyidbəyli)
Cəbhədən cəbhəyə — Azərbaycanlı məşhur kinorejissor və ssenari müəllifi kimi də tanınmış görkəmli yazıçı Həsən Seyidbəylinin romanı. Əsər Azərbaycan Sovet Ədəbiyyatının incilərindən sayılır. 1961-ci ildə çap olunan kitab Azərbaycan detektivinin şah əsəri də hesab edilir.Roman milis işçilərinin çətin, məsuliyyətli işinə həsr olunmuşdur. Əsərdəki hadisələr Böyük Vətən müharibəsi illərində Bakı şəhərində cərəyan edir. == Məzmun == Bu detektiv romanda faşizmə qarşı müharibə illərindən bəhs edilir. Cəbhədən yaralanaraq yarımçıq qayıdan Teymurun Bakıdakı sonrakı həyatı oxucunun gözləri qarşısında canlanır. Dövlət təhlükəsizlik orqanlarında işə girən Teymur dəfələrlə cinayətkarlarla üz-üzə dayanır və qalib gəlir. Əsərin fonunda Teymurun Ləman ilə məhəbbəti əsas planda verilib. == Nəşr == Roman ilk dəfə Bakıda kiril qrafikalı Azərbaycan əlifbası ilə 1961-ci ildə Uşaqgəncnəşrdə, 1979-cu ildə 555 səhifədə, 1988-ci ildə isə 272 səhifədə təkrar nəşr edilib.Hədəf Nəşrləri tərəfindən “XAN Milli Ədəbiyyat” layihəsi çərçivəsində latın qrafikalı Azərbaycan əlifbası ilə 372 səhifədə 2013, 2017 və 2020-ci illərdə təkrar nəşr edilib. == Qəbul == 2010-cu ildə filologiya üzrə fəlsəfə doktoru Baba Babayevin həm də "Cəbhədən-cəbhəyə" əsəri barədə olan Həsən Seyidbəylinin nəsri haqqında ilk tədqiqat əsəri "Həsən Seyidbəylinin bədii nəsri" monoqrafiyası yazıçının 90 illik yubiley tədbirləri ərəfəsində nəşr edilib.Məhərrəm Zeynal Həsən Seyidbəylidən bəhs edən "O ədəbiyyat üçün çalışırdı" başlıqlı məqaləsində "Cəbhədən cəbhəyə" romanını "kəskinsüjetli nəsr" adlandırır.
Rafiq Subaye
Rafiq Subaye (ərəb. رفيق السبيعي‎‎; 9 Fevral 1930 – 5 Yanvar 2017) — Suriyalı film aktyoru, yazıçı və direktor. == Karyerası == Subaye qədim Dəməşqin ən qədim rayonlarından birində anadan olmuşdur. O, Suriyada dram filmlərində aktyor kimi fəaliyyət göstərmişdir. Subaye həmçinin Əbu Səyyah adı ilə tanınır. Bu ləqəb ona pyeslərdə və televiziya seriallarında oynadığı surətlərin xarakterlərinə görə verilmişdir.
Sühəyl Ünvər
Sühəyl Ünvər (türk. Süheyl Ünver 1898[…], Konstantinopol – 14 fevral 1986, İstanbul) — Türkiyə yazıçısı və həkimi. Ünvər xeyli sayda roman və hekayələr müəllifidir. == Həyatı == Sühəyl Ünvər 1898-ci il fevralın 17-də İstanbulda anadan olub. İlk təhsilini "Medresetü'l-Hattatin"'də almış, burda xəttatlığı öyrənmişdi. Gənc Sühəyl türk ornament miniatür sənəti ilə məşğul idi. "Darülfün"də Tibb Fakültəsində təhsil almış, 1920-ci ildə onu bitirmişdir. 1927-1929-cu illərdə daxili xəstəliklər üzrə tibb ixtisasını Paris Universiteti Tibb Fakültəsində tamamlamışdır. 1930-cu ildə Tibb Fakültəsi Müalicə Klinikasında Farmakodinamikanın dosenti vəzifəsində çalışmışdır. Gureba və Haseki xəstəxanalarında, Sənaye Məktəbində həkim köməkçi olaraq işləmişdir.
Şuhey Kamimura
Şuhey Kamimura (上村 周平, Kamimura Shuhei, 15 oktyabr 1995-ci ildə Masikidə anadan olub) — Hal-hazırda Roasso Kumamoto FK klubunda çıxış edən Yaponiya futbolçusudur. == Klub statistikası == 23 fevral 2016-cı il məlumatlarına əsasən.
