Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şorgilə
Şorgilə (lat. Nitraria) — sabunağacıçiçəklilər sırasının şorgiləkimilər fəsiləsinə aid bitki cinsi.
Şərili
Şərili — aşıq havası. == Haqqında == Naxçıvan Muxtar Respublikası Şərur rayonun adı (Şərur,-Şərir,Şəril) ilə bağlıdır. "Ağır şərili", "Ora şərili","Yüngül şərili", "Qarabağ şərili" adlı havalar mövcuddur. Şərili havalarının məqam əsası segah, musiqi ölçüsü 6/8-dir. Sazda "Şah pərdə" kökündə çalınır. İnstrumenatal variantları da var.
Ərsilə
Ərsilə — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Yardımlı rayonunun Ərsilə kəndi Ərus kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Ərsilə kənd Soveti yaradılmışdır. == Toponimikası == Tədqiqatçıların fikrincə, oykonim keçmışdə Lənkəran qəzasında maldarlıqla məşğul olmuş ərus adlı icmanın adından və talış dilində kiçiltmə bildirən lə şəkilçisindən ibarətdir. S.Kazımbəy 1869-cu ildə qələmə aldığı "Cəvahirnameyi-Lənkəran" əsərində bu kəndin adını Ərsidə şəklində qeyd edir və kənd ərazisindəki məşhur ocaq haqqında geniş məlumat verir. Müəllif Ərsidədəki məşhur "Babül-Dərdə" ocağının dövlət başçıları tərəfindən "Uçtıq-Sufidəşt" adlandırıldığını qeyd edir. Çox güman ki, uçtıq sözü burada üç tuğ (üç bayraq) mənasındadır. Vaxtilə həmin ocaqda saxlanılan və dini mərasimlərdə - məhərrəm ayında gəzdirilən "üç ələm"ə işarədir. Ərsilə toponiminin ikinci komponentindəki –lə topoformantının talış dilindəki –lə kiçiltmə şəkilçisi ilə heç bir əlaqəsi yoxdur. Toponimin tərkibindəki –lə şəkilçi deyil, "dağ" mənasında işlənən monqol dilindəki "ula" sözüdür. XIX əsrin II yarısında bu leksem -idə/-də şəklində göstərilmişdir.
Bədii şərtilik
Bədii şərtilik — Ədəbiyyat və incəsənətdə həyatı obrazlı əksetdirmə üsulu. Bədii təsvir prinsipi olmaqla, obrazın təsvir edilən obyektlə bütünlüklə eyni olmamasıdır. Bədii şərtilik anlayışı tarixən dəyişkəndir; məsələn, Homerin mifoloji obrazları öz dövrünə görə həyati olduqları halda, klassisizm ədəbiyyatında sırf şərtidir. Bədii ədəbiyyatda şərtilik, əsasən, bədii təsvir vasitələrinə, obraza və zamana münasibətdə təzahür edir. Dünya ədəbiyyatında İohann Volfqanq Hötenin "Faust", Frans Kafkanın "Çevrilmə", rus ədəbiyyatında Nikolay Vasilyeviç Qoqolun "Burun", Mixail Afanasyeviç Bulqakovun "Usta və Marqarita" əsərləri, Azərbaycan ədəbiyyatında Hüseyn Cavidin "İblis", Əbdürrəhim bəy Haqverdiyevin "Pəri-cadu" pyesləri, Yusif Vəzir Çəmənzəminlinin "Qızlar bulağı", Yusif Səmədoğlunun "Qətl günü", Elçinin "Ağ dəvə", Mövlud Süleymanlının "Köç" romanları və s. bədii şərtilik prinsipləri əsasında yazılmışdır. Azərbaycan təsviri sənətində də bədii şərtilik ünsürlərinə təsadüf edilir (Rasim Babayev, Mircavad Mircavadov, Cahid Camal və başqalarının yaradıcılığı). Bədii şərtiliyə təmsil, elmi fantastika və s. janrlar daha çox meyil edir. Ədəbiyyat və incəsənətdə bədii şərtiliyin üslub səviyyəsinə qalxması mifologiya və folklordan geniş istifadə olunması ilə bağlıdır.
Şərəflə sülh
Şərəflə sülh (ing. Peace with Honor) — ABŞ Prezidenti Riçard Niksonun 23 yanvar 1973-cü ildə Vyetnam müharibəsini bitirəcək Paris sülh sazişini təsvir etmək üçün çıxışında istifadə etdiyi ifadə. Bu ifadə Niksonun 1968-ci ildə seçki kampaniyası zamanı verdiyi vədin fərqli bir variantıdır. O bu zaman demişdir: "Mən sizə söz verirəm ki, Vyetnamdakı müharibəni şərəflə bitirəcəyik". Razılaşmada atəşkəsin dörd gün sonra baş tutacağı qeyd edilmişdir. Plana görə, atəşkəsdən sonra altmış gün ərzində Şimali Vyetnam hakimiyyəti bütün ABŞ müharibə məhbuslarını azad edəcək və bütün ABŞ qoşunları Cənubi Vyetnamdan çıxacaqdılar. 29 mart 1973-cü ildə sonuncu ABŞ əsgəri Vyetnamı tərk etmişdir. 30 aprel 1975-ci ildə Sayqon Şimali Vyetnam qoşunlarının əlinə keçmişdir.
Şəvilə (Sulduz)
Şərifəddin (fars. شاوله‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 785 nəfər yaşayır (129 ailə).
Sərablə
Sərablə — İranın İlam ostanının şəhərlərindən və Çardavul şəhristanının mərkəzidir. 2011-ci ilin siyahıya alınması əsasında bu şəhər 9,703 nəfərdən və 2,079 ailədən ibarət idi.
Sərbişə
Sərbişə — İranın Cənubi Xorasan ostanının şəhərlərindən və Sərbişə şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 6,141 nəfər və 1,553 ailədən ibarət idi.
Sərtlik
Sərtlik — tətbiq edilmiş qüvvənin təsiri altında cismin öz forma və ölçülərinin dəyişilməsinə müqavimət göstərmə qabiliyyəti.Tamamlayıcı anlayış əyilgənlik və ya elastiklikdir: cisim nə qədər elastikdirsə, o qədər az sərtliyə malik olur. == Hesablamalar == Cismin sərtliyi ( k {\displaystyle k} ) elastik bir cismin deformasiyaya qarşı göstərdiyi müqavimətin ölçüsüdür. Bir sərbəstlik dərəcəsinə (SD) malik elastik cisim üçün (məsələn, çubuğun uzanması və ya sıxılması) sərtlik aşağıdakı kimi müəyyən edilir: k = F δ {\displaystyle k={\frac {F}{\delta }}} burada F {\displaystyle F} cismə tətbiq olunan qüvvə δ {\displaystyle \delta } isə qüvvənin eyni sərbəstlik dərəcəsi boyunca yaratdığı yerdəyişmədir (məsələn, uzanan yayın uzunluğunun dəyişməsi)Beynəlxalq Vahidlər Sistemində sərtlik, adətən, metrdə nyutonla ( N / m {\displaystyle {\displaystyle N/m}} ) ölçülür. İmperial vahidlərində sərtlik, adətən, bir düymdə funtla ölçülür. Ümumiyyətlə, elastik cisimdə sonsuz kiçik elementin (nöqtə kimi baxılır) əyilmələri (və ya hərəkətləri) çoxsaylı SD (bir nöqtədə maksimum altı SD) boyunca baş verə bilər. Məsələn, üfüqi dayaq üzərindəki bir nöqtə, deformasiya edilməmiş oxa nəzərən həm şaquli yerdəyişməyə, həm də fırlanmaya məruz qala bilər. M {\displaystyle {\displaystyle M}} sərbəstlik dərəcəsi olduqda nöqtədəki sərtliyi təsvir etmək üçün M × M {\displaystyle {\displaystyle M\times M}} matrisindən istifadə edilməlidir. Matrisdəki diaqonal şərtlər eyni sərbəstlik dərəcəsi boyunca birbaşa əlaqəli sərtliklərdir (və ya sadəcə sərtliklər), diaqonaldan kənar şərtlər isə iki fərqli sərbəstlik dərəcəsi (eyni və ya fərqli nöqtələrdə) arasındakı birləşmə sərtlikləridir. iki fərqli nöqtədə eyni sərbəstlik dərəcəsi. Sənayedə təsir əmsalı termini bəzən birləşmə sərtliyinə istinad etmək üçün istifadə olunur.