Şuhey Terada
Şuhey Terada (d. 23 iyun 1975) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 6 oyun keçirib.
Şuhey Uetsuka
Şuhey Uetsuka (上塚周平, Uetsuka Şuhey, 12 iyul 1876, Kumamoto – 6 iyul 1935) – Braziliyada yapon icmasının lideri. O, "yaponların Braziliyaya immiqrasiyasının atası" hesab olunur. == Həyatı == Şuhey Uetsuka 1876-cı ildə Yaponiyanın Kumamoto prefekturasında doğulmuş, Tokio Universitetində hüquq təhsili almışdır. 1908-ci ildə Braziliyaya immiqrasiya edən ilk yaponlara sponsorluq edən "Kokku" kolonizasiya şirkətinin agenti olmuşdur. O, Braziliyaya immiqrasiyanın ilk illərində yapon icmasına böyük dəstək göstərmiş, müstəqil fermerliyi müdafiə etmiş və bir çox yapon kənd təsərrüfatı məskəni qurmuşdur. 1918-ci ildə San-Paulu ştatında Promisan koloniyasının əsasını qoymuşdur.Braziliyada yapon icmasına başçılıq etməklə yanaşı boş vaxtlarında hayku poeziyası ilə məşğul olmuşdur. 1935-ci ildə ölmüş və Promisan bələdiyyə qəbiristanlığında dəfn olunmuşdur. == Xatirəsi == 1978-ci ildə Braziliyaya gəlişinin 60 illiyi münasibətilə San-Paulu ştatında onun heykəli qoyulmuşdur. == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə). VIII cild (Temp–Z).
Süheyl ibn Əmr
Süheyl ibn Əmr (ərəb. سهيل بن عمرو‎) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin səhabələrindən biri, məşhur Qureyşlilərdən biri. O, xətib ləqəbini daşıyırdı. O, Bədr döyüşündə müsəlmanlar tərəfindən əsir düşmüş, yalnız Məkkənin alındığı gün İslamı qəbul etmişdir. == Bioqrafiyası == Onun tam adı Əbu Yezid Süheyl ibn Əmr ibn Əbd Şəms ibn Əbd Vəd ibn Nəsr ibn Malik əl-Kürəşidir. Məhəmmədin peyğəmbərlik missiyasının başlanğıcı zamanı Süheyl Məkkənin rəhbərlərindən biri idi. Uzun illər Süheyl müsəlmanların müxalifi olmuşdur. O, ət-Taifə köçmək üçün uğursuz cəhddən sonra Məhəmməd peyğəmbəri müdafiə etməkdən imtina edənlərdən idi. Onun iki oğlu var idi: Abdullah və Əbu Cəndəl. Hər iki oğul İslamı atalarından əvvəl qəbul etmişdir.
Sümeye Sara şəhristanı
Sövməə-Səra şəhristanı (Farsca: شهرستان صومعه‌سرا‎) - İran İslam Respublikasının Gilan ostanının şəhristanlarından biridir.
Şüheyb ər-Rumi
Şüheyb ər-Rumi (ərəb. صهيب الرومي‎; 587, İraq, Sasanilər İmperiyası – 1 mart 659, Mədinə, Hicaz, Rəşidi xilafəti) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin səhabələrindən biri. Erkən yaşlarında bizanslılar tərəfindən əsir götürüldüyündən ər-Rumi ("Romalı") olaraq anılır. == Bioqrafiyası == Tam adı: Əbu Yəhya Şüheyb ibn Sinan ibn Malik ən-Numeyri ər-Rumidir. Atası Sinan ibn Malik Bənu Numeyr adlı ərəb qəbiləsindəndir. Fars padşahı II Xosrov Pərviz Sinanı Bəsrəyə aid olan köhnə əl-Ubul şəhərinə hakim (satrap) təyin edir. Anası Səlma Bənu Təmim qəbiləsindəndir. İran-Bizans müharibəsi zamanı o, anası ilə İraqda olub. Bir dəfə anası kiçik oğlu, yoldaşları və qulluqçuları ilə dincəlmək üçün İraqın əl-Saniy kəndinə gedir. Bu kəndə bizanslıların bir dəstəsi hücum etdiyində, onlar mühafizəçiləri öldürür, mallarını talayır və uşaqları əsir götürürlər.