Şərti məhkumetmə
Şərti məhkumetmə — cəza təyin edən məhkəmənin, məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydığı təqdirdə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərarı
Sertin
Sertin (fr. Certines) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Otvil-Lones kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01069. == Coğrafiyası == Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 65 km şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 324 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 993 nəfər (15-64 yaş arasında) arasında 793 nəfər iqtisadi cəhətdən, 200 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 79.9%, 1999-cu ildə 76.3%). Fəaliyyət göstərən 793 sakindən 758 nəfər (404 kişi və 354 qadın), 35 nəfəri işsizdir (7 kişi və 28 qadın).
Ertil
Ertil — Rusiya Federasiyasında yerləşən şəhər, Voronej vilayətinə daxildir.
Allium textile
Allium textile (lat. Allium textile) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Bulbophyllum sensile
Bulbophyllum sensile (lat. Bulbophyllum sensile) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Bulbophyllum sessile
Bulbophyllum clandestinum (lat. Bulbophyllum clandestinum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum clandestinum növü Banqladeşdən Sakit okeannın qərb hissəsinə qədər yayılmışdır. == Sinonim == Bulbophyllum bolovenense Guillaumin Bulbophyllum myrianthum Schltr. Bulbophyllum ovalifolium (Wight) E.C.Parish [Illegitimate] Bulbophyllum profusum Ames Bulbophyllum sessile (Kuntze) J.J.Sm. Bulbophyllum sparsifolium Schltr. Bulbophyllum teysmannii J.J.Sm. Bulbophyllum trisetosum Griff. Bulbophyllum volkensii Schltr.
Bulbophyllum sterile
Bulbophyllum sterile (lat. Bulbophyllum sterile) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Covanni Centile
Covanni Centile (it. Giovanni Gentile; 29 may 1875[…], Kastelvetrano[d] – 15 aprel 1944[…], Florensiya) — italyan filosofu, siyasətçi. Roma Universitetinin professoru, Mussolini hökumətində Maarif naziri. Centile Hegelin təlimini yenidən nəzərdən keçirmiş və yeni hegelçiliyin subyektiv idealist çalarlarından biri olan "aktualizm" sistemini yaratmışdır. Centileyə görə, bütün mövcudat həmişə aktual, fəal olan, düşünən fikrin, hərəkətin nəticəsidir. Düşünən fikrin yaradıcılığı isə məkan və zaman şəraiti ilə məhdudlaşdırılmışdır. Onun doğurduğu materiya ölüdür, ətalətlidir, lakin fikirlə vəhdət halındadır. Solipsizmdən uzaqlaşmaq üçün Centile universal "mən" anlayışını işə salır. Reallıq fərdi şüur ideyaları ilə eyniyyət təşkil etməyib, kainatda təşəkkül tapma prosesində bütün əkslikləri aradan qaldıran fövqəlşəxsi transsendental başlanğıcın xalis təfəkkürüdür. Sosioloji-siyasi baxışlarında Centile liberalizmdən fatalizmədək təkamül etmişdir.
Dendrobium tortile
Dendrobium tortile (lat. Dendrobium tortile) — səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü.
Epidendrum sessile
Bulbophyllum clandestinum (lat. Bulbophyllum clandestinum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum clandestinum növü Banqladeşdən Sakit okeannın qərb hissəsinə qədər yayılmışdır. == Sinonim == Bulbophyllum bolovenense Guillaumin Bulbophyllum myrianthum Schltr. Bulbophyllum ovalifolium (Wight) E.C.Parish [Illegitimate] Bulbophyllum profusum Ames Bulbophyllum sessile (Kuntze) J.J.Sm. Bulbophyllum sparsifolium Schltr. Bulbophyllum teysmannii J.J.Sm. Bulbophyllum trisetosum Griff. Bulbophyllum volkensii Schltr.
Room Service
Room Service – Roxette qruppunun albomudur.
Seattle SuperSonics
Seattle SuperSonics, NBA-də Pasifik Grupunda yer almış, 1967-2008-ci illərdə fəaliyyətdə olmuş, Sietl, Vaşinqtonu təmsil etmiş basketbol klubudur.
Sertula indica
Hind xəşənbülü (lat. Melilotus indicus) — paxlakimilər fəsiləsinin xəşənbül cinsinə aid bitki növü. Karl Linney tərəfindən 1753-cü ildə nəşr olunmuş Species plantarum əsərində təsnif olunmuşdur. Daha sonra isə 1785-ci ildə Xəşənbül cinsinə aid edilmişdir. == Sinonim == Melilotus bonplandii Ten. Melilotus indica (L.) All. [Spelling variant] Melilotus indicus subsp. permixtus (Jord.) Rouy Melilotus melilotus-indica Asch. & Graebn. [Spelling variant] Melilotus melilotus-indicus Asch.
Sərbişə şəhristanı
Sərbişə şəhristanı — İranın Cənubi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Sərbişə şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 37,591 nəfər və 10,119 ailədən ibarət idi.
Sərgizə (Marağa)
Sərgizə (fars. سرگزه‎‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,233 nəfər yaşayır (261 ailə).
Sərilən acıçiçək
Sərilən acıçiçək (lat. Gentiana decumbens) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin acıçiçək cinsinə aid bitki növü.
Sərilən naz
Boyaq nazı (lat. Genista tinctoria) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin naz cinsinə aid bitki növü. == Təbii yayılması == Аvrоpа və Аsiyаdа yаyılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1,5 m оlаn pоlimоrf kоldur. Оduncаqlаşаn və düz dаyаnаn gövdəsində süpürgəyəbənzər, çоxlu budаqlаnаn uzun yаn zоğlаrı оlur. Zоğlаrı yаşıl, çılpаq və yа sıx tüklüdür. Yаrpаqlаrı nеştərvаri оlub, uclаrı bir qədər iti, yаxud küt, çılpаq və yа sıx tükcüklüdür. Yаrpаqаltıqlаrı bizvаri, 1-3 mm uzunluqdаdır. Mаydаn iyulа qədər çiçəkləyir. Bеcərildiyi şərаitdən аsılı оlаrаq çiçəkləmə müddəti dəyişilir.
Sərilən əzgən
Sərilən əzgən == Təbii yayılması == Avropa,Aralıq dənizi,Kiçik Asiya,İran,Monqolustan və Rusiyada yayılmışdır.Şimali Amerikadan təsvir edilmişdir. == Botaniki təsviri == Hündürlüyü 30-75 sm olan qıvrım tüklü yarımkoldur.Yarpaqları xətvari,yastı,tüklü,növbəli düzülüşlüdür.Çiçəkyanlığı tüklü,meyvələrdəki çiçəkyanlıqları isə uzunsov qanadcıqlar üzərində çıxıntılıdır.Çiçəklərin 3-4-ü bir yerdə yerləşməklə,sünbülvari və ya süpürgəvari çiçək qrupu əmələ gətirir.May ayında çiçəkləyir.Oktyabr ayında meyvə verir.Meyvəsi yumrudur.Toxumları hamar,dəyirmi olub,diametri 2 mm-dir. == Ekologiyası == Yarımsəhra və səhra zonalarında,düzənliklərdə yuxarı dağ zonalarında (dəniz səviyyəsindən 3800 m hündürlükdə),qumluqlarda bitir.Quraqlığa və duzluluğa davamlı,torpağa az tələbkar,işıqsevən və küləklə tozlanan bitkidir. == Azərbaycanda yayılması == Samur-Dəvəçi,Xəzər,Kür-Araz ovalıqlarında,Naxçıvanda,Lənkəran və Abşeronda yayılmışdır. == İstifadəsi == Zülallarla zəngin yem bitkisidir.Yüksək qida xüsusiyyətləri,məhsuldarlığı ilə fərqlənir.Ekstremal şəraitində mədəni otlaqların yaradılmasında çoxillik komponent kimi istifadə edilə bilər. == Məlumat mənbəsi == Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Sərtəkə (Sərdəşt)
Sərtəkə (fars. ‎سارتكه‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 304 nəfər yaşayır (47 ailə).
İslamın beş şərti
İslamın beş şərti. İslam dininin beş şərti bunlardır: Kəlməyi şəhadət (ərəb. الشهادة‎) Namaz (ərəb. الصلاة‎) Oruc (ərəb. الصوم‎) Həcc (ərəb. الحج‎) Zəkat (ərəb. الزكاة‎) == Kəlimeyi şəhadət == Bir insanın Müsəlman ola bilməsi üçün kəlmeyi-şəhadət gətirməsi lazımdır. Bu şahidliyin mənası belədir: "Allahdan başqa haqq məbud olmadığına, Həzrəti Məhəmmədin də onun qulu və elçisi olduğuna şahidlik edərəm." (ərəb. أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَ أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسوُلُ اللَّهِ‎) == Namaz == Farsca "təzim etmək, ibadət üçün əyilmək" mənasını verən Namaz, lüğətdə "dua etmək, ibadət etmək, bağışlanma diləmək, yalvarmaq" mənasını verən ərəbcə salat (cəmi salavat) sözünün qarşılığıdır. Salat bir termin olaraq təkbirlə başlayıb salamla bitən müəyyən əməl və sözlərdən ibarət bədən ibadətini ifadə edir.
Ərbilə raket hücumu (2021)
Ərbilə raket hücumu — 15 fevral 2021-ci il tarixində İraqın Kürdüstan Regionunun paytaxtı olan Ərbil şəhərinə çox sayda raketin atılması. Yerli vaxtla 21:30 radələrində şəhərin cənubundakı bir ərazidən təxminən on dörd raket atılmışdır. Raketlərdən üçü birbaşa Ərbil Beynəlxalq Hava Limanı yaxınlığında yerləşən və ABŞ-nin rəhbərliyindəki koalisiya bazasına düşmüşdür. Digər raketlər hava limanına yaxın yaşayış sahələrini və mülki obyektləri vurmuşdur. Hücumda bir mülki podratçı həlak olmuş, bir amerikalı hərbi qulluqçu da daxil olmaqla səkkiz nəfər yaralanmışdır. Təcavüzkarların kimliyi əvvəlcə məlum deyildi. Buna görə də İraq və Amerika səlahiyyətliləri hücumlara görə məsuliyyət daşıyanları müəyyənləşdirmək üçün istintaq başlatmışdır. Saraya Avliya Əl-Dam adlı bir az tanınan şiə silahlı qruplaşması daha sonra hücuma görə məsuliyyəti öz üzərinə götürmüşdür. Buna baxmayaraq, bir neçə iraqlı və kürd səlahiyyətlisi, o cümlədən Qərb analitikləri hücumun arxasında İranı və İranın dəstəklədiyi milislərin olduğunu iddia etmişdir. ABŞ və İran arasındakı gərginlik İranın Qüds qüvvələrinin yüksək rütbəli komandiri olan Qasım Süleymaninin 2020-ci ilin yanvarında öldürülməsindən bəri yüksək səviyyədə olmuşdur.